Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-962/2024 01.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində Musa Nağıyev küçəsi istiqamətində hərəkətdə olarkən “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək soldan sağa yolu keçən piyada azyaşlı Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ ayağın İ (birinci) daraq sümüyünün açıq yerdəyişən sınığı, İ (birinci) barmağı açan uzun əzələ vətərinin qopmas!, sağ ayağın əzilmiş-cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2 ildir ki, özünə məxsus olan "Opel-Astra” markalı 50-EB- 581 dövlət qeydiyyat nişanlı qırmızı rəngli avtomobili etibarnamə əsasında idarə edir. Həmin maşın onun atası Allahverdiyev Cəmiyyət Məhəmməd oğlunun maşınıdır. O, həmin maşını etibarnamə əsasında idarə etmişdir. Avtomobili idarə etdiyi vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və texniki nasazlığı olmamışdır. 06 oktyabr saat 12:30 radələrində övladını təhsil aldığı Sumqayıt şəhərindən götürüb yaşadığı Saray qəsəbəsinə gəlmişdir. Bu zaman Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivindən keçib Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivinə doğru qəsəbə daxili yolla hərəkət edirmiş. Həmin vaxtı avtomobildə onun azyaşlı qızı 2017-ci il təvəllüdlü X5 da olmuşdur. Qızı idarə etdiyi nəqliyyat vasitəsinin arxa oturacağında əyləşmişdir. O, qəsəbədaxili yolla hərəkətdə olan zaman hərəkət surəti 20-30 kilometr saat olarmış. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və iki zolaqlı olmuşdur. Qarşı nəqliyyyat axınını ayıran maneə olmamışdır. Bundan başqa avtomobildə həmin zaman qızından və ondan başqa heç kəs olmamışdır. Avtomobil həmin zaman yüksüz olmuşdur. Yaşadığı ünvana yaxınlaşdığı zaman onunla üzbəüz əks istiqaməli hərəkət zolağı ilə Sumqayıt şəhəri istiqamətindən Abşeron Rayonu, Saray qəsəbəsi istiqamətində hərəkət edən 522 nömrəli avtobusun arxa qapısından bir azyaşlı çiynində məktəbli çantası olan oğlan uşağı çıxaraq idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Həmin uşağ avtobusun arxa qapısından qəfil çıxıb qaçdığından o, uşağı çıxdığı zaman demək olar ki, görməmişdir. O, bu zaman tormoz əyləcindən dərhal istifadə etsə də, nəqliyyat vasitəsi sürüşərək həmin uşağı vurmuşdur. Həmin uşağın sağ ayağı avtomobilin qabaq sol təkərinin altında qalmışdır. O, aşağı düşüb avtomobilin təkərinin uşağın ayağının üstündə dayandığını görən kimi dərhal maşına əyləşib nəqliyyat vasitəsini arxaya çəkmişdir. Küçədə olan digər sürücülərin köməkliyi ilə uşağı idarə elədiyi “Opel” markalı maşına əyləşdirmişdir. Oradan da dərhal həmin uşağı Sumqayıt Şəhər Xəstəxanasına çatdırmışdır. Orada uşağın sağ ayaq barmağının sındığı məlum olmuşdur. Hadisə baş verən zaman onun surət həddi saatda 20 kilometr olmuşdur. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə o, spirtli içki və ya hər hansı digər vasitə qəbul etməmişdir. Onun “B” kateqoriyalı sürücülük vəsiqəsi və həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmuşdur. Toqquşma baş verməmişdən qabaq o, həmin piyadanı toqquşmaya 2- 3 metr qabaq qalmış qarşısında görmüş və dərhal əyləcdən istifadə etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 30 nömrəli orta məktəbin 4-cü sinifində oxuyur. 06 oktyabr 2023-cü il tarixdə təhsil aldığı Sumqayıt şəhəri, 30 nömrəli orta məktəbdən saat 12:00 radələrində sonuncu dərsdən çıxmışdır. Həmin zaman məktəbdən onu digər nənəsi Tünzalə götürərək avtobusa mindirmişdir. Həmin avtobus onun evinin yaxınlığından keçməklə Saray qəsəbəsindən Sumqayıt şəhərinə doğru gedirmiş. Ona görə də nənəsi onu Sumqayıt şəhəri 30 nömrəli məktəbin yaxınlığında əyləşdirirmiş və həmin avtobus yaşadığı evin yaxınlığından keçən zaman o, avtobusdan düşürmüş. 06 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən məktəbdən çıxıb yaşadığı evə gəlirmiş. Saat bu zaman 12:30 radələri olmuşdur. O, 522 nömrəli avtobusun arxa qapısından düşüb avtobusun arxasından piyada yolu keçərək yaşadığı mənzilə gəlmək istəmişdir. Bu zaman onun sağ tərəfindən qırmızı rəngli nömrə nişanını xatırlamadığı maşın sürətlə gələrək onun sağ tərəfindən vurmuşdur. O, yerə yıxılmışdır. Həmçinin çiynində məktəbli çantası olmuşdur. Onu vuran maşın ayağının üstündə saxlamışdır. O, qışqırıb ağlamağa başlamışdır. Daha sonra maşından bir qadın düşüb baxmağa və qışqırmağa başlamışdır. Qadın aşağı düşüb maşını onun ayağının üstündə saxladığını gördükdən sonra dərhal ikinci dəfə maşına əyləşib qabağa vermişdir. Sürücü dərhal aşağı düşüb onu arxadan gələn maşına əyləşdirmişdir. Ətrafdakı şəxslərin köməyi ilə onu maşına əyləşdirib aparmışlar. Onu vuran sürücünün yanında öz uşaqları olmuşdur. Həmin şəxsi onu öz yaşadığı evə gətirmiş, orada onu maşından düşürdüb başqa maşına əyləşdirmiş, sonra xəstəxanaya aparmışlar. Bundan sonrası yadında olmamışdır. O, avtobusun arxasından çıxıb normal hərəkətlə evə getmək istəyən zaman maşın vurmuşdur. O, maşının gəldiyini görməmişdir. İlk addımı atmış, maşın gəlib gəlmədiyinə baxmış, yolu keçmək istəyən zaman bir maşın onu vurmuşdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 ifadəsində göstərdi ki, oğlu Sumqayıt şəhəri, 30 nömrəli orta məktəbin 4-cü sinifdə oxuyur. Oğlu 06 oktyabr 2023-cü il tarixdə təhsil aldığı Sumqayıt şəhəri, 30 nömrəli orta məktəbdən saat 12:00 radələrində sonuncu dərsdən çıxmışdır. Həmin zaman məktəbdən onu digər nənəsi Tünzalə götürərək avtobusa mindirmişdir. Həmin avtobus onun evinin yaxınlığından keçməklə Saray qəsəbəsindən Sumqayıt şəhərinə doğru gedirmiş. Ona görə də nənəsi onu Sumqayıt şəhəri 30 nömrəli məktəbin yaxınlığında əyləşdirirmiş və həmin avtobus yaşadığı evin yaxınlığından keçən zaman oğlu avtobusdan düşürmüş. 06 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən məktəbdən çıxıb yaşadığı evə gəlirmiş. Saat bu zaman 12:30 radələri olmuşdur. Oğlu 522 nömrəli avtobusun arxa qapısından düşüb avtobusun arxasından piyada yolu keçərək yaşadığı mənzilə gəlmək istəmişdir. Bu zaman onun sağ tərəfindən qırmızı rəngli nömrə nişanını xatırlamadığı maşın sürətlə gələrək onun sağ tərəfindən vurmuşdur. O, yerə yıxılmışdır. Həmçinin çiynində məktəbli çantası olmuşdur. Onu vuran maşın ayağının üstündə saxlamışdır. O, qışqırıb ağlamağa başlamışdır. Daha sonra maşından bir qadın düşüb baxmağa və qışqırmağa başlamışdır. Qadın aşağı düşüb maşını onun ayağının üstündə saxladığını gördükdən sonra dərhal ikinci dəfə maşına əyləşib qabağa vermişdir. Sürücü dərhal aşağı düşüb onu arxadan gələn maşına əyləşdirmişdir. Ətrafdakı şəxslərin köməyi ilə onu maşına əyləşdirib aparmışlar. Onu vuran sürücünün yanında öz uşaqları olmuşdur. Həmin şəxsi onu öz yaşadığı evə gətirmiş, orada onu maşından düşürdüb başqa maşına əyləşdirmiş, sonra xəstəxanaya aparmışlar. Bundan sonrası oğlunun yadında olmamışdır. Oğlu avtobusun arxasından çıxıb normal hərəkətlə evə getmək istəyən zaman maşın vurmuşdur. O, maşının gəldiyini görməmişdir. İlk addımı atmış, maşın gəlib gəlmədiyinə baxmış, yolu keçmək istəyən zaman bir maşın onu vurmuşdur. İş üzrə onun tərəfindən mülki iddia verilmiş və mülki iddiada tələb edilən 2000 manat maddi zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli 5108 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin “Meyitin məhkəmə tibbi ekspertizasının” xx.xx.2023-cü il tarixli 2465 saylı rəyindən görünür ki, 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinə zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ ayağın İ (birinci) daraq sümüyünün açıq yerdəyişən sınığı, İ (birinci) barmağı açan uzun əzələ vətərinin qopması, sağ ayağın əzilmiş-cırılmış yarası-küt əşya (əşyaları) təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə hərəkədə olan avtomaşın piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/1425 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Opel Astra markalı, 50EB581 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində X3 təyin olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınnış və saxlanılması üçün Təqsirləndirilən şəxs qalması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs onlara maddi yardım göstərmişdir. Məhkəmə baxışı ərəfəsində Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs sağlamlığına vurulmuş zərərin bərpa olunması və zərərin tam ödənilməsi məqsədi ilə ona 2000 manat pul ödədiyinə görə o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, bundan sonra bu iş üzrə Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və şikayəti olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, istintaq və məhkəmə baxış zamanı Zərərçəkmiş şəxs 3500 manat məbləğində tamamilə ödəmişdir. Ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən peşman olmuşdur. Həm istintaq zamanı, həm də məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi, atası İsmayıl Musayevlə barışmışdırlar. Ona qarşı zərərəçəkmiş şəxsin qanuni nümayəndəsinin hər hansı bir şikayəti və tələbi yoxdur. Qeyd edilənləri, himayəsində 2 azyaşlı uşağın olması, zərəçəkmiş şəxsə dəymiş zərəri tam ödəməyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İsmayıl Musayevlə barışmalarını, törətdiyi əməldən peşman olmağını nəzərə alaraq onun brəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsin və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X9” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş üzrə mülki iddia verilmişdir və mülki iddiada tələb edilən 2000 manat maddi zərər təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən və mülki iddiaçının tələbi olmadığından mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı 50EB581 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı 50EB581 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(012)-962/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-962/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver