Məhkəmə qərarları › İş №1(012)-967/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-967/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-967/2024 24.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Şeyxat oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürsunun vəkili X2 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, 28 May qəsəbəsində tanışı Zərərçəkmiş şəxs ilə sonuncuya onun yaşadığı evdən oğurluq etdiyini bildirməsi, Zərərçəkmiş şəxs isə onun dediklərini inkar etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona sağ gözün ağlı qişasında qansızma ilə müşahidə olunan, sağ gözün üst və alt qapaqlarının, sağ gözaltı nahiyənin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 il müddətdir tanıyır. Soltan onların evində bir neçə dəfə usta kimi işləmişdir. Soltanla münasibətləri yaxşı olmuşdur. Sonuncu dəfə 2024-cü ilin mart ayında Soltanın onun evində qalmış idman gödəkçəsinin cibində bir ədəd Soltanın atasına məxsus hərbi sənəd və evlərinin açarının olduğunu görmüşdür. Növbəti gün, yəni 03 mart 2024-cü il tarixdə günorta saatlarında Soltanla mobil telefon vasitəsilə əlaqə saxlayaraq harada olduğunu soruşmuşdur. Soltan ona Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən məscid yaxınlığında iş gördüyünü demişdir. O, Soltandan görüşməyə vaxtının olub-olmadığını soruşmuşdur. Soltan onunla görüşə biləcəyini demişdir. Bundan sonra o, icarəyə götürüb idarə etdiyi “Lada Priora” markalı avtomobillə Soltanın olduğu yerə getmişdir. Soltan işlədiyi yerdən çıxıb avtomobilin sürücü tərəfdən arxa oturacağında oturmuş və o, avtomobili yaşadığı evə doğru idarə etməyə başlamışdır. Yaşadığı evin yaxınlığına çatdıqda avtomobili saxlayıb əvvəlcə hərbi sənədi çıxarıb Soltandan həmin sənədi nə üçün istifadə etdiyini soruşmuşdur. Soltan həmin sənədin atasına məxsus olduğunu və səbəbsiz olaraq özü ilə gəzdirdiyini demişdir. O, həmin sənədi Soltana vermişdir. Daha sonra Soltanın onların evində qalmış idman gödəkçəsinin cibindən tapdığı açarı göstərib Soltandan evin açarının nə üçün idman gödəkçəsinin cibində olduğunu soruşmuşdur. Soltan sualına cavab verə bilməmişdir. O, Soltana evində çörək kəsməyinə baxmayaraq evindən oğurluq etdiyini, oğurladığı əşyalardan yalnız atasından yadigar qalan nərdi qaytarmasını demişdir. Soltan isə oğurluq etmədiyini demişdir. Soltanın oğurluq etdiyini boynuna almaması onu əsəbləşdirmişdir. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Mübahisə gedişində Soltan avtomobilin qapısını açaraq düşmək istəmişdir. O, Soltanın qaçmaq istədiyini düşünərək avtomobildən enib bir dəfə Soltanın sağ gözündən yumruqla zərbə vurmuşdur. Soltan isə avtomobilin arxa oturacağının digər tərəfdən olan qapısını açıb düşüb qaçmışdır. Artıq o, cinayət işi üzrə dəymiş ziyanı ödəmişdir, Zərərçəkmiş şəxs Şeyxat oğlu ilə barışmışdır. Cinayət işinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmağı barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Şeyxat oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 il müddətdir tanıyır. Belə ki, o, Adilin evində usta kimi işləmişdir. 03 mart 2024-cü il tarixdə Adil ona zəng edərək danışmaq istədiyini və bununla bağlı görüşməli olduqlarını bildirmişdir. O da razılaşmış və həmin gün saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində olan zaman Adil idarə etdiyi “Lada Priora” markalı avtomobillə oraya gəlmişdir. O, avtomobilə oturduqda sonra Adil avtomobili idarə etməyə başlamışdır. Onlar təxminən Adilin evinin yaxınlığında olan zaman sonuncu avtomobili saxlayıb əvvəlcə hərbi sənədi çıxarıb ondan nəyə görə həmin sənədi üzərində gəzdirdiyini soruşmuşdur. O da həmin sənədin atasına məxsus olduğunu və səbəbsiz olaraq özü ilə gəzdirdiyini demişdir. Bundan sonra Soltan həmin sənədi ona vermişdir. Daha sonra Adil evində qalmış idman gödəkçəsinin cibindən tapdığı açarı göstərib evinin açarının nə üçün idman gödəkçəsinin cibində olduğunu soruşmuşdur. O da Soltana ola bilsin ki, təmir işləri aparan zamandan gödəkçənin cibində qaldığını və qaytarmağı unutduğunu bildirmişdir. Bundan sonra Adil ona evində çörək kəsməklərinə baxmayaraq evindən oğurluq etdiyini, oğurladığı əşyalardan yalnız atasından yadigar qalan nərdi qaytarmasını demişdir. Lakin o, Adilə heçnə oğurlamadığını, hətta açarın onda yox, evində qalan gödəkçənin cibində qaldığını, bu səbəbdən baş vermiş oğurluq hadisəsindən heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra o, Adilin təkidlə oğurluq etməyini etiraf etdirməyə çalışması onu əsəbləşdirmiş və o, qapını açaraq düşmək istəmişdir. Həmin vaxt Adil də avtomobildən düşmüş və bir dəfə yumruqla onun sağ gözündən vurmuşdur. Bundan sonra o, dərhal avtomobildən enərək qaçıb oradan uzaqlaşmışdır. Adil etmədiyi oğurluğa görə onu vurduğundan ilk ərəfələr Adilə qarşı çox qəzəbli olmuşdur. Bu səbəbdən Adilin ağır cəza alması üçün fərqli şəkildə şikayət etmişdir. Lakin daha sonra bunun yanlış olduğunu başa düşmüşdür. Həmçinin hadisənin ilkin həyəcanı ilə daha inandırıcı olması üçün avtomobildə 2 nəfər tanımadığı şəxs də olduğunu qeyd etmişdir. Lakin avtomobildə Adildən başqa hər hansı bir şəxs olmamışdır. O, avtomobilə öz razılığı ilə minmiş və avtomobildə olan zaman mobil telefon onun özündə olmuşdur. Hal-hazırda cinayət işi üzrə dəymiş ziyan ona tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Cinayət işinə xitam verilməsi barədə qərar verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "MTE və PA ETT Birliyi" X7 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 475 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Şeyxat oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasında qansızma ilə müşahidə olunan, sğ gözün üst və alt qapaqlarının, sağ gözaltı nahiyyənin qançırları kütəşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə, insan bədəni hissəsinin (əl, baş və s.) təsiri nəticəsində səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Şeyxat oğlu ilə barışmışdır. Zərərçəkmiş şəxs Şeyxat oğluna dəyən ziyan tərəfindən tam ödənilmişdir. Odur ki, o, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Şeyxat oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vururlmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Odur ki, o, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zaman 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürsunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürsunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar