Məhkəmə qərarları › İş №1(012)-97/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-97/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-97/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci ildə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Abşeron rayonu, Məmmədli qəsəbəsində münasib yaxşı ərazidə yerləşən Şahid3 məxsus kənd təsərüfatlı təyinatlı 0,10 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs2 göstərib torpaq sahənin özünə məxsus olmasını bildirərək, 0,06 hektar hissəsini ona 16000 manata satması barədə razılığa gələrək inandırıb aldatmış, lakin həmin torpaq sahəsi deyil, alqı-satqı predmeti olan torpaq sahəsindən uzaqlıqda, X2 məxsus kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin 0,06 hektarını Zərərçəkmiş şəxs2 Abşeron rayonu Xırdalan şəhərində şəhəri 28-ci məhəllədə yerləşən 2 saylı notariat konturunda reyestrdə xx xxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Sahibquran Rəhimov arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən alqı-satqısını təşkil edib notariat konturunun qarşısında 16000 manat pulunu ələ keçirib, vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu Məmmədli qəsəbəsində münasib yaxşı ərazidə yerləşən Şahid3 məxsus kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən 0,04 hektar hissəsini Zərərçəkmiş şəxs1 göstərməsini, lakin əvəzində isə həmin torpaq sahəsindən uzaq məsafədə yerləşən X1 mülkiyyətində olan torpaq sahəsindən 0,04 hektarını Zərərçəkmiş şəxs1 arvadı Şahid2 adına Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 2 saylı notariat konturunda reyestrdə 4ə-1108 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısını təşkil edib aldadaraq 6800 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxs Rövşən Paşayavə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə xx xxxxxxxx 2018-ci il tarixdə Abşeron rayonu Məmmədli qəsəbəsində münasib yaxşı ərazidə yerləşən Şahid3 məxsus kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən 0,10 hektar hissəsini Zərərçəkmiş şəxs3 göstərməsini, lakin əvəzində isə həmin torpaq sahəsindən uzaq məsafədə yerləşən X1 mülkiyyətində olan torpaq sahəsindən 0,10 hektarını Zərərçəkmiş şəxs3 arvadı Şahid1 Aleksandrovanın adına Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 2 saylı notariat konturunda daşınmaz əmlakın alqı-satqısını təşkil edib aldadaraq 11000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və rəsmi olaraq heç yerdə işləmir.2000-ci ildən Abşeron rayonun Məhəmmədi kəndinin ərazisində torpaq sahələrin alqı-satqısı ilə məşğul olur. Onun ofisi yoxdur. Şahid6 onun əmisi oğludur, Müsabi Bakı şəhəri Nərimanov rayonunda, Gənclik metrostansiyasının yaxınlığında ailəsi ilə yaşayır. Müsabi də uzun illərdir ki, torpaq sahələrin alqı-satqısı ilə məşğul olur. Təxminən 8-9 aydır Şahid4 ilə əmisi oğlu Müsabi vasitəsilə tanış olmuşdur. Belə ki, İsmayılda torpaq sahələrin alqı-satqısı ilə məşğul olur. Onlarla satmağa torpaq sahəsi olduqda bir-birilərinə məlumat verirlər.Şahid3 Abşeron rayonu Məmmədli kəndinin ərazisində təxminən 2 hektar torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini Rüfət satmaq istədiyini bilirmiş. Ona görə 2018-ci ilin əvvəllərində əmisi oğlu Müsabiyə həmin torpaq sahəsini göstərərək, torpaq sahənin özünə məxsus olduğunu, torpaq sahəsini satmağı və müştəri olanda ona bu barədə məlumat verməyini demişmişdir. 2018-ci ilin iyul ayının əvvəllərində Müsabi ona zəng edib demişdir ki, Abşeron rayonu Məhəmmədi kəndində ona satmağa tapşırdığı torpaq sahəsinə müştəri var və torpaq sahəsini həmin müştəriyə göstərib, müştəri torpaq sahəsini alır.Rüfətin həmin torpaq sahəsinə çıxarışı olmadığı üçün və onun torpaq sahəsinə bələdiyyə sənədi olduğu üçün həmin torpaq sahəsini alqı-satqı etmək mümkun olmurmuş.Ona görə də o, torpaq alqı-satqısı ilə məşğul olan Sabirin Sahibquran adlı şəxsin torpaq sahəsinin satışı ilə məşğul olduğunu və Sahibquranın öz torpaq sahəsinə çıxarış sənədi olduğunu bilirmiş. Qərara gəlmişdir ki, Sahibquranın torpaq sahəsinin sənədləri ilə torpaq sahəsi almaq istəyən Akifə torpaq sahəsini satsın. Sabirə zəng edib torpaq sahəsinə müştəri olduğunu demiş və Sabir də torpaq sahəsinin sahibi Sahibquranla Xırdalan şəhəri 2 saylı notariusa gəlmiş, Müsabi, İsmayıl və bir nəfər adını bilmədiyi şəxs, onlardan başqa torpaq sahəsini alan müştəri Akif adlı şəxs də orada olmuşlar. Notariusda Sahibquran 6 sot torpaq sahəsini Akifə sataraq alqı-satqı müqaviləsi bağlanmışdır. Müsabi demişdir ki, torpaq sahəsini müştəri olan Akifə 16000 manata deyiblər, Akif 16000 manat pulu ona vermiş, 3000 manat pulu İsmayıla başqa bir torpaq sahəsindən olan borcunu vermiş, sənəddə olan torpaq sahəsinin sahibi Sahibqurana da 3000 manat veriləcək pulu da Sabirə vermişdir. Qalan 10000 manat pulu da özünə götürmüşdür. Nəzərdə tutmuşdur ki, Akifə faktiki göstərdiyi torpaq sahəsinə sənəd düzəltdirəcək, Sahibquran ilə alqı-satqısını ləğv etdirəcək.Lakin elə olmuşdur ki, Akifə faktiki göstərilən torpaq sahəsinə sənəd düzəltdirə bilməmiş, sənəddə olan torpaq sahəsinin Akifə göstərilən torpaq sahəsinin olmadığını Akif sonralar bilmiş və şikayət etmişdir. Sabir də elə bilmişdir ki, Akifə həqiqətən Sahibquranın torpaq sahəsini göstərtdirib satır. Bundan başqa, dəqiq tarix yadında deyil, təxminən 2018-ci ilin sentyabr ayının əvvəllərində Müsabi ona zəng edib demişdir ki, Məhəmmədi kəndində ona satmağa tapşırdığı torpaq sahəsindən x xxxx 1000 manatdan olmaqla, 10 sot torpaq sahəsi almaq istəyən müştəri vardır. Bilirmiş ki, Məhəmmədi kəndində yaşayan Sahbquran adlı şəxsmüvafiq sənədləri olan öz torpaq sahələrini satmağı Sabirə tapırmışdır.Musabiyə demişdir ki, torpaq alqı-satqısı ilə məşğul olan Abşeron rayonun Məhəmmədi kəndində yaşayan Sabirə zəng edib, bu barədə ona desin. Daha onların işinə qarışmamış, kim tərəfindən, kimə torpaq sahəsini satıldığını bilməmiş, ancaq bunu bilmişdir ki, müştəri 10 sot torpaq sahəsi almaq istəyir. Təxminən 2-3 gündən sonra Müsabidən eşitmişdir ki, Sabirdən torpaq sahəsi alaraq, notariat qaydasında öz aralarında torpağın alqı-satqısını ediblər. Sabirə zəng edib demişdir ki, torpağı alqı-satqı etmisən, mənim pulumu nə vaxt verəcəksən, Sabir də demişdir ki, narahat olma görüşüb, pulunu verəcək.Sabahısı günü Sabir ilə görüşdükdə, ona torpaq sahəsinə müştəri tapdığı üçün onazəhmət haqqı olaraq 1900 manat pul vermişdir. Sonra bilmişdir ki, həmin müştəri Zərərçəkmiş şəxs3 adlı şəxs olmuşdur. Bundan başqa, 2018-ci ilin avqust ayının sonunda əmisi oğlu Şahid6 ona zəng edib demişdir ki, Abşeron rayonu Məhəmmədi kəndində ona göstərərək satmağı ona tapşırdığım torpaq sahəsindən 4 sotunu almaq istəyən var. Belə ki, Müsabi həmin torpaq sahələrini İsmayıl adlı torpaq alqı-satqısı ilə məşğul olan şəxsə göstərmiş, İsmayıl da torpaq sahəsinin satılmasında olan köməklik etmişdir. Musabiyə demişdir ki, torpaq sahəsini alqı-satqı etmək üçün Sabirə zəng etsin və Sabir alqı-satqını notariusda etdirəcək. Həmin günü özü də Xırdalan şəhərində yerləşən 2 saylı notariusa gəlmiş və torpaq alqısatqısı ilə məşğul olan Musabi, Sabir, İsmayıl, Allahverdi kimi tanınan Vidadi və torpaq sahəsini sənədləri ilə satan Sahibquran adlı şəxs, həmçinin torpaq sahəsini alan sonradan adını bildiyim Rövşən adlı şəxs də orada olmuşlar.Notariat konturuna İsmayıl, Sabir, Sahibquran və torpaq sahəsini alan Rövşən adlı şəxs girmişlər.Onlar notariusdan çıxandan sonra torpaq sahəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsini imzalaqılarını bildirmişlər.Həmin vaxt İsmayıl ona torpaq sahəsinin pulunu 3600 manat pul vermişdir. Sənəddə torpaq sahəsinin sahibi Sahibqurana verilməli olan 1600 manat pulu Sabirə vermiş, 2000 manat pulu isə özünə götürmüşdür. Sonra ona məlum olmuşdur ki, İsmayıl torpaq sahəsini müştəriyə Rövşənə 6800 manata satmışdır. İsmayıl və onunla bir yerə olan digər torpaq alqı-satqısı ilə məşğul olan şəxslərin həmin puldan nə qədər götürdüklərini bilməmişdir. Bir müddət sonra torpaq sahəsi alan Rövşən və ona göstərilən torpaq sahənin alqı-satqı müqaviləsində olan torpaq sahəsinin olmadığını biləndən sonra şikayət etmişdir. Qeyd etmişdir ki, həmin ərazidə olan torpaq sahəsi Şahid3 olmuş və Rüfətin torpaq sahəsinə dair müvafiq sənədləri də olmuşdur.Rüfət demişdir ki, torpaq sahəsini satacaq, lakin torpaq sahəsini satmağını ona tapşırmamışdır.Sabir, Musabi və İsmayıl müştərilərə göstərilən torpaq sahəsinin Sahibqurana məxsus olmadığını bilmirmişlər, Sahibquran da elə bilirmiş ki, həqiqətən satılan torpaq sahəsi öz torpaq sahəsidir. Nəzərdə tutmuşdur ki, sonralar Rüfət ilə danışıb ona pul verib həmin torpaq sahəsi satdığı şəxslərə göstərilən torpaq sahəsinin sənədlərini verəcək. Lakin bu mümkun olmamış və həmin şəxslər də şikayət etmişlər. Torpaq sahəsinin satılmasında köməklik edən torpaq sahəsinin alqısatqısı ilə məşğul olan şəxslərə ancaq zəhmət haqqı vermişdir. Zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə ev almaq üçün 2018-ci ilin təxminən avqust ayında internet sayıtında Emin adlı şəxsin, Suraxanı rayonu Əmircan qəsəbəsində ev satdığını görmüş və onunla zəngləşərək, satdığı evinə gedib baxmış, lakin ev xoşuna gəlməmişdir. Emin ona Məhəmmədi kəndində satmağa yaxşı torpaq sahəsi olduğunu demiş və buna görə oğlu Vüqar ilə xx xxxxxxxx 2018-ci il tarixdə Eminin satmağa təklif etdiyi Məhəmmədi kəndində gedib, orada Emin ilə görüşmüşdür. Emin onların yanında İsmayıl adlı maklerə zəng edib, harda qalmasını, müştəri gəlib torpaq sahəsinə baxmaq istədiyini, gəlib torpaq sahəsini ona göstərməsini demişdir. Təxminən 20-30 dəqiqədən sonra tanımadığı İsmayıl adlı makler gəlmiş və tanış olmuşlar. Emin ilə İsmayıl onları Məhəmmədi kəndində yaşayış binaların arxasındakı açıqlıq olan torpaq sahəsinə aparıb, oranı satdıqlarını demişlər. Həmin torpaq sahəsindən xoşu gəldiyi üçün onlara 10 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Emin 10 sot torpaq sahəsini 11.000 manata satması barədə dediyi qiymətə razı olmuşdur. Emin əli ilə 10 sot torpaq sahəsini ona göstərib, bura sənindir, istəyirsən sənin üçün hasarda çəkdirim, hasar çəkdirmək üçün pul verməli olduğunu demişdir. Lakin onun hasar çəkdirməsinə razı olmamışdır. Emin və İsmayıl ilə aralarında olan razılığa əsasən ona göstərdikləri torpaq sahəsini onlardan rəsmi qaydada almaq üçün xx xxxxxxxx 2018-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərindəki 2 saylı notariat kontoruna, sənədləşmə aparılması üçün arvadı Svetlana Mehdiyava, oğlu Vüqar Mehdiyev ilə getmişdir. Emin və İsmayıl, sonradan adlarını öyrəndiyi torpağın sahibi Sahibquran, Sabir adlı şəxslər orada olmuşlar. İsmayıl orada sənədlərin hazırlanması adı ilə ondan 500 manat almışdır. Sonra arvadı Svetlana ilə Sahibiquran notarisun yanına 10 sot torpağın sahəsinin alqı-satqı yolu ilə Svetananın adına rəsmiləşdirməyə girmişlər və onlar notariusda sənədlərə imza edib, çıxdıqdan sonra Eminin təklifi ilə 10 sot torpaq sahəsi üçün 11000 manat pulu sayıb Sabirə vermişdir. Oradan gedəndə Emin ondan 200 manat şirinlik adı ilə almışdır. Həmin vaxta qədər Emin və İsmayılın ona dediklərinə tam inanmışdır. Oradan Abşeron rayonundakı Daşınmaz Əmlakın Dövlət Ryestri xidmətinə aldığı torpaq sahəsinin rəsmiləşməsi ilə əlaqədar müraciət edərək, sənədləri oraya təqdim etmişdir. Bir neçə gündən sonra Daşınmaz Əmlakın Dövlət Ryestri xidmətinə getmiş, orada Emin və İsmayılın ona göstərdikləri 10 sot torpaq sahəsinin başqasına məxsus olduğunu, arvadının adına rəsmiləşmiş 10 sot torpaq sahəsinin isə Emin və İsmayılın ona göstərdikləri torpaq sahəsindən təxminən 3km. uzaqda olan bataqlıq, üstündən yüksək ekektrik cərayanı və boruların keçdiyi bir sahə olduğunu öyrənmişdir. Eminə zəng edib onunla və İsmayıla görüşərək niyə onu aldatdıqlarını soruşduqda, onlar həmin torpaq sahəsinin Müsabi adlı şəxsə məxsus olduğunu, zəng edib bu işə aydınlıq gətirmək üçün Müsabini çağıracaqlarını demişlər. Müsabi dedikləri şəxsə zəng etmişlər, lakin həmin şəxs bu işə qarışmadığını və onun bu işdə iştirakı olmadığını deyib gəlməmişdir. Sonra Emin və İsmayıl ona başqa yerdə torpaq sahəsi verəcəklərinə, ya da pulunu qaytaracaqlarına söz vermişlər. Lakin onlar sonradan müxtəlif bəhalər gətirərək ona torpaq sahəsi verməmiş və pulunu qaytarmamışlar. Hazırda ona dəymiş ziyandan 1900 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, ona görə də onun Təqsirləndirilən şəxs qarşı qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul ayında özünə fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi almaq istəmiş, bununla əlaqədar elanları izləmişdir. Qəzetdə Abşeron rayonu, Məmmədli kəndi ərazisində torpaq sahəsi satılması barədə elan elanı oxuduqdan sonra, elanda göstərilən telefon nömrəsinə zəng edərək, əlaqə saxlamışdır. xx xxxx 2018-ci il tarixdə həmin şəxslə görüşüb Məmmədli kəndində satışa qoyulmuş torpaq sahəsinə baxmış, lakin xoşu gəlmədiyi üçün almamışdır. Həmin torpaq sahəsini satan şəxslərin yanında olan İsmayıl adlı şəxs ona yaxınlaşıb torpaq alqı-satqısı ilə məşğul olduğunu və onda satışda torpaq sahələrinin olduğunu demişdir. İsmayıl ona Məməmdli kəndində yolun kənarında 6 sot torpaq sahəsini göstərib tanışları tərəfindən həmin torpaq sahəsinin x xxxxxxx 3000 manata satıldığını bildirmişdir. İsmayıla qiymət ilə razılaşmadığını, torpağın sahibinə zəng edərək danışmasını və qiymətdən bir az aşağı düşməsini dedikdən sonra, İsmayıl onun yanında kiməsə zəng edib, Məmmədli kəndində yolun kənarındakı ona göstərdiyi torpaq sahəsinin satılıb-satılmadığı ilə maraqlanmış və qiymətini bir az aşağı istədiyini demişdir. İsmayıl həmin şəxslə danışıb qurtarandan sonra həmin torpaq sahəsinin boş olduğunu, sənədi olmasını, x xxxxxx 2700 manata satıldığını demişdir. İsmayıl ilə razılaşmış və torpağa görə ona 100 manat beh vermişdir. Səhəri gün yəni, xx xxxx 2018-ci il tarixdə İsmayıl və Rafiq adlı şəxslə Xırdalan şəhərində 2 saylı notariat kontorunun qarşısında görüşdükdə, İsmayıl ona torpaq sahəsini Rafiqin satdığını və pulun Rafiqə çatacağını demişdir. Rafiq isə ona həmin torpaq sahəsinin Məhəmədi kəndində yaşayan X2 məxsus olduğunu, Sahibquran torpağı satması üçün ona etibarnamə verdiyini demişdir. Həmin vaxt Sahibquran özü də Rafiqlə gəlmişdir. Notariusda Sahibquranla 0.06 ha torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlamış, sonra İsmayılın yanında Rafiqə 16000 manat pul vermişdir. 250 manat isə notariusda müqavilə ilə bağlı ödəmişdir. Müqavilə bağlandıqdan sonra İsmayıla, torpağın sənədlərini öz adına keçirmək üçün Daşınmaz Əmlakın Reyestri idarəsinə gedək sənədləri hazırlamaqda ona köməklik etməsini demişdir. İsmayıl ona narahat olma sənədləri hazırlayacağını demişdir. İsmayılla alqı-satqı müqaviləsini DƏDRX-nə veridikdən sonra ona 20 gün ərzində cavab veriləcəyi bildirilmişdir. xx xxxx 2018-ci il tarixdə DƏDRX-nə getmiş, ona sənədin hazır olmadığı deyilmişdir. Bir neçə dəfə dövlət reyestr xidmətindən sənədin hazır olması ilə maraqlanmış və orada ev tikmək istədiyini demişdir. Orada ona satılan torpaq sahəsində ev tikmək nəzərdə tutulmadığını, həmin yer kənd təsərrüfat təyinatla torpaq olduğu, ona göstərilən torpaq sahəsin başqa şəxsə məxsus olduğu deyilmişdir. Bununla bağlı ona rəsmi məktub da verilmişdir. Bundan sonra İsmayılla telefon əlaqəsi saxlayıb, bu barədə ona deyərək, onu aldatdıqlarını, Rafiqlə danışmasını və pulunu qaytarmasını, ya da göstərilən torpağı alıb verməsini demişdir. Bundan sonra İsmayıl Rafiqlə əlaqə saxlayıb, onunla gürüşmüşdür. Rafiq hər dəfə ona vaxt verilməsini, yaxın müddətdə pulu qaytaracağına söz verməsinə baxmayaraq pulunu qaytarmamışdır. Sonradan Rafiq zənglərinə cavab verməmiş, onunla görüşməkdən yayınmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödəniulmişdir, ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə ev tikmək üçün torpaq almaq məqsədilə xx xxxxxx 2018ci il tarixdə sosial şəbəkədə elanlara baxarkən Allahverdi, sonradan adının X12 adlı şəxsin Abşeron rayonu Məmmədli kəndində torpaq sahəsi satdığını görmüş və elanda qeyd edilmiş əlaqə nömrəsi ***-***-**-** zəng etmiş və satılan torpaq sahəsinə baxmaq istədiyini və 1 sotun qiymətini soruşmuşdur. Telefonda onunla danışan Vidadi torpaq sahəsinin x xxxxxx 1700 manata satdığını bildirmiş və onun dediyi qiymətə razı olmuşdur. Aralarında olan razılığa əsasən səhəri gün yəni, xx xxxxxx 2018-ci il tarixdə, saat 14 radələrində Vidadi və onun bacısı oğlu Cabir ilə Abşeron rayonu Məmmədli kəndi ərazisində görüşdükdə, Vidadi ona ümumi ərazini göstərərək satıldığını və hara xoşuma gəlirsə seçməsini təklif etmişdir. Hasarın yaxınlığından 4 sot torpaq sahəsi seçərək oranı almaq istədiyini dedikdə, Vidadi həmin yeri ona satdığını demişdir. Vidadiyə həmin torpaq sahəsinə qaynatasını gətərib baxmasını təklif etmiş və Vidadi razılığını bildirmişdir. Səhəri gün yəni, xx xxxxxx 2018-ci il tarixdə, saat 14 radələrində qaynatası X11 ilə Məmmədi kəndində Vidadi və Cabir ilə görüşmüşlər. Bəyəndiyi yeri qaynatasına Vidadi göstərib ona satdığını bildirmişdir. Vidadinin təklifi ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 18 radələrində Vidadi və Cabir ilə Bakıxanov qəsəbəsində Bakıxanov heykəlinin yanında Vidadiyə 4 sot torpaq sahəsinə görə 200 manat beh vermişdir. Vidadi ona 3-4 günə alqı-satqı üçün Xırdalan şəhərinə gələcəyimi deyib getmişdir. xx xxxxxx 2018-ci il tarixdə Vidadi ona zəng edərək səhəri gün saat 09 radələrində Sabunçu rayonu “Komsomol” dairəsi deyilən yerdə olmağını demişdir. Buna görə səhəri gün arvadı Şahid2 ilə birlikdə 6600 manat pulu götürüb həmin yerdə Vidadi və Cabir ilə görüşmüş, oradan Vidadinin idarə etdiyi avtomobili ilə Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontorunun qarşısına gəlmişlər. Orada Vidadi, Cabir, sonradan adını bildiyi İsmayıl və Sahibquran adlı şəxslər olmuşdur. Vidadi ona işlərin həll olunmağa başlanması üçün pulu verməsini dedikdə, arvadı Vəfa, Cabir və İsmayılın yanında Vidadiyə notarius binasının qarşısında saxladığı, qara avtomobilin içində 6600 manat pulu vermişdir. Vidadi pulu sayaraq götürmüşdür. Həmin vaxt İsmayıl sənədləşəmə üçün 500 manat pul Vidadidən istəmişdir. Bu vaxt Vidadi İsmayıl ilə birlikdə onlardan təxminən 10-15 metr kənara getmiş, təxminən 10 dəqiqədən sonra Vidadi qayıdaraq torpaqla bağlı bütün işləri həll etdiyini və sənədləşəmə işində İsmayılın onlara köməklik edəcəyini deyib, getmişdir. Bundan sonra arvadı Vəfa ilə Sahibquran adlı yaşlı kişi arasında notariusda daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, notariusda onlara həmin alqı-satqı müqaviləsi ilə Əmlak Komitəsinin Abşeron rayon şöbəsinə getməklərini və oradakı əməkdaşların iştirakı ilə torpağın ölçülməsi prosesindən sonra onlara torpağa dair çıxarış veriləcəyini demişlər. xx xxxxxx 2018-ci il tarixdə arvadı Vəfa ilə birlikdə Əmlak Məsələləri üzrə Dövlət Reyster Xidmətinin 4 saylı X14 bu barədə müraciət etmişdir. Bir neçə gündən sonra Əmlak Məsələləri üzrə Dövlət Reyster Xidmətinin 4 saylı X13 işçisi həmin aldıqları torpaq sahəsinə gəlb baxdıqdan sonra aydın olmuşdur ki, Vidadi və Cabirin ona göstərib satdıqları 4 sot torpaq sahəsini yox, həmin yerdən 4500metr aralı torpaq sahəsi notariusda arvadının adına sənədləşib və həmin torpaq sahəsi başqa, tanımadığı şəxsə məxsusdur. Buna görə Əmlak Məsələləri üzrə Dövlət Reyster Xidmətinin 4 saylı X19 tərəfindən ona heç bir sənəd verilməmişdir. Vidadi, tanışları Cabir və İsmayıl ilə onu aldatmışlar. Bundan sonra Vidadiyə zəng edib bu barədə ona deyərək, pulunu qaytarmasını tələb etdikdə, Vidadi pulunu qaytaracağına söz verməsinə baxmayaraq, pulunu qaytarmamışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödəniulmişdir, ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid6 şahid qismində elan edilmiş ifadəsindən görünür ki, 2018-ci ilin yanvar ayından Bakı şəhəri və Abşeron rayonun ərazilərində torpaq və ev alqısatqısı ilə məşğul olur, lakin bununla bağlı ofisi yoxdur. Təxminən 2018-ci ilin yanvar-fevral aylarında Sulutəpə qəsəbəsində yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs ona Abşeron rayonun Məhəmmədi kəndində, yeni tikilmiş yaşayış binaların yaxınlığında 1 hektar torpaq sahəsini göstərmiş, oranı satmaq üçün müştəri tapmasını ona demişdir. Həmin torpaq sahənin satılması üçün tanışı torpaq alqı-satqısı ilə məşğul olan İsmayıl ilə görüşdükdə, bu barədə ona deyərək, həmin torpaq sahəni göstərmişdir. Bundan sonra İsmayılı, Rafiq ilə görüşdürmüş və torpaq sahəsinin qiyməti barədə onlar razılaşmışlar. Rafiq torpağın x xxxxxxx 1000 manata satması barədə İsmayıla və ona tapşırmışdır. Bir neçə aydan sonra İsmayıl ona həmin torpaq sahəsindən 0.10 ha sahəni almağa müştəri tapdığını, sənədləşmə aparılması üçün Xırdalan şəhərində yerləşən notariat kontoruna gəlməsini demişdir. Buna görə həmin notariat kontoruna getmiş və orada İsmayıl, Sabir və torpaq sahəsini almağa gəlmiş Ağaqulu adlı şəxslə oradakı çayxanada görüşmüşdür. Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar notariusun yanına kimlərin imza etməyə girdiyini bilməyir. Torpaq sahəsinin alqı-satqısı rəsmiləşdikdən sonra Sabir, ya da İsmayıl ona 200 manat zəhmət haqqı vermişdir. Qeyd etmişdir ki, onun və digrə torpaq alqı-satqısı ilə məşğul olan İsmayıl, Eminin həmin torpaq sahəsinin alqı-satqısında maddi maraqları olduğundan, özlərinə düşən pulu almaq üçün notariat kontoruna gəlmişlər. Bir neçə gündən sonra İsmayıl ona, torpaq sahəsin almış Ağaqulu ona göstərilən torpaq sahəsinin yox, başqa ərizidə torpaq sahəsinin satıldığını bildirmiş və buna görə verdiyi pulların qaytarılmasını tələb etdiyini demişdir. Sonradan Ağaqulunun bu barədə polisə şikayət etdiyini eşitmişdir. Onun adı rəsmi sənədddə Müsabidir, ancaq bəzi adamlar ona Müsafir deyirlər.2018-ci ilin avqust ayında İsmayıl ona zəng edərək demişdir ki, Rafiqin torpağından 4 sotu almaq istəyən var. Bu barədə zəng edib əmisi oğlu Rafiqə demiş və Rafiq də ona demişdir ki, Sabirə deyəcək və torpaq sahəsinin sahibi sənədləri ilə birlikdə Xırdalan şəhəri 2 saylı notariusa gələcək. Bu barədə zəng edib İsmayıla deyərək özü də Xırdalan şəhəri 2 saylı notariusa gəlmişdir. İsmayıl da orada olmuş və orada bilmişdir ki, torpaq sahəsinə İsmayıl Vidadi adlı şəxsin vasitəsi ilə müştəri tapmışdır.Həmin müştəri Rövşən adlı şəxs olmuşdur. Aradan bir qədər sonra torpaq sahəsinin sahibi Sahibquran adlı yaşlı kişi də ora gəlmiş və onlar notariusda alqı-satqı etmişlər.Ancaq torpağın hansı qiymətə satıldığını bilməmişdir. Rafiq də orada olmuş və torpaq sahəsinin satılmasında müştəri tapdıqlarına görə ona da Rafiq 200 manat zəhmət haqqı vermişdir. Sonra məlum olmuşdur ki, Rafiqin satmağını onlara tapşırdığı həmin torpaq sahələri heç Rafiqin deyilmiş, torpaq sahəsi başqa şəxsin olmuşdur.Onlar elə bilirmişlər ki, göstərdikləri torpaq sahəsinin sahibi həqiqətən həmin Sahibquran adlı yaşlı kişidir.Ancaq sonra məlum olmuşdur ki, Sahibquranın torpaq sahəsi başqa ərazidə olmuşdur. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşdur. Abşeron rayonu, Məmmədli qəsəbəsi, “Yanar dağ”ın yaxınlığında qonşusu, hazırda vəfat etmiş Sahibqurana məxsus torpaq sahəsi yerləşir. Təxminən bir il əvvəl Sahibquran həmin torpaq sahəsini hissə-hissə satdığını ona bildirmiş və torpağın bir sotunu 500 manata satdığını demişdir. Bu barədə makler Təqsirləndirilən şəxs demiş və onunla həmin torpaq sahəsinə gedərək torpaq sahəsini Rafiqə göstərmişdir. xx.xx.2018-ci il tarixdə Rafiq ona zəng edib həmin torpaq sahəsindən 10 sot ölçüdə torpaq sahəsini bir nəfərin almaq istədiyini, həmin torpaq sahəsinin qiymətini alıcıya 11000 manatadediyini bildirmiş, qalan pulu isə qazanc kimi əldə edəcəklərini demişdir. Bu barədə Sahibqurana dedikdə Sahibquran onun 10 sot torpaq sahəsinin pulunun 5000 manat olduğunu bildirmişdir. Səhəri gün Sahibquranla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontoruna gədərək, orada İsmayıl, Müsabi, Elmin və adını sonradan Ağaqulu olduğunu bildiyi alıcını ilk dəfə orada görmüşdür. Həmin natoriat kontorunda Sahibquran Ağaqulu adlı alıcının arvadına 10 sot torpaq sahəsini etibarnamə ilə vermiş və orada yəni, notariusda Ağaqulu ona 10500 manat pul verib, getmişdir. İsmayıl orada Ağaquludan 500 manat beh aldığını demişdir. Həmin puldan 5000 manatı torpaqın sahibi Sahibqurana vermişdir. Sahibquran ona 300 manat zəhmət haqqı olaraq pul vermişdir. Rafiq ona zəng edərək puldan 3500 manatı İsmayıla, 100 manat Müsabiyə, qalan pulu isə ona verməsini demişdir. Buna görə Rafiqin dediyi kimi edərək, elə orada 3500 manat pulu İsmayıla, 100 manat da Müsabiyə, həmin günü Rafiq ilə görüşərək 1900 manat pulu ona vermişdir. Sabunçu rayon Polis darəsinə çağırılandan sonra orada Ağaquluya Sahibquranın torpaq sahəsinin deyil, İsmayıl ilə Emin Ağaquluya başqa yerdə torpaq sahəsi göstərdiklərini bilmişdir. 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs adlı makler tanışı ona zəng edərək Abşeron rayonun Məmmədli kəndində 4 sot torpaq sahəsi alımağa müştəri olduğunu, əgər satlıq torpaq sahəsi olduqda ona xəbər verməyimi demişdir.Qonşum Sahibquran sağlığında həmin kənddə olan 2 hektardan çox olan torpaq sahəsini satmaq üçün müştəri tapmağını ondan xahiş etmişdir. Buna görə Rafiqə satmağa 4 sot torpaq sahəsi, 1 sotunun 400 manata satıldığını demişdir. Rafiq ona müştəri ilə danışdıqdan sonra xəbər edəcəyini demişdir. Sabahı günü Rafiq ona zəng edərək demişdir ki, torpaq sahəsinin sahibi ilə 4 sot torpaq sahəsini alan müştəri ilə alqı satqı aparılması üçün onu sabahı günü Xırdalan şəhərindəki 2 saylı notariat kontoruna aparsın. O, da sabahı günü Sahibquranı 2 saylı notarit kontoruna səndəlşmə aparılması üçün aparmışdır. Notarit kontoruna o, Sahibquran ilə birlikdə getmiş, Rafiqi orada tək görmüş, torpaq sahəsini alan müştərini isə görməmişdir. Sonra torpaq sahəsini almağa gəlmiş müştərinin adının Rövşən olduğunu orada bilmişdir. Rafiq müştərinin şəxsiyyət vəsiqəsi ilə Sahibquranla birlikdə notariusun yanına 4 sot torpaq sahəsinin alqı-satqısını səndələşdirilməsi üçün girmiş, alqı satqı barədə sənədləşmə aparılldıqdan sonra Rafiq onun yanında 4 sot torpaq sahəsinin alınması ilə əlaqədar Sahibqurana 1600 manat pul vermişdir. Puldan 2000 manat Rafiq özünə götürmüşdür. Orada Rafiqdən ayrılıb, Sahibquranı yaşadığı evinə aparmışdır. Rafiq buna görə ona pul verməmiş, ancaq Sahibruqan ona zəhmət haqqı olaraq 100 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1997-ci ildən Bakı şəhəri və Abşeron rayonun ərazilərində torpaq və ev alqı-satqısı ilə məşğul olur, lakin ofisi yoxdur. Zərərçəkmiş şəxs2 ilə xx.xx.2018-ci il tarixdə müştəri kimi tanış olmuşdur. Akif həmin vaxt Abşeron rayonu, Məmmədli kəndi ərazisində torpaq sahəsi almaq istədiyini bildirmiş və ona kəndin ərtazisində satılmağa qoyulmuş bir neçə torpaq sahəsini göstərmişdir. Tanışı Müsabinin satdığı torpaq sahəsindən Akifin xoşu gəlmişdir. Torpaq sahəsinin 6 sot olduğunu, x xxxxxx 3000 manata satıldığını Akifə dedikdə, Akif qiyməti bir az aşağı olsa alacağını dedikdə, Müsabiyə zəng vurub Məmmədli kəndində ona satıldığını dediyi 6 sot torpaq sahəsini almaq üçün müştəri olduğunu, qiyməti bir az aşağı düşməsini demişdir. Müsabi torpaq sahəsinin x xxxxxx 2700 manata satdığını, Akifə dedikdə, Akif razılaşmışdır. Akifə şəxsiyyət vəsiqəsinin surətini və 100 manat beh verməsini, sabah alqı-satqı üçün Xırdalan şəhərindəki notariusa getməsini demişdir. Həmin gün Xırdalan şəhərində notariusun qarşısında MüsabivəMüsabinin əmisi oğlu Rafiq ilə görüşmüşdür. Akif isə bir nəfər yaşlı qadınla gəlmişdir. Müsabi torpaq sahəsinin sahibi Rafiq olduğunu və Rafiqin sənədləşmə işi ilə məşğul olacağını demişdir.Akif və yanında olan qadın Rafiqlə birlikdə notariusa sənədləşmə aparılması üçün girmişlər. Təxminən yarım saatdan sonra Akif və Rafiq gəlmişlər. Akifdən aldığı 100 manat behi notariusun qarşısında özünə qaytarmışdır. Akif orada onun yanında Rafiqə 16000 manat pulu, 6 sot torpağı almaq üçün vermişdir. Onlar alqı-satqı imzaladıqdan sonra, Akif torpağa dair çıxarış almaq üçün köməklik edəcəyini demişdir. Akif və onunla gəlmiş qadınla Reyest idarəsinə getmiş və torpaqğa dair sənədləri idarəyə təqdim etmişdir. Akifə torpaq sahəsi almaqda kömək etdiyi üçün ona 100 manat hörmət etmişdir. Təxminən 1 ay sonra Akif ona zəng edərək Reyestr xidmətindən mütəxəssisin gəlib torpağa baxış keçirdiyini, həmin torpaq sahəsin neft şirkətinin ərazisinə düşdüyünü demişdir. Sonradan aydın olmuşdur ki, Rafiq ona və Akifə göstərdiyi torpaq sahəsinin sənədlərini deyil, başqa ərazinin sənədləri əsasında alqı-satqı aparmışdır, həmin ərazinin harada olmasını bilmir. Müsabi ona Məmmədli kəndində yerləşən 6 sot torpaq sahəsini göstərib, həmin yerin əmisi oğlu Rafiqə məxsus olduğunu, oranı satdığa qoyduğunu demişdir. Həmin torpaq sahəsinin başqasına məxsus olmasını bilməmişdir. Bu barədəona Müsabi və Rafiq deməmişlər. Bununla bağlı Akif, Rafiqlə bir neçə dəfə görüşüb pulunu geri istəmiş, lakin Rafiq Akifə söz versə də pulu qaytarmamışdır. Bu səbəbdən Akif şikayət etmişdir. Bundan təxminən 20 gün sonra, 2018ci ilin yay aylarında, dəqiq tarix yadında deyil, torpaq alqı satqısı ilə məşğul olan Şahid6 ona, Rafiq adlı əmisi oğlunun Abşeron rayonun Məhəmmədi kəndində, yeni tikilmiş yaşayış binaların yaxınlığında 10 hektar torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini satmaq istədiyini, həmin torpaq sahələrinə müştəri olsa ona deməsinini bildirmişdir.Müsabi həmin satılmalı olan torpaq sahəsini ona göstərmişdir. xx xxxxxxxx 2018-ci ildə özü də bu barədə torpaq alqı-satqısı ilə məşğul olan tanışı Eminə demişdir. Təxminən bir gündən sonra Emin ona zəng edib həmin torpaq sahələrinə müştəri olduğunu demişdir. Emin və onun tapdığı müştəri Zərərçəkmiş şəxs3, arvadı Svetlana və oğlu yanına gəlmişlər, onlara Müsabinin satmaq istədiyi torpaq sahəsini göstərmiş, oradan 10 sot torpaq sahəsi almaq istədiklərini ona bildirmişlər. Müsabiyə zəng edib torpaq sahəsinin 10 sotunu almağa müştəri gəldiyini demiş, Müsabi 10 sot torpaq sahəsini 11000 manata satdığını müştərilərə bildirmişdir. Ağaqulu həmin qiymətə razılaşmış və orada Ağaquludan 500 manat beh almışdır. Aralarında olan razılığa əsasən sabahı günü torpaq sahəsinin satışını rəsmiləşdirmək üçün birlikdə o, Ağaqulu, arvadı Svetlana, oğlu, həmçinin Emin, Müsabi Abşeron rayonu 2 saylı notariat kontoruna gəlmişlər. Müsabi orada Rafiqə zəng etdikdən sonra, Rafiq də ora gəlmişdir. Beh aldığı 500 manat pulu orada Rafiqə vermişdir. Rafiq 500 manatı aldıqdan sonra oradan getmiş, təxminən 1 saatdan sonra Sabir adlı şəxs ora gəlmişdir. Müsabi ona Sabiri göstərib torpağın sənədləri Sabirin adına olduğunu və sənədləşməni Sabir müştərilər ilə aparacağını demişdir. Sabir və alıcılar notarisun yanına sənədləşmə ilə əlaqədar girmiş və orada aralarında notariat qaydasında alqı-satqı müqavilə imzalanmışdır. Sonra Ağaqulu, arvadı və oğlu aldıqları 10 sot torpaq sahəsinin pulunu 10500 manat pulu sayıb Sabirə onun yanında vermişdir. Alqı-satqı qurtardıqdan sonra ona zəhmət haqqı kimi Müsabi 200 manat və müştəri Ağaqulu da 200 manat Eminə zəhmət haqqı kimi vermişdir. Təxminən bir aydan sonra Ağaqulu və oğlu ona zəng edərək, ona göstərdiyi torpaq sahəsi yox, müqavilədə başqa yerdə olan torpaq sahəsi satıldığını, onu aldatdıqlarını deyərək, narazılıq etmişdir.Zərərçəkmiş şəxs2 aldadıldığını, Zərərçəkmiş şəxs3 torpaq sahəsi satıldıqdan 2 ay sonra bilmişdir. Müsabi ona satılmaq üçün göstərdiyi torpaq sahəsini müştərilər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 göstərmişdir. Bundan başqa təxminən 2 il əvvəl Müsabi Abşeron rayonu Məmmədli kəndi ərazisində torpaq sahəsi satan şəxs kimi tanış olmuşdur. X8 isə təxminən 4-5 il olar ki, torpaq alqı-satısı ilə məşğul olan şəxs kimi tanımışdır. Müsabi ona 2018-ci ilin iyun ayında Abşeron rayonu Məmmədli kəndi ərazisində torpaq sahələri göstərərək həmin torpaqların əmisi oğlu Rafiqə məxsus olduğunu və satdığını demişdir. Müsabiyədemişdir ki, əgər həmin torpağı almağa müştəri tapsa hansı məbləğdə pul alsın. Müsabi də ona həmin torpağın sotunu 1000 manata satdığını və hər sota görə ona 50 manat pul verəcəyini dedikdə, Müsabi ilə razılaşmışdır. Daha sonra Allahverdi kimi tanıdığı X9 Məmmədli kəndində torpaq sahəsi olduğunu və müştəri olarsa məlumat verməsini demişdir. Vidadi də ona demişdir ki, əgər torpaq sahəsi almaq istəyən olarsa ona bu barədə məlumat verəcək. Bundan sonra Vidadi ilə Məmmədli kəndində görüşmüş və Vidadiyə satışda olan torpaq sahələrini göstərmişdir. Vidadi həmin torpaq sahələrinə baxıb getmişdir. Vidadi təxminən xx xxxxxx 2018-ci il tarixdə axşam saatlarında ona zəng edərək, görüşməyi təklif etmişdir. Həmin gün Vidadi ilə Suraxanı rayonu Ramana qəsəbəsi deyilən yerdə “Karvan” kafesinin yaxınlığında görüşmüşdür. Həmin vaxt orada Vidadinin Cabir adlı bacısı oğlu olmuşdur. Vidadi ona Məmmədli kəndi ərazisində satışda olan torpaq sahəsindən 4 sot hasar istiqamətində almağa müştəri tapdığını demişdir. Vidadiyə müştərini aparıb həmin yeri göstərməyini demişdir.Bu vaxt Vidadi həmin yeri müştəriyə göstərdiyini və müştəri torpaq sahəsini almaq istədiyini və həmin 4 sot torpaq sahəsinə görə 4000 manat verməyə hazır olduğunu demişdir. Vidadinin yanında Müsabiyə zəng edərək 4 sot torpaq sahəsini almağa müştəri tapdığını və nə vaxt alqı-satqı etməli olacağını demişdir. Müsabi də ona xx xxxxxx 2018-ci il tarixdə müştəri ilə birlikdə Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariat kontoruna gəlməklərini demişdir. Bu barədə Vidadiyə deyərkən Vidadi də bu işə razılıq vermişdir. xx xxxxxx 2018-ci il tarixdə, saat 10 radələrində, qudası X6 avtomobili ilə birlikdə Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontoruna gəlmişlər. Həmin vaxt orada Müsabi və Rafiq ilə görüşmüşlər. Bu vaxt Rafiq ondan torpağı almaq istəyən müştərinin harda olduğunu soruşmüş, Vidadiyə zəng edərək harda olmaqlarını soruşmuş, Vidadi isə ona yarım saata çatacaqlarını demişdir. Bundən təxminən 25-30 dəqiqə sonra Vidadi, sonradan adını bildiyi Rövşən adlı şəxslə onların yanına gəlmiş, orada bilmişdir ki, torpağı alan həmin Rövşən adlı şəxsdır. Bundan sonra Rövşən orada torpağı arvadı Vəfanın adına alacağını deyərək, Rövşən arvadı Vəfa ilə birlikdə alqı-satqı üçün notariat kontoruna daxil olmuşlar. Təxminən 1 saat sonra alqı-satqı bitmiş, bundan sonra notariat kontorunun yan tərəfində Vidadi onaəvvəlcədən razılaşdığı kimi 4000 manat pulu sayıb vermişdir. Həmin vaxt orada onlardan başqa Rafiq, Müsafir, İlham olmuşdur. Həmin pulu yenidən sayaraq Rafiqə vermişdir. Bundan sonra Rafiq həmin şəxslərin yanında ona və əmisi oğlu Müsabiyə torpağın satılmasında kömək etdikləri üçün hər bir nəfərə 200 manat pul vermişdir. Ondan sonra hər kəs oradan dağılışıb getmişlər.Vidadi ona 4000 manatdan artıq pul verməmişdir. X3 adlı şəxsi tanımır, heç bir münasibəti olmamışdır. Həmçinin həmin torpaq sahəsinin Sahibquran Rəhimova məxsus olmasını da bilməmiş, həmin torpaq sahəsinin Rafiq adlı şəxsə məxsus olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, yaşadığı Abşeron rayonu Məhəmmədi kəndində atası X1 adına 2 hektar 14 sot pay torpaq sahəsi vardı. Atası həmin torpaq sahəsini satmağı kənddə yaşayan torpaq alqı-satqısı ilə məşğul olan Sabirə tapşırmışdır. Eşitdiyinə görə Sabir həmin torpaq sahəsindən 2 dəfə atasının iştirakı ilə satmışdır. Belə ki, Sabir müştərini və atasını notariat kontoruna aparıb rəsmi qaydada alqı-satqı müqaviləsi imzalamaqla torpaq sahəsini satmışdır. Sabirin torpaq sahəsini hansı qiymətə satdığını və atasına nə qədər pul verdiyini bilmir. Sabirin satdığı torpaq sahəsinə görə atasına pul verdiyini görməmişdir. Sabirin torpaq sahəsini satdığı müştəriləri tanımır, bu barədə başqa heç bir məlumatı yoxdur. Atasının adına olan həmin torpaq sahəsinin satılması və ya nə qədər qalmasını bilmir, bu barədə heç bir məlumatı yoxdur. Sonra atası xəstə olduğundan əvvəl ev şəraitində, sonra Sabunçu rayonunda 3 saylı xəstəxanada və daha sonra isə Mərkəzi Klinikada müalicə olunmuş və xx xxxxxxxx 2018-ci il tarixdə atası vəfat etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X13 xx xxxxxxxx 2018-ci il tarixli, **********06 saylı məktubundan görnür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən X1 mülkiyyətində olan 2.145 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında satılmış 0,04 ha torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi ilə bağlı müayinə baxışı keçirilmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, həmçinin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşür.Bu səbəblərdən sözügedən torpaq sahəsinin sxenatik bölgüsünün tərtib edilməsi mümkun olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X13 xx xxxxxxxx 2018-ci il tarixli, **********86 saylı məktubundan görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən X1 mülkiyyətində olan 2.145 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında satılmış 0,06 ha torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi ilə bağlı müayinə baxışı keçirilmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, həmçinin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşür.Bu səbəblərdən sözügedən torpaq sahəsinin sxenatik bölgüsünün tərtib edilməsi mümkun olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X13 xx xxxxxxxx 2018-ci il tarixli, **********34 saylı məktubundan görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən X1 mülkiyyətində olan 2.145 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında satılmış 0,10 ha torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi ilə bağlı müayinə baxışı keçirilmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, həmçinin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşür.Bu səbəblərdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkun olmamışdır. xx xxxxxx 2018-ci il tarixli, 972187 nömrəli “Ölüm haqqında şəhadətnamə”də göstərilmişdir ki, X3 xx xxxxxxxx 2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 320.1, 178.3.2ci maddələri ilə təqsirli bilinərək, 06 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına 03 il şərti sınaq müddətinə məhkum edilmiş, xx xxxxxx 2017-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 -ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı törətdiyi əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın böyük qismini ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hazırlıq iclasının qərarına əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdən isə müdafiəçinin vəsatəti əsasında “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu, eyni zamanda xx.xx.2019-cu il tarixdən hal-hazıradək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 10 (on) ay 27 (iyirmi yeddi ) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona ibtidai istintaqda və məhkəmədə dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəçisi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkil X5 göstərdiyi 20 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqında göstərdiyi hüquqi yardıma görə isə müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 70 saat hüquqi yardıma görə 420 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirsə də ərizəsindən görünür ki, dəymiş ziyandan 1900 manat məbləğində pul ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 qalan məbləğin ödənilməsi üçün mülki qaydada şikayət ermək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381,383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı 10 ay 27 gün müddət bir günə iki gün hesablanmaqla, ümumilikdə 01 (bir) il 09 (doqquz) ay 24 (iyirimi dörd) gün müddət ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs3 9100 manat məbləğində dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət ermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X5 göstərdiyi 20 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqında göstərdiyi hüquqi yardıma görə isə müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 70 saat hüquqi yardıma görə 420 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar