Məhkəmə qərarları › İş №1(013)-18/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-18/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-18/2024 07.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Ağdam rayonunun Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-15/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, altı ay müddətə islah işləri cəzasına, 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, doqquz ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri qəti cəza saxlanılmış, Ağdam rayonunun Şıxlar kəndində qeydiyyatda olan, Ağdam rayonu Baharlı-1 qəsəbəsi ev 316-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 dekabr 2023-cü ildə saat 00:30 radələrində sərxoş vəziyyətdə Ağdam rayonu Birinci Baharlı qəsəbəsində yerləşən 293 nömrəli evin önündəki küçədə, yəni ictimai yerdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozub heç bir əsaslı səbəb olmadan münaqişə yaratmaqla ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik edib tanışı Zərərçəkmiş şəxs silah qismində istifadə edilə bilən əşya olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı tətbiq etməklə bir dəfə qarın nahiyyəsinə qəsdən vuraraq qarın nahiyyəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, bir dəfə sifət nahiyyəsinə qəsdən vuraraq alt çənənin, alt dodağın selikli qişasının kəsilmiş yaraları ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sol əl nahiyyəsinə qəsdən vuraraq sol əlin İV, V, İİİ, İ barmaqlarının kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək zor tətbiq etmiş, həmin vaxtı səs-küyə hadisə yerinə gələn və onu sakitləşdirməyə çalışan qonşuların yanında uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 02 dekabr 2023-cü ildə saat 18 radələrində yaşadığı evə gələrkən küçədə tanışı və ondan bir küçə kənarda yaşayan Zərərçəkmiş şəxs dayısı oğlu ilə mübahisə etdiyini görmüşdür. Onları sakitlaşdirib Zamuru özünün evinə gətirmiş və içki içmək istəmişlər. Özünün yaşadığı evə gedərək orada Zamurla birlikdə araq içmişlər. Sonra Zamurla birlikdə qəsəbədə yerləşən kafeyə getmişlər. Kafedə o, Zamur və sonuncunun tanışı ilə birlikdə oturmuşlar. Təxminən 15 dəqiqə sonra yaşadığı evə gəlmişdir. Gecə vaxtı yatmaq istədikdə arvadı Kəmalə həyətdə adam olduğunu ona demişdir. Dərhal həyətə düşmüş, evin pilləkanının qarşısında Zamuru görərək başı ilə Zamurun çənəsindən vurmuşdur. Həmin vaxt arvadı Kəmalə onun arxasında dayanmışdır. Zamurun çənəsi partlamış və küçəyə qaçmışdır. Evdən bıçaq götürərək Zamurun dalınca getmiş və sonuncunun yaşadığı evin küçəsində Zamuru bıçaqla bir dəfə vurmuşdur. Sonra qonşuları Elmir və Barat gələrək onları aralaşdırmışlar. Bir müddət sonra polis əməkdaşları gəlmişlər. Həmin vaxt o, Zamurun ünvanına nalayiq söyüşlər söymüşdür. Zamurla dalaşmasına səbəb sonuncunun gecə vaxtı gizli olaraq onun evinə gəlməsinin olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxsla əvvəllər mehriban olmuşlar. 02 dekabr 2023-cü ildə saat 17-18 radələrində yaşadığı küçədə internet üstündə dayısı oğlu ilə mübahisə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onların yanına gələrək onu sakitləşdirmişdir. Sonra Cavidlə birlikdə sonuncunun evinə getmişlər. Daha sonra evdən çıxaraq araq alıb yenidən Cavidin evinə gəlmişlər. Cavidin evində yemək yeyib araq içmişlər. Bir qədər sonra qohumu ona zəng vuraraq kafeyə çağırmış, o isə təxminən saat 21 radələrində Cavidlə birlikdə kafeyə gedərək orada gözləyən qohumu ilə yeyib-içmişlər. Təxminən 15 dəqiqə sonra Cavid getmişdir. Saat birə işləmiş yaşadığı evə gəlmişdir. Evdə olarkən saat 01 radələrində arvadı Günay küçə qapısının döyüldüyünü ona demişdir. İrəlidə o, arxada isə Günay küçə qapısına tərəf getmiş, qapının açdıqda orada heç kimin olmadığını görərək küçəyə çıxıb sağa dönmüşdür. Orada Cavid bıçaqla onun qarnından vurmuşdur. Bıçağı tutduqda bıçaq onun çənəsinə dəymiş, həmçinin barmaqlarını kəsmişdir. Arvadı Günay 102 xidmətinə məlumat verərək polis çağırmış, sonra isə qonşuları köməyə çağırmışdır. Cavid onun ünvanına nalayiq söyüşlər söymüşdür. Qonşuları Elmir və Barat gələrək onları aralaşdırmaq istəmiş, lakin Cavid ondan əl çəkməmiş, həyətə soxulmaq istəmişdir. Təxminən 15-20 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Cavid öz hərəkətlərini davam etdirmiş, iki dəfə polis maşınının üstünə çıxmış və onun yaşadığı evin həyətinə soxulmaq istəmişdir. Hadisə yerindən onlardan başqa qonşuları Elmir, Barat, arvadı Günay, Cavidin arvadı Kəmalə və uşağı olmuşdur. Cavidlə kafedə yeyib içdikdən sonra sonuncunun evinə və həyətinə getməmişdir. Cavidin onun hansı səbəbdən vurması ona məlum olmamışdır. Şikayətçi olduğunu bildirərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza verilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 bildirmişdir ki, gecə vaxtı yaşadığı evdə olarkən səs-küy eşidərək küçəyə çıxmış və Cavidlə Zamurun dalaşdığını görmüşdür. Cavidin Zamuru bıçaqla vurduğunu görməmişdir. Həmin vaxt Cavidin əlində bıçaq olmuşdur. Hadisə yerinə digər qonşusu Barat gəlmişdir. Onlardan başqa orada qadın və uşaqlar olmuşlar. Cavidin əlindən bıçağı alaraq saxlamaq üçün Barata vermişdir. Cavid Zamurun ünvanına nalayiq ifadələr işlətmişdir. Cavidin hərəkətləri təxminən 20-30 dəqiqə davam etmişdir. Cavidlə Zamur sonuncunun həyətinin hasarının yanında dalaşmışlar. Cavidin əlindən bıçağı aldıqdan sonra təxminən 30 dəqiqə mübahisə davam etmişdir. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmişlər. Şahid qismində məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında saat birə qalmış qonşusu Zamurun arvadı Günay onun evinin küçə qapısını döyərək köməyə çağırmışdır. Küçəyə çıxdıqda hasarın yanında Cavidlə Zamurun dalaşdığını, qonşusu Elmirin isə onları aralaşdırmaq istədiyini görmüşdür. Onlardan başqa həmin yerdə qadınlar olmuşlar. Elmir Cavidin əlində olan bıçağı alaraq ona, o isə Günaya vermişdir. Zamurun əlində və üstündə qan olmuşdur. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gəlmişlər. Cavid Zamurun qapısına tərəf getmək istəmiş, lakin Zamura imkan verməmişlər. Şahid3 şahid qismində məhkəmədə dindirilərkən ifadəsində bildirmişdir ki, 02 dekabrdan 03 dekabra keçən gecə saat 01 radələrində yaşadığı evin küçə qapısının döyüldüyünü eşidərək bu barədə əri Zamura demişdir. Zamur həyətə düşüb qapıya tərəf getmiş, o isə Zamurun ardı ilə getmişdir. Zamur qapını açdıqda heç kimin olmadığını görüb küçəyə çıxmış, həmin vaxt Cavid bıçaqla Zamuru vurmuşdur. Qışqırıb səs-küy salaraq qonşusu Baratı çağırmışdır. Bundan başqa 102 xidmətini yığaraq hadisə yerinə polis çağırmışdır. Onun səsinə qonşuları Elmir və Barat gəlmişlər. Elmir bıçağı Cavidin əlindən alaraq Barata vermiş, Barat isə bıçağı saxlamaq üçün ona vermişdir. Cavidin hərəkətləri polislər gələndən sonra da davam etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid4 bildirmişdir ki, hadisə baş verən gün əri Cavidlə qonşusu Zamur onların yaşadığı evə gələrək yemək yeyib araq içmiş və birlikdə evdən getmişlər. Bir qədər sonra Cavid evə qayıtmışdır. Təxminən saat 01 radələrində uşağı həyətdə adam olduğunu demişdir. Cavid həyətə düşdükdə evin pilləkanının qarşısında Zamuru görmüş və başı ilə Zamurun çənəsindən vurmuşdur. Sonra Zamur qaçmış, Cavid isə onun ardınca getmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X3 Xidməti Bölüyünün polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, polis nəfəri Şahid6 Elxan oğlu ilə birlikdə Ağdam rayonunun Əhmədağalı kəndində xidmətdə olduğu vaxt Baharlı qəsəbəsində bıçaqlanma hadisəsinin olması barədə məlumata əsasən təxminən 10 dəqiqəyə həmin yerə getmişlər. Hadisə yerinə çatdıqda Cavidin səs-küy saldığını, orada 7-8 nəfər olduğunu görmüşlər. Zamurun əlində, üzündə, qarnında bıçaq yeri görmüşdür. Cavid nalayiq ifadələr işlətmişdir. Hadisə yerində təxminən 20 dəqiqə olaraq Cavidi sakitləşdirmək istəmiş, lakin sonuncu Zamura hücum etmiş, iki dəfə polisin xidməti avtomobilinin üstünə çıxmışdır. Daha sonra polis şöbəsindən kömək istəmişdir. Polis şöbəsindən kömək gəldikdən sonra Cavidi polis şöbəsinə, Zamuru isə xidməti avtomobillə təcili tibbi yardıma aparmışlar. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 365 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarın nahiyyəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, alt çənənin, alt dodağın selikli qişasının, sol əlin İV, V, İİİ, İ barmaqların kəsilmiş yaraları kəsici kənara və iti uca malik olan əşyanın (əşyaların) təsirindən törənmiş, ekspertizaya təqdim olunan bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə: qarın nahiyyəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, alt çənənin, alt dodağın selikli qişasının kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; sol əlin İV, V, İİİ, İ barmaqlarının kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Kompleks məhkəmə fiziki-texniki, bioloji və soyuq silah ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1» X2 Kriminalistika Şöbəsinin xx.xx.2024-cü il tarixli 22-MTKŞ/2024 saylı rəyindən görünür ki, ekspertizaya təyin edilmiş Zərərçəkmiş şəxs məxsus idman köynəyinin ön səthində bir ədəd, alt köynəyinin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman köynəyinin ön səthində bir ədəd, alt köynəyinin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, alt şalvarı, alt tumanı, bir cüt ayaqqabı üzərində zədə və zədə izləri aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Kompleks məhkəmə fiziki-texniki, bioloji və soyuq silah ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1» X2 məhkəmə-tibbi biologiya şöbəsinin xx.xx.2024-cü il tarixli 19/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ)/axtaış vərəqəsinin kserosurətinə əsasən- ekspertizaya təqdim edilmiş bir ədəd alt köynək, bir ədəd alt şalvar, bir ədəd tuman üzərində olan insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «H» antigeni alındı «H» antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə araşdırılmış yuxarıda göstərilən sübutlarla təsdiq olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-15/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, altı ay müddətə islah işləri cəzasına, 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, doqquz ay müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri qəti cəza saxlanılmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli PX0001427 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-15/2023 saylı hökmü ilə təyin olunmuş qəti olaraq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla bir il müddətə islah işləri cəzasını çəkməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-15/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1 və 128-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq təyin edilmiş və çəkilməmiş qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla bir il müddətə islah işləri cəzası həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla üç ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə dərhal məhkəmə zalında həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci ildə anadan olmuş Zəminə və xx.xx.2013-cü ildə anadan olmuş Yusif adlı iki azyaşlı uşağının olması, üçüncü qrup əlil olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işinə baxılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər də cinayət törədərək məhkum olunmuş və təyin olunmuş cəzanı çəkməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran olmasa da onun əvvəllər məhkum olunmaqla cəzanı çəkmədən yenidən qəsdən cinayət törətməsi şəxsiyyətini xarakterizə edən haldır. Bundan əlavə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur (qəsəbə sakinləri arasında birgə yaşayış qaydalarına riayət etməyən sakin kimi tanınır, onun barəsində nümayəndəliyə şifahi şikayətlər daxil olmuş, münaqişəli ailə olması məlumdur). Məhkəmə qeyd edilən halları, həmçinin həmçinin Zərərçəkmiş şəxs şikayətçi olduğunu, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs hazırki əməli törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd qara rəngli idman pencəyi, kişi üçün bir dəst xaki rəngli isti alt tuman-köynəyi, bir ədəd kişi alt geyimi sonuncuya qaytarılmalıdır. İş materiallarından görünür ki, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-15/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1 və 128-ci maddələri ilə həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş və çəkilməmiş qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzası həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla üç ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq iki il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə dərhal məhkəmə zalında həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs hazırki əməli törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan zərərçəkmiş şəxsə məxsus bir cüt ayaqqabı, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd qara rəngli idman pencəyi, kişi üçün bir dəst xaki rəngli isti alt tuman-köynəyi, bir ədəd kişi alt geyimi Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar