Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-990/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir.Belə ki, Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə dövriyyəsi qadağan edilmiş və həmin tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə siyahılar”na (İ Siyahı) daxil olan bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,628 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və saxlamış, xx.xx.2025ci il tarixdə saat 21:50 radələrində Abşeron rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, F.Əmirov küçəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ərazidə videoçəkilişlə üzərinə saat 21:53-dən 21:58-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,628 qram olan qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirək göstərmişdir ki, şübhəli şəxs qismində tutulanadək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında qalır. Mütəmadi olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Təxminən 4-5 il olar ki, müxtəlif narkotik vasitə və psixotrop maddələrdən əsasən də narkotik vasitə heroindən istifadə edir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hal- hazırda barəsində Abşeron Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin icraatı gedir. Bdənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə və psixotrop maddələri əsasən tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün əldə edir. Əldə elədiyi narkotik vasitə və psxotrop maddələri əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasmal rayonu, Əsəd Əhmədov küçəsində olan zaman tanımadığı bir nəfər şəxslə duracaqda söhbət etməyə başlamışdır. Həmin şəxslə söhbət edən zaman ona narkotik vasitə istifadəçisi olduğunu və əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğundan məhkumluğunun olduğunu bildirmişdir. Sonuncu da danışıq zamanı həmin şəxsə narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu və uzun illərdir ki, həmin vasitələrdən istifadə etdiyini bildirmişdir. Danışıq zamanı həmin şəxs ona lazım olarsa narkotik vasitə və psixotrop maddə təşkil edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs da ağrıları olduğundan həmin şəxsdən narkotik vasitə heroin verməsini istəmişdir. Həmin şəxs ona bir büküm narkotik vasitəni 10 manata verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs həmin şəxsə 10 manat pul vermiş və ona narkotik vasitə heroin verməyini istəmişdir. Daha sonra həmin şəxs cibindən bir ədəd siqaret qutusunun içərisindən bir şəffaf sellofan büküm çıxardıb ona təqdim etmişdir. Təqsirləndirilən şəxs uzun illər narkotik vasitə istifadə etdiyindən həmin bükülünün heroin olduğunu görmüşdür. Həmin bükülünü alaraq əynində olan şalvarının cibinə qoymuşdur. Daha sonra həmin şəxslə sağollaşıb yaşadığı Abşeron Rayonu, Xırdalan şəhərinə gəlmişdir. Növbəti gün yani xx.xx.2025-ci il tarixdə axşam saatlarında Abşeron Rayonu, Xırdalan şəhərində Kənd Xırdalan adlanan ərazidə özünə siqaret almaq üçün gəzirmiş. xx.xx.2025-ci il tarixdə saat 21:50 radələrində Xırdalan şəhəri, F.Əmirov küçəsi ilə hərəkət edirmiş. Bu zaman cibində bir gün əvvəl xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tanımadığı şəxsdən aldığı və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə heroin var imiş. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər Təqsirləndirilən şəxs polis əməkdaşı olduqlarını bildirib xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər. Narkotik vasitə və psixotrop maddələr istifadə etməkdə habelə üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər.Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etdikdən sonra üzərinə saxlanıldığı ərazidə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da üzərinə polis əməkdaşları tərəfindən saxlanıldığı ərazidə videoçəkilişlə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarına üzərində qanunsuz olaraq narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı ərazidə videoçəkilşlə baxış edəcəklərini və ondan baxışa etirazı olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs da baxışa etirazı olmadığını bildirmişdir. Daha sonra saxlanıldığı ərazidə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində olan hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun üzərində “İphone” markalı telefondan istifadə etməklə videoçəkilişlə baxış edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da əyində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq onun narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 09 fevral 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə videoçəkilişlə baxış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra üzərində aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini həmin ərazidə götürülərək zərfə qoyulmuş, üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənərək, axtarış və götürmədə iştirak edən polis əməkdaşları habelə onun tərəfindən imzalanaraq qablaşdırılaraq götürülmüşdür. Daha sonra ona üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və imzalarla təsiq edilmişdir. Daha sonra bütün ifadədə qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin kütlənin kimə məxsus olduğu və həmin kütləni necə və hardan əldə etdiyi, üzərindən başqa hardasa narkotik vasitə və ya psixotrop maddə gizlətdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və həmin narkotik vasitəni 09 fevral 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində tanımadığı şəxsdən əldə etdiyini və üzərində saxladığını və istifadə etmək gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Daha sonra polis əməkdaşları onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gətirildikdən sonra ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Daha sonra onun üzərindən aşkar edilərək qablaşdırılmış bükülüyə təkrar baxış keçiriləcəyi ekspert tədqiqatına göndəriləcəyi deyilmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofan bükümünə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu bir daha ondan soruşuldu. Təqsirləndirilən şəxs isə həmin bükülüdə narkotik vasitə heroin olduğunu demişdir. Həmin heroini hardan və nə vaxt aldığı ondan soruşulmuş şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin narkotik vasitəni 09 fevral 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində tanımadığı şəxsdən əldə etdiyini və üzərində saxladığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir.Bundan başqa, əməliyyat müvəkkilləri tərəfindən üzəri saxlanıldığı ərazidə yoxlanılan zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxladığını, əldə etdiyi narkotik vasitə heroindən heç kəsə vermədiyini, Abşeron RPİnin əməkdaşları tərəfindən Abşeron Rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsində saxlanılarkən və həmin ərazidə üzərində videoçəkilişlə baxış keçirilərkən ona qarşı təziq edilmədiyini habelə üzərinə şəxsi axtarışdan qabaqa müdaxilə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində istintaqda dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı xüsusi rütbəsindədir. 10 fevral 2025-ci il tarixdə məxfi mənbədən ona xx.xx.1976-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və halhazırda üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Polis idarəsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Ondan və Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Xırdalan şəhərində Fikrət Əmirov küçəsində fərdi yaşayış evlərinin yaxınlığında təxminən saat 21:50 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim edərək, sona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində narkotik vasitə heroin olmasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da həmin şəxslərin polis əməkdaşları olduqlarını görüb, üzərində dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək üzərinə saxlanıldığı ərazidə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da polis əməkdaşlarına üzərinə saxlanıldığı ərazidə videoçəkilişlə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra Polis əməkdaşları Abşeron Rayonu, Xırdalan şəhəri Fikrət Əhmədov küçəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirtmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxardaraq təqdim etmişdir. Bükülüdə nə olduğu ondan soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin bükülüdə narkotik vasitə heroin olduğunu polis əməkdaşlarına bildirmişdir.Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini hardan və kimdən aldığı soruşulan zaman sonuncu üzərində aşkar edilmiş narkotik vasitə heroini 09 fevral 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 10 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs isə bundan başqa üzərində dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Üzərinə videoçəkilişlə baxış elədikdən sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət etmişlər.Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı Rasim Məmmədovun yanına gətirmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülülərə baxış keçiriləcəyi bildirilmişdir. Polis idarəsində yenidən Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən hüquq vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulmuşdur. Bundan sonra şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükülüyə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yenidən üzərində aşkar olunmuş bükülünün nə olduğu və həmin bükülünü hardan və kimdən aldığı soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükülünün narkotik vasitə heroin olduğunu və həmin bükülünü 1 gün bundan əvvəl yani 09 fevral 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini cibində gəzdirdiyini və həmin narkotik vasitədən istifadə etmədiyini və heç kəsə vermədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan başqa əməliyyat müvəkkili Şahid1 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm narkotik vasitə heroini sonuncunun deməsinə görə Yasamal rayonundan 10 manat müqabilində aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 10 fevral 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində F.Əhmədov saxlanılan və Abşeron Rayon Polis İdarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini, bundan başqa isə ilk öncə onlarda Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışında şübhəli bilindiyini buna görə də əməliyyat sənədləşməsi zamanı onun narkotik vasitələrin satışında şübhələnildiyini, lakin əməliyyat tədbirləri zamanı onun narkotik vasitəni şəxsi istifadə miqdarında əldə etdiyi və şəxsi istifadəsi üçün üzərində saxladığı müəyyən edildiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində istintaqda dindirilmiş Abşeron rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 11 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/613/2025 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,628 qram, olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-Heroindir. Heroin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi – 0,628 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –0,578 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3074 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şəxsin üstünün yoxlanılması haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə il tarixdə saat 21:50 radələrində Abşeron rayon polis idarəsinin Cainayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ərazidə videoçəkilişlə üzərinə saat 21:53-dən 21:58-dək şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,628 qram olan qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Bundan başqa onun üzərinə saxlanıldığı ərazidə baxış keçirilən zaman istifadəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik leytenantı X1, Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə baxış keçirilmiş həmin bükülünün içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuş və həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırlaraq götürülüdü.Bundan başqa Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərində baxış keçirilməsi haqqında təhqiqat şöbəsinə təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmişdir. DVD diskində olan görünütülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hardan və kimdən bundan başqa hansı məqsədlə hansı qiymətə əldə etməsi barədə görüntülər əksini tapmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilərək ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində həyata keçirilmişdir.Baxış və götürmə zamanı “İphone” markalı mobil telefon vasitəsi ilə Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən izah edildikdən sonra üzərində “İphone” markalı telefon vasitəsilə aparılan videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanıldı. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan tün göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ibarət bükümü çıxardaraq təqdim etdi. Həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Daha sonra həmin bükümə Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən baxış keçirildi. Şəffaf rəngli sellofan açılaraq içərisində qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış spesifik qoxuya malik olan maddə göründü. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən qablaşdırılaraq götürüldü. Daha sonra həmin bükülü DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri əməliyyat müvəkkiləri və Təqsirləndirilən şəxs tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub olmadığı soruşuldu. Təqsirləndirilən şəxs üzərində başqa heç bir əşya və predmet olmadığını bildirdi. Bundan sonra baxış zamanı onun üzərində hər hansı dövriyyəsi qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində aşkar edilərək götürülümüş narkotik vasitə heroinə baxış keçiridli və qablaşdırılaraq götürüldü.Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bülükünün nə olduğu və onları hardan və nə zaman əldə etdiyi soruşuldu. Təqsirləndirilən şəxs qeyd etdi ki, həmin kütləni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tanımadığı şəxsdən 10 manat müqabilində əldə eləmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan 0,628 qram heroin və bir ədəd DVD diski maddi sübut kimi tanınmalı və saxlanılması üçün ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,578 qram olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə təqdim edilmiş əşyalara baxış keçirilməsi barədə istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X1, Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə baxış keçirildi. Baxış zamanı həmin predmetlər təhqiqatçı tərəfindən qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən möhürlənib Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Məmmədov Rasim tərəfindən ekspertizaya göndərilərək rəy alınması üçün götürülmüşdür. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CMnin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Salamov X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirləndirilərək 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmadığı qeyd edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən cinayətlərin residivi mövcud deyildir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşdə olan Sumqayıt Probasiya Şöbəsinin 19 avqust 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2025-ci il tarixdə qeydiyyata alınıb, 03 ay 04 gün cəzasından çəkmiş,çəkilməmiş qalan 02 il 08 ay 22 gün təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 02 il 08 ay 22 gün hissəsi CM-nin 68.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə 01 il 04 ay 11 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuş,MSY-ə yerləşdirilmiş həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmiş və Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 03 gün müddət cəza müddətindən çıxılmalıdır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı 19 avqust 2025-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutlarn saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə möhürlənmiş, ekspertizadan sonra qaln 0,578 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 63 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və məhkəmə hazırlıq iclasında vəkili olmuş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi1 Asura qızına təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə görə hər birinə 15 saat hesabı ilə hər birinə 165 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir)il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 02 il 08 ay 22 gün hissəsi CM-nin 68.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə 01 il 04 ay 11 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, ona qəti olaraq 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından tutulduğu 03 (üç) gün müddət çıxılsın və üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin.Barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsını, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı 19 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,578 qram qalıq qalan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 63(altmış üç ) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və məhkəmə hazırlıq iclasında vəkili olmuş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi1 Asura qızına təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə görə hər birinə 15 saat hesabı ilə hər birinə 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-990/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-990/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver