Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-2/2025 21.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Ağdam rayonu Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdam rayonu Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında istintaqa məlum olmayan gündə və vaxtda, Ağdam rayonu, Çəmənli kəndində yerləşən fermada, aralarında aparılmış söhbətlərə və sonuncunun zahiri görünüşünə görə xx xxxxxxx 2008-ci il təvəllüdlü olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmadığı, habelə aralarındakı yaş fərqinin çox olduğu aşkar surətdə ona məlum olduğu halda 2024cü ilin aprel ayında istintaqa məlum olmayan gündə və vaxtda Ağdam rayonu Çəmənli kəndi ərazisində yerləşən fermaya məxsus fərdi yaşayış evində, on altı yaşına çatmayan Laçın rayonu Qayğı qəsəbəsində qeydiyyatda olmaqla həmin fermada yaşayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə həmin evdə Zərərçəkmiş şəxs yataq otağında sonucuya məxsus çarpayıda zor tətbiq etmədən, sonuncunun könüllü razılığı ilə təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığını pozaraq on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə qəsdən cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin mart ayında həbsdən çıxdıqdan sonra yaşadığı Ağdam rayon Çəmənli kəndinə gəlmişdir və orada yaşamağa başlamışdır. Atası Şahid3 məxsus Ağdamm rayon Çəmənli kəndi ərazisində ferma vardır. O, heç bir yerdə işləmədiyindən atası ona demişdir ki, “özünə məxsus heyvanları verdim sənə, get onları saxla başın qarışsın”. O da bununla razılaşmışdır və özlərinə məxsus olan qoyunları və inəkləri otaqmaq məqsədilə həmin fermaya getmişdir. O, orada olan zaman həmkəndlisi Aydın Mahmudova məxsus olan fermada yaşayan Elməddin adlı şəxslə tanış olmuşdur, bundan sonra isə onun ailəsi ilə tanışlığı yaranmışdır. O, heyvaları otarmaq məqsədilə həmin fermaya gedib-gəlmişdir. Həmin vaxtı o Elməddinin qızı Aytacı görmüş və ondan xoşu gəlmişdir. Bundan sonra o Aytacla onlara məxsus qaldıqları evin qarşısında dayanıb söhbət edən zaman Aytac ondan xoşu gəldiyini bildirmişdir. Onunda Aytacdan xoşu gəldiyinə görə ona demişdir ki, “mənimdə səndən xoşum gəlir və səni sevirəm”. Bundan sonra onların aralarında sevgi münasibətləri yaranmışdır və onlar mütəmadi olaraq fermanın ərazisində görüşərək söhbət etmişlər. O, həmin vaxtlarda Aytacın bədəninin zahiri görünüşündən onun azyaşlı olduğunu bilmişdir, bu barədə Aytac da ona demişdir ki, hələ 16 yaşı tamam olmamışdır. Lakin onun Aytacdan xoşu gəldiyindən, onu sevdiyindən onunla evlənmək qərarına gəlmişdir. Bundan sonra o Aytacla onun ailə üzvləri evdə olmayan zaman Aytacın təklifi ilə onun yaşadığı evə getmişdir və onunla söhbət etməyə başlamışdır. Həmin vaxtı o Aytacla öpüşməyə başlamışdır. Bundan sonra onların bir-birilərinə istəkləri dahada artmışdır. Bu minvalla onlar gündüzlər tez-tez fermanın ərazisində və gecələr isə Aytacın yataq otağına həmin otağın pəncərəsindən içəriyə daxil olmaqla orada söhbət etmişlər. 2024-cü ilin aprel ayında dəqiq xatırlamadığı gündə və vaxtda Aytac ona həmişəki kimi gecə onun qaldığı otağa gəlməyii demişdir, o da onunla razılaşmışdır və gecə saat təxminən 00 radələrində Aytac qaldığı otağın pəncərəsini açmışdır və oradan evə daxil olmuşdur. Həmin vaxtı Aytacın ailə üzvləri digər otaqda yatmışlar. Həmin vaxtı, o Aytacla təxminən bir saata qədər söhbət etmişdir. Bundan sonra o Aytaca onunla cinsi əlaqədə olmağı təklif etmişdir. Aytac onun bu təklifini qəbul etmiş, bundan sonra Aytacla cinsi əlaqədə olmuşdur. Həmin vaxtı Aytac bakirə olmuşdur. Həmin gecə o Aytacla bir dəfə cinsi əlaqədə olmuşdur, onunla cinsi əlaqədə olan zaman onun cinsi orqanından qan gəlmişdir. Bundan təxminən bir saat sonra evə daxil olduğu pəncərədən çölə çıxmış və qaldığı fermaya gedib gecəni orada qalmışdır. Lakin bundan heç kimin xəbəri olmamışdır. Səhərisi günü Aytacla rastlaşdıqda gecə baş verənlərlə bağlı heç bir söz deməmiş və yanından gülümsəyərək keçmişdir. Bundan sonra Aytacla onun qaldığı otaqda müxtəlif vaxtlarda görüşərək cinsi əlaqədə olmuşdur. 2024-cü ilin iyun ayının 5-də axşam vaxtalrında Aytacın ailə üzvləri ilə birlikdə onların evinin qarşısında olan çardağın altında oturmuşlar. Həmin vaxtı Aytacın qardaşı Faxrəddinlə birlikdə aldığı piyvələri içmişlər. Həmin vaxtı ikisi birlikdə 3 litr piyvə içmişlər. Bundan sonra öz qaldığı fermaya getmişdir. Təxminən bir saatdan sonra Aytac özünə məxsus olan ***-***-**-** nömrəli telefonundan ona məxsus olan ***-***-**-** nömrəli telefonuna zəng edərək ona demişdir ki, “qaldığım otağın pəncərəsini açıram gəl içəri səninlə vacib işim vardır”. O bununla razılaşmışdır və Aytacın otağına pəncərədən keçmişdir. Həmin vaxtı Aytac ona demişdir ki, “məni başqasına verirlər, mən sənsiz neyniyəcəm” deyərək ağlamışdır. O da Aytaca demişdir ki, “axı biz birlikdə cinsi münasibətdə olmuşuq, sən başqasına necə gedə bilərsən”. Çünki o düşünmüşdür ki, Aytac başqasına ərə getsə onun bakirə olmadığı üzə çıxacaqdır. Bundan sonra o Aytaca demişdir ki, gəl birlikdə qoşulaq qaçaq. Aytac onun bu təklifi ilə razılaşmışdır. Bu zaman Aytac göz karandaşı deyilən karandaşla kağız parcasına yazı yazmağa başlamışdır. Ondan nə yazdığını soruşduqda Aytac demişdir ki, kağıza yazacam ki, xahiş edirəm məni axtarmayın deyə bildirmişdir. Bundan sonra o pəncərədən çölə çıxmış və qaldığı fermaya getmişdir. Bundan təxminən 3-5 dəqiqə sonra Aytac onun qaldığı fermaya gəlmiş və demişdir ki, “mən hazıram gəl getdik”. Bundan sonra o Aytacla piyada olaraq sahəliklərlə Ağdam rayon Alıbəyli kəndinə qədər getmişdir və kəndin ərazisində yolla piyada gedən zaman markasını və nömrəsini xatırlamadığı avtomobilin keçdiyini görüb ona əl etmişdir. Həmin avtomobil dayanmışdır və ondan hara getdiyini soruşmuş, sonuncu Quzanlı qəsəbsinə getdiyini bildirmişdir. O, həmin sürücüdən onları Quzanlı qəsəbəsinə qədər aparmasını xahiş edərək birlikdə həmin avtomobillə Quzanlı qəsəbəsinə gəlmişlər. Oradan isə tanımadığı taksi ilə əvvəlcə Bərdə rayonuna, oradan da Yevlax şəhərinə, daha sonra Bakı şəhərinə getmişlər. Onlar əvvəlcə Bakı şəhərində “Papanin” deyilən ərazidə tanımadığı ünvanda kirayədə qalmışlar. Orada 5 gün qaldıqdan sonra yerlərinin müəyyən olunmaması üçün qaldıqları ünvanları tez-tez dəyişməyə başlamışlar. Axırıncı dəfə Bakı şəhərində “Çermet” deyilən ərazidə tanımadığı ünvanda kirayədə qalmışlar. O, bilirdi ki, əvvəl-axır onları tutacaqlar, buna görə də özünə telefon almışdır və özünə məxsus olan ***-***-**-** nömrəni telefona taxmışdır. Həmin vaxtdan təxminən 5 dəqiqə sonra Aytacın bacısı Sevinc ona zəng etmişdir və onların harada olduqlarını soruşmuşdur. O, Aytacla birlikdə olduğunu və hazırda Nərimanov rayonu ərazisində adını unutduğu restoranda yemək yediklərini bildirmişdir. Sevinc onunla görüşə biləcəklərini soruşmuşdur. O da ona görüşməyə razı olduqlarını və harada görüşə biləcəklərini ondan soruşmuşdur. Sevinc onlara Sulutəpənin dairəsinə gəlmələrini, onu oradan götürüb söhbət etmələrini bildirmişdir. O Sevinclə razılaşmış və Aytacla birlikdə Sulutəpəyə getmişlər. Oradan Sevinci götürüb birlikdə Nərimanov rayonu ərazisinə gəlmişlər və orada adını unutduğu restoranda əyləşib yemək yemişlər. Onlar həmin vaxtı birlikdə qərara gəlmişlər ki, səhər açılan kimi Ağdam rayonuna polis şöbəsinə getsinlər. Həmin vaxtı yedikləri yeməyin hesabını verib çölə çıxmaq istəyən zaman polis əməkdaşları onlara yaxınlaşıb birlikdə 17-ci polis bölməsinə dəvət etmişlər. Bundan sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları 17-ci bölməyə gəlib onları Ağdam rayon polis şöbəsinə gətirmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ilk dəfə 2024-cü ilin aprel ayında dəqiq xatırlamadığı gündə və vaxtda saat 01 radələrində Ağdam rayonu Çəmənli kəndində Aytacın yaşadığı evdə cinsi əlaqədə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs 16 yaşının tamam olmadığını bilmişdir, onun isə 30 yaşım tamam olmuşdur. Aytacı sevdiyindən və onunla evlənərək ailə qurmaq istədiyindən onunla cinsi əlaqədə olmuşdur. O, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyəti yaratdığını bilmişdir. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman Aytac ona etiraz etməyərək onunla cinsi əlaqədə olmağa razı olmuşdur. Aytacla yalnız təbii yolla cinsi əlaqədə olmuşdur, onunla heç vaxt qeyritəbii yolla cinsi əlaqədə olmamışdır. Onların birlikdə qaçmağından heç kimi xəbəri olmamışdır, ilk dəfə qaçmaq təklifini özü Aytaca demişdir, Aytac da onun bu təklifi ilə razılaşaraq onunla ailə qurmaq məqsədilə qaçmışdır. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2022-ci ildən ailə üzvləri ilə birlikdə Ağdam rayon Çəmənli kəndində yerləşən Aydın adlı şəxsin fermasında yaşayırlar, valideyinləri isə həmin fermada çoban işləyirlər. Onların qaldığı fermanın yaxınlığında İbrahim adlı şəxsin ferması vardır. 2024-cü ilim mart ayında İbrahimin oğlu Əsədlə fermanın ərazisində tanış olmuşdur və onun Əsəddən xoşu gəlmişdir. Bundan sonra Əsədlə fermada yaşadığı evin qarşısında dayanıb söhbət edən zaman Əsəd ondan xoşu gəldiyini və onu sevdiyini bildirmişdir. Bundan sonra onların arasında sevgi münsibətləri yaranmışdır. Bundan sonra Əsəd ondan telefon nömrəsini istəmişdir. O, əvvəlcə valideyinlərinin xəbər tutacağından qorxduğundan ona telefon nömrəsini verməmişdir, lakin sonradan Əsədin ona qarşı olan xoş niyyətli hərəkətlərini görüb telefon nömrəsini ona vermişdir. Bundan sonra onlar birbiriləri ilə telefonla və “Whatsap”la yazışmaqla əlaqə saxlamışlar. Bundan sonra onların aralarında sevgi münasibətləri yaranmışdır və onlar mütəmadi olaraq fermanın ərazisində görüşərək söhbət etmişlər. Həmin vaxtlarda Əsəd onun azyaşlı olduğunu bilmişdir, bu barədə Əsədə o özü demişdir ki, hələ 16 yaşı tamam olmayıbdır. Lakin onun Əsəddən xoşu gəldiyindən, onu sevdiyindən və onunla evlənmək qərarına gəldiyini bildirdiyindən ona qarşı sevgisi daha da artmışdır. Bundan sonra, ailə üzvləri evdə olmayan zaman Əsəd onun təklifi ilə yaşadığı evə gəlmiş və onlar söhbət etməyə başlamışlar. Həmin vaxtı Əsəd onunla öpüşməyə başlamışdır. Bundan sonra onların bir-birilərinə istəkləri dahada artmışdır. Bu minvalla onlar gündüzlər tez-tez fermanın ərazisində və gecələr isə Əsəd onun yataq otağına həmin otağın pəncərəsindən içəriyə daxil olmaqla orada söhbət etmişlər. 2024-cü ilin aprel ayında dəqiq xatırlamadığı gündə və vaxtda Əsəd onun yatdığı otağın pəncrəsinin qarşısına gəlmişdir, onlar söhbət etməyə başlamışlar, həmin vaxtı Əsədə demişdir ki, “getmə qal söhbət edək”. Əsəd də razılaşmış, ona evin içərisinə keçməsini bildirmişdir. Əsəd evin pəncərəsindən içəriyə daxil olmuşdur, ona ayğının ağrıdığını bildirərək ona məxsus olan çarpayının üstündə oturmasını demişdir, o da oturmuşdur. Bundan sonra söhbət zamanı Əsəd onunla cinsi əlaqədə olmağını təklif etmişdir. O da Əsədin sevdiyindən onun bu təklifi ilə razılaşmışdır və Əsəd ona məxsus olan çarpayıda onunla təbbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxtı, o bakirə olmuşdur və onlar cinsi əlaqədə olan zaman onun cinsi orqanından qan gəlmişdir. O, Əsədlə cinsi əlaqədə olmamışdan əvvəl çarpayının üzərinə quru salfetkaları düzdüyündən onun yataq dəsti batmamışdır. Bundan təxminən 5-10 dəqiqə sonra Əsədə demişdir ki, sən get, birdən atamgil durub səni burda görərlər, bundan sonra Əsəd onunla razılaşmış və çıxıb getmişdir. Bundan sonra qana batmış salfetkaları yaxınlıqda olan zibilliyə atmışdır. Bundan sonra Əsəd onunla ona məxsus yataq otağında müxtəlif vaxtlarda görüşərək cinsi əlaqədə olmuşdur. 2024-cü ilin iyun ayının 5-də axşam vaxtalrında Əsəd onun ailə üzvləri ilə birlikdə evlərinin qarşısında olan çardağın aldında oturmuşdur. Həmin vaxtı Əsəd qardaşı Faxrəddinlə piyvə içmişdir. Bundan sonra Əsəd öz qaldığı fermaya getmişdir. Təxminən bir saatdan sonra özünə məxsus olan ***-***-**-** nömrəli telefonundan Əsədə məxsus olan ***-***-**-** nömrəli telefonuna zəng edərək demişdir ki, qaldığı otağın pəncərəsini açacaq gəlsin içəri onunla vacib işi vardır. Əsəd onunla razılaşmışdır və ona məxsus yataq otağına pəncərədən keçmişdir. Həmin vaxtı Əsədə demişdir ki, “onu başqasına verirlər, sənsiz neyniyəcəm” deyərək ağlamışdır. Həmin vaxtı Əsəd ona demişdir ki, axı biz birlikdə cinsi münasibətdə olmuşuq, sən başqasına necə gedə bilərsən. O da qorxmuşdur ki, başqasına ərə getsə onun bakirə olmadığı üzə çıxacaqdır. Bundan sonra Əsəd ona demişdir ki, gəl birlikdə qoşulaq qaçaq. O, Əsədin bu təklifi ilə razılaşmışdır. Bundan sonra qara rəngli karandaşla kağız parçasında “xahiş edirəm məni axtarmayın” sözlərini yazmışdır, Əsəd isə nə yazdığını soruşduqda kağıza yazdığı sözləri ona bildirmişdir. Sonra Əsəd hazırlaşmaq üçün qaldığı fermaya getmişdir. O da paltarını dəyişmişdir və otağın pəncərəsindən çıxaraq Əsədin qaldığı fermanın həyətinə getmişdir. Bundan sonra Əsədlə piyada olaraq sahəliklərlə Ağdam rayon Alıbəyli kəndinə qədər getmişlər və kəndin ərazisində yolla piyada gedən zaman markasını və nömrəsini xatırlamadığım avtomobilin keçdiyini görüb Əsəd ona əl etmişdir. Həmin avtomobil dayanmış və Əsəd ona hara getdiyini soruşmuş, o da Quzanlı qəsəbsinə getdiyini bildirmişdir. Əsəd isə həmin sürücüdən onlarıda Quzanlı qəsəbəsinə qədər aparmasını xahiş etmişdir, sonuncu onlarla razılaşmışdır və onlar avtomobilə minib Quzanlı qəsəbəsinə getmişlər. Oradan isə tanımadığı taksi ilə əvvəlcə Bərdə rayonuna, oradan da Yevlax şəhərinə getmişlər. Bundan sonra onlar birlikdə taksi ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində tanımadıqları ünvanlarda kirayədə qalmışlar. Onlar bilirdilər ki, əvvəl-axır onların yaşadığı yer məlum olacaq, buna görə də özlərinə yeni mobil telefon almışlar və Əsədə məxsus olan ***-***-**-** nömrəni telefona taxmışlar. Həmin vaxtdan təxminən 5 dəqiqə sonra bacısı Sevinc onlara zəng etmişdir və harada olduqlarını soruşmuşdur. Əvvəlcə Əsəd sonra isə, o Sevincə birlikdə olduqlarını və hazırda Nərimanov rayonu ərazisində adını unutduğu restoranda yemək yediklərini bildirmişdir. Sevinc onunla görüşə biləcəklərini soruşmuşdur. Onlar da ona götüşməyə razı olduqlarını və harada görüşə biləcəklərini ondan soruşmuşlar. Sevinc onlara Sulutəpənin dairəsinə gəlmələrini, onu oradan götürüb söhbət etmələrini bildirmişdir. Onunla razılaşaraq Əsədlə birlikdə Sulutəpə adlanan yerə getmişlər. Oradan Sevinci götürüb birlikdə Nərimanov rayonu ərazisinə gəlmişlər və orada adını unutduğu restoranda əyləşərək yemək yemişlər. Onlar həmin vaxtı birlikdə qərara gəlmişlər ki, səhər açılan kimi Ağdam rayonuna polis şöbəsinə gəlsinlər. Həmin vaxtı Əsəd yedikləri yeməyin hesabını verib çölə çıxmaq istəyən zaman polis əməkdaşları onları saxlayıb sorğu-sual etmişlər, daha sonra birlikdə 17-ci polis bölməsinə getmişlər. Bundan sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları 17-ci bölməyə gələrək onları Ağdam rayon polis şöbəsinə dəvət etmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ilk dəfə 2024cü ilin aprel ayında dəqiq xatırlamadığı gündə və vaxtda saat 01 radələrində Ağdam rayonu Çəmənli kəndində yaşadığı evdə cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun 16 yaşı tamam olmamamışdır, Əsəd isə 30 yaşının olduğunu bildirmişdir. Əsəd onun 16 yaşına çatmadığını bilmişdir. Əsədə onunla cinsi əlaqədə olarkən ona cinsi əlaqəyə görə etiraz etməmişdir. İlk olaraq Əsəd onunla cinsi əlaqədə olmağı təklif etmişdir. O da Əsədi sevdiyindən buna razılıq vermişdir və Əsəd onun cinsi əlaqədə olmuşdur. Əsəd onunla yalnız təbii yolla cinsi əlaqədə olmuşdur, onunla heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Onların qaçmaqlarından heç kimin xəbəri olmamışdır, ilk dəfə qaçmaq təklifini Əsəd özü ona etmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Çəmənli kəndində yerləşən fermada ailə üzvləri ilə birlikdə yaşayır və çoban işləyir, üç övladı vardır. Zərərçəkmiş şəxs kiçik qızıdır, onunla eyni ünvanda yaşayır. Təqsirləndirilən şəxs tanıyır, işlədiyi fermanın qonşuluğunda Əsədin atası İbrahimin məxsus ferması vardır, onunla aralarında ədavət və düşmənçilik olmamışdır. Əsəd mütəmadi olaraq onun işlədiyi fermaya gəlmişdir, onlarla oturub söhbət etmişdir. xx.xx.2024-cü il tarixdə arvadı Şahid1 ilə işlədiyi fermada olan qoyunları otarmağa getmək istəyən zaman Gülxas qızı Aytacı çağırmaq üçün onun yatdığı otağa getmiş və sonra geriyə qayıdaraq Aytacın evdə olmadığını bildirmişdir. O, dərhal Aytacın yataq otağına getmişdir, həmin vaxtı Aytacın yataq dəstinin üzərində kardon parçası görmüşdür, ona baxdıqda "xahiş edirəm məni axtarmayın" sözlərinin yazıldığını görmüşdür. O, başa düşmüşdür ki, qızı kiməsə qoşulub qaçmışdır. Bundan sonra qaldığı fermanın yaxınlığında olan digər fermaya getmişdir, orada qalan Əsəd adlı şəxsi axtarsa da tapa bilməmişdir. Bundann sonra Əsədin yaşadığı ünvana getmişdir. Orada onun atası İbrahimdən Əsədin harada olmasını soruşduqda o, Əsədin evə gəlmədiyini bildirmişdir. X8 xx.xx.2024-cü il tarixdə axşam vaxtlarında onun yanına gələrək ondan ehtiyacı olduğu üçün 20 manat pul alıb getdiyini bildirmişdir. Bundan sonra başa düşmüşdür ki, Əsəd onun qızı Aytacı qaçırmışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, son vaxtlar Əsəd onların evinə tez-tez gəlib getmişdir. Hətta həmin günü axşam vaxtlarında Əsəd onun evinin qarşısına gəlmişdir, sonra isə Əsəd öz qaldığı fermaya getmişdir. X9 bir-biriləri ilə söhbət edən zaman görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 3 övladım vardır. X2 və Şahid4 ailəlidirlər, onlar ayrı yaşayırlar, Zərərçəkmiş şəxs kiçik qızıdır, onlarla birlikdə yaşayır, ailədaxili münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadıqları fermada olan qoyunları əri Elməddinlə sahəyə otarmağa aparmaq istəyən zaman Elməddin ondan Aytacı çağırıb oyatdığını soruşmuşdur. O da Aytacın yatdığı otağa getmişdir, onun yerində olmadığını və otağın pəncərəsinin açıq olduğunu görmüşdür. O, bu barədə Elməddinə bildirmişdir. Bundan sonra Elməddinlə birlikdə Aytacın yataq otağına getmişdirlər. Həmin vaxtı Aytacın yataq dəstinin üzərində kardon parçası görmüşdür. Elməddin həmin kağız parçasını götürüb baxdıqda həmin kağız parçasına qara rəngli hərflərlə “xahiş edirəm məni axtarmayın” sözlərinin yazıldığını görmüşdürlər. O, başa düşmüşdür ki, qızı kiməsə qoşulub qaçmışdır. Bundan sonra əri Elməddin qaldıqları fermanın yaxınlığında olan digər fermaya getmişdir, orada qalan Əsəd adlı şəxsi axtarsa da tapa bilməmişdir. Bundann sonra Elməddin Əsədin yaşadığı ünvana getmişdir. Orada onun atası İbrahimdən Əsədin harada olmasını soruşduqda o, Əsədin evə gəlmədiyini bildirmişdir. X8 xx.xx.2024-cü il tarixdə axşam vaxtlarında onun yanına gələrək ondan ehtiyacı olduğu üçün 20 manat pul alıb getdiyini bildirmişdir. Bundan sonra başa düşmüşdür ki, Əsəd qızı Aytacı qaçırmışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, son vaxtlar Əsəd onların evinə tez-tez gəlib getmişdir. Hətta həmin günü axşam vaxtlarında Əsəd onların evin qarşısına gəlmiş və bir qədər söhbət edərək çay içdikdən sonra öz qaldığı fermaya getmişdir. Qızı Aytac əvvəllər Ucar rayonundan olan Nizam adlı şəxslə “deyikli” olmuşdur, lakin sonradan onların ailədaxili münasibətləri alınmadığından bu iş pozulmuşdur. X7çırtmamışdan əvvəl onunla cinsi münasibətdə olmasından əvvəlcədən xəbəri olmamışdır və qızı Aytac bu barədə ona heçnə bildirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəlidir, 6 övladı vardır. Şahid2 tanıyır, o Çəmənli kəndində yerləşən fermada ailəsi ilə birlikdə çoban işləməklə yaşayır, onunla aralarındada əvvəllər ədavət və düşmənçilik olmamışdır. Onun həmin fermanın yaxınlığında özünə məxsus ferması vardır, o Elməddini orada olan zaman tanımışdır. Təqsirləndirilən şəxs oğludur, onların ailədaxili münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən Elmeddin adını bilmədiyi oğlu ilə birlikdə onun evinə gəlmişdir. Elməddin ondan oğlu Əsədi soruşduqda ona Əsədin evdə olmadığını bildirmişdir. Elməddin qızının evdə olmadığını, bundan başqa oğlu Əsədində fermada olamdığını bildirmişdir. O, Elməddinə demişdir ki, get fermaya məndə gəlirəm ora söhbət edək. Bundan sonra İbrahimgil çıxıb getmişdirlər. O, həmin vaxtı oğlu Əsədə məxsus ***-***-**-** nömrəli telefonla zəng etmişdir, lakin onun telefonuna zəng çatmamışdır. Bundan sonra o fermaya getmişdir. Həmin vaxtı Elməddin ona demişdir ki, qızıda yoxdur, onun oğlu Əsəd də yoxdur, yəqin onun qızını oğlu Əsəd qaçırtmışdır. O da Elməddinə demişdir ki, get hadisə ilə bağlı rayon polis şöbəsinə şikayət et. Bundan sonra Elməddin baş vermiş hadisə ilə bağlı DİN-in 102 zeng xidmətinə müraciət etmişdir və sonra isə rayon polis şöbəsinə gəlmişdir. Bildirmişdir ki, o oğlu X3 qaçırtmasından əvvəlcədən xəbəri olmamışdır və Aytacı qaçırtdıqdan sonar hara getməsindən xəbəri olmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, oğlu Əsəd Elməddinin evinə tez-tez gedib gəlmişdir. Əsəd evlənmək istəməsi barədə bir söz deməmişdir, Elməddinin qızı Aytacı istədiyini və yaxud onunla evlənmək istədiyini bildirməmişdir. Lakin, o Əsədə 2024-cü ilin sentyabr ayında onu evləndirmək istədiyini demişdir. X10 birlikdə harada qalmasından xəbəri olmamışdır. Əsədin Aytacı qaçırtmamışdan əvvəl onunla cinsi münasibətdə olmasından əvvəlcədən xəbəri olmamışdır. Aytacın dəqiq yaşını bilməsə də onun azyaşlı olduğunu bilmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəlidir. Zərərçəkmiş şəxs kiçik bacısıdır, valideyinləri ilə birlikdə yaşayır, münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında anası ona zəng edərək bacısı Aytacın evdə olmadığını, onun işlədikləri və yaşadıqları fermanın qonşuluğunda fermaları olan Əsəd adlı şəxsə ailə qurmaq məqsədilə qoşulub qaçdığını bildirmişdir. O, dərhal bacısı Aytaca məxsus mobil telefona dəfələrlə zənglər etsə də ona zəng çatmamışdır. Bundan sonra valideyinlərinin yaşadığı Ağdam rayon Çəmənli kəndinə gəlmişdir. Söhbət zamanı valideyinləri Aytacla Əsəddən bir xəbər olmadığını ona bildirmişdirlər. Bundan sonra mütəmadi olaraq Aytacla Əsədə məxsus mobil nömrələrə zənglər etsədə onlara zəng çatmamışdır. xx.xx.2024-cü il tarixdə Əsədin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng çatıb-çatmamasını yoxlamaq məqsədilə zəng etmişdir. Bu zaman nömrəyə zəng çatmış və Əsəd telefonu açaraq onunla danışmışdır. Bundan sonra ondan harada olmalarını soruşmuş və onlarla görüşərək söhbət etmək istədiyni bildirmişdir. Həmin vaxtı birinci Əsəd onunla danışdıqdan sonra bacısı Aytacda onunla danışaraq hazırda Bakı şəhəri Nərimanov rayonu ərazisində adını unutduğu restoranda yemək yediklərini bildirmişdirlər. Onlara görüşmək istədiyini bildrdikdə Əsədlə Aytac görüşməyə razı olduqlarını və harada görüşə biləcəklərini soruşmuşlar, onlara Sulutəpənin dairəsinə gəlmələrini, onu oradan götürmələrini bildirmişdir. Bundan sonra Sulutəpə dairəsində görüşmüşlər və birlikdə Nərimanov rayonu ərazisinə gələrək orada adını unutduğu restoranda əyləşərək yemək yemişlər. Onlar həmin vaxtı birlikdə qərara gəlmişdirlər ki, səhər açılan kimi Ağdam rayonuna polis şöbəsinə gəlsinlər. Lakin hadisə ilə bağlı əvvəlcədən DİN-in 102 zəng xidmətinə müraciət edərək yerlərini bildirmiş və köməyə polisin gəlməsini xahiş etmişdir. Həmin vaxtı Əsəd yedikləri yeməyin hesabını verib çölə çıxmaq istəyən zaman polis əməkdaşları onları yaxınlaşaraq 17-ci polis bölməsinə dəvət etmişlər. Bundan sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları 17-ci bölməyə gəlib onları Ağdam rayon polis şöbəsinə dəvət etmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Aytac Əsədlə aralarında olan münasibətdən ona heç bir söz deməmişdir. X7çırtmamışdan əvvəl onunla cinsi münasibətdə olmasından əvvəlcədən xəbəri olmamışdır və bacısı Aytac bu barədə ona heçnə bildirməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Kompleks məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 248 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı çoxdan pozulmuş olub müddəti 2-3 həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilmədi. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik Hüquqqi şəxsin Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 446 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq və ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansə bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının Ağdam rayonu Çəmənli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 897 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Çəmənli kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tələbnamədən görünür ki, o, əvvəllər məhkum edilmişdir. Belə ki, DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Ağdam rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2; 70-ci maddələrinə əsasən 03 il azadlıqdan məhrum etmə, 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 326.1, 326.2, 66.3 və 69.4cü maddələrinə əsasən 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.2.2, 66.3, 68.1.3 və 69.3-cü maddələrinə əsasən 05 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 02 ay, 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. -Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-187/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-156/2024 saylı 18 mart 2024-cü il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-187/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 14 gününü cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 152.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması (residivin sadə növü) onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinməli, ona CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-156/2024 saylı 18 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Nərimanov rayon məhkəməsinin 1(005)-187/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 14 gün müddət cəzası qismən hazırkı hökmə birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəza çəkmə müəssində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından həbs olunmalı, cəzaçəkməsinin əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd edilən cəza növünü seçərkən təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-156/2024 saylı 18 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Nərimanov rayon məhkəməsinin 1(005)-187/2022 saylı 08 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 14 gün müddət cəzası qismən hazırkı hökmə birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkməsinin əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablansın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-2/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-2/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver