Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-1/2025 04.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayon Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2023-cü ilin sentyabr ayında, istintaqa məlum olmayan gün və vaxtda Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən atası X2 məxsus yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşdirilmiş əmisi Zərərçəkmiş şəxs məxsus dəmir materialdan olan daşına bilən sonuncunun şəxsi əşyalarının və digər əmlakının saxlanılması üçün saxlanc yeri kimi istifadə etdiyi köşkün giriş qapısına asılmış açıq vəziyyətdə olmuş asma qıfılını çıxardıb həmin köşkə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 01 ədəd eni 0,90 sm uzunluğu 1,0 metr dəmir materialdan 150 (yüz əlli) manat dəyərində olan stolu gizli olaraq talayıb istintaqa məlum olmayan şəxsə satmış, bundan bir neçə gün sonra cinayət əməlini davam edərək Zərərçəkmiş şəxs həyətinə daxil olmaq üçün dəmir tordan olan hasarın dəmir materialdan olmaqla qıfılı olmayan qapısını açıb həyətə daxil olduqdan sonra sonuncunun şəxsi əşyalarının və digər əmlakının saxlanılması üçün saxlanc yeri kimi istifadə etdiyi yanları açıq olan yardımçı tikilidə əvvəlcədən gördüyü və oğurlamaq qərarına gəldiyi 03 (üç) ədəd hər biri 80 (səksən) manat, ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində olan kislarod balonları, 01 ədəd 1973-cü il istehsalı olan VAZ 2101 markalı nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş 60 (altmış) manat dəyərində olan radiatoru, 01 ədəd 1.2 metr uzunluğunda 100 kiloqram çəkidə olan dəmir materialdan 200 (iki yüz) manat dəyərində olan su hovuzunu gizli olaraq talayıb istintaqa məlum olmayan şəxsə satmış, bundan bir-iki gün sonra cinayət əməlinin davamı olaraq həmin köşkün giriş qapısına vurulmuş açıq vəziyyətdə olmuş qıfılı çıxardmaqla saxlanc yeri olan köşkə qanunsuz daxil olaraq orada olan 01 ədəd 1973-cü il istehsalı olan VAZ 2101 markalı nəqliyyat vasitəsinə aid işlək vəziyyətdə olmuş 300 (üç yüz) manat dəyərində mühərriki oğurlayıb cinayətdən xəbərsiz tanışı Şahid1 köməkliyi ilə cinayətdən xəbərsiz X4 etibarnamə əsasında idarə etdiyi özünə məxsus QAZ 2401 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən metal qəbulu anbarında Şahid2 50 (əlli) manata satmaqla həmin pulu şəxsi ehtiyacına sərf edib, ümumilikdə əmlakın sahibi Zərərçəkmiş şəxs 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını vahid niyyətlə qəsdən oğurlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Ağdam rayonu Quzanlı qəsəbəsində anası X5 və atası X3 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onun əmisidir, onunla aralarında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən həyətyanı sahələrində əmisi ilə bir qonşuluqda yaşayır, onun yaşadığı evin həyətyanı sahəsi ilə Rafayılın yaşadığı evin həyətyanı sahəsini dəmir materialdan ibarət olan tor hasar ayırır, yaşadığı həyətyanı sahədən Rafayılın həyətyanı sahəsinə keçid üçün dəmir materialdan ibarət olan kiçik ölçülü qapı olmuşdur və hal-hazırda həmin giriş qapısı ləğv edilmişdir. Həmin həyətyanı sahələr dünyasını dəyişmiş babası Baloğlana məxsus olmuşdur. Rafayıl özünə məxsus olan dəmir materialdan ibarət olan daşına bilən köşkü öz həyətyanı sahəsində yer olmadığı üçün onların yaşadıqları evin yerləşdiyi həyətyanı sahəyə yerləşdirmişdir. Həmin köşkün qapısında qıfıl olsada, həmin qıfıl açıq vəziyyət olmuşdur. 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə Ağdam rayonu Quzanlı qəsəbəsində onunla qonşuluqda yaşayan Rafayılın oğlu Ziyanın keçmiş arvadı Zülfiyyə ilə yaşadığı evin giriş qapısında rastlaşmışdır, ondan dəmir köşkdə ona məxsus olan 02 ədəd dəmir ləyəni götürərək satmaq istədiyini bildirmişdir, Zülfiyyə də həmin dəmir ləyənləri satmaq üçün icazə vermişdir. Həmin gündən iki gün keçdikdən sonra Rafayılın onun yaşadığı evin həyətyanı sahəsinə yerləşdirmiş olduğu dəmir köşkə yaxınlaşmışdır, həmin köşkün qapısında açıq vəziyyətdə olan qıfılı çıxardaraq köşkə daxil olmuş, Zülfiyyəyə məxsus olan 02 ədəd kiçik ölçülü yemək bişirmək üçün nəzərdə tutulmuş köhnə ləyəni götürərkən Rafayılın köşkə qoymuş olduğu 01 ədəd dəmir materialdan ibarət olan təxmini ölçüsü 0.9m x1.0 metr olan dəmir stolu, 01 ədəd 1973-cü il istehsalı olan VAZ 2101 markalı nəqliyyat vasitəsinə aid işlək vəziyyətdə olmuş mühərriki görmüşdür, bundan başqa Zərərçəkmiş şəxs həyətinə daxil olmaq üçün dəmir tordan olan hasarın dəmir materialdan olmaqla qıfılı olmayan qapısını açıb həyətə daxil olduqdan sonra sonuncunun şəxsi əşyalarının və digər əmlakının saxlanılması üçün saxlanc yeri kimi istifadə etdiyi yanları açıq olan yardımçı tikilidə 03 (üç) ədəd kislarod balonlarını, 01 ədəd 1973-cü il istehsalı olan VAZ 2101 markalı nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş radiatoru və 01 ədəd 1.2 metr uzunluğunda olan dəmir materialdan su hovuzunu görmüşdür. O, həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. Lakin əşyaları birdəfəyə oğurlaya bilmədiyindən, həmçinin əmisi Rafayılın bundan xəbər tutacağından ehtiyyat etdiyindən o həmin əşyaları hissə-hissə oğurlayaraq satıb pul əldə etməyi planlaşdırmışdır və bu məqsədlə həmin əşyaları hissə-hissə oğurlamaq qərarına gəlmişdir. Bunsdan sonra o köşkdə olan həmin dəmir stolu və 02 ədəd ləyəni götürərək yaşadığı evin giriş darvazasına çıxarmışdır, orada bir qədər gözlədikdən sonra tanımadığı bir nəfər şəxsin "Motosiklet"lə dəmir aldığını görüb ona yaxınlaşmış və həmin əşyaları 15 manat müqabilində həmin şəxsə satmışdır. O, həmin dəmir alan şəxsi əvvəlcədən tanımamışdır. Bundan başqa o həmin əşyaları satan zaman pula ehtiyacı olduğu üçün əmisi Rəfayılın onunla həyətlərini ayıran dəmir materialdan olan tor hasarın Rafayıla aid hissəsində həyətdə yerləşən dalanda olan 03 ədəd kislarod balonunu, 01 ədəd dəmir hovuzu və 01 ədəd radiatoru bir neçə gün sonra oğurlayaraq tanımadığı metal alan şəxsə satmışdır. O, həmin əşyaları satdıqdan 1-2 gün sonra Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində yaşadığı evin arxa hissəsində tanışı Nihad adlı şəxslə birlikdə yemək yeyərək spirtli içki qəbul etmişdir, yeyib-içdikdən sonra Nihad yaşadığı evə getdiyini bildirərək onun yanımdan uzaqlaşmışdır. O, Rafayılın həyətyanı sahələrinə qoymuş olduğu köşkdə olan və əvvəlcədən gördüyü 01 ədəd VAZ 2101 markalı nəqliyyat vasitəsinə məxsus olan mühərriki oğurlayaraq satmaq qərarına gəlmişdir, həmin mühərriki tək götürə bilməyəcəyindən küçəyə çıxaraq özünə kömək axdarmağa başlamışdır. Bir qədər gözlədikdən sonra Nihadın küçədən keçdiyini görmüş və ona həyətlərində olan əmisi Rafayıla məxsus dəmir köşkdə yerləşən VAZ 2101 markalı nəqliyyat vasitəsinə məxsus olan mühərriki götürərək satmaq istədiyini və bunun üçündə ona kömək etməsini bildirmişdir, lakin o Nihada həmin mühərrikin özünə məxsus olduğunu bildirmişdir, əmisi Rafayıla məxsus olduğunu və mühərriki oğurlayaraq satdığını bildirməmişdir. Nihad da ona kömək etmək üçün razılaşmışdır. O, həmin mühərriki Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Zamiq adlı şəxsə məxsus olan dəmir qəbulu sexinə satmaq qərarına gəlmişdir. Çünki Zamiq dəmiri baha qiymətə aldığı üçün əvvəllər bir neçə dəfə həmin şəxsə dəmir satmışdır, mühərriki Hindarx qəsəbəsinə aparmaq üçün nəqliyyat vasitəsi axdarmaq məqsədi ilə yolda dayanıb avtomobil axtarmışdır. Bu zaman yoldan QAZ 24 markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi keçmişdir, həmin nəqliyyat vasitəsini saxladaraq mühərriki Ağcabədi rayonu Hindarx qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir, nəqliyyat vasitəsinin sürücüsü onlardan həmin mühərrikin kimə məxsus olmasını soruşmuşdur, ona nəqliyyat vasitəsinə məxsus mühərrikin özünə məxsus olduğunu, satmaq məqsədi ilə Hindarx qəsəbəsinə aparmaq istədiyini bildirmişdir və həmin şəxslə Hindarx qəsəbəsinə getmək üçün 12 manat müqabilində razılaşmışdır. Nihad ilə həmin nəqliyyat vasitəsinin arxa hissəsində əyləşərək yaşadığı ünvana gəlmişdir, QAZ 24 markalı nəqliyyat vasitəsi həyətyanı sahəsinin giriş darvazası açıq olduğu üçün bir başa həyətyanı sahəyə daxil olmuş, o Nihad ilə birlikdə Rafayıla məxsus olan dəmir köşkdən VAZ 2101 markalı nəqliyyat vasitəsinin mühərrikini çıxardaraq QAZ 24 markalı nəqliyyat vasitəsinin arxa yük hissəsinə yükləmişdir, daha sonra nəlqiyyat vasitəsinin arxa hissəsində əyləşərək Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Zamiq adlı şəxsə məxsus olan dəmir qəbulu sexinə getmişdirlər. Onlar sexə gəldikdən sonra o Nihad ilə birlikdə mühərriki nəqliyyat vasitəsindən çıxararaq sexə gətirmişdirlər, orada Zamiq mühərrikin çəkisini tərəzi ilə ölçmüşdür və mühərrikə 50 manat pul verəcəyini bildirmişdir. O, Zamiqlə razılaşaraq Rafayıldan oğurladığı mühərriki 50 manat müqabilində Zamiqə satmışdır. Zamiqdən 50 manat pulu alan zaman Nihadda onun yanında olmuşdur. Mühərriki satan zaman orada sonradan adının Hüseyn olduğunu bildiyi şəxsdə olmuşdur, onlar oradan qayıdaraq nəqliyyat vasitəsinə əyləşmək istədikdə Hüseyndə onlara yaxınlaşmış və onlardan hara getdiklərini soruşmuşdur. O, Ağdam rayonu Quzanlı qəsəbəsinə gedəcəklərini bildirmişdirlər, Hüseyndə Quzanlı qəsəbəsinə gedəcəyini bildirdiyindən nəqliyyat vasitəsinin ön sərnişin oturacağında əyləşmişdir və onunla birlikdə Quzanlı qəsəbəsinə gəlmişdilər. Onlar Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən dördyol deyilən əraziyə gəlmişdirlər, nəqliyyat vasitəsindən düşərkən o taksinin sürücüsünə gediş haqqını vermiş və yaşadığı evə qayıtmışdır. O, mühərriki satmış olduğu 50 manat puldan Nihada heç bir pay verməmişdir. Zamiq, Nihat və QAZ 24 markalı nəqliyyat vasitəsinin sürücüsü mühərrikin oğurluq olduğunu bilməmişdirlər, çünki onlara nəqliyyat vasitəsinə məxsus mühərrikin özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa o xatırlamadığı vaxtda və gündə Rafayılın müraciətində göstərmiş olduğu və Rafayılla onların həyətini ayıran dəmir materialdan olan tor hasarın Rafayıla aid həyətdə yerləşən dalanda olan və əvvəlcədən gördüyü və oğurlamaq qərarına gəldiyi 03 ədəd kislarod balonunu, 01 ədəd dəmir hovuzu və 01 ədəd radiatoru da əvvəllər istifadə olunmuş yaşadığı həyətyanı sahədən Rafayılın həyətyanı sahəsinə keçid üçün dəmir materialdan ibarət olan kiçik ölçülü giriş qapısından Rafayılın həyətinə keçməklə oğurlayaraq tanımadığı dəmir alan şəxslərə satmışdır, lakin həmin vaxtdan uzun müddət keçdiyindən o həmin əşyaları neçə manata satdığını dəqiq xatırlamır. O, həmin əşyaları Rafayılla onların həyətlərini ayıran hasarın Rafayıla aid hissəsində olan dalandan oğurlayaraq satmışdır. O, etdiyi oğurluqları səmimi olaraq etiraf etmişdir, tutduğu əməldən peşmandır. O, həmçinin ifadəsində göstərmişdir ki, həmin əşyaları oğurlayan zaman onu görən şəxs və yaxud şəxslər olmamışdır, həmçinin həmin əşyaları oğurlamaqda ona heç kim köməklik etməmişdir. O, həmin əşyaları tək olaraq özü oğurlamışdır. Həmin köşk və köşkün içərisində olan əşyalar əmisi Rafayıla məxsusdur, onun həmin köşkə daxil olmağa icazəsi olmamışdır. O, etdiyi oğurluqla bağlı heç kimə heçnə deməmişdir və həmin oğurluq hadisəsini etməyindən nə ailə üzvlərinin nədəki başqa şəxslərin xəbəri olmamışdır. O, oğurlayarq satdığı əşyalardan əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluq hadisəsini özü tək etmişdir və bu işdə ona heç kim köməklik etməmişdir. Onun maddi cəhətdən imkanı olmadığından və pula ehtiyacı olduğundan həmin oğurluq hadisəsini törətmişdir. Nihadın onun əmisi Rafayıla məxsus olan VAZ 2101 markalı nəqliyyat vasitəsinə məxsus mühərriki oğurladığını bilməmişdir və o, özüdə həmin mühərriki oğurladığını Nihada bildirməmişdir, Nihadın onunla həmin oğurluq hadisəsində əlbirliyi olmamışdır. Nihad elə bilmişdir ki, həmin köşk həyətlərində olduğundan mühərrik ona məxsusdur. Əmisi Rafayıla məxsus həyətyanı sahədə yerləşən dalandan 03 ədəd kislarod balonunu, 01 ədəd dəmir hovuzu və 01 ədəd radiatoru oğurlayarkən onu görən şəxs və yaxud şəxslər olmamışdır və o həmin əşyaları özü tək olaraq oğurlayıb tanımadığı şəxsə satmışdır. Həmin vaxtı köşkün giriş qapısında həqiqətən qıfıl olmuşdur, həmin qıfıl köhnə və yarasız olmuşdur, bağlanmamışdır, giriş qapısına açıq vəziyyətdə taxılmışdır. O, hadisə vaxtı qıfılı köşkün giriş qapısından çıxardıb xatırlamadığı yerə atmışdır, ona görə də həmin qıfılı təqdim edə bilməmişdir. O, etdiyi əməli səmimi olaraq öz şəxsi iradəsi ilə etiraf etmiş, ona qarşı hər hansı şəxs tərəfindən zor, işgəncə, ləyaqəti alçaldan, qeyriinsani hərəkətlərə yol verilməmişdir, habelə fiziki və ya psixi təsirlərə məruz qalmamışdır. Hazırda əməlindən səmimi peşman olduğunu və vurduğu ziyanı tam ödədiyini bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Agdam rayonn Quzanlı qəsəbəsində yerləşən yaşadığı evin yerləşdiyi həyətyanı sahəsi 10 sotdan ibarətdir. Onun yaşadığı evin həyətyanı sahəsi ilə qardaşı Cəfər Ələsgərovun yaşadığı evinin həyətyanı sahəsini setka va beton çubuqlardan ibarət hasar ayırır. Həmin evdə qardaşı Cəfər ailəsi ilə birlikdə yaşayır, belə ki, həmin evdə qardaşı Cəfər, arvadı Nailə və oğlu Vüqar yaşayırlar. Onun həyətyanı sahəsi ilə Vüqarın həyətyanı sahəsinə keçid üçün 01 ədəd dərmir materialdan ibarət olan kiçik ölçülü giriş qapısı vardır, yaşadığı evin giriş qapısı ilə Vüqarın həyətyanı sahəsinin giriş qapısı da ayrıdır. Yaşadığı evin həyətyanı sahəsində yer olmadığı üçün o özünə məxsus olan 1 ədəd daşına bilən köşkü Vüqar ilə onun həyətyanı sahəsini ayıran hasarın yaxınlığında Vuqarın həyətyanı sahəsində yerləşdirmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində dəqiq vatırlamadığı gündə və vaxtda Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində yerləşən taxta və şifer materialdan ibarət olan çardağa baxdıqda orad olan 03 ədəd kislarod balonunun və 1 ədəd latun materialından ibarat olan VAZ 2101 markalı nəqliyyat vasitələri üçun nəzərdə tutulmuş radiatorun yerində olmadığını görmüşdür. O, həmin oğurluq faktının qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən şubhələnərək ona həmin əşyaları geri qaytarmasını bildirmişdir. Lakin Vüqar həmin əşyaları oğurlamadığını bildirmişdir. Onun həyətyanı sahəsinə sadəcə olaraq Vüqar daxil ola biləcəyi uçun oğurluq hadisəsinin onun tərəfindən tərədildiyindən şübhələnmişdir. xx.xx.2023-cu il tarixdə isə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən onunla qonşuluqda yasayan gardaşı oğlu Vüqar ilə onun həyətyanı sahəsini ayıran hasarın yaxınlığında Cəfərin həyətyanı sahəsində yerləşdirmiş olduğu dəmir materialdan daşına bilən köşkə yaxınlaşdıqda köşkün qapısında olan 01 ədəd qıfılın sinıq olduğunu görmüş, qıfılı qapıdan çıxararaq köşkə daxil olmuşdur. Orada olan 01 ədəd 1973-cü il istehsalı olan VAZ 2101 markalı nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş radiatorun, 01 ədəd 1973-cü il istehsalı olan VAZ 2101 markalı nəqliyyat vasitəsinə məxsus işlək vəziyyətdə olmuş mühərrikin və 1.2 metr uzunluğunda 100 kiloqram çəkidə olan dəmir materialdan olan su hovuzunun, 01 ədəd eni 90 sm, uzunluğu 1.0 metr olan dəmir materialdan olan stolun oğurlanmış olduğunu görmüşdür. Oğurluq hadisəsi ilə bağlı onunla qonşuluqda yaşayan qardaşı oğlu Vüqardan şübhələnmişdir. Belə ki, ona məxsus olan dəmur köşk Vuqarla onun həyətyanı sahəsini ayıran hasarın yaxınlığında Cəfərin həyətyanı sahəsində yerləşdiyindən həmin köşdə daxil olmaq üçün gərək Vüqarın yaşadığı evin həyətinə daxil olasan. Belə olan halda əgər başqa şəxs və yaxud şəxslər həmin həyətə daxil olsaydı mütləq qardaşı Cəfər və yaxud ailə üzvləri həmin şəxsləri görə bilərmişlər, həmin oğurlanmış əşyalar əl ilə daşına bilən əşyalar deyildir. Onları daşımaq üçün həm bir neçə nəfər lazımdır və bundan başqa həmin əşyaları bir yerdən başqa yerə aparmaq üçün nəqliyyat vasitəsi lazım idi. Vüqarın həyətyanı sahəsi ilə onun həyətyanı sahəsinə keçid uçun nəzərdə tutulmuş dəmir qapı olduğu üçun həyətyanı sahəsində yerləşən 01 ədəd 1973-cü il istehsalı olan VAZ 2101 markalı nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş radiatorun, 01 ədəd 1973-cü il istehsalı olan VAZ 2101 markalı nəqliyyat vasitəsinə məxsus işlək vəziyyətdə olmuş mühərrikin və 1.2 metr uzunluğunda 100 kiloqram çəkidə olan dəmir materialdan olan su hovuzunun, 01 ədəd eni 90 sm, uzunluğu 1.0 metr olan dəmir materialdan olan stolun oğurlanmasında qardaşı oğlu Vüqar Cəfərovdan şübhələnmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən sexdə əlvan metal qəbulu ilə məşğuldur. Təxminən 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə və vaxtda sonradan adının Vüqar olduğunu öyrəndiyi şəxs onun işlətdiyi metal qəbulu sexinə gələrək ona VAZ 2101 markalı nəqliyyat vasitəsinin mühərrikinin olduğunu və həmin mühərriki satmaq istədiyini bildirmişdir. O Vüqardan mühərrikin özünün olub-olmadığını soruşmuşdur, o da cavab olaraq "təbiiki mənimdir" deyə bildirmişdir. O, həmin mühərriki çəki ölçən qapana qoyaraq onun çəkisini ölçmüşdür, həmin mühərrikin çəkisi təxminən 100 kq olduğu üçün o həmin mühərriki 50 manat müqabilində ala biləcəyini bildirmişdir. Vüqarda onunla razılaşmışdır və o həmin mühərrikin müqabilində Vüqar adlı şəxsə 50 manat pul vermişdir, həmin mühərrikidə birlikdə çalışdığı "X7 və Turizm Limited Şirkəti” MMCyə göndərmişdir. Bildirmişdir ki, onun əlvan metal qəbulu ilə məşğul olmaq üçün rəsmi icazəsi vardır və vergi ödəyicisidir, VÖEN-ni vardır. "X7 və Turizm Limited Şirkəti MMC ilə birlikdə çalışmaq üçün müqaviləsi vardır. O, həmçinin ifadəsində göstərmişdir ki, o həmin mühərrikin oğurluq olduğunu bilməmişdir, Vüqar adlı şəxs həmin mühərrikin özünə məxsus olduğunu bildirmişdir. O, yalnız 01 ədəd mühərriki onun işlətdiyi əlvan metalı qəbulu sexinə satmışdır, bundan başqa heç bir əşya və yaxud metal hissələri satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Quzanlı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və işləmir. Təqsirləndirilən şəxs tanıyır, onun qonşusudur, Zərərçəkmiş şəxs onun keçmiş qayınatasıdır, onlarla aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə və vaxtda Vüqarla küçələrində rastlaşmışdır. Həmin vaxtı Vüqar ona demişdir ki, keçmiş qayınatası Zərərçəkmiş şəxs məxsus həyətlərində yerləşdirdiyi köşkün içərisində onun vaxtilə qoyduğu dəmir materialdan olan iki ədəd köhnə ləyənin olduğunu, həmin ləyənləri satmaq üçün ona verməsinin xahiş etmişdir. O da həmin əşyaları götürməyinə və satmasına Vüqara razılıq vermişdir. Həmin köşkün Rafayıla məxsus olduğunu bilmişdir. O, Vüqara yalnız orada olan iki ədəd dəmir materialdan olan ləyənlər yarasız olduğundan onları götürüb satmasına icazə vermişdir. Vüqarın oradan və Rafayılın həyətindən başqa əşyaları oğurlayaraq satmasından xəbəri yoxdur və görməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, həmin köşkün Rafayıla məxsus olmasını bilmişdir, aradan uzun müddət keçdiyindən həmin köşkdə olan əşyaları xatırlamır, Vüqarın oğurluq etdiyini görməmişdir, Həmin vaxtdan uzun müddət keçdiyindən köşkün giriş qapısında qıfılın olmasını xatırlamır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1un ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun həmkəndlisidir. 2023-cü ilin sentyabr-oktyabr aylarında dəqiq xatırlamadığı gündə və vaxtda Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Vüqarın yaşadığı evin həyətyanı sahəsində yaşayış evinin arxa hissəsində Vüqarla birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Bir qədər keçdikdən sonra o Vüqarın yaşadığı evdən çıxmış və Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. O, evdə olan pişiklərinə yemək verdikdən sonra yenidən piyada Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən dördyol deyilən yerə getməyə başlamış və Vüqarın yaşadığı evin yerləşdiyi küçədən keşmişdir. Həmin vaxtı Vüqarda küçədə dayanmışdır. Vüqar ona həyətyanı sahəsində nəqliyyat vasitəsinin mühərrikinin olduğunu, həmin mühərriki Ağcabədi rayonun Hindarx qəsəbəsində yerləşən metal qəbulu sexinə aparıb satmaq istədiyini, həmin mühərriki nəqliyyat vasitəsinə yükləmək lazım olduğunu və bunun üçündə ona köməklik etməyini bildirmişdir, o da Vüqarla razılaşmışdır. Bundan sonra o Vüqarla birlikdə həmin mühərriki Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən dəmir qəbulu sexinə aparıb satmaq üçün nəqliyyat vasitəsi axtarmışdır. Vüqar yaxınlıqdan keçən QAZ 24 markalı nəqliyyat vasitəsini saxlatmışdır və ona 01 ədəd mühərrik olduğunu və həmin mühərriki Ağcabədi rayonu Hindarx qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Vüqar QAZ 24 markalı nəqliyyat vasitəsinin sürücüsü ilə 12 manat müqabilində razılaşmışdır. O Vüqarla QAZ 24 markalı nəqliyyat vasitəsinin arxa hissəsində əyləşərək Vüqarın yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşdur, Vüqarla birlikdə sonuncunun yaşadığı evin həyətyanı sahəsində olan dəmir materialdan ibarət olan daşına bilən köçkün qapısında olan 01 ədəd nəlqiyyat vasitəsinin mühərrikini götürərək QAZ 24 markalı nəqliyyat vasitəsinin arxa yük hissəsinə yükləmişlər, daha sonra Ağcabədi rayonu Hindarx qəsəbəsi istiqamətində hərəkət etmək üçün yola çıxmışlar, onlar Hindarx qəsəbəsində yerləşən Zamiq adlı şəxsə məxsus olan dəmir qəbulu sexinə çatdıqda Vüqarla birlikdə mühərriki sexə aparmışdır. O, mühərriki oraya qoyduqdan sonra nəqliyyat vasitəsinə geri qayıtmışdır, bir qədər keçdikdən sonra Vüqar mühərriki satdığını bildirərək nəqliyyat vasitəsinin arxa hissəsində əyləşmişdir, həmin vaxtı sonradan adının Hüseyn olduğunu öyrəndiyi şəxs nəqliyyat vasitəsinə yaxınlaşaraq hansı istiqamətə gedəcəklərini soruşmuş, nəqliyyat vasitəsinin sürücüsü Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətində gedəcələrini bildirmişdir, Hüseyndə Quzanlı qəsəbəsinə gedəcəyini bildirərək sərniçin qismində nəqliyyat vasitəsinin sağ ön oturacağında əyləşmişdir, onlar Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən dördyol deyilən ərazidə düşmüşlər və o öz yaşadığı evə getmişdir. Vüqar mühərrikin pulundan ona heç bir pay verməmişdir. Vüqar mühərrikin oğurluq olduğunu ona bildirməmişdir. O, Vüqarın yaşadığı ünvana dəfələrlə getsədə dəmir köşkün və köçkdə olan mühərrikin Rafayıl adlı şəxsə məxsus olmasını bilməmişdir. Vüqar həmin mühərrikin özünün olduğunu bildirmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Vüqar ona həmin mühərrikin özünə məxsus olmasını və satmaq üçün aparmasını bildirmişdir, o da Vüqarın nəqliyyat vasitəsinin təmiri ilə məşğul olduğu üçün ona inanmışdır. Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Vüqarın yaşadığı evin həyətyanı sahəsində olan dəmir köşkün qarşısından götürərək QAZ 24 markalı nəqliyyat vasitəsinin arxa yük hissəsinə yükləmişlər. O, fikir vermədiyi üçün həmin qıfılın sınıq olub-olmaması barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1550 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda malların orta istismar müddəti və orta istismar intevsivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 710,0 manat müəyyən olunur. Digər qərarda və cədvəlin 1-ci bəndində göstərilən 03 ədəd kislarod valonunu həcmi barəsində ətraflı məlumat olmadığı üçün qiymətləndirilmə aparılmamışdır. -Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8356 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən kislarod balonlarının istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan 01 ədədinin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 80,0 manat, 03 ədədinin qiyməti isə 240,0 manat müəyyən edilir. -xx.xx.2024-cü tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının Ağdam rayonu Quzanlı qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 1050 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin onlara istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də onu həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və CM-nın 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə ekspertiza təhqiqatın dəyəri Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də onun ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş materiallarında olan müdafiəçi T,S,Süleymanovun hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydə alınıdığı vaxtdan hesablansın. İş üzrə ekspertiza təhqiqatın dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 06 (altı) manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 (on) saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 60 (altmış) manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-1/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-1/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver