Məhkəmə qərarları › İş №1(012)-96/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-96/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-96/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi vəkil Nümayəndə, Zərərçəkmiş şəxs2, (mülki iddiaçı) Zərərçəkmiş şəxs3, (mülki iddiaçı) Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs, (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi3 iştirakı ilə 13.11.1962-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, subay, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 9/2-də yaşayan, Abşeron Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə özünü falçı «Validə» kimi qələmə verərək Zərərçəkmiş şəxs3 falçılıq və qara maqiya vasitəsi ilə ailə daxilində problemlərinin həll edəcəyi, bəxtini açacağı, şəxsi həyatında xoşbəxtlik əldə edəcəyi və 1 il 3 aydan sonra onu cavan və imkanlı şəxsə ərə gecədəyi barədə yalan vədlər verib aldatmış, bu niyyətlə hissə-hissə Zərərçəkmiş şəxs3 27 sentyabr 2014-cü il tarixdə yaşadığı Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 9/2-də 20 manat məbləğində pulu, 2 oktyabr 2014-cu il tarixdə Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 9/2-də 1500 manat məbləğində pulu, 2014-cü ilin oktyabr ayının ortalarında Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 9/2-də 500 manat məbləğində pulu, 03 noyabr 2014-cü il tarixdə günorta vaxtlarında Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 9/2də 2000 manat məbləğində pulu, 2014-cü ilin dekabr ayının əvvəllərində Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 9/2-də 1840 manat dəyərində olan 750 əyyarlı italiya istehsalı olan 23 qram çəkidə qızıldan olan bir ədəd sırğa-üzük dəstini, 1520 manat dəyərində olan 750 əyyarlı İtaliya istehsalı olan 19 qram çəkidə qızıldan bir ədəd «zirinc» formalı boyunbagıqolbağı dəstini, 480 manat dəyərində olan 750 əyyarlı İtaliya istehsalı olan 6 qram çəkidə bir ədəd qızıldan olan nişan üzüyünü, 400 manat dəyərində olan 750 əyyarlı 5 qram çəkidə qızıldan olan kişi niyan üzüyünü, 1440 manat dəyərində 750 əyyarlı 18 qram çəkidə italiya istehsallı qızıldan olan bir ədəd sırğa-üzük dəstini, 2014-cü ilin dekabr ayının sonlarında Xırdalan şəhəri F.Əhmədov küçəsi ev 9/2-də 1500 manat məbləğində pulu, 2015-ci ilin fevral ayının sonralında Xırdalan şəhəri F.Əhmədov küçəsi ev 9/2-də 500 manat məbləğində pulu, 08 mart 2015-ci il tarixdə günorta saatlarında Xırdalan şəhəri F.Əhmədov küçəsi ev 9/2-də 1500 manat məbləğində pulu, 13 noyabr 2015-ci il tarixdə Xırdalan şəhəri F.Əhmədov küçəsi ev 9/2-də Zərərçəkmiş şəxs3 3600 manat məbləğində pulu, 2015-ci ilin dekabr ayının əvvəllərində Pirşağı qəsəbəsində yerləşən poliklinika-nın inzibati binasının qarşısında idarə etdiyi «Toyota Prado» markalı **-OT-*** dövlət nömrə nişanlı avtomobilində Zərərçəkmiş şəxs3 500 manat məbləğində pulu, 2015-ci ilin dekabr ayının ortalarında Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən «Fovarit» marketlə üzbəüz yerləşən istirahət parkın qarşısında Zərərçəkmiş şəxs3-dan 2000 manat məbləğində pulu alıb ələ keçirməklə sonuncuya vahid niyyətlə 19300 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs4 falçılıq və qara maqiya vasitəsi ilə ailə daxilində problemləri aradan qaldıracağını və onu ailəsi ilə barışdıracağına dair vədlər verib aldatmış, bu niyyətlə 31 sentyabr 2015-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 1 ünvanında 2000 manat məbləğində pulu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun ailə üzvlərinin «cadu» içində olduğunu, bunun nəticəsi kimi anasının yaxın zamanda ödəcəyini bildirib inandırmış, ailəsinin «cadu»dan təmizlənməsi adı ilə aldadaraq 2018-ci ilin fevral ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanda 3000 manat pulunu ələ keçirmiş, bundan sonra 2018-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs1 ailəsində olan problemi həll etmək adı ilə inandırıb İran İslam Respublikası ilə sərhəd rayonunda dua yazdıracağı adı ilə yaşadığı evdə 7000 pulunu ələ keçirmiş, 2018-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ceyran dərisində dua yazdırıb gətirəcəyini bildirərək yaşadığı evdə 6000 manat pulunu ələ keçirmiş və sonradan sonuncuya ceyran dərisi verərək onun «gülləkeçirməz» olduğunu bildirmiş, bundan sonra onun işlərinin qaydaya düşməsi üçün əlavə işlər görəcəyi adı ilə inandırmış və bu niyyətlə 2018-ci ilin may ayının əvvəllərində yaşadığı evdə 2000 manat, həmin ayın sonunda isə eyni ünvanda 3000 manat pulunu ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 işlərinin ardınca gedib gəlməsi üçün maşın lazım olduğunu və alınacaq maşının dəyərini aylıq 2000-3000 manat olmaqla ödəməyə imkanı olacağı barədə yalan vədlər verməklə 11.07.2018-ci il tarixdə Sumqayıt şəhərində yerləşən «İST» avtosalonundan Zərərçəkmiş şəxs1 nəğd qiymətə aldığı Mitsubişi Pajero markalı, ** EX *** dövlət nömrə nişanlı avtomobili ələ keçirmiş, 2018-ci ilin iyul ayının sonunda yenidən Zərərçəkmiş şəxs1 falına baxacağı adı ilə yaşadığı Xırdalan şəhərindəki evində 1600 manat pulunu, yəni vahid niyyətlə əhatə olunan qəsdə ümumilikdə 47.100 manat məğləğində pulu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 özünü falçı «Validə» kimi qələmə verərək sonuncunun şəxsi həyatında yaranmış problemləri həll edəcəyi barədə yalan vəd verib inandırmış, bu niyyətlə 2018-ci ilin iyun ayının sonunda yaşadığı ünvan 2 ünvanda 11.000 manat pulu, 2018-ci ilin avqust ayının sonunda yenidən yaşadığı ünvanda bu niyyətlə 4000 manat pulunu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 15000 manat məğləğində pulu ələ keçirmiş və Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 19.300 manat pulun tutulub ona verilməsini, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 2.000 manat pulun tutulub ona verilməsini xahiş etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, son 2 ildir ki, baxıcılıqla məşğul olmur, baxıcılıq dedikdə yalnız gələcəklə bağlı proqnoz verməyi nəzərdə tutur, kiminsə taleyində baş verəcək hadisələri yoxdur. Zərərçəkmiş şəxs1, öz oğlu Fəxrəddinin vasitəsi ilə 2017-ci ildən, Zərərçəkmiş şəxs2 isə Elmirin vasitəsi ilə tanımışdır. 2017-ci ildə Elmir onun Xırdalan şəhərində yaşadığı ünvana gəlmiş və falına baxmağı xahiş etmiş, o, Elmirin falına baxıb onun, ailəsindən kənarda ünsiyyətdə olduğu qadından uzaq dayanmasını bildirmişdir. Zərərçəkmiş şəxs1, onun anasının tezliklə öləcəyi barədə bir söz deməmiş, həmçinin Elmirdən onun ailə üzvlərinin cadu içində olmasını, buna görə cadunun təmizlənməsi adı ilə ona 11.000 manat pul verməsini tələb etməmiş, almamışdır. Həmçinin Elmirdən sonradan əlavə 6000 manat və 4000 manat da caduların çıxarılması adı ilə pullar almamış, Elmir ona yalnız Sumqayıt şəhərində yerləşən avtosalonlardan borc kimi 26.000 manata Mitsubişi Pajero markalı maşın tapmış, həmin maşının pulunu Elmir ödəmiş, sonradan həmin avtomobilə görə Elmirə yaşadığı evdə əvvəlcə 8000 manat, ayrı-ayrı vaxtlarda isə 4000 manat və 2000 manat pul vermişdir. Bundan sonra Elmirə hər ay 1000 manatdan olmaqla ümumilikdə 6000 manat pul vermiş, ümumilikdə aldığı avtomobilə görə Elmirə 20.000 manat pul vermiş, cəmi 6000 manat da pul borcu qalmışdır. Həmin borcu Elmir özü bağlamış, yəni ona bağışladığını deyərək halallığını vermişdir. Bəzən pulu verə bilmədiyi vaxtlarda avtomobili gəlib götürməsini demiş, Elmir isə, pulu ona bağışladığını bildirərək, maşını onun adına rəsmiləşdirmişdir. Zərərçəkmiş şəxs1 fala baxmaq üçün hər hansı miqdarda pul tələb etməsə də, sonuncu özü ona hər dəfə 50-100 manat olmaqla pullar vermişdir. Ümumilikdə Elmir ona təxminən 500 manat pul vermiş, həmçinin bildirmişdir ki, evinin təmiri üçün Elmirdən taxta materialları götürmüş və götürdüyü taxta materialına görə ona 3371 manat məbləğində pul borcu qalmışdır, həmin məbləği də sonradan ona bağışladığını bildirmiş, qeyd etdiklərindən əlavə Elmirlə arasında başqa hər hansı razılaşma olmamışdır. Bundan başqa 2018-ci ildə Zərərçəkmiş şəxs1 dostu Elyarı onun yanına gətirərək onunla tanış etmişdir. Elyar ondan onan şəxsi biznesi ilə əlaqədar falına baxmağı xahiş etmiş, o da Elyarın heç bir çətinliyi olmayacağını onlara bildirmiş, buna baxmayaraq Elyardan hər hansı miqdarda pul tələb etməmiş, lakin Elyar özü ona 50 manat pul vermişdir, onların arasında başqa heç bir razılaşma olmamışdır. Elyardan onun işlərinə köməklik edəcəyi adı ilə 11.000 manat və 4000 manat məbləğində pullar almamış, onların arasında başqa heç bir razılaşma olmamışdır. Elyar ondan yüksək vəzifəli şəxsin onun restoranını əlindən aldığını və cadu ilə buna mane olmağını tələb etmişdir. O, isə, ona cadu etməyi bacarmadığını, bununla bağlı heç nə edə bilməyəcəyini, qanuni yolla işini həll etməsini bildirmiş, Elyar isə israrla ondan müxtəlif adamlara cadu etməsini xahiş etmiş, müxtəlif adamların şəkillərini ona göndərmişdir. Bundan başqa hazırkı dövrdə heç bir ağıllı, psixi problemi olmayan adam pulunu almamış, kiməsə dəyəri 24.500 manat olan avtomobili həmin şəxsin adına keçirməz. Bundan başqa Elmirin bütün proseslərin, yəni mənim evinin təmiri ilə bağlı tikinti materialları, avtomobil alışı və sairə ilə bağlı yekunda ondan nə qədər borcunun qaldığını soruşduqda Elmir ona mesaj vasitəsi ilə 3371 manat borcunun qaldığını bildirmişdir. Bütün bunlar isə onu göstərir ki, onun Elmirə bir manat da olsa borcu yoxdur, sonuncuya qarşı dələduzluq və sairə qanunsuz hərəkətlər etməmişdir. Bundan başqa 2016-cı ilin yay aylarında onun yanına tanışı Qiymət adlı qadınla birlikdə Solmaz adlı qadın gəlmiş, Solmaz falına baxmaq istəmiş və ona öz yaşadığı Xırdalan şəhərində olan evində 20 manat nağd pulu vermişdir ki, falına baxsın. O, da Qiymətin yanında ondan 20 manatı alıb kartlar vasitəsi ilə falına baxmış, Solmaz ona demişdir ki, qardaşı onu döymüş və o polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin vaxtı, o, kart vasitəsi ilə onun falına baxmış və bildirdir ki, «get polisdən ərizəni geri götür, qardaşın ilə problemin həll olunacaq və qardaşın da çıxıb Rusiyaya gedəcəkdir». Buna görə ona 20 manat məbləğində pul vermişdir. Bundan sonra onun Solmazla aralarında münasibəti yaranmış və o, onun evinə tez-tez gəlib getməyə başlamış və bayramlarda da gəlib onu təbrik etmiş, onun bundan başqa Solmazla aralarında heç bir söhbəti olmamışdır. Solmaz yalan ifadə verir, ondan yalnız ilk dəfə 20 manat məbləğində pulu almış ki kartlar vasitəsi ilə onun falına baxsın. Bundan başqa Solmazdan heç bir məbləğdə pul, qızıl zinyət əşyalarını və digər qiymətli əşyalarını almamış və istəməmiş, Solmaza 13000 manat məbləğində pulu sonuncudan qorxduğu üçün qaytarmışdır. Çünki Solmaz ona şərləmişdir ki, ondan şikayət edəcək və ondan pulu tələb etmiş, o da məcburiyyət qarşısında ona hissə-hissə 13000 manat məbləğində pulu qaytarmışdır. Belə ki, Solmaz öz dediklərinə görə həyatında baş vermiş hadisələrə ucbatından əsəbləri qaydasında olmamış və ona pislik edəcəyindən, xəsarət yetirəcəyindən qorxmuş, eyni zamanda yaşlı qadın olduğu üçün polisə düşməkdən utandığından, qadınlığına və yaşına yaraşdırmadığından onun şantajına tabe olub, heç bir yerə şikayət etməyərək, 13000 pul vermişdir. Ona qarşı qaldırılmış mülki iddiaları qəbul etmir. Barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Bakı şəhərində yerləşən “Cıdır atçılıq” mərkəzində Fəxrəddin adlı şəxslə tanış olmuş, Fəxrəddin atçılıq mərkəzində atlara baxmışdır. Onun da orada iki rəst atı olmuş, aylıq ona 400 manat pul ödəmiş, Fəxrəddin ona zəng etmiş və atının öldüyünü bildirmişdir. O da Fəxrəddinin tövləsinə getmiş və orada atına baxmış ki, başından qan gəlib və ölüb. Fəxrəddin bildirmişdir ki, at naxırda kişnəyən zaman başı betona dəydiyi üçün ölmüşdür. Qeyd olunan at Bakı şəhərində “Binə atçılıq” mərkəzində keçirilən yarışda birinci yer tutmuşdur. Fəxrəddin onun başında qara buludlar olduğunu bildirmiş, onun fala baxdırmağını qeyd etmiş, bundan sonra Fəxrəddin anası Bəsdinin fala baxdığını və onun yanına getməsini məsləhət görmüş, o da Fəxrəddinin ona dediklərinə inanıb onunla razılaşmış, 2017-ci ilin axırlarından Fəxrəddinlə birlikdə onun anası Bəsdinin yaşadığı ünvan 3 ünvanına getmiş, o, ilkin olaraq həmin ünvana Fəxrəddinlə birlikdə getmiş, Fəxrəddin anasına onun başında qara buludlar olduğunu, işlərinin normal qaydada getmədiyini demiş, Bəsdi xanım ilkin olaraq ona kartla falına baxmış və fala baxan zaman Bəsdi ona atı ölməsəydi, anasına nəsə olacağını, həmçinin işlərinin normal qaydada getməyəcəyini demiş, o, Bəsdinin bu cür danışığına aldanmış və Bəsdi ilkin olaraq ondan 3000 manat pul istəmiş ki, onun yolunu dua yazdıraraq açsın. O da ilkin olaraq Bəsdiyə 2018-ci ilin fevral ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində Bəsdinin yaşadığı evdə vermiş, Bəsdi ondan aldığı 3000 manat pulun müqabilində guya onun işində olan problemləri həll etmək üçün dualar oxutdurduğunu bildirmişdir. 2018-ci ilin fevral ayının ortalarında Bəsdi xanım onunla görüşəndə bildirmişdir ki, Azərbaycan Respublikasının İran Respublikası ilə sərhəd rayonlarının birində olan kənddə yaşayan falçıya onun ailəsində olan problemləri həll etmək üçün dualar yazdırmaq üçün gedəcəkdir. Ailəsində neçə nəfər olmasını soruşduqda o, Bəsdi xanıma yeddi nəfər ailə üzvü olduğunu bildirmiş, Bəsdi hər bir nəfər üçün ona 1000 manat pul lazım olduğunu bildirmiş, əks halda guya ailə üzvlərindən kimsə öləcəyini demişdir. O ehtiyyat etdiyi və inandığı üçün Bəsdiyə 2018-ci ilin fevral ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhərində Bəsdi xanımın evində ailə üzlərinin hər biri üçün Bəsdiyə 1000 manat olmaqla, ümumilikdə 7000 manat pul vermiş, Bəsdi həmin pulla sərhəddə yaşayan, lakin adını ona demədiyi falçıya onun üçün dualar yazdıracağını bildirmişdir. Bəsdi təxminən bir həftə sonra ona sümük gətirmiş və həmin sümüyün üzərində ərəb əlifbası ilə nəsə yazılmış, sonuncu həmin sümüyü yanında saxlamağı və 10 gündən sonra geri qaytarmasını bildirmiş, o da 10 gündən sonra Bəsdiyə evində ona verdiyi sümüyü geri qaytarmış və Bəsdi ona qartal caynağı vermişdir ki, həmin caynağı da yanında saxlasın. Həmçinin 2018-ci lin mart ayının əvvəllərində Bəsdi ona demişdir ki, ceyran dərisindən ona dua yazdırıb gətirəcəyini demiş və bunun üçün ona 6000 manat pul lazım olduğunu demişdir. O da 2018-ci ilin mart ayının əvvəllərində yenidən Bəsdiyə evində 6000 manat pul vermiş, həmin ərəfədə Bəsdi ona bildirmişdir ki, qara qoyun kəsdirməlidir, həmin qoyunun ətini paylamalı, dərisini və içalatını isə basdırmalı olmuşdur. O da Bəsdi ilə razılaşmış, stansiya Sumqayıt yolunun üzərində yerləşən Nemət adlı qəssabdan almış, yolun digər tərəfində qoyunun dərisini və içalatını traktorla yer qazdırmış və orada basdırmışdır. Həmin vaxt onun yanında tanışı Elnur da olmuş, Bəsdi ona 2018-ci ilin mart ayının ortalarında ceyran dərisinin bükülmüş formasını təqdim etmiş və həmin dəri onun üzərində olan zaman güllə keçirməz olacağını demişdir. 2018-ci ilin may ayının əvvəllərində Bəsdi yenidən ondan əlavə olaraq 2000 manat və may ayının sonlarında 3000 manat pul almış ki, guya onun işləri üçün əlavə işlər görəcəkdir. 2018-ci ilin iyul ayının əvvəllərində Bəsdi ona demişdir ki, işlərinin arxasınca, yəni dua və digər işlər görməsi üçün ona avtomobil lazımdır. O da Bəsdiyə demişdir ki, «mən ayda sənə 2000-3000 manat arası pul verirəm, həmin pulu vermərəm sənə avtomobil alaram». Bundan sonra 2018-ci ilin iyul ayının 11-də Təqsirləndirilən şəxs üçün Pajero Mitsubishi markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili 24.500 manata almış və Abşeron rayonu, Xırdalan şəhərində, Bəsdinin evinin qarşısında Bəsdi xanıma təqdim etmişdir. Avtomobil Təqsirləndirilən şəxs adına sənədləşdirilmiş, 2018-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ona demişdir ki, onun fala baxdığı otaq təmirsizdir, həmin otağın təmir elətdirmək istəyir. O da Bəsdinin otağını təmir elətdirmək üçün Azər adlı ustadan xahiş etmiş, Azər Bəsdinin evini təmir etdirmiş, yekunda Azərə 4200 manat pul vermiş, əlavə olaraq özü də 1700 manat dəyərində material almışdır. O, sonuncu dəfə 2018-ci ilin iyul ayının sonunda Bəsdiyə falçılıq etdiyinə görə 1600 manat pulu Abşeron rayonu, Xırdalan şəhərində Bəsdinin evində vermiş, lakin sonradan Bəsdinin onu aldatdığını başa düşmüş və ona aldığı avtomobili, həmçinin onun onu aldadaraq ələ keçirdiyi pullarını geri istəmiş, lakin Bəsdi müxtəlif bəhanələr gətirərək onunla görüşə gəlməmiş, həmçinin həmin vaxtı da Türkiyə Respublikasına getmiş, sonuncunun Türkiyə respublikasına getməsini oğlu Fəxrəddindən eşitmiş, sonradan Bəsdiyə aldığı Pajero Mitsubishi markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilini Bəsdinin başqa adama satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona cadu içində olduğunu bildirərək və hətta anasının tez bir zamanda öləcəyini barədə yalan vədlər verərək bu məsələnin tənzimlənməsində ona köməklik edəcəyini vəd etmiş, onun yolunu dua yazdırmaq adı ilə 2018-ci ilin fevral ayının əvvəllərində yaşadığı ünvan 4 ünvanında aldı, bundan sonra Azərbaycan Respublikasının İran Respublikası ilə sərhəd rayonlarının birində olan kənddə yaşayan falçıya onun ailəsində olan problemləri həll etmək üçün dualar yazdırmaq adı ilə 2018-ci ilin fevral ayının ortalarında 7000 manat pulu yaşadığı evdə almış, 2018-ci ilin mart ayının əvvəllərində Bəsdi ona ceyran dərisindən ona dua yazdırıb gətirəcəyini demiş və bunun üçün 2018-ci ilin mart ayının əvvəllərində yaşadığı evində ona 6000 manat pul vermiş, Bəsdi ona 2018-ci ilin mart ayının ortalarında ceyran dərisinin bükülmüş formasını təqdim etmiş və həmin dəri onun üzərində olan zaman güllə keçirməz olacağını demişdir. 2018-ci ilin may ayının əvvəllərində Bəsdi yenidən yaşadığı evində ondan əlavə olaraq 2000 manat və may ayının sonlarında 3000 manat pul almış ki, guya onun işləri üçün əlavə işlər görəcəkdir. 2018-ci ilin iyul ayının əvvəllərində Bəsdi ona demişdir ki, işlərinin arxasınca, yəni dua və digər işlər görməsi üçün ona avtomobil lazımdır. O da Bəsdiyə demişdir ki, «mən ayda sənə 2000-3000 manat arası pul verirəm, həmin pulu vermərəm sənə avtomobil alaram». Bu məqsədlə 2018-ci ilin iyul ayının 11-də Təqsirləndirilən şəxs üçün Pajero Mitsubishi markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili 24500 manata almış, Bəsdi həmin avtomobili də ələ keçirib onun pulunu ödəməmiş, sonradan həmin avtomobili başqa şəxsə satmışdır. Təqsirləndirilən şəxslə vurduğu ziyanı hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dostudur. 2018-ci ilin yay aylarında dostu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin dövrdə dostu Elmirin şəxsi işlərində problemlər olduğunu bilmiş və sonuncu ona bununla bağlı tanışı Bəsdi adlı qadının vasitəsi ilə dua yazdırdığını bildirmişdir. Onun da bu dövrdə şəxsi işlərində problemləri olmuş, Buna görə də 2018-ci ilin iyun ayında dostu Elmirlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında olmuş, Təqsirləndirilən şəxs baxıcılıqla məşğul olduğundan ilkin olaraq ona kartla falıma baxmış və fala baxan zaman Bəsdi işlərinin normal qaydada getmədiyini demiş, o, Bəsdinin bu cür danışığına aldanmış, Bəsdi ilkin olaraq dua yazdırıb onun yolunu açdıracağını bildirmişdir. Belə olduqda ilkin olaraq 2018-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində 11.000 manat pul vermiş, bu prosesdə dostu Elmir də iştirak etmiş, sonra təxminən bir ay yarım keçmiş, həmin ilin avqust ayının sonları olardı, Bəsdinin yaşadığı Xırdalan şəhərindəki evinə getmiş, sonuncu ona yenidən dua yazdıcağını deyib əlavə 4000 manat pul istəmiş, həmin vaxtı təklikdə olduğundan Bəsdiyə ondan işlərinin qaydaya salınması üçün istədiyi əlavə 4000 manat pulu da ona vermiş, lakin buna baxmayaraq üstündən xeyli müddət keçsə də, bir dəyişiklik görmədiyiyi üçün başa düşmüşdür ki, Bəsdi onu aldatmışdır. Bundan sonra dəfələrlə telefonla zəng edib pulunu geri almaq istəsə də, onun telefon sönülü olduğu üçün pulunu ala bilməmişdir. Təqsirləndirilən şəxslə vurduğu ziyanı hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2009-cu ildə ailə həyatı qurmuş, lakin xoşbəxt olmadığına görə əri ilə 2010-cu ildə boşanmışdır. Boşanandan sonra valideynləri ilə yaşamağa başlamışdır. O, bəxtinə baxmaq üçün bir falçı axtarmış ki, bəxtinə baxsın. Həmçinin xəbəri olmuşdur ki, qohumu, yəni atasının xalası gəlni Şahid1 Cahangiz qızı hərdən bir falına baxdırır və onun Validə kimi tanınan tanış falçısı vardır. O, Qiymətdən xahiş etmişdir ki, onu Validə ilə tanış etsin və Validə onun falına baxıb ona desinki ona ərə gedə biləcəkdir ya yox. Qiymət razılaşaraq onu 27 sentyabr 2014-cü il tarixdə Xırdalan şəhərinə yaşayan Validə adlı falçı ilə tanış etmiş, Validənin sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs ilə ilk dəfə onun Xırdalan şəhərində yaşadığı evdə görüşmüş, qohumu Şahid1 onlarla birlikdə olmuş, Təqsirləndirilən şəxs ilə tanış olduqda ona «Taro» kartları ilə bəxtinə baxmağa başlamış, Bəsdi ona demişdir ki, 30 manata falaına baxa bilər. Sonuncuya bildirmişdir ki, üzərində 20 manat pulu vardır, həmin pulu verə bilər. Bəsdi razılaşıb ondan 20 manatı öz evində, yəni Xırdalan şəhərində alıb kartlarla bəxtinə baxmağa başlamış, o, yenidən ailə qurmaq istədiyi üçün falına baxdırmış, Bəsdi ona demişdir ki, falına baxıb və müəyyən edib ki, bəxti bağlıdır, bəxtini açmaqda çox çətindir. O, bunun sözlərinə narahat olmuş və Bəsdi ona demişdir ki, ona kimsə cadu-piti etmişdir, buna görə də onun evində qohumları ilə problemləri olur və o ərə gedə bilmir. Bəsdi ona demişdir ki, bu işi düzəltmək çox çətindir. Sonra Bəsdi ona bildirmişdir ki, «mənə vergi verilib və mən öz magiyamın təsiri vasitəsi ilə sənin dərdinə əlac edə bilərəm, sənin bəxtini açıb səni 1 il 3 ay ərzində cavan və çox imkanlı bir oğlana ərə getməyinə kömək edəcəyəm». Buna görə Bəsdi ona demişdir ki, «başqalarının 3000 manata bəxtini açıram, amma sənə hörmət edib 2000 manat məbləğində pulla edərəm». Bəsdinin bu söhbəti ona çox maraqlı gəlmiş və sonuncu onda özünə qarşı tam inam yaratmış və onun təklifi ilə razılaşmışdır. Demişdir ki, «telefon nömrəni ver, mən sənə hə, ya da ki, yox cavabını verim». Bəsdi ona özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini və ev telefonu ***-***-**-** nömrəsini vermiş, sonra, evə getmişdir. Bundan 3-4 gün keçdikdə ona razı olduğunu bildirmiş və ilkin olaraq beh kimi 1500 manat gətirib verə biləcəyini, bir qədər sonra 500 manatı verə biləcəyini söyləmişdir. Bəsdi razı olmuş, o, evdən 1500 manat pulu götürmüş və 2014-cü ilin oktyabr ayının 2-də gəlmiş, Bəsdinin Xırdalan şəhərində yaşadığı evində pulu ona ikilikdə vermişdir. Bəsdi pulu sayıb götürmüş və bir daha ona demişdir ki, bəs qalan 500 manat pulu da oktyabrın 2-dan 15-nə kimi çatdıracaqdır. Bundan sonra, Bəsdinin ***-***-**-** saylı mobil nömrəsi ilə, bəzən də ev telefonu ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış, nə vaxt onun qəbuluna gəlməyi danışıb razılaşmışdır. 2014-cü iln oktyabr ayının ortalarında 500 manat da götürüb Bəsdinin yanına gəlmiş və 500 manatı ona əlbəəl vermişdir. Belə ki, onun yanında olanda Bəsdi ona «Ceyran Köbəyi” adlanan dəri parçası, yazılı kağız parçası vermiş, demişdir ki, bunları götür evdə bir banka suya salarsan və sonra bir hissəsini həyətə səpərsən, bir hissəsi ilə cimərsən. Sonra o, Bəsdiyə zəng vurmuş və ona dediyi əməlləri etdiyini bildirmişdir. Bəsdi ona yanına gəlməsini bildirmiş, o, Bəsdinin yanına tək getmiş və onu qəbul etmiş və masa arxasında kart açmış və baxdıqdan sonra demişdir ki, «sənin atana “cinlər” tərəfindən tilsimlər edilmişdir və o, tilsimləri açmasa, atan yol nəqliyyat qəzasına düşüb faciəli şəkildə öləcəkdir». Onu dəhşət bürümüş və yalvarmışdır ki, atasını bu faciədən qurtarsın. Bəsdi demişdir ki, «mən 2000 manat məbləğində pula sənin atanın faciəvi ölmünü dayandıra bilərəm, onları ortadan götürmədən sənin işin alınmayacaqdır, amma bir şərtlə ki, sən əgər mənim dediklərimi kiməsə desən, onda heç bir əməlim alınmayacaq, təsiri olmayacaqdır». O, söz vermişdir ki, heç kimə heç nə deməyəcəkdir. Bundan sonra evə gəlmiş və bir iki gün ərzində 2000 manat məbləğində pul toplamış və 2014-cü ilin noyabr ayının 3-də günorta saatlarında Bəsdi ilə zəngləşib onun evinə getmiş və Bəsdiyə 2000 manat pulu vermişdir. Bəsdi ondan pulu o məqsədlə almışdır ki, onun atasını faciədən qurtarsın. O, uşaq kimi Bəsdinin dediklərinə qulaq asmış, sonra Bəsdi ona demişdir ki, «lazım olan caduları alıb, hazırlayıb aparıb özüm qəbrstanlıqda basdıracam və atanı xilas edəcəyəm». Bundan sonra Bəsdi ona zəng vurmuş və bildirmişdir ki, «mənim tilsimimlə bağlı işləri İranda bir nəfər cadugar kişi görəcəkdir». O, artıq işə başlamış, həmin kişini ona kim olduğunu konkret olaraq deməmiş, sonra Bəsdi ona demişdir ki, İranlı cadugər ona bəzi əşyalar tapşırıb ki, alıb aparsın və İranda ona versin. Sonra Bəsdi ona demişdir ki, İranlı cadugər bu işin həllinə görə 13.000 manat pul istəyir. O, Bəsdiyə artıq məbləğdə pul olmadığını demiş, Bəsdi belə olduqda ona demişdir ki, «qızılın varsa, gətir mən qızılları aparıb ona verim». O, özünə məxsus olan qızıl əşyalarını, yəni bir dəst sırğa-üzük italiya istehsallı olan 750 əyarlı çəkisi 23 qram təşkil edən dəyəri 1840 manat əşyanı, bir ədəd zincir formalı cəkisi 19 qram olan, 750 əyarlı İtaliya istehsallı 1520 manat dəyərində boyunbağını qalbaq ilə birlikdə, dəyəri 480 manat olan 6 qram çəkidə İtaliya istehsallı nişan üzüyünü, dəyəri 400 manat olan, 5 qram çəkidə olan 750 əyarlı keçmiş ərinin nişan üzüyünü, bacısı Günelə məxsus olan dəyəri 1440 manat edən 18 qramlıq 750 əyarlı sırğa-üzük dəstini Günel bacısının razılığı ilə götürüb aparıb Bəsdiyə yaşadığı Xırdalan şəhərində yerləşən 2014-cü ilin dekabr ayının əvvəllərində evində vermiş, Bəsdiyə ümumi olaraq 5680 manat dəyərində qızıllarını vermişdir. Həmin qızıllar Bəsdi özü 5680 manat qiymət edib götürmüşdür. Bəsdiyə bu qızılları verdikdə demişdir ki, imkanı buna çatır, gör mümkünsə həll et. Bəsdi demişdir ki, çalışar ki, həll etsin, aparıb İranda İranlı cadugərə verəcəkdir, 2- 3 günə qaydıb onunla görüşəcəkdir. Bəsdi 2-3 gündən sonra ona zəng vurmuş və demişdir ki, «gəlmişəm, gəl bizə». Eyni zamanda Bəsdi ona demişdir ki, İranlı Cadugər deyir ki, yenə bəzi əşyalar almaq üçün pul lazımdır. O, pulun miqdarı barədə maraqlandıqda Bəsdi ona 1500 manat pul gətirməsini tapşırmış, o, 2014-cü ilin dekabr ayının sonlarında evdən özünə məxsus olan 1500 manat pul götürmüş, o, evdən çıxanda rəfiqəsi Almaz ilə təsadüfən görüşmüş, onunla söhbət edən zaman, ona demişdir ki, evindən bir ədəd qızıl qolbağı itmişdir, bir yaxşı baxıcı olsaydı baxdırardı, bəlkə qolbağı tapa bilər. O, Bəsdi barədə Almza məlumat vermiş və ona baxdırmapğı məsləhət görmüşdür. O, bir ədəd tort, bir ədəd korobka şokalad almiş və birlikdə Bəsdigilə getmişlər. Bəsdinin evində görüşmüş, Almaz öz dərdini ona danışandan sonra, Bəsdi ona bu işin həlli üçün 300 manat pul istəmiş, lakin Almaz pulunun olmadığını deyib baxmaqdan imtina etmişdir. 2014-cü ilin dekabr ayının sonralında Almazın yanında Bəsdiyə Xırdalan şəhərində sonuncunun yaşadığı evində 1500 manat məbləğində pul vermiş, pulu verdikdə Bəsdinin evində qeyri rəsmi yaşadığı tanımadığı kişi də olmuş, bundan sonra Bəsdi ona bildirmişdir ki, «darıxma 2016-ci ilin yanvar ayının 1-nə kimi sən ailə quracaqsan». Onlar birlikdə Bəsdinin evindən çıxmış və evə qayıtmışlar, yolda Almaza baş verənləri danışmış, Almaz ona öz iradını bildirmiş və Bəsdi tərəfindən aldanıldığını bildirmiş, lakin o, Bəsdinin ona söz verdiyini və işini həll edəcəyini demişdir. Bir müddət sonra bacısı Günelin evində əri arasında məişət problemi yaranmış və Bəsdiyə zəng vurmuş, ona telefonda bildirmişdir ki, bacısının evində söz-söhbət vardır. Bəsdi ona demişdir ki, «gəl bizə ayın-oyun deyim sənə get al, gətir, söz söhbəti dayandırım». O da Bəsdinin yanına getmiş və bacısının ərinin maykasını, onun öz maykasını, bir də ki, onun bacısı tərəfindən yazılmış ad familiyaları yazılmış kağız parçası aparmışdır. Buna görə Bəsdi ondan 2000 manat məbləğində pul istəmiş, o, qayıtmış və bu barədə bacısı Günelə danışmış, bacısı da razılaşmış və oynadığı loterayadan 2000 manat pul götürərək Bəsdigilə getmiş və sonuncunun dediyi əşyalarıda aparmışlar. Həmin günü 2015-ci ilin avqust ayının 31-də saat təxminən 16-17 radələrində 2000 manat pulu, maykaları, Günelin və onun ərinin adları familiyaları yazılmış kağız parçasını və 2000 manat məbləğində pulu Bəsdiyə vermiş, sonuncu onları arxayın etmişdir. Bir müddətdən sonra Bəsdi ona zəng edib onlara gəlməsini bildirmiş, o, tələsik Bəsdinin yanına gəlmiş, Bəsdi ona İranlı cadugərlə əlaqə saxladığını və İranlının ona «sənə kimsə əməl edib qəbrstanlıqda cadunu basdırıb» dediyini, «sənin başının üzərində fəlakət var, səni qardaşın öldürəcəkdir» demiş və İranlının məsləhəti ilə tilsimi qırmaq lazım olduğunu bildirmişdir. Buna görə onun başının üzərində yaylıq tutmuş və dəmir ləyəni başının üzərinə qoymuş və sonra qurğuşunu qazın üzərində əridib, gətirib ləyənin içərisində olan bankaya tökmüşdür. Banka dərhal qırılmış və Bəsdi ona «görürsən qəbrstanlıqdır, yolkadır, qəbrin hazırdır, ölümündə də günahkar qardaşın olacaqdır» demiş, o da Bəsdiyə ona yalvarmışdır ki, ona köməklik etsin, onu bu bəladan qurtarsın. Bəsdi ona demişdir ki, «tez get dediklərimi al gətir, tilsimi qırım». Bəsdi ondan donuz südü, nal, bal, vəhşi heyvanın qabaq ayağını, inəyin qara ciyərini gətirməyi, o magiya vasitəsi ilə tilsimi qıracasını və bu faciədən onu xilas edəcəyini bildirmiş, o, həmin əşyaları haradan əldə etməsi barədə maraqlandıqda sonuncu ona pulu verməsini və özü alıb gətirəcəyini demişdir. Bəsdi ondan nala görə 300 manat, bala görə 70 manat, digərləri ilə birlikdə 3600 manat lazım olduğunu bildirmiş, o, təşviş içərisində evə gəlmiş və 3600 manat öz pulunu götürüb 2015-ci ilin noyabr 13 noyabrda Bəsdinin yanına gəlmiş və sonuncunun ad günü olduğunu bilmiş və pulu Bəsdiyə onun Xırdalan şəhərində yaşadığı evində vermişdir. Bundan sonra Bəsdi ona «gəl sənin atanın, ananın qardaşının dilini, ağzını bağlayım, sən sərbəst yaşa heç kimə hesabat vermə» demiş, sonra özünə məxsus cehiz əşyalarını satmağa başlamışdır. 500 manat pul düzəltmiş və Bəsdiyə zəng vuraraq pulun hazır olduğunu demişdir. 2015-ci ilin dekabr ayının əvvəllərində Bəsdi Pirşağı tərəfə gəldiyi üçün poliklinikanın yanında pulu ona verməyi bildirmiş, Bəsdi özünə məxsus olan qara rəngli Prado markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobili ilə tək gəlmiş, avtomobilin işərisində vermiş, sonra Bəsdi ona demişdir ki, İranlı cadugər deyir ki, işi bitmək üzrədir, 2000 manat pulu gətir və duaları götür, və get bəxtəvər ol. O, evdən 2000 manat məbləğində pulu Almaz adlı rəfiqəsindən borc götürmüş və Bəsdi ilə əlaqə saxlamış, pulun hazır olduğunu demişdir. 2015-ci ilin dekabr ayının ortalarında Bəsdi ilə zəngləşmiş və Rəsulzadə qəsəbəsində “Fovarit” ilə üzbəüz istirahət parkının qarşısına gəlməsini bildirmiş, Bəsdi avtomobili ilə tək oraya gəlmiş və pulu sonuncuya avtomobilin salonunda vermişdir. 2016-cı ilin yanvar ayında artıq heç bir işi düzəlmədiyitni görüb Bəsdiyə zənglər etməyə başlamış, Bəsdi isə ona «qızım darıxma, hər şey yüksək səviyyədə olacaqdır» deyərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. Artıq 2016-cı ilin yanvar ayında ərə gedə bilmədiyini başa düşüb aldanıldığını başa düşmüş, bu səbəbdən də Bəsdiyə pulunu qaytarmadığı təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra Bəsdi hər ay 500 manat pul qaytaracağını bildirmiş, ondan şikayət etməməsini xahiş etmiş, bundan sonra Bəsdi 2016-cı ilin sentyabr ayının 15-dən 2019-cu ilin iyun ayının 18nə kimi 9100 manat məbləğində pulu ona qaytarmış, pulu ona bəzi vaxtlarda qızı Banu vermişdir. Qalan pulu və qızıl zinyət əşyalarını isə qaytarmamış, sonuncudan pulunu və qızıllarını geri istədikdə onu hədələməyə başlamışdır. O da məcbur olub bu barədə anasına və bacısına danışmış, o anası ilə birlikdə Bəsdinin yanına getmiş, Bəsdi pulun bir hissəsini avqust ayının 5-də Mehdiabada gətirəcəyini bildirmiş, hər ay 500 manat verəcəyinə söz versə də onu aldatmaqda davam etmiş və pulu, qızılı qaytarmamışdır. O, avqust ayının 7-də Bəsdinin ünvanına getmiş, lakin Bəsdini tapa bilməmiş və telefonuna zəng etdikdə onlara yalandan Türkiyədə olduğunu bildirmişdir. Bundan sonra polisə şikayət etmək qərarına gəlmişdir. Əlavə olaraq göstərmişdir ki, Bəsdi dələduzluq yolu ilə ondan bütovlükdə 15.620 manat puldan 9100 manat hissəsini qaytarmış, qalan 6500 manat hissəsini isə qaytarmamışdır. Həmin pulun 2000 manat hissəsini bacısı Güneldən borc almış, eyni zamanda Bəsdi qızıl zinyət əşyalarını da ona qaytarmamış və həmin qızılın dəyəri 5.680 manat təşkil etmişdir. Hazırda ona dəymiş 19300 manat məbləğdən ona hissə-hissə cəmi 9100 manat ziyan ödənilmişdir. Lakin 10200 manat ziyan bu vaxtadək ödənilməmişdir. Ona görə də mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 böyük bacısıdır. Solmaz 2009-cu ildə ailə həyatı qurmuş, 2010-cu ildə isə boşanmışdır. Validə ləqəbli əsl adı Təqsirləndirilən şəxs Etibar qızını bacısı Solmazın vasitəsi ilə tanımış, Solmaz özü ona demişdir ki, qohumları Qiymətin vasitəsi ilə Bəsdi ilə tanış olmuşdur və Bəsdi baxıcı olmaqla falına baxdırır. Solmaz 2014-cü ilin sentyabr ayından Validənin, yəni Təqsirləndirilən şəxs yanına gedib gəlməyə başlamış və dəfələrlə ona hissə-hissə pul vermişdir. 2014-cü ilin dekabr ayında Solmaz onun yanına gəlib qızıllarını ona verməyüi xahiş etmiş, o, bunun səbəbi barədə soruşduqda Solmaz ona özünə məxsus olan bütün qızılları Bəsdiyə bəxtinin açılması üçün verdiyini demiş, Solmaz ona Bəsdinin ona verilən qızılları İrana bir kişiyə göndərdiyini və sonuncunun da ona köməklik edəcəyini, Solmazın başının üstündə olan «qara buludları» ləğv edəcəyini bildirmiş, Solmaz ona demişdir ki, Bəsdiyə pullarıda verib ki, Bəsdi onu 1 il 3 aya imkanlı cavan oğlana ərə verəcəkdir. Solmaz ona bu sözlərinə sevinə-sevinə dediyi üçün o, da bu sözlərə inanmış və bu səbəbdən də özünə məxsus olan dəyəri 1440 manat edən 18 qramlıq 750 əyarlı sırğaüzük dəstini Solmaza vermişdir ki, onu öz qızılları ilə birlikdə Bəsdiyə versin. Solmaz ondan qızıl dəstini götürüb öz qızılları ilə birlikdə Bəsdiyə sonuncunun Xırdalan şəhərində yerləşən evində vermişdir. Solmaz özü Bəsdinin yanına gedib ona pulu Xırdalanda sonuncunun evində verəndə o, da bir neçə dəfə Solmazla birlikdə olmuş, Bəsdi Solmaza verdiyi vədlərə o da inanmış, Bəsdi Solmaza psixoloji təsirlər etmiş ki, güya onun həyatı dəyişəcək, xoşbəxt olacaq, ailə quracaqdır. Bir müddət keçəndən sonra onun həyat yoldaşı ilə arasında ailə problemləri və narazılıqları yaranmış, hətta onlar boşanmağı qərara almışlar. Bunun qarşısını almaq məqsədi ilə bacısı Solmaz Bəsdiyə zəng vurub bu barədə danışmış və xahiş etmişdir ki, Bəsdi bu məsələni yoluna qoysun. Bəsdi də Solmaza demişdir ki, onun falına baxıb cadu edib ailəsində olan problemlərini aradan qaldıracaqdır. Bəsdi Solmazdan bu işi həllinə görə onun ərinin maykasını, onun öz maykasını, onun tərəfindən xətti ilə yazılmız ərinin və özünün soyad, ad və atasının adı olan kağız parçasını, birdə 2000 manat məbləğində pulun verilməsini tələb etmiş, bacısı Solmaz bunu ona dedikdə o, evindən bir ədəd ağ rəngli əri Nəcəfə məxsus olan maykasını, özünə məxsus olan bir ədəd ağ rəngli maykanı götürüb balaca kağız parçasına yazdığı özünün və ərinin adı, soyadı, yəni «X9, ana: Tükazban oğlu, Malışova Günel Etibar qızı ana: Mələk qızı» yazılarını yazıb özünə məxsus olan 2000 manat məbləğində puluda götürüb Solmazla birlikdə Bəsdinin Xırdalan şəhərində yaşadığı evinə getmiş, Bəsdinin evinə 31 avqust 2015-ci il tarixdə saat 16:00 radələrində getmiş, orada Bəsdiyə ondan tələb etdiyi əşyaları təqdim edərək 2000 manatı da vermiş ki, onun falına baxsın və onun məsələsini həll etsin, bəxtini açıb əri ilə onu barışdırsın və ailəsi ilə olan problemləri bitirsin. Bəsdi Solmazın yanında ondan 2000 manat pulu götürüb həmçinin ona təqdim etdiyi maykalarını və kağız parçasını götürüb ərinin və onun maykalarının üstündə yazıları yazmağa başlamış, Bəsdi maykaların üzərinə yazıları yazanda dua demiş, sonra maykaları ilə birlikdə üst-üstə qoyub qırmızı və göy rəngli şamları, bir ədəd qıfılı üzərində iki açar olmaqla, bir ədəd paslanmış nalı, 3 ədəd qurumuş gavalı meyvəsini, adlarını yazdığı kağız parçasını, fars dilində yazılmış duanı, bir ədəd vərəqdə «X5» sözləri ilə başlayan və «fəəğrəb» sözü ilə bitən latın dilində yazılmış duanı maykalarının içərisinə büküb iplə bağlayaraq ona təqdim etmiiş, Bəsdi onu verib bildirmişdir ki, «bunu evində təmiz olan yerdə gizlət, heç kimə bu barədə demə». O da Bəsdinin ona verdiyi əşyaları öz evində saxlamış ki, onun ailə problemləri həll olunsun. Bəsdi Solmaza söz vermişdir ki, 2016-cı ilin yanvar ayında onun bəxti açılacaq və o ərə gedəcəkdir. 2016-cı ilin yanvar ayında Solmaz öz taleyi barədə Bəsdi ilə maraqlanmağa başlamış, Bəsdi də onu müxtəlif bəhanələri ilə Solmazı aldatmağa başlamış, sonra Solmaz başa düşmüşdür ki Bəsdi onu aldadıb və pullarını Bəsdidən tələb etməyə başlamışdır. Bəsdi də Solmaza polisə şikayət etməməsi üçün yalvarmağa başlmış və pulları hissə hissə ona qaytarmağa razılaşmışdır. Bəsdi Solmaza 2016-cı ilin sentyabr ayının 15-dən 2019-cu ilin iyun ayının 18-nə kimi 9100 manat məbləğində pulu qaytarmış, belə ki, Bəsdi Solmazdan bütovlükdə aldığı 15.620 manat puldan 9100 manat hisəsini qaytarmış, qalan 6500 manat pulu qaytarmamışdır. Həmin pulun 2000 manatı onun Solmaza verdiyi pul olmuş, eyni zamanda Bəsdi qızıl zinyət əşyalarını da onlara qaytarmamış, həmin 5680 manatlıq qızıllardan dəyəri 1440 manat təşkil edən 18 qramlıq 750 əyarlı sırğa-üzük dəsti ona məxsus qızıllar olmuşdur. Hazırda ona 2000 manat dəymiş ziyan Bəsdi tərəfindən ödənilməmişdir. Ona görə də mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ev təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs1 isə Sumqayıt şəhərindən tanıyır. Təqsirləndirilən şəxs Validə adı ilə tanımış, Validə xanım Abşeron rayonu, Xırdalan şəhərində yaşayır, mən Validəni Elmirin vasitəsi ilə tanımışdır. 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir ki, onun tanışı olan Validənin Abşeron rayonu, Xırdalan şəhərindəki evini təmir etsin. O da Elmirin xahişi ilə Validənin evinə getmiş, evə bitişik, həyətdə qaraj kimi bir yer olmuş, həmin yeri təmir etmiş, təmir zamanı Elmir dəfələrlə Validənin evinə gəlibgetmiş, o, həmin evdə təmir edən zaman ona məlum olmuşdur ki, Validə falçılıq fəaliyyəti lə məşğul olur. Elmir də onun yanına fala baxdırmaq üçün gəlir. Yekunda evin təmiri təxminən 4500 manat pul etmiş, Elmir həmin pulu ona ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Validə adı ilə tanımış, Validə xanım Abşeron rayonu, Xırdalan şəhərində yaşayır, Validəni Elmirin vasitəsi ilə tanımışdır. Elmir 2017-ci ildən mütəmadi olaraq Validənin Abşeron rayonu, Xırdalan şəhərindəki evinə gedib, fala baxdırmış, bir sözlə Validəni baxıcı kimi tanımışdır. Elmir dəfələrlə Validəyə fala baxdırmaq üçün pul vermiş, belə ki, Elmir Validəyə 6000 manat pul vermişdir ki, Validə Elmirin iş yolunu açacaqdır. X8rtal caynağı, ceyran dərisi vermişdir. Elmir həmçinin 2018-ci ilin iyul ayında Validə üçün Pajero Mitsubishi markalı avtomobil də almış, o bir neçə dəfə Elmirə Validəni onu aldatması barədə bildirsə də, Elmir onun sözlərinə əhəmiyyət verməmiş, 2018-ci lin mart ayında Elmir ondan xahiş etmişdir ki, Validə ona qara qoyun deyib, o həmin qara qoyunu almalıdır və dərisini və içalatını basdırmalıdır. Stansiya Sumqayıt yolunun üzərində yerləşən ət dükanında işləyən Nemətdən xahiş etmişdir ki, qara qoyun kəssin. Nemət qara qoyunu kəsmiş və onun dərisi ilə içalatını yolun kənarında yerə basdırmışdır. X6 təxminən 20000-25000 manat pul vermiş və 24500 manat dəyərində Pajero Mitsubishi markalı avtomobil vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 da Validənin yanına fala baxdırmaq üçün getdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 qohumudur, aralarında normal münasibəti vardır. Solmaz 2009-cu ildə ailə həyatını qurmuş, lakin 2010-cu ildə boşanmışdır. 2014-cü ildə Solmaz ondan xahiş etmişdir ki, onu Validə kimi tanınan Bəsdi adlı falçı ilə tanış etsin ki, Validə onun bəxtinə kartları ilə baxıb öəxtinin nə vaxt açılacağıv ilə bağlı məlumat versin. O özü də hərdənbir Bəsdinin yanına gedib bəxtinə baxdırmış, Bəsdini təxminən 2006-cı ildən tanıyır, onun yanında bir neçə dəfə olmuş, lakin yaxın münasibəti olmamış, yalnız bayramlarda bir-birini təbrik etmişlər. Solmazın bu söhbətindən sonra Bəsdi ilə əlaqəsi tam kəsilmişdir. 2014-cü ilin sentyabr ayının sonrarında Solmazla birlikdə Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs yanına getmiş və Xırdalan şəhərində olan evdə Solmazı Bəsdi ilə tanış etmişdir. Təqsirləndirilən şəxs ilə Solmazı tanış edəndə Solmaza «Taro» kartları ilə bəxtinə baxmağa başlamış, Bəsdi 30 manata fala baxdığını bildirsə də, Solmaz isə 20 manat pul vermişdir. Bəsdi razılaşıb Solmazdan 20 manatı öz evində, yəni Xırdalan şəhərində alıb kartlarla bəxtinə baxmağa başlamış, Solmaz yenidən ailə qurmaq istədiyi üçün falına baxdırmış, Bəsdi Solmaza demişdir ki, onun bəxti bağlıdır və bəxtini açmaqda çox çətindir. Solmazın narahat halda olduğunu görüb Bəsdi ona demişdir ki, ona kimsə cadu-piti etmişdir, buna görə də evində qohumları ilə problemləri olur və o ərə gedə bilmir. Bəsdi Solmaza demişdir ki, bu işi düzəltmək çox çətindir, sonra Bəsdi Solmaza demişdir ki, «mənə vergi verilib və mən öz magiyamın təsiri vasitəsi ilə sənin dərdinə əlac edə bilərəm, sənin bəxtini açıb səni 1 il 3 ay ərzində cavan və çox imkanlı bir oğlana ərə getməyinə kömək edəcəyəm». Bəsdi Solmaza onun yanında demişdir ki, «başqalarına 3000 manata bəxtini açıram, amma sənə hörmət edib 2000 manat məbləğində pula edərəm». Solmaz Bəsdi ilə razılaşıb demişdir ki, əlaqə saxlayacaqdır və Bəsdinin telefon nömrəsini götürmüşdür. Bundan sonra Solmaz Bəsdi ilə özləri əlaqə saxlamağa başlamış və onların aralarında olan söhbətlərə qarışmamışdır. Təxminən 2016-cı ilin yaz aylarında ona məlum olmuşdur ki, Bəsdi Solmazı aldadaraq güya onun və ailə üzvlərinin bəxtini açmaq adı ilə hissə-hissə Solmazdan 2014-cü ilin sentyabr ayından 2015-ci ilin dekabr ayına qədər olan müddətdə 15.620 manat məbləğində nağd pulu və 5680 manat dəyərində qızıl zinyət əşyalarını ələ keçirmişdir. Həmin puldan Bəsdi 2016-cı ildən etibarən hissə hissə Solmaza 9100 manat hissəsini qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 2005-ci ildən tanıyır, aralarında normal münasibəti vardır. 2005-ci ildən etibarən Solmazla qonşuluqda yaşamağa başlamış və həmin vaxtdan münasibətləri yaranmışdır. Solmaz 2009-cu ildə ailə həyatını qurmuş, lakin 2010-cu ildə boşanmış, 2015-ci ilin mart ayının əvvəllərində Solmaz ona demişdir ki, qohumu Qiymətin vasitəsi ilə Xırdalan şəhərində yaşayan Validə adlı falçı ilə tanış olmuşdur və Validə pul müqabilində onun «bəxtini açıb» onu ərə verəcəkdir. O, bu hallara inanmadığına görə Solmaza bildirmişdir ki, bu məsələyə çoxda baş qoşmasın. Lakin Solmaz ona qulaq asmamış və öz bildiyini etmiş, 08 mart 2015-ci il tarixdə günortadan sonra olan vaxtda Solmazla birlikdə şəhərdə görüşmüş, Solmaz həmin günü Validə ilə, sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs ilə görüşməli olmuş, Solmaz ondan xahiş etmişdir ki, onunla birlikdə Xırdalan şəhərinə getsin ki, onu da Bəsdi ilə tanış etsin. O, razılaşmış və Solmazla birlikdə Xırdalan şəhərinə Bəsdinin evinə gedəndə yolda Solmaz Bəsdiyə gül almış ki, onu təbrik etsin. Həmçinin yolda Solmaz ona demişdir ki, Bəsdiyə 1500 manata məbləğində pulu verməlidir ki, Bəsdi onun falına baxıb bəxtini açsın ki, Solmazın ailəsinə problemlər bitsin və sonuncu ərə gedə bilsin. O, bunun dediklərinə özü də inanmış, yenə də fikirləşmişdir ki, Bəsdi Solmazı aldatmaz. Solmazla birlikdə Xırdalan şəhərinə Bəsdinin evinə getdikdə orada Solmaz onun yanında Bəsdiyə 1500 manatı pul vermiş, Bəsdi pulu ondan alıb dedi ki, «narahat olma bu işinidə düzəldəcəm ki, bəxtin açılsın və xoşbəxt olasan» demiş, bayram günü olduğuna görə Solmaz Bəsdiyə gülləri hədiyyə etmişdir. Bəsdidə 1500 manat məbləğində pulu Solmazdan aldıqda onlara çay vermiş, o da çayı içib oradan çıxıb getmişdir. Solmaz isə Bəsdigildə qalmış, sonra o necə evinə qayıdıb onun xəbəri olmamış, sonradan 2016-cı ilin yanvarında ona məlum olmuşdur ki, Bəsdi Solmazı aldadaraq onun pulunu və qızılları əlinə keçirmişdir, belə ki, Bəsdi Solmazı aldadaraq güya onun və ailə üzvlərinin bəxtini açmaq adı ilə hissə-hissə ondan 2014-cü ilin sentyabr ayından 2015-ci ilin dekabr ayına qədər olan müddətdə 15.620 manat məbləğində nağd pulu və 5680 manat dəyərində qızıl zinyət əşyalarını ələ keçirmişdir. Həmin puldan Bəsdi 2016-cı ildən etibarən hissə hissə Solmaza 9100 manatı qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 15 ildir ki tanıyır, aralarında normal münasibəti olmuşdur. 2012-ci ildə həyat yoldaşı rəhmətə getmiş və o, həmin vaxtdan ailə qura bilməmiş, hazırdada onkoloji xəstədir. Solmaz da 2009-cu ildə ailə həyatını qurmuş və 2010-cu ildə boşanmışdır. 2015-ci ildə Solmazla əlaqə saxladıqda sonuncu demişdir ki, Xırdalan şəhərində yaşayan Validə adlı bir falçı qadın vardır, həmin falçı qadın onu bu yaxınlarda ərə verəcək və onun bəxtini açmışdır. Onun Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə və ailə problemləri olduğundan Solmaz ona təklif etmişdir ki, onu, həmin falçı Validə adlı qadınla, sonradan adını bildiyi Bəsdi Qasımova ilə tanış etsin. O, razılaşmış və 2015-ci ilin iyun ayında Solmazla birlikdə Bəsdinin Xırdalan şəhərində yaşadığı evinə getmişdir. Orada Bəsdini ilk dəfə görmüş və Bəsdi ona baxan kimi Solmazın yanında kartlarını çıxarıb onun falına baxmağa başlamışdır. Bəsdi buna görə ondan 30 manat pul almış, Solmaz onunla söhbət edən zamanı bilmişdir ki, ərsiz qadındır və kirayədə yaşayır. Solmaz kartlara baxanda ona demişdir ki, ona dövlət tərəfindən ev təşkil edə bilər. O, bu barədə soruşduqda, Bəsdi ona demişdir ki, qara maqiya vasitəsi ilə belə edə biləcək ki, o, istənilən dövlət müəssəsinə getsə orada onun kimsəsiz qadın olduğunu görüb ona pulsuz evi verəcəklər. Bəsdi ona demişdir ki, bu işin həllinə ona 750 manat məbləğində pulu verməlidir. O, Bəsdiyə maddi imkanı yaxşı olmadağını, buna görədə ona pulu hissə hissə verə biləcəyini demiş, Bəsdi razılaşmış və onun telefon nömrəsini əlaqə saxlamaq üçün götürmüşdür. Təxminən 15 gün keçdikdən sonra 2015-ci ilin iyun ayının axırlarında 400 manat pulu düzəldib həmin pulu Bəsdinin yaşadığı Xırdalan şəhərində olan evində ona vermiş, pulu Bəsdiyə verdikdə onların yanında heç kim olmamış, Bəsdi pulu ondan aldıqda ona demişdir ki, qalan pulun hissəsini də yəni 350 manatı düzəldib ona verməlidir ki, ona qara mağıya vasitəsi ilə dövlət tərəfindən evi təşkil edə bilsin. Bundan sonra yenədə 2015-ci ilin avqust ayının ortalarında 350 manatı düzəldib həmin pulu Bəsdinin evində ona vermiş, Bəsdiyə pulu verdikdə yenədə yanlarında heç kəs olmamışdır. Bəsdiyə pulu verib çıxıb gedəndən sonra Bəsdi ona demişdir ki maqiya vasitəsi ilə onun işini həll edir. Lakin hiss etmişdir ki, Bəsdi onu aldadır və buna görədə Bəsdinin evinə gedib ondan işi ilə bağlı maraqlanmağa başlamışdır. Bir neçə vaxtdan sonra yenədə Bəsdi ilə əlaqə saxlamış və onun işini uzatmağa başlamış, sonradan 2016-cı ilin yanvarında Bəsdinin evinə gedib ondan verdiyi 750 manatı tələb edikdə Bəsdi ona demişdir ki, onu ilk dəfədir ki, görür ondan pulu almayıb və onu tanımır. O, Bəsdinin bu hərəkətlərindən təəccüblənmiş və bu barədə Solmaza demiş, Solmaz da ona demişdir ki Bəsdi onu da aldatmış və pulunu qızıllarını ələ keçirmişdir. Ona həmin vaxtı məlum olmuşdur ki, Bəsdi Solmazı aldadaraq güya onun və ailə üzvlərinin bəxtini açmaq adı ilə hissə-hissə ondan 2014-cü ilin sentyabr ayından 2015-ci ilin dekabr ayına qədər olan müddətdə 15.620 manat məbləğində nağd pulu və 5680 manat dəyərində qızıl zinət əşyalarını ələ keçirmiş, həmin puldan Bəsdi 2016-cı ildən etibarən hissə-hissə Solmaza 9100 manatı qaytarmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi bir ədəd CD diskinə baxış keçirilmiş, CD diskinə köçürülmüş 004 saylı səs yazısı 34 dəqiqə 21 saniyəyədək olan anı əhatə etmişdir. Qeyd olunan qovluqdakı səslərə qulaq asdıqda səs yazısının 17-ci dəqiqəsindən 19-cu dəqiqəsinədək olan müddət ərzində iki qadın arasında pulla bağlı danışıq aparılır. Səs yazısının 18 dəqiqə 31 saniyəsindən başlayaraq bir qadın digər qadına söhbət əsnasında bildirir ki, «mən sizin içinizdə olmamışam, bir var deyər ki, almamışam, amma anam deyir Solmazdan pul almışam, anam deyir ki, sən desən də deməsən də qəpiyinədək qaytarıb verməliyəm». Danışığın 19 dəqiqə 39-cu saniyəsindən başlayaraq bir qadın digərinə «daha mən yorulmuşam, hər ayın axırı gələndə, bax 300 sənsən, 300 lombarddı» sözlərini deyir. Danışığın 25 dəqiqə 25-ci saniyəsindən başlayaraq bir qadın digərindən soruşur ki, «ümumi nə qədər pul verilib?!», digər qadın «5900 manat anan pul verib, hamısını bircə bircə yazmışam» deyir, ümumi pulun məbləğinin isə 13.600 manat olduğu bildirilir. Danışıq zamanı ümumi məbləğdən verilmiş məbləğ çıxılır və «6700 manat pul qalır, 6700 manat ana mənə verəcək» sözləri bildirilir. Danışığın 28 dəqiqə 50-ci saniyəsindən başlayaraq 34 dəqiqə 21-ci saniyəsinədək olan müddət ərzində bir qadının digər başqa bir qadınla pul ilə bağlı söhbəti yaranır və qadınlardan biri digərinə «bax Solmaz Allah haqqı düzəldib verəcək, bir nəfər alverçinin ardınca getmişdim, dedi gətirib verəcəm, Allah haqqı həmin adam mənə aylıq 300 manat pul verir, anamın goru haqqı o pulu da sənə verəcəm alacaqlarımı ala bilmirəm, başımı itirmişəm, bütün günü ləngərdəyəm, bu poxun biri satılsa, səndən də canımı qurtararam, öz canımı da qurtararam, evi satlığa qoymuşam, olar axşama göndərərək, olar 3 günə göndərərəm Solmaz sən məndən narahat olma, pul gələn kimi mən sənə göndərəm, Solmaz sən hər ay mənə yazma, bu mənim məsuliyyətimdi, gələn kimi Allah haqqı verəcəm, pul gələndə bilki, ondan bir qəpik də götürməyəcəm» bildirir. CD diskinə köçürülmüş 005 saylı səs yazısı 36 dəqiqə 30 saniyəyədək olan anı əhatə edir. Qeyd olunan qovluqdakı səslərə qulaq asdıqda səs yazısının 17-ci dəqiqəsindən 19-cu dəqiqəsinədək olan müddət ərzində iki qadın arasında pulla bağlı danışıq aparılır. Səs yazısının 33 dəqiqə 20 saniyəsindən başlayaraq bir qadın digər qadına söhbət əsnasında bildirir ki, «mənim ayın oynlarım var, onları satana kimi mənə təhdid etməyəsən, Solmaz məni təntidmə, sən məni bir dəfə sıxmamısa, qoy bir ayın axırına kimi olsun, mən onu sənə verəcəm, mən onu yeyə bilmərəm, başa düşdün, 125, 25 də ordan, 100 də qoy ayın axırına kimi görüm neyləyəcəm, qoy ayın axırına kimi nə komalasam, sənə verəcəm» bildirir. Diskdə olan 1-ci səsə qulaq asılması prosesində iştirak etmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, danışığın 28 dəqiqə 50-ci saniyəsinədək olan müddət ərzində Təqsirləndirilən şəxs qızı Banu kimi tanıdığı X2 ilə arasında danışıq aparmışdır və pulun anası Təqsirləndirilən şəxs tərəfindən alınmasını və sonuncunun pulu qaytaracağına söz verdiyini bildirdi. Danışığın 28 dəqiqə 50-ci saniyəsindən 34 dəqiqə 21-ci saniyəsinədək olan müddət ərzində isə danışıqları Təqsirləndirilən şəxs ilə aparmış, sonuncu aylıq 300 manatdan olmaqla ona pul ödəyəcəyini vəd etmişdir. Diskdə olan 2-ci səsə qulaq asılması prosesində iştirak etmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, danışığın 33 dəqiqə 20-ci saniyəsindən 36 dəqiqə 30 saniyəsinədək olan müddət ərzində olan danışığı Təqsirləndirilən şəxs ilə arasında aparmışdır, həmin danışıqda sonuncu pul aldığını və onun pulun qaytarılması ilə bağlı Zərərçəkmiş şəxs3 tərəfindən sıxılmadığını və pulu son qəpiyinədək qaytaracağına söz verir. Zərərçəkmiş şəxs3 təqdim etdiyi bir ədəd CD diskinə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə baxış keçirilmiş, qeyd olunan qovluqdakı səslərə qulaq asdıqda səs yazısının 17-ci dəqiqəsindən 19-cu dəqiqəsinədək olan müddət ərzində iki qadın arasında pulla bağlı danışıq aparılır. Səs yazısının 18 dəqiqə 31 saniyəsindən başlayaraq bir qadın digər qadına söhbət əsnasında bildirir ki, «mən sizin içinizdə olmamışam, bir var deyər ki, almamışam, amma anam deyir Solmazdan pul almışam, anam deyir ki, sən desən də deməsən də qəpiyinədək qaytarıb verməliyəm». Danışığın 19 dəqiqə 39-cu saniyəsindən başlayaraq bir qadın digərinə «daha mən yorulmuşam, hər ayın axırı gələndə, bax 300 sənsən, 300 lombarddı» sözlərini deyir. Danışığın 25 dəqiqə 25-ci saniyəsindən başlayaraq bir qadın digərindən soruşur ki, «ümumi nə qədər pul verilib?!», digər qadın «5900 manat anan pul verib, hamısını bircə bircə yazmışam» deyir, ümumi pulun məbləğinin isə 13.600 manat olduğu bildirilir. Danışıq zamanı ümumi məbləğdən verilmiş məbləğ çıxılır və «6700 manat pul qalır, 6700 manat ana mənə verəcək» sözləri bildirilir. Danışığın 28 dəqiqə 50-ci saniyəsindən başlayaraq 34 dəqiqə 21-ci saniyəsinədək olan müddət ərzində bir qadının digər başqa bir qadınla pul ilə bağlı söhbəti yaranır və qadınlardan biri digərinə «bax Solmaz Allah haqqı düzəldib verəcək, bir nəfər alverçinin ardınca getmişdim, dedi gətirib verəcəm, Allah haqqı həmin adam mənə aylıq 300 manat pul verir, anamın goru haqqı o pulu da sənə verəcəm alacaqlarımı ala bilmirəm, başımı itirmişəm, bütün günü ləngərdəyəm, bu poxun biri satılsa, səndən də canımı qurtararam, öz canımı da qurtararam, evi satlığa qoymuşam, olar axşama göndərərək, olar 3 günə göndərərəm Solmaz sən məndən narahat olma, pul gələn kimi mən sənə göndərəm, Solmaz sən hər ay mənə yazma, bu mənim məsuliyyətimdi, gələn kimi Allah haqqı verəcəm, pul gərinə kimi bilki, ondan bir qəpik də götürməyəcəm» bildirir. CD diskinə köçürülmüş 005 saylı səs yazısı 36 dəqiqə 30 saniyəyədək olan anı əhatə etmiş, qeyd olunan qovluqdakı səslərə qulaq asdıqda səs yazısının 17-ci dəqiqəsindən 19-cu dəqiqəsinədək olan müddət ərzində iki qadın arasında pulla bağlı danışıq aparılır. Səs yazısının 33 dəqiqə 20 saniyəsindən başlayaraq bir qadın digər qadına söhbət əsnasında bildirir ki, «mənim ayın oynlarım var, onları satana kimi mənə təhdid etməyəsən, Solmaz məni təntidmə, sən məni bir dəfə sıxmamısa, qoy bir ayın axırına kimi olsun, mən onu sənə verəcəm, mən onu yeyə bilmərəm, başa düşdün, 125, 25 də ordan, 100 də qoy ayın axırına kimi görüm neyləyəcəm, qoy ayın axırına kimi nə komalasam, sənə verəcəm» bildirir. Diskdə olan 1-ci səsə və 2-ci səsə qulaq asılması prosesində iştirak etmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 iştirakı ilə bildirmişdir ki, hər iki yazıda olan danışıqlardakı səslər ona məxsusdur, yazıda olan danışıqları o, Zərərçəkmiş şəxs3 ilə arasında apardığını bildirmişdir. Əlavə olaraq müdafiəçisi Müdafiəçi3 bildirmişdir ki, protokol diskdə olan səslərin ümumi məzmununu əhatə edir, lakin səslər bütünlüklə mətn formasında protokolda əks etdirilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 29.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 06.05.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08.05.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək saxlandığı Abşeron rayon Pİ-nin MSYdən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13.11.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, hal hazırda onların Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd qartal caynağı, bir ədəd ceyran dərisi, bir ədəd qıfıl, 3 ədəd qıfıl açarı, 2 ədəd daş parçası, bir ədəd at nalı, bir ədəd məftil, 5 ədəd meyvə qurusu, bir ədəd dua bağlaması və Zərərçəkmiş şəxs3 təqdim etdiyi bir ədəd CD disk maddi sübut kimi tanınmış, CD diski iş materiallarına əlavə edilmiş, digər əşyalar saxlanması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04.05.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında ailə üzvləri ilə yaşayır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 178.2.2, 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o məsuliyyətdən yayınmaq istəyirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.05.2020-ci il tarixdən 08.05.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 13.11.2020-ci il tarixdən 23.11.2020-ci il tarixədək həsbdə saxlanıldığı 10 gün, 23.11.2020-ci il tarixdən 05.10.2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 10 ay 12 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə maddi ziyan 83.400 manat təşkil edir, maddi ziyanın 9100 manat hissəsi ödənilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli, və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası tam təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 19.300 manat pulun tutulub ona verilməsi, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 2.000 manat pulun tutulub ona verilməsi barədə ərizələr vermişlər. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3nnin mülki iddiasına münasıbətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi zərər vurulması sübuta yetdiyindən mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli. Mülki cavabdeh Təqsirləndirilən şəxs 10.200 manat pul tutulub Zərərçəkmiş şəxs3 verilməli, mülki iddia qalan hissədə rədd edilməlidir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, X3in mülki iddiasına münasıbətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi zərər vurulması sübuta yetdiyindən mülki iddia təmin edilməli, Mülki cavabdeh Təqsirləndirilən şəxs 2.000 manat pul tutulub Zərərçəkmiş şəxs4 verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmal, bir ədəd qartal caynağı, bir ədəd ceyran dərisi, bir ədəd qıfıl, 3 ədəd qıfıl açarı, 2 ədəd daş parçası, bir ədəd at nalı, bir ədəd məftil, 5 ədəd meyvə qurusu və bir ədəd dua bağlaması məhv edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.05.2020-ci il tarixdən 08.05.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 13.11.2020-ci il tarixdən 23.11.2020-ci il tarixədək həsbdə saxlanıldığı 10 gün, 23.11.2020-ci il tarixdən 05.10.2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 10 ay 12 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 10.200 (on min iki yüz) manat pul tutulub Zərərçəkmiş şəxs3 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 iddiası tam təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2.000 (iki min) manat pul tutulub Zərərçəkmiş şəxs4 verilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Bir ədəd qartal caynağı, bir ədəd ceyran dərisi, bir ədəd qıfıl, 3 ədəd qıfıl açarı, 2 ədəd daş parçası, bir ədəd at nalı, bir ədəd məftil, 5 ədəd meyvə qurusu və bir ədəd dua bağlaması məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar