Məhkəmə qərarları › İş №1(012)-991/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-991/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-991/2025 01.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin hüquqi varisi: X1 Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1985-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi, Yataqxana 2, mənzil 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 11 iyul 2025-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün 20 manat müqabilində bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,340 qram çəkidə, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 19:40 radələrində Abşeron rayon polis idarəsinin, narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində kənd qəbirstanlığının yanında saxlanılaraq və orada həmin tarixdə saat 19:41-dən saat 19:48-ə kimi üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf selofan bükümdə 0,340 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmənin iclasında daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin iclasında təqsirləndirilən şəxsin valideyni - anası X3 məhkəməyə ərizə ilə müraciət edərək, mərhum Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmiş və ərizə də qeyd etmişdir ki, oğlu davamlı olaraq narkotik vasitələrdən istifadə etmiş və yüksək dozada narkotik qəbulunun nəticəsində isə vəfat etmişdir. Beləliklə məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ona təqsirləndirilən şəxs kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələrini tam başa düşümüşdür. Azərbaycan dilində latın əlifbalı qrafika ilə sərbəst yazıb oxuya bilir. İfadəsinin kompyuter vasitəsi ilə yazılmasına etiraz etmirəm. Mahiyyəti üzrə bildirmişdir ki, şübhəli şəxs qismində tutulanadək ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi, Yataqxana-2, mənzil 6-da qeydiyyatda olmaqla və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev küçəsi 7, mənzil 6-da yaşayır. Mütəmadi olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Təxminən 2-3 il müddət olar ki, narkotik vasitə və psixotrop maddələrdən əsasən də narkotik vasitə olan heroindən istifadə edir. Əldə elədiyi narkotik vasitə və psixotrop maddələri əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə elədiyini bildirmişdir Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Xəzinə” şadlıq sarayının yaxınlığında tanımadığım bir nəfər şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin alıb üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 19:41 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, kənd qəbirstanlığının yaxınlığında fərdi evlərin qarşısında yolda piyada hərəkətdə olan zaman mülki geyimli polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməyində şübhəli olunduğunu bildirmişlər. Saxlanıldığı yerdə hüquq və vəzifələri izah edildikdən sonra, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya-predmet və ya narkotik vasitə olubolmaması sorğu edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim eləmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa onun üzərinə yenidən videoçəkilişlə baxış keçirilmiş və üzərində “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş içərisində 051-754-62- 94 saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonuda polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə videoçəkilişlə baxış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra üzərində aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini həmin ərazidə götürülərək zərfə qoyulmuş, üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənərək, axtarış və götürmədə iştirak edən polis əməkdaşları habelə onun tərəfindən imzalanaraq qablaşdırılaraq götürülmüşdür. Daha sonra ona üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və imzalarla təsiq edilmişdir. Daha sonra bütün ifadədə qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin kütlənin kimə məxsus olduğu və həmin kütləni necə və hardan əldə etdiyi, üzərindən başqa hardasa narkotik vasitə və ya psixotrop maddə gizlətdiyi soruşulmuşdu. Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və həmin narkotik vasitəni 09 fevral 2025-ci il tarixdə axşam saatlarında Abşeron Rayonu, Xırdalan şəhərində “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini və üzərində saxladığını və istifadə etmək gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Bununla bağlı protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs və digər iştirakçılar protokolu imzalarla təsdiq etmişlər.\\\ Məhkəmənin hazırlıq iclasında daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs X8 25 aprel 2021-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 09 fevral 2025-ci il tarixdə məxfi mənbədən ona xx.xx.1985-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron Rayonu, Xırdalan şəhəri, X7 küçəsi, yataqxana-2, mənzil 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hal hazırda üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Polis idarəsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Ondan və Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Xırdalan şəhərində Xırdalan şəhər qəbirstanlığının yaxınlığında fərdi yaşayış evlərinin yaxınlığında təxminən saat 19:40 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim edərək, sona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində narkotik vasitə heroin olmasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da həmin şəxslərin polis əməkdaşları olduqlarını görüb, üzərində dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək üzərinə saxlanıldığı ərazidə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da polis əməkdaşlarına üzərinə saxlanıldığı ərazidə videoçəkilişlə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra Polis əməkdaşları Abşeron Rayonu, Xırdalan şəhəri kənd qəbirstanlığının yaxınlığında yerləşən küçədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirtmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxardaraq təqdim etmişdir. Bükülüdə nə olduğu ondan soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin bükülüdə narkotik vasitə heroin olduğunu ona bildirmişdir.Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini hardan və kimdən aldığı soruşulan zaman sonuncu üzərində aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində H.Z.Tağyev küçəsində yerləşən “Xəzinə Palace” restoranın yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 20 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir, meyxanaçı olduğunu və meyxana tədbirlərində bundan başqa həyət toylarında mütəmadi iştirak etdiyini belə kiçik məclislərdən birində iştirak etmək üçün 04 noyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı məclisə olarkən həmin vasitənin ona məclisdə olan tanımadığı şəxs tərəfindən verildiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs isə bundan başqa üzərində dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Üzərinə videoçəkilişlə baxış elədikdən sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət etmişlər.Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı Ramil Qabulovun yanına gətirmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülülərə baxış keçiriləcəyi bildirilmişdir. Polis idarəsində yenidən Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Daha sonra Təhqiqatçı tərəfindən hüquq vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulmuşdur. Bundan sonra şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükülüyə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yenidən üzərində aşkar olunmuş bükülünün nə olduğu və həmin bükülünü hardan və kimdən aldığı soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükülünün narkotik vasitə heroin olduğunu və həmin bükülünü 1 gün bundan əvvəl yani xx.xx.2025-ci il tarixdə Abşeron Rayonu, Xırdalan şəhərində “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini cibində gəzdirdiyini və həmin narkotik vasitədən istifadə etmədiyini və heç kəsə vermədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan başqa Şahid1 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm narkotik vasitə heroini sonuncunun deməsinə görə Xırdalan şəhərindən 20 manat müqabilində aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 10 fevral 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Xırdalan qəbirstanlığının yaxınlığında saxlanılan və Abşeron Rayon Polis İdarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. Şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 10 fevral 2025-ci il tarixdən, saat 19:41-dən hesablanmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 11 fevral 2025-ci il tarixli, 6/614 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №56" dairəvi möhür əksləri olan "üzərində Təralanov Fariz” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,340 qram olan qəhvəyi rəngli maddə-kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi – 0,340 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,290 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir;

4. “Cinayət işinin başlanması haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraa;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbirinin seçilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatəti təmin edilməmiş, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin X4 dərhal azad olunmuşdur;

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 mart 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur;

8. “Maddi sübut hesab edilməsi” haqqında 19 mart 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra kağız zərfdə qablaşdırılmış təmiz çəkisi 0,290 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir;

9. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X2 haqqında 10 may 2025-ci il tarixli, 2709 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. VSİS-dən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə F 19 diaqnozu ilə dispanser qeydiyyatlndadır;

10. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 12 fevral 2025-ci il tarixdə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan 0,340 qram heroin və iki ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,290 qram narjituj vasitə heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına tıhvil verilmiş, 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməklə, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokollar, iş üzrə təyin edilmiş məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir;

11. “Təcili və X10 X5 haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il tarixdə vəfat etmişdir.

Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 10 fevral 2025-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saat 19:41 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Kənd Qəbirstanlığı fərdi yaşayış evlərinin qarşında saxlanılaraq hüquqları izah olunmuş, üstü yoxlanılmış üzərindən 01 ədəd şəffaf sellofana bənzər kütlə və 01 ədəd Samsung markalə telefon aşjar edilərəj götürülmüşdür.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün və şahidlərin ibtidai istintaqda verdiyi ifadələrinin elan olunması ilə yanaşı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, ekspert rəyləri, və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il tarixdə ölməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 106-1.3-cü maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 106-1.4-cü maddəsinə əsasən Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir; Qanunla müəyyən olunmş prosessual müddət ərzində təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmmış valideyni – anası ilə yanaşı müdafiəçisinin mərhum barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair yazılı ərizələrini və araşdırılmış halları nəzərdən keçirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 44.2.1-1ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə. Qeyd olunan Məcəllənin 106-1.4-cü maddəsinə görə ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,290 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat məbləğində pul dövlətə aid edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 (on) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 43.3- 1-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,290 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 65 (altmış beş) manat məbləğində pul dövlətə aid edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Mərhum Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına öçürülsün. Qərardan onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar