Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-975/2024 07.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron rayon Məhkəməsinin 1(012)-575 saylı, xx.xx.2022ci il tarixli hökmünə əsasən qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 il, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş hissəsi 01 il, 05 ay, 22 gün qalmış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, atası X3 ağır xəstə olduğunu və atasına böyrək transplantasiya olunacağını yalandan deyib aldadaraq Zərərçəkmiş şəxs2 2023-cü ilin mart ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında 2000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncunu Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs2 onun atası X3 adına olan "xxxx" ASC-yə məxsus 4098- 5844-5815-6112 nömrəli Leobank bank kartına 05 mart 2023-cü saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə küçəsində yerləşən “Mothercare” mağazası ilə üzbəüz yerləşən “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 3500 manat, 16 mart 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ağaxan Abdullayev 3, bina 4, 100 nömrəli mənzilində göndərdiyi 500 manat və 30 mart 2023-cü il tarixdə saat 12:16da Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “Oba” marketdəki “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1100 (bir min yüz) manat, ümumilikdə 5100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 5100 (beş min yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncuya onu Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs1 25 iyun 2023-cü il tarixdə saat 18:35-də onun atası X3 adına olan "xxxx" ASC-yə məxsus 4098-5844-5815-6112 nömrəli Leobank bank kartına Şirvan şəhəri, Ş. Şükürov küçəsində yerləşən “Al” marketdə olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 200 (iki yüz) manat və 30 iyul 2023-cü il tarixdə, saat 15:15-də Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən Araz Marketdəki “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1800 (bir min səkkiz yüz) manat, ümumilikdə 2000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşularaq dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, onun adı rəsmi sənədlərdə Təqsirləndirilən şəxs olsa da, onu Əziz adı ilə də tanıyırlar. Zərərçəkmiş şəxs2 təxminən 2017-ci ildən “Vkontakte” sosial şəbəkəsi vasitəsi ilə tanımış və özünü ona Əziz olaraq təqdim etmişdir. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında Orxanla görüşən zaman sonuncu ona işsiz olmasını bildirdikdə özünün pula ehtiyacı olduğu üçün Orxandan pul ala bilmək məqsədi ilə yalandan onu işə düzəldə biləcəyinə dair vəd vermişdir. Bu məqsədlə Orxana əvvəllər prezidentin təhlükəsizlik xidmətində işləməsini, daha sonra işdən çıxmasını və hazırda yenidən həmin iş yerinə bərpa olunacağı, həmçinin PTX-da yüksək vəzifədə işləyən Akif Yusifovun da atasının qohumu olması haqda yalanlar deyərək, özünə inandırmış, hətta istədiyi halda PTX-ya düzəldə biləcəyi barədə yetəri qədər imkanı olmasını demişdir. Orxan onun dediklərinə inanaraq, işə düzəlmək üçün nə qədər pulunun çıxacağı barədə soruşmuş, sonuncu özünü yaxın və güvənilir göstərmək üçün heç bir pula ehtiyac olmamasını və özünün bu işi həll edə biləcək imkanları olmasını bildirmişdir. Həmin gündən təxminən 3-4 gün sonra Orxan ilə növbəti görüşlərinin birində PTX-ya işə düzəlməyi barəsində lazımı adamlarla bu barədə danışdığını, lakin ona mıxsus olan sənədləri qəbul etməsi üçün Kadrlar şöbəsinə 6000 manat pul vermək lazım olduğunu demiş, lakin sonuncunun ona daha da inanması üçün pulu işə düzələndən sonra verəcəyini bildirmiş və aralarında hər hansı bir narazıçılıq olmamışdır. Təxminən 2023-cü ilin mart ayının əvvəlində Orxanla növbəti dəfə görüşdükdə ona kadrlar şöbəsində işləyən şəxsin guya tərs adam olmasını, ödənişi əvvəlcədən istəməsini, əks təqdirdə sənədləri qəbul etməyəcəyini bildirdikdə, sonuncu pulun bir hissəsini verə biləcəyini demiş, o isə razılşamışdır. 05 mart 2023-cü il tarixdə o, Orxanla Bakı şəhəri, Səbail rayonunda yerləşən “Tarqovu” yəni Nzami küçəsində yerləşən kafelərin birində görüşmüş, kafedən çıxdıqdan sonra təxminən saat 23:46 radələrində “Mothercare” mağazası ilə üzbəüz yerləşən “MilliÖN” terminalından Orxan atası X3 adına olan 4098-5844-5815-6112 nömrəli Loebanka məxsus karta 3500 manat pul göndərmişdir. Orxan həmin kartın atasının adına olduğunu görüb pulu nəyə görə oraya köçürdüyünü soruşduqda o, PTX-da işləyən şəxslərin öz adlarına olan kartlara pul köçürməsi etmədiklərini deyib, onu aldatmış, təxminən 2-3 gün sonra isə inandırmaq üçün sonuncudan ümumi tibbi müayinədən keçməyi barədə sənədlərin, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətlərini istəmişdir. Həmin gündən bir neçə gün sonra, yəni 16 mart 2023-cü il tarixdə o, Orxanın yaşadığı Abşeron rayonunun ərazisində yerləşən evində olan zaman ona tibbi komissiyadan keçməyi üçün də əlavə olaraq 500 manat pul lazım olmasını demiş, sonuncu onun təklif ilə razılaşaraq, həmin gün ona pul vermişdir. Bununla da ümumilikdə Orxanın 4000 manat pulunu ələ keçirmiş olmuşdur. Həmin gündən təxminən 2-3 gün sonra Orxanla görüşən zaman atasının ağır xəstə olduğunu və əməliyyat üçün 2000 manat pul çatmadığını bildirib, sonuncudan 2000 manat pulu borca istəmişdir. Onun yalan danışmaqda səbəbi atasının həmin vaxt həqiqətən xəstə olması və əməliyyat üçün pul lazım olması olmuşdur. Bundan bir neçə gün sonra yəni 30 mart 2023-cü il tarixdə Orxanla görüşüb, yerdə qalan 2000 manat pulu da vermək lazım olduğunu, guya ki bir neçə günə PTX-ya işə düzələnlərin yığım başladığını və təlimə göndəriləcəyini, ona görə də pulun yerdə qalan hissəsi də verilməli olduğunu demiş, sonuncu isə 2000 manat mənbəğində pulu bütöv yox yalnız 1100 manatını verə biləcəyini, yerdə qalan 900 manatı isə işə düzələndən sonra verəcəyini dedikdə, o da razılaşmalı olmuşdur. 30 mart 2023-cü il tarixdə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs2 atası X3 adına Leobanka məxsus olan 4098-5844-5815-6112 nömrəli karta 1100 manat pul göndərmişdir. 2023-cü ilin aprel ayında Orxana yaxın günlərdə kadrların yığımının başlamasını, onu da çağıracaqlarını bildirmiş, bir neçə müddət sonra sonuncu vermiş olduğu pulu istəməyə başladlğından o, artıq sonuncunun zənglərinə cavab verməməyə başlamışdır. Bundan başqa, o, ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs1 2023-cü ilin may aylarında “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. İlk ərəfələr o, Fərhada özünü Əziz kimi təqdim etsə də, lakin daha sonradan adını dəyişdirərək, Kirill etdiyini bilmişdir. Onun Fərhadın “tır” sürücüsü işləməsindən xəbəri olduğundan Fərhadı PTX-ya, yəni Prezident Təhlükəsizlik Xidmətinə sürücü olaraq işə düzəltməyi ilə bağlı aldadıb, pulunu ələ keçirməklə bağlı qərara gəlmişdir. Buna görə də görüşlərdən birində Fərhada bu barədə demiş və onda maraq yaratmaq üçün sürücü olaraq işlədiyi təqdirdə 2000-2500 manat maaş ala biləcəyini dedikdə sonuncu necə PTX-ya işə düzələ biləcəyini soruşmuş, o, PTX-da yüksək vəzifədə işləyən Akif Yusifovun atasının qohumu olmasını və onun vasitəsilə 6000 manat qarşılığında işə düzəldəcəyini bildirmişdir. Fərhad onun dediyi təkliflə razılaşmış, o isə daha da inandırıcı olmaq üçün sonuncudan hərbi bilet, sağlamlıq haqqında arayış, yeni sim nömrə, şəxsiyyət vəsiqəsinin surəti və məhkumluq haqqında arayış kimi sənədləri də istəmişdir. 20 iyul 2023-cü il tarixdə təxminən saat 15 radələrində Fərhadla Azadlıq metrostansiyasının yaxınlığında görüşmüş, onunla söhbət edən zaman sonuncuya ilkin olaraq 4000 manat pul verməli olduğunu demiş, lakin o, həmin pulu verməyə gücünün çatmadığını, yalnız 2000 manat verə biləcəyini demiş, qalan məbləği isə işə girdikdən sonra maaşından verməsi barədə aralarında olan qarşılıqlı razılığa gəlmişlər. 25 iyul 2023-cü il tarixdə o, Fərhada zəng edərək 200 manat pul lazım olduğunu və həmin pulu göndərəcəyi təqdirdə 2000 manatdan çıxacağını demiş, sonuncuda təkliflə razılaşaraq, elə həmin gün saat 18 radələrində atası X3 adına olan “Leobank”a məxsus 4098-5844-5815-6112 kart hesabına 200 pul göndərmişdir. 30 iyul 2023-cü il tarixdə o, yenidən Fərhadla əlaqə saxlayaraq iki gün sonra işə qəbulla bağlı imtahan olacağını və buna görə də yerdə qalan 1800 manat pulu atmağını istəmiş, sonuncu yenə də onunla razılşaraq, həin gün günorta saatlarında həmin kart hesabına 1800 manat pulu göndərmişdir. Bundan iki gün sonra Fərhad ona zəng edərək, imtahanın vaxtı barədə maraqlandıqda o, sonuncuya idarədə problemlər olmasını, bu səbəbdən imtahanın bir müddət gecikeceyini bildirmişdir. Bir neçə müddət sonra Fərhad yenədə ondan pulu istəməyə davam etmiş və o, müxtəlif yalanlar danışaraq, vaxt qazanmağa çalışmışdır. O, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Son olaraq etdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməyə imkanı olmasa da, bundan imtina etmədiyini, azadlığa çıxdıqdan sonra işləyərək qaytarmaq niyyətində olduğunu, xəstə atasının olmasını, döyüşlərdə iştirak etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 iclas zamanı verdiyi ifadəsində göstərdi ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin may aylarından tanımışdır. Belə ki, Kirill ilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olan zaman o, özünü ona Əziz kimi təqdim etmiş, bir müddət sonra isə xəbərdar olmuşdur ki, o, adını dəyişdirərək, Təqsirləndirilən şəxs etmişdir. Onlar birbirilərini tanıdıqdan sonra dəfələrlə görüşüb, bir məclislərdə olmuş, bir-birilərinin evlərinə gedib-gəlmiş, Kirili özünə dost kimi yaxın bilərək, ona inanmışdır. Bir gün Kiril onu Prezident Təhlükəsizlik Xidmətinə sürücü olaraq işə düzəldə biləcəyi barədə imkanı olması barədə təklif irəli sürmüş, o isə bir neçə dəfə sonuncunun formada bir neçə şəklini gördüyünü, PTX-da işlədiyini bildirdiyi, həmçinin onun evində olan zaman da evdə çəkmə və digər geyim formalarının olduğunu gördüyü üçün işə düzələ biləcəyinə inanmışdır. O, təxminən 20 iyul 2023-cü il tarixdə, saat təxminən 15 radələrində Kirillə Azadlıq metrostansiyasının yaxınlığında yerləşən yaşadığı evdə görüşüb söhbət edən zaman sonuncu ondan ilkin olaraq 4000 manat pul verməyini istəmiş, lakin o, həmin pulu verməyə imkanın çatmadığını, pulun yalnız 2000 manat hissəsini verə biləcəyini, işləməyə başladıqda isə qalan 4000 manat pulun maaşından tutulması ilə bağlı aralarında razılığa gəlmişlər. Bundan sonra Kirilin tələbi əsasında ona hərbi bilet, sağlamlıq haqqında arayış, yeni sim nömrə, şəxsiyyət vəsiqənin sürəti və məhkumluq haqqında arayış kimi sənədləri toparlayıb, vermişdir. 25 iyul 2023-cü il tarixdə Kirill ona zəng edərək, 200 manat pul lazım olmasını, həmin pulu göndərəcəyi təqdirdə 2000 manatdan çıxacağını dediyi üçün o razılaşmış və 200 manat pul göndərmişdir. Kirill ilk zamanlar Elman adlı şəxsi tanışı olaraq bildirsə də, sonradan həmin şəxsin atası olduğunu etiraf etmişdir. 30 iyul 2023-cü il tarixdə Kirill yenidən onunla əlaqə saxlayaraq, iki gün sonra işə qəbulla bağlı imtahan olacağını və buna görə də yerdə qalan 1800 manat pulu karta göndərməsini istəmiş, o, həmin tarixdə, təxminən saat 15:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən Araz Marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə X3 adına olan “Leobank”a məxsus 4098-5844-5815-6112 kart hesabına 1800 manat pul göndərərək, ümumilikdə sonuncuya 2000 manat məbləğində pul vermişdir. Bu hadisədən sonra iki gün keçsə də, imtahan olmamış, o, Kirillə əlaqə saxlamış, sonuncu ona idarədə bəzi problemlər olmasını və işin yubadıldığını deyərək, bəhanə uydurmağa başlamışdır. Bundan sonra görüşlərdən birində Orxan Kirilldən işini uzun müddətdi uzatdığı üçün pulunu tələb etməyə başladığından, özünün də onu aldadacağından şübhələndiyi üçün PTX-da işləyən qohumları ilə əlaqə saxlayıb başına gələnləri danışmışdır. Həmin şəxslər də ona Kirill adlı şəxsin yalan deməsini, sonuncunun Akif Yusifovla heç bir əlaqəsinin olmamasını və ümumiyyətlə pul qarşılığında PTX-ya işə girməyin mümkün olmadığını demişdir. Kirilin artıq onu aldatdığını anladığı üçün pulunu geri tələb etsə də, sonuncu hazırki vaxtadək 2000 manat məbləğində verdiyi pulu geri qaytamamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş etdi. Məhkəməyə dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 iclas zamanı verdiyi ifadəsində göstərdi ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 5 ildən çoxdur ki, tanıyır. Belə ki, o, Kirillə ilk dəfə “Vkontakte” sosial şəbəkəsi vasitəsində tanış olan zaman onun adı X5 olmuşdur. Təxminən 2020 və ya 2021-ci illərdə öyrənmişdir ki, Əziz kimi tanıdığı şəxs adını dəyişdirərək, Kirill qoymuşdur. Onun bildiyi qədəri ilə Kirill Rusiya Federasiyasında yaşamışdır. Təxminən 2023-cü ilin yanvar ayında Kirillin “Vkontakte” profilində Bakı şəhərinə gəlməsi barədə paylaşım görmüş və ilk dəfə 28 yanvar 2023-cü il tarixdə onların yaşadığı evə qonaq gələrək, real olaraq görüşmüşdür. O, Kirillə görüşdüyü ərəfədə işsiz olmuş, bu barədə ona bildirmiş, sonuncu isə özünün əvvəllər PTX-da işləməsini, hazırda isə işdən çıxmasını, lakin yenidən həmin yerə bərpa olunacağını, həmçinin orada yüksək vəzifədə işləyən Akif Yusifovun atası ilə qohum olmasını, əgər istəsə onu da düzəldə biləcəyini demişdir. O Kirilldən işə düzəlmək üçün nə qədər pul lazım olacağını soruşmuş, sonuncu isə ona pula ehtiyac olmadığını, tanışlıqla onu işə düzəldəcəyini demişdir. Həmin gündən təxminən 3-4 gün sonra Kirill ilə növbəti görüşlərinin birində ona demişdir ki, PTXya işə düzəlməyi barəsində lazımı adamlara söz desə də sənədlərin qəbul edilməsi üçün kadrlar şöbəsinə 6000 manat pul verməyin lazım olmasını, lakin həmin pulu işə girdikdən sonra verəcəyini demişdir. Kirillin bu sözü onu daha çox inandırmışdır ki, dələduz olsa pulu əvvəldən alar. 2023-cü ilin mart ayının əvvəlində Kirillə növbəti görüşlərin birində sonuncu ona sənədlərin verilməsi üçün dediyi 6000 manat pulu kadrlara vermək lazım olduğunu, guya kadrlarda işləyən şəxsin tərs adam olmasını, ona görə də deyilən pulu əvvəldən verməsələr onun sənədlərini qəbul etməyəcəklərini demişdir. 05 mart 2023-cü il tarixdə o, Kirill ilə görüşüb, 6000 manat puldan 3500 manatı verə biləcəyini, işi tam həll olunandan sonra yerdə qalan 2500 manatı da verməsi ilə bağlı razılığa gəlmişlər. O, Kirill ilə bir yerdə Bakı şəhəri, Səbail rayonunda yerləşən Tarqovu yəni Nizami küçəsi adlanan ərazidə kafelərin birində oturmuş, daha sonra həmin kafedən çıxıb təxminən saat 23:46-da Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə küçəsində yerləşən Mothercare mağazası ilə üzbəüz yerləşən “MilliÖN” terminalından Leobanka məxsus X3 adına olan 4098-5844-5815-6112 nömrəli karta 3500 manat pul göndərmişdir. O, kartın məlumatların yazanda kart sahibin adının X6 olduğunu gördükdə, pulu nəyə görə atasının adına köçürdüyünü soruşmuş, sonuncu isə PTX-da işləyən şəxslər öz adlarına olan kartlara pul köçürməsini etmədiklərini, ona görə də atasının adına olan karta pulu köçürdüklərini demişdir. Kiril ilk zamanlar Akif Yusifovun atasının qohumu olmasını dediyi üçün o zənn etmişdir ki, pulu bu səbəbdən atasının adına olan karta köçürdür. Təxminən 2-3 gün sonra Kirill ondan ümumi tibbi müayinədən keçməsi barədə sənədlərin, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini istəmiş, o, həmin sənədlərin surətini təsdiq etdirib, sonuncuya vermiş, bu hadisədən bir neçə gün sonra Kirill ilə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində olan zaman Kirill ona tibbi komissiyadan keçməyi üçün də əlavə olaraq 500 manat pul lazım olmasının vacibliyini demiş, o, da sonuncuyla razılaşıb elə həmin gün 500 manat pul vermişdir. Bununla da ümumilikdə Kirillə 4000 manat pul vermişdir. Həmin gündən təxminən 2-3 gün sonra Kirill onunla görüşərək, atasının ağır xəstə olmasını, təcili atasına böyrək transplantasiya olunmasının vacib olduğunu bildirməklə, əməliyyatla bağlı 2000 manat məbləğində borca pul istəmişdir. O, Kirillə köməklik etmək qərarına gəlmiş, bu məqsədlə sonuncuya Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında əməliyyat üçün 2000 manat məbləğində pul vermişdir. Bir neçə gün sonra yəni, 30 mart 2023-cü il tarixdə Kirill onunla görüşüb, qalan 2000 manat pulu da vermək lazım olduğunu, guya ki bir neçə günə PTX-ya işə düzələnlərin yığımı başladığını və təlimə göndəriləcəklərini demiş, o isə həmin pulun bütöv yox 1100 manat hissəsini indi verə biləcəyini, qalan 900 manat hissəsini isə işə düzələndən sonra verəcəyi ilə bağlı aralarında qarşılıqlı razılığa gəlmişlər. 30 mart 2023cü il tarixdə, saat 12:16-da Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən Oba marketdəki “MilliÖn” terminalından X3 adına olan Leobanka məxsus 4098-5844-5815-6112 nömrəli karta 1100 manat pul göndərərək, ümumilikdə 7100 manat pul vermişdir. Həmin puldan 5100 manatını Kirilin onu PTX-ya işə düzəltməsi, 2000 manat məbləğində pulu isə atasının əməliyyatına köməklik üçün borc olaraq vermişdir. Kirill ona 2023-cü ilin aprel ayında kadrların yığımı başlayacağını və onu işə çağıracaqlaını dair söz versə də, lakin aprel ayı çatdıqda onu çağıran olmamış, əksinə yenidən onu aldatmağa davam edərək, işlər ləngidiyini və kadrların tam toplana bilmədiyini, bu səbəbən həmin məsələnin may ayında olacağını bildirmişdir. Bu qaydada Kirill onu 2023-cü ilin avqust ayına kimi aldatmış, avqust ayında isə ümumiyyətlə sonuncuya zəng çatmamışdır. O artıq Kirillin onu aldadaraq, 5100 manat pulunu ələ keçirdiyinə əmin olmuşdur. Sonuncu hazırki vaxtadək 7100 manat məbləğində verdiyi pulu geri qaytamamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;
2. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanıb ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə istintaq şöbəsinə göndərilmiş ********* nömrəli cinayət işi başlanılmaqla, icraata qəbul edilmişdir;
3. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
5. “Axtarışda olan şəxsin tutulması haqqında” 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur;
6. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmaqla, istintaqı davam etdirilmişdir;
7. “Təqsirləndirilən şəxsə yenidən ittihamla elan etmə” haqqında 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir;
8. Abşeron rayon Məhkəməsinin 19 iyun 2024-cü il tarixli, 4(012)-489/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 17 iyun 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 03 (üç) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;
9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 04 iyul 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlanılmanın bir günü islah işləri cəzasının dörd gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasndan çıxılmaqla, üzərində qəti olaraq, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 05 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılmışdır;
10. Gəncə şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli, 7(125)-150/2023 saylı qərarına əsasən Abşeron rayon Məhkəməsinin 1(012)-575/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli hökmünə əsasən qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 05 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi məqsədi ilə tutulması müəyyən edilmişdir.
11. “Sübutların qiymətləndirilməsi” haqqında 30 iyul 2024-cü il tarixdən görünür ki, iş üzrə təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edimə hallarına şübhə olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətlləndirilmişdir
12. Muradov X4 rayon Məhkəməsinin 1(012)-575/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli hökmünə əsasən qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü islah işləöri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasında çıxılmış və üzərinə qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs barədə hökmün surəti və hökmün icrası barədə göstəriş “27” dekabr 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Təqsirləndirilən şəxs “28” dekabr 2022-ci il tarixdə şöbənin qeydiyyatına alınaraq cəzanın çəkilməsi şərtəri və qaydaları izah edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza çəkməkdən qəsdən yayındığı üçün Gəncə Şəhər Məhkəməsinin 7(125)-150/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın digər cəza növü ilə əvəz edilməsi məqsədi ilə 07 (yeddi) gün müddətinə tutulması barədə qərar qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Abşeron Rayon Məhkəməsinin 4(012)-489/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün cəzanın dəyişdirilməsi barədə məhkəməyə təqdimat verilməmişdir. Məhkum Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası çəkilməmiş saxlanılmışdır.
13. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli sərəncamına əsasən Təqsirləndirilən şəxs “Füzulinin azad olunması” medalla təltif olunmuşdur.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Aərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq ticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs “Füzulinin azad olunması” medal ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Abşeron rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasına təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlanılmanın bir günü 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlanılmanın bir günü islah işləri cəzasının dörd gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasndan çıxılmaqla, üzərində qəti olaraq, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 05 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılmış, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə islah işləri cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərin tam və ya qismən ödənilməməsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən ona əvvəllər törətmiş olduğu cinayət əməlinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, yenidən qəsdən cinayət törətməsini, həmçinin əvvəliki hökmlə təyin edilmiş cəzanın icrasından yayınmasını, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə məqsədlərini təmin edə bilər. X2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməsi və “Fizulinin azad olunmasına görə” medalla təltif edilməsi ona cəza təyini zamanı nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş islah işlərinin cəzasının çəkilməmiş hissəsinin 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsinin bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 17 iyun 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs1 - 2000 manat və Zərərçəkmiş şəxs2 - 2000 manat və 5100 manat – ümumilikdə 7100 manat məbləğində pul vəsaiti tutularaq sonuncuların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 1(012)-575/2022 saylı, 22 noyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş islah işləri cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 04 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1-2000 manat və Zərərçəkmiş şəxs2 - 2000 manat və 5100 manat – ümumilikdə 7100 manat məbləğində pul vəsaiti tutularaq sonuncuların xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Məmmədov Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov