Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-16/2024 25.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Xüsusi ittihamçı X10, Təqsirləndirilən şəxs X5, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs X2 iştirakı ilə, 16 mart 1998-ci ildə Ağdam rayonunun Yüzbaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Dövlət X4 yanğınsöndürəni işləyən, məhkum olunmamış, Ağdam rayonunun Yüzbaşlı kəndində yaşayan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Z.A.Nəsibov xx.xx.2024-cü ildə Ağdam rayonunun Yüzbaşlı kəndində qardaşı evində olduğu vaxt İ.U.Nəsibovun tiktok sosial şəbəkəsində «Kanal 21»də açdığı canlı yayıma qoşularaq sonuncunun barəsində nalayiq ifadələr işlədib böhtan, yəni yalan olduğunu bilə-bilə İ.U.Nəsibovun şərəf və ləyaqətini ləkələyən və nüfüzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymış, həmçinin İ.U.Nəsibovun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Xüsusi ittihamçı qismində məhkəmədə ifadə verən İ.U.Nəsibov göstərmişdir ki, 19 yanvar 2024-cü ildə Ağdam müxbiri profilində tiktok sosial şəbəkədə «Kanal 21»də Ağcabədi rayonu üzrə müxbir işlədiyi üçün canlı yayım açmışdır. Həmin vaxt tanışı Ziyad Nəsibov canlı yayıma qoşularaq onun anasına fahişə, əxlaqsız, anasının üstündə 500 kələ tutulduğunu demişdir. Bundan başqa Ziyad ona şərəfsiz, binamus, biqeyrət demişdir. Ziyad ona məlum olmayan səbəbdən onun ünvanına xoşagəlməz ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Z.A.Nəsibov ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, İlhami Nəsibov tiktok səhifəsində dəfələrlə onun haqqında xoşagəlməz sözlər danışmış, ona bişərəf, binamus, alçaq demişdir. Bundan başqa İlhami onun atasının ünvanına «nə işləyirsən, get pensiyanı al dolan, evdə hamınız işləyirsiniz, başqa ailələr işsiz qalmışlar» demişdir. Bu səbəbdən 19 yanvar 2024-cü ildə Ağdam rayonunun Yüzbaşlı kəndində qardaşı evində olduğu vaxt İlhami Nəsibovun tiktok sosial şəbəkədə «Kanal 21»də açdığı canlı yayıma qoşularaq onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. İlhamini sonuncunun məhkəmədə verdiyi izahatında göstərdiyi söyüşlərlə təhqir etmişdir. İlhami ilə barışmaq istədiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə baxılmış xüsusi ittihamçı tərəfindən işə əlavə edilmiş diskdən görünür ki, Z.A.Nəsibov xx.xx.2024-cü ildə İ.U.Nəsibovun tiktok sosial şəbəkədə «Kanal 21»də açdığı canlı yayıma qoşularaq sonuncunun barəsində nalayiq ifadələr işlətmişdir. Məhkəmə-linqvistik ekspertizasının xx.xx.2024-cü il tarixli 4/609 saylı rəyindən görünür ki, Z.A.Nəsibov tərəfindən xx.xx.2024-cü ildə tiktok sosial şəbəkəsində «Kanal 21»in canlı yayım zamanı iş materiallarına əlavə edilmiş bir ədəd diskdə göstərilən (eşidilən) X6 ünvanına işlədilmiş ifadələr X7 təhqir edən sözlər, ifadələr və məlumatlardr. X5 tərəfindən xx.xx.2024-cü ildə tiktok sosial şəbəkəsində «Kanal 21»in canlı yayım zamanı iş materiallarına əlavə edilmiş bir ədəd diskdə göstərilən (eşidilən) X6 ünvanına işlədilmiş ifadələr X6 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən hesab edilir. X5 tərəfindən xx.xx.2024-cü ildə tiktok sosial şəbəkəsində «Kanal 21»in canlı yayım zamanı iş materiallarına əlavə edilmiş bir ədəd diskdə göstərilən (eşidilən) X6 ünvanına işlədilmiş «şərəfsiz, binamus, alçaq» ifadələri təhqir hesab olunur. Nitqdə İ.U.Nəsibovla bağlı qeyd edilən baş verdiyi iddia olunan hallar təsdiqini tapmadığı halda böhtan kimi qiymətləndirilir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxs Z.A.Nəsibovun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Z.A.Nəsibova təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Təqasirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Z.A.Nəsibovun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsində göstərilmişdir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki,cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki,az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Həmin Qərarın 9-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngüllışdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlılığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X8rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıqaşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. 150 manat ekspertiza xərci Z.A.Nəsibovdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Xüsusi ittihamçı tərəfindən işə əlavə edilmiş Z.A.Nəsibovun xx.xx.2024-cü ildə tiktok sosial şəbəkəsinə qoşularaq İ.U.Nəsibovun barəsində nalayiq ifadələr işlətməsini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, təqsirləndirilən şəxs Z.A.Nəsibova dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib, min manat miqdarda cərimə cəzasına, 148-ci maddəsi ilə təqsirli bilinib, min manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində min iki yüz manat miqdarda cərimə qəti cəza saxlanılsın. 150 (yüz əlli) manat ekspertiza xərci X1 tutularaq dövlət büdcəsinə köçürülsün. Xüsusi ittihamçı tərəfindən işə əlavə edilmiş X2 xx.xx.2024-cü ildə tiktok sosial şəbəkəsinə qoşularaq X6 barəsində nalayiq ifadələr işlətməsini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. X3 dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-16/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-16/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver