Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-96/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, fərdi əməklə məşğul olan, Bakı şəhəri Yasamal rayonu B. Məcidov küçəsi ev 17-də daimi qeydiyyatda olan, Abşeron rayonu Hökməli qəsəbəsində fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 22.07.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının axırlarında Abşeron rayonu, Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən 07 (yeddi) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) Mosin konstruksiyalı karabinlərin atəş üçün yararlı ştat patronları, yəni döyüş sursatını və ümumi uzunluğu 676 mm olan 01 ədəd x- 10546 №-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1947-ci ildə Mosin konstruksiyalı karabinin əsasında istehsal olunmuş 32 kalibrli Frolov konstruksiyalı hamar lüləli sürgülü, texniki cəhətdən saz və atış üçün yararlı, xarakterik xüsusiyyətlərinə əsasən patron yuvasına patronların tək-tək yerləşdirilməsi nəzərdə tutulmuş odlu yivsiz silah olan ov tüfəngini əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq saxlamış və üzərində gəzdirmiş, 22.07.2021-ci il tarixdə gecə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Abşeron rayon polis idarəsinin, Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb polis bölməsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən həmin 07 (yeddi) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) Mosin konstruksiyalı karabinlərin atəş üçün yararlı ştat patronları, yəni döyüş sursatını və əynində olan göy rəngli köynəyinin altında, şalvarının bel hissəsinə keçirib gəzdirdiyi ümumi uzunluğu 676 mm olan 01 ədəd x-10546 №-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1947-ci ildə Mosin konstruksiyalı karabinin əsasında istehsal olunmuş 32 kalibrli Frolov konstruksiyalı hamar lüləli sürgülü, texniki cəhətdən saz və atış üçün yararlı, xarakterik xüsusiyyətlərinə əsasən patron yuvasına patronların tək-tək yerləşdirilməsi nəzərdə tutulmuş odlu yivsiz silah olan ov tüfəngi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,247 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini vət qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,098 qram qəhvəyi rəngli maddə qustar üsullu hazırlanmış narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 22.07.2021-ci il tarixdə gecə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Abşeron rayon polis idarəsinin, Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb polis bölməsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,247 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,098 qram qəhvəyi rəngli maddə qustar üsullu hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. 22.07.2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsinin girişində olarkən polis əməkdaşları özlərini təqdim etdikdən sonra, onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin Qobu PB-də xidməti otaqların birində video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmetin olub olmadığı soruşulmuşdur. O, boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı bir ədəd qara rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminin onun özünə məxsus olmasını, 21.07.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı bir nəfər şəxsdən 20 manat müqabilində aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. O, həmçinin şəxsi axtarış zamanı göy rəngli köynəyinin altında saxladığı və şalvarının bel hissəsinə keçirdiyi bir ədəd qara rəngli, odlu silah olan ov tüfənginə bənzəyən, görünüşündən lüləsinın kəsilmiş olduğu təssüratını yaradan əşyanı və əynindəki şalvarının sol yan cibindən çıxardığı 7(yeddi) ədəd 7,62 çaplı avtomat patronlarını təqdim edərək həmin əşyanın odlu silah olan ov tüfəngi olduğunu, təxminən bir ay əvvəl, yəni 2021-ci ilin iyun ayının axırlarında Abşeron rayonu, Hökməli qəsəbəsindəki zibillikdə metal axtararkən həmin tüfəngi 7 (yeddi) ədəd patronla birlikdə tapmış, 22.07.2021-ci i tarixdə gecə saat 04-05 radələrində Hökməli qəsəbəsində belinə taxıb gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriləndə həmin bir ədəd tüfəng və 07 ədəd patronlar da üzərində olmuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 21.07.2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində özü istifadə etmək üçün almış, həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə verməmiş, satmamış, ümumiyyətlə onun heç vaxtı narkotik vasitə və psixotrop maddə satmaq fikri olmamışdır. Norkotik vasitəni və psixotrop maddəni aldığı şəxsi əvəllər tanımamış, həmin şəxsdən cəmisi bir dəfə, yəni 21.07.2021-ci ildə narkotiik vasitə və psixotrop maddə almış, həmin şəxsin anket məlumatlarını bilmir. Üzərində aşkar edilmiş ov tüfəngini və 07 ədəd patronu Hökməlidə ziibillikdə metal axtarakən yerdən tapmışdır. Həmin tüfəng və patronlardan istfiadə etməmişdir. Məhkəmə iclasında şahid Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 oğlunun elan olunmuş ifadəsindən görünür ki, Abşeron RPİ-nin Qobu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 22.06.2021ci il tarixdə onun icraatına Bakı şəhəri, Yasamal rayonu B.Məcidov küçəsi ev 17-də daimi qeydiyyatda olan, Abşeron rayonu Hökməli qəsəbəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və üzərində saxlaması, həmçinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini saxlama, daşıma, gəzdirməsi və inzibati ərazidə baş vermiş oğurluq cinayətlərində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 22.06.2021-ci il tarixdə bu barədə raportla bölmə rəisinə məruzə edib icazə alandan sonra, həmin tədbirin keçirilməsi üçün əmr imzalanmış və həmin günü o, Abşeron RPİ-nin Qobu PB-nin YYÇİ üzrə PİTQ-nun inispektoru polis kiçik leytenantı Şahid2 ilə birlikdə, Abşeron rayonu Hökməli qəsəbəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq, Abşeron RPİ-nin Qobu polis bölməsinə dəvət edilmiş, bu barədə raportla bölmə rəisinə məruzə edəndən sonra, həmin raportun icrası Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Ruhan Nadirliyə həvalə edilmişdir. X5 müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra video çəklişlə, Qobu polis bölməsində inzibati otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni və bir ədəd qara rəngli kağıza bükülmüş psixotrop maddəyə bənzər metamfetamini təqdim edərək Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni, 21.07.2021-cit il tarixdə Bakı şəhəri, «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində özü istifadə etmək üçün almışdır. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən 07 ədəd 7,62 çaplı avtomat patronu, əynində olan köynəyinin altında, şalvarının belinə keçirib üzərində gəzdirdiyi bir ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 01 ədəd ov tüfəngini və 07 ədəd avtomat patronlarını 2021-ci ilin iyun ayının axırlarında Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən zibillikdə metal axtararkən, həmin zibillikdən tapmış, həmin vaxtdan da özündə saxlayaraq, üzərində, yəni şalvarının belinə taxaraq gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, bir ədəd lüləsi kəsilmiş ov tüfəngi və 07 ədəd avtomat patronları iştirakçıların iştirakı ilə ayrı-ayrılıqda qablaşdırılmış, təhqiqatçı tərəfindən bu barədə protokollar yazılaraq imzalanmış, həmin maddi subutlar ekspertizaya təqdim etmək üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu polis bölməsinin X2 İşləri üzrə X3 Qrupunun inispektioru, polis kiçik leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli 6/3010 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №245» dairəvi möhr əks olunan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,098 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,058 qram - 0,04 qram narkotik vasitə olan heroin tədqiqata sərf edilmişdir). Təmiz çəkisi 0,247 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamindir (qalıq 0,197 qram - 0,05 qram narkotik vasitə olan metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahi 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə balistik ekspertizasının 22.07.2021-ci il tarixli 21/460 R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təhqiqata təqdim edilmiş hal –hazırda ümumi uzunluğu 676 mm 01 ədəd X - 10546 № li silah, zavod üsulu ilə keçmiş SSR dövlətində 1947-ci ildə Moisin konstruksiyalı karabinin əsasında istehsal olunmuş 32 kalibirli Frolov konstruksiyalı hamar lüləli sürgülü ov tüfəngidir. Odlu yivsiz sidahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın konstruktiv əlamətlərinə və kriminlalistik ədabiyyatlarda xarakterik xsusiyyətlərinə əsasən patron yuvasına patronlar yalnız tək-tək yerləşdirilməsi nəzərdə tutulmuşdur.
2. Təhqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 7,62 x 54 mm kalibirli olmaqla, həmin kalibirli kalaşnikov konstruksiyalı pulemyotların (PK) Moisin konstruksiyalı karabinlərin ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Məhkəmə-narkoloji 04.08.2021-ci il tarixli «2672» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 09.05.2021-ci il tarixli qərarı ilə 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 25.06.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılıb. 22.07.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 22.07.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd hal-hazırda ümumi uzunluğu 676 mm 01 ədəd X -10546 № li silah, zavod üsulu ilə keçmiş SSR dövlətində 1947-ci ildə Moisin konstruksiyalı karabinin əsasında istehsal olunmuş 32 kalibirli Frolov konstruksiyalı hamar lüləli sürgülü ov tüfəngi və şalvarının cibində saxladığı 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 7,62 x54 mm kalibirli olmaqla, həmin kalibirli kalaşniko konstruksiyalı pulemyotların (PK) Moisin konstruksiyalı karabinlərin ştat patronları, döyüş sursatı maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibindən 1(bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli maddə qustar üsulla hazırlanmış narkotik vasitə heroin və ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetam, həmçinin əynində olan köynəyinin altında, şalvarının belinə taxaraq saxladığı bir ədəd hal-hazırda ümumi uzunluğu 676 mm 01 ədəd X -10546 № li silah, zavod üsulu ilə keçmiş SSR dövlətində 1947-ci ildə Moisin konstruksiyalı karabinin əsasında istehsal olunmuş 32 kalibirli Frolov konstruksiyalı hamar lüləli sürgülü ov tüfəngi və şalvarının cibində saxladığı 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 7,62 x54 mm kalibirli olmaqla, həmin kalibirli kalaşniko konstruksiyalı pulemyotların (PK) Moisin konstruksiyalı karabinlərin ştat patronları, döyüş sursatı polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.05.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinəəsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza iləəhatə etmək yolu ilə və ya təyin olunmuşcəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırıüçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmişəlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növüüçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 22.07.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,058 qram qalmış narkotik vasitə heroin, 0,197 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş hal –hazırda ümumi uzunluğu 676 mm 01 ədəd X -10546 № li silah, zavod üsulu ilə keçmiş SSR dövlətində 1947-ci ildə Moisin konstruksiyalı karabinin əsasında istehsal olunmuş 32 kalibirli Frolov konstruksiyalı hamar lüləli sürgülü ov tüfəngi və şalvarının cibində saxladığı 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 7,62 x54 mm kalibirli olmaqla, həmin kalibirli kalaşnikov konstruksiyalı pulemyotların (PK) Moisin konstruksiyalı karabinlərin ştat patronları, döyüş sursatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 göstərdiyi 50 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 300 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 180 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22.07.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,058 qram qalmış narkotik vasitə heroin, 0,197 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş hal –hazırda ümumi uzunluğu 676 mm 01 ədəd X -10546 № li silah, zavod üsulu ilə keçmiş SSR dövlətində 1947-ci ildə Moisin konstruksiyalı karabinin əsasında istehsal olunmuş 32 kalibirli Frolov konstruksiyalı hamar lüləli sürgülü ov tüfəngi və şalvarının cibində saxladığı 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 7,62 x54 mm kalibirli olmaqla, həmin kalibirli kalaşniko konstruksiyalı pulemyotların (PK) Moisin konstruksiyalı karabinlərin ştat patronları, döyüş sursatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 göstərdiyi 50 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 300 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 180 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva