Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-988/2025 18.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Camaldin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhərində metronun “28 May” stansiyasında qatara daxil olduqdan sonra Zərərçəkmiş şəxs2 sol çiynindən asdığı açıq çantasının içərisindən sonuncuya məxsus 500 manat dəyərində “Samsung A23” markalı mobil telefonu gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 aprel 2025-ci il tarixdə, saat 17:40-da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 38 saylı binanın yaxınlığındakı meyvə-tərəvəz mağazasında Zərərçəkmiş şəxs1 əynindəki paltonun sağ yan cibindən sonuncuya məxsus 500 manat dəyərində “Samsung A52” markalı mobil telefonu gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 aprel 2025-ci il tarixdə, saat 18:00-da ünvan 3 ünvanının qarşısındakı dayanacaqda marşrut avtobusuna minərkən Zərərçəkmiş şəxs3 üzərindəki çantanın zəncirbəndinin açıq olmasından istifadə edərək çantanın içərisindən sonuncuya məxsus 1500 manat dəyərində “İphone 14 Pro” markalı mobil telefonu gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 aprel 2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində olduğu zaman həmin gün oğurladığı Zərərçəkmiş şəxs3 məxsus “İphone 14 Pro” markalı mobil telefonda olan “Bir Bank” tətbiqi vasitəsilə sonuncunun adına olan «Kapital Bank»a məxsus 5239 1517 8547 0280 nömrəli kart hesabından saat 22:12-də 1,75 manat, saat 22:15-də 8,85 manat, saat 22:17-də 8,85 manat, saat 22:19-da 8,85 manat, saat 22:20-də 8,85 manat, saat 22:22-də 44,37 manat, saat 22:23-də 44,37 manat, saat 22:25-də 44,37 manat, saat 22:27-də 88,73 manat, saat 22:28-də 88,73 manat, saat 22:30-da 88,73 manat, saat 22:32-də 168,60 manat və saat 22:34-də 168,60 manat olmaqla ümumilikdə 773,65 manat pulu elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından, istifadə etməklə “Higo-Live” sosial platformasında istifadəsində olan hesabının balansına jeton alıb gizli talayaraq, Zərərçəkmiş şəxs3 773,65 manat ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 07 aprel 2025-ci il tarixdə pulu olmadığı üçün telefon oğurlamaq qərarına gələrək saat 17:40-da ünvan 4 ünvanının yaxınlığında meyvə-tərəvəz satış yerinə çox sayda insanın toplandığını görüb yaxınlaşdıqda sonradan tanıdığı Zərərçəkmiş şəxs1 sağ yan cibində mobil telefonun olduğunu müşahidə etmiş, qarışıqlıqdan istifadə edərək həmin telefonu Zərərçəkmiş şəxs1 cibindən götürüb oradan uzaqlaşmışdır. Telefona baxıb “Samsung A 52” markalı mobil telefon olduğunu bilmişdir. Daha sonra həmin telefonu Zərərçəkmiş şəxs1 qaytarmışdır. Həmin günü, 07 aprel 2025-ci il tarixdə “Əcəmi” metrostansiyasının yaxınlığında avtobus dayanacağında mobil telefon tapmışdır. Daha sonra mobil telefona zəng gəlmiş, bir qadın ona telefonun sahibi olduğunu bildirərək telefonu verməsini bildirmişdir. Daha sonra bir kişi zəng edərək qadının həyat yoldaşı olduğunu və mobil telefonu qaytarmasını tələb etmişdir. O, qorxduğu üçün mobil telefonu söndürmüşdür. Daha sonra hadisənin ertəsi günü qadına zəng vuraraq hazırda 20 Yanvar metrostansiyasının yanında olduğunu telefonu götürməsini istəmiş, qadın isə yanında balaca uşağı olduğu üçün gələ bilmədiyini bildirmiş və onu Xırdalan şəhərinə çağırmışdır. O Xırdalan şəhərinə getmiş və parkın yaxınlığındakı köşkə telefonu verərək gəlib götürüləcəyini bildirsə də, satıcı bunu edə bilməyəcəyini bildirmişdir. Daha sonra o, qadınla danışaraq mobil telefonu parkın içində yerləşən oturacaqlardan birinin üzərinə qoymuş və qadın mobil telefonunu götürmüşdür. Həmin telefonu oğurlamaq məqsədinin olmadığını bildirmişdir. Lakin həmin mobil telefonda olan Bir Bank vasitəsilə pul götürdüyünü etiraf etmişdir. Bundan başqa 28 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “Samsung A23” markalı mobil telefonu o, oğurlamamışdır. Ümumiyyətlə həmin mobil telefonun oğurlanmasından məlumatı olmamışdır. Belə ki, o ibtidai istintaqda sadəcə imza çəkmiş, istintaq düzgün, tam və hərtərəfli aparılmamışıdır. Müstəntiq hansı sənədi imzalamağı tapşırmışsa o da ona imza etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, özünün xəstəliyinin olduğunu, 2-ci qrup əlil olduğunu və zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 28 mart 2025-ci il tarixdə, saat 18 radələrində işdən çıxdıqdan sonra metronun «Memar Əcəmi» stansiyasına getmək üçün «X8» stansiyasına daxil oldum. «28 May» stansiyasına çatdıqda vaqona çox sayda sərnişin daxil olmuş, həmin vaxt ayaq üstə dayanmış, qatarda sıxlıq olduğundan hərəkət etmək mümkün olmamış, çantası açıq və sol çiynindən asılı olmuş, “Samsung A23” markalı mobil telefonu da çantasının içərisində olmuşdur. Metronun «İnşaatçılar» stansiyasında vaqonda sıxlıq azalmağa başlamış, «20 Yanvar» stansiyasında sıxlıq tamamilə bitmişdir. Metronun «Memar Əcəmi» stansiyasında düşmüş, mobil telefondan çox istifadə etmədiyi üçün çantasına baxmamış, yaşadığı ünvan 5 ünvanına çatdıqdan sonra çantasına baxdıqda 500 manat dəyərində “Samsung A 23” markalı mobil telefonunun çantasında olmadığın aşkar etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 07 aprel 2025-ci il tarixdə, saat təxminən 18 radələrində ünvan 3 ünvanının qarşısındakı avtobus dayanacağında 135 saylı avtobusa mindikdən sonra özünə məxsus “İphone 14 Pro” markalı mobil telefonun üzərində olan çantanın içərisində olmadığını aşkar etmiş, telefonun üzərində olan ***-***- **-** saylı nömrəyə zəng edən zaman zənginə cavab verən şəxs telefonu yerdən tapdığını və qaytaracağını desə də sonradan zənglərinə cavab verməmişdir. Sonra isə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkına gəlməyini xahiş etdikdə isə əri zəng edib həmin şəxslə danışmışdır. 08 aprel 2025-ci il tarixdə həmin şəxsin deməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkına gedərək oturacağın üzərindən mobil telefonunu götürmüş, telefonunda quraşdırılmış “Bir Bank” tətbiqindən istifadə edilməklə 5239 1517 8547 0280 saylı kart hesabından 07 aprel 2025-ci il tarixdə, saat 22:12-də 1.75 manat, saat 22:15-də 8.85 manat, saat 22:17-də 8.85 manat, saat 22:19-da 8.85 manat, saat 22:20-də 8.85 manat, saat 22:22-də 44.37 manat, saat 22:23-də 44.37 manat, saat 22:25-də 44.37 manat, saat 22:27-də 88.73 manat, saat 22:28-də 88.73 manat, saat 22:30-da 88.73 manat, saat 22:32-də 168.6 manat və saat 22:34-də 168.6 manat, ümumilikdə 773 manat 65 qəpik pulunun çıxarıldığını bilmiş, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2273.65 (iki min iki yüz yetmiş üç manat 65 qəpik) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 07 aprel 2025-ci il tarixdə, saat 17:40-da ünvan 4 ünvanının yaxınlığında meyvə-tərəvəz satış yerinə yaxınlaşmış, həmin vaxt orada çox sayda adam olmuşdur. Özünə məxsus “Samsung A 52” markalı mobil telefonunu əynindəki paltonun sağ yan cibinə qoymuş, əlimdəki paketə tərəvəz yığmağa başlamışdır. Təxminən iki dəqiqədən sonra əlini cibinə saldıqda telefonunun cibində olmadığını gördükdə oğurlandığını bilmiş, mobil telefonuna zəng etsə də zəng çatmamış, Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə telefonun oğurlanması barədə məlumat vermiş, daha sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. “Samsung A 52” markalı mobil telefonunun oğurlanması nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində fəaliyyət göstərən “Mikro Telekom” dükanında satıcı işləyir. 10 aprel 2025-ci il tarixdə üzdən tanıdığı, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyim şəxs işlədiyi dükana gələrək özünə məxsus “Samsung A52” markalı mobil telefonu təqdim edib telefonu format etməsini istəmiş, vaxtı olmadığını telefona sonra baxa biləcəyini dedikdə Təqsirləndirilən şəxs tələsmədiyini, telefon hazır olduqda gəlib götürəcəyini deyərək dükandan çıxmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung A52” markalı mobil telefonun oğurluq olmasından xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrindən Həmin Məcəllənin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-231/2025 saylı, 12 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - “Maddi sübut kimi tanınması haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Samsung A52” markalı mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün shaibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17 sentyabr 2024-cü ildə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə 02 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, 25 noyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 26 iyun 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanması protokolu və digər rəsmi sənədlər cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. - “AzeMis” elektron informasiya sistemi vasitəsilə Təqsirləndirilən şəxs “pensiya” məlumatlarına göndərilmiş sorğudan müəyyən olunmuşdur ki, o, 2-ci qrup əlil olduğu üçün 250 manat məbləğində pensiya alır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında bildirdiyi xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, onun tərəfindən qeyd olunan ifadələr özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətini yüngülləşdirmək və ya cinayət məsuliyyətindən azad etmək məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 oğurladığı mobil telefonla Abşeron rayonu, Mehdiabad qəsəbəsində pul çıxarmadığını, habelə həmin telefonu oğurlamaq məqsədi olmadığını bildirsə də cinayət işinin materiallarından da göründüyü kimi, zərərçəkmiş şəxs Hüseynova Vüsal qızına məxsus bank kartından 02 aprel 2025-ci il tarixdə saat 22:12-dən 22:34-ə qədər olan vaxt ərzində müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul oğurlanmışdır və həmin tarixdə mobil telefon Təqsirləndirilən şəxs olmuşdur. Gösərilənlər onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusat əsassızdır və heç bir sübutla öz təsdiqini tapmır. Əgər Təqsirləndirilən şəxs mobil telefonu oğurlamaq məqsədi olmasa idi həmin telefonu tapdıqdan sonra polisə müraciət etməli, bu da olmadığı halda ən azından mobil telefonu açaraq telefonun sahibinə məxsus bank hesabından pul oğurlamamalı idi. Lakin bunun əksinə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus kart hesabından pul çəkmiş, daha sonra mobil telefonu təhvil vermişdir. Bundan başqa ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Seyidov X2 Vüsal Niyaz qızına məxsus bank kartından 773.65 manat pulu çıxardığını yeri, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olan yeri göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsin Abşeron rayonu ərazisində həmin kartdan pul çıxarmadığı barədə mövqeyi də iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus “Samsung A23” markalı mobil telefonu oğurlamadığını bildirsə də həmin hal da iş materiallarında olan kifayət qədər sübutlarla, habelə onun istintaq zamanı ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki təqsirləndirilən şəxsə dəfələrlə yenidən ittiham elan edilmiş, və həmin ittiham elan olunan zaman “onun xəbərinin” olmamaması heç bir məntiqə uyğun gəlmir. Təqsirləndirilən şəxsin bu mövqeyi də iş materiallarında bir-birini tamamlayan sübutlarla öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar,maddi sübut və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslərlə barışmasıdır,ziyanlığın ödənilməsidir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 183/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 02 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir, xx.xx.2024-cü il tarixdə cəza sonu ilə azad edilmiş, lakin cəzanı çəkib qurtardığı gündən 2 il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, özünün ikinci qrup əlil olduğunu, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 11 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Samsung A52” markalı mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 330 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 11 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Samsung A52” markalı mobil telefonun saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-988/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-988/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver