Məhkəmə qərarları › İş №1(012)-99/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-99/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-99/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Abşeron rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə istintaqında baxaraq MÜƏYYƏN ETDİ: Ağayev X3 rayonu, Digah qəsəbəsində istintaqa məlum olmayan mənbədən əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib, 2022-ci ilin aprel ayında yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi Neftçi küçəsi, 24 saylı evin həyətində əkərək müntəzəm olaraq suvarmaqla, dibini yumuşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq yaş vəziyyətdə ümumi çəkisi 28230qram (28kq 230qram) olan 14 (on dörd) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisini xeyli miqdarda yetişdirməklə kultivasiya etmiş, 30 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin Mehtiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs Abşeron rayonu, Digah qəsəbəsi Neftçi küçəsi, 24 saylı evinin həyətinə baxış keçirilərkən 14 (on dörd) ədəd ümumi çəkisi 28230qram (28kq 230qram) olan bitki nümunələri, əkib becərməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmçinin ünvan 2 ünvanında olan torpaq sahəsində özünə yaşayış evində olan vaxtı xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Digah qəsəbəsində yaşadığı evin həyətində olarkən Abşeron RPİ-nin Medhdiabad PB-nin əməkdaşları yaşadığı evin həyətinə gələrək onu çölə çağırmışlar. O, çölə çıxdıqdan sonra polis əməkdaşları onu yaşadığı evin həyətində narkotik tərkibli çətənə kolları əkib becərdiyindən şüphələndiklərini, buna görədə yaşadığı evin həyətinə və evinə baxış keçirmək istədiklərini soruşmuşlar. O,da heç bir etiraz etməmişdir. Bundan sonra yaşadığı evin darvazasından çöl tərəfdə polis əməkdaşları ona müdafiəçi təqdim etdilmişdir. Ona hüquq vəzifələrim izah olunmuş sonra video çəkliş vasitəsi ilə yaşadığı evə baxış keçirilməsinə başlanılmış video çəkilş zamanı polislərə yaşadığı evin həyətinə baxış keçirmələrinə heç bir etirazı olmadığını deyərək bu barədə onlara ərizə yazmış, bundan sonra videoçəkiliş vasitəsi ilə polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirməyə başlamışlar. O, yaşadığı evin arxa tərəfində həyətyanı sahədə köhnə istixanada əkmiş olduğu çətənə kollarını polis əməkdaşlarına göstərmiş, polislərə həmin çətənə kollarını 2022-ci ilin aprel ayında özü istifadə etmək üçün əkdiyini və aqrotexniki qaydada qulluq edib suvardığını bildirmiş sonra polis əməkdaşları onun həyətində əkmiş olduğu narkotik tərkibli çətənə kollarını kökündən çıxarmağa başaladılar, həmin vaxtı polislərlə birlikdə gəlmiş aqronom onun əkmiş olduğu çətənə kollarına baxdıqdan sonra həmin bitkilərə aqrotexniki qaydada suvarılaraq qulluq olunduğunu təsdiq etmişlər. Polis əməkdaşları yaşadığı evin həyətindən onun əkmiş olduğu 14 ədəd çətənə kollarını kökündən çıxardıqdan sonra həyətinə yığaraq saymışlar, həmin çətənə kollarını metrə ilə ölçərkən 11 (on bir) ədədinin hündürlüyü 2.5 sm, 3 (üç) ədədinin hündürlüyü isə 1.10 sm olmuşdur. Sonra polis əməkdaşları həyətindən çıxardıqları həmin 14 ədəd çətənə kollarını ağ rəngli kisələrə yığaraq ekspartizaya göndərilməsi üçün qablaşdırılmış, qablaşdırdıqdan sonra üzərinə müvafiq qeydlər aparılmış üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmiş kağızaları qoyaraq Mehdiabad PB-nin 236 saylı möhürü ilə möhürlənmiş polis əməkdaşları həyətindən çıxardıqları 14 ədəd narkotik tərkbli çətənə kollarını qablaşdırarkən 5 (beş) ədəd ağ kisələrə yığaraq qablaşdırmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evdə daha bir qanunsuz əşya və ya vasitə olub olmadığını soruşmuş o,onlara evində qanunsuz heç bir əşya olmadığını bildirmiş polis əməkdaşları evinə ümumi baxış keçirmişlər. Evindən başqa heç bir qanunz əşya aşkar edilməmiş, bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmiş polis bölməsində mənə qarşı heç bir zor və təzyiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarımda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə tərəvəz-üzümçülük fakultəsini bitirmiş, alim aqronom ixtisası almış, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Digah kəndi Neftçi küçəsi ev 24-də yaşayan Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsində 0,01 ha torpaqda kökləri yerdə, olan 14 ədəd çətənə bitksindən 11 ədədi 2,5 sm hündürlükdə 3 ədədi isə 1,10sm çətənə bitkisinə oxşar bitkilər aşkar edilmiş, həmin 14 ədəd bitkilərin spesifik iyindən narkotik tərkibli bitki olması məlum olmuş və aqrotexniki qaydada kultivasiya edilmiş bitkilərin diblərinə çalalar açılması, suvarılması, alaq otlardan təmizlənməsi kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uyğun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi aşkar görünmüşdür.Həmin 14 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış, Təqsirləndirilən şəxs iştirakı ilə 5 ədəd ağ kisələrə yığılaraq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində istintaqda ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o,Abşeron rayon Mehdiabad PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 iyul 2022-ci il tarixdə məxvi mənbədən daxil olmuş məlumata əsasən məlum olmuşdur ki, ünvan 2- də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evində narkotik kərkibli bitkilərin becərilməsi ilə məşğul olur.Daxil olmuş məlumat bölmənin rəisinə məruzə edilərək əməliyyat qrupu təşkil edilmiş və saat təxminən 29 radələrində həmin ünvana getmişlər.Onlar Təqsirləndirilən şəxs həyətinin qapısını döymuş və Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını, həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmiş Təqsirləndirilən şəxs isə həyətyanı sahəsinə və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bundan sonra oraya təhqiqatçı, aqronom və müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs həyətinə onlar tərəfindən baxış keçirilməsinə başlanılmış, həyətyanı torpaq sahəsinin sol orta istiqamətində 14 ədəd çətənə bitkisinin 11 ədədin 2,5 sm hündürlüyündə 3 ədədi isə 1,10 sm hündürülüyündə kökü torpaqda olan, yaşıl çətənə bitkisi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini özü üçün əkdiyini bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri əkdiyi yerə və həmin bitkilərə mütəxəssis aqronom tərərfindən baxış keçirilərək bitkilərə aqrotexniki qaydada qulluq olunmması müəyyən olunmuş, bundan başqa Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evə, baxış, üzərinə isə şəxsi axtarış keçirilmiş, baxış və şəxsi axtarış zamanı evdən və Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Həmin 14 ədəd çətənə bitkisi torbaya qoyularaq qablaşdırılması üçün beş ədəd ağ rəngli sellofan torbaya yığılmış və bu barədə protokol tərtib tərtib olunmuş, onun və digər iştirakçılar tərəfindən imzalandı. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Müqdət oğlu, Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 31 iyul 2022-ci il tarixli 7/853 saylı və ambulator məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli 4550 saylı rəyləri,şahid ifadələri, Təqsirləndirilən şəxs hətində ümumi sayı 14 (on dörd) ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi-28230 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri axtarış keçirilən zaman video çəkliş aparılmasının görüntülərini özündə əks etdirən CD diski sübut kimi qiymətləndirilmişdir. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi sayı 14 (on dörd) ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi- 28230 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri maddi sübut kimi taninmış və Məhkəmə Ekspertizası Mərkəzinin ştampı ilə möhürlənmiş beş ədəd kisələrdə olan maddə qalığı 28229,3 qram qalıq narkotik vasitə – çətənə bitkisi Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın 17 avqust 2022-cı il tarixli, 4550 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2022-ci il tarixdə saat 20:40-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron rayon prokuroru baş ədliyyə müşaviri Qalib Qasımov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətiimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli vəsatəti təmin edilməməsi və barəsində həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sübutların qiymətlənirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə video çəkliş ilə baxış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi sayı 14 (on dörd) ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi-28230 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və Məhkəmə Ekspertizası Mərkəzinin ştampı ilə möhürlənmiş beş ədəd kisələrdə olan maddə qalığı 28229,3 qram narkotik vasitə – çətənə bitkisi Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Sübutların qiymətlənirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə video çəkliş ilə baxış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi sayı 14 (on dörd) ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi-28230 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri axtarış keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən CD diski sübut kimi tanınmış və məhkəmədə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və qəti cəza təyin edilmılidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Ağayev X3 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertizadan sonra 28229,3 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə maddi sübut CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 78 (yetmiş səkkiz) manat məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Ağayev X3 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut tədqiqatdan sonra qalıq qalan 28229,3 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut CD disk iş materiallarında saxlanılsın. İş üzrə 78 (yetmiş səkkiz) manat məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar