Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-17/2025 01.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.Axundov küçəsi ev 4 A mənzil 35də qeydiyyatda olan, Bak şəhəri Nizami rayonu C.Naxçıvani küçəsi bina 20 mənzil 28-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü ildə saat 01 radələrində Ağdam rayonunun Şelli kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus olan düşərgənin yataqxana üçün nəzərdə tutulmuş konteynerində Zərərçəkmiş şəxs ilə sonuncunun ucadan danışaraq onun istirahətinə mane olması barədə xəbərdarlığına məhəl qoymamasını bəhanə edib yaratdığı mübahisə zamanı başı ilə və yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurub konteynerdən çölə çıxartmış, orada olan şəxslər tərəfindən aralaşdıldıqdan sonra Zərərçəkmiş şəxs mübahisənin davamı olaraq yenidən üzərinə gəlib ona kəllə zərbəsi vurduqdan sonra düşərgənin həyətindəki yeməkxananın qarşısında olan əlüzyuyan üzərindən götürdüyü bir ədəd kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə beş dəfə E.R. Allahverdiyevə zərbə vururaq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində şirkətdə sürücü işləmişdir. 06 noyabr 2024-cü ildə saat 00-01 radələrində vaqonda yatdığı vaxt Edik və Prviz adlı şəxslər gələrək nərd-taxta oynamışlar. Həmin otaq onun yatması üçün nəzərdə tutulmuş, Edikin otağı başqa olmuşdur. Edik araq içdiyindən səs-küy edərək onun istirahətini pozmuşdur. Edikə etiraz etdikdə sonuncu onun üstünə gələrək onu itələmiş, o isə Edikin burun nahiyyəsindən başı ilə vurmuşdur. Daha sonra Ediklə əlbəyaxa olmuş, Edik onu yerə yıxıb boğmaq istəmişdir. Sifətindən xəsarət aldığından əl-üzünü yumaq üçün mətbəxə keçmiş, orada olduğu vaxt Edik yenidən onun üstünə gəlmişdir. Mətbəxdən bıçaq götürərək Edikin ayağından vurmuşdur. Özünü müdafiə etmək üçün Ediki bıçaqla vurmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını qeyd etməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq və məhkəmə prosesi gedişində onunla saxlanılmış telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Üzrlü səbəbdən məhkəmə baxışında iştirak etməyən Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 2023-cü ildən V-MANN şirkətində sürücü kimi işə başlamışdır. İlkin olaraq Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində işləmiş, daha sonra isə bir neçə rayonda fəaliyyət göstərmişdir. 2024-cü ilin noyabr ayının 4-də Ağdam rayonu, Şelli kəndində işə başlamışdır. Onlar Qarqar çayından «drabilkaya çaydaşları daşıyırmışlar. DKT şirkətinin kampında, yəni düşərgəsində olan konteyner yataqxanada qalırmışlar. Təqsirləndirilən şəxs, Valeh, Mustafa və Pərviz adlı şəxslər də həmin kampda bir otaqda qalırmış. Onların hər biri ilə normal münasibəti olmuşdur. Axşamlar bəzən onların qaldığı otağa keçib söhbət edirmiş. xx.xx.2024-cü il tarixdə işlərini bitirdiyi üçün Pərvizlə birlikdə yeməkxanaya getmiş, yeməklə birlikdə özü ilə kampa gətirdiyi araqdan içmişdir. Pərviz də onunla birlikdə araq içmişdir. Həmin vaxt saat 23-24 radələri olmuş, yemək yedikdən sonra Pərvizgilin otağına getmişdir. Otağa çatanda Mustafanın yatdığını, Məmmədin isə yerində uzandığını görmüşdür. Valeh və Pərviz stolun qırağında oturmuşdular. O, Pərvizə “sabah axşam smenə çıxmalıyam” demişdir. Həmin vaxt Məmməd ona “çölə çıx” demişdir. O isə Pərvizdən söz soruşub çıxacağını bildirmişdir. Bu zaman Məmmədlə aralarında mübahisə yaranmışdır. Məmməd onun üstünə gələn zaman o, əli ilə Məmmədi itələmişdir. Məmməd isə ona kəllə vurmuşdur. O, yerə yıxılmışdır. Ayağa qalxandan sonra onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Məmmədlə birlikdə konteynerdən çölə yıxılmışlar. X1 aralaşdırmışdır. Hər biri ayrılıb bir tərəfə getmişdir. Bundan sonra üzündə qan olduğunu və ağrı hiss etdiyini görmüş, əsəbiləşib Məmmədin yanına getmişdir. Məmməd yeməkxananın qabağında durmuş, o, Məmmədə yaxınlaşarkən Məmməd ona söyüş söymək istədikdə, o, kəllə ilə Məmmədin sifətinə vurmuşdur. Bu zaman yenidən əlbəyaxa olmuşlar. Məmməd hardansa bıçaq çıxarıb onun ayaqlarına bir neçə bıçaq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. O, qışqıran kimi Məmməd aralanmışdır. Sonra isə olanları tam xatırlamamışdır. Özünə gələndə Füzuli rayon xəstəxanasında olmuşdur. Şahid qismində məhkəmədə ifadə verən Şahid2 göstərmişdir ki, Məmmədlə bir şirkətdə nəzarətçi işləyir. Gecə vaxtı ərazidə gəzərkən Təqsirləndirilən şəxs görmüş, sonuncunun üz-başı pis halda olmuşdur. Məmmədin üzünü yumuşlar. Kənardan Edik yaxınlaşmışdır. Həmin vaxt rəhbərliyə məlumat verməyə getmişdir. Qəflətən səs-küy gəlmişdir. Geriyə baxdıqda Ediklə Məmmədin dalaşdıqlarını görmüşdür. Şahid qismində məhkəmədə ifadə verən Şahid3 göstərmişdir ki, Məmməd və Edik onun iş yoldaşlarıdır. Axşam vaxtı avtomobili xarab olmuş və Pərvizin yanına gələrək avtomobili təmir etməsini demişdir. Pərviz həmin vaxt Ediklə yemək yeyərək spirtli içki içmişlər. Sonradan Edik onun Məmmədlə yatdığı vaqona gələrək səs-küy etmişdir. Məmməd Edikə demişdir ki, «imkan ver istirahət edim». X2 mübahisə edərək dalaşmağa başlamışlar. Orada olan işçilər onları aralaşdırmışlar. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 409 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol baldırın aşağı 1/3-nin iç yan və bayır səthinin, sol budun yuxarı və orta 1/3 bayır səthinin, sağ sağrının yuxarı iç kvadratının, sağ budun orta 1/3-nin arxa səthinin, sol budun orta 1/3-nin arxa-iç yan səthinin çapıq toxumaları (kəsilmiş-deşilmiş yara izləri) kəsici-deşici alətin (alətlərin) ola bilsin bıçaq, burun üstü nahiyənin və başın sağ yan hissəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 374 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – kəsici təsir göstərə biləcək əşya (əşyalar) təsirindən törənmiş, əmələ gəlmə müddəti qərarda göstərilən, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 16/1097 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ərizəsində tutduğu cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və sonuncu ilə barışdığını qeyd edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsində və məhkəmə prosesi gedişində onunla saxlanılmış telefon əlaqəsi zamanı təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143,156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş zərəri tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilməlidir. 31,50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş materiallarında olan müdafiəçi Nümayəndə hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Nümayəndə bankda olan hesabına köçürülməli və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321, 346, 384-cü maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilsin. 31 (otuz bir) manat 50 (əlli) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil Nümayəndə bankda olan hesabına köçürülsün və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-17/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-17/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver