Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-996/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 yanvar 2025-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 Abşeron filialına məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yerləşən X3 Stansiyasının 01 ədəd 1290 manat dəyərində olan "Neos" NS24HPW markalı, 4.000W gücündə kondisionerinin EATS-in divarının çöl hissəsinə quraşdırılmış mexanizmini (mühərrikini) gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-yə həmin məbəlğdə ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Evlidir və 2 azyaşlı uşağı var. İşin mahiyyəti üzrə bildirir ki, 17 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən EATS binasının yaxınlığından keçərkən binanın bayır hissəsində divara bərkidilmiş kondisionerə aid mühərrikin olduğunu görmüş və maddi sıxıntıları olduğu üçün həmin kondisioner mühərrikini oğurlamaq qərarına gəlmişdir. Ona görə də o, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində həmin binaya yaxınlaşaraq ətrafda heç kəsin olmadığını görüb özü ilə apardığı açar və qayçı ilə həmin kondisioner mühərrikini divardan sökərək ara məhəllələrlə biraz aralıda yerləşən zibilxananın yaxınlığına aparıb gizlətmişdir. Ertəsi gün, yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında tanımadığı bir nəfər şəxsin idarə etdiyi “Qaz-24” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobillə Ceyranbatan qəsəbəsi ərazisində hərəkət edərək köhnə məişət əşyaları və metal aldığını görüb həmin kondisioner mühərrikini həmin şəxsə 80 manat müqabilində satmış və əldə etdiyi həmin 80 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Bir daha bildirir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən EATS binasına quraşdırılmış həmin kondisioner mühərrikini əvvəlcədən görmüşdür. Maddi ehtiyacları və borcları çox olduğu üçün, həmçinin oğurlanmasının rahat olacağını düşündüyünə görə xx.xx.2025-ci il tarixdə həmin kondisioner mühərrikini oğurlamaq qərarına gəlmişdir. Həmin kondisioner avadanlığını oğurlayan zaman onu heç kəs görməyib, həmçinin oğurluq hadisəsini təkbaşına törətmiş, hadisəni törətməzdən əvvəl bu barədə heç kimə məlumat verməmiş və heç kimin köməyindən istifadə etməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini maddi imkansızlıqdan törətməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, himayəsində 2 azyaşlı övladının olmasını bildirərək məhkəmədən ona ictimai işlər cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq oğurluq hadisəsi nəticəsində Cəmiyyətə vurulmuş 1522,20 (bir min beş yüz iyirmi iki manat, iyirmi qəpik) manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı tam ödənilmiş və təqsirləndirilən şəxslə barışıq əldə olunduğunu, həmçinin, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq keçiriləcək növbəti iclaslarda işə iştirakı olmadan baxılmasını və mülki iddia, ona əlavə edilmiş sənədlər və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Halhazırda Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialının hüquqşünası vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialının mühəndisi vəzifəsində işləyən X2 xx.xx.2025-ci il tarixdə saat 09:30 radələrində Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialına məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazində yerləşən EATS-in kondisionerinin EATS-in divarının bayır tərəfində quraşdırılmış mühərrik hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etməsi barədə Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialının rəhbərliyinə məlumat vermişdir. Mühəndis Rəsul Başıyevə dərhal bu barədə polisə məlumat verməsi bildirildiyinə görə o, həmin gün DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat verdiyinə görə hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bununla yanaşı xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialına məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazində yerləşən EATS-dən naməlum şəxs və ya şəxslər tərəfindən Neos markalı sərinkeşin oğurlanması barədə məktub və ona əlavə olunmuş smeta dəyəri Abşeron RPİ-yə göndərilmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialının həmin məktubunda oğurlanmış əmlakın ümümi dəyərinin 1522,20 AZN olduğu göstərilmiş, həmin məbləğ əlavə dəyər vergisi ilə birlikdə hesablanmışdır. Məktuba əlavə olunmuş smeta dəyərindən göründüyü kimi oğurlanmış əmlakın özü 1290 manat və əlavə dəyər vergisi isə 232.20 manat təşkil edir. Bir daha qeyd edir ki, Zərərçəkmiş şəxs2 MMC-nin rəhbərliyi tərəfindən həmin oğurluq hadisəsi ilə bağlı aparılan istintaq zamanı və məhkəmə proseslərində öz nümayəndəsi qismində iştirak etməyi müvafiq etibarnamə ilə ona həvalə edilmişdir. Bildirir ki, Zərərçəkmiş şəxs2 MMC tərəfindən sözügedən Neos markalı kondisioner 1290 manata alındığına görə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/880 saylı rəyində göstərilmiş məbləğlə razı deyil. Göstərmişdir ki, həmin Neos markalı kondisonerin mühərrik hissəsi satışda olmadığına və dəyərini müəyyən etmək mümkün olmadığına görə, eləcə də mühərriki oğurlandığı halda kondisionerin digər hissəsi də yararsız hala düşdüyü üçün onun istismarda istifadəsi mümkün deyildir. Ona görə də həmin oğurluq hadisəsi zamanı müəssisəyə dəymiş maddi ziyan kondisionerin ümumi məbləği ilə hesablanmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 6, mənzil 63-də qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 7, mənzil 13-də ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialına məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yerləşən X3 Stansiyasında mühəndis vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində o, işə gedən zaman EATS-in 1290 manat dəyərində olan Neos markalı kondisionerinin EATS-in divarının bayır tərəfində quraşdırılmış mühərrik hissəsinin yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona görə də dərhal Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialının rəhbərliyinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialının rəhbərliyi bu barədə polisə məlumat verməyini də bildirdiyinə görə o, həmin vaxt DİN-in “102” xidmətinə də zəng edərək bu barədə məlumat vermiş və bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bununla yanaşı həmin hadisə ilə bağlı Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron filialının rəhbərliyi tərəfindən Abşeron RPİ-yə məktub və ona əlavə olunmuş smeta dəyəri göndərilmişdir. Əlavə olaraq qeyd edir ki, həmin Neos markalı kondisonerin mühərrik hissəsi satışda olmadığına və dəyərini müəyyən etmək mümkün olmadığına görə, eləcə də mühərriki oğurlandığı halda kondisionerin digər hissəsi də yararsız hala düşdüyü üçün onun istismarda istifadəsi mümkün deyildir. Ona görə də həmin oğurluq hadisəsi zamanı müəssisəyə dəymiş maddi ziyan kondisionerin ümumi məbləği ilə hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 mart 2025-ci il tarixli qərara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
2. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 mart 2025-ci il tarixdə saat 20:49 dəqiqədə tutulmuşdur.
3. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 MMC zərərçəkmiş şəxs qismində tanınmışdır.
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.
5. “Qətimkan tədbirinin seçilməsinə dair” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir.
6. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2025-ci il tarixli 9/880 saylı rəyindən görünür ki, 01 ədəd “NEOS” NS24HPW markalı kondisonerin təzə vəziyyətdə 2025-ci ilin yanvar ayında orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1147,50 manat müəyyən edilir.
8. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.
9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
10. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbir seçilməsi haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
11. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 iyul 2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
12. “Sübutların qiymətləndirilməsi” haqqında 05 iyul 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, ekspert rəyi və digər istintaq hərəkəti protokolları və istintaq zamanı digər toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir.
13. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, dəymiş zərər tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon ərazisində yaşamasını və Sumqayıt şəhərində işləməsini nəzərə alaraq onun üzərinə Abşeron rayonu və Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu və Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 üvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsi qeydiyyata alındığı vaxtdan hesablansın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə zamanı 10 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Firuzə Kərimova