Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-12/2025 11.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanov Elman Seymur oğlunun katibliyi, xüsusi ittihamçının nümayəndəsi Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X6 və X8 iştiraki ilə, X6 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X7 xüsusi ittiham qaydasında məhkəməyə şikayət verərək, xx.xx.1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayon Baharlı-1 qəsəbəsi, ev 391 nömrəli evdə yaşayan, Ağdam rayon Baharlı-1 körpələr evi uşaq bağçasında tərbiyəçi işləmiş X6 xx.xx.1979-cü ildə Ağdam rayonu, Mərzli kəndində anadan olmuş, Ağdam rayon Baharlı-2 qəsəbəsi, ev 597 nömrəli evdə yaşayan, Ağdam rayon Baharlı-1 körpələr evi uşaq bağçasında tərbiyəçi işləmiş X8 məhkəmə məsuliyyətinə verilməsinə və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin saksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Nümayəndə izahatında şikayətini onunla əsaslandırmışdır ki, X7 2006-cı ildən hazırda da işlədiyim Ağdam rayon Baharlı-1 qəsəbəsi körpələr evi uşaq baxçasına müdirə təyin olunmuşdur. X2-21 internet tv tik tok sosial şəbəkəsində qarşı şər-böhtan xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətimi təhqir etmiş, rəhbərlik və iş yoldaşlarım, məni tanıyan və tanımayan bütün tiktok istifadəçiləri qarşısında nüfuzdan salan yazılarla bizə ləkə atmışdır. X1 internet tv-də pul mənimsəmə də, baxçaya verilən əmlakı talamaqda və guya yuxarı instansiyalara süni şəkildə uşaqların sayın çox göstərməklə baxçaya vərilən ərzaq və əşyaları vəzifəmdən sui istifadə ətməklə talamaqda təqsirləndirərək, X7 haqqında həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli məlumatların ictimai qaydada yayılmasına, şəxsi və işgüzar nüfuzumu ləkəmiş, onun üçün işimdə gərginlik, stress, əsəb yaşamağıma səbəb olan hallar ortaya çıxmış və hal-hazırda da mütadami həkim nəzarətində müalicələrim davam etdirilir. X3 Quliyəva ilə birgə xx.xx.2024-cü il tarixdə Ağdam rayon prokurorluğuna X7 barəsində Aytacin kanal 21 internet tv-nin tik tok sosial şəbəkəsində bəyan etdiyi eyni məzmunlu fikirlərlə şikayət vərərək, onu baxçada qeyri-qanuni pul mənimsəmədə-məzuniyyətdə olan işçilərin aylıq məzuniyyət pulunu özümə götürməkdə, həmin Aytac Quliyəvanın sosial şəbəkədə səsləndirdiyi fikirləri təkrarlayan guya X4 baxçanın ərzaq və əşyalarım talayıb mənimsəməkdə ittiham edibdir. Ağdam rayon prokurorluğu qəbul ətdiyi xx.xx.2024-cü il tarixli 145C- 24 nömrəli Qərarla hər iki təqsirləndirilən şəxsin şikayətlərinin əsassız olmasına dair nəticə vermişdir. Hazırki iş üzrə təqsirləndirilən şəxslər X5 AR CM-nin 179.2.3cü, 179.3.2-ci və 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham edərək, barəsində yalan olduğunu bilə bilə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla böhtanlar atmışdır. Adları çəkilən təqsirləndirlən şəxslər eyni zamanda ayrı ayrı dövlət hakimiyyət orqanlarına X4 barəsində olmuş şəxslərin adlarından böhtan xarakterli yalan məlumatlardan ibarət şikayət ərizələri yazılmasını təşkil etməklə də onu nüfuzdan salmağa, şəxsi və iş həyatında ləkələməyə çalışməşdılar. X6 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X9 izahatında şikayətin əsasız olduğunu X7 aralarında baş vermiş mübahisə ilə əlaqədar olaraq prokurorluq orqanlarına müraciət etdiyini və onun müraciətləri əsasında araşdırmalar aparıldığını, lakin cinayət işlərinin başlanılması rədd edildiyini, heç kimə böhtan atmaq fikri olmadığını bildirdi və şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 izahatında şikayətin əsasız olduğunu, onun X5 heç bir cinayətdə ittiham etmədiyini və ona böhtan atmaq fikri olmadığını bildirdi və şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Məhkəmə qeyd edir ki, fiziki şəxslərlə bağlı məlumat dedikdə onların şəxsiyyəti, sosial mənşəyi, cinsi, təhsili, vətəndaşlığı, ailə, sosial və əmlak vəziyyəti, səhhəti, fiziki və psixoloji durumu, yaşı, fəaliyyət qabliyyəti, məşğuliyyəti, məhkumluğu, vərdişi, həyat tərzi, tərcümeyi - halı, öhdəlikləri, davranışı, müsbət və ya mənfi cəhətləri, xarakteri və s. barədə açıqlanan və çatdırılan, həqiqi və ya yanlış olan konkret bilgidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikasının CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Göründüyü kimi CPM-nin 293.3.2-ci maddəsində, xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin X7 tərəfindən harada, nə vaxt və necə törədilməsi tələb edilsə də, hazırki işdə xüsusi ittihamçı qanunun bu tələbinə əməl etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə görə xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayətin icraata qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxardır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutub məhkəmə qərara aldı: X6 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağdam rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-12/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-12/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver