Məhkəmə qərarları › İş №1(012)-96/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-96/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-96/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Sabirabad rayonu Qaratəpə kənd sakini Zərərçəkmiş şəxs7 həbsdə olan qardaşı Ramil Mehtiyevin həbsdən azad edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 24 oktyabr 2020-ci il tarixdə Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən "xxxx" terminalı vasitəsilə öz adına rəsmiləşdirilmiş bank kartı hesabına 600 manat, 26 oktyabr 2020-ci il tarixdə isə 2500 manat pul köçürtməklə, 2020-ci ilin oktyabr ayının axırlarında Saatlı rayonunda yerləşən “Görüş” restoranında 18000 manat pulu Zərərçəkmiş şəxs7 əlbəəl almaqla, 14 aprel 2021 -ci il tarixdə kart hesabına Sabirabad şəhərində yerləşən "xxxx" vasitəsi ilə 10000 manat, 16 aprel 2021-ci il tarixdə Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən "xxxx" terminalı vasitəsi ilə 1700 manat pul köçürtməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 32800 manat pulu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Sabirabad şəhəri, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sabirabad Rayon X15 işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 29 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xətai metrostansiyasının yaxınlığında 100 manat pulu Zərərçəkmiş şəxs8 əlbəəl almaqla, həmin gün adına rəsmiləşdirilmiş bank kartı hesabına Sabirabad şəhərində yerləşən "Kapital Bank” filialından 3000 manat, 08 fevral 2021-ci il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" terminalı vasitəsi ilə 2900 manat pulu köçürtməklə ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə 6000 manat məbləğində pulu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 cəzaçəkmə müəssisəsində cəza çəkən övladı X16 azadlığa çıxmasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 23 may 2021-ci il tarixdə kirayə yaşadığı ünvan 2 ünvanda yerləşən mənzildə 7000 manat məbləğində pulunu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs12 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 övladı Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Şöbəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 13 iyun 2021-ci il tarixdə adına rəsmiləşdirilmiş bank kartı hesabına Biləsuvar rayonu, M.İbrahimov küçəsində yerləşən “Aran 2” marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsi ilə 2300 manat, 2300 manat və 1400 manat olmaqla 6000 manat pulu və 16 iyun 2021 -ci il tarixdə həmin ünvanda quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə 1000 manat pulu köçürtməklə ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə 7000 manat məbləğində pulu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 övladı Şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin Tovuz Rayon Şöbəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 28 iyun 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus 15000 manat manat pulu sonuncunun tanışı Şahid15 əlbəəl alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə - “Socar”-a sürücü kimi işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 05 avqust 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Nihat” marketdə quraşdırılmış "xxxx" ödəmə sistemi vasitəsilə 1000 manat, 07 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında quraşdırılmış "xxxx" ödəmə sistemi vasitəsilə 500 manat pulu adına rəsmiləşdirilmiş bank kartı hesabına köçürtməklə, 02 sentyabr 2021-ci il tarixdə isə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF” yaşayış kompleksinin yaxınlığındakı “Bazar Store”un qarşısında 1000 manat pulu Zərərçəkmiş şəxs1 əlbəəl almaqla ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2500 manat məbiəğində pulu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 övladı X17 X28 işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 08 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Bakı avtomobil satışı mərkəzi”-də 15000 manat pulu Zərərçəkmiş şəxs6 əlbəəl alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 övladı, Zərərçəkmiş şəxs10 isə kürəkəni olan Elvin Babaşzadənin həbsdən azad edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 29 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən Bakı Dövlət Unversitetinin yaxınlığında yaşadığı evdə Zərərçəkmiş şəxs9 3000 manat, Zərərçəkmiş şəxs10 isə 1000 manat olmaqla əlbəəl verdikləri 4000 manat pulu, həmin günü saat 23:14-də İmişli rayonu, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin ödəmə terminalından ona məxsus bank kartına Zərərçəkmiş şəxs10 köçürdüyü 1000 manat pulu, 30 dekabr 2021-ci il tarixdə saat 11 radələrində İmişli rayonu, N.Savalanov küçəsində yerləşən “Ailəvi” marketdəki "xxxx" ödəniş terminalından ona məxsus bank kartına Zərərçəkmiş şəxs9 köçürdüyü 1000 manat pulu, 06 yanvar 2022-ci il tarixdə saat 21:44-də həmin yerdə Zərərçəkmiş şəxs9 köçürdüyü 200 manat pulu, həmin günü saat 21 radələrində Bakı şəhərindəki ödəniş terminalından ona məxsus bank kartına sonuncunun övladı Elnur Babaşzadənin köçürdüyü Razi Babaşzadəyə məxsus 300 manat pulu və 07 yanvar 2022-ci il tarixdə saat 10:45-də İmişli rayonu, N.Savalanov küçəsində yerləşən “Ailəvi” marketdəki "xxxx" ödəniş terminalından ona məxsus bank kartına Zərərçəkmiş şəxs9 köçürdüyü Zərərçəkmiş şəxs10 məxsus 500 manat, Zərərçəkmiş şəxs9 məxsus 1000 manat olmaqla ümumilikdə 1500 manat pulu almaqla ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə 8000 manat məbləğində pulu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs10 2500 manat, Zərərçəkmiş şəxs9 isə xeyli miqdarda 5500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 övladı X9 təhsili ilə bağlı həqiqi hərbi xidmətdən möhlət alınmasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla, 21 yanvar 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “Ballı” supermarketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə 2100 manat, 11 fevral 2022-ci il tarixdə isə ünvan 8 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə 50 manat pulu özünə məxsus bank kartına köçürtməklə ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2150 manat məbləğində pulu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Samirə Əliyevəya maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 “Hyundai Sonata” markalı avtomobil almağına köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla 01 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə 1200 manat, 03 mart 2022-ci il tarixdə həmin marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə 500 manat pulu özünə məxsus bank kartına köçürtməklə ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1700 manat məbləğində pulu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 noyabr 2022-ci il tarixdə kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus nömrəsiz fərdi yaşayış sahəsindən dəyəri 1500 manat olan “Samsung” markalı televizoru, dəyəri 3000 manat olan kombi aparatı və 03 ədəd radiatoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs11 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4500 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkənlərin heç birini aldatmaq fikri olmadığını, 65000 manat borcunun olduğunu, borcunu qaytarmaq üçün bu cinayətləri törətdiyini, vurulan ziyandan da zərərçəkənlərə onun tərəfindən vurulmuş ziyanın cüzi məbləğini ödədiyini, atası İnşallanın Rüzgara dəymiş ziyanın 500 manatını qaytarmışdır. Əməlindən peşiman olduğunu cəza təyinində nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaratəpə kənd sakini Zərərçəkmiş şəxs7 Şahbpələng oğlundan həbsdə olan qardaşı X5 guya həbsdən azad etdirəcəyini bildirərək bir hissəsini əlbəəl, bir hissəsini isə kartına köçürtməklə 2020-ci ilin sonundan 2021-ci ilin aprel ayına kimi olan dövr ərzində ümumilikdə 32800 manat pul almışdır. Həmin pulu Zərərçəkmiş şəxs7 aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs8 guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon X15 işə düzəltdirəcəyini bildirərək 2021 -ci ilin yanvar-fevral aylarında 100 manatını əlbəəl, 5900 manatını isə karta köçürtməklə ümumlikdə 6000 manat pulunu almış,həmin pulu Zərərçəkmiş şəxs8 aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs8 aldığı 6000 manat pulun 2500 manatını qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs12 cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu X16 guya cəzasını yüngülləşdirərək həbsdən azad etdirəcəyini bildirərək 2021-ci ilin may ayında həmin vaxtı kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən evdə əlbəəl 7000 manat pulunu almışdır. Həmin pulu aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onu da qeyd etmişdir ki, atası İnşalla Rüzgara dəymiş ziyanın 500 manatını qaytarmışdır. Bundan başqa o, Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs3 övladı Şahid3 guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsinə köməklik edəcəyini bildirərək 2021-ci ilin iyun ayında kartına köçürtməklə 7000 manat pulunu almışdır. Həmin pulu aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 övladı Şahid5 guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin Tovuz rayon şöbəsinə işə qəbul edilməsinə köməklik edəcəyini bildirərək 2021-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Rüstəmin tanışı Dilqəmdən 10.000 manat pulu əlbəəl almışdır. Həmin pulu aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə - “SOCAR”-a sürücü kimi işə qəbul edilməsinə köməklik göstərəcəyini bildirərək 2021-ci ilin avqust-sentyabr aylarında bir hissəsini kartına köçürtməklə, bir hissəsini isə əlbəəl almaqla 2500 manat pulunu almışdır. Həmin pulu aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs6 övladı X17 guya X28 işə qəbul edilməsinə köməklik göstərəcəyini bildirərək 2021-ci ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonunda yerləşən “Bakı avtomobil satışı mərkəzi”-də 15.000 manat pul almışdır. Həmin pulu aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs9 övladı, Zərərçəkmiş şəxs10 isə kürəkəni olan Babaşzadə Elvin Razi oğlunu guya həbsdən azad etdirəcəyini bildirərək 2021-ci ilin dekabr ayından 2022-ci ilin yanvar ayınadək olan dövr ərzində bir hissəsini əlbəəl, bir hissəsini isə kartına köçürtməklə Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 ümumilikdə 8000 manat pul almışdır. Həmin pulun nə qədərini Razinin, nə qədərini isə Elimdarın göndərdiyini bilmir. Həmin pulu aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 oğlu X7 guya həqiqi hərbi xidmətdən möhlət alınmasına köməklik göstərəcəyini bildirərək 2022-ci ilin yanvar-fevral aylarında kartına köçürtməklə 2150 manat pulunu almışdır. Həmin pulu aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o,Zərərçəkmiş şəxs5 qardaşı Zərərçəkmiş şəxs4 “Hyundai Sonata” markalı avtomobil almağına guya köməklik göstərəcəyini bildirərək 2022-ci ilin mart ayında kartına köçürtməklə 1700 manat pulunu almışdır. Həmin pulu aldatmaqla ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs11 məxsus kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən evdən 2022-ci ilin noyabr ayında Samsung markalı televizor, kombi aparatı və 3 ədəd radiatoru oğurlayaraq tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onu da qeyd etmişdir ki, həmin evdə kirayə yaşamaqda məqsədi evin əşyalarını oğurlayaraq satmaq olub. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, oğlu X4 rayonunda avtomaşınla yol nəqliyyat hadisəsi törətdiyi üçün Beyləqan rayon məhkəməsinin qərarı ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Oğlunun törətdiyi hadisə ilə bağlı Şahid11 vəkil tutmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 20:00 radələrində o, yaşadığı ünvan 10 ünvanında olan zaman tanımadığı bir nəfər şəxs həyat yoldaşı Elçin Əliyevə zəng edərək oğlu Elşən Əlizadənin işinə görə zəng elədiyini və köməklik etmək istədiyini bildirmişdir. Həyat yoldaşı Elçin Əliyev həmin şəxsdən kim olması və nömrəni kimin verməsi barədə soruşduqda, həmin şəxs hazırlıqlı yəni ki, pul ilə Bakı şəhərinə gəlmələrini və telefonda artıq söhbət etməyəcəyini və burada söhbət edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı ünvandan həyat yoldaşı Elçin Əliyev ilə birlikdə çıxaraq Bakı şəhəri, 20 Yanvar dairəsinə gəlmişlər. Bu zaman həyat yoldaşı Elçin Əliyev vəkil Şahid11 zəng edib bu işlə bağlı olaraq 20 Yanvar dairəsinə gəlməyini istəmişdir. Mübariz ona indiki vaxtda dələduzların çox olduğunu və onları aldada biləcəklərini, o gəlmədən heç nə etməmələrini bildirmişdir. Həmin zaman özünü Ceyhun Əsədovun sürücüsü kimi təqdim edən şəxs “Kia Optima” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmiş və onlar ona Mübarizi gözlədiklərini demişlər. Mübariz də həmin zaman artıq oraya gəlmiş və onlar sürücünün dediyi ünvana getmələrini, onunda öz maşını ilə gələcəyini bildirmişdir. Onlar vəkil Mübarizi əmi kimi təqdim etmişlər. Sürücü onları 20 Yanvar metrosu yaxınlığındakı “Velotrek” ticarət mərkəzindən götürərək, ünvan 12 ünvanında yerləşən hündürmərtəbəli binaya gətirmişdir. Onlar vəkili gözləyən zaman sürücü onlara gözləməmələrini, özünün Mübarizi qarşılayacağını bildirmiş və onlara həmin binanın 7-ci mərtəbəsinə qalxmalarını və Ceyhun adlı şəxsin onları orada gözlədiyini bildirmişdir. Onlar sürücü ilə birlikdə pilləkənlərlə 7-ci mərtəbəyə qalxan zaman Ceyhun adlı şəxs siqaret çəkərək, onları tünd çəhrayı rəngli mənzilin qapısında gözləyirmiş. Onları içəriyə dəvət etmişdir. Bu zaman sürücü onun əmisi kimi təqdim etdiyi vəkil Mübarizin də gələcəyini Ceyhun adlı şəxsə bildirmişdir. Ceyhun onun kim olduğunu və onlara tək gəlmələrini dediyini, bundan xəbəri olmadığını bildirmişdir. Onlar onun ağsaqqal olduğunu və pulun da onda olduğunu demişlər. O sürücüyə heç bir problem olmadığını və onu da yuxarıya dəvət etməyini bildirmişdir. Görüş zamanı həmin şəxs onların üçünü gördükdə, həyat yoldaşı Elçin Əliyevə tək gəlməyini bildirmişdir. Söhbət zamanı vəkil Mübariz həmin şəxsdən harada işləməyini soruşduqda məxfi yerdə işlədiyini bildirmişdir. Sonra Ceyhun adlı şəxs oğlu Əlizadə Elşənin işi ilə əlaqədar olaraq həyat yoldaşı Elçin Əliyevdən 8000 azn pul istəmiş, yoldaşı ona hal-hazırda 7000 manat pulunun olduğunu demişdir. Ceyhun 1000 manatı nə zaman verə biləcəyini soruşduqda, işi həll etdikdən sonra 1 həftəyə pulun onda olacağını demişlər. Vəkil Mübariz həmin şəxsin yalan danışdığını, dələduz olduğunu onlara deyərək, həmin şəxslə iş görməməyi təklif etmişdir. Onlar da onunla razılaşmışlar və Mübarizlə birlikdə o və həyat yoldaşı Elçin oradan çıxaraq Bakı “Beynəlxalq Avtovağzalı”na gəlmişlər. Vəkil Mübariz onları ötürüb getdikdən sonra onlar “Bakı Beynəlxalq Avtovağzalı”-da olarkən əvvəlcə ***-***-**-** nömrədən həyat yoldaşı Elçinə yığmışlar və yenə də zəng vuranın Ceyhun olduğunu, hələ də gec olmadığını, işi həll edə biləcəyini, sonra gec olacağını bildirmişdir. Elçin ona yalnız işi həll etdikdən sonra pul verəcəyini bildirmiş və ümumiyyətlə onun nömrəsini haradan tapdığını demiş, o cavabında nömrəni rayondakı tanıdığı qohumlardan aldığını bildirmişdir. Sonra isə onun ***-***-**-** saylı mobil nömrəsinə həmin nömrədən zəng gələrək, ona da eyni sözləri deyərək işi həll edəcəyini və onun gəlməyini, narahat olmamağını söyləmişdir. Bu zaman Elçin ona oğlu Elşənin uşaqlarının evdə tək olduğunu deyərək onun evə getdiyini və onun isə Ceyhun adlı şəxsin yanına getməyini, lakin onları tapşıran adamın adını vermədiyi təqdirdə pulu verməyəcəyini tapşırmışdır. Sonra Ceyhun ona yenidən yığaraq, hansı qərara gəldiyini soruşmuşdur. O, gəlməyini demiş, lakin onları tapşıran adamında adını deyəcəyini demiş, o narahat olmamağını və gəlməyini bildirmişdir. O, ünvanı tanımadığını söyləmiş, Ceyhun isə sürücünü göndərəcəyini demişdir. Bundan sonra sürücü avtovağzala gələrək onu yenidən həmin ünvana aparmışdır. Həmin ünvanda da Ceyhun adlı şəxsə sürücünün yanında oğlu X16 cəzasını yüngülləşdirmək məqsədilə 7000 AZN pul vəsaiti vermiş və oradan çıxmışdır. Həmin günün axşam saat 20:00 radələrində Ceyhun adlı şəxsə zəng vurmuş, həmin şəxsə zəng çatmamış və dəfələrlə zəng vursa da, yenə də zəng çatmamışdır. Sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng vurmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ceyhun adlı şəxsi tanımırmış. X41 küçəsi 10 ünvanında yerləşən hündürmərtəbəli binanın 7-ci mərtəbəsində tünd çəhrayı rəngli qapısı olan, nömrəsini unutduğu mənzildə olmuşdur. Ceyhun adlı şəxsin adının Əbilfəz olduğunu araşdırmanı aparan təhqiqatçı Orxan müəllim müəyyən etmişdir. Ceyhun adlı şəxs onunla danışdıqda onları tapşıran adamın yaxın qohumları olduğunu bildirmiş, amma adını söyləməmişdir.Ona dəymiş ziyanın 500 manatını Təqsirləndirilən şəxs atası qaytarıb. Belə ki, dəqiq xatırlamadığı tarixdə ona Əbilfəzin atası İnşalla zəng edərək yaşadığı Füzuli rayonu, Əhmədbəyli kəndinə çağırmışdır. O da oraya getmiş və orada ona demişdir ki, oğlu Əbilfəz onun 7000 manat pulunu aldadaraq ələ keçirib. Atası isə bu məsələni bildiyini qeyd edərək demişdir ki, mağazadan 500 manatlıq ərzaq götürə bilərsən. Bundan sonra da hər ay gəlib 500 manatlıq ərzaq götürərsən. O, həmin vaxtı oradan 470 manat dəyərində avtomobil üçün təkər, akumlyator və əlavə 30 manat da nağd pul götürmüşdür. Növbəti ay gələn zaman atası demişdir ki, gedib şikayət ərizəni geri götürməsən heç nə verməyəcəm. O isə təklif etmişdir ki, bu barədə notariatda sənəd imzalasınlar. İnşalla isə razı olmadığından o, geri qayıtmışdır. Nəticə olaraq ona dəymiş 7000 manatın 500 manatı ödənilib, 6500 manatı isə qalır.Vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki,2021-ci ilin təxminən iyun-iyul aylarında övladı Cümşüdov Orxan ona Təqsirləndirilən şəxs adlı şəxslə işlədiyi mağazada tanış olduğunu, onun Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini və 18.000 manat müqabilində onu Daxili İşlər Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. O, bu barədə bacısı Xalidə Cümşüdovaya demiş və o, xx.xx.2021-ci il tarixdə övladı Orxanla birgə Əbilfəz adlı şəxslə yenidən Bakı şəhəri, Səbail rayonunda yerləşən maşın bazarı deyilən ərazidə görüşmüşlər. Daha sonra bacısı Xalidə Cümşüdova ona Əbilfəz adlı şəxslə görüşdüyünü, ona şəhid ailəsi olduqlarını bildirdiyini və sonuncunun hörmət əlaməti olaraq 15.000 manat müqabilində Orxanı işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra onlar pul toplamağa başlamışlar. 15.000 manatı hazır etdikdən sonra təxminən xx.xx.2021-ci il tarixdə o, bacısı Xalidə və övladı Orxan birlikdə Təqsirləndirilən şəxsla Bakı şəhəri, Səbail rayonunda yerləşən “maşın bazarı” deyilən ərazidə görüşmüşlər və görüş əsnasında onlar pulu dövlət qeydiyyat nişanını xatırlamadığı “Lexus” markalı avtomobilin içərisində vermişlər. Həmin vaxtı avtomobili Pərviz adlı şəxs idarə edirmiş. Əbilfəz onlara həmin şəxsi öz sürücüsü kimi təqdim etmişdir. Pərviz də onların Əbilfəzə pul verməklərinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs özünə inamı artırmaq üçün onlara atası İnşallaın və əmisi oğlu Azad adlı şəxslərin də nömrələrini vermişdir. Azad adlı şəxsin onunla birgə işlədiyini, lazım olduqda ona zəng edə biləcəklərini bildirmişdir. Pulu vedikdən sonra Əbilfəz 2 gün ərzində Orxana dair sənədlərin (şəxsiyyət vəsiqəsi, hərbi bilet və.s) sürətlərini ona verməklərini istəmişdir. Lakin, 2 gündən sonra ona nə qədər zəng etsə də bu günə qədər əlaqə saxlaya bilməmişdir. Azad adlı şəxsə zəng edərək ona qohumu Təqsirləndirilən şəxs onları aldadaraq 15.000 manat pul vəsaitlərini ələ keçirdiyini bildirdikdə o, Əbilfəzin əmisinin nəvəsi olduğunu, heç bir yerdə işləmədiyini, Təqsirləndirilən şəxs ona da borcu olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs atası İnşalla adlı şəxs ilə telefon vasitəsi ilə danışmış və o da oğlu Təqsirləndirilən şəxs imtina etdiyini, onun harada olduğunu bilmədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 15000 (on beş min) manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs verdikləri pul ona məxsus imiş. Orxanın satıcı kimi işlədiyi mağazaya Əbilfəz müştəri kimi gəlmiş və onlar bu qaydada tanış olmuşlar. Əbilfəzə pul verən zaman yanında bacısı Xalidə, oğlu Orxan və Pərviz adı ilə tanıdığı şəxslər də olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 bildirmişdir ki, Şahid8 uzun müddətdir tanıyırmış. Təxminən 2021-ci ilin yanvar ayında o, Elnurla Sabirabad şəhərində görüşdükdə onun yanında sonradan adını bildiyi Təqsirləndirilən şəxs görmüşdür. Elnur ona Əbilfəzin onun dostu olduğunu demiş, həmin vaxt onlar Sabirabad şəhərində yerləşən kafedə oturacaqmışlar. O, onlardan ayrılıb işlərini gördükdən sonra yenidən onların yanına gəlmiş və onlarla birlikdə oturmuşdur. Söhbət zamanı o, dövlət işinə düzəlmək istədiyini demiş, həmin vaxt Əbilfəz onu FHN-nin Sabirabad rayonunda yerləşən X15 işə düzəldə biləcəyini bildirmişdir. O, razılaşmış nömrəni ona vermiş, sonra onlar ayrılmışlar, Əbilfəz isə çıxıb getmişdir. Əbilfəz həmin gün axşam saatlarında ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, işinin düzələcəyini demiş və onu Bakı şəhərinə çağırmışdır. 29 yanvar 2021-ci il tarixdə o, Bakı şəhərinə getmiş, Xətai rayonunda metronun yanında Əbilfəzlə görüşmüşdür. Əbilfəz ona işinin düzələcəyini bildirmişdir. İlkin olaraq sənədlərin yığılması üçün ondan 100 manat istəmiş, sonra 6000 manat verəcəyini, işinin təsdiq olunacağı vaxt 2000 manat da verəcəyini bildirmişdir. O, onunla razılaşmış, ona 100 manat vermiş və yaşadığı Sabirabad rayonuna qayıtmışdır. Həmin gün Əbilfəz ona yenidən zəng edərək 3000 manat göndərmək lazım olduğunu bildirmiş və ona hesab kartının nömrəsini göndərmişdir. O, həmin gün Sabirabad rayonunda yerləşən "xxxx" filialından Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş karta 3000 manat pul göndərmişdir. Bundan sonra o, dəfələrlə Əbilfəzlə danışırmış, o işinin düzələcəyini deyirmiş. 08 fevral 2021-ci il tarixdə Əbilfəz ona zəng edərək 2900 manat pul istəmişdir. O, həmin gün ona Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “million” terminalından 2900 manat pul göndərmişdir. Əbilfəz ona işinin yaxın müddətdə düzələcəyini bildirmişdir. Bir neçə ay keçdikdən sonra o, işinin düzəlmədiyini görüb Əbilfəzdən pulunu tələb edirmiş, o müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamış, nədə ki, onu işə düzəltməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pul verməyindən ilkin olaraq Şahid8 xəbəri yox imiş, o, işinin düzəlmədiyini bildikdən sonra Elnura bu barədə demişdir.Həmçinin bildirdi ki, ona dəyən ziyandan təqsirləndirilən şəxs tərəfindən 2500 manat Elnurun vasiutəsi ilə qaytarılmışdır,qalan məbləğ isə hələ də qaytarılmayıb,dəyən ziyanın ödənilməsini tələb edir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, X18 onun anasıdır, Təqsirləndirilən şəxs onları aldatması barədə Daxili işlər Nazirliyinə anası müraciət etmişdir. Bununla bağlı bildirmişdir ki, 2017-ci ildə qardaşı X10 narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həbs edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 10 il azadlıqdan məhrum edilmişdir. 2020-ci ildə o, Ramilin cəzasını yüngülləşdirmək üçün çıxış yolu axtarırmış, lakin hara müraciət edəcəyini bilmirmiş. 2020-ci ilin oktyabr ayında Sabirabad şəhərində olan zaman qardaşı Ramilin dostu Şahid8 ilə rastlaşmış, Elnur ondan Ramilin vəziyyəti barədə soruşmuş və o, Ramilin cəzasını çəkdiyini bildirmişdir. Elnur ona Ramilin cəzasını yüngülləşdirmək istəyibistəmədiyini soruşmuş, o da mümkün olan halda yüngülləşdirmək istədiyini bildirmişdir. Elnur ona tanışının olduğunu və Ramilin cəzasını yüngülləşdirə, hətta həbsdən azad etdirə biləcəyini demişdir. O da Elnura həmin şəxsi rayona dəvət etməsini bildirmişdir. Təxminən iki gün sonra Elnur ona zəng edərək həmin tanışı Əbilfəzin gəldiyini demiş və onu Sabirabad şəhərinə çağırmışdır. O, idarə etdiyi avtomobil ilə Sabirabad şəhərinə getmiş, Elnur ilə görüşmüş və onunla birlikdə Sabirabad rayonu Qruzma kənd istqamətinə getmişlər. Orada Razis adlı şəxsin evinin həyətində Təqsirləndirilən şəxs ilə görüşmüş, Elnur onu Əbilfəzlə tanış etmişdir. Əbilfəz ona qardaşı Ramilin cəzasından 4 il azaltdıracağına, qalan 3 ilini də şərti cəza növünə keçirəcəyinə kömək edəcəyini bildirmişdir. O, razılaşmış, həmin vaxt ona ilkin olaraq 2500 manat pul lazım olacağını demiş və bildirmişdir ki, Bakı şəhərinə gedib işi danışıb bu barədə Elnura xəbər edəcək. Bundan sonra o, Elnur ilə birlikdə oradan çıxmış və yaşadığı evə getmişdir. Təxminən üç gün sonra Əbilfəz ona zəng edərək 600 manat pul istəmiş və pul kartının şəkilini ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. 24 oktyabr 2020-ci il tarixdə o, Sabirabad rayonu Əhmədabad kəndində olan “Aslan” marketdən “million” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan plastik pul kartına 600 manat pul göndərmişdir. İki gün sonra 26 oktyabr 2020-ci il tarixdə Elnur ona zəng edərək Əbilfəzin işinin Ali məhkəmədə bərpa etdirməsi üçün 2500 manat pul istədiyini bildirmişdir. O, həmin gün “Aslan” marketdə “million” vasitəsilə Təqsirləndirilən şəxs adına olan pul kartına 2500 manat pul göndərmişdir. Təxminən üç gün sonra Elnur ona zəng edərək Əbilfəzin gəldiyini demiş və Saatlı rayonunun giriş hissəsində olan Görüş adlanan restoranda oturduğunu bildirmişdir. O, həmin “Görüş” adlanan restorana getmişdir. Orada Əbilfəz, Elnur və Razis onu gözləyirmişlər. O, onlarla əyləşmiş, Əbilfəz işi həll edəcəyini demiş və ümumlikdə 32000 manat pul lazım olacağını bildirmişdir. O, ilkin olaraq 18000 manat pul istəmişdir, o, əvvəl etiraz etmişdir. Elnur ona narahat olmamağını demiş pulu verməyini bildirmiş, hər hansı narahatçılıq olduğu halda onun pulunu özünün qaytaracağını demişdir. O da Elnura inanmış, onlarla razılaşmışdır. O, Elnurla birlikdə onun idarə etdiyi avtomobil ilə yaşadığı evə getmiş, evdən 18000 manat pulu götürmüş və yenidən “Görüş” restoranına qayıtmışdır. Orada Elnurun, Rasizin iştirakı ilə 18000 manat pulu Əbilfəzə vermişdir. Əbilfəz işin məhkəmədə bərpa olunacağı vaxtı qalan 12000 manatı verəcəyini demiş və ona söz vermiş ki, qardaşı Ramilin işini həll edəcək. O, sağollaşıb evinə getmişdir. Bundan sonra Əbilfəzlə mütəmadi olaraq əlaqə saxlayırmış və o işin həll olacağını deyirmiş. 13 aprel 2021-ci il tarixdə Elnur ona zəng edərək səhəri gün Bakı şəhərinə Ali məhkəmənin qarşısına getmək lazım olacağını bildirmişdir. 14 aprel 2021 -ci il tarixdə onun idarə etdiyi avtomobil ilə o, qardaşları Şahid13, Şahid9 və Şahid8 ilə birlikdə Bakı şəhərinə Ali məhkəmənin yanına getmişlər. Orada olan kafelərin birində oturmuşlar, Elnur Əbilfəzə zəng edərək onu çağırmışdır. Təxminən 30 dəqiqə sonra Əbilfəz onların yanına gəlmiş, onlarla salamlaşmış, hər şeyin qaydasında olduğunu demiş, saat 13 radələrində məhkəmə olacağını bildirmişdir. Həmin vaxtı Əbilfəz ondan pulu gətirdiyini soruşmuş, o da pul aparmadığı üçün ona üzərində pul olmadığını bildirmişdir. Əbilfəz ona 12000 manat pulun təcili lazım olduğunu demiş, o, yenə şübhə etmiş, məhkəmənin nəticəsini gözləmək istədiyini demiş, həmin vaxt Elnur ona işi pozmamağını pulu vermək lazım olduğunu demişdir. Sonra Əbilfəzə zəng gəlmiş, o , telefon ilə danışdıqdan sonra onlara vəkilin yanına getmək lazım olduğunu demişdir. Onlar birlikdə Bakı şəhərində qış parkının yanında olan binanın altında yerləşən Ədalətli hüquq yazılmış ofisin qarşısına getmişlər, orada Ədalət adlı vəkillə görüşmüşlər, Əbilfəz vəkillə kənarda söhbət etmiş, sonra o, onların yanına yaxınlaşmış, vəkil öz işini görüb qutardığını qardaşı Ramilin işini Ali məhkəmədə bərpa etdiyini bildirmişdir. Vəkil getdikdən sonra Əbilfəz onu kənara çəkmiş, qalan pulu istəmiş, o da işin pozulmasından narahat olaraq kənddə olan qardaşı Şahid10 zəng etmiş, ona evdən 10000 manat pul götürüb bank vasitəsi ilə Təqsirləndirilən şəxs pul kartına göndərməsini demişdir. Qardaşı Ruhin həmin gün günorta saatlarında 10000 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs qardaşı Ramilin Ali məhkəmədə olan işinin nəticəsi barədə məhkəmənin internet səhifəsində görə biləcəklərini bildirmiş və çıxıb getmişdir. Bundan sonra onlarda Sabirabad rayonuna qayıtmışlar. Həmin gün axşam saatlarında Əbilfəz ona zəng edərək qalan 2000 manat pulu da istəmiş, o, işin çox uzandığını bildirmiş, Əbilfəz onunla mübahisə etmiş və 2000 manatı da verməli olduğunu bildirmişdir. Onun da pulu olmadığı üçün 1700 manat pul düzəltmiş və 16 aprel 2021 -ci il tarixdə Sabirabad rayonu Nərimankənd kəndində “İlyas" marketdə olan “emanat” terminalı vasitəsi ilə 1700 manat pulu Əbilfəzin pul kartına göndərmişdir. Sonra Ali məhkəmənin internet səhifəsində qardaşı Ramilin işinin nəticəsinə baxdıqda görmüşdür ki, iş qüvvədə saxlanılıb, heç bir nəticə olmayıb. Bu barədə Əbilfəzə zəng edib demək istəmiş, lakin o telefona cavab verməmiş, sonra isə ona ümumiyyətlə zəng çatmamışdır. Bundan sonra o, bilmişdir ki, Əbilfəz onu aldadıb. O, Elnura zəng edib bu barədə demişdir. Bir neçə gün sonra Elnur da bildirmişdir ki, Əbilfəz onun da telefonuna cavab vermir. Sonra bu barədə anası X42 Nazirliyinə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Əbilfəzə ümumlikdə 32800 manat pul vermişdir. O, pulu qardaşı Ramilin cəzasının yüngülləşdirilməsi və həbsdən azad olunması üçün Əbilfəzə vermişdir. Elnura bu işlə bağlı pul verməmiş, Əbilfəzin isə Elnura pul verib-verməməsini bilmir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Şahid3 onun oğludur. 2021 -ci ilin iyun ayının əvvəllərində oğlu Zeynal ona əsgər yoldaşı X19 ilə danışdığını, İsanın dayısı Mahir adlı şəxsin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlədiyini və onun da həmin Nazirliyə işə düzəlməsinə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra oğlu Zeynal İsadan, onun dayısı Mahirin mobil telefon nömrəsini alıb onunla əlaqə saxlamışdır. Söhbət zamanı Mahir oğlu Zeylala bildirmiş ki, Ceyhun adlı şəxsin köməkliyi ilə Fövəladə Hallar Nazirliyində işə düzəlmişdir, Ceyhun adlı həmin şəxs onu da həmin Nazirliyə işə düzəldə bilər və Ceyhunun mobil nömrəsini ona vermişdir. Sonra oğlu Zeynal, Ceyhunun mobil telefonuna zəng edib danışaraq işə düzəlmək istədiyini ona bildirmiş, Ceyhun da ona bildirmişdir ki, atası ilə, yəni onunla əlaqə saxlayıb bu barədə danışacaqdır. Ona görə də oğlu Zeynal onun mobil telefon nömrəsini Ceyhuna vermişdir. Bundan sonra Ceyhun ona zəng edərək oğlu Zeynalın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi üçün 14000 manat pul lazm olduğunu, lakin Zeynalın vətən müharibəsində iştirak etdiyini nəzərə alaraq 6000 manat pulun qarşılığında onu işə düzəldə biləcəyini bildirmişdir. O da Ceyhun adlı həmin şəxsə öz razılığını bildirmiş və 12 iyun 2021-ci il tarixdə qardaşı Şahid6 Bakı şəhərində yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında Ceyhunla görüşüb, oğlu Zeynala məxsus şəxsiyyət vəsiqəsi və hərbi bileti Ceyhuna vermişdir. Ceyhun həmin sənədləri qardaşı Alimdən aldıqdan sonra ona bildirmişdir ki, 6000 manat pulu onun göndərdiyi bank kartına köçürmək lazımdır. Səhərisi günü, yəni 13 iyun 2021-ci il tarixdə saat 17:00 radələrində o, yaşadığım Biləsuvar şəhərində yerləşən, dəqiq ünvanını bilmədiyi “Aran” marketdə quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə Ceyhunun qardaşı Əbilfəzə məxsus Kapitalbank ASC tərəfindən verilmiş karta 6000 manat pul köçürmüşdür. 2021-ci ilin iyun ayının 15-də oğlu Zeynal Bakı şəhərinə gəlmiş və sonradan eşitmişdir ki, həmin vaxtı Zeynal, qardaşı Alimlə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi ərazisində Ceyhunla görüşmüşdür. Zeynal özünə məxsus şəxsiyyət vəsiqəsinin və hərbi biletin kserosurətlərini Ceyhuna vermiş, Ceyhun isə ona işlərin qaydasında olduğunu, 21 gün ərzində işə çıxacağını, lakin əlavə 1000 manat pul vermək lazım olduğunu Zeynala bildirmişdir. Zeynal da bu barədə ona demiş və o, 16 iyun 2021-ci il tarixdə saat 16:00 radələrində Biləsuvar şəhərində yerləşən, dəqiq ünvanını bilmədiyi “Aran” marketdə quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə Ceyhunun qardaşı Əbilfəzin "xxxx" ASC tərəfindən verilmiş kartına əlavə olaraq 1000 manat pul köçürmüşdür. Bundan təxminən 10 gün sonra Ceyhun oğlu Zeynalın mobil telefonuna zəng edib Nazirlikdən ona zəng gəlib-gəlməməsi barədə soruşduqda Zeynal ona zəng gəlmədiyini bildirmişdir. Bundan sonra o, həmçinin oğlu Zeynal, Ceyhun adlı şəxslə dəfələrlə əlaqə saxlamaq istəsələr də, onların zənglərinə cavab verməmiş, bu səbəbdən də onunla əlaqə saxlaya bilməmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Əbilfəz adlı şəxsə məxsus "xxxx" ASC tərəfindən verilmiş karta köçürülmüş 6000 manat və 1000 manat olmaqla cəmi 7000 manat pul ona məxsusdur. O, həmin 7000 manat pulu Ceyhun adlı şəxsin, oğlu Zeynalı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi üçün onun deməsinə görə qardaşı Əbilfəz adlı şəxsin bank kartına köçürmüşdür. Lakin, sonradan ona məlum olmuşdur ki, özünü Ceyhun kimi təqdim edərək ona məxsus 7000 manat pulu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, X2 oğludur. Mahiyyəti üzrə bildirmişdir ki, 2021-ci ilin iyun ayının ortalarında oğlu Rüstəmin işə düzəlməsi üçün ona kömək edə biləcək bir nəfər etibarlı şəxs axtarırmış. Həmin vaxtlarda oğlu Rüstəmdən eşitmişdir ki, Gəncə şəhərində ibtidai təhsil alan vaxtlarda sinif yoldaşı olmuş Ayxan ona bildirmişdir ki, atası Dilqəmin tanışı var, həmin tanışının vasitəsilə Rüstəmin işə düzəlməsinə köməklik edə bilər. Ona görə də təxminən 3-4 gün sonra oğlu Rüstəmlə birlikdə Dilqəmin yaşadığı Şəmkir rayounun Zəyəm kəndinə getmiş və Dilqəmin mobil telefonuna zəng etmişdir. Dilqəm onu yaşadığı evə dəvət etmiş və o, oğlu Rüstəmlə birlikdə onun yaşadığı evə getmişdir. Söhbət zamanı Dilqəmdən, oğlu Rüstəmin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin Tovuz rayon şöbəsinə zabit kimi işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Dilqəm də ona bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyən Qurban adlı tanışı var, həmin şəxsin vasitəsilə Rüstəmin işə düzəlməsi məsələsinə köməklik edəcəkdir, lakin bunun üçün 22000 manat pul vermək lazımdır. O da Dilqəmə həmin pulu hissə-hissə olmaqla verə biləcəyini dedikdə, Dilqəm ilkin olaraq 15000 manat pul vermək lazım olduğunu, qalan 7000 manatı isə Rüstəm işə başladıqdan sonra verməyini bildirmişdir. O da onunla razılaşmış və 28 iyun 2021 -ci il tarixdə saat 10:00 radələrində oğlu Rüstəm və Dilqəmlə birlikdə ona məxsus avtomobillə Bakı şəhərinə gəlmişlər. O, avtomobili Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, qardaşı İlhamın işlədiyi "Ağ ayı" adlı kafenin qarşısında saxlamış, birlikdə kafeyə daxil olub çay içmişlər. Dilqəm bildirmişdir ki, Mərdəkan qəsəbəsinə gedib orada Qurbanla görüşüb söhbət etmək lazımdır. O da etiraz etməmiş, o, oğlu Rüstəm, Dilqəm, qardaşı İlhamın idarə etdiyi avtomobillə Bakı şəhəri, Mərdəkan qəsəbəsinə getmişlər, Dilqəm ünvanını bilmədiyi çay evinin qarşısında avtomobili saxlamasını qardaşı İlhama demiş və İlham avtomobili qeyd etdiyi çay evinin qarşısında saxlamışdır. Bundan sonra dördü də birlikdə avtomobildən yerə düşmüşlər və Diqəmin ona Qurban və Əbilfəz kimi təqdim etdiyi şəxslərlə çay evinin qarşısında görüşmüşlər. Bundan sonra birlikdə çay evinə daxil olmuşlar və stollardan birində əyləşmişlər. Həmin vaxtı Dilqəm ona adının Əbilfəz olduğunu bildirdiyi şəxsi göstərərək, oğlu Rüstəmin işə düzəlməsinə onun köməklik edəcəyini demişdir. Söhbət zamanı Dilqəmin ona Əbilfəz kimi təqdim etdiyi şəxs bildirmişdir ki, oğlu Rüstəmin işinə köməklik edilməsinə görə 22000 manat pul lazımdır, həmin pulun 15000 manatını bəri başdan, qalan 7000 manatını isə işlər tamamlandıqdan sonra vermək lazımdır. O da etiraz etməmiş və 15000 manat pulu notarius vasitəsilə vermək istədiyimi bildirmişdir. Lakin, maraqlandıqda notarius xərcləri onu qane etmədiyinə görə bu fikrindən daşınmışdır. Bundan sonra o, oğlu Rüstəm, qardaşı İlham və Dilqəm birlikdə İlhamın idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Ağ ayı" adlı kafeyə gəlmişlər. Həmin vaxtı, yəni 28 iyun 2021-ci il tarixdə saat 12:30 radələrində qardaşı İlhamın işlədiyi ünvan 15 ünvanında yerləşən "Ağ ayı" adlı kafedə, oğlu Rüstəm və qardaşı İlhamın yanında Dilqəmə 15000 manat pul vermişdir. Dlqəm də həmin pulu götürüb cibinə qoymuş və ona arxayın olmağını, təxminən 2 ay müddətində Rüstəmin iş məsələsinin həll olunacağını bildirmişdir. Həmçinin, Dilqəm bildirmişdir ki, Əbilfəz adlı tanışı onu Sabunçu rayon İcra Hahimiyyətinin yerləşdiyi inzibati binanın yaxınlığında gözləyir və onu özünə məxsus avtomobillə həmin yerə aparmağını xahiş etmişdir. O da etiraz etməyərək Dilqəmi özünə məxsus avtomobillə qeyd etdiyi yerə aparmış və orada Dilqəm onunla sağollaşıb avtomobildən düşərək qarşı tərəfdə dayanmış dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli "Lexus 570" markalı avtomobilə əyləşmişdir. Təxminən on dəqiqədən sonra Dilqəm həmin avtomobildən düşmüş və ona məxsus avtomobilin qabaq sağ oturacağında əyləşmiş və ondan aldığı 15000 manat pulu Əbilfəzə verdiyini bildirmişdir. Bundan sonra o, oğlu Rüstəmlə birlikdə yaşadığı Tovuz rayonuna qayıtmışdır. 21 avqust 2021 -ci ildə poçt vasitəsilə yaşadığı ünvana Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X22 Xidmətindən 10 avqust 2021 -ci il tarixli məktub gəlmişdir. Həmin məktubda Fövqəladə Hallar Nazirliyinin elektron poçt ünvanına oğlu Rüstəmin adından göndərilmiş müraciətə X14 Xidmətində baxıldığı, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanun"una uyğun olaraq X22 Xidmətində siravi və kiçik rəis heyəti vəzifələrinə bir qayda olaraq tam orta və ya ortaixtisas təhsilli şəxslər qəbul edildiyi, oğlunun ali təhsilli olduğu üçün həlli imkanları xaricində olduğu bildirilmişdir. Bundan sonra o, daxil olan məktub barədə Dilqəmə bildirmiş və ona vermiş olduğu 15000 manat pulunu qaytarmasını bildirmişdir. Lakin, Dilqəm ondan aldığı həmin pulu qaytaracağını bildirsə də, bu günə kimi qaytarmamışdır. Şahid15la aralarında aparılan danışıqların səs yazısını və Azərbaycan Respublikasınm Fövqəladə Hallar Nazirliyi X22 Xidmətindən daxil olmuş 10 avqust 2021-ci il tarixli məktubu Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində izahat verərkən təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu Rüstəmin işə düzəlməsinə görə 15000 manat pulu Dilqəmə vermiş, lakin, Dilqəmin həmin pulu kimə yaxud kimlərəsə verib-verməməsi barədə dəqiq məlumatı yoxdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, rəsmi olaraq "xxxx" MMC-də yük avtomobili sürücüsü kimi işləyir. İşi ona həvalə olunan malları “tır” avtomobilləri ilə xarici ölkələrə aparmaq və xarici ölkələrdən müxtəlif malları həmin avtomobil ilə Azərbaycana gətirməkdən ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, arvadı Şahid1 hazırda yük daşıma şirkəti olan "xxxx" MMCdə operator işləyir. Arvadı Şahid1 və o, uzun müddətdir özləri üçün daha yüksək əmək haqqı verən iş axtarırmışlar. Buna görə də ətraflarında olan əlaqəli şəxslərə bildirmişlər ki, onlara uyğun iş olan zaman xəbər etsinlər. Qeyd etmişdir ki, arvadı Şahid1 hər gün eyni vaxtda, yəni 08:30-da yaşadıqları evdən çıxaraq iş yerinə gedirmiş.Yaşadıqları Xırdalan şəhərində gündəlik eyni istiqamətdə hərəkət edən və yol boyu müxtəlif sərnişinləri götürən manatlıq taksilər vardır. Şəhla işə getmək üçün həmin taksilərdən istifadə edirmiş. İşə eyni vaxtda getdiyindən bir-neçə dəfə eyni sürücü ilə manatlıq taksidə getmiş və daha sonra gündəlik həmin manatlıq taksi sürücüsü olan Elman arvadı Şəhlanı işə aparırmış. Qiyabi olaraq o da həmin şəxsi tanıyırmış və sakit, yaşlı adam olması barədə məlumatı var imiş. 2021 -ci ilin yay aylarında Şəhla ona bildirmişdir ki, taksidə işə gedən zaman sürücü Elmanın digər tanımadığı sərnişinlə işlə təmin olunma mövzusunda söhbətlərinin şahidi olmuşdur. Belə ki, söhbət əsasında Elman adlı sürücü digər sərnişinə Ceyhun adlı polis əməkdaşı olan müştərisindən danışmış və Ceyhunun müxtəlif şəxsləri işə düzəldə bildiyini qeyd etmişdir. Həmin söhbət Şəhlaya maraqlı gəldiyindən taksi sürücüsü Elmana bu barədə suallar vermiş və onun nömrəsini götürmüşdür. Şəhla ondan xahiş etmişdir ki, Elman ilə danışaraq həmin polis əməkdaşı olan Ceyhun ilə tanış olsun və onları daha yaxşı işlə təmin edə bilib-bilmədiyini dəqiqləşdirsin. Şəhlanın təkidinə görə o, taksi sürücüsü olan Elman ilə 077 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edərək görüş yeri müəyyən etmişdir. Görüş zamanı Elman ona bildirmişdir ki, sözü gedən Ceyhun polis əməkdaşıdır və “Banditizm”də işləyir. Elman qeyd etmişdir ki, Ceyhunu müştəri kimi tanımış və münasibəti yaranmışdır. Həmin polis əməkdaşı olan Ceyhun taksi sürücüsü Elmana müxtəlif şəxsləri Bakı şəhərində iş yeri ilə təmin edə biləcəyini qeyd etmişdir. Elmandan xahiş etmişdir ki, mobil telefon vasitəsi ilə həmin şəxslə danışıb arvadı Şəhlanı harada işlə təmin edə biləcəyini öyrənsin. Elman onun iştirakı ilə həmin şəxslə mobil telefon vasitəsi ilə danışmış və bildirmişdir ki, Ceyhun arvadı Şahid1 Bakı şəhərində işləyən hər hansı bir vəkilin yanına köməkçi kimi işə düzəldəcək. Onunla bu barədə söhbət etdikdən sonra tanışları ilə həmin məsələni məsləhət etmiş və ona arvadı Şəhlanın hüquq təhsili olmadığına görə vəkil köməkçisi işləyə bilməyəcəyini söyləmişlər. Buna görə də Elmana bildirmişdir ki, həmin iş alınası deyil və öz təşəkkürünü bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun özü üçün Ceyhun sürürücü işi tapa bilsə bu barədə ona məlumat verilsin. Bir neçə gün sonra Elman ona zəng edərək bildirmişdir ki, Ceyhun onunla əlaqə saxlayıb yüksək əmək haqqı nəzərdə tutulmuş sürücü işi tapdığını qeyd edib. Buna görə də, Elman təklif etmişdir ki, istədiyi təqdirdə özü Ceyhun ilə görüşərək bu barədə söhbət etsin. Bu xəbərə sevinmiş və 05 avqust 2021-ci il tarixdə Elmanın avtomobilindən taksi kimi istifadə edərək Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən “Xətai” metrostansiyasının yaxınlığında onun müştərisi polis əməkdaşı olan adını onlara Ceyhun kimi təqdim edən, sonradan adının Əbilfəz olduğunu bildiyi şəxslə görüşmüşdür. Əbilfəz ona söhbət zamanı “Banditizm” İdarəsinin əməkdaşı olduğunu qeyd etmişdir. Daha sonra Əbilfəz ona bildirmişdir ki, 2500 manat müqabilində onu “Socar”a sürücü kimi işə düzəldəcək. Aralarında olan razılaşmaya əsasən ilkin olaraq ona 1500 manat pul verəcəkmiş, pulun qalıq 1000 manat olan hissəsini isə işlədiyi 2 ay ərzində əmək haqqından ödəyəcəkmiş. Əbilfəz ilə razılaşmış, lakin üzərində pul olmadığı üçün yaxın günlərdə pulu ona çatdıracağını bildirmişdir. Bundan sonra o, Elman ilə yollarına davam etmişlər. Əbilfəzə veriləcək pulu düzəltdikdən sonra o, onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və bildirmişdir ki, düzəltdiyi pulu ona şəkilini göndərdiyi bank kartına göndərsin. Buna görə də, o, Əbilfəzin ona şəkilini atdığı və üzərində “Təqsirləndirilən şəxs” oğlu yazısı və “4169 7413 9143 1598” nömrəsi olan karta 05 avqust 2021-ci il tarixdə Binəqədi rayonunun ərazisində yerləşən “Nihad” marketdə quraşdırılmış "xxxx" elektron ödəmə sistemindən 1.000 manat, 07 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240 ünvanında quraşdırılmış "xxxx" elektron ödəmə sistemindən 500 manat pulu göndərmişdir. Həmin pulları göndərməyinə dair qəbzlər ondadır və həmin qəbzlərin surətini izahatına əlavə etmişdir. Həmin hadisədən təxminən 15-20 gün sonra Əbilfəz ona zəng edərək, işə qəbul ilə bağlı onu “Socar”ın “Babək” prospekində yerləşən binasının qabağına çağırmışdır. Həmin yerə gəldikdən sonra Əbilfəz ona zəng edərək bildirmişdir ki, Xətai rayonunun ərazisində “9 noyabr” prospektində yerləşən ASAN xidmətin qarşısına gəlsin. Asan Xidmətin qarşısında görüşən zaman Əbilfəz onu işə götürəcək “İradə” adlı qadının hazırda ASAN xidmətin binasında olduğunu və özünün həmin “İradə” adlı şəxslə iş barədə söhbət etmək üçün bura gəldiyini qeyd etmişdir. Əbilfəz binaya daxil olduqdan təxminən bir saat sonra çıxmış və bildirmişdir ki, İradə xanım əlavə olaraq ödəməli olduğu 1.000 manatın əvvəlcədən ödənilməsini tələb edir. Çarəsiz vəziyyətdə qalıb Əbilfəzə bildirmişdir ki, həmin pulu yaxınlarından taparaq ödəyəcək. Tanışları vasitəsi ilə 1.000 manat pulu taparaq təxminən sentyabr ayının 2-də Əbilfəz ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF” yaşayış kompleksinin yanındakı “Bazar Store”un qarşısında görüşmüş və həmin pulu ona vermişdir. Pulu verdikdən sonra Əbilfəzdən işə düzəlməyi ilə bağlı xəbər gözləsə də, uzun müddət Əbilfəzdən heç bir xəbər olmamışdır. Bir-neçə gün sonra onunla əlaqə saxlamış və danışıq zamanı Əbilfəzin müxtəlif bəhanələr gətirərək məsələni yubatdığını görmüşdür. Bir-neçə gün sonra Əbilfəz ilə yenidən əlaqə saxlamaq istəsə də, o, telefon zənglərinə cavab verməmişdir. Buna görə də, həmin şəxslə maraqlanmaq qərarına gəlmişdir. Bu barədə Elmanla danışıq aparmış və həmin şəxs Elmanın da mobil telefon zənglərinə cavab verməmişdir. O, aldadıldığını anlamışdır. Sonra ona məlum olmuşdur ki, əslində həmin şəxsin adı Ceyhun deyil və o, onlara yalan danışıb. Həmin şəxsin adı pul göndərdiyi kartın üzərində olduğu kimi Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2500 (iki min beş yüz) manat ziyan dəymişdir. Həmin pulun 1000 manatını 05 avqust 2021 -ci il tarixdə Binəqədi rayonunun ərazisində yerləşən “Nihad” marketdə quraşdırılmış "xxxx" elektron ödəmə sistemi vasitəsilə, 500 manatını 07 avqust 2021 -ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240 ünvanında quraşdırılmış "xxxx" elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs bank kartına göndərmişdir. Yerdə qalan 1000 manatı isə sentyabr ayının 2-də Əbilfəz ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF yaşayış kompleksinin yanındakı yerləşən “Bazar Store”un qarşısında görüşərək əlbəəl vermişdir. Əbilfəzə əlbəəl pul verən zaman o, tək imiş, ancaq Əbilfəzin yanında tanımadığı başqa biri var imiş. Təqsirləndirilən şəxs ilkin göndərdiyi 1500 manat pul ona məxsus imiş, sonradan əlbəəl verdiyi 1000 manat pulu tanışlarından borc almışdır. Lakin, sonradan həmin borcunu bağlamışdır. Buna görə də, verdiyi pul ona məxsusdur. Ona 2500 manatdan başqa ziyan dəyməmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, qızı Aydan Babaşzadə 14 aprel 2020-ci ildə İmişli şəhər sakini Babaşzadə Elvin Razi oğlu ilə evlənmişdir. Onların bir qız övladları var. İmişli şəhərində qaynatası evində yaşayırlarmış. X35 rayonu ərazisində 2021-ci ilin təxminən oktyabr ayında əslən Bərdə rayon sakini olan, lakin Bakı şəhərində yaşayan bir oğlanla dava etmişdir. Həmin dava zamanı oğlum Aydın İbişzadə də onun yanında olmuşdur. Döyülən şəxs oğlu və yeznəsindən Binəqədi rayon polis şöbəsinə şikayət etmişdir. Onların cinayət işinə Binəqədi rayon Polis idarəsində Elvar Quliyev adında bir polis mayoru araşdırırmış. Həmin vaxt döyülən adam oğlunun da onu döyməsini iddia edirmiş. O, yeznəsi və oğluna kömək etmək üçün polislə danışmaqdan ötrü adam axtarırmış. Yeznəsinin atası Zərərçəkmiş şəxs9 həmin vaxt ona bildirmişdir ki, onun tanıdığı bir şəxs var, həmin şəxsin polis oqanlarında tanışları vardır. Onlar həmin şəxsin vasitəsi ilə övladlarını cinayət məsuliyətindən azad etdirmək üçün onunla danışmalı imişlər. O, həmin vaxta kimi Təqsirləndirilən şəxs tanımamışdır. O, Füzuli rayonu, Əhmədbəyli kənd sakini imiş. X27 vasitəsi ilə Əbilfəzin mobil telefonunu öyrənib, onunla telefonda danışmışdır. O, onlara Bakı şəhəri, Yasamal rayonunda Bakı Dövlət Unversitetinin yanında yerləşən yeni tikilmiş 17 mərtəbəli yaşayış binasındakı qaldığı evə dəvət etmişdir. 29 dekabr 2022-ci ildə saat 17 radələrində o, Razi ilə Bakı şəhərinə ona məxsus avtomobillə getmişlər. Lift ilə Əbilfəzin yaşadığı evin 7-8-ci mərtəbəsinə kimi qaxmışlar, qalxıb onunla evində görüşmüşlər. O, onları evində qəbul etmişdir. Həmin vaxt o və qudası Zərərçəkmiş şəxs9 və qudasının oğlu Elnur Babaşov da yanlarında imiş. Əbilfəzin evində özündən başqa cavan bir oğlan da var imiş. O, onları evinə dəvət etmiş, o və Razi ona övladlarının işi barəsində, yəni onların xuliqanlıq etmələri barəsində Binəqədi RPİ-də İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət işinin istintaq olunmasını, yeznəsi Elvinin isə həbsdə saxlanılmasını bildirmişlər. Elvinin yoldaşı, yəni qızı Aydan həmin vaxt 7 aylıq uşağa hamilə imiş, o da qızına görə çox narahat imiş ki, qızının əri həbsdən çıxsın və bir yerdə ailə kimi yaşasınlar. Əbilfəz onlara özünü vəkil kimi təqdim etmiş və onun Azərbaycan Respublikası Baş Prokurorluğunun Korupsiya idarəsində və DİN-nin Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində tanışları və dostları olmasını və onların vasitəsi ilə onlara köməklik edəcəyinə, Elvinə baraət alıb həbsdən çıxaracağına söz vermişdir. Həmin söhbət zamanı o, Elvini həbsdən çıxarıb bəraət almaq üçün onlardan 6000 manat pul istəmişdir. O, həmin pulu zərərçəkmiş şəxsə zərərin ödənilməsi və barışıq ərizəsi almaq üçün istəmişdir. O da və Razi də uşaqlarına görə onunla məcbur qalıb razılaşmışlar. Həmin gün Razi özü 3000 manat, o isə 1000 manat özü ilə pul aparmışlar. Həmin 3000 manat pulu Razi ona vermiş, o da 1000 manat üzərinə qoyub 4000 manat pulu qeyd etdiyi şəxslərin yanında çıxarıb Əbilfəzə vermişdir. O, pulun qalan hissəsini tez bir zamanda ona çatdırmalarını tapşırmışdır. Sonra onlar çıxıb rayona gəlmişlər. Sonradan həmin gün 29 dekabr 2021 -ci ildə saat 23 radələrində İmişli şəhərinə çatandan sonra o, evdə olan 1000 manat pulu da götürüb "xxxx" ASC-nin İmişli rayon filialının qarşısında olan ödəmə terminalından Əbilfəzin kart hesabına göndərmişdir. Ondan bir gün sonra Razi də 1000 manat pul toplayıb evinin yaxınlığında, İmişli şəhəri M. Əzizbəyov (hazırkı adı N. Savalanov) küçəsində yerləşən “Ailəvi Market” ticarət obyektinə getmiş, həmin obyekdə quraşdırılmış “Million” aparatı vasitəsi ilə 1000 manat pulu Əbilfəzin onlara verdiyi 4169 7413 9707 48 06 kart hesabına göndərmişdir. Bundan bir həftə keçəndən sonra, X13 zəng edib bildirmişdir ki, guya zərərçəkmiş şəxs barışıq ərizəsi vermir, əlavə 2000 manat pul istəyir. 06 yanvar 2022-ci ildə Razi arvadı Arzu ilə 200 manat, oğlu Elnur isə 300 manat Əbilfəzin kart hesabına pul yollamışlar. 07 yanvar 2022-ci il tarixdə Razi yerdə qalan 1500 manat pulu toplayıb Əbüləzin həmin kart hesabına “Ailəvi Market” ticarət obyektinin içərisində qoyulmuş yerləşən “Million” aparatı vasitəsi ilə köçürmüşdür. Million aparatından çıxan qəbzləri isə özündə saxlamış və həmin qəbzlərin xx.xx.2021-ci ildə göndərilən 1000 manat, xx.xx.2022-ci ildə göndərilən 1500 manat pulların ödəmə çeklərinin şəkilləri telefonda saxlamışlar. O da həmin çeklərin sürətini Yasamal RPŞ-də təhqiqaçıya təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs9 ürəyində xəstəliyi vardır, o onunla əvvəl razılaşmışdır ki, cinayət işində zərərçəkmiş şəxs qismində onu tanımaq üçün Əbilfəzə verilən pulun hamısının ona məxsus olmasını bildirsinlər. Sonradan belə qərara gəlmişlər ki, düzünü danışsalar daha yaxşı olar. Ona görə həmin pulun 6000 manatı Razi və ailəsinə məxsus olmuş, 2000 manatı ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs pulu alandan sonra onlara heç bir köməklik etməmiş, telefon zənglərinə cavab verməmişdir. Oğlunun təqsiri sübuta yetmədiyindən barəsində cinayət təqibi Binqədi RPİ-də rədd edilmişdir. Elvin isə 2 ay 20 gün həbsdə olandan sonra ev dustaqlığına buraxılmış, sonra isə Binəqədi rayon məhkəməsinin hökmü ilə 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda ev şəraitində qolbaqla təmin edilmiş və nəzarət altında saxlanılır. Pulu alandan sonra Əbilfəz telefon zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** nömrədən pulu ələ keçirərkən ona məxsus ***-***-**-** nömrəsinə “Whatsapp” sosial şəbəkə vasitəsi ilə də mesajlar yazmışdır. Həmin mesajların bir qismi telefonunda qalmışdır. Belə ki, o, 29 dekabr 2021-ci ildə saat 22:15-də ona ilk dəfə mesaj yazarkən bildirmişdir ki, “Salam, xeber elə axsaqal kartı atım” “**********074806”, Geldi axsaqal, Cekidə at” mesajların yazıb atmışdır. O, həmin mesajları telefonda saxlamışdır. 1500 manat pulu həmin gün göndərmiş, çeki ona atandan sonra o, yenidən saat 23:18-də ona mesaj yazmış, '‘oldu, çox sağ ol” 30 dekabr 2021-ci ildə o, onunla telefonda zəng edib danışmaq istəyəndə o, telefonu açmamış, ona “Whatsapp”-da yazaraq bildirmişdir ki, “Salam axsaqal. men idaredeyem danışa bilmirəm, əclafa görə burdayam. Saat 10 pulu niyə atmadılar” . O, bu mesajla guya ona bildirmişdir ki, onların işindən ötrü Binəqədi RPİ-dədir. Əclaf isə Elvindən şikayət edən adamların idarədə olmasını mesajla ona bildirirmiş. O, 8000 manat pulu ələ keçirəndən sonra telefon zənglərinə cavab verməmişdir. Bu vaxta kimi onu axtarırmış ki, pulunu ondan geri ala bilsin. Bir dəfə onun atası evinə Füzuli rayon, Əhmədbəyli kəndinə getmişdir. Lakin orada onu tapmamışdır. Atası da yerini bilmədiyi və o adda oğlu olmadığını, oğlundan imtina etməsini ona bildirmişdir. O, Əbilfəzin ***-***-**-** nömrəsinə zəng edib danışırmış. Onun özünün mobil nömrəsi isə ***-***-**-**-dir. Razinin nömrəsi ***-***-**-**, oğlu Elnurun isə mobil nömrəsi ***-***-**-** olmuşdur. Əbilfəzi onlara Elnur tanıtdırmışdır. Cinayət işinin istintaqı zamanı əlavə ifadəsi alınmış Zərərçəkmiş şəxs10 bildirmişdir ki, Təqsirləndirilən şəxs verilən 8.000 manat pulun 2500 manatı ona məxsus olub, 5500 manatı isə qudası Raziyə məxsus olub. Belə ki, o, ilk dəfə 1000 manatı pulu 29 dekabr 2021 -ci il tarixdə Əbilfəzin evində ona vermiş. Həmin vaxtı Razi də 3000 manat pul vermişdir. Həmin günü rayona qayıtdıqdan sonra Əbilfəzin kartına 1000 manat da pul göndərmişdir. Bundan başqa ən axırıncı dəfə Əbilfəzə 1500 manat pul göndəriləndə həmin pulun 500 manatını o, vermişdir. Nəticə olaraq ona 2500 manat, qudası Razigilə isə 5500 manat ziyan dəymişdir. Əvvəlki ifadələrini verən zaman düzgün hesablaya bilməmişdir. Reallıqda ona 2500 manat ziyan dəyib. Bunu Razi və yoldaşı Arzu da təsdiq edə bilər. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, oğlu 19 oktyabr 2021-ci ildə Binəqədi rayonu ərazisində olarkən Bərdə rayon sakini Zaur adlı oğlanla dalaşmışdır. Dava etdiyinə görə Elvin həmin vaxtlar Binəqədi Rayon Polis İdarəsində həbs olunmuşdur. Oğlunun barəsində cinayət işinə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Elvar Quliyev adında bir müstəntiq araşdırırmış. Həmin vaxt oğluna kömək etmək üçün və onu həbsdən çıxarmaq üçün o və arvadı Arzu çox çalışırmışlar. Kiçik oğlu Elnur da Bakı şəhərində yaşayır və işləyirmiş. Elnur tez-tez qardaşının işi ilə əlaqədar Binəqədi polisinə gedib- gəlirmiş. Həmin vaxtlar oğlunun taksi yoldaşlarından biri Füzuli rayonu, Əhmədbəyli kənd sakini olan Təqsirləndirilən şəxs tanıtdırmış, həmin şəxsin vəkil olmasını və ona aliment işində köməklik etməsini bildirmişdir. Əbilfəzin mobil telefon nömrəsini vermiş və onunla danışıb Elvinin işini həll etməyi məsləhət etmişdir. Həmin vaxt o, Elimdar ilə Bakı şəhərinə getmişlər və evdən gedərkən o, 3000 manat, Elimdar isə 1000 manat pul götürmüşdür. Bakıda olarkən Elnur Əbilfəz adlı bir şəxsin olmasını, Elvini həbsdən çıxarmaqda kömək edə biləcəyini bildirmişdir. Elnur onu Elimdarı Əbilfəzlə görüşmək üçün zəng edib danışdıqdan sonra onun evinə aparmışdır. O, onları Bakı şəhərində Bakı Dövlət Unversitetinin yaxınlığında hündürmərtəbəli bir binada yaşadığı mənzilə dəvət etmişdir. Onlar həmin şəxslə görüşmək üçün onun dediyi yerə mənzilə getmişlər. Yaşadığı mənzilə liftlə qalxmışlar. Ona Elvinin işi ilə bağlı danışdıqdan sonra o, onların yanında kiməsə zəng edib danışmışdır. Elvinin işi ilə bağlı guya kimlərləsə məsləhətləşmişdir. Sonra ondan və Elimdardarın oğluna bəraət almaq və həbsdən çıxarmaq üçün 6000 manat pul istəmiş, həmin pulun zərərçəkənə verəcəyini və barışıq əldə edəcəyini bildirmişdir. O, üzərində olan 3000 manatı Elimdara vermiş, Elimdar da özündə olan 1000 manat pulu çıxarıb üstüstə qoyub sayıb Əbilfəzə evində vermişdir. Əbilfəz yerdə qalan 2000 manatı da ona təcili çatdırmalı olduqlarını onlara söyləmişdir. O, Elimdarla üzərilərində daha pul olmadığını, gedib evdən yola salacaqlarını ona söz vermişlər. O, onlara Kapital Bank ASC-ə məxsus kart nömrəsini, yəni 4169 7413 9707 4806 nömrəsini vermişdir. Elimdar və o həmin gün İmişli rayonuna gəldikdən sonra pul toplamağa başlamışlar. Elimdar həmin gün 1000 manat pul tapıb Kapital bank ASC-nin İmişli rayon filialında ödəmə terminalından Əbilfəzin ona verdiyi kart hesabına göndərmişdir. Bir gün sonra isə, 30 dekabr 2021-ci ildə saat 10- 11 radələrində o, 1000 manat pul toplayıb İmişli şəhər N.Savalanov küçəsində yerləşən “Ailəvi” market adlanan ticarət obyektində quradışdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə Əbilfəzin kart hesabına göndərmişdir. Həmin pulu göndərərkən Arzu və Elimdarın oğlu Aydın yanında olmuşlar. Million aparatından yaxşı istifadə edə bilmədiyi üçün pulu Aydına vermiş, o, göndərmişdir. Aydın Əbilfəzin kart hesabını yazıb ona yola salmışdır. Kart hesabı və adı onlarda olan çeklərdə vardır. Bundan bir həftə sonra Əbilfəz oğlu Elnurla danışmış və oğlundan şikayətçi olan oğlanın barışıq vermədiyini bildirib, onu razı salmaqdan ötrü əlavə 2000 manat pul istəmişdir. Bundan sonra məcbur qalıb yenidən pul toplamışlar. 06 yanvar 2022-ci ildə saat 21:44:55-də o, İmişli şəhərində N.Savalanov küçəsində “Ailəvi Market” ticarət obyektinin içərisində qoyulmuş “Million” aparatı vasitəsi 200 manat pulu arvadı Arzu ilə bir yerdə Əbilfəzin kart hesabına göndərmişdir. Elnurla danışıb həmin pulu göndərmiş, çünki Əbilfəz Elnurdan pulu istəmişdir. Elnur da həmin gün və tarixdə Bakı şəhərində Əbüfəzin kart hesabına 300 manat pul göndərmişdir. Əbilfəzə pulun qalan hissəsin, yəni 1500 manat pulu 07 yanvar 2022-ci ildə saat 10:45-də “Ailəvi Market” ticarət obyektinin içərisində olan “Million” aparatı vasitəsi ilə kart hesabına göndərmişdir. Həmin pulu Arzu ilə bir yerdə Aydının iştirakı ilə göndərmişlər və yenə də pulu Aydın Million aparatı vasitəsi ilə göndərmişdir. Elimdarla 4000 manatı Bakı şəhərində Əbilfəzə şəxsən vermişik. 4000 manat da Million aparatı vasitəsi ilə Əbilfəzə göndərilmişdir. Əbilfəz verilən cəmi 8000 manat pulun 6000 manatı onun olmuş, 2000 manatı isə Elimdarın olmuşdur. Əbilfəz pulu aldadıb alandan sonra oğluna heç bir köməklik göstərməyərək qaçıb gizlənmişdir. Oğlunun işinə məhkəmədə baxılanda o, həbsdən buraxılmış, ona 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 1999-cu ildən müxtəlif tibb müəssisələrində tibb bacısı işləyir. Hazırda 16 nömrəli Uşaq poliklinikasında tibb bacısı vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Əhmədli qəsəbəsində yoldaşı Əliyev İlham ilə qonşu olub. O, Əbilfəzi əvvəllər tanımırmış. 2022-ci ilin yanvar ayında yoldaşı İlham ilə Nərimanov rayonu ərazisində birlikdə olan zaman təsadüfən bir nəfər şəxs ilə rastlaşmışlar. Həmin şəxs yoldaşına onu tanıdığını qeyd etmişdir. Yoldaşı ilə söhbət əsnasında həmin şəxs Əbilfəz olduğunu və əvvəllər Əhmədli qəsəbəsində yoldaşı ilə qonşu olduğunu demişdir. Bir az söhbət etdikdən sonra uşaqlardan söz açılmış və onlar bildirmişlər ki, övladı Hüseynağa kollecə daxil olub, lakin hərbi komissarlıqdan onu əsgərliyə çağırdıqlarından o, kolleci bitirə bilmir. Həmin vaxtı Əbilfəz demişdir ki, ətrafında çoxlu tanışları var. Onların məsələsini, yəni, uşağı əsgərlikdən saxlatdırmaq məsələsini həll edə bilər. Həmin vaxtı onların yanlarında heç kim yox imiş. Əbilfəz onlara demişdir ki, bu söhbət buranın yeri deyil. Buna görə də, onları Nərimanovda yerləşən evlərinə dəvət etmişdir. O da yoldaşı ilə 21 yanvar 2022-ci il tarixdə axşam radələrində Əbilfəzgilin Nərimanovda yerləşən evlərinə getmişlər. Orada olan zaman evdə bir nəfər ortayaşlı oğlan da var imiş. Əbilfəz həmin oğlanın bacısı oğlu olduğunu bildirmişdir. Evdə olduqları müddət ərzində Əbilfəzlə oğlu Hüseynağanı əsgərlikdən saxlatdırmaq məsələsini danışmışlar. Əbilfəz demişdir ki, “Banditizim”-də işləyir və bu məsələni tanışları vasitəsi ilə 2100 manata həll edə bilər. Onlar da razılaşmışlar. Bunun üçün Əbilfəz ona kartının şəklini göndərmişdir. Həmçinin, Əbilfəz ona demişdir ki, o özü polisdə işlədiyindən tez-tez üzə çıxa bilmir. Buna görə də, onun məsələsini tanışı Osman adlı şəxs təşkil edəcək. Əbilfəz onlara demişdir ki, Hüseynağa komissarlığa gedən zaman ona xəbər etsinlər və o, Osmana bu barədə deyəcək. Osman da Hüseynağanı komissarlıqda qarşılayacaq. O, evə gedəndən sonra həmin tarixdə, yəni 21 yanvar 2022-ci il tarixdə saat 22:40-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “X43”-də olan “eManat” ödəmə portalı vasitəsilə Əbilfəzin kartına 2100 manat pul göndərmişdir. Həmin tarixdən bir neçə gün sonra Hüseynağanı komissarlığa çağırmışlar. Onlar bu barədə Əbilfəzə məlumat vermişlər. Əbilfəz isə Osmana deyəcəyini qeyd etmişdir. Dəqiq yadında olmayan tarixdə Hüseynağa komissarlığa getmiş və bir neçə saatdan sonra evə qayıtmışdır. Evdə olan zaman Hüseynağa bildirmişdir ki, komissarlığın qarşısında Osman onu qarşılamış və birlikdə komissarlığa girmişlər. Orada olan zaman digər çağırışçılar kimi o da tibbi müayinədən keçmişdir. Bir neçə gündən sonra Hüseynağanı yenidən çağırmışlar. Yenə də əvvəlki kimi bu barədə Əbilfəzə demişlər, o da Osmana demişdir. Yenə də, Hüseynağa Osmanla birlikdə komissarlığa gedib-gəlmişdir. Onu da qeyd etmişdir ki, bu məsələlər gedən vaxtı Əbilfəz onunla əlaqə saxlayıb işlərin qaydasında olduğunu bildirmiş və əlavə olaraq özü üçün 50 manat şirinlik istəmişdir. O da 11 fevral 2022-ci il tarixdə saat 21:05-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən “Araz Market”-də olan “eManat” ödəmə portalı vasitəsilə Əbilfəzin kartına 50 manat pul göndərmişdir. Üçüncü dəfə Hüseynağanı komissarlığa çağıran vaxtı o da getmişdir. Həmin vaxtı Osman gəlməmişdir. O, Hüsynağa ilə birlikdə komissarlığa girmiş və orada yenə də, Hüseynağanı digər çağırışçılardan fərqləndirməmişlər. O, orada bir neçə şəxsdən soruşduqda, ona demişlər ki, Hüseynağa hərbi xidmətə yararlıdır və buna görə də, onu hərbi xidmətə aparacaqlar. Bu məsələ onu narahat etmiş və o,ən dərhal Əbilfəz ilə əlaqə saxlamışdır. Əbilfəz ona demişdir ki, narahat olma bu işin proseduru belədir, düzələcək. Bütün bu proseslərdən sonra Əbilfəzlə onların ailəlikcə yaxınlıqları yaranmışdır. Əbilfəz onun qardaşı Samirin polisdə işlədiyini bilirmiş. Buna görə də, onunla görüşmək və söhbətləşmək istədiyini bildirmişdir. Dəqiq bilmədiyi tarixdə o, qardaşı Samir ilə görüşmüşdür. Sonradan Samir onlara demişdir ki, Əbilfəzlə danışıb və Əbilfəz ona avtomobil almaqda köməklik edəcək. Belə ki, Samir bildirmişdir ki, alacağı avtomobil Əbilfəzin dostunundur və həmin avtomobil üçün ilkin ödəniş adı ilə Əbilfəzə 1700 manat pul göndərib. 9 mart 2022-ci il tarixdə Əbilfəz dostu ilə gəlib həmin avtomobili Samirə təhvil verməli imiş. Amma, həmin tarixdən sonra onlar Əbilfəz ilə əlaqə saxlaya bilməmişlər və onun onları aldatdığını başa düşmüşlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2150 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs verdiyi pul ona məxsus imiş. Ərizəsini yazan zaman pulu göndərdiyi tarix və məbləğ dəqiq yadında deyilmiş. Sonradan qəbzlərə baxaraq məbləği və tarixi dəqiqləşdirmişdir. Əbilfəzə göndərdikləri pulların qəbzlərin surətini istintaqa təqdim edə bilər. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2005-ci ildən X23, 2020-ci ildən isə hazırda tutduğu vəzifədə, yəni Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin inspektor-kriminalısti vəzifəsində çalışır. Təqsirləndirilən şəxs təxminən bir aydır ki, tanıyır. Belə ki, Əbilfəz yeznəsi İlham Əliyev ilə əvvəllər Əhmədli qəsəbəsində qonşu olublar. Bacısıgilin Əbilfəz ilə yaxın münasibətləri olmasa da, son bir ayda onların münasibətləri yaxşılaşmışdır. Belə ki, o, bacısıgildə olan zaman onlar ona Əbilfəz barəsində danışmışlar və onun da polis olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini demişlər. Bacısıgil həmçinin, ona demişlər ki, Əbilfəzin ətrafında tanışları çoxdur və onun vasitəsi ilə övladları Hüseynağanı əsgərlikdən saxlatdırıblar. Belə ki, bacısı oğlu X20 11- ci sinifi bitirdikdən sonra ali məktəbə daxil ola bilməmiş və buna görə də, orta-ixtisas təhsili verən kollecə daxil olmuşdur. Həmin kollecdə təhsil müddəti iki illik imiş. Hüseynağa həmin kollecin bir ilini oxuyub, bir ili isə qalır. 2022ci ilin aprel ayında onun həqiqi hərbi xidmətinin vaxtı olduğundan və oxuduğu məktəb ali məktəb hesab olunmadığından onu hərbi xidmətə çağırırmışlar. Buna görə də, onu əsgərlikdən bir il yarım müddətə saxlatdırmaq lazım gəlirmiş. Bacısıgil Əbilfəz ilə münasibət yaratdıqdan sonra bu barədə ona deyiblər və o da bu məsələni 2100 manata həll edə biləcəyini qeyd edib. Bundan sonra bacısıgil Əbilfəzin verdiyi karta qeyd etdiyi pulu göndərib. Hadisə ilə bağlı onu bildirmişdir ki, 01 mart 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 18 ünvanında olduğu zaman Əbilfəz ona zəng etmişdir. Əbilfəz onunla görüşmək və söhbətləşmək işdəyini bildirmişdir. O da evdə olduğunu bildirmiş və onunla görüşməyə razılıq vermişdir. Təxminən yarım saat sonra Əbilfəz ağ rəngli 5-ci seriya BMW ilə gəlmiş və onunla görüşmüşdür. Bu onun Əbilfəz ilə birinci və sonuncu görüşü olmuşdur. Bu vaxtadək onlar telefonla danışsalar da birinci dəfə imiş ki, görüşürmüşlər. Onların görüşü Əbilfəzin avtomobilində baş tutmuşdur. Görüş zamanı onunla işləri barədə danışmışlar. Söhbət əsnasında Əbilfəz onun maşınının olubolmadığını soruşmuşdur. O isə avtomobilinin olmadığını və gələcəkdə imkanı olarsa alacağını bildirmişdir. Həmin vaxtı Əbilfəz ona demişdir ki, bir dostu var və dostu xaricə getdiyinə görə avtomobili satmaq istəyir. Əbilfəz həmin avtomobilin şəkillərini telefonunda ona göstərdikdə avtomobilin “Hyundai Sonata” markalı olduğunu müəyyən etmiş və həmin avtomobilin bazarda təxmini qiymətinin 30.000 manat olduğunu bildirmişdir. Həmin məbləğdə pulunun olmadığını və buna görə də, avtomobili ala bilməyəcəyini qeyd etmişdir. Əbilfəz isə ona demişdir ki, narahat olma ilkin ödəniş kimi təxminən 2000 manat pul verərsən, qalan məbləği isə hissə-hissə karta göndərərsən. O da hazırda 2000 manatının olmadığını, yalnız 1700 manat verə biləcəyini qeyd etmişdir. O da demişdir ki, narahat olma üstünü mən düzəldərəm. Bundan sonra o, telefonda bir neçə dəfə adını bilmədiyi şəxslə danışmış və həmin şəxsin də razılaşdığını ona bildirmişdir. Bundan sonra Əbilfəz kartının şəklini ona göndərmiş və pulu bu karta göndərməyini ona tapşırmışdır. O da razılaşmışdır. Bundan sonra onlar sağollaşmışlar və o, evə getmişdir. Onların görüşü təxminən 10-15 dəqiqə çəkmişdir. Həmin günü yəni, 01 mart 2022-ci il tarixdə saat 20 radələrində o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Araz” Marketə getmiş və orada olan “eManat” ödəmə portalı vasitəsilə Əbilfəzin kartına 1200 manat pul göndərmişdir. Təxminən 2 gün sonra yəni, 03 mart 2022-ci il tarixdə o, yenə də qeyd etdiyi yerdən Əbilfəzin kartına 500 manat pul göndərmişdir. Bundan sonra o, arabir Əbilfəz ilə danışırmış və Əbilfəz ona deyirmiş ki, həmin adam xaricə gedənə kimi maşından istifadə edəcək və martın 9-da baş etibarnamə verərək maşını təhvil verəcək. Mart ayının 9-da o, nə qədər Əbilfəzlə əlaqə saxlamaq istəsə də, onun telefonlarına cavab verməmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Əbilfəz onu aldadaraq pulunu ələ keçirib. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1700 manat ziyan dəymişdir. Həmin pulları iki dəfəyə karta göndərmişdir. Təqsirləndirilən şəxs göndərdiyi pullar ona məxsus olmuşdur. Əbilfəzin ona alacağı avtomobili reallıqda görməmişdir. Şəkilləri isə içəridən və yandan olduğundan onun dövlət qeydiyyat nişanı görsənmirmiş. Əbilfəzə göndərdiyi pulların qəbzlərindən yanlız birinci göndərdiyi 1.200 manatın qəbzi qalıb. Digərini isə itirmişdir. Onda olan qəbzin surətini istintaqa təqdim edə bilər. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində 2 otaqlı, bir mərtəbəli fərdi yaşayış sahəsi vardır. Həmin evi aylıq 300 manata kirayə verib ailəsini dolandırırmış. Həmin evdə oktyabr ayında əvvəllər kirayə yaşayan şəxslər evdən çıxmış və ev təxminən 1 həftə müddətinə boş qalmışdır. Ona görə də həmin evə kirayəçi axtarmaq üçün hazırda adını xatırlamadığı, Masazır qəsəbəsində işləyən maklerə elan vermişdir. Təxminən 08 oktyabr 2022-ci il tarixdə makler ona zəng vuraraq bir nəfər şəxsin ev axtardığını, ona görə də ona Masazır qəsəbəsinə gəlməyini bildirmişdir. Buna görə də, Masazır qəsəbəsinə gəlib, kirayə ev axtaran şəxs Əbilfəz adlı şəxslə görüşmüşdür. Əbilfəz evə baxdıqdan sonra evdən xoşu gəldiyini deyib kirayə götürmək istədiyini bildirmişdir. O, ondan 300 manat kirayə haqqı alacağını bildirmişdir. Əbilfəzdən 300 manat pulu alıb evin açarını ona təqdim etmişdir. O, evi Əbilfəzə kirayə verən zaman onunla hər hansı kirayə müqaviləsi və evdə olan əşyaların təhvil-təslimi ilə bağlı hər hansı sənədləşmə işi aparmamışlar. O, sonrakı ayın yəni, noyabrın 8-də Əbilfəzlə əlaqə saxlayıb kirayə haqqını ondan istəsə də o, zənglərə cavab vermirmiş. Bir neçə gün onunla əlaqə saxlamaq istəsə də, Əbilfəzlə əlaqə yarada bilməmişdir. 17 noyabr 2022-ci il tarixdə isə evə gedib həmin şəxsin evdə olub-olmamasını müəyyən etmək üçün, həmçinin kirayə haqqını hansı səbəbə gecikdirdiyini soruşmaq istəsə də, onu evdə tapa bilməmişdir. Evin qapısı bağlı imiş. Qapını açdıqdan sonra evin içərisinə daxil olmuşdur. Evin içərisində olan təxminən iki il bundan əvvəl 1500 manata aldığı “Samsung” markalı televizorun və təxminən iki əvvəl 3000 manata aldığı 1 ədəd kombi aparatı və 3 ədəd radiatorla birlikdə oğurlandığının şahidi olmuşdur. Həmin vaxtı evdə hər hansı qırıq və dağınıq olan yerlər yox imiş. O, ilk əvvəl evə başqa naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etdiyini düşünmüşdür. Lakin, evdə dağınıq və qırılmış yerlər olmadığına görə Əbilfəzdən şübhələnməyə başlamışdır. Onunla yenə də telefon əlaqəsi saxlasa da, Əbilfəzin telefonuna zəng çatmırmış. Bu oğurluqla bağlı ona ümumilikdə 4500 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2021-ci ilin təxminən iyun-iyul aylarında bacısı Zərərçəkmiş şəxs6 ona övladı Orxan Cümşüdovun işlədiyi yerdə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, sonuncunun özünü Dövlət Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim edərək onu 18.000 manat müqabilində Daxili İşlər Nazirliyinə işə düzəldə biləcəyini bildirdiyini demişdir. O, xx.xx.2021-ci il tarixdə bacısı oğlu Orxanla birgə Əbilfəz adlı şəxslə Bakı şəhəri, Səbail rayonunda yerləşən maşın bazarı deyilən ərazidə görüşmüşlər. Daha sonra o, bacısı Zərərçəkmiş şəxs6 Əbiləz adlı şəxslə görüşdüyünü, ona şəhid ailəsi olduqlarını bildirdiyini və sonuncunun hörmət əlaməti olaraq 15.000 manat müqabilində Orxanı işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra onlar pul toplamağa başlamışlar. 15.000 manatı hazır etdikdən sonra təxminən xx.xx.2021-ci il tarixdə o, bacısı Şəfəq və bacısı oğlu Orxanla birlikdə Təqsirləndirilən şəxsla Bakı şəhəri, Səbail rayonunda yerləşən “maşın bazan” deyilən ərazidə görüşmüşlər və görüş əsnasında Şəfəq pulu dövlət qeydiyyat nişanını xatırlamadığı “Lexus” markalı avtomobilin içərisində Əbilfəzə vermişdir. Həmin vaxtı avtomobili Pərviz adlı şəxs idarə edirmiş. Əbilfəz onlara həmin şəxsi öz sürücüsü kimi təqdim etmişdir. Pərviz də onların ona pul vermələrinin şahidi olmuşdur. Lakin, Təqsirləndirilən şəxs daha sonra vədinə əməl etməyərək onların pul vəsaitini mənimsəmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs verilən pul vəsaiti pul bacısı Şəfəqə İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, fərdi qaydada etibarnamə əsasında idarə etdiyi **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisədən bir-neçə ay öncə müştəri kimi tanımışdır. Tanış olan zaman həmin şəxs ona adının Ceyhun olmasını və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olmasını bildirmişdir. Həmin şəxsə polis olduğu üçün etibar edirmiş və hörmətlə yanaşırmış. Söhbət əsnasında bir neçə dəfə Ceyhun kimi tanıdığı Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, işsiz yaxın adamları olarsa həmin şəxsləri Bakı şəhərində iş ilə təmin edə bilər. Onun polis olduğunu düşündüyü üçün sözlərinə şübhə ilə yanaşmırmış və əmin imiş ki, o, tanışları vasitəsi ilə həqiqətən kimlərisə işlə təmin edə bilər. Buna görə də özünə yaxın bildiyi və işə ehtiyacı olan şəxslərə bildirmişdir ki, Ceyhun adlı müştəri var və lazım olduğu təqdirdə müxtəlif yerlərdə işlə onları təmin edə bilər. Həmin ərəfələr yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən müştəri kimi Şəhla adlı qadın ilə tanış olmuşdur. Həmin şəxs gündəlik olaraq eyni yerdə taksiyə minirmiş və onu iş yerinə düşürürmüş. Qeyd etmişdir ki, səhərlər manatlıq taksi kimi fəaliyyət göstərdiyindən Şəhladan başqa digər şəxslər də avtomobildə olurmuş. Bir müddət Şəhlanı gündəlik işə apardıqdan sonra onunla xoş ünsiyyəti yaranmış və övladı kimi onun xətrini çox istəyirmiş. Bir müddət sonra yol gedən zaman o, digər tanımadığı müştəri ilə işə düzəlmək məsələsinin çətin olması barədə söhbət edirmiş. Söhbət əsnasında ona polis kimi tanıdığı Əbilfəz barəsində və onun işə adam düzəldə bilməsi barədə danışmışdır. Daha sonra Şəhla ona bu barədə suallar verməyə başlamış və həmin şəxslə onun əri Cəlalı tanış etməsini xahiş etmişdir. O isə Şəhlaya yaxşılıq etmək məqsədilə ona bildirmişdir ki, onun əri Cəlalı polis əməkdaşı olan müştərisi Ceyhun ilə tanış edər. Bir neçə gün sonra ona Şəhlanın əri Cəlal zəng etmiş və bildirmişdir ki, arvadı Şəhla üçün yeni işə düzəlmə məsələsi ilə bağlı onunla görüşmək istəyir ki, onu müştəri ilə tanış etsin. Cəlal ilə görüşdükdən sonra o, müştərisi olan Ceyhun kimi tanıdığı şəxsə zəng etmiş və işə düzəlmək istəyən tanışının olmasını bildirmişdir. Ceyhun ona bildirmişdir ki, hazırda Bakı şəhərində işləyən vəkillərdən birinin yanında köməkçi kimi onun tanışını düzəldə bilər. O isə Ceyhunun ona dediklərini Şəhlanın əri Cəlala söyləmiş və istədiyi təqdirdə onları calaşdıra biləcəyini qeyd etmişdir. Cəlal öz tanışları ilə məsləhət etdikdən sonra bildirmişdir ki, arvadı Şəhlanın hüquq təhsili yoxdur və buna görə də bu məsələnin alınması çətin olar. Cəlal bunu ona dedikdən sonra o, Ceyhun kimi tanıdığı şəxs ilə əlaqə saxlamış və bildirmişdir ki, tanışları həmin işi istəməmiş və səbəbini də onun özünə izah etmişdir. Bir neçə gün sonra Ceyhun kimi tanıdığı Əbilfəz özü onunla əlaqə saxlamış və bildirmişdir ki, yüksək əmək haqqı olan sürücü işi var və istənilən şəxsi 2.500 manat müqabilində həmin işə düzəldə bilər. Həmin işin Socarda olmasını qeyd etmişdir. Onun özünün pulu olmadığına görə düşünmüşdür ki, həmin işi bir neçə gün öncə onunla iş barədə danışmağa gələn Cəlal adlı şəxsə təklif etmiş, çünki söhbət əsnasında o, bildirmişdir ki, özü yaxşı iş axrarır. Cəlal ilə bu barədə söhbət etdikdən sonra o, öz taksisi ilə Cəlalı Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən “Xətai” metrostansiyasının yaxınlığında Ceyhun ilə görüşməyə aparmışdır. Həmin yerə onları Ceyhun çağırmış və orada o, Ceyhunla Cəlalı tanış etmişdir. Onlar öz aralarında danışmışlar və Ceyhun Cəlala bildirmişdir ki, 2.500 manat müqabilində Cəlalı Socarda tanışının yanına sürücü kimi işə düzəldəcək. Cəlal orada Ceyhun ilə razılaşmış və həmin pulu ona verəcəyini bildirmişdir. Bundan sonra onlar Ceyhun ilə sağollaşmışlar və o, Cəlalı söylədiyi ünvanda düşürtmüşdür. Həmin hadisədən bir müddət sonra ona məlum olmuşdur ki, Ceyhun kimi tanıdığı şəxs ondan sonra yenidən Cəlal ilə əlaqə saxlayıb və Cəlal ona 2500 manat işə düzəlməsi üçün pul verib, lakin həmin şəxs Cəlalı aldadaraq verdiyi vədə əməl etməyib. Əlavə olaraq qeyd etmişdir ki, həmin şəxsi o, uzun müddət Ceyhun kimi tanımış, lakin bu məsələlərdən sonra ona məlum olmuşdur ki, həmin şəxs əslində Təqsirləndirilən şəxs imiş və polis əməkdaşı deyilmiş. Baş vermiş hadisələrdən sonra özü Əbilfəzi pulu qaytarması üçün axtarsa da heç kəsin onun harada olması barədə məlumatı olmadığından tapa bilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Cəlalın pulu nə vaxt və harada verməyini bilmir. Sonradan Cəlal onunla əlaqə saxlamış və bildirmişdir ki, Ceyhuna 2500 manat pul verib və Ceyhun onu aldadıb. Bundan sonra o, nə qədər Ceyhun ilə əlaqə saxlamağa çalışsa da bu mümkün olmamışdır. Bu məsələ ilə bağlı ona heç kəs pul vəd etməyib və həmin məsələ ilə bağlı pul verməyib. Həmin məsələdə onun maddi marağı olmayıb. Sadəcə olaraq Şəhla ilə övladı kimi səmimi münasibəti yaranmış və onun işə düzəldilməsinə köməklik etmək istəyirmiş. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, yoldaşı Cəlal "xxxx" MMC-də sürücü işləyir və idarə etdiyi yük avtomobili ilə Azərbaycandan xaricə və xaricdən Azərbaycana yük gətirir. O da rəsmi olaraq "xxxx" MMC-də operator kimi işləyir. İşlədiyi "xxxx" MMC” Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən 15-20 dəqiqəlik məsafədə yerləşir və işə gedən zaman adətən manatlıq taksilərdən istifadə edir. Hər gün işə eyni vaxtda, yəni 08:30-da getdiyindən çox vaxt istifadə etdiyi taksiləri eyni şəxslər idarə edir və həmin şəxslərlə gündəlik görüşdüklərindən xoş münasibət yaranır. Belə şəxslərdən biri də Elman kimi tanıdığı taksi sürücü imiş. Çox vaxt işə getmək məqsədilə eyni yerdə manatlıq taksi gözləyən zaman Elman idarə etdiyi avtomobillə həmin yerdən keçdiyindən o, Elmanın taksi kimi idarə etdiyi avtomobilinə minərək işə gedirmiş. Bir dəfə yolda olduğu zaman Elmanın taksidə olan digər tanımadığı sərnişin ilə hazırda işə düzəlməyin çətin olması barədə söhbət etməyinin şahidi olmuşdur. Elman qeyd etmişdir ki, onun polis əməkdaşı olan Ceyhun adlı müştərisi var və həmin şəxs Bakı şəhərində istədiyi şəxləri müxtəlif yerlərdə işlə təmin edə bilir. Həmin söhbət ona maraqlı görsənmiş, çünki o, əri Cəlal ilə uzun müddətdir yüksək əmək haqqı verən iş yeri axtarırmışlar. Buna görə də avtomobildən düşən zaman bu barədə taksi sürücüsü Elmana bir neçə sual vermiş və onun mobil telefon nömrəsini götürmüşdür ki, əri Cəlal onunla əlaqə saxlasın. Daha sonra bu barədə əri Cəlala danışmış və ondan təkidlə xahiş etmişdir ki, yeni işə düzəlmələri ilə bağlı həmin şəxslə görüşüb söhbət etsin. Əri Cəlal təkidi ilə ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Elman ilə danışmış və görüşmüşdür. Daha sonra evə gələn zaman əri Cəlal ona bildirmişdir ki, Elman ilə görüşərək onun tanışı Ceyhun ilə mobil telefon vasitəsi ilə danışıblar. Danışıq zamanı Ceyhun onlara bildirmiş ki, onu Bakı şəhərində faəliyyət göstərən Vəkil Bürolarının birində vəkil köməkçisi kimi işə düzəldə bilər. Lakin, Cəlal özünün əlaqələri vasitəsi ilə bu məsələni maraqlandığını və hüquq təhsili olmadığı halda bunun mümkün olmadığını qeyd etmişdir. Bu hadisənin üzərindən bir müddət keçdikdən sonra Elman adlı şəxs əri Cəlal ilə əlaqə saxlayaraq onun üçün yüksək əmək haqqı olan sürücü işinin olduğunu bildirmişdir. Buna görə də, əri onunla bu barədə danışmaq üçün görüşmüşdür. Görüşdən sonra əri bildirmişdir ki, Elman adlı şəxsin tanışı Ceyhun onu yüksək əmək haqqı olan iş ilə təmin edəcək və bunun əvəzində 2500 manat pul verməli olacaqlar. Belə ki, Ceyhun ərini Socara sürücü kimi işə düzəldəcəyini vəd etmişdir. İşin sonrakı mərhələlərindən onun xəbəri olmamış və əri özü Elman ilə görüşərək onun tanışı Ceyhun ilə tanış olmuşdur. Ümumilikdə Ceyhun ərindən onu Socara işə düzəldəcəyini vəd edərək 2.500 manat pul almış daha sonra isə verdiyi vədi tutmamışdır. Sonradan Ceyhun ilə əlaqə saxlamağa çalışsa da o, telefonlara cavab verməyərək onlardan gizlənmişdir. Bir müddət sonra onlara məlum olmuşdur ki, əslində həmin şəxsin adı Təqsirləndirilən şəxs Ceyhun oğludur və ətrafda çox adam onu dələduz kimi tanıyır. Baş vermiş hadisə nəticəsində yoldaşı Cəlala 2500 manat ziyan dəymişdir. Yoldaşı Cəlal 2500 manat pulu 3 dəfəyə olmaqla hissə-hissə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid14 şahid X25 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid15 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ortaq tanışları vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2ı isə övladı vasitəsi ilə tanımışdır. Belə ki, onun övladı Ayxan ilə Vüqarın övladı Rüstəm liseydə bir yerdə oxumuşlar. 2021-ci ilin əvvəllərində Vüqar onunla danışan zaman demişdir ki, övladına iş axtarır və ondan xahiş etmişdir ki, ona iş tapmaqda köməklik etsin. Bunun üçün o, bir çox tanışlarından maraqlanmışdır. İlkin vaxtlar müsbət cavab ala bilməsə də sonradan Qurban adlı tanışı onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. O, Əbilfəzlə danışmış, həmçinin, onun nömrəsini Vüqara da vermişdir. Vüqargil də Əbilfəzlə danışmışlar. Onlar arasında danışıq belə olmuşdur ki, X11 Tovuzda FHN-nin X15 işə düzlətməli imiş. Vüqar isə bunun üçün 22000 manat pul verməli imiş. Razılıqları belə olmuşdur ki, Vüqar 15000 manat pulu əvvəlcədən verirmiş, 7000 manat pulu isə sonradan əmr olduqdan sonra verəcəkmiş. Pul danışıqlarında iştirak etməsə də, məlumatı var imiş. 28 iyun 2021 -ci il tarixdə Vüqar ona demişdir ki, Bakıya gedib Əbilfəzlə görüşsünlər. O da razılaşmış və onlar Vüqarın avtomobili ilə Bakı şəhərinə gəlmişlər. Onlarla birlikdə həmçinin, Vüqarın oğlu Rüstəm də gəlmişdir. Onlar əvvəlcə Sabunçu rayonunda Vüqarın qardaşı İlhamın işlədiyi kafeyə getmişlər. Sonra o, Qurbanla danışmış və Qurban demişdir ki, Əbilfəz Mərdəkandadır. Onlar oraya getmişlər və orada Əbilfəzlə görüşmüşlər. Əbilfəzlə təkrar söhbət etmişlər və o danışdıqları kimi demişdir ki, 15.000 manat indi verin, yerdə qalan məbləği isə əmr olandan sonra verərsiniz. Vüqarda razılaşmışdır. Bundan sonra onlar geri qayıtmışlar. Vüqar qardaşının işlədiyi kafeyə getmiş və oradan pulu götürmüşdür. Pul kağıza bükülü imiş. Sonra Əbilfəzlə danışmışlar və Əbilfəz demişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin yanına gəlir. Onu gözləmişlər və Əbilfəz maşını saxlayandan sonra Vüqarda gəlib maşının onun maşınının yanında saxlamışdır. Vüqar pulu ona vermişdir ki, aparıb Əbilfəzə versin. Həmin vaxta kimi o da pulu sayıb 15.000 manat olduğunu təsdiqləmişdir. O, pulu götürmüş və gedib Əbilfəzin idarə etdiyi avtomobilə oturmuşdur. 15.000 manat pulu ona vermiş və o da pulu sayıb düz olduğunu demişdir. Bundan sonra o, avtomobildən enib Vüqarın avtomobilinə əyləşmiş və rayona geri qayıtmışlar. Bundan bir neçə ay sonra Vüqar onunla əlaqə saxlayıb Əbilfəzin bu məsələni həll etmədiyini demişdir. O da Əbilfəzlə əlaqə saxlamağa cəhd etsə də, onunla əlaqə saxlaya bilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan deyir. Ona 15.000 manat pul vermiş və Əbilfəz də pulu sayaraq ondan təhvil almışdır. Onun bu işdə bir marağı yox imiş, sadəcə olaraq Vüqarla dost imişlər deyə ona yaxşılıq etmək istəyirmiş. İbtidai istintaqda şahid X26 ifadəsində bildirmişdir ki, təxminən 2021-ci ilin may ayının əvvəllərində o, Bakı şəhəri, Nəsimi rayon komisarlığından arayış almaq üçün Bakı şəhərinə getmişdir. Belə ki, o, “X24 iştirak etdiyi ilə bağlı arayış alıb iş yerinə təqim etməli imiş ki, onun işdə olmadığı müddət ərzində verilən maaşı hesablanaraq hesabına köçürülsün. O, Nəsimi rayon komissarlığından qeyd etdiyi həmin arayışı aldıqdan sonra Bakı şəhəri “20 yanvar” metrosunun yaxınlığında təsadüfən həmkəndlisi Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs ilə salamlaşdıqdan sonra ondan Bakı şəhərində nə etdiyini soruşmuşdur. O da Nəsimi Rayon Komasirlığından arayış almaq üçün gəldiyini bildirmişdir. O, ondan hazırda hara getdiyini soruşduqda isə ona kəndə gedəcəyini bildirmişdir. Əbilfəz də ona yaşadığı evin “20 yanvar” metrosunun yaxınlığında olduğunu, onunla qalmağını və sabah kəndə getmək istədiyini bildirmişdir. O da Əbilfəz ilə razılaşmışdır. Daha sonra isə o, onunla birlikdə 20 yanvar metorsunun yaxınlığında, “Bravo” marketin yanında yerləşən sarı rəngli çox mərtəbəli binanın 16-cı mərətəbəsinə qalxmışlar. Lakin o, mənzilin nömrəsini xatırlamırmış. Onlar mənzilə girdikdə evdə tanımadığı iki adamın da olduğunu görmüşdür. Lakin, o, həmin şəxslərin kim olduğunu bilmirmiş. Onlar evə getdikdən təxminən 2 saat sonra həmin şəxslər getmişlər. Əbilfəz də ona həmin mənzilin özü üçün təzə vaxtı aldığını bildirmişdir. Onlar bir yerdə olan zaman Əbilfəz bir neçə dəfə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə kənar şəxslərlə danışmışdır. Lakin, həmin vaxtı o, Təqsirləndirilən şəxs kim ilə nə danışdığını bilməmişdir. Əbilfəz ilə söhbət əsnasında Əbilfəz ona demişdir ki, ***-***-**-** saylı mobil nömrəsi vardır, lakin istifadə etmir. İstədiyi təqdirdə isə həmin mobil nömrəni ona verə biləcəyini demişdir. Nömrədən xoşu gəldiyi üçün işlətməyəcəyi təqdirdə həmin nömrəni götürüb işlədə bjləcəyini demişdir. Lakin, həmin vaxtı Təqsirləndirilən şəxs o, nömrəni ona verməmişdir. Həmin günün sabahısı o, Təqsirləndirilən şəxs ilə sağollaşıb evdən çıxmışdır. Əbilfəz də ona həmin vaxtı nömrəni öz adına tez keçirtməyini bildirmişdir. O da nömrəni öz adına keçirdəcəyini demişdir. Daha sonra isə Bakı şəhəri, Səbail rayonunda, “Tarqovu” deyilən yerdə “Bakcell” adlı mobil telefon operatoruna məxsus mağazaya yaxınlaşıb həmin nömrəni öz adına keçirtmişdir. İşini qurtardıqdan sonra isə Bakı şəhərindən ayrılıb yaşadığı kəndə gəlmişdir. O, kəndə gəldikdən təxminən 10 gün sonra tanımadığı bir nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmişdir. O, telefonu açdıqda danışan şəxs ona Biləsuvar rayonunda olduğunu, Ceyhun adlı şəxsin oğlunu aldatdığını və onu FHN-nə düzəltmək adı ilə pul aldığını bildirmişdir. O da həmin şəxsə Ceyhun adlı şəxsi tanımadığını Əbilfəz adlı şəxsin onunla danışdığını və ona pul atanın Əbilfəz olduğunu bildirmişdir. Bundan sonra isə telefonu söndürmüşdür. O, bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etsə də, onun mobil nömrələrinə zəng çatmamışdır. Bir müddət sonra o, Əbilfəz ilə mobil telefon vasitəsi ilə danışmışdır. Əbilfəzə Biləsuvar rayonundan ona, zəng gəldiyini bildirib olanları demişdir. O da ona demişdir ki, həmin adamın işini danışıb düzələcək. O, Əbilfəzə özünü niyə “Ceyhun” kimi təqdim etdiyini soruşmuşdur. O da ona demişdir ki, işi Ceyhun adlı şəxslə danışıb. Təxminən 20 gün bundan əvvəl Biləsuvar rayonundan tanımadığı şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək Ceyhun adlı şəxsin ona pul atdığını və onu tapmaqda köməklik göstərməyini bildirmişdir. O da həmin şəxsə Əbilfəzin də ona pul atdığını bildirmişdir. O, həmin şəxslə 20 gün ərzində 2-3 dəfə mobil telefon vasitəsi ilə danışmışdır. Belə ki, həmin vaxtı da ona bildikləri barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid3 Şahədin oğlunu FHN-nə işə düzəltmək adı ilə ondan 7000 manat məbləğində pul alması barədə heç bir məlumatı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Zeynal adlı şəxsi aldatmasını o, Zeynal adlı şəxsin atasının ona zəng etməsindən sonra bilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid6 Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid13, Şahid9 və Şahid10 Zərərçəkmiş şəxs7 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini,məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, X5 tanıyır, onunla uzun müddətdir dostluq edir, onunla ailəvi gediş-gəlişləri var imiş. 2017-ci ildə Ramil Mehtiyev həbs olunmuşdur. 2020-ci ilin oktyabr ayında Ramilin həyat yoldaşı onlara qonaq gəlmişdir. Onlarda olarkən ona Ramilə necə kömək edə biləcəklərini soruşmuş, o da dostu Razisin tanışı olduğunu demiş, həmin şəxsin ola bilsin ki, Ramilə köməyi dəyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Ramilin qardaşı Zərərçəkmiş şəxs7 ona zəng etmiş, görüşmək istədiyini demişdir. Onlar Sabirabad şəhərində görüşmüşlər, həmin vaxt o, ilk dəfə imiş ki, Qabili görürmüş. O, Ramil ilə dostluq etməyinə baxmayaraq Qabili tanımırmış. Qabil bildirmişdir ki, Ramil ona zəng edib deyib ki, onunla görüşsün. Qabil ondan Razisin tanışı olan həmin şəxsi soruşmuş və Ramilin işində nə kömək edə biləcəyini demişdir. O, Qabilə həmin şəxsin yəni Əbilfəzin yaxın günlərdə Razisgilə gələcəyini və orada onunla görüşüb söhbət edə biləcəyini demişdir. Qabil ona Əbilfəz gəldikdə ona zəng etməyini bildirmiş, onlar sağollaşmışlar. Qabil çıxıb getmişdir. Təxminən iki gün sonra o, bilmişdir ki, Əbilfəz Razisgilə gələcəkdir, bu səbəbdən Qabilə zəng edib Əbilfəzin gələcəyini, görüşmək istədiyi halda gəlib görüşə biləcəyini bildirmişdir. Qabil həmin gün Sabirabad şəhərinə gəlmiş, onlar birlikdə Sabirabad rayonu Qruzma kəndində Razisin yaşadığı evə getmişlər. Həmin vaxt Əbilfəz Razisin evinin həyətində onun atası ilə söhbət edirmiş. O, Qabil ilə Əbilfəzi tanış etmiş, Qabilin qardaşı Ramilin həbsdə olmasını demiş və onun cəzasını yüngülləşməsi üçün kömək lazım olduğunu bildirmişdir. Qabil ilə Əbilfəz söhbət etmişlər, Əbilfəz ona qardaşı Ramilə kömək edə biləcəyini demiş və əvəzində 30000 manat pul istəmişdir. Qabil onunla razılaşmış, onlar bir-birilərinə telefon nömrələrini vermişlər və onlar oradan çıxıb getmişlər. Təxminən oktyabr ayının axırlarında Əbilfəz ona zəng etmiş, Saatlı rayonunda “Görüş” restoranında olduğunu demiş, ona Razisi götürüb oraya gəlməyini bildirmiş, həmçinin Qabili də oraya çağırdığını demişdir. O da Razis ilə görüşüb Saatlı rayonunda olan “Görüş” restoranına getmişlər. Onlar orada oturub söhbət edirmiş, həmin vaxtı Qabil də oraya gəlmişdir. Qabil ilə Əbilfəz Ramilin işi barəsində söhbət etmişlər, Əbilfəz ondan pulu istəmişdir. Qabil pulu gətirmədiyini bildirmiş və ona demişdir ki, onunla birlikdə gedib pulu götürüb gəlsin. Onlar birlikdə Qabilin yaşadığı evə getmişlər. Qabil evdən pul götürüb gəlmiş və yenidən “Görüş” restoranına qayıtmışlar. Qabil orada Əbilfəzə 18000 manat pul vermişdir. Əbilfəz Qabilə inanmadığı halda video çəkiliş etməsini bildirmiş və Qabilin telefonu ilə pulun ona verilməsinin videoçəkilişini etmişdir. Həmçinin, Əbilfəz qalan 12000 manatı Ramilin işinə Ali məhkəmədə baxdıqdan sonra yekunda veriləcəyini bildirmişdir. Əbilfəz pulu götürdükdən sonra onlar hamısı oradan çıxıb getmişlər. Bir neçə ay sonra 13 aprel 2021-ci il tarixdə Qabil onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrəsindən zəng edərək bildirmişdir ki, səhəri gün Bakı şəhərinə Ali məhkəməyə getmək lazım olduğunu demiş, o da onunla razılaşmışdır. 14 aprel 2021-ci il tarixdə Qabilin idarə etdiyi avtomobil ilə o, Qabil və qardaşları Şahid13, Şahid9 ilə birlikdə Bakı şəhərinə Ali məhkəmənin yanına getmişlər. Orada kafelərin birində oturmuşlar. Qabil telefonunu ona vermiş ki, Əbilfəzə zəng edib onu çağırsın. O da onun telefonu ilə Əbilfəzə zəng edib məhkəmənin yanında oturduqlarını bildirmişdir. Təxminən 30 dəqiqə sonra Əbilfəz onların yanına gəlmiş, onlar biraz söhbət etmişlər, Əbilfəz məhkəmədən cavab gözlədiyini demiş, sonra Əbilfəzə zəng gəlmiş, Əbilfəz bildirmişdir ki, 28 mayda Ədalət adlı vəkilin yanına getmək lazımdır. Onlar birlikdə 28 may istiqamətinə getmişlər. Orada binanın altında üzərində Ədalətli hüquq yazılmış ofisin qarşısında Ədalət adlı vəkillə görüşmüşlər. Əbilfəz onunla söhbət etmiş, həmin vaxt onlar kənarda dayanmışlar. X39 kənara çağırmış, onlar söhbət etmişlər, bir neçə dəqiqə sonra Qabil yanlarına gəlmiş və rayona qayıdacaqlarını bildirmişlər. Onlar avtomobilə əyləşib rayona qayıtmişlar. Yolda olarkən Qabil onlara demiş ki, qardaşı Ruhinə zəng edib, o da Əbilfəzə bank vasitəsi ilə 10000 manat pul göndərib. Onlar rayona qayıtdıqdan sonra o, onlardan ayrılmışdır. Bir neçə gün sonra Qabil ona zəng edərək Ramilin işinin alınmadığını demiş, Əbilfəzin onu aldatdığını bildirmişdir. O, Əbilfəzə zəng etmiş, ona zəng çatmırmış. Bundan sonra o da bilmişdir ki, Əbilfəz Qabili aldadıb. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, sadəcə qabil və Əbilfəzi tanış etmiş, pulun verilməsində iştirak etsə də Qabilin pulu Əbilfəzə verməsində təkid göstərməmişdir. Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs verdiyi pullardan Əbilfəz ona pul verməyib, həmçinin o, pul istəməmiş, sadəcə Ramilə kömək olmasını istəyirmiş. O, 2020ci ilin oktyabr ayında dostu Razisgildə olanda Əbilfəzi tanımış, Əbilfəz Razisin işlərində ona köməklik göstərmişdir. Zərərçəkmiş şəxs8 onun dostudur, onunla heç bir düşmənçilik və ədavətləri yoxdur. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs Sabirabad şəhərinə gəlmiş və o, onunla görüşmüşdür. O, həyat yoldaşını təqaüdə çıxarmaq barədə söhbət edirmiş. Onlar Sabirabad şəhəri Muğan prospektində yerləşən kafedə oturmuşlar. Həmin vaxt Qaçay ona zəng edərək harada olduğunu soruşmuş və o, Qaçaya yerini demişdir. Qaçay kafeyə gəlmiş, onlarla əyləşmiş, o, Əbilfəzlə Qaçayı tanış etmişdir. Qaçay həmin vaxt əsəbi imiş, o, ondan nə olduğunu soruşmuşdur. Qaçay kondisionerləri düzəltdiyini, lakin pulunu vaxtında ala bilmədiyini demiş və hər hansı başqa iş axtardığını bildirmişdir. Həmin vaxt Əbilfəz Qaçaya FHN-nə onu işə düzəldə biləcəyini demişdir. Qaçay dövlət işinə düzəlmək istədiyini bildirmiş və Əbilfəzdən telefon nömrəsini götürmüşdür. Sonra Qaçay onlarla sağollaşaraq çıxıb getmişdir. O da Əbilfəzlə bir neçə dəqiqə oturduqdan sonra sağollaşmış və ayrılmışlar. Bundan sonra Əbilfəzlə Qaçay nə vaxt danışıblar, harada görüşüblər və Qaçay Əbilfəzə nə vaxt pul verib onun xəbəri olmayıb. Bir neçə ay sonra Qaçay ona Əbilfəzə işə düzəlmək üçün hissə-hissə 6000 manat pul verdiyini, lakin Əbilfəzin onu aldatdığını bildirmişdir. O, Əbilfəzə zəng edib Qaçayın pulunu qaytarmağını bildirmiş, Əbilfəz Qaçayın işini düzəldə bilmədiyini, yaxın müddətdə pulunu qaytaracağını bildirmiş, lakin hal hazıradək Qaçayın pulunu qaytarmamışdır. Onlar görüşərkən həyat yoldaşının təqaüdə çıxarılması barədə Əbilfəzlə söhbət edirmiş, Qaçay da həmin söhbəti eşitmişdir. O, Qaçaya Əbilfəzin həyat yoldaşını təqaüdə çıxaracağına köməklik edəcəyini demişdir. Onlar arasında olan danışıqlardan və Qaçayın Əbilfəzə pul verməsində rolu olmayıb və xəbəri də olmayıb. İstintaq zamanı əlavə ifadəsi alınmış Şahid8 bildirmişdir ki, Əbilfəz həqiqətəndə ona 2500 manat pul göndərmiş və həmin vaxtı Qaçay ondan pulunun hamısını tələb edirmiş. O da məcbur qalıb Sabirabad rayonunda yerləşən “Bank Respublikadan 4000 manat pul götürmüşdür. Həmin 2500 manat pulun üzərinə 1500 manatda qoymuş və Qaçaya 4000 manat pul vermişdir. Qaçaya verdiyi 4000 manat pulun 2500 manatını Əbilfəz vermiş, yerdə qalan məbləği isə o, öz cibindən vermişdir. Əbilfəz bu işlərə görə ona heç bir məbləğdə pul verməyib. Mehtiyev Ramil ilə ailəvi yaxın olduğundan ona kömək etmək məqsədi ilə qardaşı Qabili Əbilfəzlə tanış etmişdir. Qaçayla da yaxın münasibətləri olub və ona kömək etmək məqsədi ilə Əbilfəzlə tanış etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs12 ilə qohumluq əlaqələri var, həmin şəxsin oğlu X30 təxminən 1 ildən artıq müddət bundan öncə Beyləqan rayonunda avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. İnsan ölümünə səbəb olduğu üçün 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs12 onu özünə yaxın bildiyi üçün oğlunun Apellyasiya məhkəməsində gedən işinində onunla sonuncunun hüquqlarını müdafiə etmək üçün müqavilə bağlamışdır. 2021 -ci ilin may ayının 20-də Elşənlə bağlı olan Apellyasiya məhkəməsində uduzmuşdur. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs12 onunla telefon əlaqəsi saxlayaraq bir nəfər şəxsin oğlu Elşən Əlizadənin işinə görə zəng etdiyini və köməklik etmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs12 bunun mümkün olmadığını demiş, lakin Rüzgar xanım inad edərək onunla birlikdə həmin şəxslə görüşməyini istəmişdir. Bu minvalla 2021-ci ilin may ayında dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs12 əri Elçin və o ünvan 12 nömrəli ünvandakı mənzildə özünü Ceyhun Əsədov kimi təqdim edən şəxslə görüşmüşlər. Orada Ceyhun adlı şəxs Ali Məhkəmədə tanışının olmasını, Zərərçəkmiş şəxs12 oğlunu Ali Məhkəmədə həbsdən azad etdirəciyini bildirmiş, o, həmin şəxsə bunun mümkün olmadığını demiş və aralarında mübahisə yaranmışdır. Onlar hər hansı razılıq etmədən həmin mənzili tərk etmişlər. Sonradan Zərərçəkmiş şəxs12 ona zəng edərək həmin şəxslə bir daha görüşdüyünü və ona 7.000 manat pulu verdiyini bildirmişdir. Sonradan ona daxil olan məlumata əsasən həmin şəxsin əslində Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Babaşov Arzu Əlimustafa qızı ifadəsində bildirmişdir ki, oğlunun barəsində cinayət işinə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Elvar Quliyev adında bir müstəntiq araşdırırmış. Həmin vaxt oğluna kömək etmək üçün və onu həbsdən çıxarmaq üçün o və əri Razi çox naharat imişlər. Kiçik oğlu Elnur da Bakı şəhərində yaşayır və işləyirmiş. Elnur tez-tez Binəqədi polisinə gedibgəlirmiş. Həmin oğlunun taksi yoldaşı ondan soruşmuşdur ki, nə üçün polisə gedib gəlirsən. O da qardaşının həbsdə olmasını ona bildirmişdir. Həmin şəxs ona Füzuli rayonu Əhmədbəyli kənd sakini olan Təqsirləndirilən şəxs tanıtmış, ona aliment işində köməklik etməsini bildirmişdir. Elnura Əbilfəzin mobil telefon nömrəsini taksi yoldaşı veribdir. Həmin vaxt əri Razi və Elimdar tez-tez oğlunun işə ilə bağlı Bakı şəhərinə gedirmişlər və şikayətçi ilə barışmaq üçün əri özü ilə evdən 3000 manat pul götürmüşdür. Elimdar da Elvin yezənisi olduğu üçün ona kömək məqsədi ilə özü ilə 1000 manat pul götürüb getmişlər. Bakıda olarkən Elnur Əbilfəz adlı şəxsin olmasını, onlara Elvini həbsdən çıxarmaqda kömək edə biləcək vəkil olmasını onlara danışmışdır. Həmin şəxs özünü onlara vəkil kimi təqdim etmişdir. Elnur onları Əbilfəzlə görüşmək üçün evinə aparmışdır. Bakı şəhərinə həmin şəxslə görüşərkən o, oğlunun işi ilə bağlı guya kimlərləsə danışandan sonra, Razidən və Elimdardan oğluna bəraət almaq və həbsdən çıxarmaq üçün əvvəlcə 6000 manat pul istəmiş, həmin pulun zərərçəkənə verəcəyini və barışıq əldə edəcəyini bildirmişdir. Əri 3000 manat, Elimdar isə 1000 manat pulu üst-üstə qoyub Əbilfəzə evində nağd şəkildə vermiş, yerdə qalan 2000 manatı isə həmin gün ona çatdırmağı tapşırmışlar. Elimdar və Razi həmin gün rayona gəlmişlər, Elimdar həmin gün 1000 manat pul tapıb “Million” aparatı vasitəsi ilə Əbilfəzin kart hesabına göndərmişdir. Bir gün sonra isə, 30 dekabr 2021-ci ildə saat 10-11 radələrində 1000 manat əri ilə o pul toplayıb, Əbilfəzin kart hesabına İmişli rayonu, N.Savalanov küçəsində yerləşən “Ailəvi” Market ticarət obyektindən göndərmişlər. Həmin pulu göndərərkən əri Razi və Elimdarın oğlu Aydın yanında olmuşlar. Million aparatından o, yaxşı istifadə edə bilmədiyi üçün pulu Aydına vermiş, o göndərmişdir. Aydın Əbilfəzin kart hesabını yazıb ona yola salmışdır. Kart hesabı və adı onlarda olan çeklərdə vardır. Bundan bir həftə sonra Əbilfəz oğlu Elnura zəng vuraraq bildirmişdir ki, guya şikayətçi ilə danışıbdır, şikayətçi oğlu ilə barışmaq istəmir, yenidən 2000 manat pul istəmişdir. Bundan sonra məcbur qalıb onlar yenidən pul toplamalı olmuşlar. 06 yanvar 2022-ci ildə saat 21:44:55-də o, İmişli şəhərində N.Savalanov küçəsində “Ailəvi Market” ticarət obyektinin içərisində qoyulmuş “Million" aparatı vasitəsi 200 manat pulu əri ilə bir yerdə Əbilfəzin kart hesabına göndərmişdir. Elnurla danışıb həmin pulu göndərmiş, çünki Əbilfəz Elnurdan pulu istəmişdir. Elnur da həmin gün və o, pulu göndərdikləri tarixdə və vaxtlarda Bakı şəhərində Əbüfəzin kart hesabına 300 manat pul yollamışdır. Əbilfəz onlardan 2000 manat pul istədiyi üçün səhəri günü də onlar ona yenə də yerdə qalan 1500 manat pulu toplayıb göndərməli imişlər. Yenidən 1000 manat pulu Əbilfəzə göndərmək üçün toplamışlar. Elimdar 500 manat pulu oğlu Aydınla gönədmişdir. O, 1000 manat əri ilə topladığı pulu Elimdarın verdiyi 500 manatın üzərinə qoyub bir yerdə cəmi 1500 manat pulu 07 yanvar 2022-ci ildə saat 10:45də "Ailəvi Market” ticarət obyektinin içərisində olan “Million” aparatı vasitəsi ilə Əbilfəzə göndərmişlər. Həmin pulu Razi, o və Aydın bir yerdə göndərmişlər və yenə də pulu Aydın aparatla göndərmişdir. Əri ilə Elimdar 4000 manatı Bakı şəhərində Əbilfəzə şəxsən özləri vermişlər. 4000 manat da Million aparatı vasitəsi ilə Əbilfəzə göndərilmişdir. O, 200 manat özü göndərdiyi pulun çekini telefonunda şəklini çəkib saxlamışdır. Əbilfəz onlardan cəmi 8000 manat pulu alandan sonra oğluna heç bir köməklik göstərməyərək qaçıb gizlənmişdir. Oğlunun işinə məhkəmədə baxılanda o, həbsdən buraxılmış, ona 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Hazırda qolbaqla Bakı şəhərində yaşayır. Cinayət işinin istintaq zamanı Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs10 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə demişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X8 X31 daxil olmuş komisyon ambulator məhkəmə-psixatrik ekspertizasının 27 fevral 2023-cü il tarixli 539 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Araşdırma zamanı Zərərçəkmiş şəxs1 02 ədəd A4 vərəqində olan 02 ədəd qəbzlərin surətini təqdim etmiş və həmin qəbzlərdə Təqsirləndirilən şəxs adına olan karta ümumilikdə 1500 manat pul köçürülməsi əks edildiyindən həmin sənədlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs4 01 ədəd A4 vərəqində olan 01 ədəd qəbzin surətini istintaqa təqdim etmiş və həmin qəbzdə Təqsirləndirilən şəxs adına olan karta 1200 manat pul köçürülməsi əks edildiyindən həmin sənəd maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs5 02 ədəd A4 vərəqində olan 02 ədəd qəbzlərin surətini istintaqa təqdim etmiş və həmin qəbzlərdə Təqsirləndirilən şəxs adına olan karta ümumilikdə 2150 manat pul köçürülməsi əks edildiyindən həmin sənədlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Araşdırma zamanı Şahid3 04 ədəd qəbzi təqdim etmiş və həmin qəbzlərdə Təqsirləndirilən şəxs adma olan karta ümumilikdə 7000 manat pul köçürülməsi əks edildiyindən həmin qəbzlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs7 04 ədəd A4 vərəqində olan 04 ədəd qəbzin surətini təqdim etmiş və həmin qəbzlərdə Təqsirləndirilən şəxs adına olan karta ümumilikdə 14800 manat pul köçürülməsi əks edildiyindən həmin sənədlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs8 02 ədəd vərəqdə olan 02 ədəd qəbzin surətini təqdim etmiş və həmin qəbzlərdə Təqsirləndirilən şəxs adına olan karta ümumilikdə 5900 manat pul köçürülməsi əks edildiyindən həmin sənədlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs10 06 ədəd vərəqdə olan qəbz şəkillərini və Təqsirləndirilən şəxsla “Whatsapp” mobil tətbiqində yazışmalarının şəkillərini istintaqa təqdim etmiş və həmin qəbz şəkillərində Təqsirləndirilən şəxs adına olan karta 2700 manat pul köçürülməsi əks edildiyindən həmin şəkillər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaqı zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 7413 9143 1598 nömrəli bank kartı ilə aparılmış əməliyyatlara dair məlumatlar "xxxx" ASC-dən əldə edilmişdir. Həmin məlumatlar sənədlərdə və CD diskdə təqdim edilmişdir. Sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd olunan kartına 1000 manat, xx.xx.2021-ci il tarixdə isə 500 manat pul köçürülməsi ilə bağlı əməliyyatlar sənədlərdə birbaşa öz əksini tapmasa da, 4169 7413 9143 1598 nömrəli kartın xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdəki balansı, eləcə də, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdəki balansı arasındakı fərqlə qeyd olunan əməliyyatların həqiqətəndə həyata keçirildiyi müəyyən edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs10 təqdim etdiyi, onunla Təqsirləndirilən şəxs arasında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmaları özündə əks etdirən 02 ədəd A4 formatlı vərəqlərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci ildə saat 22:15-dən etibarən “Salam”, “xeber elə axsaqal kartı atım”, “**********074806”, “Geldi axsaqal", “Cekidə at” məzmununda ismarıclar yazmış, Zərərçəkmiş şəxs10 isə qəbz şəkli göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci ildə saat 23:18-də “oldu”, “çox saqolun”, 30 dekabr 2021-ci ildə saat 12:11-də “Salam axsaqal. men idaredeyem danışa bilmirəm, əclafa görə burdayam. Saat 10 pulu niyə atmadılar” məzmununda ismarıclar yazmış, Zərərçəkmiş şəxs10 isə qəbz şəkli göndərmişdir. Zərərçəkmiş şəxs10 təqdim etdiyi “Whatsapp” mobil tətbiqindəki yazışmaları özündə əks etdirən sənədlərdə iş üzrə əhəmiyyət kəsb edən məlumatlar qeyd edildiyindən həmin sənədlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaqı zamanı verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun dələduzluq yolu ilə əldə etdiyi pul vəsaitlərini onlayn mərc oyunlarında oynayaraq uduzduğu müəyyən edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs dələduzluq cinayətlərini törədən zaman başqa şəxslərlə əlbir olmasına dair, eləcə də onun başqa cinayət əməlləri törətməsi barədə məlumatlar əldə edilməmişdir. Bundan başqa, əməliyyat tapşırığında adları qeyd olunmuş X19, Osman, Pərviz, Ədalət və Mahir adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilərək istintaqa təmin edilməsi, eləcə də Təqsirləndirilən şəxs oğurladığı ‘‘Samsung” markalı televizor, kombi aparatı və 03 ədəd radiatorun aşkar edilməsi mümkün olmamışdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs12 iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Araşdırması zamanı Zərərçəkmiş şəxs11 iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İstintaqı zamanı şahid Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilən zaman onun elan edilmiş ittiham ilə qismən razı olduğunu bildirərək Zərərçəkmiş şəxs2 15.000 manat yox, 10.000 manat pulunu ələ keçirdiyini qeyd etməsi öz müdafiəsi üçün dəlillər gətirməsi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.4, 178.2.2, 178.2.3-cü maddələri ilə xx.xx.2004-cü ildə şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 221.2.1, 127.2.3, 66.3, 68.2-ci maddələri ilə 05 il müddətinə AME, xx.xx.2005-ci ildə 7 il AME, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddələri ilə 1 il 10 ay AME cəzasına məhkum olunub, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunub, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işinin icraatına xx.xx.2015-ci ildə icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 213.1ci maddəsi ilə cinayət işinin icraatına xx.xx.2015-ci ildə icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işinin icraatına xx.xx.2015-də icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xx.xx.2017-ci ildə icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi illə cinayət işinin icraatına xx.xx.2018-ci ildə icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xx.xx.2019-cu ildə 4000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəriməni tam ödəməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə xx.xx.2024-cü ildə 2 il AME cəzasına məhkum olunmuşdur. İşdə olan Füzuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(064)-18/2024 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 15 mart 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Beləliklə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolu, komisyon ambulator məhkəmə-psixatrik ekspertizasının 27 fevral 2023-cü il tarixli 539 nömrəli rəyi, hadisə yerinə baxış protokolları, “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, “bank məlumatları barədə sənədlərə və diskə baxış keçirilməsi haqqında” protokol, “sənədə baxış keçirilməsi haqqında” protokolu və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir.Onun əməli ibtidai istintaq tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir.Onun cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, o həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddələr üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşaqlarının olması və cinayət nəticəsində dəymiş ziyanı cüzi miqdarda ödəməsidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. maddəsi və Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4 maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(064)-18/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən barəsində hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakiminin qərarı ilə həbsetmənin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır.CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli həbs olunduğu 12 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Füzuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(064)-18/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4 maddəsi ilə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(064)-18/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 04 (dörd) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsşalla oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Füzuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(064)-18/2024 saylı hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar