Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-98/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi İlqar İslamzadənin iştirakı ilə, xx xxxx 1974-cii ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, AR-nın vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi ev 30-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talayaraq soyğunçuluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədi ilə 09 iyun 2022-ci il tarixdə, saat 10:30 radələrində Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən 1A saylı evin qarşısında piyada gedən Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun əlindəki 5 manat dəyərində pul kisəsini içərisində olan 70 manat pul, 600 manat dəyərində “Samsung Galaxy A3” markalı, **********44119. **********44117 imey kodlu mobil telefonu üstündəki 10 manat dəyərində ***-***-**-** nömrə kartı ilə birlikdə dartmaqla ələ keçirib açıq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 685 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində gözstərmişdir ki. anket məlumatlarında qeyd etdiyi ünvanda tək yaşayır, ailə qurmamış, hər iki valideyinləri vəfat etmişdir. O, Bakı şəhərində anadan olmuş və orta məktəbin bölməsində təhsil almış, anadan olandan hazırkı müddətədək Azərbaycanda yaşadığı üçün azərbaycan dilində sərbəst danışa bilir və həmin dildə başa düşür. Latın əlifbası ilə yazılan mətnləri oxuya bilir. Maddi vəziyyəti yaxşı olmamış, özü də fəhləlik edirmiş. 09 iyun 2022-ci il tarixdə, saat təxminən 09:30 radələrində Xırdalan şəhəri 27-ci məhəllədə piyada gedən zaman bir qadının hər iki əlində sellofan torba tutub getdiyini və onun bir əlində pul qabının olduğunu görüb həmin pul qabını ələ keçirmək üçün qadının yanından keçib qarşıdan geri qayıdaraq qadının sol əlindəki pul qabını tutub dartaraq götürüb həmin ərazidən qaçıb uzaqlaşmışdır.O, pul qabını götürüb qaçandan sonra həmin qadın arxasınca qışqırmış, lakin o. oradan uzaqlaşıb getmişdir. Həmin ərazidən gedəndən sonra pul qabının içərisinə baxıb orada olan 70 manat pulu götürüb, pul qabını və pul qabının içərisində olan Samsung A3 markalı mobil telefonu da həmin ərazidə olan zibil yeşiyinə atmışdır. Ələ keçirdiyi pulu da özünə xərcləmişdir.Qeyd etmişdir ki. həmin qadını əvvəllər tanımamış, bundan başqa da heç bir cinayət törətməmişdir. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 09 iyun 2022-ci il tarixdə, səhər təxminən saat 09 radələrində Xırdalan şəhərində olan təzə bazara meyvə tərəvəz almağa getmiş, o, bazarda lazım olan əşyaları alandan sonra hər iki əlində sellofan torba piyada evə gedirmiş. Təxminən saat 09:40 radələri olmuş, Xırdalan şəhəri 27-ci məhəllədə 1A saylı evin yanından keçəndə qarşıdan gələn bir nəfər şəxs yanından keçəndə sol əlində olan pul qabını əli ilə tutub dartaraq götürüb oradan qaçmışdır.O. qorxmuş və qaşqırmış artıq həmin şəxs qaçıb getmişdir. Həmin şəxs onun 5 manat dəyərində pul qabını, içərisində olan 70 manat pul, 600 manat dəyərində “Samsung Galaxy A3” markalı **********44119. **********44117 imey kodlıı mobil telefonu ilə birlikdə əlindən alıb qaçmışdır. Telefonunun üstündə 10 manat dəyərində ***-***-**-** nömrə olmuşdur.Ondan sonra o, evə getmiş və qızı Aynura bu barədə demiş, ondan sonra DİN-in 102 xidmətinə məlumat vermişlər. 10 iyun 2022-ci il tarixdə onun öi mobil telefonuna qızı Aynura zəng etmiş və azyaşlı oğlan onun telefonunu küçədə tapdığını devərqk telefonu gətirib kürəkəni Emilə vermişdir.Qeyd etmişdir ki. həmin şəxs təxminən 45-50 yaşlı, boyu təxminən 180 sm. arıq və sarışın adam olmuş, əynində göy çins şalvar və uzunqol damadama köynək, başında vav papağı olmuşdur. Həmin şəxsin başqa əlamətlərini xatırlamır, həmin şəxsi ilk dəfə görmüş, bundan sonra həmin şəxsi görsə tanıyacaqdır.Qeyd etmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində telefonun dəyərinin 100 manat göstərilməsi ilə razı deyil, telefonun dəyərinin 600 manatdır. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qaynanasıdır. 09 iyun 2022-ci il tarixdə, səhər təxminən saat 09 radələrində qaynanası Nazilə Xırdalan şəhərində olan təzə bazara meyvə tərəvəz almağa getmişdir. Qaynanası Nazilə bazardan evə gələndə Xırdalan şəhəri 27-ci məhəllədə İA saylı evin qarşısından keçəndə naməlum şəxs onun yanından keçəndə əlində olan pul qabını əli ilə tutub dartaraq götürüb oradan qaçmışd r. Həmin şəxs qaynanasmın 5 manat dəyərində pul qabını, içərisində olan 70 manat pul, 600 manat dəyərində “Samsung Galaxy A3” markalı, **********44119, **********44117 imey kodlu moəil telefonu ilə birlikdə əlindən alıb qaçmışdır. 10 iyun 2022ci il tarixdə qaynanasmın mobil telefonuna zəng etmişlər, telefonda danışan bir azyaşı uşaq onlarla danışaraq telefonu Xırdalar şəhəri 27-ci məhəllənin ərazisində tapdığını bildirmişdir.O, həmin azyaşlı uşaq ilə danışıb görüşərək qaynanasına məxsus mobil telefonu götürüb gətirib qaynanasına vermişdir. Qeyd etmişdir ki, həmin azyaşlı oğlanın şəxsiyyətini və telefon nömrəsini heç soruşmamış, elə qaynanasmın mobil telefonu ilə həmin azyaşlı oğlan ilə danışıb görüşüb telefonu ondan götürmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşiinaslıq ekspertizasının 01 avqust 2022-ci il tarixli, 9/4803 saylı ekspert rəyində göstərilmişdir ki. ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd ağ rəngli. “Samsung” markalı “A3” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 100 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 17 iyun 2022-ci tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci ********* saylı cinayət işi 26 may 2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinə göndərilmişdir.Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməklə qəti olaraq 03 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd "Samsung Galaxy A3" markalı, **********44119, **********44117 imey kodlu mobil telefon, üstündə olan ***-***-**-** nömrə ilə birlikdə götürülmüşdür. İş üzrə bir ədəd “Samsung Galaxy A3” markalı **********44119, **********44117 imey kodlu mobil telefon və ***-***-**-** nömrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş üzrə 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 13 iyun 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. İş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru təqdimatla Abşeron rayon məhkəməsinə müraciət etmiş, lakin Abşeron rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirin seçilməsindən imtina etməsi barədə qərar qəbul etdiyindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi zərurəti yaranmış, lakin Təqsirləndirilən şəxs istintaq şöbəsinə gətirilməsi üçün bir sıra tədbirlərin götürülməsinə baxmayaraq onun istintaq şöbəsinə gətirilməsini təmin etmək mümkün olmamış və o, istintaqdan gizləndiyinə görə 11 avqust 2022-ci il tarixdə barəsində axtarış elan edilərək, həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CMPnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş üzrə Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə könüllü olaraq istintaq şöbəsinə gəldiyi üçün həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə, onun şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınmaqla, qəti olaraq 03 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı İstintaq Təcridxanasından məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən cəza müddəti xx.xx.2023-cü il tarixdə qurtardığına görə həbsdən azad edilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmə istintaqından yayındığından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqa ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut bir ədəd “Samsung Galaxy A3” markalı **********44119, **********44117 imei kodlu mobil telefon və ***-***-**-** nömrənin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməldiri. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd “Samsung Galaxy A3” markalı **********44119, **********44117 imei kodlu mobil telefon və ***-***-**-** nömrənin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqında zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-98/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-98/2023
08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver