Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-981/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış massivində yerləşən fərdi evdə yaşayan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-125/2025 saylı, 30 iyun 2025-ci il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs "xxxx" ASC-yə online işçi kimi işə düəzldəcəyinə söz verib aldadaraq bu niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında yerləşən “Ap-Hamam” adlı gözəllik salonunda verdiyi 250 manat, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanından ona məxsus “X3” aid **********716301 “Bolkart” hesabına göndərdiyi 250 manat, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 3 ünvanından ona məxsus “X3” aid **********716301 “Bolkart” hesabına göndərdiyi 100 manat, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanından ona məxsus “X3” aid **********716301 “Bolkart” hesabına göndərdiyi 575 manat, olmaqla ümumilikdə 1175 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamla razı deyildir. Zərərçəkmiş şəxs ilə biyerdə işləmiş Ülkəri oradan tanımışdır. 5-6 gün olardı ki, onunla işləyirdi özü xəstə olduğu üçün o, Zərərçəkmiş şəxs müalicəsi üçün pul almışdır. Ülkər özü də bunu bilirdi. Daha sonra o, ailəsi ilə kirayədə yaşadığı və kirayə pulunu vermədiyi üçün ev sahibi onun oğlanlarını evdən çıxarmışdır. O da kirayə pulunu vermək məqsədi ilə Ülkər Allahverdiyadan ona pul atmasını xahiş etmişdir. Belə ki, o özü işləmək üçün “tap.az” saytına elan qoymuşdur və göndərmişdir. "xxxx"-dan ona zəng vuraraq əgər uyğundursa xadimə işində işləməyi təklif etmişdirlər. Həmin ərəfələr də Ülkər ona dövlət işində işləmək istədiyini bildirmişdir. O, "xxxx"-dan ona zəng vurulduğunu bildirmiş, özünün xəstəliyi olduğu üçün dövlət işində işləməyinin mümkün olmayacağını bildirərək həmin işdə işləməyi Zərərçəkmiş şəxsva təklif etmişdir. Ülkər də ona şəxsiyyət vəsiqəsinin kopyasını verərək işə götürülüb-götürülə bilməyəcəyini maraqlanmasını bildirmişdir. O, da Ülkərin şəxsiyyət vəsiqəsini bankın filialında yoxlamış və ona işləyə biləcəyi bildirilmişdir. Lakin daha sonra Ülkər işdən imtina etmişdir. Ülkərdən cəmi 575 manat pul almışdır. Ülkər ona pulu verən zaman "xxxx"-dan ona iş təklifi gəlməmiş, pulu Ülkərdən müalicə məqsədi ilə aldıqdan sonra gəlmişdir. Bundan başqa 16 iyun 2025-ci il tarixdə o xəstəxanada olan zaman polis əməkdaşları onu Abşeron RPİ-nin MSY-nə gətirmişdirlər. Burada xəstəliyi ilə bağlı qala bilmədiyi üçün onu bir müddət açıq havaya çıxarılmasını xahiş etmiş, lakin icazə verməmişdirlər. Daha sonra ona sənədlər gətirmişdirlər və o da hamısını oxumadan imzalamışdır. Çünki həmin yerdə qala bilmirdi və dərmanları ata bilmirdi. Ayın 16-ı ordan buraxılmışdır. Ülkərə pulu qaytarmaq istəmiş lakin ona zəng çatmamışdır. O da polis idarəsinə gələrək vəziyyəti müstəntiqə bildirmişdir. Müstəntiq onun gətirdiyi 300 manatı ondan alaraq özünün Ülkəri tapıb verəcəyini bildirmişdir. Daha sonra isə o Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs olunmuş, bir müddət xəstəxanada yatmışdır və həmin pulun aqibətindən xəbəri olmamışdır. Sonda o, Ülkərdən işə düzəltmək adı ilə pul almadığını, həmin pulu müalicəsi üçün aldığını, məbləğin düz qeyd edilmədiyini, ümumiyyətlə onun "xxxx"-da işə düzəldən tanışı olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən onu vurulmuş zərərin ödənilmədiyini, ondan şikayətçi olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Türkiyə Respublikasına gedəcəyi məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.Zərərçəkmiş şəxs barəsində məcburi gətirilmə qərarı verilmiş, lakin zərərçəkmiş şəxs Türkiyədə olduğu üçün icra edilə bilməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, , ünvan 3 ünvanında yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs iki ay bundan əvvəl Lara adı ilə tamımışdır. Leyla ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrosu yaxınlığında gözəllik salonunda 10 gün bir yerdə işləmişləmişlər. Həmin vaxt Lara ona bildirmişdir ki, “o, Kapital Bankda online işləyir və məni də ora reseption düzəldə bilər”. Lara bildirmişdir ki, “1700 məvacib alacam və məni banka bir ay müddətinə işə düzəldəcək”. O, Lara ilə razılaşmış və ona inanaraq xx.xx.2025-ci il tarixdə işlədiyi gözəllik salonunda 250 manat pul vermişdir. Aradan 4-5 gün keçdikdən sonra Lara onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq müxtəlif sənədlərin lazım olduğunu deyərək ona əlavə pul istəmişdir. O da Laranın ona göndərdiyi “X3” aid **********716301 “Bolkart” hesabına xx.xx.2025-ci il tarixdə yaşadığı evdən istifadəsində olan telefonundakı “Unibank” mobil tədbiq vasitəsi ilə 250 manat, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə “X3” aid **********716301 “Bolkart” hesabına iki dəfəyə 100 manat, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə yaşadığı evdə Laranın ona verdiyi “X3” aid **********716301 “Bolkart” hesabına 575 manat pul göndərməklə ümumilikdə 1175 manat pul göndərmişdir. O, işin düzəlmədiyini görüb Laraya zəng edib pulunu geri istədikdə Lara müxtəlif bəhanələr gətirərək onun verdiyi pulları qaytarmaqdan boyun qaçırmışdır. Bildirmişdir ki, O, Lara kimi tanıdığı Təqsirləndirilən şəxs ümumilikdə 1175 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış massivində yerləşən fərdi evdə anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun anasıdır. ***-***-**-** nar mobil telefon nömrəsi onun adına olsada hazırda həmin nömrəni anası Təqsirləndirilən şəxs işlədir. ***- ***-**-** nar mobil telefon nömrəsi onun adına olsada həmin nömrəni anası Təqsirləndirilən şəxs işlətməsinə baxmayaraq anasının kiminlə danışmasından hər hansı iş görməsindən xəbəri olmamışdır. 16 iyun 2025-ci il tarixdə onları Abşeron Rayon Polis İdarəsinə çağırmışlar və burada anası Təqsirləndirilən şəxs dələduzluq etməsi ona bildirilmiş, lakin hadisədən məlumatı olmamış, heçnəyin şahidi olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Zərərçəkmiş şəxs kimi tanınmaq barədə” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması ilə barədə” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi haqqında” 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs verdiyi pulların qəbzləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri sübut növü kimi qiymətləndirilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-125/2025 saylı, 30 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxış iclasında verdiyi ifadəsi bağlı xüsusatları müqayisə edərək hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs işə düzəltmək məqsədi ilə pul almadığını, ondan müalicəsi üçün cəmi 575 manat pul aldığını bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarında olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus kart hesablarına hissə-hissə olmaqla 925 manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində(ilkin və müdafiəçi ilə verilmiş ifadələrində) zərərçəkmiş şəxsdən pulu işə düzəltmək məqsədi ilə aldığını bildirmişdir. Bu ifadələr müdafiəçinin iştirakı ilə alınmışdır. Təqsirləndirilən şəxs xəstə olduğu üçün etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə bu hala ağlabatan və məntiqli açıqlama kimi yanaşmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə ifadəsini dəyişdirmişdir. Gösərilənlər onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar əsassızdır və heç bir sübutla öz təsdiqini tapmır. Odur ki, məhkəmə mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs əməlində dələduzluq niyyətinin olmaması qənaətinə gələ bilməz. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə heç bir həftə biyerdə işləməmişdir. Göründüyü kimi də şəxsin 5-6 gün içində tanıdığı başqa bir şəxsə borca pul verməsi,onun kirayə haqqına köməklik etməsi də “ağlabatan” deyildir. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs ilk şikayətindən daha sonrakı ifadələrinə qədər hər birində təqsirləndirilən şəxsin ondan pulu işə düzəltmək məqsədi ilə aldığını bildirir. Zərərçəkmiş şəxsin ilkin şikayətindəki məbləğlə daha sonrakı məbləğ arasındakı fərq isə pulun göndərilməsini təsdiq edən qəbzlərdə hissə-hissə ödəniş olunması daha sonra məbləği dəqiqləşdirərək ifadəsində də bunu bildirməsi müəyyən edilir. Bir sözlə təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuşdur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslə barışıq əldə olunmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-125/2025 saylı, 30 iyun 2025-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir.Göründüyü kimi Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətlənirilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsininşərh edilməsinə dair” 22 fevral 2012-ci iltarixli qərarında göstərilmişdir ki,cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və onun hazırki cinayət işi üzrə ittiham olunduğu əməlinin Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-125/2025 saylı, 30 iyun 2025-ci il tarixli hökmü qanuni qüvvəsini almamışdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günədördgün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona cinayətlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 125/2025 saylı, 30 iyun 2025-ci il tarixli ilə müəyyən edilmiş 30 iyun 2025-ci il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs verdiyi pulların qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 220 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-125/2025 saylı, 30 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu 01 (bir) gün və məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-125/2025 saylı, 30 iyun 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 30 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın,həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu vaxtdan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-981/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-981/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver