Məhkəmə qərarları › İş №1(012)-964/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-964/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-964/2023 06.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qum Bazarının yaxınlığında yerləşən küçədə tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun inşa etdiyi onun evində elektrik cərəyanının olmaması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona başın, alın və qaşlararası nahiyələrin sıyrıqları, üzün sol göz qapaqlarının, gözaltı və yanaq nahiyyələrinin qançır, şişkinliyi, sol gözün ağlı qişasına qansıma, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və qansızmasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamla özünü tam təqsirili bilir. O, ailəsi ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 5-6 il olar ki, tanıyır. 2022-ci ilin mart ayında Abşeron rayonu, Masazır qəsəbəsi, Qum Bazarının yaxınlığında yerləşən 2,7 sot torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmək istəyini Bəxtiyara bildirmiş, Bəxtiyar da ona 160 kvadrat metrlik 2 mərtəbəli fərdi yaşayış evini 62000 manata tikib təmirli təhvil verəcəyini demişdir. Aralarında bununla əlaqədar yazılı olmasa da şifahi müqavilə bağlanmışdır. Bundan sonra o, hissə-hissə Bəxtiyara pulu vermiş və 2023-cü ilin mart ayında həmin evə köçmüşdür. Lakin, evə köçdükdən sonra Bəxtiyarın evi yarımçıq təmir etməsi ona məlum olmuş, evdə təxminən 5000 manatlıq təmir işləri yarımçıq qalmışdır. 07 iyun 2023-cü il tarixdə, təxminən saat 01 radələrində evin işıqları qəfildən sönmüş, Bəxtiyar da yaxınlıqda qaldığı üçün o, özünə məxsus olan “Khazar” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bəxtiyarın yanına getmiş,Bəxtiyarı bayıra çağırmış və onlar maşında əyləşmişlər. Bu zaman Bəxtiyara işığın düzəldilməsini demiş, lakin Bəxtiyar gecə olduğu üçün işığı düzəltməyəcəyini dedikdə, bunun üstündə Bəxtiyarla aralarında mübahisə baş vermiş, mübahisə zamanı Bəxtiyarın sifət nahiyyəsində yumruqla vurmuş, Bəxtiyar isə avtomobildən düşüb çıxıb getmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Törətdiyi əməldən səmimi peşmandır və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayonu, Həsənqaya Ərazi Dairəsi, Mirəsdəfli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, tanıyır. Təxminən 1 il olar ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qum Bazarının yanında Təqsirləndirilən şəxs onun razılığı ilə 3 sot torpaq sahəsinin içərisindən 2 mərtəbəli 160 kvadrat metrlik ev tikmişdir. Bunun müqabilində Fariz ona 47000 min manat pul vermişdir. Razılaşmalarına görə Fariz ona 62000 manat pul verməli olmuşdur. Lakin, Fariz qalan pulu verməmişdir. Sonradan isə 2023-cü ilin mart ayında o, evi təhvil vermiş, Fariz də evinə köçmüşdür. 07 iyun 2023-cü il tarixdə, təxminən saat 01 radələrində Fariz ona zəng vuraraq təmir etdiyi evdə işığın qırıldığını bildirmiş, O da Farizə “səhər gəlib düzəldərəm”demişdir. Lakin buna baxmayaraq Fariz onu öz avtomobili ilə yəni “Khazar” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəvət etmişdir ki, “gedək, işığı düzəldək”. O da evdən çıxaraq Farizə inşa etdiyi evə getmək üçün avtomobilə əyləşmişdir. Həmin vaxtı Fariz ona demişdir ki, işığı düzəlt. O da gecə vaxtı olduğu üçün işığı səhər düzəldə biləcəyini demişdir. Lakin, buna baxmayaraq Fariz onu təhqir etməyə başlamış, elə bunun üstündə Farizlə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Fariz onun sol göz nahiyyəsindən və sifətindən yumruq vurmuşdur. O da özünü müdafiə etmək məqsədi ilə Farizin sifətindən dişləmiş və yumruq ilə Farizi vurmuşdur. Sonra orada olan oğlu Səfər gəlib onları ayırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.Cinayət işin icraatına xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Farizlə təxminən 10 ildir evlidir. Birgə nikahdan 2 azyaşlı övladı vardır. 07 iyun 2023-cü il tarixdə saat təxminən 01 radələrində onların evinin işıqları sönmüşdür. Bu zaman Fariz evlərini təmir edən Bəxtiyara zəng vurmuşdur. Bəxtiyar da telefonda Farizi təhqir etdiyi üçün Fariz Bəxtiyarla görüşməyə getmişdir. Təxminən saat 02 radələrində evə gələndə görmüşdür ki, Farizin üzü qanın içindədir. Fariz ona demişdir ki, “Bəxtiyar dişləyərək onu döymüşdür”. Bundan sonra o da hadisə barədə DİN-in “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. İş materiallarında olan "MTE və PA Birliyi" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixdə verdiyi 1120 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın, alın və qaşlararası nahiyyələrin sıyrıqları,üzün sol göz qapaqlarının, gözaltı və yanaq nahiyyələrinin qançır, şişkinliyi, sol gözün ağlı qişasına qansıma, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətdiyini etiraf etmiş, həmçinin səmimi peşmanlıq hissi keçirdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2 və 40.2.2-ci maddələrinə əsasən isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, eləcə də onun zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli,Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar