Məhkəmə qərarları › İş №1(012)-972/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-972/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-972/2023 04.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Şaumyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 09:30-da yaşadığı ünvan 2 ünvanının qarşısında dayanarkən bir neçə gün əvvəl qonşu həyətdən zeytun yığmaq üçün onun evinin daş hasarının üzərinə icazəsiz qalxmış Zərərçəkmiş şəxs görüb buna görə sonuncuya şifahi irad bildirdikdə Zərərçəkmiş şəxs ona kinayəli cavabından əsəbiləşərək bununla bağlı şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək sonuncunun üzərinə hücum edib Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruqla zərbə vuraraq ona başın ənsə nahiyəsinin dərialtı hemotoması, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sağçənə bucağı və sağ yanaq nahiyəsini əhatə edən qançır-şişkinliyi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Uzun müddətdir ki, onunla Abşeron rayonu, Saray qəsəbəsi, R.Axundov küçəsindəki eyni məhəllədə yaşayırlar. Bu vaxta qədər aralarında heç bır şəxsi ədavət və mübahisə olmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı Saray qəsəbəsi, R.Axundov küçəsi 11 ünvanında olan zaman arvadı X1 ona bir neçə gün öncə qonşu Zərərçəkmiş şəxs onlara məxsus olan hasarın üzərinə çıxaraq zeytun yığması barədə məlumat vermişdir. Ertəsi gün saat 09:30-da yaşadığı evin qarşısında dayanan zaman Zərərçəkmiş şəxs oradan keçdiyini görüb ona yaxınlaşmış və hasarın üzərinə nəyə görə icazə almadan çıxıb zeytun yığdığını soruşduqda sonuncu “yaxşı etmişəm” cavabını vermişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmış və nəticədə əsəbiləşərək qəsdən yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı Ayaz ona qarşı heç bir fiziki təsir göstərməmiş, mübahisə təxminən 3-5 dəqiqə yaşadığı evin qarşısında baş vermiş və mübahisənin şahidləri olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxs ondan şikayətçi deyildir, törətdiyi əməldən səmimi peşmandır və işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşusudur. Onlar uzun müddətdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, R.Axundov küçəsindəki məhəllədə yaşayırlar. Əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. Hadisə baş verən gündən təxminən 1 həftə əvvəl digər qonşu X2 ondan həyətində olan zeytunları yığmaqda köməklik etməsini xahiş etmişdir. O qonşusu Ərəstunun xahişini nəzərə alaraq onun yaşadığı evin həyətinə daxil olaraq zeytunları yığmaqda köməklik etmiş, lakin ağacın budağının bir hissəsi Təqsirləndirilən şəxs həyətinə keçdiyi üçün o, nərdivanı sonuncunun hasarına dayayaraq üzərinə çıxıb zeytunları yığmışdır. xx.xx.2023cü il tarixdə, səhər saat 09:30-da işə gedən zaman Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçəndə Həsən ondan nəyə görə hasarının üzərinə çıxmasını soruşmuşdur. Cavabında hasara çıxmasının səbəbini qonşu Ərəstun Nuriyevin ona zeytun yığmaqda köməklik etməsini bildirən zaman aralarında mübahisə yaranmış və nəticədə Həsən Əsgərov yumruqla qəsdən onun üz nahiyəsindən vurmuşdur. Bundan sonra onun yerə yıxıldığını görən Təqsirləndirilən şəxs oradan uzaqlaşmışdır. Hadisənin Saray qəsəbəsi, R.Axundov küçəsində baş verməsinə baxmayaraq həmin vaxt orada heç kimin olmamış, mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, təhqiqat zamanı şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, hadisə baş verən gündən təxminən 1 həftə əvvəl həyətində olan zeytunları yığmaq üçün Zərərçəkmiş şəxs xahiş etmiş, sonuncu onun xahişi nəzərə almışdır. Həmin vaxt ağacın budağının bir qismi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçdiyi üçün Zərərçəkmiş şəxs hasara nərdivan dayayıb onun üzərinə çıxaraq yığım işlərini başa vurmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Saray qəsəbəsi, R.Axundov küçəsindəki məhəllədə olan zaman Zərərçəkmiş şəxs üz nahiyəsində xəsarətləri görüb bu barədə məlumat aldıqda sonuncu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, təhqiqat zamanı şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs hasarın üzərinə çıxması barədə ərinə məlumat vermişdir, lakin hadisə zamanı orada olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA Birliyi" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixdə verdiyi 2286 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyəsinin dərialtı hemotoması, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sağ çənə bucağı və sağ yanaq nahiyəsini əhatə edən qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2 və 40.2.2-ci maddələrinə əsasən isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, eləcə də onun zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Bundan başqa, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar