Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-973/2025 15.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə fərdi evdə yaşayan, hazırda barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2 və177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış məhəlləsində yerləşən yeni inşa edilmiş fərdi nömrəsiz evə hamam otağının nəfəsliyindən qanunsuz daxil olaraq evin içərisində olan 1 ədəd 200 manat dəyərində böyük «Royce» markalı prefaratoru, 1 ədəd 280 manat dəyərində taxta kəsən elektrik mişarını, hər biri 230 manat dəyərində 2 ədəd «Bosch» markalı kiçik ölçülü prefaratorları, hər biri 50 manat dəyərində 2 ədəd direlləri, 1 ədəd 140 manat dəyərində böyük laqondanı, 1 ədəd isə 50 manat dəyərində kiçik ölçülü laqondanı, hər biri 100 metr uzunluğunda 2 top 2x4 mm-lik 800 manat dəyərində elektrik naqillərini, 50 manat dəyərində elektrik açarlarını, kombinin içərisindəki 300 manat dəyərində mis boru və digər detalları, evin divarına çəkilmiş 200 metr uzunluğunda 2x4 mm-lik 800 manat dəyərində elektrik kabellərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3180 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən tikintisi başa çatmayan fərdi evin hasarından həyətə, sonra isə evin pəncərəsinin kilidini açmaq yolu ilə evə qanunsuz daxil olaraq evin içərisində olan beş bağlama hər biri 95 manat dəyərində 4 mm-lik, üç bağlama hər biri 45 manat olan 2,5 mm-lik elektrik naqillərini, 1 ədəd 90 manat dəyərində laqondanı, 1 ədəd 100 manat dəyərində qaynaq aparatını və 1 ədəd 100 manat dəyərində prefaratoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 900 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində X3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış məhəlləsində yerləşən tikintisi başa çatmayan fərdi evin hasarından həyətə, sonra isə evin zirzəmisinin qapısının üst hissəsində yerləşən plastik pəncərənin dəmir barmaqlığını özü ilə götürdüyü dəmir parçası ilə qırıb, vint açanla pəncərənin kilidini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin içərisində olan 2 bağlama 2,5 mm-lik hər biri 42 manat dəyərində elektrik naqillərini,1 ədəd 170 manat dəyərində laqondanı, 1 ədəd 150 manat dəyərində direli, 1 ədəd 70 manat dəyərində direli və 1 ədəd 100 manat dəyərində taxta kəsən aləti gizli olaraq talayıb zərərçəkmiş Teymur İbrahimova ümumilikdə 574 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, S.S.Axundov küçəsində yerləşən hasarlanmış həyatyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq oradan hər biri 400 manat dəyərində 3 ədəd dəmir su çənlərini, hər biri 120 manat dəyərində 5 ədəd dəmir çərçivələri, hər biri 40 manat dəyərində 3 ədəd hamam vannasını, hər biri 200 manat dəyərində 3 ədəd dəmir su qızdırıcılarnı, hər biri 40 manat dəyərində 3 ədəd list dəmirləri, hər biri 60 manat dəyərində 5 ədəd 4 metr uzunluğunda dəmir boruları və 1 ədəd 60 manat dəyərində plasmas boru yapışdıran ütünü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N.Əzizov küçəsində yaşayış evinin qarşısında küçədə saxladığı «Khazar» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan şüşəsini sındırmaqla salondan 860 manat pulu və avtomobilin üzərində olan 1200 manat dəyərində 4 ədəd şinləri diskləri ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 2060 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış məhəlləsində yerləşən yeni inşa edilmiş evin hasarından keçməklə həyətə, sonra isə evin plastik pəncərənin dəmir barmaqlığını özü ilə götürdüyü dəmir parçası ilə qırıb, vint açanla pəncərənin kilidini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin içərisində olan 1 ədəd 50 manat dəyərində elektrik direli, 1 ədəd 100 manat dəyərində prefaratoru, bir ədədi 15 manat olan 4 ədəd 40 metr uzunluğunda olan 60 manat dəyərində elektrik paylayıcılarını, evə çəkilmiş hər biri 100 manat olmaqla 6 bağlama 90 metr uzunluğunda 600 manat dəyərində elektrik naqillərini, 7 litrlik samovarı və 1 ədəd 100 manat dəyərində mikrodalğalı sobanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 810 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində X6 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış məhəlləsində yerləşən fərdi evin hasarından həyətə, sonra isə evin plastik pəncərənin dəmir barmaqlığını özü ilə götürdüyü dəmir parçası ilə qırıb, vint açanla pəncərənin kilidini açmaq yolu ilə evə qanunsuz daxil olaraq evin içərisində olan 1 ədəd 250 manat dəyərində 7 litrlik samovarı və 1 ədəd 100 manat dəyərində mikrodalğalı sobanı gizli olaraq talayıb zərərçəkmiş Ramilə Ağayevaya ümumilikdə 350 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, beton yola yaxın yaşayış məhəlləsində yerləşən fərdi evin qarşısında küçədə saxladığı «Mercedes C200» markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ qapısının şüşəsini sındırmaq yolu ilə avtomobilin qapısını açıb salondan 1000 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış məhəlləsində yerləşən fərdi evin hasarından həyətə, sonra isə evin plastik pəncərənin kilidini özü ilə götürdüyü vint açanla açmaq yolu ilə evə qanunsuz daxil olaraq evin içərisində olan 1100 manat dəyərində 30 metr uzunluğunda 10 mm-lik, 200 manat dəyərində 90 metr uzunluğundakı 2.5 mm-lik elektrik naqillərini, 50 manat dəyərində 30 metr uzunluğunda internet kabelini, 50 manat dəyərində bir bağlama 4 mm-lik elektrik naqilini və 10 manat dəyərində uzadıcı naqili gizli olaraq talayıb zərərçəkmiş Ofeyla Hüseynovaya ümumilikdə 410 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində "xxxx" MMC şirkətinə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən yük maşınlarının saxlanıldığı qaraja hasarı keçərək qanunsuz daxil olaraq «Shaqman» markalı **-SB-*** dövlət qeydiyyat nişanlı, **-JL-*** dövlət qeydiyyat nişanlı və 77-JF734 dövlət qeydiyyat nişanlı yük maşınlarının üzərində istifadə olunmuş 190 amperlik hər biri 150 manat dəyərində 6 ədəd akumlyatorları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 900 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01.042025-ci il tarixdə saat 03 radələrində "xxxx" MMC şirkətinə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən yük maşınlarının saxlanıldığı qaraja hasarı keçərək qanunsuz daxil olaraq «Shaqman» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı, **-FL-*** dövlət qeydiyyat nişanlı və 77-JF735 dövlət qeydiyyat nişanlı yük maşınlarının üzərində istifadə olunmuş 190 amperlik hər biri 150 manat dəyərində 6 ədəd akumlyatorları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 900 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkənlərə dəyən ziyanı ödədiyini nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tikintilərdə fəhlə kimi işləyərək şəxsi ehtiyaclarını ödəmişdir. 24 fevral 2025-ci il tarixdən sonra işi olmadığı üçüün maddi çətinlikləri olmuşdur. İş tapa bilmədiyi üçün gündəlik ehtiyaclarını ödəmək məqsədi ilə qərara gəlmişdir ki, Abşeron rayonu, Hökməli və Qobu qəsəbəsində yeni inşa edilmiş evlərdən oğurluq etsin. Hər gün 4-5 ədəd tərkibində spirt olan “Jaquar” və “GO” enerji içkiləri içmiş, həmin içkilər onu sərxoş etmişdir. 11 mart 2025-ci il tarixdə pulu olmadığı üçün oğurluq etmək üçün Hökməli qəsəbəsi yeni məhəllədə gəzərək ev axtarır. Qəbirstanlığın yaxınlığında yeni inşa edilmiş hasarı olmayan ev görmüş, həmin evə baxdıqda təmir işlərinin başa çatmadığını və içəridə ustaların işlədiyini görmüşdür. Fikirləşmişdir ki, gecə gəlib həmin evdən oğurluq etsin, o, qəsəbədə yaşadığı məhəllədə marketdən enerji içkisi alıb içmiş və gözləmişdir ki, qaranlıq olsun gedib həmin evdən oğurluq etsin. 12 mart 2025-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində qəbirstanlıq yaxınlığındakı yeni inşa edilmiş evin yanına gəlmiş, orada heç kim olmadığı üçün evin həyətinə keçib evin giriş qapısının bağlı olduğunu görüb qapının sol tərəfində hamamın nəfəsliyinin açıq olduğunu görüb həyətdə olan taxta nərdivanı divara söykəyib həmin nəfəslikdən içəri daxil olaraq evin içərisndə olan əşyalara baxmışdır. Orada 1 ədəd böyük, 2 ədəd isə kiçik elektrik prefaratorlar, 1 ədəd elektrik taxta kəsən, 2 ədəd direl, 2 ədəd laqonda, 2 top elektrik kabeli, kombi aparatı, evin divarlarına çəkilən elektrik naqillərini görüb təmir alətlərini və elektrik naqillərini özü ilə gətirdiyi və həmin evin içərisində olan kisələrə yığmış, daha sonra evin divarlarına çəkilən naqilləri dartıb qopararaq və kombi aparatının içərisindəki mis materialdan olan hissələri özü ilə götürdüyü kəlbətin və bıçaqla açıb həmin hissələri kisələrə yığıb evin dəmir qapısını içəridən açıb kisələri çölə çıxardıb oradan qəbirstanlığa tərəf gedib oğurladığı əşyaları gizlətmişdir. Səhəri gün qəsəbədən keçən Toyota Prius markalı taksini saxladıb, qəbirstanlığın yanına sürdürmüş, sürücüyə bildirmişdir ki, yeni inşa etdyi evdən olan tullantıları boş olan həyətə aparsın. Taksi ilə qəbirstanlığın yanına gəlib oradan içərisində oğurladığı əşyalar olan kisələri maşının yük yerinə qoyub həmin məhəllədən bir az aralıda yarımtikili olan həyətə aparıb orada boşaldıb taksini yola salmışdır. Oğurladığı təmir alətlərini hissələrə ayırıb metal hissələri götürmüş, naqilləri həmin həyətdə yandıraraq mis hissəsini toplayıb kisəyə yığıb oradan piyada Qobu yolunda yerləşən Qurban adlı şəxsin işlətdiyi metal qəbulu yerinə satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 14 mart 2025-ci il tarixdə saat 01 radələrində Qobu qəsəbəsində piyada gəzərkən 2 mərtəbəli ev olduğunu, lakin yaşyış olmadığını görmüşdür. Həmin evin arxa tərəfində hasarı qarşısında torpaq töküldüyünü oradan hasara rahat çıxa biləcəyini görüb ora yaxınlaşmışdır. Küçədə heç kim olmadığı üçün tökülən torpağın üstünə çıxıb oradan hasara çıxmış, hasardan isə həyətə düşmüşdür. Evin arxa tərfində olan plastik pəncərəni həyətdə olan dəmir lomla basıb açmış, pəncərədən evə daxil olaraq otaqlara baxmış, həmin evdə 1 ədəd prefarator, 1 ədəd laqonda, 1 ədəd qaynaq aparatı olduğunu görüb həmin alətləri evin pəncərəsindən hasarın çöl hissəsinə atmışdır. Sonra isə divara çəkilmiş naqilləri dartıb qırmış və kəsib həmin naqilləri götürmüşdür. Daxil olduğu pəncərədən çölə çıxıb sonra hasara dırmaşıb torpaq tökülən hissədən küçəyə çıxmışdır. Evdən götürdüyü təmir alətlərini, qaynaq aparatını və naqilləri 2 dəyfəyə asfalt yola tərəf aparıb bir yerə yığmışdır. Sonra yoldan keçən taksini saxladıb oğurladığı həmin alətləri, qaynaq aparatını və elektrik naqilini maşının yük yerinə yığıb oradan Hökməli qəsəbəsinə qəbirstanlığın yanında düşmüş və həymin əşyları boşaldıb taksini yola salmışdır. Oğurladığı əşyalrı qəbirstanlıqda gizlətmiş, səhəri gün qəbirstanlıqda naqilləri əridib mis hissəsini götürmüş, təmir alətlərini və qaynaq aparatını isə sındırıb hissələrə ayırmış, həmin əşyaları sellofan torbalara yığıb Qobu qəsəbəsindəki Qurbanın işlətdiyi metal qəbuluna 50 manata satmışdır. Bundan başqa 15 mart 2025-ci il tarixdə saat təxminən 02 radələrində Hökməli qəsəbəsi beton yol adlanan yerin axırında yerləşən yaşayış olmayan yeni inşa edilmiş fərdi yaşayış evinin hasarını keçib həyətə daxil olaraq evin arxa tərəfindəki zirzəminin plastik qapısını təpiklə vuraraq açmış və zirzəmiyə daxil olub oranı axtarmşdır. Zirzəmidə heç nə olmadığı üçün zirzəminin qapısının üst tərəfindəki evin pəncərəsinin dəmir barmaqlığını özü ilə götürdüyü dəmir parçası ilə qırmış və pəncərənin kilidini vintaçanla açıb evə daxil olmuşdur. Otaqda təmir alətləri olduğunu görüb 1 ədəd laqondanı, 2 ədəd direli, 1 ədəd elektrik taxta kəsən alıti, 2 bağlama elektrik naqilini özü ilə götirdiyi kisəyə yığmış, bundan başqa divardan bayırda qalan elektrik naqillərini kəsib kisəyə yığaraq evə daxil olduğu pəncərədən çıxıb hasarı keçərək oğurladığı əşyaları qəbirstanlıqda gizlətmişdir. Səhərisi günü kabelləri yandırıb mis hissəni toplamış, təmir alətlərini isə sınıdırıb sökmüş və metal hissələri götürüb Qobu qəsəbəsindəki Qurbanın işlətdiyi metal qəbulu məntəqəsinə 43 manata satmış, həmin pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra pulu azaldığı üçün yenidən oğurluq etmək məqsədi ilə 16 mart 2025-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində təpəlik olan yerdən orada inşa edilmiş evlərə baxanda, hasarlanmış yaaşyış olmayan evin həyətində dəmir su çəni, su kalonkası, dəmir çərçivələr turbalar, vanna və.s olduğunu görüb həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. Evin arxa tərəfindən hamarı keçib həyətə daxil olmuş, həyətə baxıb orada olan 3 ədəd dəmir su çənini, 3 ədəd su qızdırıcı kalonkanı, 5 ədəd dəmir turbaları, 5 ədəd dəmir çərçivələri, 5 ədəd dəmir setkalı qapıları, 3 ədəd dəmir listləri, 3 ədəd hamam vannasını və 1 ədəd plastik boru ütüsünü bir yerə toplayıb həyət qapısını içəridən açıb küçəyə çıxıb qapının arxasına daş qoymuş və ətrafa baxmış, heç kim olmamşıdır. Oradan Qobu qəsəbəsinə gedib Qazel markalı yük maşını tapıb həmin maşının sürücüsünə demiş ki, Qobu qəsəbəsində babasının evində dəmir əşyalar vardır, həmin əşyaları yığıb metalloma aparmaq lazımdır. Sürücü onunla həmin evin yanına gəlmiş və maşını həyətə vermişdir. O, sürücüdən xahiş etmişdir ki, əşyaları yığmağa ona köməklik etsin, daşıma pulundan əlavə ona pul verəcəkdir. Qazelin sürücüsü ilə 45 manata razılaşıb həyətdəki qeyd etdiyi əşyaları yük yerinə yığıb Qobu qəsəbəsində Qurbanın metal qəbulu məntəqəsinə gətirib orada boşaltmışdır. Həmin əşyaları Qurbana 160 manata satmış, Qurbana həmin əşyaların babasının olduğunu və lazımsız olduğu üçün satdığımı bildirmiş, əşyaları sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 20 mart 2025-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində tanış olduğu qızla bayram münasibəti ilə görüşmək qardaşıına məxsus Daevo Gentra markalı avtomobillə qəsəbəyə getmiş, qəsəbədə maşınla gəzərkən küçədə evin qarşısında “Xəzər” markalı maşının saxlandığını görmüşdür. O, həmin qəsəbədə tanıdığı qızla görüşmək üçün bir neçə saat gözləməli olmuş, gecə saat təxminən 02 radələrində qızla görüşüb Hökməli qəsəbəsinə qayıdarkən Aşağı Güzdək qəsəbəsində küçədə saxlaınlan “Xəzər” markalı avtomobilin yanına çatanda baxmış, küçədə heç kim olmamışdır. Buna görə avtomobilin sol tərəfdən qapının şüşəsini sındırıb salonu axtarmış, orada ayaq altının altında 680 manat pul olduğunu görüb götürmüş, sonra isə həmin maşının təkərlərini açıb oğurlamaq qərarına gəlmişdir. Küçdən mişar daşları tapıb qardaşına məxsus avtomobildən təkər açarını götürüb həmin Xəzər markalı maşının təkərlərini açıb, iki dəfəyə həmin yerdən kənarda saxladığı maşının yük yerinə və arxa oturacağına qoyub oradan uzaqlaşmışdır. Səhəri gün həmin təkərləri Müşfiq qəsəbəsində tanımadığı şəxsə 4 ədədini 100 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 22 mart 2025-ci il tarixə keçən saat 01 radələrində gecə Hökməli qəsəbəsi yeni məhəllədə oğurluq etmək üçün ev axtarmış, Hökməli qəsəbəsi beton yol tərəfdə inşa edilmiş yaşayış olmayan ev olduğunu görüb həmin evin hasarını keçib həyətə daxil olmuşdur. Pilləkən tərəfdən evin pəncərəsinin dəmir barmaqlığını özü ilə götürdüyü dəmir parçası ilə qırıb pəncərənin kilidini vintaçanla açıb evə daxil olmuşdur. Evdəki 1 ədəd elektrik direlini, 1 ədəd prefaratoru, 4 ədəd elektrik paylayıcısını, 2 top elektrik naqilini evdə olan kisəyə yığmış, sonra divara və tavana çəkilmiş elektrik kabellərini kəsib hissələrə ayırıb həmin naqilləri kisəyə qoyub evə daxil olduğu pəncərədən çıxardıb oradan hasarı keçərək qəbirstanlığın həyətinə gəlib həmin əşyaları gizlətmişdir. Bundan başqa göstərmişdir ki, 22 mart 2025-ci il tarixdə saat təxminən 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində piyada gəzərək oğurluq etmək üçün ev axtarırdım. Hökməli qəsəbəsində yeni məhəllədə beton yoldan yuxarı tərəfdə yeni inşa edilmiş evlərin yanından keçəndə evin işığının yanmadığını görüb həmin evə yaxınlaşmış və həyətdə heç kim olmadığı üçün evin hasarını keçib həyətə daxil olmuşdur. Evin pəncərəsinin dəmir barmaqlığını özü ilə götürdüyü dəmir parçası ilə qırıb plastik pəncərəni vintaçanla açıb oradan evə daxil olmuşdur. Evin içərisndəki əşyalara baxmış və orada pul və qızıl olmadığı üçün evdə olan 1 ədəd samovarı və 1 ədəd mikrodalğalı sobanı götürüb pəncərədən çıxarıb hasardan çölə atmışdır. Sonra isə hasarı keçib həmin samovarla, mikrodalğalı sobanı götürüb qəbirstanlıqda gizlətmiş, səhəri gün həmin samovarı və sobanı əzib kisəyə qoyub Qobu qəsəbəsində metal qəbulu ilə məşğul olan Qurbana sataraq 25 manat pul almış, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 24 mart 2025-ci il tarixdə saat 03 radələrində Hökməli qəsəbəsində piyada evə gedərkən beton yolun yaxınlığında küçədə evin qarşısında Mersedes markalı avtomobilin saxlanıldığını görüb, həmin avtomobilə yaxınlaşmışdır. Maşının qapısı bağlı olduğu üçün daşla avtomobilin qabaq sağ qapısının şüşəsini sındırıb qapını açmışdır. Maşının salonunu axtarmış, həmin vaxt ayaqaltının altında nəsə olduğunu görüb qaldırıb baxanda pul olduğunu görüb götürmüş, pulu saymış və 1000 manat olduğunu bilmiş, həmin pulu götürüb oradan uzaqlaşmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 24 mart 2025-ci il tarixdə saat təxminən 23 radələrində Qobu qəsəbəsində yeni evlər tikilin ərazidə gəzən zaman fərdi evlərdən birinin işığının yanmadığını görüb ətrafa nəzər salmış ki. heç kim yoxdur. O, həmin evin hasarını keçib həyətə daxil olmuş, pilləkənlə qalxıb qapının sol tərəfindəki pəncərəni özündə olan vintaçan vasitəsi ilə açıb evə daxil olmuşur. Evdə təmir başa çatmadığı üçün orada axtarmış, təmir alətləri olmadığından, otaqda olan 1 top elektrik naqilini və 1 ədəd elektrik uzadıcısını götürmüş, divara bərkidilmiş müxtəlif ölçülü elektrik naqillərini dartıb çıxarıb kəsərək sellofan torbalara yığıb evdən çıxıb hasarı keçərək oradan uzaqlaşmışdır. Oğurladığı naqilləri qəbirstanlıqda gizlədərək, səhəri günü yandırıb içərisindəki misi toplayıb Qobu qəsəbəsindəki metal qəbuluna 25 manata satmışdır. Bundan başqa göstərmişdir ki, Abşeron rayonu Müşviqabad qəsəbəsində Stansiya Sumqayıta gedən yolun kənarında Şaqman yük maşınlarının dayanacağı olmasını görmüşdür. Pula ehtiyacı olduğu üçün 29 mart 2025-ci tarixdə həmin dayanacaqda olan yük maşınlarının akumlyatorlarını oğurlamaq qərarına gəlmişdir. Saat təxminən 02 radələrində taksi ilə həmin dayanacağa gəlib yolda düşmüşdür. Dayanacağın gözətçisi olduğunu və köşkdə oturmasını görüb kənardan baxmış ki, gözətçi yatıbdır. O, dayanacağın digər tərəfinə gedib gözətçi onu görməsin deyə yük maşınlarının arxa tərfindəki tor hasarı keçib Şaqman yük maşınlarına yaxınlaşmışdır. Özü ilə götürdüyü kəlbətin və kəsici alətin köməkliyi ilə avtomobilin akumlyator qutusunu açıb 3 yük maşınında olan 6 ədəd akumlyatorları açıb yerə qoymuş və onları bir-bir yolun kənarına daşıyıb aparmışdır. Bundan sonra telefonu ilə Yango taksi xidmətinə online sifariş vermiş, Nissan markalı nömrə nişanı yadında qalmayan taksi onun sifariş verdiyi yerə gəlmişdir. Taksi sürücüsü 6 ədəd akumlyatorları görüb həmin akumlyatorların haradan götürdüyünü soruşmuş, o isə Şaqman maşınlarının dayanacağında işlədiyini və həmin akumlyatorlar nasaz olduğu üçün müdriyyətin tapşırığına əsasən götürdüyünü bildirmişdir. Taksi sürücüsü akumlytorları aparmağa razı olmamış, lakin ona demiş ki, əlavə pul ödəyəcəyəkdir. Həmin akumlyatorları taksi ilə Hökməli qəsəbəsində kirayə yaşadığı evə gətirmiş, səhəri gün akumlyatorların 3 ədədini sındırıb içərisindəki qurğuşunları götürmüşdür. Səhəri gün isə digər 3 ədədini sındırıb qurğuşunları götürmüş, 01 aprel 2025-ci il tarixdə saat 03 radələrində qardaşı Həsənə məxsus Daevoo Gentra markalı avtomobillə Müşviqabad qəsəbəsinə Şaqman maşınlarının dayanacağına gəlib yük maşınlarının arxa tərəfindən hasarı keçib 3 ədəd yük maşınının üzərindəki akumlyatorları açıb həmin akumlyatorları idarə etdiyi avtomobiln yük yerinə qoyub oradan evə gətirmişdir. Həyətdə həmin akulyatorları sındırıb içərisindəki qurğuşunları götürmüş, səhəri gün 6 ədəd akumlyatrrların içərisindən götürdüyü qurğuşunları Qobu qəsəbəsində Qurbanın işlədiyi metal qəbuluna 67 manata satmış, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evi vardır. Həyat yoldaşı Rusiyada işlədiyi üçün arada bir onunla birlikdə Rusiya Federasiyası Moskva şəhərinə gedib gəlir. 2025-ci ilin fevral ayında həyat yoldaşı və uşaqları ilə birlikdə Moskva şəhərinə getmişdir. Evin açarını qardaşı Varisə vermişdir ki, arada bir evə gedib nəzarət etsin. Belə ki, qardaşı Varis Abşeron rayonu Hökməli qəsəbəsində öz ailəsi və valideyinləri ilə birlikdə yaşayır. Novruz bayramından sonra 23 mart 2025-ci il tarixdə səhər saat 10 radələrində qardaşı mənə zəng vurub evinin pəncərəsinin dəmir barmaqlığının qırıldığını və evdən əşyaların oğurlanmasını bildirmişdir. O, isə qardaşına demişdir ki, polisə məlumat versin. Qardaşı ona telefonla görüntülü zəng vuraraq evdəki əşyaları göstərmiş və görmüşdür ki, yataq otağında olan 1 ədəd 7 litrlik samovar, 1 ədəd mikrodalğalı soba yerində yoxdur, digər əşyaların isə yerində olmasını görmüşdür. Qardaşı polisə oğurluq barədə ərizə verməsini bildirmişdir. Evindən oğurlanmış samovarın qiyməti 100 manat, mikrodalğalı sobanın qiyməti isə 250 manat təşkil edir. Qardaşı Varisə həmin əşyaların qiymətləri barədə bildirmiş, naməlum şəxs evdən qeyd etdiyi əşyalardan başqa hər hansı bir əşya oğurlamamış, oğurluq nəticəsində ümumlikdə 350 manat ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluq etmiş şəxs polis tərəfindən saxlanılıb və həbs olunub və həmin şəxsin Abşeron rayonu, Hökməli kənd sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur.Hazırda ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir,ona qarşı şikayəti tələbi yoxdur və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında Abşeron rayonu, Qobu qəsəbəsində stadion küçəsi adlanan ərazidən inşa edilmiş və damı vurulmuş lakin təmir olunmamış fərdi yaşayış evi almış, imkan olduqca həmin evdə təmir işləri görür. 2025-ci iin mart ayında aldığı evdə ustalar təmir işləri görmüş, gündəlik həmin evə gedib-gəlmişdir. 25 mart 2025-ci il tarixdə səhər tezdən evimdə usta işləyən Qismət ona zəng vuraraq bildirmişdir ki, kimsə gecə evin arxa tərəfdəki plastik pəncərəsini açıb evə daxil olaraq oradan aldığı elektrik naqillərini oğurlamışdır. Buna görə evə gəlmiş və məlum olmuşdur ki, oğurluq edən şəxs 100 manat dəyərində 30 metr uzunluğunda 10-luq ölçüdə elektrik naqilini, 200 manat dəyərində 90 metr uzunluğunda 2.5 mm-lik naqili, 50 manat dəyərində 4 mm-lik ölçüdə 1 top elektrik naqilini, 50 manat dəyərində 30 metr uzunluğunda internet kabelini, 10 manat dəyərində uzadıcı elektrik naqilini oğurlamışdır. O, evində oğurluq olması ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, Qobu polis bölməsinin əməkdaşları evinə gələrək onun iştirakı ilə baxış keçirmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 410 manat ziyan dəymişdir. Hazırda ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir,ona qarşı şikayəti tələbi yoxdur və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü iiln əvvəllərində Abşeron rayonu. Hökməli qəsəbəsində beton yol adlanan ərazinin yaxınlığından yarımtikili fərdi yaşayış evi olan torpaq sahəsi almışdır. Həmin evin inşasını özü davam etdirmiş,. evdə tikinti təmir işləri başa çatmamışdır. 2025-ci ilin fevral ayında səhhəti ilə əlaqədar xəstəxanada müalicə almışdır. 14 mart 2025-ci il tarixdə əməliyyat olunduğu üçün evdə işlər dayanmışdır. 19 mart 2025-ci il tarixdə Hökməli qəsəbəsindəki inşa etdiyimiz evin qonşuluğunda yaşayan Xaləddin adlı qonşu ona zəng vuraraq evin qapısının açıq olduğunu bildirmiş, o, isə qardaşı Məhəmmədə zəng vurub gedib evə baxmasını bildirmişdir. Məhəmməd həmin gün ona zəng vuraraq evin qapısının açıq olduğunu və evin içərisindəki naqillərin kəsilərək oğurlandığını və kombi aparatının sokülərək yarrsız olduğunu bildirmişdir. Bundan sonra qardışına polisə məlumat verməsini bildirmişdir. Polis əməkdaşları onunla əlaqə saxladıqda evində nələrin oğurlanmasını dəqiq bilmədiyi üçün onlara demiş ki, 22 mart 2025-ci il tarixdə özü gəlib evə baxacaq və sonra ərizə verəcəkdir. O, 22 mart 2025-ci il tarixdə Hökməli qəsəbəsindəki evə gedib baxdıqda evdə olan ona məxsus təmir alətlərinin, elektrik naqillərinin, komba aparatının içərisndəki avdanlıqların və divara çəkilmiş elektrik naqillərinin oğurlanmasını aşkar etmişdir. Bundan sonra 29 mart 2025-ci il tarixdə saat 09 radələrində Hökməli qəsəbəsindəki evinə gələndə evin zirzəmisinin qapısının açıq olduğunu görmüş, zirzəmiyə baxanda içridəki əşyaların dağınıq halda olmasını görmüşdür. Evə daxil olduqda naməlum şəxsin zirzəmidən döşəmənin taxtasını çıxarıb evə keçdiyini və oradakı 1 ədəd 160 manat dəyərində lazer ölçmə cihazını, 1 ədəd 80 manat dəyərində elektron mişarı, 1 ədəd 800 manat dəyərində su filtirinin, 1 ədəd 70 manat dəyərində elektrik uzadıcısının və 100 manat dəyərində kombi aparatının içərisndəki digər sxemlərin də sökülüb oğurlanmasını aşkar etmişdir. Bundan başqa zirzəmidə qoyduğu 2 ədəd duş kranlarının da oğurlandığı məlum olmuşdur. Oğurluq etmiş şəxs 24 fevral 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək olan müddətdə evə daxil olaraq evin taxta döşəməsini sındıraraq zirzəmiyə yığdığı 1 ədəd 200 manat dəyərində böyük «Royce» markalı prefaratoru, 1 ədəd 280 manat dəyərində taxta kəsən elektrik mişarını, hər biri 230 manat dəyərində 2 ədəd «Bosch» markalı kiçik ölçülü prefaratorları, 50 manat dəyərində 2 ədəd direlləri, 1 ədəd 140 manat dəyərində böyük laqondanı, 1 ədəd isə 50 manat dəyərində kiçik ölçülü laqondanı, hər biri 100 metr üzünlüğünda 2 top 2x4 mm-lik 800 manat dəyərində elektrik naqillərini, 50 manat dəyərində elektrik açarlarını, kombinin içərisindəki 300 manat dəyərində mis boru və digər detalları, evin divarına çəkilmiş 200 metr uzunluğunda 2x4 mm-lik 800 manat dəyərində elektrik kabellərini oğurlayaraq ona ümumilikdə 3180 manat ziyan vurmuş, həmçinin evində elektrik naqillərinin çəkilişinə görə 1200 manat xərci çıxmışdır. Hazırda ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir,ona qarşı şikayəti tələbi yoxdur və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2005-ci ildən Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə aldığım torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evdə təmir işləri başa çatmadığı üçün yaşayış yoxdur. Arada bir gəlib həmin evə baş çəkirlər. Sonuncu dəfə 19 mart 2025-ci il tarixə Hökməli qəsəbəsində tikdiyi evə gəlib evdə bəzi təmir işləri aparmış, bundan sonra evin qapısını bağlayıb getmişdir. 23 mart 2025-ci il tarixdə günorta saat təxminən 11 radələrində oğlu İlhamla evə gəlib qapını açıb içəri daxil olmuş, evə daxil olduqda görmüşdür ki, evə çəkilmiş elektrik naqilləri qoparılıb və kəsilmişdir. Həmçinin evdə olan ona məxsus 1 ədəd eelktrik direl, 1 ədəd prefarator, 4 ədəd istifadə olunmamış 40 metr uzunluğunda elektrik uzadıcısı, 6 ədəd 90 metr uzunluğunda elektrik naqilləri oğurlanmiışdır. Onlar evə baxanda pilləkən tərəfdəki pəncərənin dəmir barmaqlığının qırıldığını və pəncərənin açıq olduğunu görmüşlər. Evdə oğurluq olmasını başa düşüb oğlu İlham DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Göstərmişdir ki, oğurluq nəticəsində ona ümumilikdə 810 manat ziyan dəymiş, belə ki, oğurlanmış 1 ədəd direlin istifadə edilmiş vəziyyətdə dəyəri 50 manat, 1 ədəd prefaratorun dəyəri 100 manat, 6 top 90 metr uzunluğunda olan kabelin bir topunun qiyməti 100 manat olmaqla 600 manat, elektirik uzadıcısının hər birinin qiyməti 15 manat olmaqla 60 manat təşkil edir. Hazırda ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir,ona qarşı şikayəti tələbi yoxdur və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 9 ilə yaxındır ki, Abşeron rayonu, Qobu qəsəbəsində torpaq sahəsi alaraq qardaşı və özü üçün fərdi yaşayış evi inşa etmişdir. Həmin evtə təmir işləri başa çatmadığı üçün orada yaşamırlar. 2025-ci ilin fevral ayının təxminən ortalarında həmin evdə təmir işləri başa çatmış, lakin həmin vaxtdan sonra Qobu qəsəbəsindəki evə gedib baxmamışdır. 16 mart 2025-ci il tarixdə evə gələndə görmüşdür ki. evin arxa tərəfindəki otağın pəncərəsi açıq vəziyyətdədir və şüşəsində çat vardır. O, sonuncu dəfə evdən çıxanda qapı və pəncərələri bağlamışdır. Evə daxil olanda görmüşdür ki, otaqda olan 5 bağlama 4-lük eelktrik naqili, 3 bağlama 2.5 mm-lik elektrik naqili, 1 ədəd laqonda, 1 ədəd qaynaq aparatı və 1 ədəd prefarator yoxdur. O, ətrafa nəzər salmış və digər əşyaların yerində olmasını görmüşdür. Bundan başqa evin divarlarına çəkilmiş elektrik kabellərinin ucları kəsilərək götürülmüş və bir hissəsi isə çıxarılmışdır. Evində oğurluq olması ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Qobu polis bölməsinin əməkdaşları evinə gələrək baxış keçirmiş və oğurluqla bağlı ərizə və izahatı alınmışdır. Evindən oğurlanmış 5 bağlama 4 mm-lik kabelin bir ədədinin qiyməti 95 manat, 3 bağlama 2,5 mm-lik kabelin bir ədədinin qiyməti 45 manat, 1 ədəd laqonda 90 manat, 1 ədəd qaynaq aparatı, 100 manat, 1 ədəd prefarator 100 manat olmaqla ümumilikdə oğurluq nəticəsində ona 900 manat ziyan dəymişdir. Həmçinin evinin divarındakı kabellərin kəsilərək yararsız vəziyyətə salınması nəticəsində ona 2700 manat ziyan dəymişdir. Polis bölməsinə müraciət etdikdən bir neçə gün sonra evindən oğurluq etmiş şəxsin Qobu polis bölməsinin əməkdaşları tərəfindən müəyyən edildiyi məlum olmuş, həmin şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu ona bildirilmişdir. Hazırda ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir,ona qarşı şikayəti tələbi yoxdur və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşdə olan zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2021-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində torpaq sahəsi alaraq orada özü üçün fərdi yaşayış evi inşa etmiş, həmin evdə təmir işləri başa çatmadığı üçün yaşayış yoxdur. Həftədə bir dəfə gəlib evə nəzarət edir, imkan olduqca təmir işləri gördürmüşdür. Sonuncu dəfə 14 mart 2025-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi beton yola yaxın məhəllədə inşa etdiyi evə gəlib evə baxmış, evdə hər hansı bir çatışmazlıq olmamışdır. 16 mart 2025-ci il tarixdə Hökməli qəsəbəsindəki evdə iş görmək üçün gələndə evin arxa tərəfdəki otağın pəncərəsinin dəmir barmaqlığının yerdə olduğunu və pəncərənin açıq qaldığını aşkar etmişdir. Evin içərisinə baxdıqda elektrik qutusundan evə paylanan elektrik naqillərinin kəsilərək götürüldüyünü həmçinin otaqda olan ona məxsus 170 manat dəyərində 1 ədəd laqondanın, 150 manat dəyərində prefaratorun, 70 manat dəyərində direlin, 100 manat dəyərində taxta kəsən elektrik mişarın, hər biri 42 manat dəyərində 2 bağlama 2.5 mm-lik istifadə olunmamaşı elektrik naqillərinin oğurlanmasını aşkar etmişdir. O, evdə digər əşyaların yerində olub-olmamasını yoxlamış, qeyd etdiyi əşyalardan başqa hər hansı bir əşyanan oğurlanmadığını görmüşdür. Buna görə DİN-nin 102 xidmətinə zəng vuraraq evində oğurluq olması barədə məlumat vermişdir. Qobu polis bölməsinin əməkdaşları onun evinə gələrək hadisə ilə bağlı ərizə və izahatımı almış və evə onun iştirakı ilə baxış keçirmişlər. Naməlum şəxs oğurluq nəticəsində 574 manat dəyərində təmir alatləri və 2 bağlama elektrik naqillərini oğurlamış, həmçinin evə çəkilmiş elektrik kabellərini kəsib oğurlamaqla ona həmin naqillərin çəkilməsinə çəkilən xərcləri nəzərə alarsa ümumilikdə 1500 manat ziyan vurmuşdur. Hadisədən bir neçə gün sonra Qobu polis bölməsinin əməkdaşları tərəfindən evindən oğurluq etmiş şəxsin müəyyən edilərək tutulduğunu eşitmiş, həmin oğurluğun Abşeron rayonu Hökməli qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. İşdə olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2007-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində özüm üçün 20 sot torpaq sahəsi alaraq hasarlayıb darvaza qoymuşdur. Təxminən 5 il əvvəl həmin torpaq sahəsində 2 otaqlı tikili tikmiş, ancaq təmir işləri başa çatdırılmamışdır. Həmin yerdə yaşamır, lakin evin həyətində istifadə edilmiş 3 ədəd su çənləri, 3 ədəd dəmir listələr, 3 ədəd su qızdırıcı kalonka, 5 ədəd dəmir çərçivlər, 5 ədəd 4 metr uzunluğunda dəmir turbalar, 3 ədəd istifadə olunmuş hamam vannası, 1 ədəd plastik boru yapışdıran ütü qoymuşdur ki, gələcəkdə orada ev tkiləndə istifadə etsin. Qış aylarında 2 həftədən bir gedib həmin həyətə baxıb nəzarət etmiş, yay aylarında isə 2-3 gündənbir gedib ağaclara su vermişdir. O, 2025-ci ilin fevral ayının təxminən axırlarında Qobu qəsəbəsinə gedərək orada həyətdə iş görmüş, həmin vaxt hər şey öz qaydasında olmuşdur. Evdən çıxandan sonra həyət darvazasını açarla bağlamış, 15 mart 2025-ci il tarixdə ağac əkmək üçün Qobu qəsəbəsindəki yarımtikili olan evimə gəlmişdir. Qapını açıb həyətə daxil olanda görmüşdür ki. həyətdə evin qarşısında yığdığı 3 ədəd 2 tonluq su çənləri, 3 ədəd dəmir listələr, 3 ədəd su qızdırıcı kalonka, 5 ədəd dəmir çərçivlər, 5 ədəd 4 metr uzunluğunda dəmir turbalar, 3 ədəd istifadə olunmuş hamam vannası və yarımtikilinin içərisindəki 1 ədəd plastik boru yapışdıran ütü yerində yoxdur. O, qonşuluqda olan evdə yaşayan şəxsə həyətindən oğurluq olmasını bildirib bu barədə maraqlanmış, lakin qonşu evdə yaşaan adını bilmədiyi şəxs oğurluq edən şəxsi görmədiyini və bu hadisədən məlumatsız olduğunu bildirmişdir. 17 mart 2025-ci il tarixdə Qobuqəsəbəsinə gəlib DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq olması barədə məlumat vermiş, Qobu polis bölməsinin əməkdaşları onun həyətinə gələrək ərizəsini və izahatını almış və oğurluq olan yerə baxış keçirilmişdir. Həyətindən ona məxsus əşyaları kimin oğurlanmasını bilməmiş, oğurluq nəticəsində ona ümumilikdə 3000 manat ziyan dəymişdir. Belə ki, su çənlərinin bir ədədi 400 manat, su qızdırıcısının bir ədədi 200 manat, dəmir çərçivənin 1 ədədi 120 manat, turbanın 1 ədədi 60 manat, hamam vannasının 1 ədədi 40 manat, 1 ədəd plastik boru yapışdıran ütü 60 manat, dəmir listin bir ədədi 40 manat təşkil edir. İşdə olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, özünə məxsus “Khazar” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Adətən avtomobilini evinin qarşısında küçədə saxlayır. 20 mart 2025-ci il tarixdə axşasm saat 01:30 radələrində işdən evə qayıtmış, maşını evinin qarşısında küçədə saxlamışdır. Qardaşına nişan üzüyü almaq üçün kartında olan 860 manat pulu çıxarıb işdə olduğu üçün maşınında qabaq sağ tərəfdəki ayaq altının üzlüyünün altında gizlətmişdir. Maşından düşərkən qabaq ayaqaltının altında saxladığı 860 manat pulu götürmək yaddan çıxmışdır. Evə gedərkən avtomobilnin qapılarını kilidləmiş, şüşələr isə bağlı olmuşdur. Səhər saat təxminən 06:00 radələrində küçəyə çıxanda avtomobilinin təkərlərinin üstündə olmadığı və təkərlərin yerində mişar qoyulduğunu görüb yaxınlaşdır. Maşınının qabal sol şüşəsinin sındırıldığını və içərisində əşyaların dağınıq olduğunu görüb dərhal ayaq altında saxladığı 860 manat pulun yerində olub olmamasını yoxlamışdır. Lakin pulun da oğurlanmasını aşkar etmiş, avtomobildə digər hər hansı bir əşya və ehtiyyat hissə oğurlanmamışdır. O avtomobilindən oğurluq olması barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, Qobu polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək avtomobilnə baxış keçirmiş, ərizəsi və izahatı alınmışdır. Baş vermiş oğurluq zamanı avtomobilinin 1200 manat dəyərində 4 ədəd təkəri diskləri ilə birlikdə və 860 manat pulum oğurlanmış, ümumilikdə ona 2060 manat ziyan dəymiş, şüşəsinin sındırılması nəticəsində ona 80 manat ziyan dəymişdir. Polis bölməsinə müraciət etdikdən bir neçə gün sonra avtomobilindən oğurluq etmiş şəxsin Qobu polis bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək tutulduğu məlum olmuşdur. Həmin şəxsin Abşeoron rayonu, Hökməli qəsəbə sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. İşdə olan Zərərçəkmiş şəxs7 ərizəsindən görünür ki, ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, özünə məxsus Mersedes Benxz markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, adətən avtomobilini evinin qarşısında küçədə saxlayır. 24 mart 2025-ci il tarixdə axşasm saat 21 radələrində işdən evə qayıtmış, maşını evimin qarşısında saxlamışdır. Maşından düşərkən qabaq ayaqaltının altında saxladığı 1000 manat pulu götürmək yaddan çıxmışdır. O, işdə olduğu zaman pulunu ayaqaltının altında gizlədirmişdir ki, götürən olmasın. Evə gedərkən avtomobilmin qapılarını kilidləmiş, səhər saat təxminən 07 radələrində işə gedərkən avtomobilin qabaq sağ tərəfdən qapının şüşəsinin sındırıldığını görmüş, maşını açıb salona baxanda bar yerindəki və qoltuqaltındakı əşkaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, ayaqaltındakı pulunun yerində olub-olmadığını yoxladıqda 1000 manat pulun oğurlanmasını aşkar etmişdir. Avtomobildə digər hər hansı bir əşya və ehtiyyat hissə oğurlanmamış, avtomobilindən 1000 manat pulunun oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İşdə olan zərərçəkmiş şəxs"xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs9 ərizəsindən görünür ki, ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxsin nümaynədəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayından Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus qarajda mexanik işləyir. Həmin qarajda MMC-yə məxsus Şaqman markalı yük avtomobilləri saxlanılır. Qarajda həmin avtomobillərə texniki xidmət göstərilir. Həmin qarajda iş vaxtı saat 09-dan axşam saat 18-dəkdir. Həmin qarajın gözətçisi vardır. 29 mart 2025-ci il tarixdə o, işə gələndə orada gözətçi ona bildirmişdir ki, dayanacaqda saxlanılan Şaqman markalı ** JB *** nömrə nişanlı, ** JL *** nömrə nişanlı və ** JF *** nömrə nişanlı Şaqman markalı yük maşınlarının üzərindəki 6 ədəd akumlyatorlar oğurlanmışdır. O, isə orada işləyən işçilərdən və sürücülərdən maraqlanmış, lakin sürücülər və işçilər həmin akumlyatorların oğurlanmasından xəbərsiz olduqlarını demişlər. O, özü bu məsələni aydınlaşdırmaq istəmiş və buna görə polisə məlumat verməmişdir. 01 aprel 2025-ci il tarixdə səhər işə gələndə gözətçi bildirmişdir ki, Şaqman markalı ** JB ***, ** FL *** və ** JF *** nömrə nişanlı yük maşınlarının üzərindəki akumlyatorların oğurlanmasını bildirmiş, buna görə DİN-nin 102 xidmətinə zəng vuraraq 12 ədəd akumlyatorların oğurlanması barədə məlumat vermişdir. Qobu polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş, oğurluqla bağlı ərizəsi və izahatı alınmışdır. Oğurlanmış akumlyatorlar 190 amperlik olmaqla işlənmiş vəziyyətdə bir ədədi 150 manat təşkil edir. Ümumilikdə oğurluq nəticəsində cəmiyyətə 1800 manat ziyan dəymişdir. Polis bölməsinə müraciət etdikdən bir neçə gün sonra evindən oğurluq etmiş şəxsin Qobu polis bölməsinin əməkdaşları tərəfindən müəyyən edildiyi məlum olmuş, həmin şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu ona bildirilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bacısı X6 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evi vardır. Bacısı ailəsi ilə şəxsi işləri ilə bağlı Rusiya Federasiyası Moskva şəhərinə getmişlər. Onlar burada olmadığı müddətdə evlərinə nəzarət edir. Belə ki, özü də Abşeron rayonu Hökməli qəsəbəsində ailə ilə birlikdə yaşayır, gündəlik bacısının evinə gedib nəzarət edir. Novruz bayramından sonra 23 mart 2025-ci il tarixdə səhər saat 10 radələrində anası ona zəng vurub bacısının evinin pəncərəsinin dəmir barmaqlığının qırıldığını və evdən əşyaların oğurlanmasını bildirmişdir. O, dərhal 102 xidmətinə bacısının evindən oğurluq olması barədə məlumat vermiş, özü isə bacının evinə getmişdir. Evə gəldikdə məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin pəncərəsinin dəmir barmaqlığını qırıb pəncərəni açmaq yolu ilə evə daxil olaraq yataq otağından 1 ədəd 7 litrlik samovarı, 1 ədəd mikrodalğalı sobanı oğturlamışlar. Mətbəxdəki soyuducu və paltaryuyan maşını isə öz yerində olmuş, ancaq anam həyəcandan ona zəng vurarkən paltaryuyan və soyuducunun da oğurlanmasını səhvən bildirmişdir. Bu səbəbdən 102 xidmətinə məlumat verərkən soyuducu, paltaryuyan maşın və digər məişət əşyalarının oğurlanmasını demişdir. Həmin vaxt polis əməkdaşları bacısının evinə gələrək baxış keçirilmiş, oğurluqla bağlı ərizəsi və izahatı alınmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində Qurban adlı şəxsə məxsus metal qəbulu məntəqəsində fəhlə işləyir. Orada müştərilərin təqdim etdiyi metalları tərəzidə çəkib həmin çəkiyə görə pulu ödənilir. Metal qəbul etdiyi şəxslərin şəxsiyyət vəsiqəsini aldıqdan sonra onlardan metal alırlar. 2025-ci ilin təxminən mart ayının ortalarından Abşeron rayonu, Hökməli qəsəbə sakini Təqsirləndirilən şəxs Zeynal oğlu 2025-ci ilin mart ayında bir neçə dəfə işlədiyi məntəqəyə mis elktrik naqillərinin doğranmış vəziyyətdə, laqonda, prefarator, direl və sair təmir alətlərini sökülmüş vəziyyətdə, su çənləri, su qızdırıcı kalonkalar, dəmir turbalar, dəmir çərçivələr, list dəmirlər, sınmış vəziyyətdə hamam vannaları, yararsız olan akumlyatorları, sındırımış və yararsız olan elektrik sobası və digər metal əşyaları gətirib satmışdır. Zeynalabdindən həmin əşyaları şəxsiyyət vəsiqəsini almaqla qəbul edib çəki hesabı ilə pulunu ödəmişlər. Zeynalabdindən həmin əşyaları haradan əldə etməsini soruşanda o, özünün əşyaları ucuz qiymətə aldığını və topladığını bildirmişdir. Zeynalabdin həmin əşyaları satarkən oğurluq olması barədə deməmiş, sonuncu iri ölçülü əşyaları Qazel markalı yük maşını ilə, kiçik ölçülü əşyaları isə müxtəlif markalı taksi ilə gətirmişdir. Zeynalabdin malları məntəqəyə özü gətirib satmış, həmin vaxt sonuncunun yanında başqalarını görməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən məsuliyyətlərini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkənlərin və şahidlərin ifadələri,istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun təqsirləndirildiyi CM-in 177.2.2 və177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını,əməlindən peşiman olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını),dəyən ziyanın ödənilməsini, onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş,Məhkəmənin 07 aprel 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra müdafiə tərəfinin vəsatəti təmin olunaraq 30 sentyabr 2025-ci il tarxdə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdur.Göründüyü kimi hökm çıxarılan günədək Təqsirləndirilən şəxs 06 ay 10 gün həbsdə və ev dustaqlığında olmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 06 ay 10 gün həbsdə və ev dustaqlığında olduğu müddət, CM-nin 68.1.1-1 maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından cəmi 01 il 20 gün çıxılmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Hökməli qəsəbəsindəki yaşayış evini axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, barələrində seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri ləgv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkən Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı maddi ziyan tələbi barədə barədə iddiası ziyan ödənildiyindən baxılmamış saxlanmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 ay 10 gün həbsdə və ev dustaqlığında olduğu müddət, CM-nin 68.1.1- 1 maddəsinə əsasən həbsdə və ev dustaqlığının bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından cəmi 01 il 20 gün çıxılsın, üzərində 01(bir) il 11(on bir) ay 10(on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Hökməli qəsəbəsindəki yaşayış evini axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri ləgv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkən Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı maddi ziyan tələbi barədə barədə iddiası ziyan ödənildiyindən baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-973/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-973/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver