Məhkəmə qərarları › İş №1(013)-13/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-13/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-13/2024 30.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs, Mülki iddiaçı X4 nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Alıbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə saat 11 radələrində ayıq vəziyyətdə BC kateqoriyalı, AE 915940 nömrəli sürücülük vəsiqəsi ilə BD397350 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olmaqla idarə etdiyi «Mersedes Benz E240 Minik» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu Alıbəyli kəndi ərazisindən keçən 37-ci kilometrliyində Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümükün olan tədbirləri görməli və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozaraq, mövcud şəraitdə hərəkətini davam etdirərək getdiyi istiqamətdə yolun sağından sola və geriyə manevr etməkdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Lexus LX570» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili bir metr məsafədə idarə etdiyi «Mersedes Benz E240 Minik» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə ön sol hissəsindən vurub toqquşaraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs körpücük sümüyünün akromioklavikulyar oynaq çıxığı, döş qəfəsinin sol-yan səthinin qançırı xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və mülki iddiaları qəbul etməyərək göstərmişdir ki, 06 avqust 2023-cü ildə saat 11 radələrində özünə məxsus olmaqla idarə etdiyi «Mersedes Benz E240 Minik» markalı **-LJ-*** nömrəli avtomobillə Quzanlı istiqamətindən Ağcabədi rayonunun Hindarx qəsəbəsi istiqamətində 80 km/saatda sürətlə idarə edərkən təxminən 5-10 metr kənarda yolun sağ tərəfindən dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi «Lexus» markalı avtomobil yolun soluna çıxmış və onlar toqquşmuşlar. Hadisə zamanı onun avtomobilinə 10200 manat ziyan dəymişdir. Həmin gün hava açıq olmuş, yağış yağmamışdır. Özünə məxsus 16000 manata aldığı avtomobili 4000 manata satmışdır. İlk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətdiyini, zərərçəkmişin onun yoluna çıxdığı üçün hadisənin baş verməsində günahının olmadğını, Zərərçəkmiş şəxs oğlunun ona zəng edərək 2000 manat pul boyun aldığını, lakin sonradan təhqiqat orqanının rəisi İlkinlə birləşərək günahı onun üstünə yıxdığını qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı, həmçinin digər mülki iddiaçı R.Zərərçəkmiş şəxs nümayəndəsi qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs özünün və təmsil etdiyi şəxsin mülki iddialarını müdafiə edərək bildirmişdir ki, 06 avqust 2023-cü ildə saat 11 rdələrində idarə etdiyi «Lexus LX570» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili Quzanlı-Hindarx yolunun sağında üzü Hindarx qəsəbəsinə saxlamışdır. Həmin avtomobillə geri dönməmişdən arxa tərəfindən təxminən 200 metr kənarda «Mersedes Benz E240 Minik» markalı avtomobilin gəldiyini görmüşdür. Geri qayıtmaq üçün sola dönüb yolu keçdikdə «Mersedes Benz E240 Minik» markalı avtomobil gələrək onun avtomobilini sol tərəfdən vurmuşdur. Hadisə zamanı çiyni sınmış və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aprılmışdır. Təqsirləndirilən şəxsla barışmayacağını qeyd etməklə şikayətçi olduğunu bildirmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X1 Bölməsinin sahə rəisi Şahid4 ifadəsində bildirmişdir ki, tarixi yadında qalmadığı əməliyyat-istintaq qrupunun üzvü olduğu gün Quzanlı qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumata hadisə yerinə getmişdir. Hadisə yerinə getdikdə orada xeyli şəxsin toplaşdığını, toqquşmuş avtomobillərin olduğunu görmüşdür. Xəsarət alan şəxsi hadisə yerində görməmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5 Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiqləmişdir. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 333 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – körpücük sümüyünün akromioklavikulyar oynaq çıxığı, döş qəfəsinin sol-yan səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. Məhkəmə avtotexniki ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2692 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mersedes Benz E240» markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Lexus LX 570» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 137 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda əqli cəhətdən geri qalma və ləngimə əlamətləri müşahidə olunmur. X5-İmtahan və X11 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən informasiya sistemində Təqsirləndirilən şəxs adına xx.xx.2017-ci ildən xx.xx.2027ci ilə qədər «BC» kateqoriyalı AE915940 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. Ağdam Rayon Mərkəzi X8 Şəxsinin xx.xx.2023-cü il tarixli 458 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Ağdam Rayon Mərkəzi X8 X2 xx.xx.2024-cü il tarixli 38 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. 06 avqust 2023-cü il tarixdə Ağdam Rayon Polis X3 təhqiqatçısı X9 tərəfindən yolnəqliyyat hadisəsi baş vermiş əraziyə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Həmin protokoldan görünür yol-nəqliyyat hadisəsi Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu Alıbəyli kəndi ərazisindən keçən 37-ci kilometrliyində Ağcabədi rayonu istiqamətində yolun sağ tərəfindən yolun hərəkət hissəsinə doğru 1 metr məsafədə baş vermiş, hadisə yerinin müayinəsi zamanı “Mersedes Benz E240 Minik” markalı, **-LJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin Ağcabədi rayonu istiqamətində yolun sol kənarında qarşı sağ tərəfi, “Lexus” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin istiqamətdə toqquşma yerində qarşı sol və ön hissəsinin zərbənin təsirindən deformasiyaya uğraması müəyyən olunmuşdur. Tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Ağdam rayon Aqroservisi tərəfindən verilmiş rəydən görünür ki, «Lexus LX570» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10845 (on min səkkiz yüz qırx beş) manat ziyan deymişdir. Ağdam rayon Aqroservisi tərəfindən verilmiş rəydən görünür ki, Mersedes Benz E240 Minik» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10190 (on min yüz doxsan) manat ziyan deymişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərə görə müalicəsi məqsədi ilə 2215 manat ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərə görə müalicəsi məqsədi ilə 45 manat ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərə görə müalicəsi məqsədi ilə 151 manat ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Günel, xx.xx.2018-ci ildə anadan olmuş Sevgi və xx.xx.2020-ci ildə anadan olmuş Elgün adlı üç azyaşlı uşağının olması, bundan əlavə xx.xx.2009-cu ildə anadan olmuş Xəyal və xx.xx.2010-cu ildə anadan olmuş Barat adlı uşaqlarının saxlanılması üçün aliment ödəməsi, İİ qrup əlil olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işinə baxılarkən məlum olmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş tərəfə dəymiş ziyanı ödəməmiş, sonuncu ilə barışıq əldə etməmiş və zərərçəkmiş şikayətçi olmuşdur. Məhkəmə qeyd edilən halı nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza hesab edilən cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Cinayət iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənə qədər baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi «Lexus LX570» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10 ərizə və iddia ərizəsi ilə müraciət edərək mülki iddiaçı qismində tanınmasını xahiş etmiş və xx.xx.2024-cü ildə mülki iddiaçı qismində tanınmışdır. X4 mülkiyyətində olan «Lexus LX570» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10845 manat məbləğində ziyan dəymişdir. Cinayət işi üzrə ziyan Təqsirləndirilən şəxs törətdiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə R.Zərərçəkmiş şəxs mülki iddiasının təmin olunaraq Təqsirləndirilən şəxs 10845 manat alınaraq R.Zərərçəkmiş şəxs verilməsi qənaətinə gəlir. Cinayət işinin məhkəmə baxışı başlanana qədər Zərərçəkmiş şəxs ərizə və iddia ərizəsi ilə müraciət edərək mülki iddiaçı qismində tanınmasını xahiş etmiş və mülki iddiaçı qismində tanınmışdır. Zərərçəkmiş şəxs sağlamlığına dəymiş ziyanla əlaqədər 2411 manat xərc çəkmişdir. Cinayət işi üzrə ziyan bilavasitə Təqsirləndirilən şəxs törətdiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə Zərərçəkmiş şəxs mülki iddiasının təmin olunaraq Təqsirləndirilən şəxs 2411 manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fizki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirlərin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsində göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İş üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilərək Təqsirləndirilən şəxs 2411 (iki min dörd yüz on bir) manat alınaraq Zərərçəkmiş şəxs verilsin. X4 mülki iddiası təmin edilərək Təqsirləndirilən şəxs 10845 (on min səkkiz yüz qırx beş) manat alınaraq X6 verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar