Məhkəmə qərarları › İş №1(013)-1/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-1/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-1/2024 12.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Müdafiəçi3, Təqsirləndirilən şəxs2, Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Ağdam rayonu Güllücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonu Güllücə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4 və 145.2.4-cü maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Ağdam rayonu Güllücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 133.2.3, 133.2.4 və 145.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 11 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsinin yaxınlığında yerləşən düzənlik ərazidə qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında, arvadı Şahid4 yaxın münasibətdə olmasından şübhələndiyi üçün qisas almaq istədiyi tanışı Zərərçəkmiş şəxs qeyd edilən düzənlik əraziyə söhbət etmək adı ilə dəvət edib aldadaraq gəlməsinə nail olduqdan sonra orada arvadı Şahid4 ilə münasibətinin olmasını inkar etməsindən əsəbləşərək fiziki güc tətbiq etməklə yerə yıxıb əl-qolunu tutmaqla, qardaşı Təqsirləndirilən şəxs2 isə əllərini və ayaqlarını istintaqla müəyyən edilə bilinməyən rezin materialdan olan bağlayıcı ilə bağlamaqla birlikdə aşkar surətdə köməksiz vəziyyətə salıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etdiyi Zərərçəkmiş şəxs qarşı əxlaq normalarına zidd zorakı hərəkətlərini davam etdirib kürək nahiyəsinə ayaqları ilə basıb güclü fiziki ağrı yetirməklə cinsiyyət orqanını çıxarıb təbii ehtiyacını üzərinə ödəmək istəmiş, bunu görən və aktiv müqavimət göstərərək ayağındakı rezin materialdan olan bağlayıcını qırıb qaçmaq istəyən Adi Vəliyevi yenidən əxlaqa zidd, zorakı və qanunsuz hərkətlərini birlikdə davam etdirdiyi qardaşı Təqsirləndirilən şəxs2la dayandırıb müqavimətini qırmaqla üzü üsdə yerdə saxlayıb cinsiyyət orqanını çıxarıb üzərinə təbii ehtiyacını ödəməklə bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə psixi iztirablar verməklə əzab vermə və bir qrup şəxs halında qanunsuz olaraq azadlıqdan məhrum etmə cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 11 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsinin yaxınlığında yerləşən düzənlik ərazidə qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında, sonuncunun arvadı Şahid4 yaxın münasibətdə olmasından şübhələndiyi üçün qisas almaq istədiyi tanışı Zərərçəkmiş şəxs qeyd olunan düzənlik əraziyə söhbət etmək adı ilə dəvət edib aldadaraq gəlməsinə nail olduqdan sonra orada qardaşı arvadı Şahid4 ilə münasibətinin olmasını inkar etməsinə görə əsəbləşən qardaşı Təqsirləndirilən şəxs1 fiziki güc tətbiq etməklə yerə yıxıb əl-qolunu tutub saxladığı Zərərçəkmiş şəxs əllərini və ayaqlarını istintaqla müəyyən edilə bilinməyən rezin materialdan olan bağlayıcı ilə bağlamaqla birlikdə aşkar surətdə köməksiz vəziyyətə salıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, həmçinin bununla kifayətlənməyib əxlaq normalarına zidd zorakı hərəkətini davam etdirərək kürək nahiyəsinə ayaqları ilə basıb güclü fiziki ağrı yetirən qardaşı Təqsirləndirilən şəxs1 cinsiyyət orqanını çıxarıb təbii ehtiyacını üzərinə ödəmək istədiyi, bu zaman aktiv müqavimət göstərərək ayağındakı rezin materialdan olan bağlayıcını qırıb qaçan Zərərçəkmiş şəxs sonuncuya qarşı yenidən birlikdə əxlaqa zidd, zorakı və qanunsuz hərkətlərini davam etdirmək üçün dayandırıb müqavimətini qırıb üzü üsdə yerdə saxlamaqla Zərərçəkmiş şəxs üzərinə cinsiyyət orqanını çıxarıb təbii ehtiyacını ödəyən qardaşı Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında aşkar surtədə köməksiz vəziyyətdə olan şəxsə psixi iztirablar verməklə əzab vermə və bir qrup şəxs halında qanunsuz olaraq azadlıqdan məhrum etmə cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.4-cü maddələri ilə özünü təqsirli bilmiş, lakin 145.2.4-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində yaşayır. İstintaqa şübhəli şəxs qismində əvvələr vermiş olduğu izahatını təsdiq etmişdir. O Şahid4 ilə 2004-cü il tarixdə ailə həyatı qurmuş, onların 3 övladı vardır. Onların adları Səyyarə, Hədicə və Əlidir. Elnarə ilə onun münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanımışdır. Zərərçəkmiş şəxslə onun arasında ədavət və düşmənçilik olmamışdır. Əksinə Adillə hər zaman mehriban olmuşdur. Adil özünə məxsus Vaz 21-72 markalı avtomobillə sürücülük etdiyindən mütəmadi olaraq onların yaşadığı evə gedib-gəlmişdir. Bu günə qədər isə aralarında hər hansı problem olmamışdır. 11 sentyabr 2023-cü il tarixdə yaşadıqları evdə olarkən arvadı Elnarənin mobil telefonuna vhatsap proqramında sms gəldiyini eşitmişdir. Mobil telefonu alıb baxarkən Adilin arvadı Elnarə ilə sevgi məzmunlu sms yazışdığını görmüşdür. Bundan sonra Elnarəni qardaşının yanına göndərmişdir. Səhəri günü saat təxminən 11 radələrində Adilə zəng etmiş, onunla görüşmək istədiyini demişdir. Adil isə onunla yaşadığı qəsəbənin yaxınlıqında çöllük sahədə görüşmüşdür. Onunla görüşə qardaşı Qaryağdı da getmişdir. O Qaryağdıya arvadı Elnarə ilə Adilin əlaqəsi barədə məlumat vermişdir. Bu səbəbdən Adillə görüşdüyünü bildirmişdir. Adillə görüşərkən o Zərərçəkmiş şəxs nə üçün arvadı Elnarə ilə yaxın münasibət qurduğunu soruşmuşdur. O isə öz səhvini etiraf etməmişdir. Bundan sonra onun üzərinə gedib yerə yıxmışdır. O Zərərçəkmiş şəxs əllərini tutub bağlamışdır. Bundan sonra isə cinsiyyət orqanını çıxarmış, onun üzərinə təbii ehtiyacını ödəmişdir. Adil üzü üsdə uzandığından sidik onun paltarına və başının arxasına tökülmüşdür. Həmin vaxtı qardaşı Qaryağdı isə bütün bunları ona məxsus mobil telefonla qeyd etmişdir. O təbii ehtiyacını ödədikdən sonra Adili buraxmışdır. Adilin qolunda olan rezin materialdan olan bağlayıcı qırılmışdır. Bundan sonra onlar hadisə yerindən getmişdir. Bir neçə saat sonra o eşitmişdir ki, Adil özünü asaraq intihara cəhd etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və tutduğu əməldən peşman olmasını bildirərək məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.4-cü maddələri ilə özünü təqsirli, ancaq 145.2.4-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə Ağdam rayonu Baharlı 01 qəsəbəsində ev 23-də yaşayır. Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanımışdır. Belə ki o da əvvələr Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yaşamışdır. Zərərçəkmiş şəxs ilə onun arasında ədavət və düşmənçiliyi olmamışdır. Əksinə o Adillə hər zaman mehriban olmuşdur. Adil özünə məxsus Vaz 21-72 markalı avtomobillə sürücülük etdiyindən mütəmadi olaraq qardaşı Elməddinin yaşadığı evə gedib gəlmişdir. Bu günə qədər isə aralarında hər hansı problem olmamışdır.11 sentyabr 2023-cü il tarixdə qardaşı Elməddin mobil telefonla ona zəng vuraraq təcili gəlməyini bildirmişdir. O saat 11 radələrində onunla Ağdam rayonu İmamqulubəyli qəsəbəsində görüşmüşdür. Elməddin ona arvadı Elnarənin Adillə bir birinə sevgi məzmunlu smslər yazdığını görməsini bildirmişdir. Bundan sonra qəsəbənin yaxınlığında olan çöllük sahəyə gedib Adillə görüşmüşlər. Qardaşı Adili yerə yıxıb əlini bağlamış, o isə qardaşı Elməddinə məxsus mobil telefonla bütün baş verənləri qeydə almağa başlamışdır. Elməddin cinsiyyət orqanını çıxarıb Adilin üzərinə təbii ehtiyacını ödəmişdir. Adil üzü üsdə uzandığından sidik onun paltarına və başının arxasına tökülmüşdür. Elməddin təbii ehtiyacını ödədikdən sonra Adili buraxmışdır. Adilin qolunda olan rezin materiladan olan bağlayıcı qırılmışdır. Bundan sonra onlar hadisə yerindən getmişdir. Hadisədən bir neçə saat sonra o eşitmişdir ki, Adil özünü asaraq intihara cəhd etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və tutduğu əməldən peşman olmasını bildirərək məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs1 qəsəbə sakini kimi tanımışdır. Həmçinin, qardaşı Təqsirləndirilən şəxs2 onunla eyni qəsəbədə yaşamışdır. Onun nə Elməddinlə nə də Qarayağdı ilə ədavət və düşmənçiliyi olmamışdır. Əksinə o, Elməddin və Qaryağdı ilə hər zaman mehriban olmuşdur. Özünə məxsus Vaz 21-72 markalı avtomobillə sürücülük etdiyindən mütəmadi olaraq onların yaşadığı evə getmişdir. Həmin vaxtlarda Elməddinin arvadı Elnarə də onu görmüşdür. Bu səbəbdən Elnarə ona 2023-cü ilin aprel ayında vhatsapp proqramı vasitəsilə ismarıc göndərmişdir. Elnarə ona salam yazıb hal əhval soruşmuşdur. Bununla onlar artıq mütəmadi olaraq danışmışdır. Beləki Elnarə onunla yaxın tanışı kimi problemləri haqqında danışmış, onunla dərdləşdikdə rahat olduğunu bildirmişdir. Bu danışıqlardan başqa onların arasında digər hər hansı münasibət olmamışdır. 11 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Elməddin mobil telefonla ona zəng edərək görüşmək istədiyini demişdir. O isə Elməddinlə razılaşıb qəsəbənin yaxınlığında sahəliyə getmişdir. Elməddin görüşə qardaşı Qaryağdı ilə birlikdə gəlmişdir. O Elməddindən nə üçün görüşmək istədiyini soruşmuş, Elməddin isə ona söhbət edəcəyini demişdir. Onlar sahəyə düşdükdə ətrafda heç kim olmamışdır. Elməddin qardaşı Qaryağdıya qol bağlıyanı gətirməsini demiş, Qaryağdı isə qol bağlayıcını arxa oturacağın üzərindən götürüb Elməddinə təqdim etmişdir. Daha sonra Elməddin onun üzərinə gəlmişdir. Bundan sonra Qaryağdı da onun üzərinə gəlmişdir. Onlar hər ikisi birlikdə onu yerə yıxmışlar. Qaryağdı əvvəlcə ayağını daha sonra əllərini rezin materialdan olan qol bağlayıcı ilə bağlamışdır. Qaryağdı ayaqlarını və qollarını bağlayarkən Elməddin isə ayağını və əlini tutmuşduş. Bununlada onun hərəkət azadlığı məhdudlaşmış və müqaviməti qrılmışdır. Onun əli və ayağı təxminən 15 dəqiqə müddətində bağlı qalmışdır. Həmin vaxt intervalında o heç bir azad hərəkət edə bilməmişdir. Daha sonra Elməddin onun üzərinə çıxmış və cinsiyyət orqanı çıxarıb üzərinə təbii ehtiyacını ödəmək istəmişdir. O isə aktiv müqavimət göstərdiyindən ayağında olan bağlayıcı qırılmışdır. O ayağa qalxıb qaçmaq istəmiş, bu zaman Elməddin və Qaryağdı onu yenidən tutub saxlayıb yenidən yerə yıxmışlar. Həmin vaxtı Elməddin onun üzərində olmuşdur. Qaryağdı isə ayağı onun üzərinə basaraq yerdə uzanlı qalmağına şərait yaratmışdır. Həmçinin Qaryağdı əli ilə də tutub onu saxlamışdır. Elməddin isə cinsiyyət orqanını çıxarmış, həmin vaxtı o üzü üsdə fırlanmış və sidik onun paltarına və başının arxa hissəsinə tökülmüşdür. Qaryağdı əlində markasını bilmədiyi qara rəngli mobil telefonla bütün bunları qeydə almışdır. Onlar bu görüntüləri çəkməklə onu biabır etmək və hər kəsə ona qarşı etdikləri alçaldıcı hərəkətləri göstərmək istəmişlər. O yerdə hərəkət etdiyindən əvvəlcə ayaqlarında olan bağlayıcı daha sonra isə əllərində olan bağlayıcı qırılmışdır. Bundan sonra Elməddin və Qarayağdı avtomobillərinə minib oradan uzaqlaşmışlar.O isə dərhal yaşadığı evə gəlmişdir. Həmin vaxtı evdə yalnız anası olmuşdur. O anasının yanına getməmişdir. Xalası oğlu Natiqə mobil telefonla zəng vurmuş, Elməddin və Qaryağdının etdiklərini hərəkətlər barədə məlumat vermişdir. Daha sonra həyətdə olan tövləyə keçib pres ipini götürüb boğazına keçirmiş, ayağının altında stulu kənara itələmiş və boğulmağa başlamışdır. Bundan sonra isə heç nə xatırlamamışdır. O özünə gəldikə artıq xəstəxanada olmuşdur. Zərərçəkmiş şəxs həmçinin ifadəsində Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının söyüş söyməklə və üzərinə sidik axıtmaqla onun ləyaqətini alçatdığını, Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının onun ayaqlarını və əllərini bağladığını, əvvələr intihara cəhd etmədiyini, Elməddin və Təqsirləndirilən şəxs2 qardaşları ona qarşı zor tətbiq edib əlini, ayağını bağlamaqla və üzərinə sidik axıtmaqla pisxi və fiziki iztirab verdiyini, hadisə vaxtı orada ondan, Elməddin və Qaryağdıdan başqa hər hansı şəxsin olmadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşlarının düzgün olmayan məzmunda izahatlar verdiyini, hadisənin onun dediyi kimi olduğunu, Təqsirləndirilən şəxs1 əl və ayağını tutub saxladığını, Təqsirləndirilən şəxs2 isə rezin bağlayıcı ilə əl və ayağını bağladığını, Təqsirləndirilən şəxs2 əvvəlcə onun ayağını daha sonra əllərini bağladığını, ancaq o aktiv müqavimət göstərdiyindən ayaqlarında olan bağlayıcının qırıldığını, həmin vaxtı yəni ayaqları bağlı olarkən hər hansı video çəkiliş aparılmadığını, bu səbəbdən videogörüntüdə ayaqlarının bağlı olmasının görünmədiyini, cinayət işi materiallarında olan hadisənin görüntülərini özündə əks etdirən video yazının ona təqdim olunduğunu, həmin görüntüdə əlləri bağlı vəziyyətdə olan o, üzərində ayaqlarını üzərinə qoyaraq təbii ehtiyacını ödəyən Təqsirləndirilən şəxs1 və hadisənin görüntülərini mobil telefonla çəkən şəxs həmçinin orada cinsiyyət orqanın adını çəkərək təhqiredici ifadələr işlədən isə Təqsirləndirilən şəxs2 olduğunu, görüntüdən də göründüyü kimi o qalxmaq istədikdə Qarayağdı Həsənovun da Elməddinə köməklik etdiyini, beləki əl və ayağı ilə onun müqavimət göstərməyinə mane olduğunu bildirmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Adil onlarla birlikdə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadıqları evə gəlmişdir. Həmin vaxtı o həmişəki kimi tövlədə olan mal qaraya baxmaq üçün tövləyə getmişdir. Daha sonra yenidən evə qayıtmışdır. O isə Adilə yemək yeməli olduğunu demişdir. Ancaq Adil yeməkdən əvvəl işi olduğunu demişdir. Təxminən bir neçə dəqiqə keçmişdi ki, həyətdə digər oğlu Müşfiqin səsini eşitmişdir. Müşfiq və bacısı oğlu Natiqin tövlədən Adili uzanıqlı vəziyyətdə çıxardıqlarını görmüşdür. X9 MRX-a aparmaq üçün təcili tibbi yarımda məlumat vermişdir. Bu zaman Adil özündə olmamış, təcili tibbi yardım briqadası gələrək Adili xəstəxanaya aparmışdır. Orada Adilə tibbi yardım göstərildikdən sonra oğlu özünə gəlmişdir. Bundan sonra o Adildən öyrənmişdir ki, Elməddinin arvadı Elnarə ilə Adil arasında hər hansı yaxın münasibətin olmasından şühbə edərək qardaşı Qaryağdı ilə birlikdə onun əl və ayağını bağlamış üzərinə isə təbii ehtiyacını ödəmişdir. Bu hərəkətə dözməyən Adil isə özünü asaraq intihara cəhd etmişdir. Oğlu Müşfiqin və bacısı oğlu Natiqin müdaxiləsi nəticəsində Adilin həyatı xilas edilmişdir. Bundan başqa Şahid1 ifadəsində Elməddin və Təqsirləndirilən şəxs2 qardaşları söyüş söyməklə və Adilin üzərinə sidik axıtmaqla onun ləyaqətini alçatdığını, Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının Adilin ayaqlarını və əllərini bağladığını, daha sonra onun üzərinə Elməddin təbii ehtiyacını ödədiyini, Zərərçəkmiş şəxs əvvələr intihara cəhd etmədiyini, Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib əlini, ayağını bağlamaqla və üzərinə sidik axıtmaqla psixi və fiziki iztirab verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Adil atası Məhəmməd və anası Ballı ilə birlikdə yaşayır. 11 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə ilə istifadəsində olan mobil nömrəyə zəng etmiş, qardaşına qarşı qeyri etik hərəkət etdiyini bildirmişdir. O Elməddindən nə baş verdiyini soruşduqda o qardaşının üzərində təbii ehtiyacını ödədiyini demişdir. O Elməddindən nə üçün elə hərəkət etdiyini soruşduqda Elməddin ona Adildən soruşmağını bildirmişdir. Bu söhbətdən sonra o dərhal Ağdam rayon İmamqulubəyli qəsəbəsində yerləşən atasıgil yaşadığı evə xalası oğlu Şahid3la getmişdir. Həmin vaxtı evdə anası Ballı olmuşdur. Ondan Adilin harada olmasını soruşmuş, Anası isə Adilin həyətdə olduğunu demişdir. O həyəti axtarmağa başlamış və həyətdə olan mal tövləsinə daxil olmuşdur. Bu zaman Adilin tövlənin tavanına bağlanmış pres ipindən aslı vəziyyədə olduğunu görmüşdür. Dərhal Adilin ayağından tutub yuxarı qaldırmış, Natiq isə pres ipini kəsmişdir. X9 MRX-a aparmaq üçün təcili tibbi yardımına məlumat vermişdir. Bu zaman Adil özündə olmamış, təcili tibbi yardım briqadası gələrək Adili xəstəxanaya aparmışdır. Orada Adilə tibbi yardım göstərildikdən sonra qardaşı özünə gəlmişdir. Bundan sonra o Adildən öyrənmişdir ki, Elməddin arvadı Elnarə ilə Adil arasında hər hansı yaxın münasibətin olmasından şühbə edib qardaşı Qaryağdı ilə birlikdə onun əl və ayağını bağlamış üzərinə isə təbii ehtiyacını ödəmişdir. Bu hərəkətə dözməyən Adil isə özünü asaraq intihara cəhd etmişdir. Onun və xalası oğlu Natiqin müdaxiləsi nəticəsində Adilin həyatı xilas edilmişdir. Bundan başqa Şahid2 ifadəsində Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının söyüş söyməklə və Adilin üzərinə sidik axıtmaqla onun ləyaqətini alçatdığını, Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının Adilin ayaqlarını və əllərini bağladığını, daha sonra onun üzərinə Elməddinin təbii ehtiyacını ödədiyini, Zərərçəkmiş şəxs əvvələr intihara cəhd etmədiyini, Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib əlini, ayağını bağlamaqla və üzərinə sidik axıtmaqla psxi və fiziki iztirab verdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. 11 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs ona mobil telefonla zəng edərək işi olduğunu bildirmişdir. Adil onlara gəlmiş ancaq hər hansı bir söz demədən getmişdir. Daha sonra qayıdacağını demişdir. Ancaq Zərərçəkmiş şəxs qayıtmamışdır. Daha sonra o narahat olmuş, onun istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Adil telefona cavab vermiş, onu döydüklərini və təcili gəlməli olduğunu demişdir. O dərhal Adilin qardaşı Müşfiqə zəng etmiş, Adilin dedikləri barədə ona məlumat vermişdir. Ancaq Müşfiq kənarda olduğunu demişdir. Bundan sonra o Adilin dediyi yerə yəni İmamqulubəyli qəsəbəsinin kənarına getmişdir. Bu zaman orada Adilə məxsus Vaz 21-72 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili görmüşdür. Ancaq ətrafda kimsə olmamışdır. Həmin avtomobildən bir qədər aralıda isə “BMV” marakalı avtomobili görmüşdür. Həmin avtomobil hərəkət edib onun yanından keçmişdir. Avtomobili qəsəbə sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 idarə etmiş, onun yanında isə Təqsirləndirilən şəxs1 əyləşmişdir. Daha sonra aşağıda Adili görmüş və onun yanına getmişdir. Adilin üzəri torpaqla bulaşmış paltarı islanmış vəziyyətdə olmuşdur. O Adilə maşına oturmağı təklif etmişdir. Adil onun maşını ilə öz avtomobilinin yanına gəlmişdir. Adildən nə üçün dalaşdıqlarını soruşmuş, Adil isə ona hər hansı bir söz deməmişdir. Daha sonra o evə getmişdir. Bir qədər sonra o, Müşfiqi avtomobillə götürmüş, Adilin yaşadığı evə getmişlər. Həmin vaxtı evdə xalası Ballı olmuşdur. Ondan Adilin harada olmasını soruşmuşdur. Xalası isə Adilin həyətdə olduğunu demişdir. Müşfiq həyəti axtarmağa başlamış və həyətdə olan mal tövləsinə daxil olmuşdur. Bu zaman Adilin tövlənin tavanına bağlanmış pres ipindən aslı vəziyyədə olduğunu görüb qışqırmış, dərhal Adilin ayağından tutub yuxarı qaldırmışdır. O isə pres ipini yuxarı hissədən açmışdır. X9 MRX-a aparmaq üçün təcili tibbi yardıma məlumat vermişdir. Bu zaman Adil özündə olmamışdır. Təcili tibbi yardım briqadası gəlib Adili xəstəxanaya aparmışdır. Orada Adilə tibbi yardım göstərildikdən sonra özünə gəlmişdir. Bundan sonra o Adildən öyrənmişdir ki, Elməddin arvadı Elnarə ilə Adil arasında hər hansı yaxın münasibətin olmasından şühbə edərək qardaşı Qaryağdı ilə birlikdə onun əl və ayağını bağlamış üzərinə isə təbii ehtiyacını ödəmişdir. Bu hərəkətə dözməyən Adil isə özünü asaraq intihara cəhd etmişdir. Onun və xalası oğlu Müşfiqin müdaxiləsi nəticəsində Adilin həyatı xilas edilmişdir. Bundan başqa X4 ifadəsində Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının söyüş söyməklə və Adilin üzərinə sidik axıtmaqla onun ləyaqətini alçatdığını, Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının Adilin ayaqlarını və əllərini bağladığını, daha sonra onun üzərinə təbii ehtiyacını ödədiyini, Zərərçəkmiş şəxs əvvələr intihara cəhd etmədiyini, Elməddin və Təqsirləndirilən şəxs2 qardaşlarının Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib əlini, ayağını bağladığını və üzərinə sidik axıtmaqla psixi və fiziki iztirab verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əridir. O Təqsirləndirilən şəxs1la 2004-cü il tarixdə ailə həyatı qurmuşdur. Onların 3 övladı vardır. Onların adları Səyyarə, Hədicə və Əlidir. Elməddinlə onun münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs isə qəsəbə sakini kimi tanımışdır. Onunla 2023-cü ilin iyun ayından etibarən dost kimi danışmağa başlamışdır. Beləki o özü problemləri haqda Adilə danışmışdır. Adil isə ondan subay olduğu üçün qız tapmağını xahiş etmişdir. Bundan başqa Adillə onun arasında hər hansı yaxın münasibət olmamışdır. Sonuncu dəfə isə yəni 10 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onun Adillə olan danışıqları barədə xəbər tutmuşdur. O Adillə gizli danışdığı üçün əsəbləşmişdir. Bu səbəblə ona evdən getməyini bildirmişdir. Bundan sonra isə qardaşı Şaməddin onu gəlib yaşadığı Mingəçevir şəhərinə aparmışdır. Daha sonra bilmişdir ki, Elməddin Adillə də dalaşmış aralında mübahisə olmuşdur. Ancaq mübahisənin nədən ibarət olmasını o bilməmişdir. Hal-hazırda isə Elməddinlə barışmış, aralarında hər hansı söz-söhbət yoxdur . İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 Bərdə rayonlararası ekspertiza şöbəsinin 12 sentyabr 2023-cü il tarixli 278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər qıcolma və spazm əlamətləri ilə müşayiət olunan boyun nahiyəsinin sıyrıqla küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olmuşlar -Məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 41 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konfilikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs hadisə vaxtı qorxmuş və həycanlı psix-emosional halda olmuşdur. Bu hal ona qarşı törədilmiş əməllərlə yarana bilər. Zərərçəkmiş şəxs əhvalının aşağı enməsi şəklində (depressiv vəziyyət) ekstremal psixi vəziyyətə keçməsi və bu səbəbdən intihara təşəbbüs etməsi istisna olunmur. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik aşkar edilməsə də onun həkim psixoloqun nəzarətində bir müddət müalicə alması məsləhət görülür. -Ağdam rayon X3 Hüquqi Şəxsindən daxil olmuş 26 sentyabr 2023-cü il tarixli 599 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayon X3 hüquqi şəxsində və Poliklnika şöbəsində hər hansı bir xəstəliklə əlaqədar qeydiyyatda yoxdur. -Ağdam rayon X3 Hüquqi Şəxsindən daxil olmuş 26 sentyabr 2023-cü il tarixli 600 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayon X3 hüquqi şəxsində və Poliklnika şöbəsində hər hansı bir xəstəliklə əlaqədar qeydiyyatda yoxdur. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cıil tarixdə Ağdam rayon məhkəməsinin hökmü ilə CM-nin 131.2-ci maddəsinə əsasən 200 manat cərimə olunmuş və “28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Ağdam rayon məhkəməsinin 13 may 2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 200 manat cərimə cəzasından azad edilmişdir. -Ağdam rayon məhkəməsinin 1(13)-31/2016 saylı 13 may 20216-cı il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmişdir. -«Amnistiya aktının tədbiq edilməsi» barədə 05 iyul 2016-cı il tarixli qərardan görünür ki, “28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Ağdam rayon məhkəməsinin 13 may 2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 200 (iki yüz) manat cərimə cəzasından azad edilmişdir. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdə Ağdam rayon məhkəməsinin hökmü ilə CM-nin 306.1 maddəsinə əsasən 1 il müddətinə azadlıqdan məhrum olunmuş və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 1 il islah işləri cəzası ilə əvəz olunmuşdur və CM-nın 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 6 ay 9 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmişdir. -Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-324/2016 saylı 16 noyabr 20216-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayon Məhkəməsinin 1(13)-46/2016 saylı xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 306.1-cı maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş və Gəncə Apelyasiya Məhkəməsinin göstərilən qərarı ilə Ağdam rayon Məhkəməsinin qeyd olunan hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs2 aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 6 ay 9 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. -Ağdam rayon məhkəməsinin 7(013)-16/2018 saylı 21 fevral 2018-ci il tarixli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-324/2016 saylı 16 noyabr 20216-cı il tarixli qərarı ilə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmişdir. -Ağdam rayon İcra Hakimiyyətinin başçısının Yeni İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. -Ağdam rayon İcra Hakimiyyətinin başçısının Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.4 və 145.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 133.2.3, 133.2.4 və 145.2.4-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin əmələrini Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.4 və 145.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir, ona görə də, onlar, həmin maddələrinin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının və CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının və CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.4 və 145.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona CM-nin 133.2.3, 133.2.4 və 145.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdrilməli və o, məhkəmə iclas zalından həbs olunmalı, cəza çəkməsinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.4 və 145.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona CM-nin 133.2.3, 133.2.4 və 145.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdrilməli və o, məhkəmə iclas zalından həbs olunmalı, cəza çəkməsinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi subut- hadisənin videogörüntülərinin köçürüldüyü 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə təqsirləndiridən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qeyd edilən cəza növünü seçərkən təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 133.2.3, 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (il) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkməsinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 133.2.3, 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (il) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkməsinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - hadisənin videogörüntülərinin köçürüldüyü 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar