Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-10/2025 15.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayon Şıxbabalı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Quzanlı qəsəbəsi, ev 290-da yaşayan, barəsində 03 dekabr 2024cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə, xx xxxxxx 1978-ci il tarixdə Sabirabad rayon Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayon Nəsimi kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu Baharlı kəndində yaşayan, barəsində 23 noyabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin yanvar-fevral ayının istintaqla müəyyən edilə bilməyən günündə Zərərçəkmiş şəxs2 övladı Şahid2 xidmət etdiyi Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən hərbi hissəsindən Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birinə təyinat alacağı vəd edərək, sonuncudan Ağdam rayonu Quzanlı qəsəbəsində icarə əsasında işlətdiyi kafedə ümumilikdə 1500 manat məbləğində vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Ağdam rayon Baharlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyi N saylı hərbi hissəyə mülki işçi kimi düzəldəcəyini vəd edərək vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan Ağdam rayonu Quzanlı qəsəbəsində özünün icarə əsasında işlətdiyi kafedə 2022-ci ilin may ayının istintaqla müəyyən edilə bilməyən günündə 1800 manat, 2022-ci ilin iyul ayının istintaqla müəyyən edilə bilməyən günündə 700 manat olmaqla ümumilikdə 2500 manat məbləğində vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 2500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin yanvar-fevral ayının istintaqla müəyyən edilə bilməyən günündə Zərərçəkmiş şəxs2 övladı Şahid2 Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birinə xidmətə bərpa etdirəcəyi ilə təyinat alacağı vəd edərək, sonuncudan Ağdam rayonu Quzanlı qəsəbəsində icarə əsasında işlətdiyi kafedə ümumilikdə 700 manat məbləğində vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 700 manat məbləğində maddi ziyan vurmaqla təkrər dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Ağdam rayon Baharlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyi N saylı hərbi hissəyə mülki işçi kimi düzəldəcəyini vəd edərək vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan Ağdam rayonu Quzanlı qəsəbəsində Təqsirləndirilən şəxs1 icarə əsasında işlətdiyi kafedə 2022-ci ilin may ayının istintaqla müəyyən edilə bilməyən günündə 1800 manat, 2022-ci ilin iyul ayının istintaqla müəyyən edilə bilməyən günündə 700 manat olmaqla ümumilikdə 2500 manat məbləğində vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 2500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə Ağdam rayonunun Şıxbabalı kənd sakini Bahar adlı şəxs ilə ailə həyatı qurmuş və həmin vaxtdan Ağdam rayonu Quzanlı qəsəbəsində yaşamışdır. Təqsirləndirilən şəxs2 2018-ci ildən tanımışdır. O, Ağdamın Xındırıstan kəndində kafe işlətmiş və İlham həmin kafeyə arabir gəlirmiş. Daha sonra Quzanlı qəsəbəsində kafe icarəyə götürmüşdür. İlham isə onun yanında çayçı işləyirmiş. Zərərçəkmiş şəxs1 2022-ci ilin may ayından tanımışdır. Habil həmin vaxt İlhamla birlikdə kafeyə gəlmişdir. Onlarla birlikdə tanımadığı bir nəfər də varmış. O da onlarla eyni stolda oturmuşdur. Həmin vaxt Habil, İlhama Ağdam rayonu Xındırıstan kəndində yerləşən N saylı hərbi hissəyə mülki işçi kimi işə düzəlmək istədiyini bildirmişdir. İlham isə ona demişdir ki, tanışları vasitəsilə işini düzəldə bilər. İlham bu işin alınması üçün 1800 manat pul lazım olduğunu söyləmişdir. İlham bu söhbəti edərkən heç kimlə işin düzəlməsi barədə danışmamışdır. İlham onu tam inandırdıqdan sonra Habil getmişdir. Təxminən 4-5 gün sonra Habil ilə yenidən həmin kafedə görüşmüşdür. Habil ilkin olaraq 1000 manat pul vermişdir. 3-4 gün sonra isə Habil yenidən həmin ünvana gəlmişdir. O da Habilə narahat olmamasını və işinin düzələcəyini bildirmişdir. Habil ona inanaraq qalan 800 manatı da vermişdir. Ümumilikdə Habil onlara 1800 manat vermişdir. Həmin pulları İlham ilə birlikdə bölərək şəxsi ehtiyacları üçün xərcləmişlər və bu işin düzəlməsi üçün heç kimlə danışmamışlar. Bir müddət sonra Habil kafeyə gəldiyi zaman ona işin alınması üçün əlavə 700 manat lazım olduğunu söyləmişdir. Habil həmin kafedə ona 700 manat vermişdir. Həmin pulu da İlham ilə bölərək şəxsi ehtiyacları üçün xərcləmişlər. Bildirmişdir ki, onların işə düzəltmək üçün heç bir yuxarı dövlət orqanlarında tanışı yoxdur. Daha sonra Habil işinin nə yerdə qaldığı ilə bağlı zənglər etməyə başlamışdır. Onlar isə hər dəfə bəhanələr gətirərək işinin tezliklə düzələcəyini bildirmişlər. Bundan başqa Zərərçəkmiş şəxs2 və onun övladı Şahid2 təxminən 5 il olar ki, tanıyırmış. Belə ki, Tofiqə tanışının – İlhamın evində inək sağırmış, Elməddin də ora gəlib-gedirmiş. Elməddin 2020-ci ildə MAXE kimi Naftalan rayonunda yerləşən hərbi hissəyə işə düzəlmişdir. Daha sonra isə onun xidmət yerini Laçın rayonuna dəyişmişdirlər. 2021-ci ilin yay aylarında Tofiqə onun işlədiyi Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən kafeyə gəlmiş və orada bildirirmiş ki, səhhəti yaxşı deyil, buna görə də oğlunu Ağdam rayonunda yerləşən hərbi hissələrdən birinə gətirmək istəyir. O da demişdir ki, 1500 manata bu işi həll edə bilər. Tofiqə onunla razılaşmış və bir neçə gün sonra həmin kafedə 1500 manat pulu ona vermişdir. O, pulu alsa da, şəxsi ehtiyacları üçün sərf etmişdir. Həmin vaxt onun işi düzəltmək fikri olmamış, fikirləşirmiş ki, bəlkə özləri Elməddini perevod edərlər. Həmin söhbətdən bir müddət sonra Elməddin ona zəng edərək telefon lazım olduğunu bildirmiş, o da həmin puldan 500 manatına telefon alıb Elməddinə göndərmişdir. 2023-cü ilin yanvar-fevral aylarında Elməddin məzuniyyətə gəlmiş, lakin anası Tofiqə xəstə olduğundan hərbi hissəyə qayıda bilməmişdir. Daha sonra onun xidmətdə 3 ili tamam olduğu üçün təxris olunmuşdur. Həmin ərəfələrdə Tofiqə yenidən həmin kafeyə gəlmiş və oğlunun hərbi xidmətə bərpa olunmasını istədiyini demişdir. O da bunun üçün 700 manat lazım olduğunu bildirmişdir. Fikirləşmişdir ki, bəlkə Elməddinin adından ərizə alıb Müdafiə Nazirliyinə göndərsələr, onu bərpa edərlər, lakin bu fikrini Tofiqəyə bildirməmişdir. Bir neçə gün ərzində onlar ümumilikdə 700 manat pulu ona vermişdirlər. O isə həmin pulu aldıqdan sonra heç bir iş görməmiş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələbin olmadığını bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə Ağdam rayonunun Baharlı kənd sakini Sevinc Əhmədova ilə ailə həyatı qurmuş və həmin vaxtdan Ağdam rayonu Baharlı kəndində yaşamışdır. Təqsirləndirilən şəxs1 2018-ci ildən tanımışdır. X2 kəndində kafe işlətmişdir və o, həmin kafeyə getdiyi zaman tanışlıq yaranmışdır. Daha sonra Kamil Quzanlı qəsəbəsində kafe icarəyə götürmüşdür. Onunla münasibət qurduğu üçün işlətdiyi kafeyə tez-tez gedirmiş. Zərərçəkmiş şəxs1 2022-ci ilin may ayından tanımışdır. Habili xatırlamadığı bir şəxsin vasitəsilə tanımışdır. Habil onunla Ağdam rayonu Quzanlı qəsəbəsində Kamilin işlətdiyi kafedə görüşmüşdür. Görüş zamanı Habil, Ağdam rayonu Xındırıstan kəndində yerləşən N saylı hərbi hissəyə mülki işçi kimi işə düzəlmək istədiyini bildirmişdir. O isə Habilə tanışları vasitəsilə bu işi düzəldə biləcəyini demişdir. Habilə bu işin alınması üçün 1800 manat lazım olduğunu bildirmişdir. O, bu söhbəti edən zaman heç kimlə işin düzəlməsi üçün danışmamışdır və pulu alandan sonra öz ehtiyacları üçün xərcləməyi planlaşdırmışdır. Habil onun sözlərinə inanaraq görüşdən sonra getmişdir. Təxminən 4-5 gün sonra Habil ilə yenidən həmin kafedə görüşmüşdür. Habil ona ilkin olaraq 1000 manat pul vermişdir. 3-4 gün sonra Habil yenidən həmin kafeyə gəlmişdir. Bu vaxt Kamil də orada olmuşdur. Kamil Habilə narahat olmamasını, işinin birlikdə düzələcəyini bildirmiş və bununla bağlı ona inandırıcı söhbətlər etmişdir. Habil onlara tam inanmış və qalan 800 manat pulu da vermişdir. Ümumilikdə Habil onlara 1800 manat vermişdir. Həmin pulları Kamil ilə birlikdə bölüşərək şəxsi ehtiyacları üçün xərcləmişlər. İşin düzəlməsi üçün heç kimlə danışmamışlar. Bildirmişdir ki, onların işə düzəltmək üçün yuxarı dövlət orqanlarında heç bir tanışı yoxdur. Bir müddət keçdikdən sonra Habil işinin nə yerdə qaldığını öyrənmək üçün onlara zəng etməyə başlamışdır. Onlar isə hər dəfə bəhanələrlə onu aldadaraq işinin tezliklə düzələcəyini bildirmişlər. Bundan əlavə, Kamil bir müddət sonra yenidən Habilə zəng edərək işin düzəlməsi üçün 700 manat lazım olduğunu bildirmişdir. Habil həmin pulu da vermişdir. Onlar isə bu pulu da aralarında bölüşərək şəxsi ehtiyacları üçün xərcləmişlər. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələbin olmadığını bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ildə Təqsirləndirilən şəxs2 evində onların heyvanlarını sağırmış. Təqsirləndirilən şəxs1 da oradan tanımışdır. Həmin vaxtlarda İlhamın yanına Kamil gəlib-gedirmiş. İlhamın vasitəsilə onun X5 tanış olmuşdur. X5 2020-ci ilin yanvar ayında tanış olmuşdur. Həmin dövrdə oğlu Laçın rayonunda yerləşən N nömrəli hərbi hissədə xidmət edirmiş və xidmət yerini Ağdam rayonuna dəyişdirmək istəyirmiş. Təxminən 2020-ci ilin yay aylarında Kamil növbəti dəfə İlhamın evinə qonaq gəlmişdir. Söhbət əsnasında Kamil, oğlunun xidmət yerini dəyişə biləcəyini bildirmişdir. Kamilin dediyinə görə "Bərdə Korpusunda" hərbçi tanışı var imiş, lakin konkret olaraq heç kimin adını çəkməmişdir. O, Elməddinlə telefonla danışarkən bu barədə ona bildirmişdir. Bundan sonra oğlu Elməddin, İlhamın vasitəsilə Kamillə görüşüb bu məsələni müzakirə etmişdir. Lakin həmin söhbətdə iştirak etməmişdir. Oğlunun dediyinə görə, Kamil onun xidmət yerini Ağdam rayonuna dəyişdirmək üçün 1500 manat pul istəmişdir. Oğlu Kamillə razılaşmışdır. Buna görə də, 2021-ci ilin qış aylarında Kapital Bank ASC-nin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən filialından öz adına 1500 manat kredit götürmüşdür. Həmin pulu oğluna vermiş, oğlu isə pulu İlhamın avtomobilində Kamilin evinin yaxınlığında ona təhvil vermişdir. Kredit götürdüyü pulu özü ödəmişdir. Kamil, müxtəlif bəhanələr gətirərək oğlunun işini uzatmış və işi düzəltməmişdir. Oğlu 2023-cü ilin yanvar-fevral aylarında məzuniyyətə gəlmişdir. Lakin özü xəstə olduğu üçün oğlu hərbi hissəyə qayıda bilməmiş və xidmətdən xaric edilmişdir. 2023-cü ilin yanvar-fevral aylarında, dəqiq günlərini xatırlamasa da, Kamil, oğlunun Ağdam rayonunda yerləşən hərbi hissəyə xidmətə bərpa olunacağını vəd etmişdir. Bunun üçün əlavə 700 manat pul istəmişdir. Buna görə də, 300 manat və daha sonra 400 manat olmaqla ümumilikdə 700 manat pulu hissə-hissə Kamilin kafesində ona vermişdir. Beləliklə, Kamil onların ümumilikdə 2200 manat pulunu ələ keçirmişdir. Kamil, sonradan 500 manatla oğluna telefon alıb göndərmişdir. Bildirmişdir ki, indiyədək onun pulu geri ödənilməmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir, onun pulunun qalan hissəsi ödənildiyi halda təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmayacaq. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımırmış. 2022-ci ilin may ayında işsiz olduğundan iş axtarırmış. Eşitmiş ki, Kamil və İlham adlı şəxslər işə düzəlməyinə kömək edə bilər. Həmin vaxt onlar Quzanlı qəsəbəsində çayxana işlədirmişlər. Onların telefon nömrələrini tapıb bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlayaraq işə düzəlmək üçün onlardan kömək istəmişdir. Onlar işə düzəlməsi ilə bağlı kömək edəcəklərinə vəd vermiş, əks halda pulu geri qaytaracaqlarını söz vermişdirlər. 2022-ci ilin may ayında tanışı Əhədlə birlikdə onların işlədiyi Quzanlı qəsəbəsində yerləşən kafeyə getmişdir. Orada söhbət zamanı İlham və Kamil onu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə mülki işçi kimi düzəldəcəklərinə vəd verərək inandırmışdırlar. Bu iş üçün ondan 1800 manat pul tələb etmişdirlər. O da razılaşmış və ertəsi gün tanışı Əhədlə birlikdə gedərək həmin kafedə İlhama 1000 manat pul vermişdir. 2-3 gün sonra isə gedib qalan 800 manatı vermişdir. Pulu verdikdən sonra İlham və Kamil onu bir daha inandırmışdırlar ki, narahat olmasın, işini mütləq düzəldəcəklər. Daha sonra onlarla mütəmadi olaraq əlaqə saxlamışdır. Kamillə "***-***-**-**" və "***-***-**-**" nömrələri, İlhamla isə "***-***-**-**" nömrəsi vasitəsilə əlaqə saxlamışdır. Onlar hər dəfə səbrli olmağı, işinin tezliklə həll ediləcəyini deyirmişlər. 2022-ci ilin iyul ayında Kamil onunla əlaqə saxlayaraq əlavə olaraq 700 manat məbləğində pul istəmişdir. Kamil işin uzanmasının səbəbini pulun azlığı ilə əlaqələndirərək, avqust ayında mütləq onu işə düzəldəcəyini vəd etmişdir. O da həmin 700 manat pulu aparıb Kamilə şəxsən vermişdir. Avqust ayının sonuna qədər onlarla əlaqə saxlaya bilsə də, ayın sonunda heç biri ilə əlaqə saxlaya bilməmişdir. Daha sonra Kamilin Quzanlı qəsəbəsi EV 291-də yaşadığını öyrənərək həmin evə getmişdir, lakin Kamil evdə olmamışdır. Sonuncu dəfə İlhamla danışmış və İlham ona işə düzəldə bilmədiyini, pulu geri qaytaracağını demişdir. Beləliklə, İlham və Kamil ümumilikdə 2500 manat pulu işə düzəltmək adı ilə aldadaraq mənimsəmişdirlər və indiyədək həmin məbləğ geri qaytarılmamışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naftalan rayonunda MAHHXQ vəzifəsində xidmət etməyə başlamışdır. Həmin ilin dekabr ayında xidməti yeri dəyişdirilərək Laçın rayonuna göndərilmişdir. Evdə ondan başqa bir qardaşı olsa da, qardaşı xəstə olduğu üçün evə baxmaq məsuliyyəti onun üzərində idi. Laçına təyinat alması nəticəsində evə gəlib-getməsi çətinləşmişdir. Buna görə də xidməti yerinin dəyişdirilərək Ağdam rayonuna təyin olunmasını istəyirmiş. Eşitmişdir ki, Təqsirləndirilən şəxs1 bu işlə məşğul olur. Kamili İlhamın vasitəsilə tanımışdır. 2021-ci ilin iyun aylarında Kamillə telefonda danışmış və Kamil ona Ağdam rayonunda yerləşən hərbi hissəyə təyinat almaq üçün köməklik edə biləcəyini, bunun müqabilində 1500 manat tələb etdiyini bildirmişdir. O da Kamillə razılaşmış və bu barədə anası Tofiqəyə telefonla məlumat vermişdir. Anası 1500 manat düzəldərək 2021-ci ilin yanvar-fevral aylarının xatırlamadığı bir günündə Kamilin yaşadığı Ağdam rayonu, Quzanlı qəsəbəsindəki evinə aparıb pulu vermişdir. Bundan sonra Kamil ona qısa müddət ərzində xidməti yerini Ağdam rayonuna dəyişdirəcəyini vəd etmişdir. Lakin Kamil verdiyi vədə əməl etməmişdir. 2021-ci ildə onun telefona ehtiyacı olduğu üçün Kamillə əlaqə saxlamış və ona verdiyi 1500 manatdan 500 manat istifadə edərək bir telefon almasını istəmişdir. Kamil də həmin telefonu alıb göndərmişdir. Buna baxmayaraq, bu işlə bağlı konkret heç nə edə bilməmiş və xidməti yeri dəyişdirilməmişdir. 2023-cü ilin yanvar ayında anası Tofiqənin xəstəliyi səbəbindən anasının evinə gəlmişdir. Lakin anasının xəstəliyi ağır keçdiyi üçün xidmətə qayıda bilməmiş və 3 illik xidməti tamam olduğu üçün tərxis olunmuşdur. Bundan sonra Kamillə telefonda danışmış və Kamil, onu yenidən hərbi xidmətə bərpa etmək üçün 1000 manat tələb etdiyini bildirmişdir. O isə 1000 manata gücünün çatmayacağını bildirmişdir. Nəticədə 700 manata razılaşmışdır və bu barədə anasına məlumat vermişdir. Anası əvvəlki kreditini yeniləyərək 300 manat götürmüş və həmin pulu 2023-cü ilin yanvar ayında Kamilin işlədiyi Ağdam rayonu, Quzanlı qəsəbəsindəki çayxananın qarşısında Kamilə vermişdir. Həmin vaxt Kamil və ondan başqa heç kim orada olmamışdır. 2023-cü ilin fevral ayında isə anası Tofiqə yenidən 400 manat düzəldərək Kamilin dediyi kimi Ağdam rayonu, Quzanlı qəsəbəsində ona təhvil vermişdir. Bundan sonra Kamildən heç bir xəbər çıxmamışdır. Onlar dəfələrlə Kamillə əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etmişlər. Lakin Kamil hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımırmış. Zərərçəkmiş şəxs1 isə onun qonşusu imiş və aralarında yaxşı münasibət varmış. 2022-ci ilin may ayında Habil ona bildiribmiş ki, N saylı hərbi hissəyə mülki işçi kimi işə düzəlmək istəyir. Habili məlumatlandırıblarmış ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu işə düzəldə bilər. O da bu barədə məlumatsız olduğunu demiş, Habil bildirmişdir ki, onunla birlikdə Kamil və İlham ilə görüşməyə getmək lazımdır. O da razılaşmış və birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən, Kamil və İlhamın işlədiyi kafeyə getmişlər. Kamil və İlham Habilə işə düzəltmək üçün köməklik göstərəcəklərini deyərək bunun üçün ondan 1800 manat pul istəmişlər. Onlar söhbətləri ilə Habili tam arxayın etmişlər. Bundan sonra kafedən çıxıb evə qayıtmışlar. Ertəsi gün Habil ilə birlikdə həmin kafeyə gedərək İlhama 1000 manat pul vermişlər. Bir neçə gün sonra isə qalan 800 manatı aparıb vermişlər. 2022-ci ilin iyul ayında Habil işdə olduğu vaxt mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq Kamilin əlavə 700 manat pul istədiyini demişdir. O, Kamillə mobil telefon vasitəsilə danışmış, Kamil isə Habilin işə düzələcəyini, düzəlməsə 2500 manat pulu qaytaracağını bildirmişdir. Sonrakı gün Habillə birgə Kamil və İlhamın işlədiyi çayxanaya getmişlər. O, Kamilə demişdir ki, bir vərəqə aldığı pulu yazıb altından imza çəksin ki, əgər işə düzəldə bilməsə, pulu geri qaytaracaq. Kamil də bunu etmişdir. Habil həmin gün əlavə olaraq 700 manat pulu Kamilə vermişdir. Ümumilikdə, 2500 manat məbləğində pulu Habilin Kamilə və İlhama verdiyinə şahid olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Quzanlı köçkün qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1085 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayon Quzanlı köçkü qəsəbəsi ev 290-da yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1146 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayon Baharlı kəndində yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxlərin təqsirliliyi təsdiq olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyə müraciət edərək onun 2021-ci ilin yanvar-fevral aylarında törətdiyi birinci epizod üzrə əmlakın mülkiyyətçisinə 1500 manat məbləğində, 2023-cü ilin yanvar-fevral aylarında törətdiyi üçüncü epizod üzrə 700 manat məbləğində ziyan vurması epizodları üzrə CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə həmin epizodlar üzrə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar-fevral aylarında və 2023-cü ilin yanvar-fevral aylarında törətdiyi birinci və üçüncü epizodlar üzrə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin CM-nın 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-nın 178.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin "Qeyd"inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187 -ci və 189-1-ci maddələrində "xeyli miqdar" dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən 2021-ci ilin yanvar-fevral aylarında törətdiyi birinci epizod üzrə əmlakın mülkiyyətçisinə 1500 manat məbləğində, 2023-cü ilin yanvar-fevral aylarında törətdiyi üçüncü epizod üzrə 700 manat məbləğində ziyan vurmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törədiyi 2021-ci ilin yanvar-fevral aylarında və 2023-cü ilin yanvar-fevral aylarında törədilmiş birinci və üçüncü epizodlar üzrə CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsi nəzərə alaraq Təqsirləndirilən şəxs1 CM-nın 178.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməlidir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 178.2.1-ci maddəsinin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 dəymiş maddi ziaynı tamamilə ödəməsi və zərəçəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzasını CM-in 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 dəymiş maddi ziaynı tamamilə ödəməsi və zərəçəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəzasını CM-in 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmasına təsirini nəzərə alıb, onlara Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinməli, onlara CM-nin 178.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 03 dekabr 2024-cü il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün nəzərə alınara, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək vəzifəsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinməli, onlara CM-nin 178.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 noyabr 2024-cü il tarixdən 23 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək vəzifəsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qeyd edilən cəza növünü seçərkən təyin olunacaq cəza növünün onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan müdafiəçi T,S,Süleymanovun hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə hər birinə 12 iş saatı, cəmi isə 24 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 03 dekabr 2024-cü il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar-fevral aylarında və 2023-cü ilin yanvar-fevral aylarında törədiyi birinci və üçüncü epizodlar üzrə CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsi nəzərə alaraq Azərbaycan Respublikası CM-nin CM-nın 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-nın 178.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 noyabr 2024-cü il tarixdən 23 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 06 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu ümumilikdə 24 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 144 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-10/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-10/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver