Məhkəmə qərarları › İş №1(012)-99/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-99/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-99/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlağa oğlunun və Təqsirləndirilən şəxs hüquqi varisi X2 iştirakları ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, evli, ali təhsilli, əvvəllər məhkumluğu olmayan, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 51-də qeydiyyatda olub Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşamış və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2021-ci il tarixdəSumqayıt şəhərində satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 35 manat müqabilində 28 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil edilmiş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qram, 0,166 qram, 0,045 qram, ümumi təmiz çəkisi - 0,571 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini və 28 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,058 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə daşıyıb üzərində saxlamış, 02 iyul 2021-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində saxlanılaraq 1-ci PB-nə aparıldıqdan sonra üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sol yan cibində həmin 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qram, 0,166 qram, 0,045 qram, ümumi təmiz çəkisi - 0,571 qram psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 0,058 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının 27-də Sumqayıt şəhərində satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 30 manat müqabilində 28 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi - 0,960 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini qanunsuz əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşıyıb üzərində saxlamış, 29 avqust 2021-ci il tarixdə saat 01:50 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi V.Axundov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən həmin 1 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,960 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə il olar ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadəçisidir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 35 manata bir bükümdə narkotik vasitə heroin və 3 büküm metamfetamin almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində küçədə olduğu zaman iki nəfər mülki geyimdə, bir nəfər isə polis geyimində ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməklə şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, razılaşmışdır. Bölmədə olan zaman onun üzərinə şəxsi axtarş keçiriləcəyini bildirmişər. O, etiraz etməmişdir. Bölmənin xidməti otaqlarının birində üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən, göy rəngli qulaqcıq qutusunun içərisində içərisində siqaret kağızına bükülmüş 2 büküm, birinin içərisində ağ kristal şəkilli metamfetamin, digər bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroin, eləcə də ağ rəngli slofana bükülmüş hər birinin içərisində ağ kristalşəkilli maddə olan psixtrop maddə metamfetamin olan 2 bükümləri, şalvarının arxa cibindən 225 manat pulu və şəxsiyyət vəsiqəsini, şalvarının sol yan cibindən 2 manat pulu, sağ yan cibindən bir ədəd «Samsung» markalı, bir ədəd «Xiomi», bir ədəd «Nokia» markalı mobil telefonları, 3 ədəd alışqan və şalvarın sağ yan cibindən astma xəstəliyi üçün olan ballon aşkar olunaraq götürülmüşdür. Həmin vaxt üzərindən aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli bükümdəki maddənin çəkisinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə 0,19, 0,2, 0,41 qram, 1 ədəd siqaret kağızına bükülmüş qəhvəyi narkotik vasitə olan heroin isə 0,27 qram olduğu müəyyən edilmiş və aşkar olunmuşhəmin maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa o, bildirmişdir ki, psixi və ruhi cəhətcə sağlamdır. xx.xx.2021-ci il tarixdə saat 01:50 radələrində yaşadığı evin yaxınlığında dayanıb siqaret çəkən zaman bir nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu və psixotrop maddə olan metamfetamini istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirib onunla birlikdə Saray PB-nə getməli olduğunu bildirmişdir. Bu səbəbdən o, polis əməkdaşının idarə etdiyi avtomaşına əyləşib Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olub olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üzərində 1 ədəd şəffaf rəngli selofan bükümün içərisində psixotrop maddə metamfetamin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir.Həmin kütləni haradan nə vaxt aldığı ondan soruşulmuşdur. O, da cavab olaraq həmin kütləni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli selofan bükümün içərisində psixotrop maddə olan metamfetamin bükümü zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 1 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi X3 tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. O, qeyd etmişdir ki, üzərindən aşkar olunmuş psixotorop maddə olan metamfetamini 2021-ci ilin avqust ayının 27-də Sumqayıt şəhəri ərazisində öz istifadəsi üçün tanımadığı şəxsdən 30 manata almış, öz istifadəsi üçün üzərində gəzdirmiş, üzərindən aşkar edilmiş psixotrop maddədən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmiş, o, həmin maddələri öz istifadəsi üçün üzərində saxlamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, onun narkotik vasitə olan psixotorop maddə olan metamfetamini əldə etməyindən heç kəsin xəbəri olmamışdır. O, Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində tanınmış Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 02 iyul 2021-ci il tarixdə əməliyyat qruppu yaradılmışdır. Qrupa Şahid3 başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri 1-ci PB-nin sahə rəisi Şahid4 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü saat 03 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim etmişlər və üzərində narkotik vasitə olduğuna şübhələndiklərinə görə onlarla Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə aparılacağını bildirmişlər. Bundan sonra həmin şəxs müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra 1-ci PB-nə gətirilmişdir. 1-ci PB-də Təqsirləndirilən şəxs tədqiqatçı, polis mayoru Ruslan Vəliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Anar Qasımlı və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. X6 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan üzərində şəxsi aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və a hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs sol əli ilə əynindəki boz rəngli şalvarın sol yan cibindən göy rəngli qulaqcıq qutusunda içərisində siqaretin gümüşü kağızına bükülmüş 2 bükümü və ağ sellofana bükülmüş 2 bükümü, şalvarın sağ yan cibindən bir ədəd İphone 5, Xiomi, Nokia markalı mobil telefonları, 3 ədəd alışqanı, içərisində 225 manat pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, şalvarın sol yan cibindən 2 manat pul, şalvarın sağ yan cibindən astma xəstəliyi üçün istifadə olunan balonu, qara eynəyi, sağ əlində saxlamış olduğu eynək qabını təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğu soruşulduqda o, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxarkən bükümlərdən birində tünd qəhvəyi rəngli narkotik vasitə, digər 3 bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddəyə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri xx.xx.2021-ci il tarixdə Corat qəsəbəsində tanımadığı və adını bilmədiyi bir nəfər şəxsdən 35 manata özü istifadə etmək üçün alıb üzərində saxladığın bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şçxsi axtarış zamanı aşkar olunmuş tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə və ağ rəngli spesifik iyə malik kristalşəkilli maddə elektorn tərəziyə qoyularaq çəkilmiş və həmin kütlələrin 0,19 qr, 0,27 qr, 0,24 qr, 0,41 qr çəkidə olması müəyyən olunmuşdur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Etibar Cəfəov üzərindən akşar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində tanınmış Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, istintaq orqanına X4 ifadəsinə uyğun ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində tanınmış Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron RPİ CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 29 avqust 2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, V. Axundov küçəsində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində üzərində qanunla qadağan olunmuş psixotrop maddələri gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində bir nəfər şəxsin dayandığını və siqaret çəkdiyini görmüş, həmin şəxs özünü şübhəli aparmışdır. O, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra ondan sənədlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs sənədlərinin olmadığını bildirdikdə onu Saray PB -nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan şəffaf sellofana bükülmüş kütləni təqdi edərək həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və ona məxsus olduğunu bildirmişdir. O, həmin psixotrop maddə olan metamfetamini 27 avqust 2021-ci il tarixdə özü istifadə etmək üçün Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 30 manata aldığını qeyd etmişdir. Həmin psixotrop maddəyə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı baxışda iştirak edən hal şahidləridə təsdiq edə bilərlər. Məhkəmə zamanı Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli CD formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 27 avqust 2021-ci il tarixdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi çəkisi 0,960 qram çəkidə psixotrop maddə metamfetamini Sumqayıt şəhəri ərazisində 30 manat verib tanımadığı şəxsdən almışdır. Məhkəməyə təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli DVD-R formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarın sol yan cibindən bir büküm tünd qəhvəyi rəngli narkotik vasiə heroin və 3 büküm narkotik ağ rəngli kristalşəkilli psixotrop maddəyə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində 35 manat verib tanımadığı şəxsdən almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublkası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur.Hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 29 avqust 2021-ci il tarixli 6/3764 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,960 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli 6/2676 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,58 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qrö, 0,166 qr., 0,045 qr., ümumi təmiz çəkisi 0,571 qram olan ağ rəgli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 27 avqust 2021-ci il tarixli 3113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 0,960 qram və 0,571 qram psixotrop maddə metamfetamin və 0,058 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,481 qram, 0,910 qram çəkidə psixotrop maddə metamfetamin, 0,038 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi və Sumqayıt şəhər Pİ-nin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş iki ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli CD formatlı və DVD formatlı disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs hüquqi varisi (anası) X5 ərizə təqdim edərək bildirdi ki, mərhum oğlu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünü, bəraətverici əsasların olmadığını bildirmiş və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlağa oğlu hazırki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazının olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli hüquqi varis qismində tanıma haqqında qərardan görünür ki, mərhum Təqsirləndirilən şəxs yaxın qohumu (anası) - X5 ölmüş şəxsin hüquqi varisi kimi cinayət prosesinin iştirakçısına çevrilmişdir. İş materiallarına əlavə olunmuş 04 avqust 2022-ci il tarixli AZ-11 250831 saylı ölüm akt qeydindən görünür ki, mərhum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə vəfat etdiyi üçün onun ölüm haqqında şəhadətnaməsinin surətinin alınması üçün Abşeron rayon Qeydiyyat şöbəsinə sorğu verilmiş və həmin şöbədən 04 avqust 2022-ci il tarixli AZ- 11 250831 saylı ölüm akt qeydi verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və həmin Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə zamanı elan olunmuş ifadələri həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin, o, cümlədən onün müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,481 qram, 0,910 qram çəkidə psixotrop maddə metamfetamin, 0,038 qram narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinə ləğv edilməlidir. Həmçini məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinə ləğv edilsin. Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,481 qram, 0,910 qram çəkidə psixotrop maddə metamfetamin, 0,038 qram narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar