Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-97/2021 26.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən, 4-cü korpus, ev 140-da qeydiyyatda olmaqla yaşayan və Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində "həbs" qətimkan tədbiri seçilməklə axtarışa verilmiş, xx xxxxxx 2020-ci il tarixdən tutulmaqla, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdardan artıq miqdarda əldə etdiyi 0,251 qram ağ rəngli siqaret kağızına bükülmüş 1 bükümdə qəhvəyi rəngli, toz şəkilli kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində Cümə məscidinin yaxınlığında Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis idarəsinə gətirilib, idarənin xidməti otaqlarının birində üzərinə keçirilən şəxsi axtarış zamanı həmin əynindəki tünd göy rəngli idman şalvarının sol qabaq cibində saxladığı 1 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş içərisində təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin istifadəçisidir. xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi, Cümə məscidinin yaxınlığında 2 nəfər mülki paltarda olan şəxslərin ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etdiyini və narkotik vasitələrin istifadəsində və qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək onu Abşeron rayon Pİ-nə dəvət etmişdirlər. Polis idarəsində xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunub sonra isə üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sol qabaq cibindən siqaretin ağ kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin bükülünün içərisində olan narkotik vasitə heroinin ona məxsus olduğunu və həmin heroini xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 16 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir.Həmin narkotik vasitə olan heroin onun və müdafiəçisinin eləcədə polis əməkdaşlarının iştirakı ilə zərfə qoyulub möhürlənərək imzalanmışdır. Onun üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki zor və güc tətbiq edilməmişdir. Eyni zamanda həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün cibində saxladığını da qeyd etmişdir. O, narkotik vasitə qəbul etsədə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-də baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində olan zaman Novxanı kəndində Axundov küçəsi, ev 72-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Novxanı kəndi ərazisində Cüma məscidinin yaxınlığında qanunla qadağan olunmuş narkotik vasitələrin əldə edilməsi, istifadəsi və gəzdirməsi barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş-leytenantı Şahid2 iştirakı ilə Novxanı kəndində Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında izləməyə başlamışdırlar. Həmin vaxtı Təqsirləndirilən şəxs Novxanı kəndi Cüma məscidinin yaxınlığında tək dayandığını görmüşdürlər. Bundan sonra həmin şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib sonra isə onu Abşeron RPİnə şübhəli şəxs kimi dəvət etmişdirlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan tünd göy rəngli idman şalvarının sol qabaq cibindən siqaretin ağ kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini masanın üzərinə qoyub, həmin siqaretin ağ kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu və onun ona məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 16 manata özü istifadə etmək məqsədi ilə aldığını və aldığı kütləni özü istifadə etmək üçün üzərində saxladığını qeyd etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələr polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırıldı və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vuruldu. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olundu. Daha sonra tərtib olunmuş protokol ucadan oxundu və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəmə baxışında Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı video görüntüdə əynində tünd göy rəngli idman şalvarı olan şəxsin onun özü olduğunu bildirmişdir. Baxış keçirən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol qabaq cibindən siqaretin ağ kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini masanın üzərinə qoyub qapağını açmışdır. Həmin qutunun içərisində kakos adlandırılan narkotik vasitə olan heroin olmuş, həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan nə vaxt aldığı ondan soruşulmuş o da həmin heroini xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 16 manata özü istifadə etmək məqsədi ilə aldığını və özü ilə Abşeron rayonu Novxanı kəndində daşıdığını bildirmişdir Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1471 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs ...”yazısı olan, 01 ədəd bükümdə təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 2440 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1471 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs ...”yazısı olan, 01 ədəd bükümdə təmiz çəkisi 0,251 (qalıq 0,201) qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirilmişdir. Baxış zamanı video görüntüdə əynində tünd göy rəngli idman şalvarı olan şəxsin onun özü olduğunu bildirmişdir. Baxış keçirən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol qabaq cibindən siqaretin ağ kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini masanın üzərinə qoyub qapağını açmışdır. Həmin qutunun içərisində kakos adlandırılan narkotik vasitə olan heroin olmuş, həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan nə vaxt aldığı ondan soruşulmuş o da həmin heroini xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 16 manata özü istifadə etmək məqsədi ilə aldığını və özü ilə Abşeron rayonu Novxanı kəndində daşıdığını bildirmişdir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,201 qram narkotik vasitə olan heroin saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X3 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs оьлу təqsirli bilinib 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 1112/5 saylı məktubundan göründüyü kimi 2500 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəriməyə görə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində qeyd olunmuşdur ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Cinayət işi materiallarında olan Abşeron RİHB-nin Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67ci və 68.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş, lakin çəkilməmiş cərimə cəzası bu hökm üzrə təyin edilən azadlıqdan məhrumetmə cəzasına tamamilə birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 2500 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanaraq müstəqil icra olunmalıdır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin saxlandığı MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(012)-563 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuş, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tutulmuşdur. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(012)-563/2020 saylı qərarı əsasında həbsə alındığı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(012)-563/2020 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 0,201 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPMnin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs təqsirli bilinib 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzayla birləşdirilməklə, ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə və 2500 (iki min beş yüz) manat cərimə cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza və və 2500 (iki min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli xx xxxxxx 2020-ci il tarixli 1(012)-563/2020 saylı qərarı ilə həbsə alındığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(012)-563/2020 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi malicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizalarının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,201 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-97/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-97/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver