Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-19/2025 18.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağcabədi Rayon Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, DOST iş Mərkəzinin təyinatı ilə Ağcabədi RİHB-nın X5 Ərazi Dairəsi üzrə Nümayəndələyinin tabeliyində sosial işçi kimi işləyən, məhkumluğu olmayan, Ağcabədi Rayon Kəhrizli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs dayandırılmış ünvanlı sosial yardımı bərpa etdirəcəyinə və Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialının əvvəllər ona artıq ödənilmiş ümumilikdə 6831.84 manat pul vəsaitinin geri tələb olunmasının qarşısını alacağı barədə yalandan vəd verib aldadaraq bu məqsədlə 14 iyul 2024-cü il tarixdə təxminən saat 12-00 radələrində Ağdam Rayonu Quzanlı Qəsəbəsi ərazisində yerləşən “Kafe Quzanlı” adlı çayxanada 1000 manat pulunu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə qəsdən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs X4 özünü təqsirli bilərək istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi, zərər məbləğini ödədiyini, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Göstərdi ki, 3-cü qrup əlildir, şəkər xəstəsidir, himayəsində 2020-ci il təvəllüdlü bir övladı var. F.Quliyev ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin iyul ayında əmisi Mübarizin vasitəsilə tanımışdır. Onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. 2024-cü ilin iyul ayının əvvəllərində Ağcabədi şəhərində olarkən təsadüfən Mübariz adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Mübariz onun nömrəsini götürərək əlaqə saxlayacağını bildirmişdir. Təxminən bir gün sonra Mübariz onunla telefonla əlaqəsi saxlamış və onlar Mübariz, Ziya və Tağı ilə birlikdə Ağcabədi şəhərində görüşmüşlər. Söhbət əsnasında Ziya ona verilən ünvanlı sosial yardımın dayandırıldığını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6831,84 manat məbləğində pulun geri tələb edilməsini bildirmiş və Fond tərəfindən ondan geri tələb edilən 6831,84 manat məbləğində pulun tələb edilməməsi və dayandırılmış sosial yardımın bərpa edilməsinə köməklik göstərməyini xahiş etmişdir. Ziyaya sosial yardımın bərpa edilməsinə köməklik göstərə bilməyəcəyini, lakin Fond tərəfindən geri tələb edilən 6831,84 manat məbləğində pulun geri tələb edilməməsini təmin edə biləcəyini bildirmişdir. Həmin pulların heç vaxt geri tələb edilmədiyini düşünmüşdür. Ona görə də Ziyaya söz vermişdir ki, pulların ondan geri tələb edilməməsi üçün əlimdən gələni edəcəkdir. Bundan sonra onların yanından ayrılaraq yaşadığı evə getmişdir. 14 iyul 2024-cü il tarixdə saat təxminən 12-00 radələrində yaşadığı Ağcabədi rayonundan çıxaraq Bərdə rayonuna gedərkən Mübariz ona zəng edib görüşmək istədiklərini bildirmişdir. Mübarizə Bərdə rayonuna getdiyini Ağdam rayon Quzanlı qəsəbəsində görüşməyi təklif etmişdir. Təxminən 15 dəqiqə sonra Quzanlı qəsəbəsində yerləşən “Kafe Quzanlı” adlı çayxanada o, Ziya, Mübariz və Tağı ilə görüşmüşdür. Ziya söhbət əsnasında yenidən ondan sosial yardımı bərpa etməyə köməklik göstərməyini xahiş etmişdir. Lakin bundan imtina etmişdir. Həmin vaxt Ziya cibindən 1000 manat pul çıxararaq ona vermişdir ki, Fond tərəfindən ondan tələb edilən pulun tələb edilməsinin qarşısını alsın. O, da razılaşmış və həmin 1000 manat pulu alaraq cibinə qoymuşdur. Lakin pulun tələb edilməməsi üçün heç bir real hərəkət etməmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən bir ay sonra Ziya ona zəng edərək başqa şəxslərlə maraqlandıqlarını, fondun onlardan pulu tələb etməyəcəyini bildirmiş və ona verdiyi 1000 manat pulu geri istəmişdir. O, da Ziyaya həmin pulu qaytaracağını, lakin hazırda imkanının olmadığını bildirmişdir. O, Ziyadan 14 iyul 2024-cü il tarixdə Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən “Kafe Quzanlı” adlı çayxanada Fond tərəfindən sonuncudan tələb edilən pulun tələb edilməməsi üçün 1000 manat pul almışdır. Həmin vaxt orada Mübariz, Tağı, Ziya və özü olmuşdur. Tələb edilən pulun tələb edilməməsi üçün heç bir hərəkət etməmişdir. Ziyadan Fond tərəfindən ona göndərilmiş bildirişləri almış, lakin Ziyaya heç bir sənəd verməmişdir. Dələduzluq əməlini tək törətmişdir. Ziyadan pulu Fond tərəfindən ondan geri tələb edilən pulun tələb edilməməsini təmin etdirəciyinə söz verib almışdır. Ziyadan 1000 manat pul istəməmiş, sonuncu könüllü olaraq 1000 manatı ona vermişdir ki, Fond tərəfindən ondan tələb edilən pulun tələb edilməsinin qarşısını alsın. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, hazırda ona vurulmuş maddi zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarlı heç bir şikayəti və ya tələbinin olmamasını bildirdi. Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayından tanıyır. Onunla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək ayda 497 manat ünvanlı dövlət sosial yardım almışdır. xx.xx.2024-cü il tarixdə isə ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə ona verilən ünvanlı sosial yardım dayandırılmışdır. 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxsla əmisi Mübarizin vasitəsilə tanış olmuşdur. Söhbət əsnasında Rəşada ona verilən ünvanlı sosail yardımın dayandırıldığını və Fond tərəfindən ödənilmiş 6831,84 manat məbləğində pulun geri tələb edildiyini bildirmişdir. Həmin vaxt Rəşad dost mərkəzində işlədiyini və ona köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024cü il tarixdə saat təxminən 12-00 radələrində atası Tağı, əmisi Mübariz və özü Təqsirləndirilən şəxsla Quzanlı qəsəbəsində yerləşən “Kafe Quzanlı” adlı çayxanada görüşmüşlər. Orada Təqsirləndirilən şəxs ondan tələb edilən 6831,84 manat məbləğində pulun geri tələb edilməməsi və dayandırılmış sosial yardımın bərpa edilməsi üçün ondan 1000 manat pul istəmişdir. Rəşadla razılaşmış və atası Tağının, əmisi Mübarizin yanında ona 1000 manat pul vermişdir. Lakin həmin vaxtdan sonra onun sosial yardımı düzəlməmiş və ondan tələb edilən pul silinməmişdir. Bu barədə dəfələrlə Təqsirləndirilən şəxsla danışsa da sonuncu hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Bir müddət sonra isə Rəşad artıq onun zənglərinə cavab verməməyə başlamışdır. Həmin vaxt başa düşmüşdür ki, Rəşad onu aldadıbdır. Bunan sonra bu barədə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə 2024-cü ilin iyul ayının əvvəllərində tanımışdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2024-cü ilin aprel ayında qardaşı oğlu Zərərçəkmiş şəxslə söhbət edərkən Ziya ona verilən ünvanlı sosial yardımın dayandırıldığını və dövlət tərəfindən ona ödənilmiş pulunun geri tələb olunduğunu bildirmişdir. Həmin ilin iyul ayının əvvəllərində Ağcabədi şəhərində olarkən təsadüfən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Rəşadla bir qədər söhbət etdikdən sonra o, Rəşadın danışıqlarından belə nəticəyə gəlmişdir ki, Rəşad Ziyanın dayandırılmış sosail yardımını bərpa etdirə bilər. Həmin vaxt Rəşadın əlaqə nömrəsini götürüb yaşadığı qəsəbəyə qayıtmışdır. Orada qardaşı Tağıya və Ziyaya Rəşad barədə danışaraq Rəşadın onlara köməklik edə biləcəyini bildirmişdir. Biz bir qədər məsləhətləşdikdən sonra qərara gəlmişlər ki, Rəşada zəng edib görüşsünlər. Həmin vaxt Təqsirləndirilən şəxs zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Rəşad da onlarla razılaşmış və onlar Ağcabədi şəhərində görüşmüşlər. Həmin vaxt orada özü, Ziya, Tağı və Rəşad olmuşlar. Söhbət əsnasında Ziya Rəşada ona verilən ünvanlı sosial yardımın dayandırıldığını və ona ödənilmiş 6831,84 manat məbləğində pulun Fond tərəfindən geri tələb edildiyini bildirərək köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə onlaa köməklik edəcəyini, yəni Ziyaya verilən ünvanlı sosial yardımı bərpa etdirəcəyini və Ziyadan tələb edilən 6831,84 manat məbləğində pulun tələb edilməməsini təmin edəcəyini bildirmişdir. Bundan sonra onlar oradan çıxıb yaşadıqları evə qayıtmışlar. Bir neçə gün bu barədə düşündükdən sonra qərar gəlmişlər ki, Rəşadla görüşüb ona həmin işləri görməsini xahiş etsinlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 12-00 radələrində Rəşada zəng edərək görüşmək istədiklərini bildirmişdir. Rəşad isə ona Bərdə rayonuna getdiyini bildirərək Quzanlı qəsəbəsində görüşməyi təklif etmişdir. Bundan sonra Ziya, özü və qardaşı Tağı Quzanlı qəsəbəsinə gələrək orada yerləşən “Kafe Quzanlı” adlı çayxanada Rəşadla görüşmüşlər. Söhbət zamanı Rəşad təkrar olaraq Ziyaya ona verilən sosial yardımın bərpa olunacağını və Fond tərəfindən geri tələb edilən pulun tələb edilməyəcini təmin edəcəyini bidirib bunların qarşılığından 1000 manat pul istəmişdir. Ziya da Rəşadla razılaşaraq cibində olan 1000 manat pulu çıxararaq onların yanında Rəşada vermişdir. Daha sonra onlar Rəşaddan ayrılıraq yaşadıqları Ağcabədi rayon Hindarx qəsəbəsinə gəlmişlər. Bu söhbətdən təxminən 1-2 ay sonra Ziya onun yanına gələrək sosial yardımın bərpa edilmədiyini və pulların hələ də ondan geri tələb edildiyini bildirmişdir və bu barədə Rəşaddan soruşanda sonuncunun müxtəlif bəhanlərlə onu aldatdığını bildirmişdir. Həmin vaxt o, da Ziyaya hüquq mühafizə orqanlarına məlumat verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə 2024-cü ilin iyul ayının əvvəllərində qardaşı Mübarizin vasitəsilə tanımışdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2024-cü ilin aprel ayında oğlu Zərərçəkmiş şəxs verilən ünvanlı sosial yardımın dayandırılmış və dövlət tərəfindən ona ödənilmiş pulunun geri tələb olunmağa başlamışdır. Həmin ilin iyul ayının əvvəllərində Mübariz yaşadıqları evə gələrək Rəşad adlı şəxslə tanış olduğunu və sonuncunun onlara köməklik edə biləcəyini bildirmişdir. Onlar bir qədər məsləhətləşdikdən sonra qərara gəlmişlər ki, Rəşada zəng edib onunla görüşsüzlər. Həmin vaxt Mübariz Təqsirləndirilən şəxs zəng edərək onunla görüşmək istədiklərini bildirmişdir. Rəşadda onlarla razılaşmış və onlar Ağcabədi şəhərində Rəşadla görüşmüşlər. Həmin vaxt orada özü, Ziya, Mübariz və Rəşad olmuşlar. Söhbət əsnasında Ziya Rəşada ona verilən ünvanlı sosial yardımın dayandırıldığını və ona ödənilmiş 6831,84 manat məbləğində pulun Fond tərəfindən geri tələb edildiyini bildirərək onlara köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə onlara köməklik edəcəyini, yəni Ziyaya verilən ünvanlı sosial yardımı bərpa etdirəcəyini və Ziyadan tələb edilən 6831,84 manat məbləğindfə pulun tələb edilməməsini təmin edəcəyini bildirmişdir. Bundan sonra onlar oradan çıxıb yaşadıqları evə qayıtmışlar. Bir neçə gün bu barədə düşündükdən sonra qərar gəlmişlər ki, Rəşadla görüşüb ona həmin işləri görməsini xahiş etsinlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 12-00 radələrində Mübariz Rəşada zəng edərək görüşmək istədiklərini bildirmişdir. Rəşad isə Mübarizə Bərdə rayonuna getdiyini bildirərək Quzanlı qəsəbəsində görüşməyi təklif etmişdir. Bundan sonra Ziya, özü və qardaşı Mübariz Quzanlı qəsəbəsinə gələrək orada yerləşən “Kafe Quzanlı” adlı çayxanada Rəşadla görüşmüşlər. Söhbət zamanı Rəşad təkrar olaraq Ziyaya ona verilən sosial yardımın bərpa olunacağını və Fond tərəfindən geri tələb edilən pulun tələb edilməyəcini təmin edəcəyini bidirib bunların qarşılığından 1000 manat pul istəmişdir. Ziya da Rəşadla razılşaraq cibində olan 1000 manat pulu çıxararaq onların yanında Rəşada vermişdir. Daha sonra onlar Rəşaddan ayrılıraq yaşadıqları Ağcabədi rayon Hindarx qəsəbəsinə gəlmişlər. Lakin həmin vaxtdan bir neçə müddət keçməsinə baxmayaraq Rəşad vədinə əməl etməmiş və Ziyanın ona vermiş olduğu pulu geri qaytarmadığına görə Ziya hüquq mühafizə orqanlarına bu barədə məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağcabədi Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə xx.xx.2021-ci il tarixli Qərara əsasən CPM-nin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq CM-nin 73-cü maddəsinə əsasən xitam verilib və o, cinayət məsuliyytindən azad edilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək həbsdən azad olunub. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 31 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs rayonun Kəhrizli kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı Arzu Səfərova və azyaşlı övladı, 2020-ci il təvəllüdlü Adəm Cəfərlidən ibarətdir. X1 görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerdən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağcabədi Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarxli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Beləliklə məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, sübutların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 178.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin əməlini etiraf etməsi, xəstə olması, himayəsidə azyaşlı övladının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, sair məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1 /bir/ il 6 /altı/ ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-19/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-19/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver