Məhkəmə qərarları › İş №1(013)-10/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-10/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-10/2024 16.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakları ilə, 24 may 1983-cü il tarixdə Ağdam Rayon Çıraqlı kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Ağdam Rayon Çıraqlı kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı /Gəncə/ İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə hesab edilən tiryək və qanunsuz olaraq odlu silahın komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama, daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-47”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, istifadəyə yararlı 30 ədəd patronu və 7,62 mm kalibrli “AK”, “AKM”, “AKMS” avtomatik tüfənglərin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı sandıqçanı qanunsuz əldə edib daşıyaraq yaşadığı Ağdam Rayon Çıraqlı kəndində yerləşən evinə gətirmiş 29 dekabr 2023-cü il saat 12-00-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Çıraqlı kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yataq otağında yerləşən taxta materialdan olan ağ rəngli dolabın üst siyirməsindən aşkar edilib götürülənədək qanunsuz olaraq odlu silahın komplekt hissələrini və döyüş sursatını əldə edib, daşıyıb yaşadığı kənddə yerləşən evində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd salfet kağız bükümdə, təmiz çəkisi 0,599 qram olan maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz əldə edib 29 dekabr 2023-cü il saat 12-00-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çıraqlı kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yataq otağında yerləşən taxta materialdan olan ağ rəngli dolabın üst siyirməsindən aşkar edilib götürülənədək qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamışdır. Bu əmələrinə görə Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitə qəbul etmişdir, lakin hal-hazırda narkotiklərdən istifadə etmir. 2020-ci ildə 2-ci Qarabağ Müharibəsindən sonra mal-qara otarmaq məqsədilə yaşadığı kəndin yaxınlığında yerləşən keçmiş cəbhəboyu ərazilərə getmişdir. Həmin vaxtı yaxınlıqda olan səngərə baxarkən diqqətini səngərin yanında olan bükülü vəziyyətdə əşya cəlb etmişdir. Həmin əşyalara baxdıqda içərisində 30 ədəd 7.62 kalibrli patronlar olan AKM-74 silahına məxsus sandıqça, bundan bir qədər aralıda isə narkotik vasitə olan çətənə bitkisinə məxsus toxumları, narkotik vasitə olan tiryəki tapmış və onları Çıraqlı kəndində yerləşən yaşadığı evə gətirmişdir. Həmin “qara” adı ilə tanıdığı narkotik vasitə olan tiryəkdən istifadə etməmişdir, ona görə ki, əvvəllər yalnız narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Tapdığı tiryəkin isə yüksək təsirə malik olduğunu bildiyindən düşünmüşdür ki, ondan istifadə etsə narkotik asılılığı yaranacaq, narkoman olacaq. Ona görə də tiryəkdən istifadə etməmiş və gələcəkdə lazım ola biləcəyini düşünərək onu saxlamışdır. Bundan başqa narkotik vasitə olan çətənə kollarına məxsus toxumları tapsa da onları əkməmişdir. Əgər istəsə idi indiyənə kimi həmin toxumlardan əkərək narkotik vasitə əldə edə bilərdi. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman Ağdam RPŞ-nin əməkdaşları yaşadığı evə gələrək axtarış aparılması barədə qərarı təqdim etmiş, özünün razılığı ilə polislər yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı həmin çətənə kollarına məxsus toxumlar, “qara” adı ilə tanıdığı narkotik tərkibli maddə və içərisində 30 ədəd 7.62 kalibrli patronlar olan AKM-74 silahına məxsus sandıqça aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Əməlindən olduqca peşmandır. Hazırda heç bir yerdə işləmir. Yaşlı atav ə anası himayəsindədir və işləmirlər, həyətdə olan təsərrüfatları ilə məşğul olub ailəsini dolandırır. Səhhətində ciddi problemlər var, nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 göstərdi ki, 2016-cı ildən DİO-da, 2023cü ildən isə tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, ədavət və ya düşmənçilikləri olmamışdır. 29 dekabr 2023-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Çıraqlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması, saxlaması və yaşadığı evin həyətyanı sahəsində narkotik xassəli bitkiləri əkib-becərməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Çıraqlı kəndinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş və qapını döyərək onu çağırmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması, saxlaması və yaşadığı evin həyətyanı sahəsində narkotik xassəli bitkiləri əkib-becərməsi ilə məşğul olmasında şübhəli bilindiyini və bunun əsasında evində və həyətyanı sahəsində axtarış aparılacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilərin olmadığını və evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həyətə daxil olmuşlar və video görüntü ilə həyətə baxış keçirmişlər, evin həyətyanı sahəsindən narkotik tərkibli bitki aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evdə özünə məxsus yataq otağında yerləşən yataq dəstinin sağ tərəfində olan tumbuçkanın içərisinə baxış keçirilən zaman oradan bir ədəd AK-74 markalı avtomat silaha məxsus, içərisində patronlar olan sandıq və ağ-göy rəngləri olan salfetin içərisində qara rəngli narkotik vasitəyə bənzər kütlə və şəffaf sellofanın içərisində çətənə toxumları aşkar edilmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs həmin avtomat sandığını içərisində olan patronları ilə birlikdə yaşadığı kəndin yaxınlığında yerləşən keçmiş cəbhəboyu ərazidən tapdığını, salfetin içərisində olan qara rəngli maddəni mədə-bağırsaq problemi olduğu üçün qəbul etdiyini, həmin maddənin “qara” adı ilə bildiyini və narkotik tərkibli olduğunu, Bakı şəhərindən əldə etdiyini və həmin “qara” adı ilə bildiyi narkotik vasitənin bir qədərini qəbul etdiyini, bundan başqa aşkar edilmiş toxumların çətənə toxumları olduğunu, əvvəllər narkotik vasitə qəbul etdiyini, toxumalrı həmin vaxt əkdiyi kollardan əldə etdiyini, hal-hazırda narkotik vasitə qəbul etmədiyini, həmin toxumları əkmədiyini bildirmişdir. Bu barədə baxış və götürmə haqqında protokol tərtib edilmiş, sonra rayon polis şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 göstərdi ki, 29 dekabr 2023-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Çıraqlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması, saxlaması və yaşadığı evin həyətyanı sahəsində narkotik xassəli bitkiləri əkib-becərməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu ilə onun yaşadığı kəndə getmişlər. Həyətə daxil olmuşlar və video görüntü ilə həyətə baxış keçirmişlər, həyətyanı sahədə narkotik tərkibli bitki aşkar edilməmişdir. Bundan sonra evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında yerləşən yataq dəstinin sağ tərəfində olan tumbuçkanın içərisində bir ədəd AK-74 markalı avtomat silaha məxsus içərisində patronlar olan sandıq və ağ-göy rəngləri olan salfetin içərisində qara rəngli narkotik vasitəyə bənzər kütlə və şəffaf sellofanın içərisində çətənə toxumları aşkar edilmiş, Təqsirləndirilən şəxs sandığın içərisində olan patronları keçmiş cəbhəboyu ərazidən tapdığını, salfetin içərisində olan qara rəngli maddəni Bakı şəhərindən əldə etdiyini və narkotik vasitənin bir qədərini qəbul etdiyini bildirmiş, aşkar edilmiş toxumların çətənə toxumları olduğunu, əvvəllər narkotik vasitə qəbul etdiyini, toxumları həmin vaxt əkdiyi kollardan əldə etdiyini, hal-hazırda narkotik vasitə qəbul etmədiyini, həmin toxumları əkmədiyini bildirmişdir. Bu barədə baxış və götürmə protokolu tərtib edilmiş, sonra rayon polis şöbəsinə gəlmişlər. Məhkəmə iclasında Şahid2 da bundan əvvəl dindirilmiş şahidlərin ifadələrində göstərdiyi xüsusatları təsdiq etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin Məhkəmə- Ballistik Ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 16/1299 saylı RƏYindən görünür ki, tədqiqata təqdim edilmiş 30 ədəd predmet 7,62x39 mm kalibirli olmaqla, həmin kalibrə malik “AK-47”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça 7,62 mm kalibirli “AK”, “AKM”, “AKMS” avtomatik tüfənglərin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəmə Kompleks Bioloji Ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 16/1300 saylı RƏYindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus Ağdam rayonu, Çiraqlı kəndi ərazisində yerləşən evdən aşkar olunmuş şəffaf rəngli sellofanla çəkisi 0,61qr olan çətənə koluna məxsus toxumlar” yazı və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 0,44 qram olan bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus Ağdam rayonu, Çiraqlı kəndi ərazisində yerləşən evdən aşkar olunmuş salfetlə çəkisi 1, 95 qr, təmiz çəkisi 0,60 qr olan narkotik tərkibli maddə” yazı və imzalar olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Qeyd : Tiryəkin təmiz çəkisi - 0,599 qram, tədqiqata sərf edildi -0,1 qr, qalıq 0,499 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 28 fevral 2024-cü il tarixli, 346 saylı RƏYindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında PROTOKOLdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Çıraqlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evin həyətində narkotik tərkibli bitkilər aşkar olunmamış, evə baxış keçirilən zaman ona məxsus yataq otağında olan yataq dəstinin sağ yan hissəsində olan tumbuçkanın içərisinə baxış keçirilən zaman oradan bir ədəd AK-74 markalı avtomat silaha məxsus içərisində patronlar olan sandıq və ağ-göy rəngləri olan salfetin içərisində qara rəngli narkotik vasitəyə bənzər kütlə və şəffaf sellofanın içərisində çətənə toxumları aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmiş, o, həmin maddələrlə təqsirli bilinməli, həmin maddələrin sanksiyası hüdudlarında ona ədalətli cəza təyin olunmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam olaraq təqsirli bildi, həmçinin onun hazırkı cinayət əmələrini törətməsi iş üzrə toplanılmış çoxsaylı sübutların məcmusu və şahidlərin ifadələri ilə birmənalı olaraq təsdiq edildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli TƏLƏBNAMƏsindən göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Əhmədağalı Kənd İƏD üzrə Nümayəndəliyinin 128 və 129 saylı, 20 fevral 2024-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs rayonun Çıraqlı kəndində qeydiyyatdadır, ailə üzvləri ilə birlikdə yaşayır, atası 1954-cü il təvəllüdlü Şükurət Məmmədov, anası 1960-cı il təvəllüdlü Cəmilə Məmmədovadır. Həmin Nümayəndəliyin 20 fevral 2024-cü il XASİYYƏTNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerdən müsbət xarakterizə olunur, barəsində həmin vaxtadək nümayəndəliyə şikayət daxil olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən aşağıdakıları qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini səmimi olaraq etiraf etməsini, yaşlı ata və anasının onun himayəsində yaşamalarını, ilk dəfə olaraq ictimai təhlükəli əməl törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, məhkəmənin diqqətini cəlb edən səhhətində olan problemləri cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyaları özündə alternativ olaraq azadlığın məhdudlaşdırılması /həmçinin 228.1 maddədə islah işləri/ cəzasını da nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun islah olunması üçün yetərlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmçinin cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 31 dekabr 2023-cü il tarixli Qərarı ilə 29 dekabr 2023-cü il tarixdən hesablanılmaqla həbsə alınmışdır. Hazırkı vaxtadək Təqsirləndirilən şəxs 3 ay 19 gün həbsdə saxlanılmışdır ki, ona cəza təyin edilərkən həmin müddət CM-nin 69.3-cü maddəsinə əsasən ümumi cəza müddətindən çıxılacaq. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləcəyindən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökmün qüvvəsini almasınadək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabnetdə qeydiyyata alınmalı, həmçinin cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs Ağdam rayon Çıraqlı kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 ədəd 7,62 mm kalibirli “AK”, “AKM”, “AKMS” avtomatik tüfənglərin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça, 30 ədəd 7,62 mm kalibirli patronlar DİN-nin X3 Baş İdarəsinə təhvil verilməli, ümumi təmiz çəkisi 0,44 qram olan bitki toxumları, təmiz çəkisi - 0,599 qram, tədqiqata sərf edilmiş - 0,1 qr, qalıq 0,499 qram narkotik tərkibli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 123.80 AZN Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə təqsirli bilinib 2 /iki/ il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplanılmaqla üzərində 2 /iki/ il 3 /üç/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 ay 19 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 7 ay 8 gününə gününə bərabər hesablanılmaqla üzərində qəti olaraq 1 /bir/ il 7 /yeddi/ ay 22 /iyirmi/ gün müddətinə azadlığın məzdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 06-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində sçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniydan məcburi müalicə olunsun. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs Ağdam rayon Çıraqlı kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd 7,62 mm kalibirli “AK”, “AKM”, “AKMS” avtomatik tüfənglərin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça, 30 ədəd 7,62 mm kalibirli patronlar DİN-nin X3 Baş İdarəsinə təhvil verilsin. Ümumi təmiz çəkisi 0,44 qram olan bitki toxumları, təmiz çəkisi - 0,599 qram, tədqiqata sərf edildi-0,1qr, qalıq 0,499 qram narkotik tərkibli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 123,80 /bir yüz iyirmi üç manat səksən qəpik/ manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar