Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-11/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi /mülki iddiaçı/ - Nümayəndə, Təqsirləndirilən şəxs, Vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, məhkum olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin xeyli miqdarda əmlakını talamaqla mənimsəmişdir. Belə ki, o, 07 yanvar 2022-ci ildən - 27 noyabr 2023-cü il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməyən gün və vaxtlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş idarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyətini həyata keçirən Zərərçəkmiş şəxs MMCdə satış üzrə nümayəndə vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talama məqsədilə, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə, satış üzrə nümayəndənin vəzifə təlimatına və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən debitor borcların zamanında ödənilməsi və aylıq kassa planın təmin edilməsinə dair zəruri addımlar atmaq, şirkətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək, ona məsuliyyət daşımaq,satış nöqtələrinin anbardakı Avrora məhsullarının varlığına nəzarət etmək, şirkətin satış məntəqələrində olan maddi (pul, inventar və s.) vəsaitə nəzarət etmək, ona məsuliyyət daşımaq, müştərilərdən (ticarət nöqtələrindən) Şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşımağa görə vəzifə məsuliyyəti daşımaqla, cəmiyyət tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və görüləcək işi layiqincə yerinə yetirməyə tam maddi məsuliyyət daşıyan məsul şəxs kimi Zərərçəkmiş şəxs MMC-ə məxus ona etibar edilmiş, satış üçün tam maddi məsuliyyətinə götürdüyü ümumi dəyəri 66567,84 manat dəyərində qida və qeyri-qida məhsullarını Bərdə, Ağcabədi və sonuncu yer olaraq Ağdam rayonu inizbati ərazisindəki ayrı-ayrı ticarət obyektlərinə təhvil verib həmin məhsulların satışına görə qeyd olunan ərazilərdə yerlşən “Yusif” marketdən 5.21 manat, “Azər” marketdən 158.28 manat, “Firdovsi” marketdən 201.60 manat, “Sabir” marketdən 10119.22 manat, “Surxay” marketdən 1702.87 manat, “Qələndər” marketdən 100.00 manat, “İsrail” marketdən 469.20 manat, “Fariz” marketdən 219.05 manat, “Elmir” marketdən 231.33 manat, “Planet” marketdən 5716.55 manat, “Siyavuş” marketdən 76.72 manat, “Zabil” marketdən 451.99 manat, “Qalib” marketdən 661.40 manat, “Çingiz” marketdən 204.08 manat, “Qubad” marketdən 49.44 manat, “Hacı” marketdən 39.69 manat, “Sefi” marketdən 70.16 manat, “Alıbəyli” marketdən 4.98 manat, “Orxan” marketdən 2117.71 manat, “Yusif” marketdən 147.90 manat, “Niyazi” marketdən 166.90 manat, “Ağdam” marketdən 1919.41 manat, “Fərid” marketdən 1066.20 manat, “Sənan” marketdən 24.07 manat, “Ruzi” market 2952.55 manat, “Quzanlı” marketdən 728.00 manat, “Kamil” marketdən 1511.70 manat, “İki Qardaş” marketdən 21.65 manat, “Quzanlı” marketdən 208.34 manat, “Əli” marketdən 58.50 manat, “Əfətli” marketdən 353.90 manat, “İlkin” marketdən 675.57 manat, “Uğur” marketdən 200 manat, “X13” marketdən” 2160.00 manat, “Quzanlı” marketdən, 1292.70 manat, “RT Store” marketdən 1761.84 manat, Alpout marketdən 1525.00 manat, “Elşən Bizim” marketdən 1569.69 manat, “İsrail” marketdən 469.20 manat, “Fədai” marketdən 100 manat, “Qələndər” marketdən 100 manat, “Arif” marketdən 208.34 manat, “Hacı” marketdən 39.69 manat, “Alıbəyli” marketdən 4.98 manat “Azər” marketdən 2952,11 manat olmaqla əldə etdiyi ümumilikdə 44.056 (qırx dörd min əlli altı) manat məbləğində pulu cəmiyyətin xəzinəsinə ödəməyib həmin məbləği özünün şəxsi ehtiyaclarına xərcləməklə, ona etibar olunmuş xeyli miqdarda Zərərçəkmiş şəxs MMC-nin, yəni özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəmə yolu ilə talamışdır. Həmin hərəkətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam olaraq təqsirli bildi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən 27 noyabr 2023-cü il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Satış Departamentində satış üzrə nümayəndə vəzifəsində işləmişdir. Onun vəzifəsi təyin edilmiş marşrut üzrə ticarət nöqtələrini ziyarət etmək, həmin ticarət nöqtəsinin satış tempinə uyğun olaraq sifarişləri terminal və ya mail vasitəsilə qeydə almaq, sifarişlərin zamanında çatdırılmasını daim nəzarətdə saxlamaq, debitor borclarının zamanında ödənilməsi və aylıq kassa planının təmin edilməsinə dair zəruri addımları atmaq, şirkətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək, onlara məsuliyyət daşımaq, anbardakı mallara məsuliyyət daşımaq, müştərilərdən şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə məsuliyyət daşımaqdır. Zərərçəkmiş şəxs MMC-nin direktoru Ceyhun Abbasovla onun arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Qeyd olunan sənədlərə tərəfindən imza icra edilmişdir. O, Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə arvadı Tünzalə Dadaşzadə də “hepatit B” xəstəliyi yarandığından onun müalicə xərcləri üçün məcbur qalıb ayrı-ayrı mağazalara verdiyi malların əvəzində aldığı pulları vəzifə öhdəliyini yerinə yetirməyərək mənimsəmişdir. Bu hal barədə xx.xx.2023-cü il tarixdə əməlindən peşman olduğundan Avrora MMC-nin bölgə müdiri Murad Allahverdiyevə məlumat vermişdir. Bundan sonra Elvin Kərimov, Murad Allahverdiyev, onun və mağaza nümayəndələrinin iştirakı ilə qarşılıqılı borc üzləşdirmələri aparılmış və buna dair müvafiq aktlar tərtib olunmuşdur. Hər bir akta onun tərəfindən imza icra edilmişdir. O, yoxlama aktları ilə tam razı olmuşdur. Yoxlamadan sonra onun tərəfindən ümumilikdə 44.056, 94 manat məbləğində pul mənimsənildiyi müəyyən olunmuşdur. O, bunu öz xətt ilə Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli nümayəndələrinə verdiyi izahatla da səmimi olaraq etiraf etmişdir. Yoxlamaya əsasən “Avrora MMC”-yə məxsus “Yusif” marketdən 5.21 manat, “Azər” marketdən 158.28 manat, “Firdovsi” marketdən 201.60 manat, “Sabir” marketdən 10119.22 manat, “Surxay” marketdən 1702.87 manat, “Qələndər” marketdən 100.00 manat, “İsrail” marketdən 469.20 manat, “Fariz” marketdən 219.05 manat, “Elmir” marketdən 231.33 manat, “Planet” marketdən 5716.55 manat, “Siyavuş” marketdən 76.72 manat, “Zabil” marketdən 451.99 manat, “Qalib” marketdən 661.40 manat, “Çingiz” marketdən 204.08 manat, “Qubad” marketdən 49.44 manat, “Hacı” marketdən 39.69 manat, “Sefi” marketdən 70.16 manat, “Alıbəyli” marketdən 4.98 manat, “Orxan” marketdən 2117.71 manat, “Yusif” marketdən 147.90 manat, “Niyazi” marketdən 166.90 manat, “Ağdam” marketdən 1919.41 manat, “Fərid” marketdən 1066.20 manat, “Sənan” marketdən 24.07 manat, “Ruzi” market 2952.55 manat, “Quzanlı” marketdən 728.00 manat, “Kamil” marketdən 1511.70 manat, “İki Qardaş” marketdən 21.65 manat, “Quzanlı” marketdən 208.34 manat, “Əli” marketdən 58.50 manat, “Əfətli” marketdən 353.90 manat, “İlkin” marketdən 675.57 manat, “Uğur” marketdən 200 manat, “X13” marketdən” 2160.00 manat, “Quzanlı” marketdən, 1292.70 manat, “RT Store” marketdən 1761.84 manat, Alpout marketdən 1525.00 manat, “Elşən Bizim” marketdən 1569.69 manat, “İsrail” marketdən 469.20 manat, “Fədai” marketdən 100 manat, “Qələndər” marketdən 100 manat, “Arif” marketdən 208.34 manat, “Hacı” marketdən 39.69 manat, “Alıbəyli” marketdən 4.98 manat “Azər” marketdən 2952,11 manat əskik gəldiyi müəyyən edilmişdir. Beləki qeyd olunan əskik gəlmələrin səbəbi onun tərəfindən Zərərçəkmiş şəxs MMC-ə məxsus malların satılması müaqabilində ayrı-ayrı mağazalardan əldə etdiyi pulları cəmiyyətin xəzinəsinə daxil etməyərək öz şəxsi ehtiyaclarına sərf etməsi olmuşdur. İfadə verərkən törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında əlavə olaraq qeyd etdi ki, əməllərini etiraf edir, səhv edib, vaxt verilərsə maddi zərəri ödəmək istəyər. Hazırda Bərdə Rayonunda qəssabxanada işləyir, ət satışı ilə məşğuldur. MMC-də işlədiyi müddətdə vəzifələrini vicdanla həyata keçirib. Özü də bilmədən belə vəziyyət yaranıb. Arvadı hepotit xəstəsi olduğundan və onun onun müalicəsini təmin etmək üçün pulları mənimsəyib, arvadını İran İslam Respublikasında müalicə etdirib. Törətdiyi əməlləri barədə işlədiyi MMC-yə özü məlumat verib, bundan sonra yoxlamalar aparılmış və onun tərəfindən mənimsəmələrin olması müəyyən edilmişdir. Hazırda ailəlidir, 3 uşaqları var ki, uşaqlar 11-13 yaqlarındadır, arvadı işləmir. Vaxt verilməsini istəyir, əməllərindən peşmandır, nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Nümayəndə istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən “Avrora MMC”-də aparıcı hüquqşünas vəzifəsində işləyir. Onun vəzifəsi cinayət işləri üzrə ibtidai istintaq və məhkəmə proseslərində iştirak edib MMC-nin hüquq və mənafelərini müdafiə etməkdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Avrora MMC”-də Satış Departementinə satış nümayəndəsi vəzifəsinə təyin edilmiş onunla əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs vəzifəsi ona təhkim olunmuş terminalla dislokasiyasında olan müştərilərdən sifarişlərin alınması və müştərilərə təhvil verilmiş malların ödənişlərini şirkətin kassasına mədaxil etmək, şirkətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək, onun məsuliyyətini daşımaq olmuşdur. “Avrora MMC”-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında qida məhsullarının hesabatının müəyyən edilməsi və təhvil-təslim işlərinin aparılması barədə xx.xx.2023-cü il tarixli AKTa əsasən 44.056.94 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Bu çatışmazlıqla əlaqədar 12 yanvar 2024-cü il tarixdə audit prosedurlarının aparılmasına dair akt tərtib olunmuşdur. Həmin aktdan da görünür ki, 44.056.94 manat məbləğində kəsirlər aşkarlamışdır. “Avrora MMC”-nin satış nümayəndəsi Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi və təhvil-təslim işlərinin aparılması barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki Təqsirləndirilən şəxs “Avrora MMC”-yə məxsus “Yusif” marketdən 5.21 manat, “Azər” marketdən 158.28 manat, “Firdovsi” marketdən 201.60 manat, “Sabir” marketdən 10119.22 manat, “Surxay” marketdən 1702.87 manat, “Qələndər” marketdən 100.00 manat, “İsrail” marketdən 469.20 manat, “Fariz” marketdən 219.05 manat, “Elmir” marketdən 231.33 manat, “Planet” marketdən 5716.55 manat, “Siyavuş” marketdən 76.72 manat, “Zabil” marketdən 451.99 manat, “Qalib” marketdən 661.40 manat, “Çingiz” marketdən 204.08 manat, “Qubad” marketdən 49.44 manat, “Hacı” marketdən 39.69 manat, “Sefi” marketdən 70.16 manat, “Alıbəyli” marketdən 4.98 manat, “Orxan” marketdən 2117.71 manat, “Yusif” marketdən 147.90 manat, “Niyazi” marketdən 166.90 manat, “Ağdam” marketdən 1919.41 manat, “Fərid” marketdən 1066.20 manat, “Sənan” marketdən 24.07 manat, “Ruzi” market 2952.55 manat, “Quzanlı” marketdən 728.00 manat, “Kamil” marketdən 1511.70 manat, “İki Qardaş” marketdən 21.65 manat, “Quzanlı” marketdən 208.34 manat, “Əli” marketdən 58.50 manat, “Əfətli” marketdən 353.90 manat, “İlkin” marketdən 675.57 manat, “Uğur” marketdən 200 manat, “X13” marketdən” 2160.00 manat, “Quzanlı” marketdən, 1292.70 manat, “RT Store” marketdən 1761.84 manat, Alpout marketdən 1525.00 manat, “Elşən Bizim” marketdən 1569.69 manat, “İsrail” marketdən 469.20 manat, “Fədai” marketdən 100 manat, “Qələndər” marketdən 100 manat, “Arif” marketdən 208.34 manat, “Hacı” marketdən 39.69 manat, ““Alıbəyli” marketdən 4.98 manat “Azər” marketdən 2952,11 manat əskik gəldiyi aşkar edilmişdir. Müştərilərlə tərtib edilmiş təhvil-təslim aktlarına və cəmiyyətin müştərilər üzrə apardığı uçot məlumatlarına əsasən satış təmsilçisi, maddi məsul şəxs Təqsirləndirilən şəxs təhkim edilmiş 40 adda müştəri borcları hesabı üzrə 44056.94 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Məhkəməyə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs əməlləri nəticəsində MMC-yə ümumilikdə 44.056 manat zərər dəymiş, həmin məbləğdən bir qismi ödənilmiş, hazırda 31.000 borcu qalmışdır. Təqsirləndirilən şəxs tərəfindən bir dəfə 10.310 manat ödənilmiş, sonradan bir dəfə də 1140 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs yaxınları gəlib MMC-nin rəhbərliyi ilə görüşmüşlər. Təqsirləndirilən şəxs vurduğu zərər məbləğini tam ödəyərsə ondan başqa tələbləri olmaz. Ona görə də məhkəmədən zərər məbləğinin ödənilməsi ilə bağlı tədbir görməsini xahiş edir, mülki iddianın təmin edilməsini istəyir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid4 göstərmişdir ki, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən “BİZİM” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağaza ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirir. Mağazaya malları bir çox şirkətlərdən əldə etmiş, həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC-dir. Mağazaya malları 2023-cü illərin sonuna kimi "xxxx" MMC-dən satış nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. O, malları aldıqdan bir müddət sonra həmin malın dəyərini Tahirə ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Tahir ona ödədiyi pulları şirkətə ödəməmişdir. Həmin pulun məbləği 451,99 manat olmuşdur. Bu səbəbdən qarşılıqlı üzləşdirmə aktı tərtib olunmuşdur. Akta audit əməkdaşı Elvin Kərimov, Murad Allahverdiyev və Təqsirləndirilən şəxs imza icra etmişlər. Təqsirləndirilən şəxs özü də onun ona malların qarşılığı olaraq ödədiyi pulları Zərərçəkmiş şəxs MMC-nin hesabına ödəmədiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid13 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid13 göstərmişdir ki, o, Ağcabədi rayon Hindarx qəsəbəsində yerləşən “PLANET” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağaza ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirir. Mağazaya malları bir çox şirkətlərdən əldə etmişlər. Həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC-dir. Mağazaya malları 2023-cü illərin sonuna kimi "xxxx" MMC-dən satış nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. O, malları aldıqdan bir müddət sonra həmin malın dəyərini Tahirə ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona ödədiyi pulları şirkətə ödəməmiş, həmin pulun məbləği 5755.43 manat olmuşdur. Bu səbəbdən qarşılıqlı üzləşdirmə aktı tərtib olunmuşdur. Akta o, audit əməkdaşı Elvin Kərimov, Murad Allahverdiyev və Təqsirləndirilən şəxs imza icra etmişlər. Təqsirləndirilən şəxs özü də onun ona malların qarşılığı olaraq ödədiyi pulları Zərərçəkmiş şəxs MMC-nin hesabına ödəmədiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid5 göstərmişdir ki, o, Ağdam rayon Əfətli kəndində yerləşən “Əfətli” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağaza ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirir. Mağazaya malları bir çox şirkətlərdən əldə etmişlər. Həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC-dir. Mağazaya malları 2023-cü illərin sonuna kimi "xxxx" MMC-dən satış nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. O, malları aldıqdan bir müddət sonra həmin malın dəyərini Tahirə ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona ödədiyi pulları şirkətə ödəməmiş, həmin pulun məbləği 204,08 manat olmuşdur. Bu səbəbdən qarşılıqlı üzləşdirmə aktı tərtib olunmuşdur. Akta audit əməkdaşı Elvin Kərimov, Murad Allahverdiyev və Təqsirləndirilən şəxs imza icra etmişlər. Təqsirləndirilən şəxs özü də onun ona malların qarşılığı olaraq ödədiyi pulları Zərərçəkmiş şəxs MMC-nin hesabına ödəmədiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid14 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid14 ifadəsində göstərmişdir ki, Ağdam rayon Əfətli kəndində yerləşən “Qarqar” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağaza ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirir. Mağazaya malları bir çox şirkətlərdən əldə etmişlər. Həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC-dir. Mağazaya malları 2023-cü illərin sonuna kimi "xxxx" MMC-dən satış nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. O, malları aldıqdan bir müddət sonra həmin malın dəyərini Tahirə ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona ödədiyi pulları şirkətə ödəməmiş, həmin pulun məbləği 353,90 manat olmuşdur. Bu səbəbdən qarşılıqlı üzləşdirmə aktı tərtib olunmuşdur. Akta o, audit əməkdaşı Elvin Kərimov, Murad Allahverdiyev və Təqsirləndirilən şəxs imza icra etmişlər. Təqsirləndirilən şəxs özü də onun ona malların qarşılığı olaraq ödədiyi pulları Zərərçəkmiş şəxs MMC-nin hesabına ödəmədiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid8 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid8 göstərmişdir ki, o, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən “Fərid” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağaza ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirir. Mağazaya malları bir çox şirkətlərdən əldə etmişlər. Həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC-dir. Mağazaya malları 2023-cü illərin sonuna kimi "xxxx" MMC-dən satış nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. O, malları aldıqdan bir müddət sonra həmin malın dəyərini Tahirə ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona ödədiyi pulları şirkətə ödəməmiş, həmin pulun məbləği 1066.20 manat olmuşdur. Bu səbəbdən qarşılıqlı üzləşdirmə aktı tərtib olunmuşdur. Akta o, audit əməkdaşı Elvin Kərimov, Murad Allahverdiyev və Təqsirləndirilən şəxs imza icra etmişlər. Təqsirləndirilən şəxs özü də onun ona malların qarşılığı olaraq ödədiyi pulları Zərərçəkmiş şəxs MMC-nin hesabına ödəmədiyini səmimi olaraq etiraf etmişdir. Məhkəməyə məktub ünvanlayan Şahid15 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmiş, sonra isə məhkəmə iclasında iştirak etmişdir. Şahid15 göstərmişdir ki, o, Ağdam rayon Qaradağlı kəndində yerləşən “Qaradağlı” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağaza ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirir. Mağazaya malları bir çox şirkətlərdən əldə etmişlər. Həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC-dir. Mağazaya malları 2023-cü illərin sonuna kimi "xxxx" MMC-dən satış nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. O, malları aldıqdan bir müddət sonra həmin malın dəyərini Tahirə ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona ödədiyi pulları şirkətə ödəməmiş, həmin pulun məbləği 166,90 manat olmuşdur. Bu səbəbdən qarşılıqlı üzləşdirmə aktı tərtib olunmuşdur. Akta o, audit əməkdaşı Elvin Kərimov, Murad Allahverdiyev və Təqsirləndirilən şəxs imza icra etmişlər. Təqsirləndirilən şəxs özü də onun ona malların qarşılığı olaraq ödədiyi pulları Zərərçəkmiş şəxs MMC-nin hesabına ödəmədiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 istintq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid3 göstərmişdir ki, Ağdam rayon Mahrızlı kəndində yerləşən marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağaza ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirir. Mağazaya malları bir çox şirkətlərdən əldə etmişlər. Həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC-dir. Mağazaya malları 2023-cü illərin sonuna kimi "xxxx" MMC-dən satış nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. O, malları aldıqdan bir müddət sonra həmin malın dəyərini Tahirə ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona ödədiyi pulları şirkətə ödəməmişdir. Həmin pulun məbləği 2952,11 manat olmuş, bu səbəbdən qarşılıqlı üzləşdirmə aktı tərtib olunmuşdur. Akta audit əməkdaşı Elvin Kərimov, Murad Allahverdiyev və Təqsirləndirilən şəxs imza icra etmişlər. Təqsirləndirilən şəxs özü də onun ona malların qarşılığı olaraq ödədiyi pulları Zərərçəkmiş şəxs MMC-nin hesabına ödəmədiyini səmimi olaraq etiraf etmişdir. İş materiallarında olan şahidlər Şahid1, Şahid2, Şahid6, Şahid7 və qeyrilərinin də ifadələri bundan əvvəlki şahidlərin ifadələri ilə eyni məzmunludurlar. Məhkəmə Xətşünaslıq Ekspertizası barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli, 4/1700 saylı RƏYindən görünür ki, Zərərçəkmiş şəxsMMC ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin 1-4-cü vərəqlərindəki imzaları və 4-cü vərəqində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə, ünvanı:” hissəsində və “imza”: qrafasındakı imza, xx.xx.2022-ci il tarixli №1 nömrəli Əmək müqaviləsinə əlavənin sonunda “İmza” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin sonunda “İŞÇİ” qrafasındakı imza, cinayət işinin 1-ci cildinin 39-cu vərəqində olan Təqsirləndirilən şəxs adından olan xx.xx.2023-cü il tarixli izahatdakı yazılar və həmin izahatın sonunda “İmza:” qrafasındakı imza, cinayət işinin 1-ci cildinin 44-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 45-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 46-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 47-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 49-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 50-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 51-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 52-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 53-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 54-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 55-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 56-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 61-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 62-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 63-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 64-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 65-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 66-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 67-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 68-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 69-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 70-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 71-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 78-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 79-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 80-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 81-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 82-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 83-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 84-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 87-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 88-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 89-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 90-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 91-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 92-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 93-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 94-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 95-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 123-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 124-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 125-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 126-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 127-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 128-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Qarşılıqlı borc üzləşmə aktlarında “Təhvil verdi: Təqsirləndirilən şəxs” yazıları qarşısında “İmza” qrafalarındakı imzalar- EYNİ ŞƏXS- QASİMOV TAHİR ƏLƏKBƏR oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə Mühasibatlıq Ekspertizası barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli, 9/6164 saylı RƏYindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında öz əksini tapmış qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 44.056.94 manat məbləğində müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndənin vəzifə təlimatından görünür ki, debitor borcların zamanında ödənilməsi və aylıq Kassa planının təmin edilməsinə dair zəruri addımlar atır, şirkətin gəlirliyi, həmçinin aktiv müştəri bazasının artırılması məqsədilə ərazisində mövcud olan, lakin şirkətlə işgüzar fəaliyyətdə olmayan ticarət nöqtələrini portfelinə cəlb edir, satış üzrə nümayəndə Avrora şirkətinin satış məntəqələrində olan maddi vəsaitə nəzarət edir, onun məsuliyyətini daşıyır, satış nöqtəsinin anbarındakı Avrora məhsullarının varlığına nəzarət edir, Avrora şirkətinin satış məntəqələrində olan maddi (pul, invertar və s.) vəsaitə nəzarət edir, onun məsuliyyətini daşıyır, müştərilərdən şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini Şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır. Cinayət işi materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs MMC nin xx.xx.2022-ci il tarixli, 006/K saylı ƏMRindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Satış Departamentinə satış üzrə nümayəndə vəzifəsinə təyin olunmuş, onunla əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Beləliklə məhkəmə araşdırması ilə də müəyyən edildi ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgənin xeyli miqdarda əmlakını talamaqla mənimsə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü həmin əməli törətməkdə səmimi olaraq təqsirli bildi, əməlini etiraf etdi ki, onun həmin əməli törətməsi zərərçəkən tərəfin nümayəndəsinin, iş üzrə şahidlərin ifadələri, toplanmış sair sübutların məcmusu ilə də təsdiq edilir. Məhkəmə tədqiq olunan subutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən aşağıdakıları qeyd edir. İş materiallarında olan X1 Sisteminin 14 oktyabr 2024-cü il tarixli Çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə Rayon X4 Hüquqi Şəxsin 28 oktyabr 2024-cü il tarixli, 18-1-28/2-2045/2024 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı Bərdə RMX-da dispanser qeydiyyatında olmamışdır. İş materiallarında olan Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 oktyabr 2024-cü il tarixli, 4683 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Şəhəri X.Məmmədov küçəsi ev 10-da yaşayır , ailə üzvləri atası X5, anası X6, qardaşı X7 və qardaşı X3r, himayəsində 3 azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs orta tahsilli, hərbi xidmətdə olmuş, X.Məmmədov küçəsində yaşadığı müddətdə özünü nümunəvi aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Bərdə ŞİN-nə heç bir şikayət daxil olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ictimai həyatda, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşmançılıq bildirməsini, zərər məbləğindən qismən ödəniş etməsini, 3 azyaşlı övladlarının olmamasını, ailədə qazanc gətirən şəxs olmasını, arvadının xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmiş Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən çoxsaylı halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının nisbətən aşağı həddinin təyin edilməsi mümkündür və məhkəmə inanır ki, bu yolla Təqsirləndirilən şəxs islah olunması mümkün olacaq. CM-nin 56-cı maddəsinə görə Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzasını X8 müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nın 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilməli, o, dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan bir müddət məhrum edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə zərərçəkmiş tərəfin nümayəndəsi Nümayəndə həmçinin mülki iddia verərək Təqsirləndirilən şəxs MMC-yə vurulmuş zərər əvəzi olaraq 31.000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 183.40 manat pulun da tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd olunan Məcəllənin 179.3-cü maddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məcəllənin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı /181.1.1/ ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, /181.1.2/ ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.4-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Məcəllənin 183.1-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Sözügedən Məcəllənin 187.1-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məcəllənin 187.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərar məhkəmə öz hökmündə göstərir. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi Nümayəndə mülki iddia tələbini müdafiə etdi, Təqsirləndirilən şəxs mülki iddianı qəbul etdi. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 31.000 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş məbləğ də tutulub Zərərçəkmiş şəxs MMC-nin xeyrinə verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış mühasibatlıq sənədləri cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarından görünür ki, 19 dekabr 2024-cü ildə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalından həbsə alınmalı, cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən X8 müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci olan 200 AZN Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 2 /iki/ il 6 /altı/ ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilin, məhkəmə zalından həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını X8 Müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablansın. İş üzrə 200 /iki yüz/ manat ekspertiza xərci təqsirləndirilən şəxs H.Cəfərovdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 31.000 /otuz bir min/ manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 183.40 /bir yüz səksən üç manat qırx qəpik/ manat tutulub Zərərçəkmiş şəxs MMC-nin xeyrinə verilsin. İş üzrə maddi sübut kimi tanınmış mühasibatlıq sənədləri cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Ağdam Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 X2 həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-11/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-11/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver