Məhkəmə qərarları › İş №1(013)-15/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-15/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-15/2024 21.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakları ilə, xx xxxxx 1966-cı il tarixdə Ağdam Rayon Şükürağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, rayonun Şükürağalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam Rayon Xındırıstan kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış inam və etibardan sui-istifadə edərək ona oğlu Şahid2 işə düzəldəcəyinə inandırıb yalan vəd verib aldadaraq 01 mart 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Xındırıstan kəndində yerləşən poçt şöbəsində 6600 manat pulunu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə rayonun Şükürağalı kəndində yaşayır, subaydır. Zərərçəkmiş şəxs X6 X7 Şöbəsində əməliyyatçı işləyən kimi tanıyır, həmin poçt şöbəsində ödənişlər edərkən onu tanımışdır, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlar yalandır. 2022-ci ilin əvvəllərində pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs borca pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona poçtun pulundan 1000 manat verə biləcəyini, lakin həmin 1000 manata görə hər həftə 250 manat pul ödəməli olduğunu bildirmişdir. Pul ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs ilə razılaşmış və ondan poçt şöbəsində 1000 manat pul almışdır. Bundan sonra hər həftə 250 manat olmaqla 2 ay ərzində Zərərçəkmiş şəxs pul ödəmişdir. Sonra yenidən Zərərçəkmiş şəxs yanına gedərək ona 300 manat da pul verməsini, lakin həmin 300 manata görə hər ay ərzində 30 manat ödəyəcəyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və 300 manat pul vermişdir. Aldığı həmin 300 manata görə də təxminən 4-5 ay ərzində hər ay 30 manat ona pul ödəmişdir. Daha sonra maddi imkanları yaxşı olmadığı üçün pulları ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs hər dəfə ona zəng edərək pulların artdığını, tezliklə pulu ödəməyini bildirmişdir. Zərərçəkmiş şəxs hazırda pulu olmadığını ondan aldığı pulları artıqlaması ilə ödədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu şərləyəcəyini, güya oğlunu işə düzəltmək adı ilə ondan pul aldığı barədə polis şöbəsinə müraciət edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək onu Xındırıstan poçt şöbəsinə dəvət etmişdir. Zərərçəkmiş şəxs ilə razılaşaraq həmin gün saat təxminən 16-00 radələrində poçt şöbəsinə getmişdir. Orada Nüşabə və özündən başqa heç kim olmamışdır. Həmin vaxt Nüşabə ona bir şərtlə vaxt verəcəyini bildirmişdir və ondan bir kağıza oğlunu işə düzəltmək üçün 6600 manat pul aldığını və xx.xx.2023cü il tarixdə qaytaracağını qeyd etməyini bildirmişdir. Nüşabəyə oğlunu işə düzəltmək üçün ondan pul almadığını bildirərək kağıza Nüşabədən 6600 manat pul aldığını və xx.xx.2023-cü il tarixdə geri qaytaracağını qeyd etmişdir. Zərərçəkmiş şəxs oğlunu işə düzəltmək üçün 6600 manat pul almamışdır. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 6600 manat pul almışam, xx.xx.2023-cü il tarixdə tam ödəmək şərti ilə, qəbzi özüm yazdım doğruluğunu imzamla təsdiq edirəm. İmza....” sözləri olan kağız parçasını özü yazmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs kağızı yazmayacağı təqdirdə öz üst-başını cıracağını və onu şərləyərək şikayət edəcəyini bildirmişdir. Həm də Zərərçəkmiş şəxs kağızı yazacağı təqdirdə ondan şikayət etməyəcəyini bildirmişdir. Qorxduğu üçün Zərərçəkmiş şəxs deyənləri kağıza yazmışdır. Zərərçəkmiş şəxs faizlə aldığı 1300 manat pulu xəstə olduğu üçün müalicəsinə xərcləmişdir. Müalicəsi üçün hər hansı bir xəstəxanaya və ya həkimə müraciət etməmişdir. Həmin vaxtlar soyuqladığı üşün fərdi olaraq hazırda xatırlamadığı apteklərdən özünə müxtəlif ağırkəsicilər, müalicə dərmanları almışdır. Apteklərdən “Nimesil”, “Qripxot”, “Teraflu”, “Tempalgin” və “Parastamol” kimi dərmanlar almışdır. Həmin pulların bir hissəsini dərmanlara, qalanını isə şəxsi ehtiyaclarına, yəni paltara, ərzaq məhsullarına xərcləmişdir. 2018-ci ildən etibarən Ağdam MRXda şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. Zərərçəkmiş şəxs aldığı pulu şəkərli diabet üçün xərcləməmişdir, çünki şəkərlə bağlı dərmanları Ağdam MRX tərəfindən hər ayda bir dəfə ona pulsuz verirlər. Xəstəxanadan pulsuz verilən dərmanlardan başqa dərman almamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Göstərdi ki, Zərərçəkmiş şəxs X6 X7 Şöbəsində əməliyyatçı işləyən kimi tanıyır, həmin poçt şöbəsində ödənişlər edərkən onu tanımışdır. Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlar yalandır. Belə ki, 2022-ci ilin əvvəllərində pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs pul istəmiş, Zərərçəkmiş şəxs poçtun pulundan 1000 manat vermiş, lakin həmin 1000 manata görə hər həftə 250 manat pul ödəməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilə razılaşmış və ondan 1000 manat pul almış, 3 ay hər ayda 220 manat Zərərçəkmiş şəxs pul ödəmişdir. Həmin 1000 manata görə Zərərçəkmiş şəxs ümumilikdə 2640 manat ödəmiş, əlavə olaraq da qardaşı oğlu Nüşabəyə faiz kimi 200 manat pul verib. 1 ay sonra yenidən Zərərçəkmiş şəxs yanına gedərək ondan 10 % ilə 300 manat da pul almışdır. Bir müddət pulu ödəyə bilmədiyindən Nüşabə faizləri artırmış, ondan 6600 manat tələb etmişdir. Bir gün də Nüşabə onu poçta çağırmış, 6600 manat üçün qəbz yazmasını istəmiş, yaxud da yazmayacağı təqdirdə onu şərləyəcəyini bildirmişdir. Nüşabə demişdir ki, əgər belə məzmunlu qəbz yazmasa onda faizlərin hesablanması davam edəcək. Həmin vaxt aralarında Nüşabənin oğlunun işə düzəldilməsi ilə bağlı heç bir söhbət olmayıb. Bu barədə Nüşabənin qohumlarına da deyib ki, aralarında uşağın işə düzəldilməsi ilə bağlı heç bir danışıq olmayıb. Yəni Nüşabə ona 6600 manat pul verməyib. Nüşabə ona hədə-qorxu gəlmiş, həm də Nüşabənin qadın olmasından ondan ehtiyyat etdiyi üçün bu məzmunlu qəbz yazdırıb. Nüşabə ona bildirib ki, əgər həmin məzmunlu qəbz verməsə ondan şikayət edəcək, onu şərləyəcək. Həmin pulları Nüşabədən 2022-ci ilin əvvəllərində alıb. 1000 manata görə Nüşabəyə 250 manat, 300 manata görə isə 30 manat verib. Sair şəxslərdən eşitmişdir ki, Nüşabədə həmişə pul olur, həmçinin faizlə ayrı-ayrı adamlara pul verir. Nüşabənin göstərdikləri tam yalandır, Nüşabə ona 6600 manat heç vaxt pul verməyib, ona görə də barəsində ədalətli qərar qəbul edilməsini istəyir, özünü təqsirli bilmir. Bununla belə Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 1785 manatını ödəmiş, qalan məbləği də imkanı olan kimi hissə hissə ödəyəcək. Nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərdiyi xx.xx.2023-cü il tarixli ərizəni özü yazmış və həmin ərizədə olan imza nümunəsi ona məxsusdur. 1998-ci il tarixdə ailə həyatı qurmuş və 2008-ci il tarixdə boşanmışdır. Həmin nikahdan iki oğlan övladı var və hər ikisi 2-ci dərəcəli gözdən əlildir. Böyük oğlu Şahid2 gözdən əlil olmasına baxmayaraq münasib işə düzəltmək istəmişdir. Xındırıstan Poçt şöbəsində əməliyyatçı işlədiyindən daima onlara gəlib ödənişlər edən Təqsirləndirilən şəxs qiyabi olaraq tanımışdır. Bildiyinə görə Mehman avtomobillərə icbari sığorta düzəltmək işi ilə məşğul olmuşdur. 2023-cü ilin fevral ayının sonlarında oğlu Elvini işə düzəltmək məqsədilə daima münasibətdə olduğu adamlarla münasib bir işin olması və oğlunu işə düzəltməyi barədə soraqlaşmış, həmin ərəfələrdə tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Ağdam Rayonu üzrə icra nümayəndəliklərinin birində oğlu Elvini işə düzəldə biləcəyini bildirmişdir. Mehmana işi necə düzəldəcəyini soruşduqda sonuncu yuxarılarda tanışı olduğunu bildirib, həmin işə görə 7000 manat lazım olacağını söyləmişdir. 7000 manat pulunun olmadığını ona bildirmişdir. Mehmanda işin yalnız 7000 manata düzələ biləcəyini söyləyib əgər pul tapa bilsə onunla əlaqə saxlamağını bildirmişdir. Qohumları ilə əlaqə saxlayaraq həmin şəxslərdən 5700 manat civarında borca pul götürmüşdür. Daha sonra köhnə tanışı olan Şahid3 600 manat borca pul almış və özündə olan, yığdığı 300 manat pulu da həmin pulu üzərinə qoyub 6600 manat pul toparlamışdır. 01 mart 2023-cü il tarixdə saat 16-30 radələrində Mehman həmişəki kimi poçta ödəniş etməyə gəlmişdir. Mehmana 6600 manat pul düzəltdiyini bildirmiş, gücünün yalnız buna çatdığını söyləyib 6600 manat pula oğlu Elvini işə düzəldə bilib-bilməməsini soruşmuşdur. Mehman mümkün olduğunu bildirmiş və pulu ondan tələb etmişdir. 6600 manat pulu Mehmanın gözü qarşısında sayaraq ona təhvil vermişdir. Mehman 5-10 günə ona sənəd siyahısı verəcəyini söyləyib həmin sənədləri düzəltmək lazım olduğunu bildirmişdir. Həmçinin pulu Mehmana verməyinə görə qəbz tərtib etmişlər. Həmin qəbzə Mehman öz xətti ilə yazaraq ondan 6600 manat pul aldğını və xx.xx.2023-cü il tarixdə qaytaracığını qeyd edərək imzası ilə təsdiq etmişdir. Qəbzin surətini ərizəsinə əlavə etmişdir. Mehman poçt şöbəsinə sonralar gəldikcə ondan işin nə yerdə olduğunu soruşduqda Mehman ona narahat olmamağını və işin düzələcəyini bildirmişdir. 2023-cü ilin mart ayında Novruz Bayramı bitdikdən sonra növbəti iş həftəsində Mehman poçta gəldikdə işin nə yerdə olduğunu soruşmuş, sonuncu yenə işi düzəldəcəyini bildirib narahat olmamağını söyləmişdir. Artıq 2023-cü ilin aprel ayının 1-də Mehmandan heç bir xəbər gəlmədiyini gördükdə ondan şübhələnməyə başlamışdır. Həmin vaxtdan Mehmandan 6600 manat pulunu tələb etsə də sonuncu hər dəfə yeni bəhanə gətirərək pulunu ona qayataracağına söz vermiş, lakin hazırkı vaxta qədər pulunu qaytarmamışdır. Xındırıstan Poçt şöbəsində Təqsirləndirilən şəxs poçta gəlib müəyyən əməliyyatlar etdiyindən onunla aralarında münasibət yaranmış, heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 6600 manat pulu Təqsirləndirilən şəxs verərkən yanlarında heç bir şəxs olmamış, həmin hadisəni görən şəxs olmamışdır, poçt şöbəsində də heç bir kamera vasitəsi yoxdur. Təqsirləndirilən şəxs verdiyi 6600 manat pulun 5700 manatını yaxın qohumlarından borca almış, 600 manat pulu Şahid3 adlı tanşından, qalan 300 manat pul isə özündə olmuşdur. Mehmana oğlunu işə düzəltmək üçün pul verməyi barədə tanışı, borca pul aldığı Azər Hüeynov, iki övladı Elvin və Elçinə danışmışdır. Borc aldığı pulları oğlu Şahid1 adına kredit götürərək ödəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kağıza oğlunu işə düzəltmək adı ilə ondan pul aldığını yazmasını tələb etsə də, Mehman işi düzəldə bilməsə pulu 1 ay müddətinə qaytaracağını bildirmiş və həmin kağıza xx.xx.2023-cü il tarixdə pulu ödəyəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs oğlunu işə dzəltmək üçün ondan heç bir sənəd almamış və ona heç bir sənəd verməmişdir. Təqsirləndirilən şəxs ona oğlunu hansı formada, kimin vasitəsilə işə düzəldəcəyi barədə açıqlama verməmişdir. Sadəcə olaraq ona yuxarılarda tanışı olduğunu oğlunu işə düzəldəcəyi barədə yalan vəd vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs onun işlədiyi poçt xidmətinə gələrək pul ödədiyi vaxtlarda tanımışdır. Oğlunu işə düzəltmək istəyini Mehmana bildirmiş, oğlu göz əlili olduğu üçün onu yüngül bir işə düzəltməsini ona demişdir. Mehman tanışının olmasını bildirmiş və bu iş üçün 7000 manat ondan pul istəmişdir. Pulu olmadığı üçün anası və bacısından borc istəmiş, həmçinin Azər adlı tanışından 1000 manat pul istəmişdir ki, alıb Mehmana versin. Mehman bildirmişdir ki, uşağın işə düzəlməsi üçün lazım olan sənədlərin siyahısını sonra ona verəcək. Mehmanla 6600 manata razılaşmışlar. Mehman həmin vaxt pulu alarkən ona yazılı qəbz vermiş və bildirmişdir ki, əgər uşağın işi düzəlməsə pulu 1 aya qaytaracaq. 2023-cü ilin mart ayında Mehman ondan 6600 manatı götürüb. Sonra isə bir müddət keçəndə görmüşdür ki, Mehman onu aldadıb. Bu barədə prokurorluğa ərizə verib, lakin ərizəsi üzrə araşdırma aparılmayıb, sonra yenə də Mehman barədə prokurorluğa ərizə ilə müraciət edib. Mehmandan pulunu istəmiş, məhkəməyə və prokurorluğa müraciət edəcəyini bildirmiş, lakin heç bir faydası olmamışdır. Mehman ondan pul alarkən bildirmişdir ki, oğlu Elvini ərazi nümayəndəliyində işə düzəldəcək. Pulu Mehmana poçtda verib. Mehmanın pulları ona sələm qaydasında verilməsinə dair göstərdikləri yalandır. Oğlunu işə düzəltmək üçün Azər adlı şəxsdən də 1000 manat istəmiş, lakin Azər ona 600 manat borc vermişdir. Azərə də demişdir ki, Mehman adlı şəxs onun oğlunu işə düzəldəcək, pulu ondan bu məqsədlə istəyir. Mehmanın pulu vermədiyini görüb mart ayında ABB Bankdan 6800 kredit götürmüş, 900 manat Kapital Banka olan borclarını çıxmışlar və qalan pulu borclarına qaytarmışdır. Borc pulu bacısından 2700 manat və anasından 3000 manat almışdır. Mehman özü dəfələrlə and içib bildirib ki, pulu qaytaracaq, bu barədə heç kimə deməsin. Hətta Mehmanın bacısı Rasta ona 2 dəfə telefon zəngi etmiş, bildirmişdir ki, evin sənədlərini hazırlayırlar, düzələn kimi ipoteka qaydasında pul götürüb Mehmanın ona olan borcunu ödəyəcəklər. Hazırda Mehmanın ona göndərdiyi 1785 manat pulu qəbul etmir, pulunu bütövlükdə tələb edir. Pulu verilməsə şikayətçidir, pullarının ödənilməsini, əks təqdirdə Mehmanın həbs edilməsini tələb edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağdam rayon Xındırıstan kəndində yaşayır, subaydır, hərbi hissədə işləyir. Zərərçəkmiş şəxs anası, Şahid2 onun qardaşıdır. Anası Zərərçəkmiş şəxs uzun müddət qardaşı Elvin üçün iş axtarmışdır. Anası yaşadığı evdə olarkən ona və qardaşı Elvinə Mehman adlı şəxsin vasitəsilə Elvinə iş tapdığını və həmin şəxsin bunun müqabilində 7000 manat pul istəməsini bildirmişdir. Anası Nüşabə hazırda 7000 manat pulunun olmadığını, pulu tapa biləcəyi təqdirdə Elvini işə düzəldəcəyini bildirmişdir. Elvin anasından Mehman adlı şəxsin onun üçün hansı işi tapdığını soruşmuş, anası Elvini rayon icra nümayəndəliklərindən birində mühasib kimi işə düzəldəcəyini bildirmişdir. Bundan sonra Tərtər Rayonunda yaşayan nənəsi və xalasından 5700 manat pul almışlar, həmin pulu özü gedib nənəsigildən gətirmiş, özlərində olan 300 manat pulu da üzərinə qoyaraq 6600 manat pulu Elvini işə düzəltməsi üçün mart ayında Mehman adlı şəxsə anası verdiyini bildirmişdir. Mehman işi düzəltməmiş və pulu qaytarmadığı üçün anası onun adına kredit götürmüş, borcları geri qaytarmışlar. xx.xx.2023-cü il tarixdə onun adına ABB Bankından kredit götürmüşlər. Həmin kreditlə borc aldığı şəxslərə borclarını qaytarmışlar. Bir müddət sonra anası Mehmanın onu aldadaraq vədinə əməl etmədiyini bildirmişdir. Anası Nüşabə bu barədə şikayət ərizə ilə müraciət etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs atasına görə, həmçinin Ağdam Rayon Xındırıstan kəndində yerləşən poçt şöbəsində işləyən qadın kimi tanıyır. 2023-cü ilin fevral ayının sonlarında Nüşabə ondan borca 1000 manat pul istəmişdir. Nüşabəyə 1000 manatı olmadığını, ona 600 manat pul borca verə biləcəyini bildirmişdir. Nüşabə də onunla razılaşmış və o, 600 manat pulu Xındırıstan poçt şöbəsində Nüşabəyə vermişdir. Həmin vaxt Nüşabədən pulu nə üçün istədiyini soruşmuş, Nüşabə ona Mehman adlı şəxsin onun oğlu Şahid2 işə düzəldəcəyini, bunun müqabilində 7000 manat pul istədiyini bildirmişdir. Nüşabə 5700 manat pulu qohumlarından borc aldığını, özündə 300 manat olduğunu, yerdə qalan 1000 manatı da ondan alaraq 7000 manatı düzəltmək istədiyini bildirmişdir. Bundan təxminən 2-3 ay sonra Nüşabə ona Təqsirləndirilən şəxs onu aldadaraq pulunu aldığını, oğlunu işə düzəltmədiyini və pulunu geri qaytarmadığını ona bildirmişdir. Hazırkı vaxta kimi də Nüşabə ondan borc kimi aldığı 600 manat pulu da qaytarmamışdır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 göstərdi ki, ailə üzvləri ilə birlikdə Xındırıstan kəndində yaşayırlar, subaydır. Bakı Xareoqrafiya Məktəbini bitirib. Zərərçəkmiş şəxs onun anasıdır. Özü 2-ci qrup gözdən əlildir. Təqsirləndirilən şəxs hazırkı mübahisələrindən sonra tanımışdır. Anası Zərərçəkmiş şəxs ona iş axtarmış, bir dəfə anası yaşadığı evdə olarkən ona Mehman adlı şəxsin vasitəsilə iş tapdığını bildirmiş, həmçinin 7000 manat Mehmanın pul istəməsini bildirmişdir. Anası ilə razılaşmışdır. 5700 manat qohumlarından, 600 manat Azər adlı şəxsdən almışlar və 300 manatı isə anası özü qoymuşdur. X10 7000 manat pulunun olmadığını, 6600 manat olmasını bildirmişdir. Anasından Mehman adlı şəxsin onun üçün hansı işi tapdığını soruşmuş, anası onu icra nümayəndəliklərindən birində işə düzəldəcəyini bildirmişdir. Anası 6600 manat pulu 2023-cü ilin mart-aprel aylarında Mehman adlı şəxsə verdiyini bildirmişdir. Bir müddət keçmiş, onun işi düzəlməmişdir. Buna görə də anası qardaşı Elçinin adına kredit götürərək aldığı borcları geri qaytarmışdır. Sonra anası Nüşabə Mehman adlı şəxsin onu aldadaraq vədinə əməl etmədiyini bildirmişdir. Bundan sonra anası bu barədə şikayət etmişdir. Müdafiə tərəfinin məhkəmə iclasına dəvət etdiyi və əlavə şahid qismində dindirilmiş X12 göstərdi ki, Mehman onun doğma əmisidir. Əmisinin bildirdiyindən ona məlumdur ki, əmisi Mehman 2022-ci ildə Nüşabədən 1300 manat, hər həftə 200 manat sələm verməklə pul almışdır. Sonradan əmisinin həmin pulla bağlı problemi olduğunu bilib Nüşabənin yanına getmiş, Nüşabədən əmisi Mehmanın ona cəmi nə qədər borcu olmasını soruşmuşdur ki, həmin məbləğin nədən ibarət olmasını bilsin, məbləği tam ödəsinlər. Lakin Nüşabə məbləği ona bildirməmiş, Mehmanın özünün bildiyini ona demişdir. Əmisi Mehmanın əvəzinə kömək olaraq 200 manat da Nüşabəyə özü pul vermiş, Nüşabə də həmin pulu götürmüşdür. Bir neçə dəfə hətta Nüşabə ilə pul söhbəti ilə bağlı telefon danışıqları da olub. Bir dəfə də bibisi Rasta da Mehmanın pul söhbətinə görə Nüşabənin evinə gedib, lakin Nüşabə onları qəbul etməyib. X8 6600 manat ondan pul almasına dair qəbzi isə Nüşabənin hədə-qorxusu altında yazıb, belə ki, Nüşabə əmisinə bildirib ki, bu məzmunda qəbz verməsə onu şərləyəcək, tutduracaq. Müdafiə tərəfinin məhkəmə iclasına dəvət etdiyi və əlavə şahid qismində dindirilmiş X4 göstərdi ki, Mehman onun doğma qardaşıdır. 2022-ci ilin aprel ayında yas mərasimində olarkən Mehmanın pul söhbətini eşitmişdir. Mehmandan bunun nə məsələ olmasını soruşmuş, Mehman isə bildirmişdir ki, Nüşabədən 1300 manat borc götürüb, əvəzinə 1600 manat ödəyib, lakin Nüşabə ondan yenə də pul istəyir. Nüşabə ilə danışmış, Mehmanın ona nə qədər borclu olmasını öyrənmək istəmiş, lakin Nüşabə ona məbləğ deməmiş, Mehmanın özündən soruşmasını bildirmişdir. 1 həftə sonra yenə də Nüşabəyə telefon zəngi etmiş, Nüşabə yenə də ona məbləği bildirməmişdir. Sonra Tərlan adlı bacısı ilə Nüşabənin yaşadığı evə getmiş, lakin Nüşabə onularla danışmaqdan imtina etmişdir. Bir dəfə də Mehmana kömək üçün 200 manat pul yığıb Nüşabəyə göndərmişlər. X5 6600 manat ondan pul almasına dair qəbzi isə Nüşabənin hədə-qorxusu altında yazıb, belə ki, Nüşabə Mehmana bildirib ki, bu məzmunda qəbz verməsə onu şərləyəcək, tutduracaq. Nüşabənin 6600 manat tələbi tamamilə yalandır, Nüşabə Mehmanı şərləyir. Məhkəmə iş materiallarını tam öyrənib, məhkəmə iclasında təqsirləndirilən və zərərçəkmiş şəxsi dinləyib, ittiham və müdafiə tərəfinin şahidlərinin göstərdiklərini təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq edilir. Təqsirləndirilən şəxs təqsirini etiraf etməsə də, onun məhkəmədə özünün təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri məhkəmə ağlabatan hesab etmir, onun dəlilləri işin materiallarında olan özü tərəfindən yazılmış qəbzlə, üzləşmə protokolları ilə, zərərçəkmiş və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri ilə təkzib edilir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 6600 manat almasına dair özü tərəfindən qəbz yazmışdır. Hazırda məhkəmə iclasında həmin qəbzi guya Zərərçəkmiş şəxs hədə qorxusunun təsiri altında yazmasını bildirir ki, məhkəmə bütövlükdə məhkəmə araşdırmasının nəticəsi olaraq onun bu və ya digər tipli dəlillərini özünü müdafiə xaarkterli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri sübut olunur, məhkəmə əməlin istintaq orqanı tərfindən CM-nin 178.2.4-cü maddəsi ilə tövsifini əsaslı hesab edir, ona təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Həmçinin işin məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərərin 1785 manatını qismən ödəmiş, qalan məbləği isə yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən aşağıdakıları qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, ilk dəfə olaraq ictimai təhlükəli əməllər törətməsini, ictimai həyatda ümumən müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri qismən ödəməsini və qalan məbləği də hissə-hissə ödəyəcəyi barədə göstərdiklərini, zərərçəkmişlə barışıq əldə etməyə cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 203 saylı ARAYİŞ və XASİYYƏTNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin Şükürağalı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur. X15 Dispanserinin xx.xx.2024-cü il tarixli, 816 saylı məktubundan görünür ki, M.X13 Əsəb Dispanserində dispanser müşahidəsində dayanmır. Ağdam MRX-nın 11 yanvar 2024-cü il tarixli, 8 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam MRX-nın Narkoloji Kabinetində qeydiyyatda yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilər, bu cəza onun islah olunmasına xidmət eddəcək. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun üzərinə qanunla nəzərdə tutulan bir sıra vəzifələr qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək kimi vəzifələri qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən islah olunması mümkündür, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, bu cəza onun islah olunması üçün yetərlidir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs 6600 manat maddi ziyan dəymiş, həmin ziyandan 1785 manat maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində 01 mart 2024-cü il tarixdə istintaq orqanının qərarı ilə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Maddi sübut kimi tanınmış “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 6600 manat pul almışam, xx.xx.2023-cü il tarixdə tam ödəmək şərti ilə, qəbzi özüm yazdım doğruluğunu imzamla təsdiq edirəm. İmza....” sözləri olan kağız parçası iş materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan saat 07-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Maddi sübut kimi tanınmış “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 6600 manat pul almışam, xx.xx.2023-cü il tarixdə tam ödəmək şərti ilə, qəbzi özüm yazdım doğruluğunu imzamla təsdiq edirəm. İmza....” sözləri olan kağız parçası iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar