Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-14/2024 23.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakları ilə, xx xxxx 1987-ci ildə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatda olub, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 21-00 radələrində ayıq halda, BC kateqoriyalı AC 917899 saylı sürücülük vəsiqəsi əsasında BD 438425 nömrəli qeydiyyat şəhadətnaməsi ilə X7 məxsus olmaqla onlayn qaydada verilmiş 7E-14101 saylı nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə etdiyi “Mersedes Benz” markalı, E220 CDİ minik modelli, universal tipli, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam Rayonu Quzanlı Qəsəbəsi H.Əliyev prospektində yerləşən “Ağdam Avtoboya” iaşə obyektinin qarşısında Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən avtomobili 70 km/saat surətlə idarə edərək öz hərəkət zolağında ümumi eni 14 metr olan yolun 6,3 metr hissəsində, yolu sağdan sola keçən piyada X5 avtomobilinin sol ön hissəsi ilə vurmaqla “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, habelə həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı) tələblərini pozaraq hərəkət surəti 50 km/saata qədər məhdudlaşdırılmış yolda sürət həddini aşaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma ilə açıq kəllə-beyin travması, üst çənədə üç ədəd dişin sınığı, sol diz-baldır nahiyyəsinin qançırı ilə müşayiət olunan, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirərək A.Verdiyevin hadisə yerində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Bərdə Rayon Soğanverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailəlidir, 2 övladı vardır. Taksi fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi Mersedes Benz C 220 markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 10-40-da Bərdə rayonunda yerləşən avtovağzaldan Bakı şəhərinə sərnişin aparmış və günorta saat 16-00 radələrində Bakıdan Beynəlxalq Avtovağzaldan sərnişin götürərək yola düşmüşdür. Avtomobilində olan sərnişinlərdən bir nəfəri kişi, iki nəfəri qadın və ikisi isə azyaşlı uşaq olmuşlar. Həmin şəxslərdən hara getdiklərini soruşduqda onlar Ağdam rayonu Quzanlı qəsəbəsinə gedəcəklərini bildirmişdirlər. Axşam saat təxminən 20-00 radələrində Ağdam rayonuna çatmışdır. Quzanlı qəsəbəsində yerləşən “Çay evi”nə çatanda adını bilmədiyi sərnişin olan qadın ona demişdir ki, Quzanlı qəsəbəsində “dördyol” adlanan yerdə tort bişirilib, onu birlikdə gedib götürüb sonra isə geriyə qayıdaraq onları evdə düşürə biləcəyini soruşmuşdur. Hava qaranlıq olduğundan və yağış yağdığından razılaşmışdır. Quzanlı qəsəbəsinin içərisi ilə avtomobili saatda 70 km sürətlə idarə edərkən saat təxminən 20-45-də qəfildən avtomobili ilə adam vurduğunu hiss etmiş və cəld avtomobili yolun kənarına çəkib saxlamışdır. Bundan sonra piyadaya yaxınlaşanda onun qan içində olduğunu və öldüyünü hiss etmişdir. Həmin vaxtı orada olan tanımadığı və adını bilmədiyi bir nəfər şəxs X12 Stansiyasına zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Bu vaxt hadisə yerinə DYPB-nin əməkdaşları gəlmişlər. Bundan bir qədər sonra təcili yardım avtomobili hadisə yerinə gəlmiş və vurduğu piyadanı xəstəxanaya aparmışdır. Vurduğu piyadaya heç bir köməklik edə bilməmişdir. Bundan sonra hadisə yerində dayanıb gözləmişdir. Sonra isə polis əməkdaşları hadisə yerini onun iştirakı ilə müayinə etmişlər, müvafiq sənədləşmə işləri aparmışlar. Hazırda zərərçəkmiş şəxsin hüqiqi varisi X2 ilə razılıq əldə edib, ona maddi, mənəvi dəstəyini göstərib, ona qarşı zərərçəkən tərəfin şikayəti və ya tələbi yoxdur. Həmçinin qeyd edir ki, yaşlı və xəstə olan ata və anası da onun himayəsindədirlər, 2009 və 2013 təvəllüdlü övladları var, həyat yoldaşı işləmir. Ailədə qazanc gətirən yeganə şəxsdir. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxsin hüqiqi varisi X2 məhkəmə iclasında iştirak etməmişdir. Ə.Verdiyeva məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə göndərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və ya tələbinin olmamasını bildirmişdir. Əfsanə Verdiyevanın iş materiallarında olan ifadəsində o, göstərmişdir ki, Rusiya Federasiyası Kiyajevo Tambov şəhərində anadan olmuş, hazırda Ağdam Rayon İmamqulubəyli kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, iki övladı var, işləmir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 21- 00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Ağcabədi yolunun Ağdam rayon Quzanlı qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən yolun sağ ehtiyyat hissəsindən sol ehtiyyat hissəsinə keçmək istəyən piyadanı vurması nəticəsində hadisə zamanı ölmüş A.Verdiyev onun əridir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21-00 radələrində baş vermiş hadisəni ailə üzvlərindən eşitmişdir. Belə ki həmin vaxtı ona Quzanlı Qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun sağ ehtiyyat hissəsindən sol ehtiyyat hissəsinə keçmək istəyən piyadanın vurulmasını və nəticədə əri A.Verdiyevin vəfat etdiyini bildirmişlər. Bundan sonra A.Verdiyevin meyiti ekspertiza müayinəsindən keçirilməsi üçün Bərdə şəhərində yerləşən müayinə mərkəzinə aparılmış, ekspertlər tərəfindən müayinə olunduqdan sonra ərinin meyiti rayonun İmamqulubəyli kənd qəbristanlığında dəfn edilmişdir. Hadisəni görmədiyindən və bu barədə ətraflı məlumatı olmadığından hadisənin necə, hansı şəraitdə baş verməsini bilmir. Lakin sonradan öyrəndiyinə görə Bərdə rayon Soğanverdilər kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Ağcəbədi yolunun Ağdam rayon Quzanlı qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən yolun sağ ehtiyyat hissəsindən sol ehtiyyat hissəsinə keçmək istəyən A.Verdiyevi avtomobilin qabaq sol tərəfi ilə vurmuş, nəticədə əri hadisə zamanı vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirərək göstərdi ki, 2011-ci ildən X8, 2020-ci ildən isə tutduğu vəzifədə xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 21-00 radələrində DYPB-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə xidmətdə olduğu müddətdə Quzanlı Qəsəbəsi, H.Əliyev prospekti ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Şahid2 ilə birlikdə hadisə yerinə gəlmiş və orada baş vermiş hadisə yerini mühafizə etmişlər. Həmin vaxtı məlum olmuşdur ki, Bərdə rayon Soğanverdilər kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz C220 markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu istiqamətindən Ağdam rayonu istiqamətində hərəkətdə olarkən Quzanlı qəsəbəsinin içərisi ilə avtomobillə hərəkətdə olarkən saat təxminən 20-45-də avtomobilinin qarşısına çıxmış piyada X5 avtomobilinin ön sol hissəsi ilə vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Həmin vaxtı orada olan vətəndaşlardan bir nəfər şəxs X12 Stansiyasına zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Bundan bir qədər sonra təcili yardım avtomobili hadisə yerinə gəlmiş və həkimlər piyada A.Verdiyevi müayinə etmiş, piyadanın hadisə yerində öldüyünü bildirmişdirlər və onun meyitini müayinə olunması üçün Bərdə Rayonlararası Məhkəmə Tibbi Ekspertizası və X3 aparmışlar. Lakin sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Sonra isə hadisə yerinə gəlmiş istintaq-əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilmiş, yol nəqliyyat hadisəsinin baş vermə sxemi çəkilmiş, müvafiq sənədləşmə aparılmaqla tərtib edilmiş baxış protokolu imzalarla təsdiq edilmişlər. Bundan sonra sürücü Ağdam MRX-nın TTTYS-na aparılaraq sərxoşluq müayinəsindən keçirilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində ifadə verən Şahid2 da bundan əvvəlki şahidlə eyni məzmunlu ifadə verərək qeyd etdi ki, Şahid1la xidmətdə olduğu zaman Quzanlı Qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat almışlar. Birlikdə hadisə yerinə gəlmişlər, hadisə yerini mühafizə etmişlər. Məlum olmuşdur ki, Bərdə Rayon Soğanverdilər kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz C220 markalı avtomobillə Bərdə rayonu istiqamətindən Ağdam rayonu istiqamətində hərəkətdə olarkən Quzanlı Qəsəbəsində axşam saatlarında qarşısına çıxmış piyada X5 avtomobilinin ön hissəsi ilə vurmuş və piyada A.Verdiyev hadisə yerində ölmüşdür. Bir qədər sonra təcili yardım avtomobili hadisə yerinə gəlmiş, həkimlər piyada A.Verdiyevi müayinə etmişlər, piyadanın hadisə yerində öldüyü məlum olmuşdur. Meyit müayinə olunması üçün Bərdə Rayonlararası Məhkəmə Tibbi Ekspertizası və X3 aparılmışdır. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Sonra hadisə yerinə istintaq-əməliyyat qrupunun üzvləri baxış keçirmiş, yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş, sənədləşmə işləri aparılmışdır. Daha sonra sürücü Ağdam MRX-nın TTTYS-na aparılaraq sərxoşluq müayinəsindən keçirilmiş, sərxoş olmadığı müəyyən edilmişdir. Şahidlər Şahid4 və Şahid3 da ifadələri bundan əvvəlki şahidlərlə oxşar məzmunludurlar. Məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2023-ci il tarixli, 32 saylı RƏYindən görünür ki, mərhum X4 meyitinin müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər - kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş-beyin qişalarına, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə açıq kəllə-beyin travması, üst çənədə 3 (üç) ədəd dişin sınığı, sol diz-baldır nahiyəsinin qançırı vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı piyada kimi törənə bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Mərhum A.Verdiyevin ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə qapağı və əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərinə qansızması olmuşdur. Mərhum A.Verdiyevin ölümünün müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğundur. Həmçinin mərhum A.Verdiyevin meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticədinfə etil, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli, 8/377 saylı məhkəmə-yol nəqliyyat ekspertizasının RƏYindən görünür ki, Mersedes Benz E220 CDİ markalı, 90ZX570 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdrur. Bundan başqa Təqsirləndirilən şəxs avtomobili hərəkət surəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması”) yol nişanının tələbələrinə uyğunsuzluq olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 719 saylı AKTından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs müayinə olunan zaman sərxoş olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Yevlax RQİ və TBŞ-nin 10 yanvar 2024-cü il tarixli № 3-13-16-11/2-1067/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.20118-ci il tarixdə Bərdə Regional “ASAN XİDMƏT” Mərkəzi tərəfindən AC 917899 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən hal-hazırda sürücülük hüququ məhdudlaşdırılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Mersedes Benz E220 CDİ markalı, 90ZX570 dövlət qeydiyyat nişanlı avtomobil DİN-in MİS-də olan məlumata əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsindədir. Ağdam rayon PŞ-nin DYPB-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin axtarış bölməsində yoxlama zamanı Mersedes Benz E220 CDİ markalı 90ZX570 dövlət qeydiyyat naşanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsiri olması sübuta yetir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmiş, ona həmin maddənin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Zərərçəkmiş şəxsin hüquq varisi Ə.Verdiyeva ərizə verərək Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələblərinin olmamasını bildirmişdir. Bərdə Rayon İHB-nın Soğanverdilər Kənd İƏD üzrə Nümayəndəliyinin 498 saylı, 14 dekabr 2023-cü il tarixli ARAYİŞından görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi atası, anası, arvadı və 2 uşaqdan ibarətdir. Həmin Nümayəndəliyin XASİYYƏTNAMƏsi ilə Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir. Zərərçəkmiq şəxsin hüquqi varisi Əfsanə Verdiyevanın məhkəməyə ünvanladığı, notariat qaydasında 09 aprel 2024-cü il tarixdə təsdiqlənmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil, azyaşlı uşağının olması və səhhəti ilə bağlı məhkəməyə gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Bərdə Rayon İHB-nın Soğanverdilər Kənd İƏD üzrə Nümayəndəliyinin 123 saylı, 22 aprel 2024-cü il tarixli ARAYİŞından görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsi zamanı kənddən müharibədə iştirak edən əsgər və gizirlərin ailələrinə dəstək olmuş, həmçinin N saylı Hərbi Hissənin əsgərlərinə imkanı hesabına fiziki və ərzaq yardımları etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və sair köməklik göstərməklə onunla barışmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində ata və anasının, həmçinin 2 övladının, o cümlədən 1 azyaşlı övladının olmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq çəkməsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin humanizim prinsipini müəyyən edən 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəzanın anlayışını və məqsədini müəyyən edən CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilən cinayət hüquq normalarının məzmunundan aydın olur ki, təqsirkar şəxsə təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət hüquqi tədbir olaraq qiymətləndirilməsi üçün CM-nin 58-ci maddəsində təsbit edilmiş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin edilmiş cəza ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəzanın təqsirkarın şəxsiyyətinə uyğun olduğu aydın görünsün. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. CM-nin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən hallar konkret olaraq göstərilsə də, həmin Məcəllənin 59.2-ci maddəsi cəzanı yüngülləşdirən hallar qismində həmin normalarda sadalanmayan digər halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar yuxarıda qeyd edildi. Məhkəmənin qənaətincə mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilərək, yaxud da barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Məhkəmə bütün yuxarıda qeyd olunan halların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan ictimai təhlükəli əməl törətdiyindən ona təyin ediləcək cəzanın CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq tətbiq edilməsi mümkündür, onun bu yolla islah olunma imkanları gözləniləndir, cəzanın bu qaydada tətbiqi onun islah olunması üçün yetərlidir. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təyin ediləcək sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, 04 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, daimi yaşadığı yeri olmasını, cəzasını çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İşdə maddi sübut olan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi Mersedes Benz E220 CDİ markalı, 90ZX570 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılmışdır . İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 381- 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 /üç/ il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 /bir/ il 6 /altı/ ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Maddi sübut olan Mersedes Benz E220 CDİ markalı 90ZX570 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-14/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-14/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver