Məhkəmə qərarları › İş №1(012)-958/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-958/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-958/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu ödənilməmiş (residiv), Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, ev 39, mənzil 50-də qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndi, Yeddi Gözəl yaşayış massivi, ev 23-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Məmmədli kəndi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf selofan bükümdə, 1,219 qram çəkidə qəhvəyi rəngli toz formasında kustar üsulla hazırlanmış narkotik vasitə heroini 40 manat müqabilində əldə edib Abşeron rayonu Məmmədli kəndində, daşımış və üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 18:40 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Məmmədli kəndi, Ə.Hacıyev küçəsində saxlanılmaqla orada videoçəkilişlə həmin gün saat 18:43-dən 18:51-dək üzəri yoxlanılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən çəkisi 1,219 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur: İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona istinad olunan ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, üç-dörd ildir ki, tanımadığı şəxsldərdən narkotik vasitə heroin alaraq istifadə etmiş, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Məmmədli kəndində təsadüfən tanış olduğu şəxs narkotik vasitədən istifadə etdyini demiş, həmin şəxsdən 40 manat müqablində öz istifadəsi üçün bir büküm narkotik vasitə olan heroin almış və əynindəki tünd cins şalvarının sağ yan cibinə qoyaraq istifadə etməsi üçün üzərində saxlamış, həmin günü saat 18 radələrində Abşeron rayonu, Məmmədli kəndində, Ə.Hacıyev küçəsində piyada gəzdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin əldə edilib saxlanması və daşınmasında şübhəli olduğunu, üzərində yoxlama aparılacağını bildirmiş, üstündə yoxlama keçirilməsinə başlamazdan əvvəl üzərində əldə edilib saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya, alət, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra əynində olan tüng göy rəngli cins şalvarının sağ yan cibində saxlayıb gəzdirdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bir bükümdə olan heroini xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün alaraq üzərində saxlayıb, gəzdirdiyini bildirmiş, daha sonra üzərində yoxlama davam etdirilmiş, üzərindən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroindən başqa heç nə aşkar edilməmiş, təqdim etdiyi bir bükümdə olan narkotik vasitə heroin bir ədəd boş zərfə qablaşdırılaraq, zərfin möhürlənmiş, həmin zərfin üzəri imzalanmış, bundan sonra Abşeron rayonu, Məmmədli kəndində polis əməkdaşları tərəfindən saxlanılması, üstünün yoxlanılması polis əməkdaşları tərəfindən videoçəkliş vasitəsi aparılmış, sonra isə Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət olunmuş, orada üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamış, saxlanılarkən, Abşeron RPİ-nin Mehdiabad PB-nə aparılarkən və orada olduğu müddətdə ona qarşı heç bir təziq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibridai istintaq zamanı dindirilmiş Abşeron RPİnin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə kiçik polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə etimad doğuran məlum və qərəzsiz mənbədən, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2an Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayıb daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə PB-nin rəisinə məruzə etmiş, PB-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə, Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkilləri Şahid2 və baş əməliyyat müvvəkili, polis kapitanı Şahid1 idarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat tədbirlərinin icrasına başlanılmış, xx.xx.2025-ci il tarixdə saat 18:43-də xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs oğuna oxşar şəxsin Abşeron rayonu, Məmmədli kəndində Ə.Hacıyev küçəsində olduğunu müəyyən edib orada ona yaxınlaşıb, saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, saxlanılan şəxs özünü təqdim edib, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu üçün üzərində yoxlama aparılacğını bildirərək şübhəli şəxsin hüquq və vəzifələrini və müdafiəçiyə malik olmaq hüququnu izah etmiş, yoxlama aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, vasitə, alət və ya sənəd varsa, təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əyində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar kütləni çıxarıb təqdim etmiş, yoxlama davam etdirilmiş Təqsirləndirilən şəxs üzərindən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülü narkotik vasitə heroinə oxşar kütlədən başqa heç bir əşya, vasitə, ələt və ya predmet aşkar olunmamış, bir ədəd şəffaf sellofana bükülü narkotik vasitə heroinə oxşar kütlə bir ədəd boş zərfə qablaşdırılaraq zərf möhürlənmiş və götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində tanımadığı şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində, Ə.Hacıyev küçəsində saxlanılmış, üzəri saxlanıldığı yerdə yoxlanılmış, saxlanılan zaman və üstündə yoxlama aparılan zaman polis kiçik leytenantı Şahid3 tərəfindən «İphone» markalı mobil telefonun kamerası vasitəsi ilə video çəkliş aparılımış, sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət olunmuş, saxlanıldığı yerdə şərait olmadığına görə onun üzərindən bir bükümdə narkotik vasitə heroinə oxşar kütlənnin aşkar edilib götürülməsi barədə protokolu Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında tərtib edilmiş, protokolun məzmunu ilə tanış olandan sonra Təqsirləndirilən şəxs və digər iştirakçılar protokolu izalamış, Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində yoxlama aparılarkən, Abşeron RPİ-nin Mehdiabad PB-nə aparılan zaman və PB-də olduğu müddətdə ona qarşı heç bir təziq göstərilmədiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş, baş əməliyyat müvvəkili, polis kapitanı Şahid1 və Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid3 ifadəsinə oxşar ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 10 йанвар 2025-ci il tarixdə Abşeron RPİ-nin Мещдиабад ПБ-нин CA цзря əməliyyat müvəkkili, polis капитаны Ъавадов Савид Ъавад oğlu tərəfindən tərtib edilmiş şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayıb daşıması barədə əməliyyat məlumatı daxil olmuş xx.xx.1995-ъи илдя Бакы шящяриндя анадан олмуш, яввялляр мящкум олунмуш, Бакы шящяри, Хязяр району, Биня гясябяси, Р.Мяммядщцсейнов кцчяси ев 29, мянзил 50 цнванда гейдиййатда олан вя Абшерон району, Мяммядли кянди, нюмрясиз фярди йашайыш евинdя йашайан Вялиханов Камил Тамирлан oğlu həmin gün saat 18:43-дя Abşeron rayonu, Мяммядли кяндиндя, Я.Щаъыйев küçəsisində şübhəli şəxs qismində saxlanılaraq üsündə yoxlama aparılmış, онун əynində olan тцнд эюй рянэли şalvarın sаь yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan наркотик васитя щероиня oxşar kütləni polis əməkdaşlarına təqdim etmiş, Камил Вялихановун üstündə yoxlama davam etdirilmiş və üzərindən щеч бир яшва, вaситя вя йа предмет ашкар олунмамышдыр. 10 йанвар 2025-ci il tarixdə Вялиханов Камил Тамирлан oğlunun üstünün yoxlanılmasını özündə əks etdirən bir ədəd DVD diskə məhkəmədə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Вялиханов Камил Тамирлан oğlu 10 йанвар 2025-ci il tarixdə saat 18:43-дя Abşeron rayonu, Мяммядли кянди, Я.Щаъыйев küçəsisində Abşeron RPİ-nin Мещдиабад ПБ-нин əməkdaşları tərəfindən saxlanılaraq saat 18:43-дян саат 18:51-я kimi üzərində yoxlama aparılan zaman onun əynində olan тцнд эюй rəngli ъинс şalvarın саь yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan наркотик васитя olan щероиня oxşar kütləni чыхарараг polis əməkdaşlarına təqdim etmiş, üzərində yoxlama davam etdirilмиш, лакин онун юзцнцн təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan наркотик васитя щероиня oxşar kütləдян башга щеч бир яшйа, васитя вя йа предмет ашкар олунмамышдыр. Камил Вялихановун тягдим етдийи 01 ədəd şəffaf sellofan bükümdə olan щероиня oxşar kütlə бир ядяд boş zərfя qablaşdırılмыш, zərf möhürlənмиш, möhürlənmiş zərfин üzəri polis əməkdaşları və Камил Вялиханов tərəfindən imzalanмышдыр. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/128 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin arayışlar üçün 236» və «Azərbaycan Respublikası DİN-nin zərflər üçün № 236» dairəvi möhür əksləri olan, «X2 üzərindən götürülmüş maddi sübut; Şahid1 «imza», Şahid2 «imza»; Şahid3 «imza»; Qablaşdırdı: «imza» təh.F.Səfərov» yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,219 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 1,169 qram - 0,050 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxildir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 13 may 2025-ci il tarixli 2768 nömrəli rəyində görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 1,169 qram olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 23 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin və 177.1, 234.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasını məhkum olunmuş və xx.xx.2023-cü ildə cəzasını çəkib bitirmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-in MSY-dən azad olunaraq, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan тцнд эюй rəngli ъинс şalvarın саь yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan наркотик васитя olan щероиня oxşar kütləni чыхарараг polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,129 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 89 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin,məhkəmə zalından həbs edilsin,cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,129 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 89 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi hüquqi yardım göstərdiyinə görə 30 saat üçün saatı 11 manat olmaqla 330 manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar