Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-983/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X14 Ənvər qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:30 radələrində BB 312155 seriya nömrəli “Bİ, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi «KİA CEED» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad- Sabunçu yolu ilə Sabunçu rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman “X16” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib yolun Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsində yerləşən “Nicat” adlı marketin qarşısından keçən hissəsində yolun sağ tərəfində dayanmış piyada X6 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə, ehtiyyatsızlıqdan sonuncunun baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, daxili qanaxma, hər iki ağciyər köklərinə və sol ağciyərin aşağı payına travmatik qansızmalar, sol bazu və sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları, oma, sol qalça, hər iki aşıq, sol bud sümüklərinin qapalı yerdəyişən sınıqları kimi sağlamlığa ağır zərər vurulmasına və baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, X11 ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 40 ildən çoxdur ki, avtomobil idarə edir. Avtomobil idarə etmək üçün “Bİ, B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təxminən 4 il olar ki, özünə məxsus “Kia Ceed” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı tünd boz metallik rəngli avtomobili etibarnamə əsasında həmin sürücülük vəsiqəsi ilə idarə edərək fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. Bildirmişdir ki, 08 mart 2024-cü 11 tarixdə, saat 06:30 radələrində Zabrat qəsəbəsindən üç nəfər sərnişin müştərini götürüb həmin şəxsləri Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsinə çatmamış düşürdərək geriyə Zabrat qəsəbəsinə qayıtmaq üçün Mehdiabad- Digah yolu ilə hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və bir zolaqlı olmuşdur. Həmin vaxtı ondan başqa avtomobildə heç bir sərnişin və ya ağır yük olmamışdır. O, avtomobili 50-60 km/saat surətlə idarə edib Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsində yerləşən “Nicat” adlı marketin qarşısından keçən zaman hava qaranlıq olduğundan yolun kənarında onun hərəkət istiqaməti ilə yolun sağ tərəfində möhkəm taqqıltı səsi eşitmiş, zərbənin təsirindən nəyinsə avtomobilin qabaq alın şüşəsinə dəyərək yerə yıxıldığını hiss etmişdir. Həmin vaxt qorxduğu üçün özünü itirdiyindən və hadisənin şokunda olduğundan əvvəl nəyin baş verdiyini anlamdığından bir neçə metr avtomobilini qabağa sürüb, daha sonra geriyə dönüb bir nəfər yerə uzanmış şəxsin başının üstündə 2-3 nəfər şəxsin toplaşdığını görmüşdür. Həmin şəxslərdən biri artıq DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş yol-nəqliyyat hadisi ilə bağlı məlumat verdiyini demişdir.Piyada adı sonradan ona məlum olan Yusif Qurbanova tibbi yardım göstərilməsi üçün küçədə olan tanımadığı şəxslərin köməkliyi ilə öz avtomobilinə əyləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Sabunçu Xəstəxanasına aparmışdır. Xəstəxanada həmin şəxsin ayağının və qolunun bir neçə yerdən sındığı müəyyən olunduğundan dərhal əməliyyata götürülmüşdür. O, xəstəxanada olduğu vaxtı Abşeron RPİ-nin əməkdaşları ora gələrək zəruri sənədləşdirmə işləri aparmışlar. Hadisə anında hava qaranlıq, yağmursuz, çiskinli, yol örtüyü isə asfalt-beton olmaqla quru olmuşdur. Yusif Qurbanov xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Sabunçu Xəstəxanasında ölmüşdür. Hadisədən sonra zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Onlara dəyən zərəri ödəmişdir və aralarında 5 illik ayda 300 manat olmaqla ödəyəcəyi barədə razılığa da gəlmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. 1976-cı il təvəllüdlü X8 onun kiçik qardaşı olmaqla onun himayəsində yaşamışdır. Qardaşı Yusif subay olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 06:30 radələrində qardaşı Yusif Abşeron rayonu, Digah qəsəbəsində yerləşən “Nicat” adlı marketin qarşısında yolun sağında dayanan zaman həmin yolda hərəkətdə olan «KİA CEED» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Yusifi vurmuş və qardaşını Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Xəstəxanasına aparmışdır. Orda həkimlər tərəfindən müalicə aparılmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə qardaşı Yusif Qurbanov aldığı bədən xəsarətlərindən Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Xəstəxanasında ölmüşdür. Bu barədə ona bildirdikərdn sonra o, xəstəxanaya gələrək qardaşı Yusif Qurbanovu götürüb aparıb Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd qəbristanlığında dəfn etmişdir. Hadisə barədə göstərdikləri bunlardan ibarətdir. Qeyd etmişdir ki, həmin sürücü Təqsirləndirilən şəxsdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 62 nömrəli rəyinə əsasən X5 meyitində baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, daxili qanaxma, hər iki ağciyər köklərinə və sol ağciyərin aşağı payına travmatik qansızmalar, sol bazu və sol baldur sümüklərin açıq yerdəyişən sınıqları, oma, sol qalça, hər iki qasıq, sol bud sümüklərinin qapalı, yerdəyişən sınıqları. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan saölamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin xx.xx.2024-cü il tarixdə X8 yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür. X1 ölümünə səbəb baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi olmuşdur. X5 ölümü X3 və Ortopediya İnstitutunda xx.xx.2024-cü il tarixdə saat 09:45-də baş veürmişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunur. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu tərəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlat aşkar edilməmişdir. -İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/877 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Kia Ceed markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -İş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi Kia Ceed markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli 59/1-363564 nömrəli arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlıdır) BB 312155 nömrəli «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququndan məhrum edilməmişdir. -Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şahid Kia Ceed markalı **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibarnamə vermişdir. -İş üzrə DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X12 ilə Təqsirləndirilən şəxs arasında notarial qaydada təsdiqlənmiş barışıq sazişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən etibarən X9 və X4 minimal tələblərini ödəmək üçün X10 58 ay olmaqla hər ay 300 manat ödəməyi öhdəsinə götürür, tərəflərin aralarında olan anlaşılmamazlıq artıq həll olunmuşdur. Bir-birinə qarşı şikayət, iddia və tələbləri yoxdur və gələcəkdə bu məsələ ilə bağlı heç bir şikayət, iddia və tələbləri olmayacaqdır. X2 Əlimuxtar Cəfər oğluna qarşı açılmış istintaq işinə xitam verilməsini xahiş etmişdir. -Sərxoşluğun müayinəsinə dair 1/2202 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CM- nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Kia Ceed markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Kia Ceed markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(012)-983/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-983/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver