Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-980/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 iştirakı ilə, X17 və X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4, X17 və X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, X17 və onun anası X10 böhtanla, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan güya o, həyat yoldaşı ilə rəsmi nikahda olduğu dövrdə ərindən gizli formada başqa şəxslə ər-arvad kimi yaşadığına dair məlumatları internet informasiya ehtiyatında onun qardaşına, keçmiş həyat yoldaşının əmisi oğluna və tanışlarına yaydıqlarına görə ailəsi dağıldı, əri ondan boşanıb və qohumlarının və tanışlarının arasında ona qarşı nifrət hissləri yaratdığına görə hesab edir ki, X17 və onun anası X10 AR-sı CM-nin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətdə təqsirli bilinərək həmin maddələrin sanksiyasında Məhkəmə tərəfindən cəza təyin olunmalıdır. Belə ki, Cəfərov Elmin və Cəfərova Məlahət onlara məxsus ( 070) 250 99 33, (070) *** ** ** nömrəli telefon internet informasiya ehtiyatında olan Vatsap vasitəsilə güya mən ərimdən gizli formada başqa şəxslə yaşadığımı və bu barədə fotoşəkillər olduğunu, yalan məlumatları ona, tanışı X7ma ( ş/v: AA16293915; Tel: (051)737 67 69) tanışı X2 ( ş/v: AA16293913: tel: ( 051) 737-67-69) və qardaşı X11 (ş/v: AA2952790: Tel: (051) 65947-67) mütəmadi olaraq yaymaqla onun şərəf və ləyaqətinə toxunmaqla işgüzar fəaliyyətinə də maneəçilik törədilmişdir. Qeyd etmək istərdi ki, Elmin və Məlahət Cəfərovlar tərəfindən yaydıqları yalan məlumatların ucbatından dəfələrlə özünə qəsd edib ölməyini də nəzərdə tutmuşdur. Hesab edir ki, qeyd edilən qanunsuz hallara qarşı barələrində şikayət verilmiş şəxslər onun ərindən gizli başqa şəxslərlə yaşamağı barədə məlumatları yaydıqlarına görə şəxslər barəsində CM-in 147 və 148-ci maddələri ilə cəza təyin edilməlidir.Yalan məlumatlar Elmin və Məlahət Cəfərovlar yaşadıqları ünvan 1 ünvanından yaydıqlarına görə,hadisə baş verdiyi əraziyə görə Abşeron Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır. Ərizədə göstərilən cinayətlərin törədilmə halları şahidlər X5,X13 və X6 məhkəmədə öz ifadələri ilə təsdiqləyəcəklər, həm də ərizəyə əlavə edilmiş fleş-karta çıxarılmış səs yazmalarında da cinayətin törədilmə halları təsdiqlənir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X17 izahatında xüsusi ittiham qaydasında şikayəti qəbul etmədiyini, belə ki, Mehriban Məmmədova barəsində hər hansı məlumat yaymadığını və baş verənlərin onunla hər hansı bir əlaqəsi olmadığını bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 lazimi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, qanunvericliyin qeyd edilən normalarının tələbinə və mənasına görə hər hansı şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsi ittiham tərəfinin üzərinə düşür, irəli sürülmüş xüsusi ittiham isə hələ gələcəkdə sübut olunubolunmamasından asılı olmayaraq icraata qəbul edilib baxılması üçün ilk öncə müvafiq sübutlarla əhatə olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs baş vermiş cinayət hadisəsinin dəqiq vaxtını qeyd etməmiş, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) dəqiq qeyd edilməmiş, eyni zamanda xüsusi ittiham qaydasında şikayət verən şəxs barələrində şikayət verilmiş şəxslərin CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, maddənin məhz hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barələrində şikayət verilmiş şəxslərin əməllərində məhz hansı maddənin dispozisiya əlamətlərinə uyğun olan halların olduğu dəqiq qeyd edilməmişdir. Həmçinin məhkəmə hərəkətlərindən şikayət edilən şəxsin əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 12-cı bəndində məhkəmələrə izah edilir ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məlumatların whatsapp vasitəsi ilə yayıldığını bildirmişdir, qanunvericiliyin tələbinə görə Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Bakı şəhəri,Nəsimi rayonunda qeydiyyatdadırlar. Həmin şəxslərin Abşeron rayonunda yaşamaları barədə müvafiq sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, CPM-in 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir, belə ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X17 və X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-980/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-980/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver