Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-17/2024 10.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki uşağı olan, işləməyən, İİ qrup əlil, məhkum olunmamış, Ağdam rayonunun Çəmənli kəndində qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqla müəyyən edilə bilinməyən gün, vaxt və mənbədən satış məqsədi ilə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 201,55 qram olmaqla çəkiləri 2,23 qram, 3,57 qram, 3,63 qram, 1,74 qram, 2,18 qram, 4,27 qram, 3,22 qram, 4,92 qram, 1,74 qram, 2,00 qram, 3,67 qram, 4,33 qram, 4,02 qram, 3,99 qram, 3,60 qram, 3,58 qram, 3,85 qram, 4,24 qram, 3,71 qram, 3,55 qram, 2,35 qram, 3,35 qram, 3,43 qram, 4,99 qram, 3,86 qram, 3,42 qram, 3,40 qram, 2,35 qram, 4,27 qram, 3,46 qram, 4,03 qram, 1,96 qram, 3,48 qram, 4,66 qram, 3,68 qram, 4,18 qram, 3,67 qram, 3,97 qram, 2,99 qram, 4,33 qram, 3,43 qram, 2,21 qram, 3,44 qram, 3,66 qram, 4,01 qram, 3,79 qram, 2,69 qram, 3,83 qram, 4,11 qram, 4,71 qram, 3,78 qram, 4,14 qram, 1,31 qram, 4,10 qram, 4,17 qram, 3,98 qram, 4,32 qram olan bitki mənşəli kütlələri, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı ayrı-ayrılıqda 57 ədədini kibrit qutularında qablaşdıraraq Ağdam rayonu Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında olan tozsoranın içərisində, 2 ədəd sellofan paketdə təmiz çəkiləri ayrı-ayrılıqda 24,83 qram və 180 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı həmin evin mətbəxində olan dolabın içərisində 16 noyabr 2023-cü il tarixdə saat 14:05-dək Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilənədək 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 2,18 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə əynindəki qara rəngli gödəkçənin sağ yan cibində 16 noyabr 2023-cü il saat 17:26-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib xidməti otaqda üzərindən şəxsi axtarış və götürmə aparılaraq aşkar olunub götürülənədək qanunsuz olaraq ümumi təmiz çəkisi 408,56 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin mart-aprel aylarında iki ədəd çətənə toxumu əkmiş və onlar bitmişlər.Həmin ağaclardan 200-250 qram marixuana əldə etmiş və yaşadığı evdə saxlamışdır. Xatırlamadığı gün bərbərdən gəldiyi vaxt yolda polis əməkdaşları ona yaxınlaşaraq avtomobilə əyləşməsini demişlər. Onların arasında yaşadığı kənddə işləyən Aydın adlı polis əməkdaşını tanıdığı üçün avtomobilə əyləşmiş və birlikdə yaşadığı evə gəlmişlər. Evin küçə qapısının qarşısında xeyli sayda polis əməkdaşını görmüşdür. Avtomobildən düşdükdən sonra Salman adlı polis əməkdaşı onu həyətə salıb qollarına qandal vurmuş, özü isə digər polislərlə birlikdə evə girərək təxminən üç saat orada qalmışlar. Üç saat ərzində həyətdə qolları bağlı qalmışdır. Salman evdən çıxaraq narkotik vasitələri bükümlərə yığdığını və bu işdə ona kömək edəcəyini demişdir. Bundan sonra baxış keçirilməsinə razılıq ərizəsi vermişdir. Evdə baxış keçirilərkən müdafiəçi ilə təmin olunmamışdır. Salman onun arvadını da şöbəyə aparacağı ilə qorxutmuş və bükümlərin ona aid olduğunu boynuna almasına məcbur etmişdir. Bu səbəbdən çəkiliş zamanı bükümlərin ona aid olduğunu etiraf etmişdir. Əslində ona məxsus marixuana bir yerdə olmuş, marixuananı Salman bükümlərə ayırmışdır. Bir qədər sonra polis şöbəsinə aparılmış və orada üstünə baxış keçirilərkən bir büküm marixuana çıxmışdır. Həmin kibrit qutusunu onun cibinə Salman adlı polis əməkdaşı qoymuşdur. Saat 20 radələrində polis şöbəsinə vəkil gəlmişdir. Evindən çıxmış elektron tərəzini arvadı şirniyyat bişirib satarkən istifadə etmişdir. Evdə olan tozsoranın içərisindən çıxan marixuana ona məxsus olmamışdır. Marixuananı satmaq fikri olmamış, özü istifadə etmək üçün saxlamışdır. İşdə olan bir sıra sənədləri imzalamamışdır. Narkotik vasitə əldə etdiyinə görə tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, himayəsində iki uşağının olduğunu, anasının 25 avqust 2024-cü ildə vəfat etdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Polis X2 Bölməsinin sahə polis nəfəri Şahid5 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumata əsasən əməliyyat tədbiri keçirilməsi üçün qərar qəbul edildikdən sonra Şahid3 və digər əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs evinə getmişlər. Küçədə bir az gözlədikdən sonra polis əməkdaşları və Nicat gəlmişlər. Birlikdə evə baxış keçirmişlər. Baxış zamanı digər şəxslərlə birlikdə Nicat da evdə olmuş, onun qoluna qandal vurulmamış və həyətdə saxlanılmamışdır. Baxış zamanı evdə tozsoranın içərisindən, mətbəxdəki şkafdan çoxlu sayda bükümdə marixuana aşkar edilmişdir. Bundan əlavə mətbəxdən elektron tərəzi aşkar olunmuşdur. Daha sonra Nicat polis şöbəsinə aparılaraq üzərinə baxış keçirilmiş və paltarının cibindən marixuana aşkar edilmişdir. Nicatın narkotik vasitə satması barədə heç bir məlumat olmamışdır. Ağdam Rayon Polis X2 Bölməsinin sahə polis nəfəri Şahid3 şahid qismində məhkəmədə dindirilərkən Şahid5 göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis Şöbəsinin Kriminalist- Təhqiqatlar Qrupunun baş inspektoru-kriminalisti Şahid2 göstərmişdir ki, tarixi xatırlamadığı bir gün Şahid1 adlı polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək baxış keçirilməsi prosesinin videoçəkilişini aparmışdır. Polis şöbəsi tərəfindən keçirilən bütün tədbirlərdə videoçəkiliş apardığından hadisə yerinə kiminlə dəqiq getdiyini bilməmişdir. Baxış zamanı evdən narkotik vasitə çıxmışdır. Nicat özü istifadə etmək üçün narkotik vasitə saxladığını bildirmişdir. Baxış zamanı Nicatın evində sonuncudan başqa arvadı və uşağı olmuşdur. Nicatın qolunda qandal görməmişdir. Nicatın narkotik vasitələri saxlaması barədə onun məlumatı olmamışdır. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 Bölməsinin sahə rəisi Şahid4 ifadəsində bildirmişdir ki, 16 noyabr 2023-cü ildə həmin vaxt Ağdam Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid1lə birlikdə baxış keçirmək üçün Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Nicat evdə olmamışdır. Salmanla birlikdə evə baxış keçirərək mətbəxdən və yataq otağından 57 ədəd kibrit qutusunda narkotik vasitə aşkar etmişlər. Təxminən 10 dəqiqə sonra Nicat kənddə tutularaq yaşadığ evə gətirilmişdir. Evə baxış keçirilən zaman Nicat çöldə olmuş, baxış Nicatın arvadının yanında keçirilmişdir. Narkotik aşkar olunandan sonra Nicat gəlmişdir. Sonra hadisə yerinə videoçəkliş çağırılmışdır. Sonra o, polis şöbəsinə getmişdir. Daha sonra Nicat polis şöbəsinə gətirilmiş və üzərindən bir qutu marixuana aşkar edilmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, hadisə vaxtı Ağdam Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və satması barədə məlumata əsasən qərar qəbul edərək sonuncunun yaşadığı evə baxış keçirmişlər. Nicatın kiməsə narkotik satması barədə məlumat olmadığından əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə qərarda onun saxlaması əksini tapmış, narkotik vasitə satması barədə heç bir qeyd aparılmamışdır. Bir qrup əməkdaş onunla birlikdə Nicatın evinə getmiş, sahə rəisi Şahid4 və Aydın adlı köməkçi isə Təqsirləndirilən şəxs ardınca yaşadığı kənddə yerləşən bərbərxanaya getmişlər. Təxminən 5-6 dəqiqə Təqsirləndirilən şəxs həyətində gözlədikdən sonra sonuncu evə gətirilmişdi. Nicatın qoluna qandal vurmamış və Nicatı qandalda görməmişdir. Nicat gəldikdən sonra həyətə və evə baxış keçirmişlər. Mətbəxdə korobkalara yığılmamış halda quru marixuana, yataq otağında isə tozsoranın içərisində korobkalara yığılmış marixuana aşkar edilmişdir. Daha sonra Nicat polis şöbəsinə aparılmış və orada Nicatın əynindəki gödəkçəsinin cibindən bir qutu marixuana aşkar edilmişdir. Nicat aşkar edilmiş marixuanaları istifadə etmək üçün saxladığını bildirmişdir. Nicata hədə qorxu gəlməmiş və cibinə marixuana qoymamışdır. Sahə müvəkkili Şahid4 Təqsirləndirilən şəxs həyətində olmuş, lakin baxış prosesində iştirak etməmişdir. Şahid4 Təqsirləndirilən şəxs evində sonuncunun iştirakı olmadan onunla birlikdə baxış keçirməsi barədə məhkəmədə verdiyi ifadəsi yalan olmuşdur. Həmin ərəfədə bir neçə əməliyyat tədbiri həyata keçirdiyi üçün Nicatın evinə kimlə getməsi və orada baxış prosesində neçə nəfərin iştirak etməsini xatırlamamışdır. Şahid qismində məhkəmədə ifadə verən X5 göstərmişdir ki, saat 11 radələrində yaşadığı evin həyətində olan əldamında olduğu vaxt həyətdə üç nəfər tanımadığı mülki geyimdə olan şəxsi görmüşdür. Onlardan kim olduğunu soruşduqda polis əməkdaşı Salman olduğunu və narkotik axtarmaq üçün gəldiklərini demişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxs evdə olmamışdır. Üç nəfər onun etiraz etməsinə baxmayaraq evə girmişlər. Onların dalınca evə girmiş, lakin polislər onu qonaq otağına salaraq çölə çıxmağa imkan verməmişlər. Təxminən 20 dəqiqə sonra əri Təqsirləndirilən şəxs polislər tərəfindən həyətə gətirilmiş və qoluna qandal vurularaq küçə qapısının qarşısında saxlanılmışdır. Həyətdə təxminən 20 nəfər polis olmuşdur. Polislər təxminən 2-3 saat axtarış aparmışlar. Qonaq otağında olduğu vaxt polis əməkdaşları həmin otağa gələrək çantadan stolun üstünə əşya qoyaraq narkotik olduğunu demişlər. Bundan sonra Nicatın qolundan qandal açılmış və polislər Nicatı evə buraxmışlar. Ərinin narkotik saxlamasından məlumatı olmamışdır. Özü kənd məhsullarının alveri və şirniyyat bişirib satmaqla məşğul olmuşdur. Şirniyyat bişirmək üçün təxminən iki il əvvəl internet vasitəsi ilə tərəzi sifariş edib almışdır. Axtarış zamanı polislər ona psixi təsir göstərmişlər. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 Bölməsinin sahənin polis nəfəri X7 ifadəsində bildirmişdir ki, 8 ildir Nicatın yaşadığı Çəmənli kəndində işləyir. Tarixi xatırlamadığı gün Tamerlan adlı əməliyyatçı ona zəng vuraraq Çəmənli kəndində Vüqarın bərbərxanasının yerini soruşmuşdur. İdarə etdiyi avtomobillə Tamerlanın yanına gedərək sonuncunu Vüqarın bərbərxanasına gətirmişdir. Bərbərxanaya çatdıqda Tamerlan yaxınlıqda dayanmış Təqsirləndirilən şəxs göstərərək onu axtardğını demişdir. Nicatı çağıraraq avtomobilə dəvət etmiş və birlikdə sonuncunun yaşadığı evin küçəsinə gəlmişlər. Nicatın həyətində polis əməkdaşlarını görmüşdür. Təxminən 10 dəqiqə sonra oradan polis məntəqəsinə getmiş və geri qayıdarkən Təqsirləndirilən şəxs qolunda qandal görmüşdür. Nicatın həyətində baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1187 saylı rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd Levis yazısı olan sellofan içərisində 29 ədəd kibrit qutusunun içərisində narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan sellofan paketdeki 29 (iyirmi doqquz) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 2,23 qram, 3,57 qram, 3,63 qram, 1,74 qram, 2,18 qram, 4,27 qram, 3,22 qram, 4,92 qram, 1,74 qram, 2,00 qram, 3,67 qram, 4,33 qram, 4,02 qram, 3,99 qram, 3,60 qram, 3,58 qram, 3,85 qram, 4,24 qram, 3,71 qram, 3,55 qram, 2,35qram, 3,35 qram, 3,43 qram, 4,99 qram, 3,86 qram, 3,42 qram, 3,40 qram, 2,35 qram, 4,27 qram, ümumi təmiz çəkisi 99,46 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar (1-29 №-li obyektlər); -tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd üzərində şəkil olan olan sellofan içərisində 28 ədəd kibrit qutusunun içərisində narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan sellofan paketdəki 28 (iyirimi səkkiz) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3,46 qram, 4,03 qram, 1,96 qram, 3,48 qram, 4,66 qram, 3,68 qram, 4,18 qram, 3,67 qram, 3,97qram, 2,99 qram, 4,33 qram, 3,43 qram, 2,21 qram, 3,44 qram, 3,66 qram, 4,01 qram, 3,79 qram, 2,69 qram, 3,83 qram, 4,11 qram, 4,71qram, 3,78 qram, 4,14 qram, 1,31 qram, 4,10 qram, 4,17 qram, 3,98 qram, 4,32 qram ümumi təmiz çəkisi 102,09 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar (30-57 №-li obyektlər); -tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd içərisində narkotik vasitəyə bənzər kibrit qutusu» yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 2,18 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır(58 №-li obyekt); -tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd göy rəngli sellofanın içərisində 01 ədəd ağ rəngli sellofanın içərisində narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan göy rəngli sellofan paketdəki 1 (bir) ədəd ağ rəngli sellofan paketdə, təmiz çəkisi 24,83 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (59 №-li obyekt); -tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Çəmənli kəndindəki evindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli içərisində narkotik vasitəyə bənzər kütlə olan sellofan 190 qram» yazı və imzalar olan sellofan paketdəki təmiz çəkisi 180 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (60 №-li obyekt); -tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalardan 1-57, 60 №-li obyektlər tərkiblərinə görə eynidirlər, 58-59 №-li obyektlər tərkiblərinə görə eynidir, 1-57, 60 №-li obyektlər ilə 58-59 №-li obyektlər tərkiblərinə görə eyni deyildir. - tədqiqata təqdim olunmuş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd SF-400 markalı elektron tərəzi» yazı və imzalar olan sellofan paketdəki 1(bir) ədəd elektron tərəzinin üzərində, narkotik vasitə və psixotrop maddə hissəcikləri və izləri yoxdur (61№-li obyekt). Marixuananın ümumi təmiz çəkisi 408,56 qram olmuş, tədqiqata 1,2 qram sərf edilmiş, qalıq 407,36 qram təşkil edir. Təkrar məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/189 saylı rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd Levis yazısı olan sellofan içərisində 29 ədəd kibrit qutusunun içərisində narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan MEM-ə məxsus kağız paketdəki, 1 (bir) ədəd sellofan torbada 29 (iyirimi doqquz) ədəd kibrit qutularında, ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 2,21 qram, 3,55 qram, 3,61 qram, 1,72 qram, 2,16 qram, 4,25 qram, 3,20 qram, 4,90 qram, 1,72 qram, 1,98 qram, 3,65 qram, 4,31 qram, 4,00 qram, 3,97 qram, 3,58 qram, 3,56 qram, 3,83 qram, 4,22 qram, 3,69 qram, 3,53 qram, 2,33 qram, 3,33 qram, 3,41 qram, 4,97 qram, 3,84 qram, 3,40 qram, 3,38 qram, 2,33 qram, 4,25 qram, ümumi təmiz çəkisi 98,88 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar(1-29№-li obyektlər); - 17 noyabr 2023-cü il tarixli 16/1187 saylı ekspert rəyinə əsasən ilkin tədqiqat zamanı həmin marixuanaların ayrı-ayrılıqda təmiz çəkiləri 2,23 qram, 3,57 qram, 3,63 qram, 1,74 qram, 2,18 qram, 4,27 qram, 3,22 qram, 4,92 qram, 1,74 qram, 2,00 qram, 3,67 qram, 4,33 qram, 4,02 qram, 3,99 qram, 3,60 qram, 3,58 qram, 3,85 qram, 4,24 qram, 3,71qram, 3,55 qram, 2,35 qram, 3,35 qram, 3,43 qram, 4,99 qram, 3,86 qram, 3,42 qram, 3,40 qram, 2,35 qram, 4,27 qram, ümumi təmiz çəkisi 99,46 qram olmuşdur. İlkin təqdiqat zamanı hər obyektdən 0,02 qram tədqiqata sərf edilmişdir. Tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd üzərində şəkil olan olan sellofan içərisində 28 ədəd kibrit qutusunun içərisində narkotik vasitəyə bənzər kütlə yazı və imzalar olan MEM-ə məxsus kağız paketdəki, 1(bir)ədəd sellofan torbada, 28 (iyirimi səkkiz) ədəd kibrit qutularında, ayrıayrılıqda qalıq təmiz çəkiləri 3,44 qram, 4,01 qram, 1,94 qram, 3,46 qram, 4,64 qram, 3,66 qram, 4,16 qram, 3,65 qram, 3,95 qram, 2,97 qram, 4,31 qram, 3,41 qram, 2,19 qram, 3,42 qram, 3,64 qram, 3,99 qram, 3,77 qram, 2,67 qram, 3,81 qram, 4,09 qram, 4,69 qram, 3,76 qram, 4,12 qram, 1,29 qram, 4,08 qram, 4,15 qram, 3,96 qram, 4,30 qram ümumi təmiz çəkisi 101,53 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. (30-57 №-li obyektlər); - 17 noyabr 2023-cü il tarixli 16/1187 saylı ekspert rəyinə əsasən ilkin tədqiqat zamanı həmin marixuanaların ayrı-ayrılıqda təmiz çəkiləri 3,46 qram, 4,03 qram, 1,96 qram, 3,48 qram, 4,66 qram, 3,68 qram, 4,18 qram, 3,67 qram, 3,97 qram, 2,99 qram, 4,33 qram, 3,43 qram, 2,21 qram, 3,44 qram, 3,66 qram, 4,01 qram, 3,79 qram, 2,69 qram, 3,83 qram, 4,11 qram, 4,71 qram, 3,78 qram, 4,14 qram, 1,31 qram, 4,10 qram, 4,17 qram, 3,98 qram, 4,32 qram ümumi təmiz çəkisi 102,09 qram olmuşdur. İlkin təqdiqat zamanı hər obyektdən 0,02 qram tədqiqata sərf edilmişdir; - tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd içərisində narkotik vasitəyə bənzər kibrit qutusu» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda, qalıq təmiz çəkisi 2,16qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (58 №-li obyekt); - 17 noyabr 2023-cü il tarixli 16/1187 saylı ekspert rəyinə əsasən ilkin tədqiqat zamanı həmin marixuananın təmiz çəkisi 2,18 qram olmuşdur. İlkin təqdiqat zamanı obyektdən 0,02 qram tədqiqata sərf edilmişdir. - tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd göy rəngli sellfoanın içərisində 01ədəd ağ rəngli sellofanın içərisində narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan MEM-ə məxsus kağız paketdəki, göy rəngli sellofan torbada olan digər 1(bir)ədəd ağ rəngli sellofan torbada qalıq təmiz çəkisi 24,81qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (59 №li obyektlər); - 17 noyabr 2023-cü il tarixli 16/1187 saylı ekspert rəyinə əsasən ilkin tədqiqat zamanı həmin marixuananın təmiz çəkisi 24,83 qram olmuşdur. İlkin təqdiqat zamanı obyektdən 0,02 qram tədqiqata sərf edilmişdir; - tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Çəmənli kəndindəki evindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli içərisində narkotik vasitəyə bənzər kütlə olan sellofan 190 qram» yazı və imzalar olan MEM-ə məxsus kağız paketdəki, sellofan torbada təmiz çəkisi 179,98 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (60 №-li obyekt); - 17 noyabr 2023-cü il tarixli 16/1187 saylı ekspert rəyinə əsasən ilkin tədqiqat zamanı həmin marixuananın təmiz çəkisi 180 qram olmuşdur. İlkin təqdiqat zamanı obyektdən 0,02 qram tədqiqata sərf edilmişdir; - tədqiqata təqdim edilmiş 5 (beş) ədəd kağız paketlərdə olan marixuanaların (1- 29№-li, 30-57№-li ob 58№-li ob 59№-li ob 60№-li ob) tərkibində kəkotu, əvəlik və sair kimi kənar bitki mənşəli kütlələr aşkarlanmadı. Marixuananın çəkisi 407,36 qram olmuş, tədqiqata 1,2 qram sərf edilmiş, qalıq 406,16 qram təşkil edir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 130 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuana sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 799 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətindədir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin video çəkilişdən görünür ki, 16 noyabr 2023-cü ildə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonunun Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağından ona məxsus 57 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,23 qram, 3,57 qram, 3,63 qram, 1,74 qram, 2,18 qram, 4,27 qram, 3,22 qram, 4,92 qram, 1,74 qram, 2,00 qram, 3,67 qram, 4,33 qram, 4,02 qram, 3,99 qram, 3,60 qram, 3,58 qram, 3,85 qram, 4,24 qram, 3,71 qram, 3,55 qram, 2,35qram, 3,35 qram, 3,43 qram, 4,99 qram, 3,86 qram,3,42 qram, 3,40 qram, 2,35 qram, 4,27 qram, 3,46 qram, 4,03 qram, 1,96 qram, 3,48 qram, 4,66 qram, 3,68 qram, 4,18 qram, 3,67 qram, 3,97qram, 2,99 qram, 4,33 qram, 3,43 qram, 2,21 qram, 3,44 qram, 3,66 qram, 4,01 qram, ,3,79 qram, 2,69 qram, 3,83 qram, 4,11 qram, 4,71qram, 3,78 qram, 4,14 qram, 1,31 qram, 4,10 qram, 4,17 qram, 3,98 qram, 4,32 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və həmin otaqdan 1 ədəd elektron tərəzi, həmin evin mətbəxindən isə 2 ədəd sellofan paketdə təmiz çəkiləri ayrı-ayrılıqda 24,83 qram və 180 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və həmin maddələr təhqiqatçı Çərkəz Quliyev tərəfindən qablaşdırılaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan və video çəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,18 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və həmin narkotik vasitə təhqiqatçı Çərkəz Quliyev tərəfindən qablaşdırılaraq götürülmüşdür. Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, hazırki cinayət işi üzrə tərtib edilmiş əməliyyat tapşırığı əsasında Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə üzərində saxlamışdır. Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-61/2-10594/2024 saylı arayışından görünür ki, RPŞ-nin X3 sabiq əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli əmrlə daxili işlər orqanlarından xaric edilmişdir. Məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1058 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 8-ci vərəqində olan şifahi məlumatların qəbulu barədə protokolda ərizəçi qrafasındakı imza, 9-14-cü vərəqlərində olan baxış keçirilməsi haqqında protokolun vərəqlərində 1 rəqəmi qarşısında imzalar (6 ədəd), 17-18-ci vərəqlərində olan şübhəli şəxsin tutulması haqqında qərarda «şübhəli şəxs» qrafasındakı imza, 19-20-ci vərəqində olan şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildirişdə «şübhəli şəxs» qrafasındakı imza, 21-22-ci vərəqlərində olan şübhəli şəxsin müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi haqqında protokolda «şübhəli şəxs» qrafasındakı imza, 23-cü vərəqində olan şifahi məlumatların qəbulu barədə protokolda «ərizəçi» qrafasındakı imza, 24-cü vərəqində olan müdafiəçinin hüquqi yardımından istifadə etmək barədə şübhəli şəxsə hüquqlarının izah edilməsi barədə protokolda «şübhəli şəxs» qrafasındakı imza, 30-cu vərəqində olan müdafiəçinin təqdim edilməsi barədə protokolda «şübhəli şəxs» qrafasındakı imza, 31-32-ci vərəqlərində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolda «şübhəli şəxs» qrafasındakı imza, 33-cü vərəqində olan bildirişdə «imza» qrafasındakı imza, 34-cü vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda «şübhəli şəxs» qrafasındakı imza, 35-ci vərəqində olan cinayət törətməkdə şübhə edilən şəxsə hüquqlarının izah edilməsi barədə bildirişin və qərarı surətinin verilməsi haqqında protokolda «şübhəli şəxs» qrafasındakı imza, 38-40-cı vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması barədə protokolun 1-ci vərəqinin sol hissəsində yuxarıdan 1-ci imza, 2-ci vərəqənin yuxarı hissəsində imza qrafasındakı imza və aşağı sol hissəsində yuxarıdan 1-ci imza, 3-cü vərəqində «iştirak edən şəxslər» qrafasında «Təqsirləndirilən şəxs» yazısı qrafasındakı imza, 42-43-cü vərəqlərində olan izahatın 1-ci vərəqində «Təqsirləndirilən şəxs» qrafasındakı və aşağı sol hissədəki imzalar, 2-ci vərəqində «imza» qrafasındakı imza, 47-ci vərəqində olan şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol «şübhəli şəxs» qrafasındakı imza, 66-67-ci vərəqlərində olan şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildirişdə «şübhəli şəxs» qrafasındakı imza, 68-ci vərəqində olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə «şübhəli şəxs» qrafasındakı imza, 69-cu vərəqində olan şübhəli şəxsə hüquq və vəzifələrinin, eləcə də İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları izah edilərək buna dair yazılı bildirişlərin və şübhəli şəxs qismində tutulma barədə qərarın surətinin təqdim olunması haqqında protokolda «şübhəli şəxs» qrafasındakı imza, 70-ci vərəqində olan etiraz edilə bilən şəxslər barəsində məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda «şübhəli şəxs» qrafasındakı imza, 72-74-cü vərəqlərində olan şübhəli şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar (4 ədəd), 82- 84-cü vərəqlərində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda «təqsirləndirilən şəxs» qrafasındakı imza, 89-cu vərəqində olan bildirişdə «imza» qrafasındakı imza, 91-ci vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların təqsirləndirilən şəxsə bildirilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imza, 92-94-cü vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar (4 ədəd), 97-ci vərəqində olan məktubun aşağı hissəsində «1» rəqəmi qarşısındakı imza, 107-ci vərəqində olan həbsə alma ilə bağlı məhkəməyə təqdim edilən materiallarla tanış olma haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imza, 145-ci vərəqində olan təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imza, 161-ci vərəqində olan təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imza, 181-183-cü vərəqlərində olan təqsirləndirilən şəxsin təkrar dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar (4 ədəd), 186-cı vərəqində olan təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imza, 190-cı vərəqində olan məktubda «1» rəqəmi qarşısındakı imza, 194-cü vərəqində olan təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imza, 222-ci vərəqində olan təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işinin 71-ci vərəqində olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda «şübhəli şəxs» qrafasındakı imzanın, 86-88-ci vərəqlərində olan təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair bildirişdə «təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 90-cı vərəqində olan təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 212-ci vərəqində olan ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdim edilən materiallarla tanış etmə haqqında protokolda «təqsirləndirilən şəxs» qrafasındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı (tədqiq olunan imzaları Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, qrafik materialların azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun). Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün ittiham tərəfindən məhkəməyə mötəbər sübut, həmçinin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi barədə dəlillər təqdim edilməmişdir. İş materiallarının 5-ci vərəqində olan Ağdam Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rizvan Rüstəmov tərəfindən təsdiq edilərək Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili tərəfindən qəbul olunmuş əməliyyat tədbirinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumata əsasən onun üzərinə və yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. Sözügedən qərarda Təqsirləndirilən şəxs narkotik vasitələri satması və ya başqa üsulla yayılmasına yönəldilmiş hərəkətlər etməsi barədə hər hansı bir əməliyyat məlumatının olması göstərilməmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X2 Bölməsinin əməkdaşları Şahid5, Şahid3, Şahid2, Şahid4 və Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə heç bir məlumatlarının olmadığını göstərmişlər. Əməliyyat tədbirinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı qəbul etmiş Şahid1 isə məhkəmədə şahid qismində verdiyi ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və satması barədə məlumata əsasən qərar qəbul edərək sonuncunun yaşadığı evə baxış keçirmişlər. Nicatın kiməsə narkotik satması barədə məlumat olmadığından əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə qərarda onun saxlaması əksini tapmış, narkotik vasitə satması barədə heç bir qeyd aparılmamışdır. İşə baxılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd elektron tərəzini maddi sübut kimi tanıyaraq onu təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dəlil gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində evindən çıxmış elektron tərəzini arvadı şirniyyat bişirib satarkən istifadə etdiyini göstərmişdir. Bundan başqa ibtidai istintaq orqanında və məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin arvadı X5 göstərmişdir ki, kənd məhsullarının alveri və şirniyyat bişirib satmaqla məşğul olmuşdur. Şirniyyat bişirmək üçün təxminən iki il əvvəl internet vasitəsi ilə tərəzi sifariş edib almışdır. Həmçinin iş üzrə keçirilərək məhkəmədə tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1187 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd SF-400 markalı elektron tərəzi» yazı və imzalar olan sellofan paketdəki 1(bir) ədəd elektron tərəzinin üzərində, narkotik vasitə və psixotrop maddə hissəcikləri və izləri yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş içərisində narkotik vasitə olan bükümlərin çəkisi müxtəlif olmuş, lakin onlar eyni dolabda üzərində çəkisi göstərilməyən və başqa işarə vurulmamış kibrit qutularında saxlanılmışdır (2,23 qram, 3,57 qram, 3,63 qram, 1,74 qram, 2,18 qram, 4,27 qram, 3,22 qram, 4,92 qram, 1,74 qram, 2,00 qram, 3,67 qram, 4,33 qram, 4,02 qram, 3,99 qram, 3,60 qram, 3,58 qram, 3,85 qram, 4,24 qram, 3,71 qram, 3,55 qram, 2,35 qram, 3,35 qram, 3,43 qram, 4,99 qram, 3,86 qram, 3,42 qram, 3,40 qram, 2,35 qram, 4,27 qram, 3,46 qram, 4,03 qram, 1,96 qram, 3,48 qram, 4,66 qram, 3,68 qram, 4,18 qram, 3,67 qram, 3,97 qram, 2,99 qram, 4,33 qram, 3,43 qram, 2,21 qram, 3,44 qram, 3,66 qram, 4,01 qram, 3,79 qram, 2,69 qram, 3,83 qram, 4,11 qram, 4,71 qram, 3,78 qram, 4,14 qram, 1,31 qram, 4,10 qram, 4,17 qram, 3,98 qram, 4,32 qram, 2 ədəd sellofan paketdə 24,83 qram, 180 qram, 2,18 qram). Bu hal ona dəlalət edir ki, narkotik vasitə bükümlərə ayrılarkən Təqsirləndirilən şəxs onları tərəzidə çəkməmiş və çəkisinin hansı miqdarda olması Təqsirləndirilən şəxs üçün əhəmiyyət kəsb etməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs elektron tərəzidən itifadə etməsi məhkəmə baxışında sübut olunmamışdır. İttiham tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini təsdiq etmək üçün ən əsas sübut kimi təqdim etdiyi fakt narkotik vasitənin bükümlərdə olması olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Ağdam Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü ildə qərar qəbul edilib Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbiri həyata keçirilərkən Təqsirləndirilən şəxs müdafiə hüququ və qanunvericiliyin tələbləri pozulmuşdur. Daha sonra, yəni xx.xx.2023-cü ildə Ağdam Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid1 daxili işlər orqanlarından xaric edilmişdir. Belə ki, Ağdam Rayon Polis X2 Bölməsinin sahə polis nəfəri Şahid5 şahid qismində məhkəmədə verdiyi ifadəsində əməliyyat tədbiri keçirilməsi üçün qərar qəbul edildikdən sonra Şahid3 və digər əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs evinə getdiklərini, küçədə bir az gözlədikdən sonra polis əməkdaşları və Nicatın gəldiklərini, birlikdə evə baxış keçirdiklərini, baxış zamanı digər şəxslərlə birlikdə Nicatın da evdə olduğunu, onun qoluna qandal vurulmadığını və həyətdə saxlanılmadığını göstərmişdir. Şahid5 göstərdiyi xüsusatları şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 Bölməsinin sahə polis nəfəri Şahid3 da təsdiq etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis Şöbəsinin Kriminalist- Təhqiqatlar Qrupunun baş inspektoru-kriminalisti Şahid2 göstərmişdir ki, tarixi xatırlamadığı bir gün Şahid1 adlı polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs qolunda qandal görmədiyini bildirmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, hadisə vaxtı Ağdam Rayon Polis X1 Qrupunun sabiq əməliyyat müvəkkili vəzifəsində işlədiyini, bir qrup əməkdaşın onunla birlikdə Nicatın evinə getdiyini, sahə rəisi Şahid4 və Aydın adlı köməkçinin isə Təqsirləndirilən şəxs ardınca yaşadığı kənddə yerləşən bərbərxanaya getdiklərini, təxminən 5-6 dəqiqə Təqsirləndirilən şəxs həyətində gözlədikdən sonra sonuncunun evə gətirildiyini, Nicatın qoluna qandal vurmadığını, Nicat gəldikdən sonra həyətə və evə baxış keçirdiklərini, sahə rəisi Şahid4 Təqsirləndirilən şəxs həyətində olduğunu, lakin baxış prosesində iştirak etmədiyini qeyd etmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 Bölməsinin sahə rəisi Şahid4 isə ifadəsində yuxarıda qeyd olunan polis əməkdaşlarının ifadələrinə zidd olaraq 6 noyabr 2023-cü ildə həmin vaxt Ağdam Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid1lə birlikdə baxış keçirmək üçün Təqsirləndirilən şəxs yaşadığı evə getdiklərini, həmin vaxt Nicat evdə olmadığını, Salmanla birlikdə evə baxış keçirərək mətbəxdən və yataq otağından 57 ədəd kibrit qutusunda narkotik vasitə aşkar etdiklərini, təxminən 10 dəqiqə sonra Nicatın kənddə tutularaq yaşadığı evə gətirildiyini, evə baxış keçirilən zaman Nicatın çöldə olduğunu, baxışı Nicatın arvadının yanında keçirildiyini, narkotik aşkar olunandan sonra Nicatın gəldiyini, sonra hadisə yerinə videoçəkliş çağırıldığını, sonra polis şöbəsinə getdiyini, Nicatın polis şöbəsinə gətirildiyini və üzərindən bir qutu marixuana aşkar edildiyini bildirmişdir. Şahid qismində məhkəmə ifadə verən Ağdam Rayon Polis X2 Bölməsinin sahə polis nəfəri X7 ifadəsində Tamerlan adlı əməliyyatçının ona zəng vuraraq Çəmənli kəndində Vüqarın bərbərxanasının yerini soruşduğunu, idarə etdiyi avtomobillə Tamerlanın yanına gedərək sonuncunu Vüqarın bərbərxanasına gətirdiyini, bərbərxanaya çatdıqda Tamerlan yaxınlıqda dayanmış Təqsirləndirilən şəxs göstərərək onu axtardığını dediyini, Nicatı çağıraraq avtomobilə dəvət etdiyini və birlikdə sonuncunun yaşadığı evin küçəsinə gəldiklərini, Nicatın həyətində polis əməkdaşlarını gördüyünü, təxminən 10 dəqiqə sonra oradan polis məntəqəsinə getdiyini və geri qayıdarkən Təqsirləndirilən şəxs qolunda qandal gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən 2023-cü ilin mart-aprel aylarında iki ədəd çətənə toxumu əkdiyini və onların bitdiyini, həmin ağaclardan 200-250 qram marixuana əldə etdiyini, yaşadığı evdə saxladığını, bərbərdən gəldiyi vaxt yolda polis əməkdaşlarının ona yaxınlaşaraq avtomobilə əyləşməsini dediklərini, onların arasında yaşadığı kənddə işləyən Aydın adlı polis əməkdaşını tanıdığı üçün avtomobilə əyləşdiyini və birlikdə yaşadığı evə gəldiklərini, evin küçə qapısının qarşısında xeyli sayda polis əməkdaşını gördüyünü, avtomobildən düşdükdən sonra Salman adlı polis əməkdaşı onu həyətə salıb qollarına qandal vurduğunu, Salmanın digər polislərlə birlikdə evə girərək təxminən üç saat orada qaldıqlarını, üç saat ərzində həyətdə qolları bağlı qaldığını, Salman evdən çıxaraq narkotik vasitələri bükümlərə yığdığını və bu işdə ona kömək edəcəyini dediyini. bundan sonra baxış keçirilməsinə razılıq ərizəsi verdiyini, evdə baxış keçirilərkən müdafiəçi ilə təmin olunmadığını, Salmanın onun arvadını da şöbəyə aparacağı ilə qorxutduğunu və bükümlərin ona aid olduğunu boynuna almasına məcbur etdiyini, bu səbəbdən çəkiliş zamanı bükümlərin ona aid olduğunu etiraf etdiyini, əslində ona məxsus marixuana bir yerdə olduğunu, marixuananı Salmanın bükümlərə ayırdığını, bir qədər sonra polis şöbəsinə aparıldığını və orada üstünə baxış keçirilərkən bir büküm marixuana çıxdığını, həmin kibrit qutusunu onun cibinə Salman adlı polis əməkdaşının qoyduğunu bildirmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs arvadı X5 yaşadığı evin həyətində olan əldamında olduğu vaxt həyətdə üç nəfər tanımadığı mülki geyimdə olan şəxsi gördüyünü, onlardan kim olduğunu soruşduqda polis əməkdaşı Salman olduğunu və narkotik axtarmaq üçün gəldiklərini dediyini, həmin vaxt əri Təqsirləndirilən şəxs evdə olmadığını, onun etiraz etməsinə baxmayaraq üç nəfər şəxsin evə girdiklərini, onların dalınca evə girmiş, lakin polislər onu qonaq otağına salaraq çölə çıxmağa imkan vermədiklərini, təxminən 20 dəqiqə sonra əri Təqsirləndirilən şəxs polislər tərəfindən həyətə gətirildiyini və qoluna qandal vurularaq küçə qapısının qarşısında saxlanıldığını, qonaq otağında olduğu vaxt polis əməkdaşları həmin otağa gələrək çantadan stolun üstünə əşya qoyaraq narkotik olduğunu dediklərini, bundan sonra Nicatın qolundan qandal açıldığını və polislərin Nicatı evə buraxdıqlarını, axtarış zamanı polislərin ona psixi təsir göstərdiklərini bildirmişdir. Təqsirləndirilən şəxsin və sonuncunun arvadının, həmçinin Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının məhkəmədə verdikləri ziddiyyətli ifadələrdən məhkəmə bu qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilərkən sonuncu evdə olmamış, lakin sonradan Təqsirləndirilən şəxs baxış keçirilməsinə dair razılıq ərizəsi alınmış və videoçəkiliş aparılaraq sonuncudan etirafedici ifadə alınmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində yaşadığı evdə özü istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etdiyindən məhkəmə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlmişdir. Məhkəmə baxışında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla onun əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehlak etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması məhkəmə baxışında sübut olunmamışdır. Beləliklə məhkəmə baxışında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 201,55 qram, 24,83 qram və 180 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Ağdam rayonunun Çəmənli kəndində yerləşən fərdi yaşayış evində 16 noyabr 2023-cü il saat 14:05-dək Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilənədək, 2,18 qram narkotik vasitə qurudulnmuş marixuananı isə 16 noyabr 2023-cü il saat 17:26-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib xidməti otaqda üzərindən şəxsi axtarış və götürmə aparılaraq aşkar olunub götürülənədək qanunsuz olaraq saxlamışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs mötəbər dəlillərə əsaslanmayan, yalnız formal mülahizələrə və ehtimallara söykənən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsində göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 44.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının Cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 346.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 32.2.7-ci maddəsində göstərilmişdir ki, məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Cinayət prosesində tərəflərin çəkişməsindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsində göstərilmişdir ki, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət işinə məhkəmədə baxılarkən məlum olmuşdur ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə və özünə qarşı ifadə verməmək hüququ pozulmuş, həmçinin bəzi prosessual hərəkətlər icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Ən başlıca pozuntu bundan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs faktiki olaraq şübhəli şəxs qismində tutulduğu halda müdafiəçi ilə təmin olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində aşağıdakı fiziki şəxs tanınır: 90.1.1. ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs; 90.1.2. cinayət törətməkdə şübhələndiyinə görə tutulmuş şəxs; 90.1.3. haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan aşağıdakı müddətlərdə şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil: 90.2.1. tutulmuş şəxsi – 48 saatdan artıq (bu Məcəllənin 147.8-ci maddəsində nəzərdə tutulmu hal istisna olunmaqla); 90.2.2. həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi – qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddət qurtaranadək cinayət prosesini həyata keçirən orqan şübhəli şəxsi azad edərək, haqqında seçilmiş qətimkan tədbirini ləğv etməli və ya onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarmalıdır. Həmin Məcəllənin 90.5-ci maddəsində göstərilmişdir ki, şəxs azad edildiyi, haqqında seçilmiş qətimkan tədbiri ləğv olunduğu və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarıldığı andan şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunur. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnun həyata keçirilməsinə mane olmamalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 16:45də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(013)-28/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(013)- 28/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(013)-29/2023 saylı qərarı ilə ev dustaqlığı ilə əvəz edilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə və ev dustaqlığında saxlanıldığı doqquz ay iyirmi dörd gün müddət bir il yeddi ay iyirmi gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, lakin 2-ci qrup əlil olduğu üçün barəsində məcburi müalicə tətbiq edilə bilməz. Lakin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə görə tutduğu əməldən peşmançılıq hissi keçirməsi, İİ qrup əlil olması, himayəsində xx.xx.2011-ci ildə anadan olmuş Emil adlı azyaşlı, xx.xx.2007-ci ildə Nihad adlı yetkinlik yaçına çatmayan uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudalarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 406,16 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, bir ədəd elektron tərəzi sahibi X4 qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd «DVD» diski, üzərinə şəxsi axtarış keçirlən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. 275,60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından görünür ki, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 18 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə qədər həbsdə və ev dustaqlığında saxlanıldığı doqquz ay iyirmi beş gün müddət bir il yeddi ay iyirmi gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il dörd ay on gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağdam rayonunun Çəmənli kəndində yerləşən evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında ev dustaqlığından azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 406,16 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan bir ədəd elektron tərəzi sahibi X4 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd «DVD» diski, üzərinə şəxsi axtarış keçirlən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılsın. 275 (iki yüz yetmiş beş) manat 60 (altmış) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 18 iş saatı üçün hər saatı 6 manat olmaqla 108 (yüz səkkiz) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-17/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-17/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver