Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-983/2025 21.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan hazırki iş üzrə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs , xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün 10 manat pul müqabilində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarına” (Siyahı İ) daxil edilmiş bir ədəd sellofan bükümdə, xeyli miqdarda 0,489 qram çəkidə psixotrop maddə- metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşımış və saxlamış, qanunsuz olaraq psixotrop maddələr əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 13:55 radələrində Abşeron rayonu, Saray qəsəbəsi,İlqar Abdullayev küçəsinin yaxınlığında saxlanılaraq orada saat 14:00-dan 14:10-dək üzəri yoxlanılan zaman əynində olan cins şalvarının sol yan cibindən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə, xeyli miqdarda 0,489 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, uzun illərdir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Son vaxtlar psixotrop maddə-metamfetamin qəbul edir, psixotrop maddə-metamfetamini müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. 09 aprel 2025-ci il tarixdə, axşamüstü, saat təxminən 19 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində, ara küçələrin birində tanımadığı təxminən otuz-otuz beş yaşlı, orta boylu, qarayanız kişiyə yaxınlaşıb “patı”, yəni, psixotrop maddə-metamfetamin istifadəçisi olduğunu bildirib və harada “patı” almaq mümkün olduğunu soruşmuşdur. Həmin şəxs bir büküm psixotrop maddə-metamfetamini 10 manat müqabilində sata biləcəyini söyləmiş və ona 10 manat pul verib bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə-metamfetamini almışdır. Həmin sellofan bükümü əynimdə olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibinə qoyaraq üstündə saxlamış və avtobusa minib yaşadığı Novxanı qəsəbəsinə gəlmişdir. Həmin gün bədənində ağrılar olmadığı üçün əldə etdiyi psixotrop maddə-metamfetamini qəbul etməmişdir. Növbəti gün, yəni 10 aprel 2025-ci il tarixdə, saat 13:55 radələrində Abşeron rayonu, Saray qəsəbəsində, İlqar Abdullayev küçəsinin yaxınlığında piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları özlərini təqdim edərək, onun şəxsiyyətini müəyyən etmişlər. Həmin vaxt onlardan birinin mobil telefonla videoçəkiliş etdiyini görmüşdür. Onların videoçəkiliş etmələrinə etiraz etməmişdir. Ona narkotik vasitələri və psixotrop maddələri əldə edib üstündə saxlamaqda şübhəlıi olduğunu bildiriblər. Ondan üzərində cinayət xarakterli hər hansı əşya və predmet olub-olmadığı barədə sorğu etdikdə o, əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd içərisində psixotrop maddə-metamfetamin olan sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əmkdaşlarının sorğusuna cavab olaraq həmin sellofan bükümdə psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini Sumqayıt şəhərində, Corat qəsəbəsində tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığını bildirmişdir. Onun üzərinə öz razılığına əsasən baxış keçirilərkən üzərindən digər hər hansı cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır.Ondan aşkar olunan bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində polis əməkdaşları və o, imza etmişlər. Sonra polis əməkdaşları onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətiriblər. Saray polis bölməsində xidməti otaqların birində ondan psixotrop maddə metamfetamin aşkar olunması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxs qismində Şahid1 bildirmişdir ki, hazırda Abşeron rayon polis idarəsinin Saray PB-nin cinayət-axtrarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1992-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, üzərində saxlaması, Abşeron rayonu ərazisində daşıması və istifadə etməsi barədə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatlarını yoxlamaq, Təqsirləndirilən şəxs cinayət başında yaxlayaraq ifşa etmək məqsədi ilə əməliyat- axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü xx.xx.2025-ci il tarixdə bölmənin rəhbərliyinə müraciət etmişdir. Bölmənin rəhbərliyinin icazəsi və razılığı ilə əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün bölmə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona tapşırılmış, bölmənin əməliyyat müvəkkili Şahid3 və sahənin polis nəfəri Şahid2 əməliyyat qrupuna daxil edilmişlər. Əməliyyat-axtarış tədbiri həyata keçirilərək Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə, saat 13:55 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı yolu, ilqar Abdullayev küçəsində yolun kənarı ilə piyada hərəkət edərkən saxlanılmışdır. Orada Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli olduğunu bildirib,hüquq və vəzifələrini izah etmişlər. Üzərində cinayət xarakterli hər hansı əşya və predmet varsa təqdim etməyi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkan əynində olan gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusu və iki ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə baxış keçirərkən həmin sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddə metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən özü qəbul etmək üçün on manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd siqaret qutusu və iki ədəd alışqan özünə qaytarılmışdır. Aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində imzalar çəklmişdir. O, cümlədən Təqsirləndirilən şəxs da zərfin üzərində imza etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı andan ondan aşkar olunmuş psixotrop maddə qablaşdırılanadək mobil telefonla çəkliliş aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və ondan aşkar olunaraq götürülüb qablaşdırılmış psoxotrop maddə metamfetamini Saray polis bölməsinə gətirmişlər, bölmədə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin aşkarlanması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunaraq imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən aşkar olunub götürülmüş maddi sübuta və Təqsirləndirilən şəxs saxlanlılması zamanı çəkimiş videogprüntünün olduğu diskə baxış keçirilmiş və bununla bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasına şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Saray PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və bölmənin sahənin polis nəfəri Kərimov X3 İbrahim Araz oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun şahid kimi ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində tam təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs həmin günü saat 13:55 radələrində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 20/184 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarolunmuş ...” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0, 489 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,489 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,439 qramdır. Aparılmış tədqiqatın dəyəri 63 manat təşkil edir; - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİ-nin İstntaq Şöbəsinin müstəntiqi Mehman Novruzovun 12 aprel 2025-ci il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Maddi sübut kimi tanınma haqqında” 29 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,439 qram qalmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağəna təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Abşeron rayon Məhkəməsinin 18.09. 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 avqust 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. - Abşeron Rayon Məhkəməsinin 1(012)-382/2025 saylı, 27 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-306/2025 saylı, 17 aprel 2025-ci il tarixli hökmündən görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-382/2025 saylı, 27 yanvar 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Probasiya Şöbəsinin 15 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin 1(012)-382/2025 saylı, 27 yanvar 2025-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs qeydiyyatdan keçmədiyi üçün cəzanın müddəti hesablanmamışdır. - Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X6 01 may 2025-ci il tarixli, 2517 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu əticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - Sübutların qiymətləndirilməsi” haqqında 02 iyul 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, 02 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 10 aprel 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə saat 13:55 dəqiqədə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı yolu, İlqar Abdullayev küçəsinin yaxınlığında saxlanılmışdır. Üstünün yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan bükümü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz üzərindən aşkar edilmiş narkotik vasitəni Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərfə və video görüntüyə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Sonra həmin narkotik vasitə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra əməliyyat tədbiri zamanı çəkilmiş video görüntüyə mobil telefon vasitəsilə baxış keçirildi. Görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitənin Təqsirləndirilən şəxs aşkar olunması öz əksini tapmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin 1(012)-382/2025 saylı, 27 yanvar 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət, 01 günə 02 gün hesablanmaqla üzərində qəti olaraq 02 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanımışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 306/2025 saylı, 17 aprel 2025-ci il tarixli hökmündən görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-382/2025 saylı, 27 yanvar 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Probasiya Şöbəsinin 15 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin 1(012)- 382/2025 saylı, 27 yanvar 2025-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs qeydiyyatdan keçmədiyi üçün cəzanın müddəti hesablanmamışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 306/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-382 saylı, 27 yanvar 2025-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 il 01 ay müddət hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanması nəzərə alınmaqla, ona qəti cəza təyin edilməli, əvvəlki hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 2 gün müddət, hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət, cəmi 04 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 21 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 01 may 2025-ci il tarixli, 2517 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Respublika Narkoloji Dispanserdə F 19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,439 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatının hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 165 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-306/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-382 saylı, 27 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 01 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılsın və ona 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hazırki iş üzrə tutulduğu 02 gün müddət, əvvəlki iş üzrə tutulduğu 2 gün, cəmi 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Respublika Narkoloji Dispanserdə F 19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,439 qram psixotrop maddə- metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 63 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 165 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-983/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-983/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver