Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-11/2024 30.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 xüsusi ittiham qaydasında Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə şikayət verərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsini və onun barəsində 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 1(004)- 228/2024 saylı qərarı ilə qeyd olunan xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Həmin iş məhkəməyə daxil olduqdan sonra məhkəmə hazırlıq iclası 22 aprel 2024-cü il tarixə saat 15:15-a təyin olunaraq bu barədə xüsusi ittiham qaydasında şikayət verən şəxsə və xüsusi ittiham üzrə şikayət edilən şəxsə bildiriş göndərilmişdir. Göstərilən tarixdə və vaxtda tərəflər məhkəmə hazırlıq iclasına gəlmədiyi üçün məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 15:30-a təxirə salınmış, göstərilən tarixdə və vaxtda tərəflər məhkəmə hazırlıq iclasına gəlmədiyi üçün məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 15:00-a təxirə salınmış, göstərilən tarixdə tərəflər məhkəmə hazırlıq iclasına gəlməmişlər. Xüsusi ittihamçı X2 məhkəməyə elektron ərizə göndərərək xüsusi ittiham qaydasında şikyəti və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin qaytarılması barədə ərizəsini və digər sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CPM) 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 299.1, 300.1.3, 302.1.8 və 302.2.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağdam rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-11/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-11/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver