Məhkəmə qərarları › İş №1(013)-18/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-18/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-18/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı : Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Ağdam Rayon Quzanlı Qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quzanlı Qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə, saat 01-00 radələrində Ağdam Rayonu Quzanlı Qəsəbəsi ərazisində yaşadığı evin həyətində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs əvvəllər aralarında baş vermiş münaqişələrlə bağlı ondan müxtəlif vaxtlarda hüquq mühafizə orqanlarına şikayət etməsini irad tutduğundan şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üzərinə gələrək bir dəfə sifət nahiyəsinə yumruq zərbəsi endirib yerə yıxdıqdan sonra ardıcıl olaraq yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək saçlarından tutub yerdə sürüməklə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən sağ gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, üzün sağ yarısının, alt çənənin sol yarısının, sol bazunun yuxarı və orta 1/3-nin bayır səthlərinin, sol baldırın orta 1/3-nin ön-bayır səthinin, sağ diz oynağının yuxarı orta 1/3-nin ön səthlərinin qançırları, sol baldırın yuxarı orta 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin sıyrıqları xəsarətlərini, eləcə də sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ göz almasının bayır yarısının geniş ölçülü qansızması ilə müşayiət edilən xəsarət yetirib sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin yanvar ayından tanıyır. Zərərçəkmiş şəxsyla 2023-cü ilin yanvar ayından 2024-cü ilin aprel ayına qədər rəsmi nikah bağlamadan qeyri-rəsmi evli olmuşlar, birgə evlilikdən X4 adlı övladı var. Zərərçəkmiş şəxs ilə aralarında baş verən ailə mübahisələri səbəbindən ayrılmışlar. Buna baxmayaraq o, mütəmadi olaraq azyaşlı övladı Ümüd Quliyevlə maraqlanıb sonuncunun qayğısına qalmışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək azyaşlı oğlu Ümüd Cəfərovu görmək istədiyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs və Ümüdü taksi ilə Bərdə şəhərində yerləşən yaşadığı ünvandan Ağdam rayonu, Quzanlı Qəsəbəsində yerləşən yaşadığı ünvana gətirmişdir. Zərərçəkmiş şəxs və Ümüd Cəfərov həmin tarixdən Quzanlı Qəsəbəsində onun yaşadığı ünvanda qalmışlar. xx.xx.2024-cü il tarixdə, saat 01-00 radələrində yaşadığı evdə olarkən Mehriban ilə aralarında mübahisə yaranmış və sonuncu onu nalayiq sözlərlə təhqir etmişdir. Bu zaman Mehribana əsəbləşib yumruq ilə sonuncunun sağ gözündən zərbə vurmuş, saçından tutub yerə yıxmış və yerdə sürümüş, həmçinin sol qolundan, bədəninin müxtəlif nahiyələrindən, ayaqlarından yumruq zərbələri vurmuşdur. Hadisə nəticəsində Mehriban sağ gözündən, sol qolundan, ayaqlarından xəsarətlər almışdır. Bundan sonra hirsi soyuduğundan etdiyi əməldən peşman olmuş və Mehribandan etdiyi hərəkətə görə üzr istəmişdir. Sonradan Zərərçəkmiş şəxs onun barəsində Ağdam Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini bilmişdir. Ona əməlini etiraf etməyində heç bir təzyiq olmamışdır, əməlini könüllü olaraq etiraf etmişdir. Törətdiyi əməlin cinayət xarakterli olduğunu dərk edir və əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında əlavə olaraq qeyd etdi ki, Mehribanla 3 ildir ki, birlikdə yaşayırlar, 2 uşaqları var. Uşaqların 1-i yeni anadan olub, doğum şəhadətnaməsini almamışlar. Hazırda Mehribanla barışıblar, ailə olaraq birlikdədirlər. Göstərdiklərinin nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, hazırda Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və ya tələblərinin olmamasını bildirdi. Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından tanıyır. Fəzail ilə 2023-cü ilin yanvar ayından 2024-cü ilin aprel ayına qədər rəsmi nikah bağlamadan qeyrirəsmi evli olmuşlar və birgə evlilikdən Ümüd adlı övladları vardır. Təqsirləndirilən şəxs ilə aralarında baş verən ailə mübahisələri səbəbindən ayrılmışlar. Buna baxmayaraq Təqsirləndirilən şəxs mütəmadi olaraq azyaşlı övladı Ümüd Quliyevlə maraqlanıb sonuncunun qayğısına qalır. xx.xx.2024-cü il tarixdə Fəzail ona mobil telefon vasitəsilə zəng edərək azyaşlı oğlu Ümüd Cəfərovu görmək istədiyini bildirmiş, o, da razılaşmışdır. Fəzail onu və Ümüdü taksi ilə Bərdə şəhərində yerləşən yaşadığı ünvandan Ağdam rayonu, Quzanlı Qəsəbəsində yerləşən yaşadığı ünvana gətirmişdir. Onlar həmin tarixdən X2 Quliyevin yaşadığı ünvanda qalmışlar. xx.xx.2024-cü il tarixdə, saat 01-00 radələrində Təqsirləndirilən şəxs sərxoş halda evə gəlmiş, əvvəllər aralarında baş vermiş mübahisə səbəbindən şikayət etməsiylə bağlı ona iradını bildirib mübahisə etməyə başlamışdır. Fəzail yumruq ilə onun sağ gözündən zərbə vurmuş, saçından tutub yerə yıxmış və yerdə sürüməyə başlamış, həmçinin sol qolundan, bədəninin müxtəlif nahiyələrindən, ayaqlarından yumruq zərbələri vurmuşdur. Hadisə nəticəsində sağ gözündən, sol qolundan, ayaqlarından xəsarətlər almışdır. Təqsirləndirilən şəxs onu yerdə sürüyən zaman dizlərindən də xəsarətlər almışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlindən çıxıb yola qaçmış və Ağdam Rayon Polis Şöbəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Göstərdi ki, Fəzail ilə Mehribanın 2 uşaqları var, hazırda barışıblar. Şahid istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Fəzail onun oğludur, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs 2023-cü ilin yanvar ayından tanıyır, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Belə ki, Mehriban əvvəllər onun oğlu Təqsirləndirilən şəxslə qeyri-rəsmi ər-arvad münasibətində olmuş, daha sonra ayrılsalar da, müxtəlif vaxtlarda onların yaşadığı evə gəlib orada bir neçə gün qalıb getmişdir. xx.xx.2024-cü il tarixdə Ağdam rayonu Quzanlı Qəsəbəsində yaşadığı evdə olarkən Mehriban ilə oğlu Fəzail arasında mübahisə yaranmışdır. Daha sonra Fəzaillə Mehriban həyətə çıxıb orada mübahisəni davam etdirmişlər. Onları sakitləşdirmək məqsədilə arxalarınca həyətə çıxarkən yaşadığı evin həyətində oğlu Fəzailin sillə ilə Mehribanı vurmasını görmüşdür. Daha sonra Mehriban onların yaşadığı evi tərk edib getmişdir. Sonradan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Bərdə Rayonlararası Ekspertiza Şöbəsinin xx.xx.2024-cü il tarixli, 423 saylı RƏYi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ göz almasının bayır yarısının geniş ölçülü qansızması, sağ gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, üzün sağ yarısının, alt çənənin sol yarısının, sol bazunun yuxarı və orta 1/3-nin bayır səthlərinin, sol baldırın orta 1/3-nin ön-bayır səthinin, sağ diz oynağının yuxarı orta 1/3-nin ön səthlərinin qançırları, sol baldırın yuxarı orta 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə sağ göz almasının bayır yarısının geniş ölçülü qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 200 AZN cərimə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 29,178.2.1 və 29,178.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilib azadlıqdan məhrumetmə cəzası 03 ilə qədər artırılmış, xx.xx.2019-cu ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 il 11 gün vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə icraata xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Qəsəbə İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 189 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Quzanlı Qəsəbəsində yaşayır. X1 görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerdə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması özünün etirafı ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadəsi, toplanmış digər rəsmi sənədlərlə sübut olunur. Məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin müvafiq maddəsi ilə tövsifini düzgün və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, zərərçəkmiş tərəflə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən Qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən yuxarıda qeyd edilən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin zərərçəkmiş şəxsin hazırkı barışıq mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və bu cəzanın məqsədini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1 /bir/ il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar