Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-99/2021 12.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil X6, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Ş. Əzizbəyov küçəsi, 215-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, N. Ağaoğlu küçəsi, ev 4, mənzil 21-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 104-cü korpus, ev 20A-da qeydiyyatda olan və yaşayan, barəsində“ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1989-cu ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Xoşçobanı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 45, ev 4, mənzil 6-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X10 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən razılaşdırılmış qaydada xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs izləyərək onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsindəki fərdi evinin qarşısına gəlib, Zərərçəkmiş şəxs məxsus Hunday Terracan markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlandığı ünvanı öyrənmiş, xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində həmin ünvanın qarşısına qayıtdıqda məhəllənin baş hissəsində pusquda dayanmış, Təqsirləndirilən şəxs3 isə hadisə yerinə gəldikləri Mersedes Benz 220 markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobildə gözləmiş, bundan sonra Təqsirləndirilən şəxs2 yerdən götürdüyü bərk küt əşya ilə Zərərçəkmiş şəxs məxsus Hunday Terracan markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının şüşəni sındıraraq, avtomobilin salonundan 4050 manat pulu və ekvivalentlə 1700 manat təşkil edən 1000 ABŞ dollarını, Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsini oğurlayıb, Zərərçəkmiş şəxs ümumilikdə 5750 manat məbləğində xeyli miqdarda maddi ziayn vurmuşlar. Bundan sonra onlar oğurladıqları pulu aralarında bölmüşlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, özü taksilik fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 təxminən 1 ilə yaxındır ki, tanıyır, Rahib taksilik fəaliyyəti ilə məşğul olur. Sübhan adlı şəxsi isə təxminən 3 ildir ki tanıyır. Sübhan xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində onun mobil telefonuna zəng vuraraq, ortaq tanışları olan Rəhim adlı şəxs ona zəng vurub, Ayazı götürüb onun yaşadığı Binəqədi rayonuna evin yaxınlığına gəlməyi dediyini bildirmişdir. Sübhan isə bundan sonra onu da götürmüş və Təqsirləndirilən şəxs2 dediyi ünvana getmişlər. Onlar Rahiblə görüşdükdən sonra sonuncu ona demişdir ki, “sinif yoldaşım Zərərçəkmiş şəxs mənə borcu var, görüm o harada yaşayır, gedək onun ünvanına”. Onlar bundan sonra Nahidin işlədiyi Mehdiabad qəsəbəsində yerləşən Gənclər şəhərciyinə getmişlər ki, Nahidin işdən çıxmasını gözləsinlər. Onlar təxminən bir saat orada gözlədikdən sonra Nahid işdən çıxıb evə getmiş, onlar da X8 220 markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobili ilə Nahidi izləməyə başlamışlar ki, sonuncunun yaşadığı ünvanı öyrənsinlər. Həmin vaxtı Nahid öz avtomobili ilə Abşeron rayonu Xırdalan şəhərinə gəlmişlər və oradan da öz yaşadığı məhləyə girib maşından düşüb öz evinə getmişdir. Onlar üçü də birlikdə Nahidi izləmişlər, sonuncu evinə getdikdən sonra onlar Sübhanın avtomobili ilə Bakı şəhəri Nərimanov rayonuna getmişlər. O, Rahib ilə birlikdə “Su Sonası” şadlıq sarayının yaxınlığında maşından düşmüşlər. Az sonra isə özü Rahib ilə birlikdə öz evinə getmişlər, Rahib onu həyətdə gözləmiş və paltarını dəyişdikdən sonra sonuncunun yanına gəlmişdir. Sonra isə Sübhana zəng edib evlərinin yanında olduğunu bildirmişdir. Onların evə gedib-gəlməkləri təxminən 15-20 dəqiqə çəkmişdir. Onlar Sübhanın maşınına minib Nahidin evinin yanına getmişlər ki, çöldə kənar şəxs olmazsa, Rahib Nahidin maşından oğurluq etsinlər. Rahib maşından yerə düşdükdə isə bildirmişdir ki, Nahidin ona pul borcu vardır, lakin pul borcunu vermir. Bundan sonra həmin maşından təxminən 50 metr kənarda küçənin baş tərəfində dayanıb kiminsə gəlib gəlmədiyini gözləmişdir. Sübhan isə öz maşınında oturmuş, təxminən 2-3 dəqiqə sonra Rahib maşına gəlib oturmuş və Binəqədi rayonuna evinin qarşısında Rahibi düşürmüşdür. Sonra isə onlar Nərimanova öz evlərinə getmişlər. Rahibi Binəqədidə düşürdükdə sonuncu ona maşından 1000 dollar və 50 manat pul götürdüyünü bildirmişdir, 50 manat pulu Rahib özündə saxlamış və 1000 ABŞ dollarını isə Sübhana verərək səhəri günü xırdalamasını və gətirib verməsini bildirmişdir. Həmin vaxtı Rahib bildirmişdir ki, “siz hərənizə 250 ABŞ dolları götürərsiniz, mənim payım düşən 500 ABŞ dollarını isə xırdalayarsan”. Sübhan da 1000 ABŞ dollarını maşında Rahibdən aldıqdan sonra 250 ABŞ dollarını ona vermiş və eyni zamanda Sübhanın ona olan 400 manat borcuna görə sonuncu öz payına düşən 150 ABŞ dollarını da ona vermiş, sonuncuya 30 manat məbləğində pul qaytarmışdır. Sübhana isə cəmi 100 ABŞ dolları və 30 manat pul çatmışdır. Onlar Rahibi düşürüb gedən zaman Rahib Sübhana pulla bərabər Nahidin sürücülük vəsiqəsini də vermişdir ki, yandırıb izi itirsin. Sübhan isə vəsiqəni yandırmamışdır. Onlar Baksol yolunda evə gedən zaman Sübhan yolda vəsiqəni atmışdır. 4000 manat puldan məlumatı olmamışdır və onlara həmin puldan çatmamışdır. Həmin pulu Rahibin özü oğurlamış və bu barədə onlara bir söz deməmişdir. Zərərçəkmiş şəxs avtomobilində pulun olması barədə yalnız Rahibin məlumatı olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı, həmdə ki, dostudur, onların ailəvi gediş gəlişi olmuşdur. Sübhan və Ayazı isə təxminən 3 ilə yaxındır ki, tanıyır və sonuncular taksilik fəaliyyəti ilə məşğul olur. Onlar da Çapayevdə deyilən ərazidə taksilik edən zamandan bir birlərini tanımışdılar. Onun Sübhan və Ayaz adlı şəxslər ilə arasında ədavət və düşmənçiliyi yoxdur. Sübhan Nahidin yanında işləyən zaman Nahid özü pulu maşında harada saxlamsını ona özü demişdir ki, gedib 50 manat pul gətirsin, həmin vaxtdan pulun yerini bilmişdir. Nahidin ona pul borcu olmamışdır, özü Sübhana və Ayaza belə bir söz deməmişdir, nə də ki, Nahidi izləməmiş, sonuncunun maşınından da pul oğurlamamış və Sübhana, Ayaza pul verməmişdir. Sübhan və Ayaz adlı şəxslər onun üstünə şər və böhtan atırlar. Həmin oğurluq hadisəsini Sübhan özü tək etmiş və onun üstünə atır, Sübhan həmin pulun yerini də özü bilmiş, Nahidin yanından işdən çıxdıqdan sonra Sübhanla birlikdə təxminən xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Nahidin iş yerinin yanında qəssab işləyən Elgiz adlı şəxsin yanına getmişdir. Həmin vaxtı Nahid maşınını saxlayıb mağazaya girmiş, onu görmüş, Nahidlə görüşməmiş, Sübhana isə demişdir ki, “mənim sinif yoldaşım, yanında işlədiyim Nahid adlı şəxs budur”. Sübhan ondan işdən çıxmasının səbəbini soruşmuş, Nahidin çox deyingən olduğunu, işin ağır olduğunu, ağır soyuducu paltaryuyan maşın gətirilib aparıldığını demişdir. Həm də ki, Nahidin ona az əmək haqqı verdiyini, ancaq pulu özü qazandığını, bəlkə də Nahidin qəsdən onun işdən çıxması üçün belə hərəkətlər etdiyini demişdir. Həmçinin Nahidin ona çox inanmış, ona sexinin açarınıda vermişdir, həmçinin onu maşınını sürmüş və maşında saxladığı pulunun yerinidə bilmişdir. Nahidin maşınını izləməmiş, eyni zamanda Nahidin maşınından oğurluq etməmiş, Sübhana isə sürücülük vəsiqəsini verməmişdir. Sübhan təxminən xx.xx.2020-ci il tarixdə saat təxminən 14-15 radələrində Yasamal rayonunda onun yanına öz qızı ilə gələrək onun vəziyyətini öyrənmiş və sonra isə ona 500 manat pul vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, özü taksilik fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 təxminən 3 ilə yaxındır ki, tanıyır və sonuncu taksilik fəaliyyəti ilə məşğul olur. Rahib xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində mobil telefonuna zəng vuraraq bildirmişdir ki, ortaq tanışları olan Ayaz adlı şəxsidə götürüb Binəqədi rayonuna yaşadığı evin yaxınlığına gəlsin. Bundan sonra Ayazı da götürüb Rəhim dediyi ünvana getmiş, onlar Rahiblə görüşdükdən sonra sonuncu onlara demişdir ki, sinif yoldaşı Zərərçəkmiş şəxs ona pul borcu vardır və yaşadığı ünvanı öyrənib birlikdə həmin ünvana getsinlər. Onlar bundan sonra Nahidin işlədiyi Mehdiabad qəsəbəsində yerləşən Gənclər şəhərciyinə getmişlər ki, Nahidin işdən çıxmasını gözləsinlər. Onlar təxminən bir saat orada gözlədikdən sonra Nahid işdən çıxıb evinə getmişdir, onlar da onun idarə etdiyi Mersedes Benz 220 markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobili ilə Nahidi izləməyə başlamışlar ki, yaşadığı ünvanı öyrənsinlər. Həmin vaxtı Nahid öz avtomobili ilə Abşeron rayonu Xırdalan şəhərinə gəlmişdir və oradan da öz yaşadığı məhləyə girib maşından düşüb öz evinə getmişdir. Onların üçü də birlikdə Nahidi izləmişdilər, Nahid evə getdikdən sonra özü yaşadığı Bakı şəhəri, Nərimanov rayonuna getmişdir. Evə daxil olub çörək yemişdir, Rəhim və Ayaz isə “Su Sonası” şadlıq sarayının yaxınlığında ikisi də birlikdə maşından düşmüşdür, haraya getdiklərini isə bilməmişdir. Təxminən 30 dəqiqə sonra ona Rahib zəng vurmuş və Nahidin evinin yanına getməyi demişdir. Bundan sonra Su Sonası şadlıq sarayının qarşısında Ayaz və Rahibi maşınına mindirib birlikdə Xırdalan şəhərinə Nahidin evinin yanına gəlmişlər. Onlar Nahidin maşınının yanına çatanda Rahib onlara demişdir ki, “Nahidin maşınını yaracam onun maşınında bilirəm ki, pul var”. Belə olduqda özü Rahibə “sən məni niyə belə bir işə qoşursan” deyərəkən, Rahib ona “sən narahat olma otur maşında heç kim heç nə bilməyəcək” demişdir. Rahib Ayaza isə demişdir ki, “sən get məhlənin başında dur ki, kimsə gələndə mənə de”. Bundan sonra Ayazda həmin deyilən yerə getmişdir, özü isə maşında oturub Rahibin işini qurtarmasını gözləmişdir. Bir neçə dəqiqə sonra Rahibin hansısa əşya ilə maşının şüşəsini vurub sındırdığını və şüşənin isə qırılaraq yerə töküldüyünü görmüş, təxminən 2-3 dəqiqə sonra Rahib maşınına gəlib oturmuş və getməyi bildirmiş, həmin vaxtı Ayaz da gələrək, maşına minmiş və çıxıb getmişlər. Rahibi Binəqədidə yaşadığı evin qarşısında düşürtmüş, həmin vaxtı Rahib maşından 1000 dollar və 50 manat pul götürdüyünü deyib 50 manatı özündə saxlamış və 1000 ABŞ dollarını isə ona verib bildirmişdir ki, “siz hərənizə 250 ABŞ dolları götürərsiniz, mənim payıma düşən 500 ABŞ dollarını isə xırdalayarsan”. 1000 ABŞ dollarını maşında Rahibdən aldıqdan sonra 250 ABŞ dollarını Ayaza vermiş və onun payına düşən 150 ABŞ dollarını da Ayaza olan 400 manat pulunun əvəzinə ona vermiş, sonuncu isə ona 30 manat pul qaytarmışdır. Onu da bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15-16 radələrində Rahiblə Yasamal rayonunda ASAN xidmətin yanında onunla görüşüb ona 500 ABŞ dollarını xırdalayaraq 850 AZN manat ona vermişdir. Zərərçəkmiş şəxs avtomobilində pulun olması barədə Rahibin məlumatı olmuşdur. Belə ki, Rahib Nahidin sinif yoldaşıdır, pulu oğurlayan Rahib adlı şəxs olmuşdur, Ayaz isə Rahibin sözü ilə kənardan kimsənin gəlməsinə nəzarət etməsini gözləmişdir. Rahib onlara 1000 dollar və 50 manat pul oğurladığını demiş, onlara 4050 manat pul oğurladığını deməmiş və həmin puldan da onlara heç nə çatmamışdır. Rahib ona 1000 ABŞ dolları pulunu verən zaman maşından Nahidin sürücülük vəsiqəsini də götürdüyünü və onu da ona verib izi itirmək məqəsədi ilə yandırmağı desə də, həmin sürücülük vəsiqəsini Ayazla Rahibi düşürdükdən sonra gedib Baksol yolunda dəqiq bilmədiyi ərazidə maşından yolun kənarına tərəf atmışdır. Törətdiyi əməldən peşmançılıq çəkir, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron Xırdalan şəhəri, S.Bəlulzadə küçəsində yerləşən evi vardır, hər axşam işdən gəldikdən sonra avtomaşınını evinin çöl tərəfdən qarşısında saxlayıb evinə gedir. Onun özünə məxsus Hunday Terracan markalı avtomobili vardır, özü Abşeron rayonu, Mehdiabad qəsəbəsində Gənclər şəhərciyində məişət texnikası avadanlıqlarının təmiri ilə məşğul olur. İşə hər gün səhər saat 09:00-da gedib axşam saat 20:00-da gəlir. xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 07:10-da namazını qılıb həyətə düşmüş, bu zaman maşınına baxmaq istəyərkən maşının qabaq sol qapısının şüşəsinin sınmış vəziyyətdə olduğunu, qapini açıb içəri baxdıqda isə maşında sükanın aşağısında ciblikdə saxladığı 4050 manat pulun yerində olmadığını görmüşür. Bundan sonra isə şitdə yerləşən başqa bir ciblikdə saxladığı 1000 ABŞ dollar pulunun da yerində olmadığını aşkar etmişdir. Bundan dərhal sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Avtomobilindən naməlum şəxslər 4050 manat və 1000 ABŞ dolları pulu oğurlamışdır, oğurluq nəticəsində ona ümumilikdə 5750 manat maddi ziyan dəymişdir. Həmçinin maşınının qapısının şüşəsinin sındırılması nəticəsində isə ona 60 manat ziyan dəymişdir. Bundan başqa mənim avtomobilindən sürücülük vəsiqəsi də oğurlanmışdır. Baş vermiş oğurluqla bağlı tanışı, həmdə sinif yoldaşı və yanında ona köməkçi işləmiş Təqsirləndirilən şəxs2 adlı şəxsdən şübhələnir. Onun maşınında pulunun olmasını Rahib bilmişdir. Rahib 2020-ci ilin may ayının təxminən sonlarından etibarən iyun ayının 20-dək onun yanında işləmiş, iyunun ayının 20-də onunla mübahisə etmiş və açarı stolun üstünə qoyub çıxıb getmişdir. Onun Təqsirləndirilən şəxs2 borcu yoxdur, onun yanında işləyən zaman ona gündəlik 15 manat pul vermişdir. Ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə baxış iclasında Baksell MMC-dən alınmış məlumatların köçürüldüğü 1 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrənin xx.xx.2020-ci il tarixdə saat 21:32-dən saat 23:53-dək olan müddət ərzində anten dairəsi ünvan 2 ünvan olmuşdur. Eyni zamanda Azərfon MMC-dən alınmış məlumatların köçürüldüyü 1 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Dilavət oğlunun istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrənin xx.xx.2020-ci il tarixdə saat 21:13-dən saat 22:42-dək olan müddət ərzində anten dairəsi ünvan 2 ünvan və saat 22:42-də anten dairəsi ünvan 3lmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov rayon polis idarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış material üzrə Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən icraata xitam edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ACDÜ AR Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə AR CM-nin 130.1, 334.1, 38,67-ci maddələri ilə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti hesab olunmaqla 3 il sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 3.4-cü maddəsinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixdə MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Baksell MMC-dən xx.xx.2020-ci il tarixli, BKC/LGL-17723/20 nömrəli məktubla daxil olmuş 1 ədəd CD disk və Azərfon MMC-dən xx.xx.2020-ci il tarixli, AZF/LGL-10966/20 nömrəli məktubla daxil olmuş bir ədəd CD disk cinayət işində maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə təqsirləndirilən şəxslərin onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı onların ifadələrində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı zidiyyətli ifadələr verərək, əvvəl təqsirli olduqlarını etiraf etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanın hamısını ödədiklərini bildirərək, cəza təyini zamanı onlara kömək edilməsini xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədləri hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özlərini müdafiə etmək olmuşdur. Həmçinin telefon danışıqların antenlərini çıxarıldığı zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hadisə baş verən günlərdə və vaxtda oğurluq edilən ünvan 4 ünvanda olması öz təsdiqini tapmışdır. Məhkəmə istintaqının sonunda təqsirləndirilənlər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilərək, törətdikləri əməlləri etiraf etmiş, zərərçəkmiş şəxsin şikayətçi olmadığını nəzərə alaraq, onlara yüngül cəza verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan tam təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayətlər törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-cü maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması bir günü islah işləri cəzasının iki gününə barəbar tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış Baksell MMC-dən xx.xx.2020-ci il tarixli, BKC/LGL-17723/20 nömrəli məktubla daxil olmuş 1 ədəd CD diski və Azərfon MMC-dən xx.xx.2020-ci il tarixli, AZF/LGL-10966/20 nömrəli məktubla daxil olmuş bir ədəd CD diski cinayət işində saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X6 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 68.3.1-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 68.3.1-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs2 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 01 il 08 ay 26 gün mqddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 185.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 326.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 68.3.1-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs3 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 01 il 08 ay 26 gün mqddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsi həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış Baksell MMC-dən xx.xx.2020-ci il tarixli, BKC/LGL-17723/20 nömrəli məktubla daxil olmuş 1 ədəd CD diski və Azərfon MMC-dən xx.xx.2020-ci il tarixli, AZF/LGL-10966/20 nömrəli məktubla daxil olmuş bir ədəd CD diski cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X6 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-99/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-99/2021
12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver