Məhkəmə qərarları › İş №1(012)-965/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-965/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-965/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Quranova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1960-cı il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, TO “Almaz-Daş” firmasının təsisçisi, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə və TO “Almaz-Daş” firması hüquqi şəxsin barəsində cinayət- hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama görə Təqsirləndirilən şəxs, tamah niyyəti ilə sənaye obyektində aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi qulluq mövqeyinə əsasən həmin qaydaları pozması ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağından mişar daşı hasil etmək və satışını həyata keçirtməklə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 22 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsində hüquqi ünvanı Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 13 olmaqla əmisi oğlu X5 ilə birlikdə tam ortaqlı TO “Almaz-Daş” firmasını təsis etmiş və 22 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsində vergi uçotuna aldırmaqla ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) altında 2008-ci il tarixdən başlayaraq fəaliyyətini təşkil etmiş, həmin kommersiya təşkilatının rəhbəri (təsisçi və qanuni təmsilçisi) qismində firmanı (hüquqi şəxsi) təmsil etmək, firmanın (hüquqi şəxsin) adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxs kimi Abşeron rayonu Güzdək bələdiyyəsi ilə xx.xx.2007-ci il tarixli, 358 nömrəli, 15 il müddətə torpaq icarə müqaviləsi bağlayaraq Abşeron rayonu Güzdək qəsəbəsinin şimal şərqində, Qobu kəndi istiqamətində yerləşən “Güzdək” əhəngdaşı yatağında 2 hektar torpaq sahəsini icarəyə götürdükdən sonra, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsi tərəfindən 5 il müddətinə verilmiş xx.xx.2009-cu il tarixli 00439 №li “Dağ-mədən ayırması” aktı üzrə həmin 2 hektar torpaq sahəsində faydalı qazıntıların çıxarılması ilə bağlı 5 illik icazənin müddətinin 13 aprel 2014-cü il tarixdə bitməsinə baxmayaraq, 25 iyun 2016-cı ildən 31 may 2021 -ci ilədək olan dövrdə həmin torpaq sahəsində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük, yəni mişar daşı hasilatı aparmaqia və satmaqla gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, həmçinin mişar daşı karxanasında faktiki rəhbərliyi həyata keçirən sahibkar olaraq “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) almaq, habelə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydaiara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar X7nin təmin edilməsi və digər tələblərə, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların Çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilməsi tələbinə, eləcə də, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi ilə bağlı tələblərə qəsdən əməl etməyib, ətraf mühitin mühafizə qaydalarını pozmaqla qanunsuz mişar daşı hasilatı aparılmasından ibarət hərəkətlərini davam etdirərək, müvafiq icazə olmadan həmin torpaq sahəsində 11.413,25 m3 həcmində mişar daşını 1 ədəd şırımaçan və 1 ədəd daşkəsən kombayndan istifadə edərək kəsib çıxarmaqla qanunsuz hasil edib dövlətə və təbiətə 129.186,68 (yüz iyirmi doqquz min yüz səksən altı manat altmış səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək olan dövrdə törətdiyi yuxarıda qeyd olunan əməlləri ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41 -ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Abşeron rayonu Güzdək qəsəbəsi “Güzdək” əhəngdaşı yatağında Yer səthinin relyefinin deformasiyası, massivin geoloji strukturunun, torpaqaltı qruntun və torpağın dəyişməsi, torpağın mexaniki zədələnməsi, süxurlarda yüksək çatların əmələ gəlməsi, təbii mühit elementlərinin pozulması nəticəsində ilkin süxurların parçalanmasından onların öz dayanıqlığını itirməsi və aşınmaya məruz qalması, litosferdə baş verən təbii proseslərin gedişatının pozulması, ətraf mühitə, eləcə də səth sularının dövranına mənfi təsir göstərməsi, əhəngdaşının kəsilməsi zamanı əmələ gələn toz (ştıb) və nəqliyyat vasitələrinin istismarı nəticəsində yanma qazlarının (NOx, CO, SO və s.) atmosferə atılması ilə təbiətin mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığının saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və ağır nəticələrə səbəb olmaqla obyektdə aparılan istismar işləri zamanı qulluq mövqeyinə əsasən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi tamah niyyəti ilə həmin qaydaları pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində 21 may 2021-ci il tarixdə keçirilən baxış zamanı ərazidə ölçmə işlərinin düzgün aparılmadığını, həmin tarixdə tərtib edilmiş aktda göstərilən ölçülərin reallığı əks etdirmədiyini, baxış keçirilən ərazidə yalnız özünə aid 2 ha sahədə hasilat işləri apardığını, başqa sahəiəri zəbt etmədiyini, həmin aktda isə guya 7 ha sahədə hasilat işləri aparılmasının göstərildiyini bildirmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyun ayından 2021-ci ilin may ayının sonunadək TO “Almaz- Daş” firmasına ayrılmış “Güzdək” əhəngdaşı yatağında daş hasilatı ilə məşğul olsa da, 11.413,25 m3 həcmində hasilat aparmamış, dövlətə 129.186,68 manat məbləğində maddi ziyan vurmamış, dövlətə vurduğu 15.523,20 manat məbləğində pulu tam həcmdə ödədiyini bildirmiş,əməlindən peşiman olduğunu, yaşını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 247 və 308.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, mişar daşının hasilatı ilə bağlı 2005ci ilin aprel ayında əmisi oğlu X5 ilə birlikdə tam ortaqlı “Almaz-Daş” firmasını təsis etmiş və firma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Firmanın direktoru onun razılığına əsasən Əlizaman Əsgərov olmuşdur. Lakin bundan bir müddət sonra firmanın direktoru özü olmuşdur. Əlizamanın firmanın təsis olunmasında ortaqlığı, eləcə də direktor olması tam formal xarakter daşımış, məqsəd yalnız ondan ibarət olmuşdur ki, o, şəxsi işləri ilə, eləcə də ailə vəziyyəti ilə əlaqədar məşğul olduğu vaxtlarda Əlizaman firmanın, həmçinin karxananın fəaliyyəti ilə bağlı dövlət qurumlarına gedib-gələ bilsin. Rəhbər kimi isə bütün işlərə onun özü nəzarət etmişdir. Firma qeydiyyata alındıqdan sonra Güzdək Bələdiyyəsi tərəfindən Güzdək kənd qəbiristanlığının yaxınlığında Əlizaman Əsgərovun adına icarə müqaviləsi əsasında 5 ha torpaq sahəsi ayrılmışdır. 13 mart 2008-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən TO “Almaz-Daş” firmasına yuxarıda qeyd edilən 5 ha ərazidə mişar daşı hasilatı ilə bağlı 5 il müddətinə, yəni 13 mart 2013-cü il tarixədək “Dağ-Mədən ayrılması” aktı verilmişdir. Bundan sonra isə həmin sahəyə 2 ədəd daşkəsən kombayn, 01 ədəd şırımaçan,1 ədəd kon gətirilmiş və qeyd olunan Güzdək qəbiristanlığının yaxınlığındakı 5 ha sahəsi olan ərazidə torpaq qatının qazılaraq ərazidən daşınması, daha sonra isə mişar daşının hasilatına başlanılmışdır. İşlərə rəhbərliyi onun özü həyata keçirmiş, Əlizamanın nə firmanın, nə də ki, karxananın fəaliyyətinə heç bir aidiyyəti olmamışdır. Eyni zamanda o, kəndin başqa ərazisində də daş hasilatı ilə bağlı 2 ha torpaq sahəsinin ayrılması ilə bağlı 2007-ci ildə Güzdək Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə 1 sentyabr 2007-ci il tarixli, 358 nömrəli qərarla ona Güzdək kəndinin digər istiqamətində, yəni Qobu kəndinə yaxın istiqamətdə 15 il müddətinə 2 ha torpaq sahəsini mişar daşı hasilatı ilə bağlı ona icarəyə vermişdir. 13 aprel 2009-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən TO “Almaz-Daş” firmasına həmin 2 ha ərazidə mişar daşı hasilatı ilə bağlı 5 il müddətinə, yəni 13 aprel 2014-cü il tarixədək “Dağ-Mədən ayrılması” aktı verilmişdir. Artıq Güzdək kəndinin ərazisində biri 5 ha, digəri isə 2 ha olmaqla müxtəlif ərazilərdə TO “Almaz-Daş” firmasına məxsus iki “Dağ-Mədən ayrılması” aktı mövcud olmuş, lakin sonuncu sahədə hələ daş hasilatına başlanılmamışdır. Təxminən 2010-cu ilin sonlarından birinci “Dağ-Mədən ayrılması” aktı əsasında hasilat aparılan ərazidə, yəni Güzdək kənd qəbiristanlığının yaxınlığındakı 5 ha ərazisi olan sahədə hasilat üçün daşın həcmi azalmış, eləcə də keyfiyyət zəifləmişdir. Odur ki, o, 2011ci ilin əvvəllərindən başlayaraq ikinci “Dağ-Mədən ayrılması” aktı əsasında TO “Almaz- Daş" firmasına ayrılmış kəndin Qobu qəsəbəsi istiqamətində olan 2 ha ərazidə hasilat işlərinə başlanılması ilə bağlı həmin əraziyə texnikalar cəlb etmiş və ərazidə daş hasilatı ilə bağlı torpaq qatının qazılaraq daşınması işlərinə başlamışdır. Həmin sahədə torpaq qatının götürülməsi işi ilə paralel qəbiristanlığın yaxınlığındakı 5 ha torpaq sahəsində də zəif və keyfiyyətsiz olsa da daş hasilatı davam etmişdir. TO “Almaz-Daş” firması üçün ayrılmış 5 və 2 ha torpaq sahələri arasındakı məsafə təxminən 1 km olmuşdur. 2011-ci ilin əvvəllərində 5 ha sahəsi olan ərazidə maşinist işləyən qohumu Elbrus Vəliyev paltarının işlək vəziyyətdə oian texnikanın kardanına ilişməsi nəticəsində xəsarət almış və hadisə yerində ölmüşdür. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanılmışdır. O, hadisə baş verən zaman firmanın direktoru olduğundan texniki təhlükəsizlik qaydalarının pozulması ilə bağlı Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 12 aprel 2011-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın nəticəsi olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmü ilə 2 il müddətinə dövlət, idarə, təşkilatlarda işləmə hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İstintaq dövründə o, məhkəmə məsuliyyətinə veriləcəyini bildiyindən onun xahişi ilə firmanın direktoru vəzifəsinə əvvəlcədən tanıdığı Güzdək kənd sakini Şahid2 təyin olunmuşdur. Şahid2 da firmanın direktoru olması Əlizaman kimi yalnız sənədlər üzərində öz təsdiqini tapmış, Hüseynin direktor olması formal xarakter daşımış, Hüseynin firmaya, daş hasilatına, eləcə də hasilatdan əldə olunan gəlirə heç bir aidiyyəti olmamışdır. O, 2011-ci ilin aprel ayında həbs olunandan sonra həm 5 ha sahəsi olan ərazidə daş hasilatı işləri, həm də 2 ha sahəsi olan ərazidə torpaq qatının qazılaraq ərazidən daşınması işləri dayandırılmışdır. 25 iyun 2016cı il tarixdə o, cəzasını tam çəkib azadlığa buraxıldıqdan sonra 2 ha sahəsi olan ərazidə torpaq və gil qatını qazdırıb ərazidən daşıtdırmış, həmin sahəyə bir ədəd kombayn və bir ədəd şırımaçan yerləşdirib hasilat işlərinə başlamışdır. O, azadlığa buraxıldıqdan iki il sonra, yəni 2018-ci ilin fevral ayında əmisi oğlu Əlizaman Əsgərov ürək çatmamazlığından vəfat etmişdir. 2021 -ci ilin may ayında firmanın direktoru Şahid2 ona zəng edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 əməkdaşları tərəfindən zəng olunduğunu və daş hasilatı aparılan əraziyə dəvət olunduqlarını demişdir. O, Şahid2la birlikdə həmin əraziyə gəlmişdir. Onlar əraziyə çatanda Agentliyin əməkdaşı demək olar ki, baxışı tamamlamışdır. O, əraziyə çatan kimi Agentliyin əməkdaşı ilk öncə ondan hasilat işlərinin aparılması ilə bağlı “Dağ-Mədən ayrılması” aktının mövcud olubolmamasını soruşmuş, o, həmin əməkdaşa “Dağ-Mədən ayrılması” aktının mövcud olduğunu, lakin qüvvədə olma müddətinin bitdiyini, bununla bağlı Agentliyə müraciət edəcəyimi bildirmişdir. Bundan sonra Agentliyin əməkdaşı aktda yazdıqlarını oxumuş və daş hasilatı ilə bağlı ölçmə işləri apardığı əraziləri göstərmişdir. Ona məlum olmuşdur ki, Agentliyin hazırda adını xatırlamadığı əməkdaşı ərazidə ölçmə işlərini düzgün aparmamış, belə ki, baxış keçirilən ərazinin 2 ha olmasına baxmayaraq ərazini 5 və 2 ha olmaqla birbirinə bitişik ərazi kimi ümumilikdə 7 ha kimi göstərmiş, qazılaraq çıxarılmış torpaq və gil qatının dərinliyini də hesablayıb hər iki sahəyə dair “Dağ-Mədən ayrılması” aktlarını həmin əraziyə aid etmiş, “Dağ-Mədən ayrılması” aktlarının alındığı tarixdən başlayaraq guya həmin vaxtdan ərazidə daş hasilatının aparılması ilə bağlı ümumi nəticəyə gəlmiş və bununla bağlı aktda qeydiyyat aparmışdır. O, aktda tərtib olunanlara etirazını bildirib, həmin əməkdaşdan yenidən onun iştirakı ilə ölçmə işləri aparmasını xahiş edərək daş hasilatı ilə bağlı qazılmış torpaq və gil qatının dərinliyinin qanunsuz hesablamasını, ərazinin 7 ha yox, 2 ha olmasını, digər 5 ha ərazisi olan sahənin Güzdək kənd qəbiristanlığının yaxınlığında yerləşməsini, həmin sahədə hasilat işlərinin 2011- ci ilin aprel ayında dayandırılmasını, aktlardan birinin həmin sahəyə aid olmasını, baxış keçirilən 2 ha sahəsi olan ərazidə daş hasilatı işlərinə 2016-cı ildən başladığını bildirmişdir. Həmin əməkdaş onunla razı olmayıb təkrar ölçmə işləri aparmamış və tərtib etdiyi aktda imza etməsini Şahid2 tələb etmişdir. Belə olan halda Hüseyn aktı imzalamamış və həmin əməkdaş çıxıb getmişdir. Agentliyin əməkdaşı həmin vaxt ərazidə olarkən hasilat işləri davam etmişdir. Bundan bir neçə gün sonra o, ərazidə daş hasilatını dayandırmışdır. O, ifadəsində 21 may 2021-ci il tarixdə keçirilən baxış zamanı ərazidə ölçmə işlərinin düzgün aparılmadığını, həmin tarixdə tərtib edilmiş aktda göstərilən ölçülərin reallığı əks etdirmədiyini, baxış keçirilən ərazidə yalnız özünə aid 2 ha sahədə hasilat işləri apardığını, başqa sahəiəri zəbt etmədiyini, həmin aktda isə guya 7 ha sahədə hasilat işləri aparılmasının göstərildiyini bildirmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2016cı ilin iyun ayından 2021-ci ilin may ayının sonunadək TO “Almaz-Daş” firmasına ayrılmış “Güzdək” əhəngdaşı yatağında daş hasilatı ilə məşğul olsa da, 11.413,25 m3 həcmində hasilat aparmamış, dövlətə 129.186,68 manat məbləğində maddi ziyan vurmamış, dövlətə vurduğu 15.523,20 manat məbləğində pulu tam həcmdə ödəmişdir. İş üzrə zərərçəkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X2 nümayəndəsi Nümayəndə Ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Lakin, məhkəməyə belə bir iddia təqdim edilməmişdir, iş materiallarında da belə bir iddia mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X5 və Təqsirləndirilən şəxs Güzdək kənd sakinləri kimi uzun müddətdir ki, tanıyır, həmkəndli kimi hər ikisi ilə normal və səmimi münasibətlərim olmuşdur və hazırda da Təqsirləndirilən şəxsla münasibətləri davam edir. Əlizaman vəfat edənədək sonuncu ilə də normal və səmimi münasibətləri davam etmişdir. Əlizamanla İlham doğma əmi oğludurlar. İlham Güzdək kəndi ərazisində mişar daşının hasilatı ilə məşğul olmuşdur. Təxminən 2011-ci ilin mart ayında İlhamın işlətdiyi daş karxanasında bədbəxt hadisə baş vermiş və nəticədə kənd sakini, elə İlhamgilin qohumu olan Elbrus Vəliyev aldığı xəsarətlərdən ölmüşdür. Həmin hadisə baş verən zaman Təqsirləndirilən şəxs TO “Almaz-Daş” firmasının həm təsisçisi, həm də direktoru olmuşdur. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmuş və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Elə bu səbəbdən də hələ İlham tutulmamışdan öncə ondan xahiş etmişdir ki, həmkəndli və uzun müddətdir tanıdığı bir şəxs kimi firmanın direktoru olsun. Bununla da 2011-ci ilin aprel ayının əvvəllərindən firmanın direktoru o, təyin olunmuş, bu formal xarakter daşımış, yalnız sənədlərdə direktor kimi onun ad və soyadı göstərilmiş, o, firmanın direktoru olaraq heç bir fəaliyyətlə, eləcə də daş hasilatı ilə məşğul olmamış və İlhamdan firmanın direktoru kimi, habelə daş hasilatından əldə oiunan gəlirdən hər hansı bir məbləğdə pul almamışdır. İlhamın deməsindən bilmişdir ki, TO “Almaz-Daş” firmasına daş hasilatı ilə bağlı Güzdək kəndi ərazisində biri 5, digəri isə 2 ha olmaqla ayrı-ayrı ərazilərdə iki torpaq sahəsi bələdiyyə tərəfindən icarəyə verilmişdir. 5 ha sahəsi olan ərazi Güzdək kənd qəbiristanlığının yaxınlığında, 2 ha sahəsi olan ərazi isə Qobu kəndinə yaxın ərazidə yerləşmişdir. O, həmin sahələri görmüş, hər iki sahənin arasındakı məsafə təxminən 1 km olmuşdur. Arasıra boş vaxtlarında o, İlhamla birlikdə həmin sahələrə getmişdir. Təqsirləndirilən şəxs həbs olunanda, yəni 2011-ci ilin aprel ayında kənd qəbiristanlığının yaxınlığında olan 5 ha sahəsi olan ərazidə hasilat işləri zəif də olsa aparılmış, eyni zamanda digər istiqamətdə olan 2 ha sahəsi olan ərazidə torpaq və gil qatının qazılaraq ərazidən daşınması işləri həyata keçirilmişdir. Bütün işlərə İlham nəzarət etdiyindən, sonuncu həbs olunandan sonra hər iki sahədə işlər dayanmışdır. 2016-cı ilin yay aylarında İlham cəzasını çəkib azadlığa buraxılmış və bundan sonra yenidən 2 ha sahəsi olan ərazidə daş hasilatı işlərinə başlamışdır. 2021-ci ilin may ayında onun mobil telefonuna xatırlamadığı mobil telefon nömrəsindən zəng olunmuş, özünü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 əməkdaşı kimi təqdim edən şəxs daş hasilatı aparılan əraziyə gəlməsini ona tapşırmışdır. O, bütün işlərə rəhbərliyi və nəzarəti İlham etdiyindən dərhal İlhama zəng edərək məlumat vermiş və İlhamla birlikdə həmin əraziyə gəlmişdir. Onlar əraziyə çatanda Agentliyin əməkdaşı artıq baxışı tamamlamış, həmin əməkdaş ilk öncə onlardan hasilat işlərinin aparılması ilə bağlı “Dağ-Mədən ayrılması” aktının mövcud olubolmamasını soruşmuşdur. Onun sənədləşmə işindən anlayışı olmadığından həmin əməkdaşla İlham isə söhbət etməyə başlamış və Agentliyin əməkdaşı aktda yazdığını oxumağa başlamışdır. Agentlik əməkdaşı firmanın direktoru olduğu üçün aktın məzmununa baxışda iştirak edən şəxs kimi onun adını yazmışdır. Həmin əməkdaş aktı oxuduqdan sonra İlham akta etiraz edib aktın düzgün tərtib edilmədiyini, ərazidə ölçmə işlərinin düzgün aparılmadığını bildirib, yenidən ölçmə işləri aparmasını həmin əməkdaşdan xahiş etmişdir. İlham həmin Agentlik əməkdaşına hasilat işlərinin aparıldığı sahənin 2 ha olduğunu, digər 5 ha sahəsi olan ərazinin isə qəbiristanlığın yanında yerləşdiyini demişdir. İlhamın həmin əməkdaşla danışığından başa düşmüşdür ki, baxış keçirilən ərazi 2 ha yox, 7 ha kimi qeyd edilmişdir. Bu zəmində də Agentlik əməkdaşı ilə İlhamın arasında sözlə mübahisə yaranmış, belə olan halda o, aktı imzalamaqdan imtina etmiş və həmin əməkdaş çıxıb getmişdir. Agentliyin əməkdaşı ərazidə olarkən daş hasilatı işləri aparılmışdır. Həmin baxışdan bir neçə gün sonra İlhamın ona deməsindən bilmişdir ki, İlham həmin ərazidə daş hasilatını dayandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsini dolandırmaq məqsədilə müxtəlif tikinti sahələrində fəhləlik edir. 2021-ci ilin ortalarınadək isə yalnız daş karxanalarında fəhləlik etmişdir. Təqsirləndirilən şəxs 2016-cı ildə Güzdək qəsəbəsi ərazisindəki daş karxanasının sahibi kimi tanımışdır. Belə ki, o, 2016-cı ildən başlayaraq TO “Almaz-Daş” firmasına məxsus “Güzdək” əhəngdaşı karxanasında fəhlə kimi maşınlara daş yükləmiş və həmin daş karxanasının rəhbərinin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Firmanın direktoru isə Hüseyn adlı şəxs olmuşdur. Hüseyn əraziyə çox nadir hallarda gəlmiş, İlham isə demək olar ki, hər gün karxanada olmuş və işlərə nəzarət etmişdir. Onun işlədiyi daş karxanasının sahəsi təxminən 2 ha ərazidən ibarət olmuşdur. Hasilat aparılan ərazidə bir kombayn və bir şırımaçan texnika fəaliyyət göstərmişdir. O, bir gündən- bir işləmiş və zəhmət haqqı olaraq hər iş gününə 15- 20 manat pul qazanmışdır. 2021-ci ilin yay aylarında o, karxanada işləyərkən əraziyə Ekologiya Nazirliyinin adını bilmədiyi əməkdaşı gələrək ondan firmanın direktoru Şahid2 mobil telefon nömrəsini alaraq sonuncuya zəng etmişdir. Bundan sonra həmin əməkdaş ərazini gəzərək ölçmə işləri aparıb nə isə qeydiyyat aparmağa başlamışdır. Təxminən 40 dəqiqə sonra əraziyə Hüseynlə İlham gəlmiş və həmin əməkdaş İlhamgilə yaxınlaşaraq nə isə söhbət etməyə başlamışlar. Həmin vaxt o, sahədə maşına daş yüklədiyindən İlhamın həmin əməkdaşla hansı mövzuda söhbət etməsini eşitməmişdir. İlham və Hüseynin sahəyə gəlmələrindən təxminən 15-20 dəqiqə sonra həmin əməkdaş çıxıb getmiş və bundan sonra İlhamgil də ərazidən uzaqlaşmışlar. Bundan bir neçə gün sonra İlhamın tapşırığına əsasən ərazidə daş hasilatı işləri dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X9 X2 Geoloji ekspertiza şöbəsinin aparıcı mütəxəssisi Şahid1 Müşfiq oğlu ifadəsində bildirmişdir ki, 2021-2022-ci illər ərzində Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərinin Qaradağ və Abşeron rayonları ərazisində yerləşən daş karxanalarında monitorinqlər aparılmışdır. Müəyyən edilmişdir ki, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında TO “Almaz-Daş” firmasına məxsus karxana tərəfindən qanunsuz olaraq mişar daşı hasilatı aparılmışdır. Agentliyin arxiv sənədlərinə nəzər saldıqda müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən TO “Almaz-Daş” firmasına "Güzdək" əhəngdaşı yatağında 5 hektar ərazidə 5 il müddətinə mişar daşı hasilatının aparılması məqsədilə xx.xx.2008-ci il tarixli 00270 nömrəli “Dağ-mədən ayrılması” aktı, 2 hektar ərazidə 5 il müddətinə mişar daşı hasilatının aparılması məqsədilə xx.xx.2009- cu il tarixli 00439 nömrəli “Dağ-mədən ayrılması” aktı verilmiş, ümumilikdə 7 hektar torpaq sahəsində hasilat aparmaq hüququ müvafiq olaraq xx.xx.2013 və xx.xx.2014-cü il tarixlərdə bitmişdir. Hər iki icazə sənədində koordinatlar şərti qeyd olunsa da, müvafiq sxemlərə nəzər saldıqda həmin sahələrin bir-birinə bitişik sahələr olması müəyyən edilmişdir. Bundan sonra həmin aktların qüvvədə olma müddətləri bərpa olunmamış, yeni icazə sənədi alınmamışdır. xx.xx.2021-ci il tarixdə onun iştirakı ilə Agentliyin əməkdaşları tərəfindən TO "Almaz-Daş” firmasına əvvəllər ayrılmış sahəyə baxış keçirilmiş, aktların qüvvədə olma müddətlərinin bitməsinə baxmayaraq hasilat işlərinin aparılması müəyyən edilmişdir. Baxış zamanı müvafiq ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, müvafiq icazə sənədi olmadan 16011 m2 sahədə orta istismar dərinliyi 3,8 metr olmaqla 60841,8 m3 həcmində qanunsuz olaraq mişar daşı hasilatı aparılmışdır. Yalnız son bir il üçün aparılan qanunsuz hasilatın həcminin 12808 m3 olması müəyyən edilmişdir. Ərazidə işlək vəziyyətdə 02 ədəd daşkəsən kombayn, 02 ədəd şırımaçan avadanlıq, 01 ədəd frontal yükiəyici texnika olan kon, eləcə də hasil edilmiş mişar daşlarının yığılıb ərazidən daşınmasında istifadə olunan 03 ədəd yük maşını olmuşdur. Monitorinqin nəticəsinə dair xx.xx.2021 -ci il tarixli 000350 nömrəli Akt tərtib edilmişdir. Bundan sonra isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma ilə əlaqədar xx.xx.2024-cü il tarixdə əraziyə onun da iştirakı ilə yenidən baxış keçirilmiş, baxış zamanı ərazidə hər hansı texnika və ya avadanlığa rast gəlinməmiş, həmçinin hər-hansı istismar aparılması, geoloji mühitin texnogen dəyişməsi müşahidə olunmamışdır. Mişar daşı hasilatı aparılmış sahə ətrafında gəzmə üsulu ilə müvafiq ölçmə işləri aparılmış, “Garmin” GPS ölçü cihazı vasitəsilə ərazinin koordinatları götürülmüş və göstərilən sahənin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Ərazinin bir hissəsinin istehsalat zamanı yaranan tullantılarla örtülü olması müşahidə olunmuşdur. Yeni istismar işlərinin aparılmaması müəyyən edilmişdir. Beləliklə də xx.xx.2024-cü il tarixdə keçirilmiş baxışla, “Gooqle.earth” internet xəritə proqramı vasitəsilə əldə olunan məlumatlarla və “Garmin” GPS cihazı vasitəsilə aparılmış ölçü işlərinə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxs TO “Almaz-Daş” firmasına məxsus karxana tərəfindən 2021-ci ilin may ayına qədər ümumilikdə 60841,8 m3 həcmində mişar daşı hasilatı aparılmışdır. Dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı TO “Almaz-Daş” firmasına məxsus karxana tərəfindən aparılmış ümumilikdə 60841,8 m3 həcmində qanunsuz hasiiat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 239 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni Ödəmə Normativlərinə əsasən hesablanmışdır. Həmin Normativlərə əsasən, 1 kub metr qanunsuz işlədilən əhəngdaşı materialına görə dəymiş ziyanın məbləği 7.7 (keçmiş valyuta ilə 38500) manat məbləğində hesablanır. Aparılmış hasilat işləri 2021-ci ilin may ayına qədər olan dövrə təsadüf etmiş, belə olan halda, TO “Almaz-Daş” firmasına məxsus karxana sahəsində 60841,8 m3 həcmində qanunsuz mişar daşı hasilatının aparılması nəticəsində dəymiş ziyanın məbləği 468.481,86 manat (60841,8 x 7,7) təşkil etmişdir. O, ifadəsində 21 may 2021-ci il tarixdə TO “Almaz-Daş” firmasına məxsus daş karxanasına baxış keçirən zaman dəvəti üzrə firmanın direktoru Şahid2, eləcə də təsisçisi Təqsirləndirilən şəxs da həmin əraziyə gəldiklərini, ölçmə işlərinin düzgün aparılmadığını, hasilat işləri aparılan sahənin 7 ha yox, 2 ha olduğunu demələrini, bu zaman İlhama həm 5 ha, həm də 2 ha sahəyə dair müvafiq sənədləri, o cümlədən həmin sahələrin koordinatlarını özündə əks etdirən sənədləri təqdim etmələrini deməsini, lakin İlhamın heç bir sənəd təqdim etməməsini, akta imza etmədən ərazidən uzaqlaşdıqlarını, arxiv sənədlərinə əsasən sözügedən hər iki sahənin markşeyder planında koordinatlarının şərti olduğunu, lakin sxemdə hər iki sahənin bir-birinə bitişik olmasının göründüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş nizamnamədən görünür ki, X5 və Təqsirləndirilən şəxs tam ortaqlı təsisçiləri olduqları TO “Almaz- Daş” firması 22 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsində hüquqi ünvanı ünvan 4 həmin tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsində vergi otuna aldırmaqla ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) altında fəaliyyətə başlamışdır. İşdə olan məhkəmə elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ********** saylı VÖEN əhəng daşının hasılatı ilə baglıdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 358 nömrəli “torpaq icarə müqavilə”sindən görünür ki, Abşeron rayonu Güzdək bələdiyyəsi tərəfindən Abşeron rayonu Güzdək qəsəbəsi ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında 2 ha torpaq sahəsi 15 illik müddətinə Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. Cinayət işinin istintaq materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən “Güzdək” əhəngdaşı yatağında TO “Almaz-Daş” firmasına ayrılmış 2 ha torpaq sahəsində daş hasilatının aparılması ilə bağlı xx.xx.2009-cu il tarixli, 00439 nömrəli, 5 illik istifadə müddəti olan “Dağ- Mədən Ayrılması” aktı verilmişdir. Cinayət işinə əlavə edilmiş TO “Almaz-Daş” firmasına məxsus Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X7 və Dağ- X10 Agentliyi tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq olunmuş “Dağ işlərinin inkişafı” planı ilə aşağıdakılar müəyyən edilmişdir: - karxananın fəaliyyət göstərdiyi Güzdək əhəngdaşı yatağı Bakı şəhərinin Qaradağ və Abşeron inzibati rayonlarının ərazisində yerləşərək, şəhərin 35-40 km cənubqərbindədir; - Geomorfoloji baxımdan yatağ Böyük Qafqazın ilk bölümünün, Qobustan və Abşeron yarımadasında yerləşir və bu regionun bütün relyef və iqlim xüsusiyyətlərini əks etdirir; - yatağın hündürlük nöqtələri 180-220 m-dir; - rayon özünün yarımsəhra landşaftı, çox kasıb bitki və canlı aləmi ilə fərqlənir. Buranın iqlimi yayda çox isti və quraqlıq, qışda nisbətən mülayim və qarsızdır; - Orta illik temperatur 14,3°-dir. Orta illik atmosfer yağıntıların miqdarı 200-250 mm-dən artıq olmayır; - Küləklər əsasən şimal və cənub istiqamətdə əsirlər; -Yataq Bakı şəhəri ilə 35-40 km avtomagistral ilə birləşir, bundan əlavə yatağın 1,5 km- dən Qaradağ-Sumqayıt dəmiryolu xətti keçir; -Yaxınlığda yerləşən yaşayış məntəqələri - Güzdək, Qobu, Qızıl-Daş, Kor-göz və Sahil kənd və qəsəbələrdir; - Yatağın geoloji quruluşunda orta Abşeron yarusunun əhəng daşı və dördüncü dövr çöküntüləri iştirak edirlər; - Güzdək əhəngdaşı yatağı Abşeron yarımadasının cənub-qərbində yerləşərək Azərbaycanın ən quraqlıq zonalanndan biri olaraq qalır; - İllik yağıntıların miqdarı 200-250 mm artıq olmur, ancaq elə bu miqdarda yağıntı kifayət edir ki, daş karxananın dibində su gölməçələrinin əmələ gəlməsinə şərait yaransın; - Güzdək əhəngdaşı yatağında geoloji-kəşfiyyat işləri aparılan zaman əhəngdaşlarının fiziki-mexaniki xassələri DÜİST-4001-84 «Təbii süxurlardan divar daşı» tələblərinə uyğun öyrənilmiş və kütlə çəkisinin 1550-1930 kq/m3 olduğu müəyyən edilmişdir; -Aparılan sınaqların nəticəsinə görə Güzdək əhəngdaşı yatağının faydalı layı DÜİST- 4001 84 tələblərinə cavab verir üzlük və divar daşı kimi tikintidə istifadə edilə bilər. Qeyd edilən “Dağ işlərinin inkişafı” planına əsasən dağ kütləsindən mişar daşı çıxışı və hasil etmə işləri aşağıdakı qaydada proqnozlaşdırılmışdır: - Mişar daşı istehsal proqnozu - 200,0 min ədəd; - İşlək sahələr (polkalar) - 30,0 min m2; -1 p.m. çıxan əmtəə daş (proqnoz) - 2,0 ədəd; -1 m2 sahədən çıxan əmtəə daş -10,0 ədəd; xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X9 X2 əməkdaşlarının iştirakı ilə TO “Almaz-Daş” firmasına ayrılmış Abşeron rayonu “Güzdək” əhəngdaşı yatağına baxış keçirilmiş, baxış zamanı ərazidə hasilat işlərinin bir neçə ildir aparılmaması, ərazinin bir hissəsinin hasilat zamanı yaranmış tullantılarla doldurulması, bu səbəbdən də ərazidə geloji mühitin texnogen dəyişməsi müəyyən edilməmiş, eləcə də ölçmə işlərinin aparılması mümkün olmamışdır. Baxış keçirilən zaman sahədə hər hansı fəaliyyət göstərilməmiş, hər hansı texnika və ya qurğu aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, X9 X4, eləcə də digər qurumların əməkdaşlarının iştirakları ilə TO “Almaz-Daş” firmasına ayrılmış Abşeron rayonu “Güzdək” əhəngdaşı yatağınaxx.xx.2025-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Təqdim olunan sahə cənub-qərb tərəfdən dik divarlarla, şimal-qərb tərəfdən başqa karxana sahəsi ilə, digər istiqamətdən isə boş sahələr ilə həmsərhəddir. Ümumilikdə baxış zamanı təqdim olunan (21,05.2021-ci il tarixli 000350 nömrəli Aktda qeyd olunan) sahənin böyük hissəsi gil və daş tullantıları ilə örtülü vəziyyətdədir. Dik divarın aşağı hissəsində hasilat nəticəsində əmələ gəlməyə xarakterik üç pillə (hər pillə 0,4 m hündürlüyündədir) mövcuddur. Həmin pillənin qarşısında yerləşən 30 metr enində, 160 metr uzunluğunda ümumilikdə 4800 m2 sahədə yerdə şırımaçan texnikanın izləri mövcuddur. Digər sahələr gil və daş tullantıları ilə örtülü vəziyyətdə olduğundan həmin hissələrdə geoloji mühitin texnogen dəyişməsini müşahidə etmək, eləcə də ölçü işləri aparmaq mümkün olmamışdır. Baxış zamanı ərazinin relyefindən, bitki örtüyündən, pillələrin və şırımaçanın izlərindən aydın olur ki, ərazidə son illərdə hasilat aparılmamışdır. Eyni zamanda baxış keçirilən zaman hər hansı fəaliyyət göstərilməmiş, hər hansı texnika aşkar edilməmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssislərinin, eləcə də TO “Almaz-Daş” firmasının təsisçisinin iştirakları ilə xx.xx.2025-ci il tarixdə Abşeron rayonu “Güzdək” əhəngdaşı yatağında xx.xx.2008-ci il tarixli 00270 nömrəli “Dağ-mədən ayrılması” aktı əsasında ayrılmış 5 ha, eləcə də xx.xx.2009-cu il tarixli 00439 nömrəli "Dağ-mədən ayırması" aktı əsasında ayrılmış 2 ha sahələrə baxış keçirilmişdir. “Güzdək” əhəngdaşı yatağında xx.xx.2008-ci il tarixli 00270 nömrəli “Dağ-mədən ayrılması” aktı əsasında ayrılmış 5 ha sahəsi olan əraziyə baxış zamanı aşağıdakılar müəyyən olundu: həmin sahə Abşeron rayonu, Güzdək kənd qəbiristanlığının cənub şərq istiqamətində yerləşir, sahə təmamilə əhənğdaşı tullantıları və digər tullatılarla örtülmüş vəziyyətdədir, tullantıların təbii çökmə və ot örtüyü ilə bağlanması səbəbindən həmin sahənin bir neçə il əvvəldən tullantı materialları ilə örtülməsi görünür. “Güzdək” əhəngdaşı yatağında xx.xx.2009-cu il tarixli 00439 nömrəli “Dağ-mədən ayrılması” aktı əsasında ayrılmış 2 ha sahəsi olan əraziyə baxış zamanı aşağıdakılar müəyyən olundu: həmin sahə Abşeron rayonu, Güzdək kəndinin şimal şərqində, Qobu kəndi istiqamətində yerləşir, sahə əhəngdaşı və digər tullantılarla örtülü vəziyyətdə olduğundan həmin hissələrdə əhənğdaşı yatağının olub-olmaması və ya həmin hissələrdə mişar daşı kəsimi işlərinin aparılması və ya aparılmamasını müəyyən etmək mümkün olmur. Bu səbəbdən həmin sahədə ölçü işləri aparılması mümkün olan, yəni mişar daşı hasilatı aparıldığı görünən sahənin uzunluğu 146.0 metr, eni 22.0 metr müəyyən edilmişdir. Baxış zamanı ərazinin relyefindən, bitki örtüyündən, pillələrin və şırımaçanın izlərindən aydın görünür ki, ərazidə son illərdə heç bir hasilat işləri aparılmamışdır. Eyni zamanda baxış keçirilən zaman sahədə mişar daşı kəsimi ilə bağlı heç bir fəaliyyətin olmadığı, eləcə də sahədə mişar daşı kəsən maşın mexamizmin mövcudluğu müşahidə edilmir. Həmin sahənin cənub şərq tərəfi 3.0-3.5 metr hündürlükdə səddlə əhatə olunub. Şimal, şərq və qərb tərəflər karxanalardan çıxarılmış əhəng daşı və digər qum-gil tullantıları ilə örtülmüşdür. Cənub şərq tərəfdə 3.0-3.5 metr hündürlükdə səddin ətəyində uçub tökülmüş gil torpaqların aralıqlarında görünən iki, bəzi yerlərdə orta hündürlüyü 40.0 sm olan üç qat (polka) mişar daşı kəsimi işlərinin aparılması müəyyən edildi. TO “Almaz- Daş” firmasına ayrılmış 5 və 2 ha sahəsi olan ərazilərin arasında olan məsafənin 2 km-dən artıq olması müəyyən edildi. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X1 daxil olmuş peyk görüntülərindən müəyyən olunur ki, TO "Almaz-Daş" firması tərəfindən 2 ha sahəsi olan “Güzdək” əhəngdaşı yatağında daş hasilatı 2016-cı ildən başlayaraq aparılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-13/2-1 /16- 5058/2025 saylı məktubu və həmin məktuba əlavə edilmiş materiallarından görünür ki, "xxxx" ASC-də olan 02/3-2743 saylı abunə xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixə kimi TO “Almaz-Daş” firmasının, xx.xx.2014-cü il tarixdən isə fiziki şəxs X6 adında istifadə olunmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, TO "Almaz-Daş" firması tərəfindən Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında aparılan qanunsuz hasilatın həcminin müəyyənləşdirilməsi üçün "Azərişıq” ASC-dən daxil olmuş elektrik enerjisi sərfiyyatı barədə məlumata və 2013-cü il üçün təsdiq olunmuş “Dağ işlərinin inkişafı" planında olan göstəricilərə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətə aşağıdakı qaydada istehsal həcmləri hesablanmışdır. Həmin mütəxəssis rəynə və rəyin təsviri-əsaslandırıcı hissəsində qeyd olunan məlumatlara əsasən, TO "Almaz-Daş" firmasında xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aparılmış hesablamalara əsasən qanunsuz mişar daşı hasilatının həcmi 32.609,50 kub metr, bunun 65%-i, yəni 21.196,175 kub metr istismar itkiləri çıxılmaqla (32.609,50-21.196,175=11.413,25), Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 239 nömrəli qərarı üzrə 68.951,58 manat və 29 mart 2020-ci il tarixli 119 nömrəli qərarı üzrə isə 60.235,10 manat, cəmi 11.413,25 kub metr həcmində olmaqla 129.186,68 manat məbləğində qanunsuz mişar daşı hasilatının aparılmasına görə cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-29/2-1130/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağı Güzdək bələdiyyəsinə aid olmaqla bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixli 358 nömrəli qərar və icarə müqaviləsi əsasında Təqsirləndirilən şəxs 2 hektar torpaq sahəsinin mişar daşı istehsalı məqsədilə verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X2 xx.xx.2025- ci il tarixli, 3-14-19/2-438/2025 saylı məktubu ilə göndərilmiş ‘Abşeron rayonunda yerləşən “Güzdək” əhəngdaşı (mişar daşı) yatağında TO “Almaz-Daş” firması tərəfindən qanunsuz mişar daşı hasilatı aparılaraq ətraf mühitin mühafizəsi (qorunması) qaydalarının pozulması nəticəsində ətraf mühitə maddi ziyanla yanaşı, vurulmuş geridönməz dəyişikliklərlə bağlı (olub-olmaması, müsbət halda Xarakteri və əsaslandırılması barədə) məlumat verilməsi”nə dair arayışda aşağıdakılar göstərilmişdir: - TO “Almaz-Daş” firması tərəfindən hasilat aparılmış “əhəngdaşı” (mişar daşı) ümumi yayılmış faydalı qazıntı olmaqla, təbii bərpası mümkün olmayan (əmələgəlmə prosesi əsrlərlə gedir) faydalı qazıntı növüdür. - “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi” mövcud norma və standartlara uyğun aparılmadıqda yerin təkinin bütövlüyünün pozulması və əlavə geoloji dəyişikliklər baş verə bilər. Belə ki: - TO “Almaz-Daş” firması tərəfindən qanunsuz aparılan hasilat işləri norma və standartlardan kənar aparılmış, nəticədə litosferdə baş verən təbii geoloji proseslərin gedişatının pozulması, ətraf mühitə mənfi təsir göstərilməsi; - Aparılmış nizamsız hasilat nəticəsində süxurlarda yüksək çatlar əmələ gəlməsi, təbii mühit elementlərinin pozulması nəticəsində ilkin süxurların parçalanmasından onların öz dayanıqlığını itirməsi və aşınmaya məruz qalması; - Yatağın işlənməsi nəticəsində Yer səthinin relyefinin deformasiyası, massivin geoloji strukturunun, torpaqaltı qruntun və torpağın dəyişməsi, eləcə də torpağın mexaniki zədələnməsi (deformasiya) müşahidə olunmuşdur. Beləliklə, işin araşdırılan hallarından görünür ki, Təqsirləndirilən şəxs TO “Almaz- Daş” firmasının təsisçisi olaraq obyektin istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib 2016-2021-ci illəri əhatə edən dövrlər üzrə qanunsuz mişar daşı hasilatı apardığı Abşeron rayonunda “Güzdək” əhəngdaşı yatağında Yer səthinin relyefinin deformasiyası, massivin geoloji strukturunun, torpaqaltı qruntun və torpağın dəyişməsi, torpağın mexaniki zədələnməsi, süxurlarda yüksək çatların əmələ gəlməsi, təbii mühit elementlərinin pozulması nəticəsində ilkin süxurların parçalanmasından onların öz dayanıqlığını itirməsi və aşınmaya məruz qalması, litosferdə baş verən təbii proseslərin gedişatının pozulması, ətraf mühitə (eləcə də səth sularının) dövranına mənfi təsir göstərməsi, əhəngdaşının kəsilməsi zamanı əmələ gələn toz (ştıb) və nəqliyyat vasitələrinin istismarı nəticəsində yanma qazlarının (NOx, CO, SO və s.) atmosferə atılması ilə təbiətin mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 239 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödəmə Normativləri”nə əsasən 1 kub metr qanunsuz işlədilən əhəngdaşına görə dəymiş ziyanın məbləği 7,7 manat (AZM-38500.0 manat) məbləğində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativləri”nə əsasən 1 kub metr qanunsuz işlədilən əhəngdaşına görə dəymiş ziyanın məbləği 35 manat hesablanır və Nazirlər Kabinetinin həmin qərarında qeyd olunur ki, dəymiş ziyan hesablanarkən birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, üçüncü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, üç dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir. Müəyyən edilmişdir ki, Agentlik tərəfindən monitorinqin nəticələrinə dair aktın tərtibindən sonra TO “Almaz-Daş” firması barəsində hər hansı inzibati xəta üzrə inzibati icraat başlanmamış və inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilməmişdir. Odur ki, istintaq zamanı TO “Almaz-Daş” firması tərəfindən qanunsuz əhəngdaşı hasilatının aparılması ilə əlaqədar əvvəlki dövrlərdə cərimələnməsi müəyyən edilmədiyindən qeyd olunan firma tərəfindən qanunsuz əhəngdaşı hasilatının aparılması nəticəsində dövlətə dəymiş ziyanın məbləği hesablanarkən firma tərəfindən vurulmuş maddi ziyanın ümumi məbləğinə münasibətdə birinci dəfə cərimələnən subyekt kimi yanaşaraq “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart2 020-ci il tarixli 119 nömrəli qərarı nəzərə alınmaqla 0.7 əmsalı tətbiq edilmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi TO “Almaz-Daş” firmasının təsisçisi Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixli 00439 nömrəli “Dağ-mədən ayrılması” aktının 5 illik qüvvədə olma müddətinin xx.xx.2014-cü il tarixdə bitməsinə baxmayaraq, 2016-cı ildən 2021-ci ilin may ayının sonunadək Güzdək bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 15 il müddətinə, yəni istifadə müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış Abşeron rayonu, Güzdək kəndinin şimal şərqində, Qobu kəndi istiqamətində ona icarəyə verilmiş 2 ha torpaq sahəsində qanunsuz olaraq əhəngdaşı hasilatı aparmışdır. Eyni zamanda, istintaq materialları ilə TO “Almaz-Daş” firmasına “Güzdək” əhəngdaşı yatağında xx.xx.2008-ci il tarixli 00270 nömrəli “Dağ-mədən ayrılması” aktı əsasında ayrılmış 5 ha sahəsi olan ərazinin Qobu kəndi istiqamətindəki 2 ha sahəyə bitişik olması deyil, başqa bir ərazidə, yəni Güzdək kənd qəbiristanlığının cənub şərq istiqamətində yerləşməklə ara məsafəsinin 2 km-dən artıq olması sübuta yetirilmişdir. Bundan başqa,TO "Almaz-Daş" firması tərəfindən Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağındakı 2 ha sahəsi olan ərazidə aparılan qanunsuz hasilatın həcmi "Azərişıq” ASC-dən daxil olmuş elektrik enerjisi sərfiyyatı, 2013-cü il üçün təsdiq olunmuş “Dağ işlərinin inkişafı" planında olan göstəricilər, həmçinin iş materiallarında olan təkzibolunmaz məlumatlara əsasən hesablanmışdır. Müəyyən edilmişdir ki, TO “Almaz-Daş" firmasında xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aparılmış hesablamalara əsasən qanunsuz mişar daşı hasilatının həcmi 32.609,50 kub metr, bunun 65%-i, yəni 21.196,175 kub metr istismar itkiləri çıxılmaqla (32.609,50- 21.196,175=11.413,25), Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 239 nömrəli qərarı üzrə 68.951,58 manat və 29 mart 2020-ci il tarixli 119 nömrəli qərarı üzrə isə 60.235,10 manat, cəmi 11.413,25 kub metr həcmində olmaqla 129.186,68 manat məbləğində qanunsuz mişar daşı hasilatının aparılmasına görə cərimə hesablanmışdır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara),eləcə də, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar X7nin təmin edilməsi yer təki istifadəşisinin vəzifələridir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilmişdir ki, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağmədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, ətraf mühitin mühafizəsi sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli, ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası, təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi, dövlət nəzarəti, Qanunun və ətraf mühitin mühafizəsi sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət, ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində əhalinin və vətəndaş cəmiyyəti institutlarının iştirakı, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq, ekoloji ekspertizaya təqdim olunan məlumatların dolğunluğu və düzgünlüyü, ekoloji ekspertizanın həyata keçirilməsində qanunçuluğun, aşkarlığın və şəffaflığın təmin edilməsi, təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəliliyinin nəzərə alınması kimi prinsiplərə əsaslanır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilmişdir ki, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş qaydada həyata keçirmək təbiətdən istifadəçinin vəzifəsidir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsində göstərilmişdir ki, torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir. Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün təhlükəli olan fəaliyyətlərə icazə verilmir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 41 -ci maddəsində qeyd olunmuşdur ki, müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi, istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və obyektlərin istismara verilməsi qadağan edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində göstərilmişdir ki, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsinə əsasən, sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin maddədə sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulmasının ağır nəticələrə səbəb olması dedikdə, göstərilən fəaliyyət nəticəsində ətraf mühitin keyfiyyətinin, yaxud təbiət obyektlərinin vəziyyətinin müşahidə olunan dövrdə aradan qaldırılması mümkün olmayan və ya bunun üçün xeyli miqdarda maliyyə və maddi xərclərin tələb olunduğu dərəcədə pisləşməsi, ayrı-ayrı obyektlərin məhv olması, torpaqların deqradasiyası və ətraf mühitin təbiətdən istifadənin qanuni növlərinin, təbiətin qorunub saxlanılması vəzifələrinin həyata keçirilməsinə mane olan digər neqativ xarakterli dəyişilmələri başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin maddədə ağır nəticələr dedikdə, dövlət idarə və müəssisəsinin işini pozma, vətəndaşların hüquq və azadlıqlarını kütləvi şəkildə pozma, vətəndaşlara, dövlətə və ayrıayrı təşkilatlara əmlak xarakterli mühüm ziyan vurma və s. başa düşülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulan “cavabdeh şəxslər” kateqoriyasına həmçinin vəzifəli şəxslər də aid edilir.Bu səbəbdən CM-nin 247-ci maddəsi həmin Məcəllənin 308.2–ci maddəsinə münasibətdə xüsusi norma xarakteri daşıyır. Bu əsasla da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu əməlinin həm də vəzifədən sui-istifadə etmə kimi qiymətləndirməklə əlavə olaraq eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə tövsif etmək olmaz və Təqsirləndirilən şəxs verilmiş ittihamdan Cinayət Məcəlləsinin 308.2–ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 -ci maddəsi ilə təqsirli olması işin məhkəmə baxışında özünün qismən etirafı, şahidlərin ifadələri və işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun özünü qismən təqsirli bilməsi, iş materialları ilə təkzib olunduğundan özünü müdafiə kimi qiymətləndirilir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247–ci maddəsi ilə təqsirli bilinərək,həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati- sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli, 68-VİQD nömrəli Qanununu ilə Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsinin sanksiyasına dəyişiklik edilərək “on” sözü “yeddi” sözü ilə əvəz edilmişdir. Göründüyü kimi törədilmiş cinayət əməli xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq əvvəllər ağır cinayət hesab edilsə də, həmin qanunla az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25 iyun 2016-cı ildə cəzasını tam çəkib qurtarmaqla azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin cəzasını çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bundan başqa “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli, 68-VİQD nömrəli Qanununu ilə Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə aşağıdakı məzmunda əlavə edilmişdir: “83.4-1. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.” Azərbaycan Respublikası CM-in 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu əlavə cəzanın çəkilib qurtardığı müddətdən yox, 25 iyun 2018-ci il tarixdə ödənilmiş hesab olunmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində 129.186,68 manat məbləğində dəymiş maddi ziyanın 15.523,20 manat olmaqla qismən ödəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 247- ci maddəsində nəzərdə tutulmuş cinayətin tamah məqsədilə törədilməsi və Azərbaycan Respublikası CM-in 61.1.13-cü maddəsinə əsasən həmin Məcəllənin 247-ci maddəsində nəzərdə tutulmuş cinayətin qulluq mövqeyinə əsasən törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağıraşdıran hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin kokret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla cəza təyin edilməsi məsələsinin müzakirə edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cii maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən ziyanın qismən ödənilməsi əməlin ictimai təhlükəliliyini azaldan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs pensiya yaşına çatmış şəxs kimi yaşını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəyən ziyanı qismən ödəməsini, əməlindən peşiman olmasını nəzərə alaraq, habelə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 247-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilən əsaslar həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Penitenısiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017cı nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmçinin, cəza çəkdiyi müddətdə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə TO “Almaz-Daş” firması hüquqi şəxsin barəsində cinayət hüquqi tədbirlərin görülməsi ilə bağlı aşagıdakıları qeyd edir: İş materiallarından görünür ki, TO “Almaz-Daş” firması 22 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsində dövlət qeydiyyatına alınmış, elə həmin tarixdə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsində vergi uçotuna aldırmaqla ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Cəmiyyətin tam ortaqlı təsisçiləri (qanuni təmsilçiləri) - Təqsirləndirilən şəxs və X5, hüquqi ünvanı - ünvan 5xışında , TO “Almaz- Daş” firmasının əmlak vəziyyətinın araşdırılması zamanı məhkəmə sorgusu əsasında əldə edilmiş 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş 30 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, TO “Almaz-Daş” firması fəaliyyətini dayandırıb. DƏDKRPHŞ-in 4 saylı Ərazi İdarəsinin 28 oktyabr 2025-ci il tarixli mətubundan görünür ki, TO “Almaz-Daş” firmasının adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. Habelə, məhkəmə sorgusu əsasında banklara edilmiş sorgulara ATB BANK, LPO AG Bank, Expressbank, Kapital Bank və digər bankalar tərəfindən verilən cavab məktublarında TO “Almaz-Daş” firmasının hər hansı bank hesabının aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair 28 iyun 2024cü il tarixli qərarındakı hüquqi mövqeyə görə “ cinayət qanunvericiliyi cinayətin yeganə subyekti kimi fiziki şəxsləri tanıdığından, yalnız bu şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə cinayət törədildikdə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Bu səbəbdəndir ki, Cinayət Məcəlləsində hüquqi şəxs cinayətin subyekti kimi deyil,cinayət məsuliyyətinin subyekti kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.maddəsinə görə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: 99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. 99-4.3. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə cinayəthüquqi tədbirlərin tətbiqinə mane olmur. 99-4.4. Dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayəthüquqi tədbirlər tətbiq edilə bilməz. 99-4.5. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 104-1, 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200 – 200- 3, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271– 284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Cinayət Məcəlləsinin 99-4-1 maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxslər barəsində cinayət- hüquqi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini mümkünsüz edən hallar mövcuddur. Belə ki, hüquqi şəxslər barəsində cinayət- hüquqi xarakterli məcburi tədbirlər kimi cərimə və hüquqi şəxsin ləğvi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 487-4.0. maddəsinə görə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: 487-4.0.1. cinayətin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, yaxud həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilməsini təsdiq edən hallar; 487-4.0.2. cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsini təsdiq edən hallar; 487-4.0.3. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar; 487-4.0.4. bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar; 487-4.0.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi seçilərkən nəzərə alınan hallar. Azərbaycan Respublikası CPM-nin 487-7.4.-cü maddəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 487-7.5.maddəsinə görə məhkəmə toplanmış sübutları tədqiq edərək bu Məcəllənin 487-6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. 487-7.6. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi və ya hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi məhkəmə baxışının nəticələrinə dair yekun qərarda qeyd olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, TO “Almaz-Daş” firması hüquqi şəxsin barəsində cinayət hüquqi tədbirlərin tətbiqi hazırkı cinayət işi üzrə CM-nin 308.2-ci maddəsi ittihamdan xaric edildiyindən və həmin hüquqi şəxsin hər hansı əmlakının olmaması müəyyən edildiyindən həmin hüquqi şəxsin barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2 maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci və 308.2ci maddələri ilə təqsirləndirilməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə cəza çəkdiyi müddətdə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. TO “Almaz-Daş” firması hüquqi şəxsin barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar