Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-992/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, ev 56A, mənzil 25-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 13:00 radələrində ailəsi ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi, ev 56A, mənzil 25-də, yataq otağında olan zaman arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun üzərinə hücum edib qəsdən ayaq, əl nahiyələrinə təpik və yumruqla vuraraq, Zərərçəkmiş şəxs sağ əlin birinci barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik fonunda qançırı, sağ baldırın yuxarı 1/3nin dizaltı nahiyəyə keçən geniş sahəli, cüzi hətəkət məhdudluğu ilə müşayiət olunan qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan 2021-ci il təvəllüdlü X3 və 2023-cü il təvəllüdlü X8 olmuşdur. Münasibətlərinin ilk vaxtlarında aralarında hər şey qaydasında olsada, sonradan maddi imkanı ilə bağlı aralarında mübahisələr yaranmağa başlamışdır. O, dəfələrlə münasibətlərini yaxşılaşdırmağa çalışsa da Firuzə hər dəfə əsassız mübahisələr etməyə davam etmişdir. Belə ki, 10 mart 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 164 ünvanında olan zaman o, həyat yoldaşı Zərərçəkmiş şəxs maddi sıxıntısının olduğunu bildirmiş və bu zaman Firuzə heç bir səbəb olmadan ünvanına nalayiq ifadələr işlətməyə başlamış, nəticədə isə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Firuzənin onu söyməsindən əsəbləşərək sifətinə bir neçə dəfə şillə zərbəsi deyil, bir dəfə şillə zərbəsi endirmişdir, həmin vaxt Firuzə onun sifətinə şillə ilə vurmuşdur. Daha sonra isə digər otaqda olan qaynı Pərviz səs-küyə yaxınlaşıb onları ayırmış o, yaşadığı evdən çıxıb getmiş və baş vermiş hadisə ilə bağlı DİN-in 102 saylı zəng xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etmişdir. Məhkəmədən qazi olmasının, Vətən Müharibəsi iştirakçısı olmasının, pensiya alınmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2020-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan 2021-ci il təvəllüdlü X3 və 2023-cü il təvəllüdlü X8 olmuşdur. Münasibətlərinin ilk vaxtlarında aralarında hər şey qaydasında olsa da, sonradan Mirzənin əsassız mübahisələrinə görə münasibətləri pisləşmişdir. Mirzə onlayın Kazino oyunları oynadığına görə ona irad bildirdiyi üçün onu dəfələrlə döymüşdür. Mirzə mütəmadi olaraq spirtli içki də qəbul etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Mirzə yenə evdə əsassız mübahisə yaratmış və onun üzərinə gələrək əl və ayaq zərbələri ilə vurmuşdur. Həmin vaxt qardaşı Şahid da onlarda olmuşdur. Pərviz dərhal müdaxilə edib Mirzəni saxlamaq istəsə də ona gücü çatmamış və uşaqları götürüb otaqdan çıxartmışdır. Daha sonra Pərviz qayıdanadək Mirzə evdən çıxıb getmişdir. O, bir neçə gün evdə qalmış və həmin günlərdə də Mirzə evə gəlib səs-küy salmışdır. Bu səbəbdən atası onu və övladlarını öz evinə aparmışdır. O, atasıgildə qalarkən öyrənmişdir ki, onların evində başqa şəxslər yaşayır. O, Mirzədən bu barədə soruşduqda Mierzə bildirmişdir ki, həmin evi kirayəyə veribdir. O, öz evlərinə köçmək üçün gedib həmin evdə yaşayan şəxslərə xəbərdarlıq etmək istəmişdir və bu zaman ona məlum olmuşdur ki, Mirzə həmin evi adını bilmədiyi həmin şəxsə 35000 manata satıbdır. O, həmin şəxslərə xəbərinin olmadığını və həmin evin satıla bilməyəcəyini dedikdə həmin şəxslər onunla mübahisə etmiş və o, yenidən atası evinə qayıtmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsi, Zərərçəkmiş şəxs isə onun bacısıdır. 09 mart 2025-ci il tarixdə axşam saatlarında bacısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına getmişdir və həmin günü orada qalmışdır. 10 mart 2025-ci il tarixdə saat 13 radələrində qeyd olunan ünvanda otaqların birində yatan zaman səs-küy gəldiyini eşidib səsə oyanmışdır. Daha sonra nə baş verdiyini anlamaq məqsədilə otaqdan çıxıb səs gələn otağa daxil olmuşdur. Həmin vaxtı yeznəsi Mirzənin bacısı Firuzə ilə mübahisə etiyini görüb onları sakitləşdirməyə başlamışdır, Mirzəni əli ilə kənara itələyib "sən nə edirsən" dedikdə, Mirzə ona cavab olaraq "nədi döyəcəksənmi məni" bildirdikdə, o, Mirzəyə evdən çıxıb getməsini tələb etmişdir. Bundan sonra Mirzə evdən çıxaraq getmiş və bacısı Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs da baş vermiş hadisə ilə bağlı 102 xidməti-zəng məlumat vermişdir. O, bacısı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini, lakin bacısının Təqsirləndirilən şəxs vurduğunu görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və isintaq aparılmasından ötrü aidiyyəti üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 xx.xx.2025-ci il tarixli, 516 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ əlin birinci barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik fonunda qançırı, sağ baldırın yuxarı 1/3-nin dizaltı nahiyəyə keçən geniş sahəli, cüzi hətəkət məhdudluğu ilə müşayiət olunan qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq, təpik zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs veteran adı verilmişdir. № 1-6346 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. № 1-3325 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. № 1-16522 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir, Azərbaycan Respublikasının ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyi vardır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmasını, əlilliyinin olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 8 saat üçün nəzərdə tutulan 88 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 08 (səkkiz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 88 (səksən səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(012)-992/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-992/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver