Məhkəmə qərarları › İş №1(013)-19/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-19/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-19/2024 21.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs, Müdafiəçi X4 iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Aran” RETSİ-nin Ağdam elektrik şəbəkəsində 35/10 kv-luq Quzanlı-2 yarımstansiyasında növbətçi elektrik montyor işləyən, məhkum olunmamış, Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə saat 20 radələrində ayıq halda, B1,B,C1,C kateqoriyalı BC seriyalı 754211 nömrəli sürücülük vəsiqəsi və AC seriyalı 148486 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21063 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 70 km/saat surətlə Hindarx-Tərtər-Borsunlu avtomobil yolunun 9-cu kilometrliyi, Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti ilə Quzanlı qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surət həddindən artıq, yəni 70 km/saat surətlə idarə edərək, habelə həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşı yolun hərəkət hissəsinin sağ tərəfi ilə onunla eyni istiqamətdə piyadanın hərəkətdə olmasını nəzərə almalı və həmin piyadadan təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda bunları etməyərək həmin prospektdə yerləşən “NSPETROL” yanacaqdoldurma məntəqəsinin qarşısında öz hərəkət zolağında ümumi eni 14,8 metr olan yolun, sağından soluna doğru 1,7 metr hissəsində onunla eyni istiqamətdə yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətdə olan piyada X11 avtomobilin sağ ön hissəsi ilə vurmaqla ehtiyatsızlıqdan zərərçəkmişin başın sol gicgah, təpə, alın nahiyəsində dərialtı hematoma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar, boyun nahiyəsinin əzilmiş yarası və sıyrıqları, sol said nahiyəsinin qançırları xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sonuncunun xx.xx.2024-cü il tarixdə müalicə olunduğu X16 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, həmçinin zərər çəkən şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X29” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda göstərilənlərə riayət etməyərək ehtiyatsızlıqdan törətdiyi ölümlə nəticələnən yol nəqliyyat hadisəsi yerindən qəsdən qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmçinin B1,B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Ağdam rayonu, Quzanlı qəsəbəsində 35/10 KV Quzanlı-2 yarımstansiyasında növbətçi elektrik işləyir. X11 əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 22 yanvar 2024cü il tarixdə səhər saatlarında Ağdam rayonu 18 saylı tam orta məktəbə gəlmiş, orda generatorun istifadəyə yararlılığını yoxlamış, ordan çıxıb öz avtomobili ilə Xankəndiyə getmişdir. Onun işğaldan azad olunmuş ərazilərə keçmək üçün portalda icazəsi vardır. Xankəndidən Ağdama qayıtmış, orda Şahbulaq adlanan ərazidə evdən götürdüyü baçokları doldurmuş, sonra isə evə qayıtmağa başlamış, həmin vaxt saat 19 radələri olmuş, o, baçokları evə qoymuş, saat 20 radələrində işlədiyi yerdə növbətçilik dəyişməliymiş, buna görə də evdən çıxıb öz avtomobili ilə Hindarx-Quzanlı yolu ilə Quzanlı qəsəbəsi istiqamətində hərəkətə başlamış, saat 20 radələrində Quzanlı qəsəbəsi, H.Əliyev prospekti ilə 70 km/saat surətlə hərəkətdə olmuş, “Əlillərin binası” deyilən yeri keçən zaman təxminən 30 metr qarşıda iki nəfər şəxsin yolun hərəkət hissəsinin sağ tərəfində hərəkət etdiyin görmüş, artıq onlara çatan zaman avtomobilinin ön sağ tərəfi ilə həmin şəxslərdən birini vurmuş, həmin şəxsin başı avtomobilin ön şüşəsinin sağ tərəfinə dəymiş, təxminən 20-30 metr həmin şəxs avtomobilin üstündə getmişdir. O, surəti azaltmış və həmin şəxs sürüşüb asfaltın üstünə düşmüşdür. Bundan sonra o, həyəcanlı olduğundan özünü itirmiş və avtomobili saxlamamış, “Şır-şır” restoranının yanından Quzanlı kəndinin aralıq yollarına çıxmışdır. Orda isə fırlanıb Muğam evinin yanından asfalta çıxmış, sonra isə evə gəlmişdir. O, avtomobili həyətdə saxlamış, sonra isə Quzanlıya işə gəlmişdir. 23 yanvar 2024-cü il tarixdə smendən çıxıb evə getmişdir. Gün ərzində evdə olmuş, saat təxminən 16 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsinə gedib orda avtomobil üçün yeni ön şüşə almış, ordan da taksi ilə evə gətirmişdir. Evdə qırılmış ön şüşəni yenisi ilə əvəz etmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi X18 ilə barışıq əldə etdiyini və tutduğu əməldən peşman olmasını bildirərək məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonu, Əsirik kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Ağdam rayonu, Bənövşələr qəsəbəsi ev 387də yaşayırlar. X5 onun həyat yoldaşıdır. Səxavət Əliyev ilə 2005-ci ildə ailə həyatı qurmuş, ailə qurduqdan sonra Bənövşələr qəsəbəsində yaşamışlar. Həmin evlilikdən 2 övladı vardır. İlk övladı 2007-ci ildə anadan olmuşdur, onun adı X12r. İkinci övladı isə X13 2019-cu il tarixdə anadan olmuşdur. Həyat yoldaşı Səxavət Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Aztelekom”-da mühafiəçi işləyirmiş, o, bəzən səhər növbədə olurdu və axşam saat 20 radələrində çıxıb evə gəlirdi, bəzən isə axşam işə gedirdi və səhər işdən çıxıb evə qayıdırmış. 22 yanvar 2024cü il tarixdə səhər saatlarında Səxavət yemək yeyib evdən çıxıb işə getmiş, o, işə yoldan keçən maşınlarla gedirmiş, gün ərzində bir neçə dəfə telefonla danışmışlar, onun vəziyyəti yaxşı olmuş, axşam saat 20 radələrində evdə olan zaman nəsə səsküy eşitmiş, Səxavətin atası, qardaşı və qohumları harasa getmişlər. O həmin vaxt öyrənmişdir ki, Səxavət işdən çıxıb evə gələn zaman yolda onu maşın vurub qaçmışdır. Həmin günü Səxavəti Ağdam rayon xəstəxanasına aparmışlar. Elə həmin gecə də müalicəsinin davam etdirilməsi üçün X28 Xəstəxanasına aparmışlar. Lakin həkimlər müalicənin heç bir nəticə vermədiyini bildirmişlər. 31 yanvar 2024-cü il tarixdə isə Səxavət müalicə aldığı X28 Xəstəxanasında vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və o, bilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Ona görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2016cı ildən X17, 2018-ci ildən isə Ağdam RPŞ-nin DYPB-nin PPXB-nin inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəlllər tanımamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 22 yanvar 2024-cü il saat 09-dan növbə üzrə qrafikə uyğun olaraq Ağdam RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru, polis baş serjantı, Şahid6 ilə birlikdə ** YP *** dövlət nömrə nişanlı xidməti avtomobillə xidmətdə olmuşlar. 22 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsində xidmətdə olan zaman Ağdam RPŞ-nin Növbətçi Hissəsindən radiostansiya vasitəsilə Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospektində “NS” petrolun qarşısında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmiş, onlar dərhal həmin ünvana yollanmışlar. Ora çatan zaman X29 avtomobilinin yanacaq doldurma məntəqəsinin qarşısında dayandığını və ora çoxlu sayda insan yığışdığını görmüşlər. Həmin yerə yaxınlaşanda bir nəfər şəxsin xərəkdə ambulans avtomobilinə yerləşdirildiyini görmüşlər. Həmin yerə yığışan xatırlamadığı şəxslər bildirmişlər ki, bu şəxs Aztelekomda mühafizəçidir. VAZ 2106 markalı avtomobil həmin şəxsi vuraraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. VAZ 2106 markalı avtomobilin “Şır-şır” restoranının qarşısından sağa doğru dönərək Quzanlı kəndinə doğru getdiyini bildirmişlər. Sonra radiostansiya vasitəsi ilə Ağdam RPŞ-nin Növbətçi Hissəsinə əlavə məlumat vermişlər və həmin yerə istintaq əməliyyat qrupunun üzvlərinin gəlməli olduğunu bildirmişlər. Onların işi yolda hərəkətdə olan digər avtomobillərin təhlükəsiz hərəkətini tənzimləmək olmuş, həmçinin hadisə yerinin mühafizəsin təşkil etmişlər, bir qədər sonra Ağdam RPŞ-nin istintaq əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmişlər, hadisə yeri müayinə edilmiş, bundan sonra xidmətinə davam etmiş, sonra tərəflərinzdən həyata keçirilən tədbirlər nəticəsində həmin sürücünün ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmiş və bu barədə rəhbərliyə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 şahid qismində eyni məzmunlu ifadələr verərək Şahid5 ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsi 680 saylı qəsəbə ev 350-də yaşayır. 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayına kimi Ağdam rayonu Quzanlı qəsəbəsi, H.Əliyev prospektində yerləşən “NS” petrolda operator kimi işləmişdir. Mart ayından isə işə işdən çıxmış, hazırda heç bir işlə məşğul olmur. Günaşırı sutkalıq işdə olurmuş, 22 yanvar 2024-cü il tarixdə Azər adlı iş yoldaşı ilə birlikdə saat 09:00-dan işə başlamışlar. Gün ərzində avtomobil və digər nəqliyyat vasitələrinə yanacaq doldurulması ilə məşğul olmuşlar, saat 20 radələrində hava soyuq olduğundan yanacaqdoldurma məntəqəsin istirahət otağında əyləşmişlər, həmin ərəfədə çöldə çoxlu sayda insanın bir yerə toplaşdığını və oraya TTYS avtomobili, yəni ambulans gəldiyini görmüşlər. Ora yaxınlaşanda xəsarət almış bir nəfər tanımadığı şəxsi ambulansa yerləşdirib xəstəxanaya aparmışlar. Orda olan şəxslərdən nə baş verdiyini soruşan zaman VAZ 2106 markalı avtomobil Aztelekomda mühafizəçi işləyən şəxsi vuraraq ordan qaçıb getdiyini bildirmişlər, həmin vaxt YPX əməkdaşları da ora gəlmişlər. Onlar yanacaqdoldurma işi ilə məşğul olduqlarından orda çox qala bilməmişlər, işə qayıdıb gələn müştərinin avtomobilinə yanacaq doldurmuşlar. Lakin qıraqdan olanları görmüşlər. Sonradan digər polis əməkdaşları da ora gəldmişlər və orda hadisə yerini müayinə etmişlər. Bir neçə gün sonra onlar xəsarət alan şəxsin öldüyünü eşitmişlər. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 ifadəsini təsdiq etmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsi elan olunmuşdur. X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" ASC-də gözətçi işləyir. Həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısıdır, veterandır. X11 5 aydır ki, tanıyır. Belə ki, Səxavət o işlədiyi yerin yanında olan “Aztelekom”-da mühafizəçi işləyirmiş, onlar səhər növbələrində bir-birlərini görürmüş, yaxşı münasibətləri olmuş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs isə tanımamışdır. O, 22 yanvar 2024-cü il tarixdə səhər saat 08:00-da işə getmiş, gün ərzində işdə olmuş, xidmət apardığı inzibati binanın mühafizəsi ilə məşğul olmuş, həmin gün axşam saat 19:58-də işdən çıxmış, saat 19:59-da DAİM-in binasının qarşısında Səxavətlə qarşılaşmışlar. Onunla salamlaşıb, görüşmüşlər. Sonra Səxavət demişdir ki, “hava soyuqdur, həmdə yağış yağır gedək evə”. Ordan çıxıb Quzanlı qəsəbəsi istiqamətində asfalt yolun içərisi ilə yan-yana söhbət edərək hərəkət edirmişlər. Səxavət onun solunda hərəkət edirmiş, o, düz səkinin yanı ilə hərəkət edirmiş, həmin vaxt evdən ona zəng gəlmiş, o cavab verib danışmış, zəngi sonlandıran zaman arxa tərəfdən gələn VAZ 2106 markalı avtomobil ön hissəsi ilə Səxavəti vurmuş, Səxavət avtomobilin “kapot”unun üzərində təxminən 25-30 metr getmişdir. Sonra avtomobilin sürücüsü surəti azaldan kimi Səxavət yerə düşmüşdür. Həmin avtomobilin sürüsü də ordan uzaqlaşmış və “Şır-şır” adlı kafenin qarşısından sağa dönərək Quzanlı kəndinin içərisinə doğru hərəkət edərək uzaqlaşmışdır. O isə tez Səxavətin yanına getmiş və ordan telefonuyla 103-ə zəng edib X29 çağırmış, təxminən 7 dəqiqə sonra Ambulans avtomobili gəlmiş və həkimlər tez Səxavəti görütüb aparmışlar. O, isə hadisə yerində qalmış və polis əməkdaşları gələn zaman hadisə yerini onlara göstərmişdir. Füzuli Abdullayev həmçinin ifadəsində həmin avtomobil Səxavəti vurduqdan sonra avtomobilin içərisinə baxdığını, avtomobildə təkcə sürücü olduğunu gördüyünü, həmin sürücü də 40 yaşlarında bir kişi olduğunu, onun üzünü tam görmədiyini, onun fikrincə həmin avtomobil 60-70 km surətlə hərəkət etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA birliyi” PHŞ-dən daxil olmuş 19 fevral 2024-cü il tarixli 558/K nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki; Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 19 mart 2024-cü il tarixli 8/604 nömrəli məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki; - İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, VAZ-21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cımaddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili 60 km/saat sürətdən məntəqəsində maksimum icazə verilən artıq, yəni 70 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA birliyi” PHŞ-nin Bərdə rayon şöbəsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli 02 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki; X3 meyitinin bədənində aşağıdakı xəsarətlərbaşın sol gicgah, təpə, alın nahiyəsində dərialtı hematoma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar, boyun nahiyəsinin nahiyəsinin əzilmiş yarası və sıyrıqları, sol said nahiyəsinin qançırları vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə-yəni yol-nəqliyyat hadisəsi zamanı yolu keçmək istəyən piyadanı avtomobil vurması zamanı törənə bilərlər, müddəti qərarda göstərilən tarixə yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 6-8 saat olar baş vermişdir. -X10, İmtahan və Texniki-Baxış şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.2022-ci ildən xx.xx.2032-ci ilə qədər B1, B, C1, C kateqoriyalı, BC754211 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. -xx.xx.2024-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə görə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. -X31 Dispanserinin xx.xx.2024-cü il tarixli, 1292 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X31 Xəstəlikləri Dispanserində qeydiyyatda yoxdur. -Ağdam rayon Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2024-cü il tarixli, 264 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxanası PHŞ-in Narkoloji kabinetində qeydiyyatda yoxdur. -Ağdam rayon İHB-nın Yusifcanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. -Ağdam rayon məhkəməsinin 4(013)-3/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadislər ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.2-ci və 264-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nın 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir az yaşlı uşağının, xx.xx.2013cü il təvəllüdlü X15 olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələrindən və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nın 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət xarakterizə etməyə imkan verən yuxarıda sadalanan halları, o cümlədən cəzasını yüngülləşdirən halları və onun cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azalığın məhddlaşdırılması cəzasının nisbətən aşağı həddlərində təyin olunması cəzanın məqsədini təmin edər. Məhkəmənin qənaətincə mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan Təqsirləndirilən şəxs uzun müddətə cəmiyyətdən təcrid edilərək, barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Məhkəmə bütün yuxarıda qeyd olunan halların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən uzun müddət təcrid edilmədən islah olunma imkanları tükənməmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2024-cü il tarixli qərardan və 26 yanvar 2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmənin qərarı ilə həmin tarixdən hesablanılmaqla 3 ay müddətinə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclasınadək, 07 may 2024-cü il tarixədək uzadılmışdır. İş məhkəməyə daxil olduqdan sonra 07 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü /68.1.1-1/ bərabər tutulur. Həmin Məcəllənin 66.4-cü maddəsinə görə cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddələrlə cəza təyin edilməli və təyin edilmiş cəzaları qismən toplanılmalıdır. CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını X22 Müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, X22 müəssisəsinə göndərilən və hökm qanuni qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda X22 müəssisəsinə şəxsən gəlməlidir. İş üzrə 85 manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, daimi yaşadığı yeri olmasını, cəzasını çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Ağdam RPŞ-nın cərimə meydançasında saxlanılan VAZ 21063 markalı 02BM635 dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 264-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər hesablanılmaqla 01 (bir) il azadlıqdan məhrum etmə hesab edilsin və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını X22 müəssisəsində çəksin. Əsas cəzasının çəkilmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanılmaqla cəzaçəkmə müddəti cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə maddi sübut, Ağdam RPŞ-nın cərimə meydançasında saxlanılan VAZ 21063 markalı 02BM635 dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 85.0 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Hökmün ekspertiza xərclərinə aid hissədə və Ağdam RPŞ-nın cərimə meydançasında saxlanılan VAZ 21063 markalı 02BM635 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması hissədə, habelə Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi yaşadığı yer üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar