Məhkəmə qərarları › İş №1(012)-965/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-965/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-965/2024 01.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X13 Ənvər sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi-vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi3 və X7 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə saat 00:40 radələrində "B1, B" kateqoriyalı, BA 054643 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet” markalı “Cruze” modelli, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Abşeron rayon icra Hakimiyyətinin inzibati binasının yaxınlığında «X15» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq buna əməl etməyib M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət edərək yolu sağdan sola doğru keçən piyada X5 idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə vurub ehtiyatsızlıqdan Mirtural Səlimova baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sol təpə sümüyünün açıq qəlpəli sınıqları və pnevmotoraks ilə nəticələnən ağırlıq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və nəqliyyat travması nəticəsində baş-beyinin yumşaq qişasına diffuz qansızmalarla və sol təpə sümüyünün sınıqları ilə müşayiət olunan açıq kəllə-beyin travması Mirtural Səlimovun ölümünə səbəb olmuşdur. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən gün, “Chevrolet" markalı, "Cruze” modelli ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə edirmiş Nəqliyyat vasitəsini idarə etmək üçün “B1, B” kateqoriyalısürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi, “Chevrolet Cruze” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 14 mart 2024-cü il tarixdə saat 00:40 radələrində idarə etdiyi Chevrolet Cruze” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri,M.Ə.Rəsulzadə küçəsi ilə saatda təxminən 40-50 km/saat sürətlə Heydər Əliyev prospektində hərəkət edirmiş. Hərəkət etdiyi yol iki tərəfli yol olmuşdur. Avtomobilində həmin vaxt sərnişin və yük olmamışdır. Hərəkətdə olduğu youn hərə istiqamətinin sol tərəfi ilə hərəkətdə olan zaman Abşeron rayon İcra Hakimiyyətinin İnzibati binasının yaxınlığında onun idarə etdiyi avtomobildən təxminən 2-3 metr məsafədə irəlidə hərəkətdə olan markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil adını sonradan bildiyi piyada X3 yanından keçdikdən sonra Mirtural Səlimovun anidən yolun hərəkət hissəsini iti yerişlə sağ tərəfdən sol tərəfə keçmək istədiyini görmüşdür. O, həmin şəxsi vurmamaq üçün avtomobili tormozlamağa çalışmışdır. Buna baxmayaraq məsafə az olduğu üçün idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin şəxsi vurmuşdur. Nəticədə piyada Mirtural Səlimov hadisə baş verəndən sonra yerə yıxılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili saxlamışdır və həmin şəxsi avtomobilimə əyləşdirib Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Mirturalın vəziyyəti ağır olduğundan təcili tibbi yardım vasitəsilə X14 aparılmışdır. O, X12 də Mirturalın müalicə almasında köməklik göstərmişdir. Buna baxmayaraq Mirtural 01 aprel 2024-cü il tarixdə xəstəxanada vəfat etmişdir. O, "Chevrolet Cruze" markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edirmiş. Hadisə zamanı idarə etdiyi avtomobilin sürəti təxminən 40-50 km/saat olmuşdur. O, həmin vaxt spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisədən dərhal sonra sərxoşluq müayinəsindən keçmişdir. Həmin vaxt avtomobili texniki cəhətdən saz olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobildə yük olmamışdır. Hava şəraiti axşam, yağmurlu, aydın olmuş, yolu görmə şəraiti də normal olmuşdur. Həmin gün hava yağışlı olduğu üçün onun çıxdığı yol, yəni idarə etdiyi avtomobilin hərəkətdə olduğu asfalt yol yaş olmuşdur. O, piyadanın yolun hərəkət hissəsinə daxil olmasını görməmişdir. Piyadanın yolun hərəkət hissəsini sağ tərəfdən sol tərəfə keçməsini təxminən 3- 4 metr məsafədə görmüşdür. Piyadanın xəstəxanaya özü çatdırmış, xəstaxana xərcləri və ölümü ilə əlaqədar dəfn xərclərinə köməklik göstərmiş, 4000-ə yaxın pul vermişdir. Həmçinin ailə üzvlərinə maddi yardım göstərmək təklifini etmiş və barışığa cəhd etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X8 29 mart 2003-cü il təvəllüdlü olmaqla onun oğludur. Mirtural onlarla birlikdə yaşamış və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "Araz” marketdə mühafizəçi işləmişdir. Mirtural "Araz” marketdə gündəlik olaraq işləyirmiş, iş saatı isə gecə saat 00:05 radələrində başa çatdığından və bir neçə dəqiqə ərzində marketdə təhvil-təslim olduğundan Mirtural bundan sonra yaşadıqları evə gəlirmiş. Onun iki oğlu olmuş, Mirtural evin böyük uşağı imiş. Mirtural subay olmuş, yaxın zamanda nişanlanmaq istəyirmiş. Mirtural 13 mart 2024-cü il tarixdə 15 radələrində həmin günün iş qrafikinə əsasən işlədiyi "Araz" marketə getmişdir. 14 mart 2024- cü il tarixdə saat 01 radələrində ona mobil telefon vasitəsilə Mirturalın özünü pis hiss etməsi və halhazırda Abşeron rayon Mərkəzi Xəstəxanasında olması barədə məlumat verilmişdir. O bundan sonra Abşeron rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada ona Mirturalın yol- nəqliyyat hadisəsi nəticəsində xəsarət alması məlum olmuşdur. Mirturalın vəziyyəti çox ağır olmuş, həmin vaxt çırpınırmış. Buna görə də Mirtural təcili tibbi yardım vasitəsilə X14 aparılmışdır. Orada Mirturalın kəllə beyin travması alması bildirilmiş və Mirtural əməliyyat olunmuşdur. Sonrakı müddətdə yol-nəqliyyat hadisəsinin 14 mart 2024-cü il tarixdə saat 00:30-00:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində Aynurə adlı şəxsin idarə etdiyi "Chevrolet Cruze" markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə Mirturalı vurması nəticəsində baş verdiyini bilmişdir. Həmçinin xəstəxanada olan zaman tanımadığı bir nəfər ona yaxınlaşmışdır. Həmin şəxs özünü taksi sürücüsü kimi təqdim edərək, yol-nəqliyyat hadisəsinin Mirturalın yolun hərəkət hissəsini sağ tərəfdən sol tərəfə keçən zaman yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətdə olan markasını bilmədiyi avtomobilin sürücüsünün avtomobili saxlayaraq yol verdiyini, lakin yolun hərəkət hissəsinin sol tərəfi ilə hərəkətdə olan avtomobilin qadın sürücüsünün idarə etdiyi avtomobili saxlamadığını və nəticədə Mirturalı vurduğunu bildirmişdir. Aynurə adlı şəxs də xəstəxanada olarkən ona Mirturalın yolu keçərkən yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkət edən avtomobilin sürücüsünün avtomobili saxladığını, özünün isə Mirturalı vurduğunu demişdir. Mirtural 18 gün koma vəziyyətində olmuşdur. 01 aprel 2024-cü il tarixdə isə Mirtural yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən X12 vəfat etmişdir. Bundan sonra oğlu Mirturalın meyitini morqa aparıb oradan müayinə etmişlər. Mirtural Səlimovun dəfni ilə əlaqədar bir sıra dini ayinləri və adət-ənənələri həyata keçirmək üçün onlar 20.000 manat məbləğində maddi zərər çəkmişlər. Mirturalın yaxın zamanlarda nişanlanacağını bildikləri üçün nişan üçün aldıqları qızıl dəsti də satıb onun qəbir daşını düzəltmək üçün xərclədilər. Ancaq qəbir daşına 8000 manat pul xərcləmişlər. Qəbir daşını düzəltdiklərindən xəbər tutduqdan sonra da Təqsirləndirilən şəxs onlara etirazını bildirdi ki, nə üçün onunla məsləhətləşməmişlər, onun tanışları var, o kreditlə qəbir daşını daha ucuz qiymətə düzəltdirə bilərmiş. Təqsirləndirilən şəxs ancaq 40 mərasimində 2500 manat məbləğində pulu onun kartına köçürmüşdür. Hüquqlarının müdafiə edilməsi üçün ibtidai istintaq dövründə və məhkəmədə vəkillə hüquqi yardım haqqında müqavilə bağlayaraq cəmi 600 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyan ümumilikdə 17.500 manat, mənəvi ziyanın əvəzi kimi 100000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 38 nömrəli rəyinə əsasən X1 aşağıdakı xəsarətlər aşkar edildi - baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sol təpə sümüyünün açıq qəlpəli sınıqları və pnevmotoraks qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 meyitinin ölümünə səbəb - baş-beyinin yumşaq qişasına diffuz qansızmalarla və sol təpə sümüyünün sınıqları ilə müşayiət olunan açıq kəllə-beyin travması olmuşdur. İlkin meyit əlamətlərin inkişaf dərəcəsinə görə əsasən demək olar ki, ölüm onun meyitinin meyitxanadakı (xx.xx.2024, saat 12:30) müayinəsindən 4- 8 saat əvvəl baş vermişdir və bu da mərhumun adına olan xəstəlik tarixində qeyd olunan xx.xx.2024-ci il saat 07:00-a uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1667 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Chevrolet Cruze markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X15» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə xx.xx.2024-cü il tarixli 2/14001 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. DİN BDYP-nin verdiyi xx.xx.2024-cü il tarixli 3-13-16/2-59595/2024 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə xx.xx.2032-ci il tarixədək etibarlı olan BA 054643 nömrəli «B1, B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş üzrə DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1- ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə onuda qeyd edir ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 nümayəndəsi Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş maddi ziyan əvəzi kimi ümumilikdə 17500 manat, mənəvi ziyanın əvəzi kimi 100000 manat məbləğində pul vəsaitinin tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X4 ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iddianı müzakirə edərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, mülki iddia əzriəzsində iddiaçının nümyəndəsinin və cavabdehin soyadı, adı, atasının adı, onların şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsinin imzalanması,işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin qeyd edir ki, obyektivlik baxımından hazırki mülki iddiaya daha çox mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə hesab edir ki, mülki iddianın hazırki cinayət icraatında araşdırılması cinayət işinin baxılmasının uzanmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinə əsasən mülki iddia baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması barədə qərar əks etdirilir. Məhkəmə qeyd edir ki, iş üzrə cinayət nəticəsində ziyanı ödənilməyən zərərçəkmiş şəxsin hüquqi varisinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzasının əvvəli tutulduğu vaxtdan yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar