Məhkəmə qərarları › İş №1(012)-979/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-979/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-979/2025 23.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1999-cu ildə Abşeron rayonu, Mehdibad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Mehdibad qəsəbəsi, Fazil İsmayılov küçəsi ev 4-də qeydiyyatda olmaqla, yaşamış barəsində həbs qətimkan tədbiri seçilən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsində “Oba” marketin qarşısında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs onun və tanışları Şahid4, Şahid5 ünvanına nalayiq sözlər işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normaları və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, ictimai yerdə küçədə ucadan nalayiq ifadələr işlədərək əsaslı səbəb olmadan kəsici deşici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs sağ bel nahiyəsinə bir ədəd, sag bud nahiyəsinə isə bir ədəd deşilmiş kəsilmiş yaralar ilə müşayiət edilən dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Bundan başqa, o, 06 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffav rəngli selofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş çəkisi 0,486 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşımış və üzərində saxlamış, onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 06 fevral 2025-ci il tarixdə saat 10:50-də Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fazil İsmayılov küçəsində saxlanılaraq, orada həmin tarixdə saat 10:50-dən 10:59-a kimi üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd şəffav rəngli selofan bükümdə çəkisi 0,486 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilmiş, zərərçəkənlə aralarında artıq barışıq olduğunu,CM-nin 234.1 maddəsi üzrə özünü bilməmiş, elan olunan cinayət əməllərinin ona aidiyyatı olmadığını, polis tərəfindən üzərinə qoyulduğunu bildirmiş,barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş, ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək bu, xüsusat üzrə ifadə verməkdən imtina edib ifadəsində göstərmişdir ki, 7 yaşından yaşadığı evin yaxınlığında olan qəbirstanlıqda qəbir daşlarının təmizlənməsində və gülləri sulayaraq, aylıq pul alıb ailəsinin dolanışığına köməklik etmiş, onunla birlikdə Kənan və Turan adlı şəxslərdə işləmiş və həmin şəxslər onun müdürü olduğu üçün həmin şəxslərlə yaxşı münasibətləri olmuş, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsində yerləşən “Oba” marketin yaxınlığından yaşadığı evə gedən zaman yol kənarında yerləşən kafedə işləyən Aygün adlı tanışı onu səsləyərək kafeyə çağırıb kafedə əyləşən Əli adlı şəxsin onu çağırdığını bildirmiş, o isə etiraz etməyib Aygünün işlətdiyi kafeyə getmiş, o kafeyə daxil olan zaman qəsəbədən çoban olaraq tanıdığı Əlinin kafedə oturacaqların birində əyləşdiyini görmüş, onunla birlikdə əyləşib söhbət edən zaman Əli ona sual verərək bildirmişdir ki, sən “Kənan və Turanın dovşanısan?” bu, söz ona pis təsir elədiyi üçün, o Əliyə iradını bildirib, həmin şəxslərin onun müdürü olduğunu ona hər hansı işi tapşırırlarsa həmin işlərini gördüyünü bildirmiş, daha sonra Əli, onun tanışları olan Kənan və Turanın ünvanına nəlayiq sözlər işlətməyə başlamış və bundan sonra onun üzərinə gələrək sifət nahiyyəsinə bir ədəd yumuruq zərbəsi vuraraq, saçından tutmuş bundan sonra kafedə olan tanımadığı şəxslər onları ayırmış o isə kafedən çölə çıxaraq çıxıb getmiş, piyada hərəkət edib, həmin küçədə yerləşən “İST Petrol”un yaxınlığına gəlmiş, orada Kənan və Turan adlı şəxsləri görüb, həmin şəxslərə baş vermiş hadisə ilə əlaqədar olaraq yəni Əlinin kafedə onların ünvanına söyüş söydüyünü və onu döydüyünü bildirmiş, bundan sonra hər üçü yəni Kənan, Turan və o, Kənanın idarə etdiyi avtomobil ilə Əlinin əyləşdiyi kafeyə gəlmiş, o avtomobildən yerə düşüb Əlini çağırmaq istəmiş, lakin həmin zaman orada olan Aygün və Teymur adlı şəxslər onu kafeyə daxil olmağa icazə verməmiş, bundan sonra Kənan və Turan, Aygün və Teymurdan Əlinin onların ünvanına söyüş söydüyünü bildirmiş, həmin zaman Aygün və Teymur, Əlinin söyüş söymədiyini bildirmiş, daha sonra o, Əlinin kafedən çölə çıxmasını istəmiş, bu zaman Aygün adlı şəxs Əlinin kafedə olmadığını ona bildirmiş, elə bu zaman Əlinin kafenin çölündə və avtomobilinin yanında olduğunu görüb, tanışları Kənan və Turan ilə birlikdə ona yaxınlaşmış, eyni sual ilə Kənan və Turan, Əliyə sual verərək onların arxasınca söyüş söyüb-söymədiyini soruşmuş, həmin zaman Əli nəlayiq sözlərlə Kənan və Turanın arxasınca söyüş söydüyünü etiraf etmiş, bundan sonra Əli ilə aralarında mühbahisə yaranmağa başlamış belə ki, ilk əvvəl Kənan yumuruq zərbəsi ataraq Əlini vurmuş, lakin həmin yumuruq zərbəsi Əliyə dəyməmiş, daha sonra Turan, Əliyə sillə vurmuş, bundan sonra Əli sağ cibindən bıçaq çıxardaraq Kənanın ayağından bıçaqla qəsdən zərbə vurmuş, daha sonra Turanın qarın nahiyyəsindən bıçaqla qəsdən vurmuş, bundan sonra o ayağı ilə Əlinin əlinə zərbə vurub bıçağı onun əlindən yerə salmış, bıçaq yerə düşəndən sonra Əlinin yerə düşən bıçağını yerdən götürüb, Əliyə onun üzərinə gəlmək istəyən zaman Əlinin böyüründən bir bıçaq zərbəsi vurmuş, oradan uzaqlaşmaq istəyən zaman isə Əli onun arxasınca gəlmiş, bundan sonra ona yaxınlaşan Əliyə kafe ilə üzbə-üz olan yolda ağacın altında ikinci bıçaq zərbəsini ayağından vuraraq ona xəsarət yetirmiş,bundan sonra Kənanın idarə etdiyi avtomobil ilə hadisə yerindən uzaqlaşaraq, xəstəxanaya getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs 06.02.205-ci il tarixdə psixotrop maddə olan metamfetaminin onun üzərindən aşkar olunmasi lə bağlı xüsusat üzrə isə ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 8 yaşından başlayaraq yaşadığı qəsəbədə heyvan saxlayaraq, saxladığı heyvanların sahiblərindən pul alaraq, dolanmış, Təqsirləndirilən şəxs isə təxminən 10 il olar ki, tanımış, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində Mehdiabad qəsəbəsi 28 May küçəsində yerləşən qeyri- rəsmi yaşadığı Aygün adlı şəxsin işlədiyi kafedə əyləşib, yemək yeyən zaman Fəridin küçədə dayanıb, onu səslədiyini görmüş, həmin zaman Fəridi əyləşdiyi kafeyə dəvət etmiş, Fərid də əyləşdiyi kafeyə gəlmiş, onunla bir masada əyləşib birikdə söhbət edən zaman Turan adlı tanışından söhbət etməyə başlamış, bu zaman o, Fəridə, “sən Turanın dovşanısan” burda olan söhbətləri ona deyirsən? demiş, bundan sonra onların arasında mübahisə yaranmağa başlamış, həmin zaman Fəridin saçından tutub sıxaraq buraxmış, daha sonra isə bir neçə dəqiqə keçmiş Fərid tanışları Kənan və Turan ilə birlikdə əyləşdiyi kafenin qarşısına gəlmiş, həmin zaman o kafedən çölə çıxmış bu, zaman Kənan və Turan ona yaxınlaşmış və Turan ona bildirmişdir ki, “sən mənə söyüş söymüsən” o, da söyüş söydüyünü etiraf etdikdən sonra aralarında əlbə-yaxa dava dalaş olmağa başladı həmin zaman özünü qorumaq üçün sağ cibində olan bıçağı çıxardıb, ilk əvvəl Kənanın sağ qıçından bir bıçaq zərbəsi ilə xəsarət yetirmiş, daha sonra isə Turanın qarın nahiyyəsindən bir bıçaq zərbəsi vurmuş, bundan sonra Fərid onun bel nahiyyəsinə bir bıçaq zərbəsi vurmuş, o yolun əks istiqamətinə keçmək istəyən zaman isə Fərid onun arxasınca gələrək sağ ayağından daha bir bıçaq zərbəsi vurmuş, bundan sonra Fərid və onu tanışları olan Turan və Kənan hadisə yerinə gələn avtomobil əyləşib, hadisə yerindən uzaqlaşmış, daha sonra onu TTY-ım avtomobili KTM-aparmışdır.Həmçinin bildirmişdir ki, xx.xx.2024-cü il tarixində saat təxminən 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsində Şahid4, Şahid5 və Təqsirləndirilən şəxs mübahisə edən zaman ona hər iki bıçaqla xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Hazrda təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayəti-tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 PB-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xx.xx.2025-ci il tarixdə Mehdiabad PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Nəzərov X9 rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olur, daxil olmuş əməliyyat məlumatı bölmənin rəhbərliyinə raportla məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə üç nəfər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra xx.xx.2025ci il tarixdə saat 10:50 radələrində Abşeron rayonu Mehdiabada qəsəbəsi Fazil İsmayılov küçəsində bir nəfər xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşmış, həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, həmin şəxsin də özünü təqdim etməyini xahiş etmiş, bundan sonra həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra həmin şəxsin üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulmuş, bundan sonra həmin şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu bildirib, həmin psixotrop maddəni özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddəni saxlanılmamışdan əvvəl Binəqədi qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə edib, üzərində saxladığını bildirmiş, daha sonra onun üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı ondan hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş, Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş büküm zərfə qoyularaq qablaşıdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunub, möhürlənmiş, həmin büküm isə ekspertiza tədqiqatına göndərilməsi üçün tərəfindən qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Abşeron RPİ-nin Mehdiabad PB-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xx.xx.2025-ci il tarixdə Mehdiabad PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Nəzərov X9 rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olur, daxil olmuş əməliyyat məlumatı bölmənin rəhbərliyinə raportla məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə üç nəfər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra xx.xx.2025-ci il tarixdə saat 10:50 radələrində Abşeron rayonu Mehdiabada qəsəbəsi Fazil İsmayılov küçəsində bir nəfər xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşmış, həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, həmin şəxsin də özünü təqdim etməyini xahiş etmiş, bundan sonra həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra həmin şəxsin üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulmuş, bundan sonra həmin şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu bildirib, həmin psixotrop maddəni özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddəni saxlanılmamışdan əvvəl Binəqədi qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə edib, üzərində saxladığını bildirmiş, daha sonra onun üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı ondan hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş, Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş büküm zərfə qoyularaq qablaşıdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunub, möhürlənmiş, həmin büküm isə ekspertiza tədqiqatına göndərilməsi üçün tərəfindən qablaşdırılaraq götürüldüyünü bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Səlimov X5 RPİ-nin Mehdiabad PB-nin CAŞ-nin əməliyyat müvəkkilləri X10 və Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, Zərərçəkmiş şəxs tanımış və onunla dostluq münasibətləri olmuşdur, o 2020-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayının 1-dək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsində yerləşən “Oba”marketin yaxınlığında olan kiçik bir kafedə işləmiş, işlədiyi müddətdə həmin kafeyə müştəriləri gəlib- getmiş, həmin kafeni hər gün səhər saat 09:00-da açıb, həmin gün saat 23:00 bağlayaraq yaşadığı evə getmiş, xx.xx.2024-cü il tarixdə səhər saat 09:00-da həmişə olduğu kimi işlədiyi iş yerinə gəlib, kafedə işləməyə başlamış, həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində tanışı və çox zaman işlədiyi kafedə müştəri olan gələn Zərərçəkmiş şəxs, işlədiyi kafeyə gəlib, əyləşmiş, həmin zaman Əli onun işlədiyi kafeyə daxil olan zaman çöldə yoldan keçən digər müştərisi olan Təqsirləndirilən şəxs görmüş, Fəridin onun işlədiyi kafeyə 60 (altmış) manat borcu olduğu üçün o, Fəridi işlədiyi kafeyə buraxmamış, Fəridin çöldə olduğunu Əli görüb ondan xahiş etmidir ki, Fəridi işlədiyi kafeyə dəvət etsin, o da gəlib Əli ilə birlikdə yemək yesin, o çölə çıxıb, Fəridi işlədiyi kafeyə dəvət etmiş və onu Əlinin çağırdığını bildirmiş, bundan sonra Fərid onun işlədiyi kafeyə daxil olub, Əlinin əyləşdiyi masada əyləşmiş, təxminən bir neçə dəqiqə sonra Əli ilə Fəridin sözlə mübahisəsinin yarandığını eşitmiş və Əli ilə Fəridin əyləşdiyi otağa daxil olmuş, həmin zaman hər ikisinin mübahisə etdiyini görüb, Fəridi işlədiyi kafedən çölə çıxardaraq oradan uzaqlaşmasını istəmiş, Fərid də kafedən çölə çıxıb getmiş, bir neçə dəqiqədən sonra Fərid tanışları Kənan və Turan ilə birlikdə yenidən onun işlədiyi kafenin qarşısına Kənanın idarə etdiyi avtomobil ilə gəlmiş, Fərid ilə gələn şəxsləri yəni Turan və Kənanı qəbistanlıqda işləyən şəxs kimi tanımış, həmin şəxslər onun işlədiyi kafenin qarşısına gələn zaman saat təxminən 22 radələri olmuş, həmin zaman Turan onu çağırmış və ondan Əlinin yerini soruşmuş, o isə Əlinin kafedə olmadığını bildirmiş və nə üçün Əlini soruşduğunu Turandan soruşmuş, Turan ona bildirmişdir ki, Əli onun ünvanına nəlayiq ifadələr işlətmişdir, o isə belə bir hadisənin olmadığını Turana bildirdikdə avtomobildə əyləşən Fərid ona bildirmişdir ki, Əli kafedə Turanın arxasınca nəlayiq söyüşlər söymüşdür, bu, zaman avtomobildə olan Kənan gəldikləri avtomobil ilə birlikdə oradan çıxıb getməyi təklif etmiş, lakin həmin zaman Əli kafenin kənarından görsənmiş elə bu zaman Fərid, Turan və Kənan avtomobildən yerə düşüb, Əliyə tərəf yaxınlaşmış həmin zaman o, kafedə olan müştərilərdən kömək istəyərək mübahisənin baş verməməsinə köməklik etmələrini xahiş etmiş, daha sonra o da Əlinin olduğu yerə yaxınlaşmış və həmin zaman yerdə qan ləkələrinin olduğunu görüb, hüşunu itirmiş, sonrakı hadisələrdən isə xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Salatın qızı ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində işlədiyi kafedə olan zaman rəfiqəsi Aygünün tanışı kimi tanıdığı Əli Seydibəyov onun işlədiyi kafeyə gələrək masada əyləşmiş və onun arxasınca müştəri kimi tanıdığı Fərid aldı şəxsdə Əlinin əyləşdiyi masada əyləşib, söhbət etməyə başlamış, bir neçə dəqiqə keçdikdən sonra Əli ilə Fəridin sözlə mübahisəsi yaranmış və həmin mübahisənin yaranmasının səbəbini bilməmiş və o, səs küyə boylanan zaman Əlinin müştəri kimi tanıdığı Fəridin saçından yapışıb, sıxaraq buraxdığını görmüş, bundan sonra içəriyə rəfiqəsi Aygün daxil olmuş və Fəridi otaqdan çıxardaraq, kafedən çölə çıxartmış, bundan sonra yəni təxminən 15 dəqiqə keçmiş Fərid yenidən onun işlədiyi kafenin qarşısına tanışları Kənan və Turan ilə birlikdə gəlmiş və bir neçə dəqiqə keçmiş Aygün kafeyə daxil olub, kafedən çöldə dava-dalaş olduğunu bildirib, kömək istəmiş və o, da çölə çıxan zaman görmüşdür ki, işlədiyi kafenin qarşısında Əli ayağından bıçaqla vurulmuş, həmin zaman rəfiqəsi Aygünün halı pisləşərək huşunu itirib yerə yıxılmış və bu, zaman o, Aygünə və daha sonra isə Əliyə ilk tibbi yardım göstərmiş, sonra isə təcili tibbi yardım və polis əməkdaşlarının hadisə yerinə gəldiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat təxminən 22 radələrində tanışı olan Kənan ilə birlikdə Abşeron rayonunda yerləşən İST petrol YDM-nin yaxınlığında olan zaman Fərid adlı tanışı onlara yaxınlaşıb bildirmişdir ki, yaşadığı qəsəbədən tanıdığı Əli adlı şəxs onların ünvanına nəlayiq söyüşlər söymüşdür, bu məsələyə aydınlıq gətirmək üçün hər üçü birlikdə Əlinin əyləşdiyi kafeyə getmiş, orada Əlini kafenin yanında görüb, tanışı Kənan, Fərid və o, Əliyə yaxınlaşmış və Kənan Əlidən, onların ünvanına nəlayiq söyüşlər söyübsöymədiyini soruşmuş, bu zaman Əli etiraf edərək, söyüş söydüyünü bildirmiş, bundan sonra Əli ilə aralarında mübahisə yaranmış, sonra qaranlıq olduğundan Kənanın eləcə də özünün və Əlinin necə bıçaq xəsarətləri almasını görə bilməmiş, bir necə dəqiqə keçdikdən sonra hadisə yerindən Kənanın idarə etdiyi avtomobil ilə tanışları Kənan və Fərid ilə birlikdə uzaqlaşmış, avtomobildə olan zaman Fərid ona bildirmişdir ki, Əlini bıçaqla vuraraq ona xəsarət yetirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində tanışı olan və bir qəsəbədə yaşadığı Fərid adlı şəxs ona və Turana yaxınlaşıb, bildirmişdir ki, bir qəsəbədə yaşayan Əli adlı şəxs Turanın və onun ünvanına nalayiq söyüşlər söymüşdür, buna görə o, uşaqlıq dostu olan Turan ilə birlikdə idarə etdiyi avtomobil ilə Əlinin əyələşdiyi kafeyə getmiş, bu zaman Əlini kafenin yanında görmüş, o Əliyə sual verib nə üçün onların ünvanına nəlayiq söyüşlər söyüb söymədiyini soruşmuş, həmin zaman Əli etiraf edərək söyüş söydüyünü bildirmiş, bundan sonra onların aralarında mübahisə yaranmağa başlamış, mübahisə zamanı ilk olaraq Əli onun ayaq nahiyyəsinə bıçaqla xəsarət yetirmiş, həmin zaman o, ayağından yaralanmış bunun üçün kəmərini çıxarıb, ayağını bağlamış və qanın axmasının qarşısını almış, bundan sonra kimin necə xəsarət almasından xəbəri olmamış, belə ki, ayağının bud hissəsindən xəsarət aldığı üçün qan çox axmış, səs küy yaranmış və bir neçə dəqiqə sonra Turana yaxınlaşıb ayağından vurulduğunu ona bildirmiş, həmin zaman Turanda ona xəsarət aldığını bıçaqla vurulduğunu bildirmiş, bundan sonra hər üçü yəni Turan, Fərid və o, idarə etdiyi avtomobil ilə xəstəxanaya getdiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 4-5 il olar ki, Zərərçəkmiş şəxs tanımış onunla qəsəbə sakini kimi münasibəti olmuş, belə ki, ev təmirində fəhlə kimi ona köməklik etdiyi üçün Əli ilə tanışlığı olmuş, xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən adı olmayan kafeyə gedib, yemək yemiş və spirtli içki qəbul etmiş, o kafedə olan zaman Əlinində kafedə olduğunu görmüş, Əli kafedə onun əyləşdiyi masanın yanında əyləşmiş və bir neçə dəqiqə keçdikdən sonra qəsəbədən tanıdığı Təqsirləndirilən şəxs da Əlinin yanına gəlib, Əlinin əyləşdiyi masada əyləşmiş, bir neçə dəqiqə keçdikdən sonra Əlinin, tanışı Fərid ilə sözlə mübahisəsi başlamış və həmin zaman Əli, Fəridin saçından tutub sıxıb, buraxmış, bundan sonra Fərid çölə çıxıb getmiş, bir neçə dəqiqə sonra kafedə işləyən Aygün adlı qadın kafeyə daxil olub, bildirmişdir ki, kafenin qarşısında dava-dalaş var köməklik etmək lazımdı, həmin zaman o, həmçinin onunla birlikdə kafedə olan müştərilər çölə çıxmış, o, çölə çıxanda Əlinin kafenin yanında xəsarət alaraq dəmir borunun üzərində əyləşdiyini görmüş, bundan sonra o, Əliyə köməkilik edib, onu əyləşdiyi kafeyə gətirmiş və ona ilk tibbi yardım göstərmiş, daha sonra hadisə yerinə TTY-ım avtomobili və polis əməkdaşları gəlib, Əlini TTY-ım avtomobili ilə xəstəxanaya aparıldığını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2024-ci il tarixində saat təxminən 22 radələrində Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən kafedə işləyən rəfiqəsi Arzunu görmək üçün onun işlədiyi kafeyə getmiş, həmin zaman küçədə bir qrup şəxsin bir-biri ilə mübahisə etdiyini eşitmiş və onların nəyə görə mübahisə etdiklərini və kimin xəsarət almasından isə xəbərinin olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat təxminən 15 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən adını bilmədiyi kafeyə dostu Mariflə ilə birlikdə yemək yeməyə getmiş, bir neçə saat sonra orada əyləşib, spirtli içki qəbul etmiş və sprtili içkinin təsirindən sərxoş olmuş, daha sonra orda olan hadisələrdən yalnız Aygünün kafedə olan şəxsləri çölə çıxardıb, çöldə olan dava-dalaş olduğunu bildirməsi və eləcədə bir qrup şəxsin dava-dalaş etməsini xatırladığını, həmin zaman isə mobil telefonunu itirdiyini,qalan hadisələrdən isə xəbərinin olmadığını, kimin xəsarət alması və eləcədə kimin kimə xəsarət yetiməsini xatırlamadğını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə-dindirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha göstərərək təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə-dindirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha göstərərək təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə-dindirmə zamanı X10 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha göstərərək təsdiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha göstərərək təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə-dindirmə zamanı Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha göstərərək təsdiq etmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş şəxsin üzərinin yoxlanmasına dair protokoldan görünür ki, xx.xx.1999-cu ildə Abşeron rayonu, Mehdibad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Mehdibad qəsəbəsi, Fazil İsmayılov ev 4 qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:50-də Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayıb daşımaqda şübhəli bilinərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fazil İsmayılov küçəsində polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetaminə oxşar kütləni polis əməkdaşlarına təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetaminə oxşar kütlə polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd boş zərfə qablaşdırılaraq zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümündə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini Bakı şəhəri, Binəqədi rayonunda, tanımadığı şəxsdən 10 manat müqabilində öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bilirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:50-də Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib, saxlayıb, daşımaqda şübhəli bilinərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi Fazil İsmayılov küçəsində saxlanıb üzərində yoxlama aparılması özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilən zamanda öz təsdiqini tapmışdır. Belə ki, həmin diskə məhkəmədə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Abşeron rayonu, Fazil İsmayılov küçəsində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları mülki geyimdə olan bir nəfər kişi cinsli şəxsə yaxınlaşıb, saxlayır, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirir, saxlanılan şəxs də özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirir,daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayıb daşımaqda şübhəli olduğunu bildirirək, onun üzərində videoçəklişlə yoxlama aparılacağı izah olunur, Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri, eləcə də saxlanıldığı andan müdafiəçiyə malik olmaq hüququ izah olunur. Ona təklif olunur ki, üzərində narkotik vasitə, psixotrop maddə, eləcədə əldə edilib saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir əşya, alət, vasitə və ya predmet varsa təqdim etsin. Bu, təklifdən sonra Təqsirləndirilən şəxs əyinində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetaminə oxşar kütləni polis əməkdaşlarına təqdim edir, təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümündə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini saxlanılmamışdan əvvəl 1 gün əvvəl xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bilirir, onun təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümündə olan maddə polis əməkdaşları tərəfindən götürülür, bir ədəd boş zərfə qablaşdırılaraq zərf möhürlənir, möhürlənmiş zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 6/548 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №236» dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs...; 1 “imza”(ad soyad oxunmur) 2. “imza” İ.Mirzəyev; 3.“imza” Şahid2 “imza A.Allahverdiyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,486 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,486 qram, tədqiqata sərf edilmişdir-0,050 qram, qalıq 0,436 qramdır. İş üzrə təyin edilmiş ambulator məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X3 tərfindən verilmiş xx.xx.2025-ci il tarixli 1858 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psxiostimuliyatorların qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindromu (nakomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F15.2” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 292 nömrəli ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 10 nömrəli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-sağ bel nahiyyəsinin 1(bir) ədəd və sağ bud nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları –iti alətin (lərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ayrı-ayrılıqda, eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkənlərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun özünü qismən təqsirli bilməsi iş materialları ilə təkzib olunur və özünümüdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1 və 221.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Nəzərov X9 rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Sumqayıt Probasiya Şöbəsinin arayışından görünür ki, 06 fevral 2025-ci il tarixə Təqsirləndirilən şəxs qeyd edilən məhkəmə hökmü üzrə cəzasının çəkilmiş hissəsi 01il 05 ay,14 gün, cəzasının çəkilməmiş hissəsi isə 02 ay 20 gün təşkil edir. Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 08 fevral 2025-ci il tarixdə Abşeron rayon məhkəməsinə təqdimatla ilə müraciət etmiş, lakin Abşeron rayon məhkəməsinin hakimi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ilə bağlı verilmiş olan təqdimat təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində müstəntiq Rəşad Cəfərov tərəfindən “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.” Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün tərəfimdən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon prokruroluğuna tərəfimdən vəsatətlə müraciət edilmiş, həmin vəsatət təmin edilərək Abşeron rayon prokuroru tərəfindən Abşeron rayon məhkəməsinə təqdimatla müraciət olunmuş, lakin həmin təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir.Abşeron rayon prokurorunun protestinə Sumqayıt Apeliyasiya məhkəməsində baxılmış, həmin tarixdə yəni xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində iki ay yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində istintaq zamanı 04 gün tutma olmuşdur. Barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar xx.xx.2025-ci il tarixdən həbsdədir və həbs qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Burada məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri ilə baglı xx.xx.2025-ci il tarixdən həbsdə olduğundan həmin günədək barəsində Abşeron rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi isə 17 fevral 2025-ci il tarixinə 02 ay 09 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 59-cu əsasən təqsirləndirilən şəxsin yüngülləşdirici hal zərərçəkənlə barışıq olmasıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə Təqsirləndirilən şəxs məsuliyyətin ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halı, ağırlaşdıran və halın olmamasını, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi isə 17 fevral 2025-ci il tarixinə 02 ay 09 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 ay 09 günü , 01 ay 04 gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesab edilməklə CM-nin 67.1 maddəsinə əsasən həmin müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti azadıqdan məhrum etmə cəzası təyin edilməlidır. Məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasından tutulduğu 04 gün çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 17 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertizadan sonra 0,436 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə üzərində yoxlama aparılması zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquzz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplansın və ona qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 ay 09 günü , 01 ay 04 gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesab edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən həmin 01 ay 04 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, ona qəti 02 (iki)il 07(yeddi) ay azadıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 gün təyin edilmiş cəzadan çıxılsın, üzərində 02 (iki) il 06(altı) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertizadan sonra 0,436 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə üzərində yoxlama aparılması zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat hüquqi yardıma görə ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ona ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar