Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-2/2024 30.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Ermənistan Respublikası Razdan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 47,62 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı qanunsuz əldə edib 20 oktyabr 2023-cü il, saat 00:52dək, yəni işğaldan azad olunmuş ərazilərə vətəndaşların qanunsuz keçidinin qarşısını almaq məqsədilə yaradılmış Ağdam rayonu Təzəkənd kəndi ərazisində fəaliyyət göstərən nəzarət buraxılış məntəqəsində "xxxx" MMC-nin mülkiyyətində olmaqla həmin MMC-nin 20 fevral 2023-cü il tarixli, 2246 saylı etibarnaməsi əsasında AC241879 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mitsubishi L200” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb rayon polis şöbəsinə gətirilməklə rayon polis şöbəsinin inzibati binasının həyətində həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin sürücü oturacağının sol alt hissəsindən çıxarıb təqdim edənədək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlamış və daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir, 2 azyaşlı övladı vardır. O, narkotik vasitələrin daimi istifadəçisi deyildir. Təxminən 2019-cu ildən "xxxx" QSC-də montajçı işləyir. O, "xxxx" MMC-nin mülkiyyətində olmaqla həmin MMC-nin 20 fevral 2023-cü il tarixli, 2246 saylı etibarnaməsi ilə AC241879 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi Mitsubishi L200 Minik - Pikap markalı, 77PN937 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 2023-cü ilin 11 sentyabr tarixində isə "xxxx" QSC -nin əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 işğaldan yeni azad olunmuş Kəlbəcər rayonuna və orada olan işlər qurtardıqdan sonra isə Xocalı rayonuna aparmaq üçün təhkim olunmuşdur. Həmin vaxtdan etibarən Ağdam rayonu ərazisindən keçərək əvvəlcə Kəlbəcər rayonuna, sonra isə Xocalı rayonuna getmişlər və orada Rəşad, Cavid və Namiq öz işlərini görmüşlər, o, isə onları avtomobillə lazımi yerlərə aparmışdır. 19 oktyabr 2023-cü il tarixdə onlar işlərini yekunlaşdıraraq Bakı şəhərinə qayıtmalıymışlar. O, avtomobildə olan avadanlıqları Kəlbəcər rayonuna aparıb boşaltıqdan sonra yenidən Xocalı rayonuna qayıtmışdır. Təxminən saat 14 radələrində işğaldan azad olunmuş ərazidə avtomobillə gedərkən yolun kənarında avtomobilini saxlayaraq təbii ehtiyacını ödəyərkən yolun kənarında xatırlamadığı yerdə şəffaf rəngli sellafon torbanın olduğunu görmüş və onu yerdən götürmüşdür. Həmin sellafon torbaya baxarkən onun içərisində narkotik vasitənin olduğunu görmüşdür. Sonra isə həmin sellafon torbanı idarə etdiyi avtomaşının sürücü oturtacağının sol alt hissəsində saxlamış və avtomobilinə minərək iş yoldaşlarının yanına getmişdir. Lakin bu barədə iş yoldaşlarına heç nə bildirməmişdir. Bundan sonra onlar işlərini qurtardıqdan sonra şəxsi əşyalarını yığaraq Bakı şəhərinə yola düşmüşlər. Lakin, Ağdam rayonu ərazisindəki sonuncu postu keçərkən polis əməkdaşları onları saxlayaraq işğaldan azad olunmuş zonanı tərk etmələri səbəbilə avtomobilə baxacaqlarını bildirdikdə o, polislərə avtomoblində olan narkotik tərkibli yaş çətənə bitkisi barədə bildirmişdir. Bundan sonra polis əməkdaşları onu, Rəşadı, Cavidi və Namiqi avtomobili ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Şəxsi axtarış zamanı üzərindən heç bir qeyri qanuni əşya, predmet aşkar olunmasa da, avtomobilinə baxış zamanı avtomobilinin sürücü oturacağının sol alt hissəsində gizlətdiyi bir ədəd bükümdə olan narkotik vasitə hesab olunan yaş halda marixuanaları təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, aşkar olunmuş narkotik vasitələr ona məxsusdur, yuxarıda qeyd etdiyi şəkildə əldə etmişdir. O, ancaq qurudulmuş marixuanadan istifadə etmiş, avtomobilində aşkar edilmiş narkotik vasitəni isə qurudaraq özü istifadə etmək məqsədilə aparmaq üçün avtomobilində saxlamışdır. Rəşadın, Cavidin və Namiqin həmin narkotikdən xəbərlərinin olmadığını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, onun başqa heç bir cinayətdə iştirakının olmadığını, narkoloji və psixiatrik xəstəliklərdən əziyyət çəkmədiyini, əvvəl verdiyi izahatında avtomobilindən aşkar edilmiş narkotik vasitəni işğaldan yeni azad olunmuş Xocalı rayonu ərazisində yol kənarında bitmiş çətənə kollarından yığaraq toplayaraq idarə etdiyi avtomobildə gizlətdiyini bildirdiyini, əvvəl qorxduğu üçün belə bir izahat verdiyini, lakin hazırda verdiyi ifadəsinin doğru olduğunu və bu ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. O, narkotik vasitəni tapan zaman hava dumanlı olduğundan, həmçinin həmin yerə nabələd olduğundan ərazinin konkret olaraq harada yerləşdiyini xatırlamır, bu səbəbdən də həmin yeri dəqiq göstərə bilməmişdir. O, etdiyi əməli səmimi etiraf etdiyini, ona izahat və ifadə verərkən heç bir təziq olunmadığını bildirmişdir. Hazırda tutduğu əməldən peşiman olmasını və məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, subaydır, narkotik vasitələrin istifadəçisi deyildir. Təxminən 2019-cu ildən Construction Engineering QSC-də texniki işçi vəzifəsində işləyir. O cümlədəndə 2023-cü ilin sentyabr ayının 11-də Construction Engineering QSC-nin əməkdaşları olan Şahid3, Şahid2, Təqsirləndirilən şəxs ilə birlikdə işğaldan yeni azad olunmuş Kəlbəcər rayonuna, sonra isə Xocalı rayonuna getmək üçün təhkim olunmuşlar. Həmin vaxtı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Həmin vaxtdan etibarən Ağdam rayonu ərazisindən keçərək Kəlbəcər rayonuna getmişlər, orada işlərini yekunlaşdırdıqdan sonra Xocalı rayonuna getmişlər və orada öz xidməti işlərini görmüşlər. 19 oktyabr 2023-cü il tarixdə isə işlərini yekunlaşdıraraq Bakı şəhərinə qayıtmalıymışlar. Təxminən saat 18 radələrində Xocalı şəhərində işləri qurtardıqdan sonra şəxsi əşyalarını yığaraq Bakı şəhərinə yola düşmüşlər. Lakin, Ağdam rayonu ərazisindəki sonuncu postu keçərkən polis əməkdaşları onları saxlayaraq işğaldan azad olunmuş zonanı tərk etmələrəi səbəbilə avtomobilə baxacaqlarını bildirdikdə Elvin polislərə avtomobildə olan narkotik tərkibli yaş çətənə bitkisi barədə bildirmişdir. Bundan sonra polis əməkdaşları onu, Elvini, Namiqi və Cavidi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qeyri qanuni əşya predmet aşkar olunmasa da, avtomobilə baxış zamanı avtomobilin sürücü oturacağının altında Təqsirləndirilən şəxs gizlətdiyi bir ədəd bükümdə olan narkotik vasitə hesab olunan yaş halda marixuananı təqdim etmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, aşkar olunmuş narkotik vasitə ona məxsus deyildir, yuxarıda qeyd etdiyi kimi narkotik vasitə Elvinə məxsusdur. Elvinin həmin narkotik vasitəni haradan əldə etməsindən xəbəri yoxdur və həmin narkotik vasitəni avtomobilə qoymasından da xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Şahid3 və Şahid2 da həmin narkotik vasitədən xəbərləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİO-da və həmin ildəndə tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid3 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 07 oktyabr 2023-cü il tarixdən Ağdam rayon X6 rayon Təzəkənd kəndində yerləşən komendant postunda xidmət etmişdir. Həmin vaxtı postun rəhbəri olmuş, çıxış postunda isə PPXB-nin polis nəfərləri, polis serjantlarıı Şahid8 və Şahid7 olmuşdur. Postda xidməti vəzifələri işğaldan azad olunmuş ərazilərə daxil olan və çıxan avtomobillərə və vətəndaşlara nəzarət etməkdən ibarətdir. Belə ki, xidmətdə olduqları müddətdə komendant posdundan keçən avtomobillərə və vətəndaşlara nəzarət etmək, həmin şəxslərin müvafiq portal sistemindən qeydiyyatdan keçib-keçməmələrini yoxlamaqla icazəsiz daxil olmağa imkan verməmək, həmçinin çıxan avtomobillərdə və vətəndaşların işğaldan azad olunmuş ərazilərdən qanunsuz olaraq hər hansı bir əşyanın və digər vasitələrin çıxarılmasının qarşısını almaqdır. 19 oktyabr 2023-cü il tarixdə post rəhbəri olduğu Ağdam rayon Təzəkənd kəndində yerləşən komendant postunda PPXB-nin polis nəfərləri, polis serjantlarıı Şahid8 və Şahid7 ilə xidmətdə olduğu zaman işğaldan azad olunmuş ərazidən Mitsubishi L200 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxaraq ərazini tərk etmək istəmişdir. Həmin vaxtı tərəfindən yuxarıda adlarını qeyd etdiyim polis əməkdaşlarının iştirakı ilə həmin avtomobil işğaldan azad olunmuş ərazini tərk etdiyindən qaydalara uyğun olaraq avtomobildə olan vətəndaşların şəxiyyətini və portal sistemindən keçib-keçməmələrini yoxlamağa başlamışdır. Yoxlama zamanı həmin şəxslərin Construction Engineering QSC-nin işçiləri olması müəyyən edilmişdir. Baxış zamanı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs özünü şübhəli apardığından tərəfindən həmin şəxslərə avtomobilə baxış keçiriləcəyini, avtomobildə qanunsuz hər hansısa bir əşyanın və yaxud digər vasitələrin olub-olmamasını soruşmuşdur. Həmin vaxtı avtomobildə olan sərnişinlər yoxlama zamanı adlarının Şahid1, Şahid2 və Şahid3 olduğunu bildikləri şəxslər avtomobilə baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirməklə avtomobildə qanunsuz heç bir əşyanın olmadığını bildirmişlər. Lakin bu zaman sürücü Təqsirləndirilən şəxs avtomobilə baxış keçirəcəklərini bilib işğaldan azad olunmuş ərazidən narkotik vasitə tapdığını və həmin narkotik vasitəni idarə etdiyi avtomobilində gizlətdiyini, özü istifadə etmək üçün aparmaq istədiyini bildirmişdir. Söhbət zamanı sərnişinlər Şahid1, Şahid2 və Şahid3 sürücü Təqsirləndirilən şəxs işğaldan azad edilmiş ərazidən narkotik vasitəni tapmasından və avtomobildə gizlətməsindən xəbərlərinin olmadığını bildirmişlər. Sürücü Təqsirləndirilən şəxs da həmin şəxslərin onun narkotik vasitə tapmasından və avtomobilində gizlətməsindən xəbərlərinin olmadığını bildirmişdir. Bundan sonra müvafiq qaydada Ağdam RPŞ-nin məsul növbətçisinə aşkar edilmiş faktla bağlı məruzə etmişdir. Bundan sonra həmin avtomobil sərnişinlərlə birlikdə Ağdam RPŞnə gətirilmişdir. Sonradan onlara məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs işğaldan azad olunmuş ərazidən tapdığı yaş halda narkotik vasitə olan marixuananı idarə etdiyi avtomobildə sürücü oturacağının alt hissəsində gizlətmiş, avtomobilə baxış zamanı həmin narkotik vasitəni istintaqa təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 və Şahid7 şahid qismində eyni məzmunlu ifadələr verərək Şahid6 ifadəsini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə Ağdam rayon Polis Şöbəsinə hazıırda Ağdam rayon Təzəkənd kəndində yerləşən komendant postunda işğaldan azad olunmuş ərazilərdən çıxan Mitsubishi L200 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz saxlanılmasında və daşınmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həmin vaxtı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və avtomobildə olan sərnişinlər Şahid1, Şahid2 və Şahid3 avtomobillə birlikdə Ağdam rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirilmişdir. Bundan sonra həmin şəxslərin üzərinə videogörüntü ilə şəxsi axtarış, avtomobilə isə baxışgötürmə istintaq hərəkəti keçirilməsi zamanı müdafiəçilər dəvət edilmişdir. Bundan sonra İB-nin rəisi, polis mayoru Sadiq Alıyev tərəfindən müdafiəçinin və iştirakçıların iştirakları ilə şübhəli şəxslər Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, lakin həmin şəxslərin üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Ağdam RPŞ-nin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Mitsubishi L200 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə şübhəli şəxslərin, onların müdafiəçilərinin və iştirakçıların iştirakı ilə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi avtomobilin sürücü oturacağının alt hissəsində gizlətdiyi içərisində narkotik maddəyə bənzər yaşıl rəngli kütlə olan şəffaf rəngli sellofan torbanı istintaqa təqdim etmişdir. Bundan sonra həmin narkotik maddəyə bənzər yaşıl rəngli kütlə müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra baxış və götürmə başa çatmışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİO-da, 2023-cü ildən isə tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid3 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 19 oktyabr 2023-cü il tarixdə Ağdam rayon Polis Şöbəsinə hazıırda Ağdam rayon Təzəkənd kəndində yerləşən komendant postunda işğaldan azad olunmuş ərazilərdən çıxan Mitsubishi L200 markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz saxlanılmasında və daşınmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında adları qeyd edilən şəxslər avtomobillə birlikdə Ağdam rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirilmişdir. Bundan sonra həmin şəxslərin üzərinə şəxsi axtarış-götürmə, avtomobilə isə baxış-götürmə istintaq hərəkəti keçirilməsi zamanı onu həmin istintaq hərəkətləri tərəfindən videogörüntü ilə ilə qeydə alması üçün dəvət etmişlər. Bundan sonra İB-nin rəisi, polis mayoru Sadiq Alıyev tərəfindən müdafiəçilərin və iştirakçıların iştirakları ilə şübhəli şəxslər Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 hər birinin üzərinə ayrı-ayrılıqda şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, lakin həmin şəxslərin üzərindən heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Ağdam RPŞ-nin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Mitsubishi L200 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə şübhəli şəxslərin, onların müdafiəçilərinin və iştirakçıların iştirakı ilə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi avtomobilin sürücü oturacağının alt hissəsində gizlətdiyi şəffaf rəngli sellofan torbanı istintaqa təqdim etmişdir. Bundan sonra həmin narkotik maddəyə bənzər yaşıl rəngli kütlə müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra baxış və götürmə başa çatmışdır. Bundan sonra baxış və götürmə başa çatdığından tərtib edilmiş protokolla iştirakçılar tanış olub etiraz bildirmədən imzalanmışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunmuşdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən DİO-da, 2023-cü ildən də tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 19 oktyabr 2023-cü il tarixdə Ağdam rayon Polis Şöbəsinə hazıırda Ağdam rayon Təzəkənd kəndində yerləşən komendant postunda işğaldan azad olunmuş ərazilərdən çıxan Mitsubishi L200 markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz saxlanılmasında və daşınmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həmin vaxtı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və avtomobildə olan sərnişinlər Şahid1, Şahid2 və Şahid3 avtomobillə birlikdə Ağdam rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirilmişdir. Bundan sonra həmin şəxslərin üzərinə videogörüntü ilə şəxsi axtarış, avtomobilə isə baxış-götürmə istintaq hərəkəti keçirilməsi zamanı müdafiəçilər dəvət edilmişdir. Bundan sonra İB-nin rəisi, polis mayoru Sadiq Alıyev tərəfindən müdafiəçinin və iştirakçıların iştirakları ilə şübhəli şəxslər Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, lakin həmin şəxslərin üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Ağdam RPŞ-nin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Mitsubishi L200 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə şübhəli şəxslərin, onların müdafiəçilərinin və iştirakçıların iştirakı ilə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi avtomobilin sürücü oturacağının alt hissəsində gizlətdiyi içərisində narkotik maddəyə bənzər yaşıl rəngli kütlə olan şəffaf rəngli sellofan torbanı istintaqa təqdim etmişdir. Bundan sonra həmin narkotik maddəyə bənzər yaşıl rəngli kütlə müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra baxış və götürmə başa çatmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-bioloji ekspertizanın 20 oktyabr 2023-cü il tarixli, 16/1037 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “20 oktyabr 2023-cü ildə Ağdam RPŞ-də Mitsubişi L200 markalı, **-PN-*** d/q nişanlı avtomobilin qarşı sol sürücü oturacağının sol alt hissəsindən aşkar olunmuş bitki kütləsi” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 47,62 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 18 dekabr 2023-cü il tarixli 2066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -xx.xx.2023-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -İş materiallarına əsasən 1 (bir) ədəd səffaf rəngli sellafon bükümündə ümumi təmiz çəkisi 47,62 qram qram olan qurudulmamış marixuananın üzərindən 0,02 qram tədqiqata sərf olunduqdan sonra qalan təmiz çəkisi 47,6 qram qurudulmamış marixuana cinayət işi üzrə maddi sübut hesab edilərək Ağdam RPŞnin müvafiq qurumuna məsul saxlanışa verilmişdir. -Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli 5892 nömrəli arayışdan görünür ki, Məmmədov X4 rayon Binəqədi qəsəbəsi, 2-ci mədən korpus 64, ev 231a ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 13 dekabr 2023-cü il tarixli 5893 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadislər ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə şübhəli şəxs qismində 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti cəza təyin olunmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməli, iş üzrə maddi subutlar- 1 (bir) ədəd səffaf rəngli sellafon bükümündə ümumi təmiz çəkisi 47,62 qram qram olan qurudulmamış marixuananın üzərindən 0,02 qram tədqiqata sərf olunduqdan sonra qalan təmiz çəkisi 47,6 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatın dəyəri 30,40 manat ondan tutulmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs ünvan 1 yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək vəzifəsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ünvan 1-də yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə ünvan 1-də yerləşən yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar- 1(bir) ədəd səffaf rəngli sellafon bükümündə ümumi təmiz çəkisi 47,62 qram qram olan qurudulmamış marixuananın üzərindən 0,02 qram tədqiqata sərf olunduqdan sonra qalan təmiz çəkisi 47,6 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-2/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-2/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver