Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-978/2025 18.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lotereya biletlərinin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs etibarını qazanaraq sonuncuya məxsus poz-qazan lotereya biletlərini satıb pulunu ödəyəcəyi barədə yalan vəd verib aldadaraq, 10 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində Zərərçəkmiş şəxs 6850 manat dəyərində poz-qazan lotereya biletlərini alıb, uduş əldə etmək məqsədi ilə özü istifadə edərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsnan 2021-ci ildən tanışdır və həmin dövlərlərdə onlar bir yerdə çalışmışlar. Onların arasındakı iş münasibəti Rasifin ona lotereya bilerlərtlərini verməsi və onun həmin biletləri Mehdiabad qəsəbəsindəki piştaxtada satıb, pulunu sonuncuya verirmiş və beləliklə gündəlik 30 manat məbləğində əmək haqqı alırmış. Bir müddət keçdikdən sonra qardaşı Mehman da yaşadığı rayondan gələrək, onunla birlikdə işləmişdir. 10 oktyabr 2025-ci il tarixdə təxminən səhər saatlarında hərzamankı kimi Rasif onların yanına gələrək, 6850 manat dəyərində lotereyaların yarı hissəsini ona, yarı hissəsini isə qardaşı Mehmana verərək, satışdan sonra pulu vermələrini bildirmişdir. Bir qədər keçdikdən sonra Mehman çay gətirmək üçün oradan getmiş, o, yaranmış fürsətdən istifadə edərək, var olan borcu ödəmək üçün satış üçüb götürdüyü lotereyaları silib uduş əldə etməyi fikirləşmiş və həmin planı həyata keçirmək üçün lotereyaların yığıldığı çantanı götürüb özü ilə kirayə yaşadığı evə aparmışdır. O, evə gəldikdən sonra lotereyaların hamısını pozmuş, cəmi 582 manat uduş çıxmışdır. O, bundan sonra Rasifin pulunu qaytara bilməyəcəyini başa düşüb daha sonra işə getməmiş və yaşadığı rayona qayıtmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olmasını, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 6850 manat ziyanı ödəməklə zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması ilə yanaşı iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini bildirərək onun cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, rəsmi diler olaraq Azərlotereyaya aid pozqazan uduşlu lotereya kartlarının satışı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs 2021-ci il tarixdə onun yanında işləyən vaxtlardan tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs ona verdiyi loteraya biletlərini satış məntəqəsində satmaqla gündəlik olaraq 30 manat pul qazanmışdır. Bir müddət sonra Elxanın qardaşı Mehmanda onun yanında işləməyə gəlmiş və o, həmişə olduğu qaydada biletləri onlara verməklə, günün sonunda pulunu almışdır. 10 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Mehman və Elxana Mehdiabad qəsəbəsində yerləşən məntəqədə hərəsinə 3425 manat olmaqla ümumilikdə 6850 manat dəyərində lotereya biletləteri vermiş və təxminən 2 saat keçdikdən sonra məntəqəyə getdikdə, sonuncuların orada olmadıqlarını görmüş, onlarla nə qədər əlaqə saxlamaq istəsə də mümkün olmamışdır. Bir neçə gün gözlədikdən sonra hər iki qardaş barəsində Mehdiabad polis bölməsinə şikayət etmiş, təxminən 10-12 gün sonra Mehman onunla əlaqə saxlayaraq, hadisə günü o çay gətirməkdən gələn zaman Elxanın biletləri götürüb qaçmasını, onun da yaşadığı utanc hissi səbəbindən işə gəlməməsini bildirmişdir. Bundan əlavə Mehman ona valideynlərinin köməkliyi ilə Elxanın götürdüyü biletlərin pulunu verəcəklərini dedikdən sonra o, Mehmanın yenidən onun yanında çalışmasına razılıq vermiş, bundan sonra valideynləri tərəfindən biletlərin bir hissəsinin pulu ödənilmişdir. Son olaraq Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, aralarında barışığın əldə olunması və sonuncuya qarşı şikayət və tələbnin olmamasını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, iş üzrə zərərçəkən şəxsi qardaşının vasitəsi ilə 04 il əvvəl tanlmışdır. Belə ki, Elxan Rasifdən lotereya biletləri götürərək, satışını həyata keçirmiş və gündəlik olaraq məvacib əldə etmişdir. X1 yanında işlədikdən sonra onuda şəhərə birlikdə işləməyə çağırmış, elə 2021-ci ildən etibarən sonuncunun poz qazan kartlarının satmışdır. O, həmin kartları Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən satış məntəqəsində həyata keçirməklə, gündəlik olaraq 30 manat pul əldə etmişdir. 10 oktyabr 2024-cü il tarixdə işdə olan zaman Elxan çay içmək üçün onun yanına gəlmiş, o, çayları götürmək üçün gedən zaman kartların olduğu əl çantasını sonuncuya vermiş, qayıdan zaman isə qardaşının həmin yerdə olmadığını, əl çantasını da özü ilə birlikdə apardığını görmüşdür. O, bir müddət Rasifə bu barədə heçnə deməmiş, təxminən 10 gün Elxanı axtardıqdan sonra tapa bilməmiş, qərara gəlmişdir ki, baş verən hadisəni Rasifə zəng edərək məlumat versin. O, baş verənləri olduğu kimi Rasifə danışaraq, üzrxahlıq etmiş və valideynlərinin köməkliyi ilə dəymiş ziyandan bir hissəsi ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 22 yanvar 2025ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə cinayət işi başlanılmış, istintaq aparılması üçün icraata qəbul edilmiş; Zərərçəkmiş şəxs maddi ziyan vurulduğundan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
2. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında” 14 iyun 2025-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir;
3. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 14 iyun 2025-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilməsi” haqqında 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;
5. “Sübutların qiymətləndirilməsi haqqında” 23 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs elan olunmuş ittiham qüvvədə saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü olaraq qiymətləndirilmişdir;
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 iyun 2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 11 24 gün islah işləri cəzasına məhkum edilmiş, 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş islah işləri cəzasını çəkməkdən azad edilmişdir;
7. "xxxx" ASC-nin 18 avqust 2025-ci il tarixli, 13294 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs İmran oğlu tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında - 1713 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir;
8. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir;
9. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək, onunla arasında barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi olmamasını, cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında - 1713 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini qeyd edərək, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.
Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb ona dəymiş ziyanı tam ödədiyindən və cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirimi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ:
Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Abusət Qasımov