Məhkəmə qərarları › İş №1(013)-20/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-20/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-20/2024 11.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Ağdam Rayonu Gülablı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, Aran RETŞİ-nin YGES-də elektrik mantyoru işləyən, ailəli, məhkumluğu olmayan, Ağdam Rayonu Gülablı kəndində qeydiyyatda olmaqla hazırda rayonun Quzanlı Qəsəbəsi ev 417-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, qanunsuz olaraq döyüş sursatını əldə etmə, daşıma, saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən döyüş sursatı hesab edilən 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı “M-75” markalı, təyinatı üzrə istifadəyə yararlı qəlpəli əl qumbarasının gövdəsi və 04 ədəd “M-75” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı “UBR-M75P1” markalı qumbara partladıcısı olmaqla komplektləşdirildikdə döyüş sursatı hesab olunan “M-75” qəlpəli əl qumbaralarını, 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, təyinatı üzrə istifadəyə yararlı “F-1” əl qumbarasının gövdələri və 02 ədəd “F-1, RQ-2, RQD-5” qumbara gövdələrinin partladılması üçün istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM” qumbara alışdırıcıları olmaqla, komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı hesab olunan “F-1” əl qumbaralarını qanunsuz əldə edib daşıyaraq yaşadığı Ağdam Rayonu Quzanlı Qəsəbəsində yerləşən 417 saylı evinə gətirib saxlamış, 09 yanvar 2024-cü il, saat 23-50-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilidə olan qazanın içərisindən aşkar edilib götürülənədək qanunsuz olaraq döyüş sursatını əldə edib, daşıyıb yaşadığı evin həyətində olan yardımçı tikilidə saxlamışdır. Həmin hərəkətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam olaraq təqsirli bilərək göstərdi ki, 2021-ci ilin fevral ayından etibarən xidməti işi ilə bağlı Ağdam Rayonunun işğaldan azad edilmiş hissəsinə keçməsilə bağlı rəsmi icazəsi vardır. Rayonunun işğaldan azad edilmiş kəndlərində elektrik enerjisinin verilməsi ilə bağlı kabelləşdirməni həyata keçirir, Həmin ərazilərə özünə məxsus olan Nissan Tida markalı AZ 77-560 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gedib-gəlir. 2023-cü ilin noyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda, Xıdırlı kəndindən Quzanlı Qəsəbəsi istiqamətində yaşadığı ünvana getmək məqsədi ilə özünə məxsus olan nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən təbii ehtiyacını ödəmək üçün Xıdırlı kəndi ərazisində yolun kənarında saxlamışdır. Həmin vaxt yolun kənarında sökülmüş tikilinin yanında gümüşü rəngli böyük ölçülü qazan olduğunu görmüş və qazanın içərisinə baxan zaman orada 04 ədəd M-75, 04 ədəd F1 markalı əl qumbaraları və 02 ədəd həmin qumbaraların alışdırıcısının olduğunu görmüş və tanımışdır. Həmin əl qumbaralarını polis əməkdaşlarına təhvil vermək məqsədi ilə qazan ilə birlikdə özünə məxsus olan nəqliyyat vasitəsinin yük hissəsinə yerləşdirmiş və yaşadığı ünvana gəlmişdir. Qumbaraları yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə yerləşdirmiş, lakin sonradan həmin qumbaraları polis əməkdaşlarına təhvil verməyi unutmuş, bu barədə nə ailə üzvlərinə, nə də tanışlarına heç bir məlumat verməmiş, yaşadığı evin həyətyanı sahəsində olan məişət əşyaları və qazanları müxtəlif vaxtlarda Ağdam Rayonunun işğaldan azad edilmiş Sırxavənd, Canyataq və Gülyataq kəndlərindən özünə məxsus olan nəqliyyat vasitəsi ilə gətirmişdir. xx.xx.2024-cü il tarixdə iş yoldaşı Şahid4 VAZ 2101 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ona verməsini bildirmiş, İldırım da bu barədə razılıq vermişdir. Həmin nəqliyyat vasitəsi ilə Ağdam Ryonunun işğaldan azad edilmiş Sırxavənd kəndinə getmiş və orada işini bitirdikdən sonra evə qayıtmış, avtomobil ilə heç bir qanunsuz əşya və predmet gətirməmişdir. Əməlindən peşmandır. 1-ci Qarabağ Müharibəsinin, 2016-cı il aprel döyüşlərinin və 44 X3 iştirakçısıdır, dəfələrlə vətənə xidmətlərinə görə təltif edilmişdir. Hazırda 3-cü qrup əlildir. Nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 istintaq orqanına verdiyi izahatını təsdiq etdiyini bildirərək göstərmişdir ki, 2009-cu ildən DİO-da, 2021-ci ildən də tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə ona ünvan 1 ünvanda yaşayan, Azərişıq ASC-də elektrik montyoru işləyən Təqsirləndirilən şəxs rayonun işğaldan azad olunmuş ərazilərindən qanunsuz olaraq özgəyə məxsus məişət avadanlıqları talama məqsədilə yaşadığı ünvana gətirərək həmin ünvandan satması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs Ağdam RPŞ-yə dəvət olunmuş, izahatında rayonun işğaldan azad edilmiş ərazilərinə getmək üçün icazəsi olduğunu, öz xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq rayonun işğaldan azad olunmuş ərazilərinə getdiyini, bu zaman orada qanunsuz olaraq özgəyə məxsus məişət avadanlıqlarını talama məqsədilə yaşadığı ünvana gətirərək saxladığını bildirmişdir. Bundan sonra raportla rəhbərliyə məruzə edərək məlumat üzrə araşdırmanın davam etdirilməsini istəmişlər, məlumat Ağdam RPŞ-nin Təhqiqat Bölməsinə tapşırılmışdır. Təhqiqatçı E.Abdullayev, Ağdam RPŞ-nin KCM Qrupunun baş əməliyyat müvəkkili Şahid2, Ağdam RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar və hal şahidləri də dəvət etmişlər. Fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış videokamera vasitəsilə çəkiliş aparılaraq həyəta keçirilmiş, həyətdə işğaldan azad olunmuş ərazilərdən gətirilmiş müxtəlif məişət avadanlıqları olmuş, həyətdə olan yardımçı tikiliyə baxış keçirən zaman qazanların birinin içərisində 4 ədəd F1 əl qumbarası, 4 ədəd M-75 əl qumbarası və 2 ədəd qumbara alışdırıcısı aşkar edilmişdir. Həmin döyüş sursatları və hissələri qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxış keçirilən zaman işğaldan azad olunmuş bölgədən müxtəlif vaxtda gətirilmiş məişət avadanlıqları da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin məişət əşyalarını və qumbaraları müxtəlif vaxtlarda gətirdiyini bildirmişdir. Baxış istintaq hərəkətinin nəticələrinə dair protokol tərtib edilmiş və imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs Ağdam RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, bundan sonra hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, həmçinin rayon polis şöbəsinin inzibati binasının həyətində olan VAZ- 21011 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında Şahid4 məxsus olan avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir . Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 2016-cı ildən DİO-da, 2023-cü ildən də tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarıda ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə ona ünvan 3 ünvanda yaşayan, Azərişıq ASC-də elektrik montyoru işləyən Təqsirləndirilən şəxs rayonun işğaldan azad olunmuş ərazilərindən qanunsuz olaraq özgəyə məxsus məişət avadanlıqları talama məqsədilə yaşadığı ünvana gətirərək həmin ünvandan satması barədə barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən Ağdam RPŞ-yə dəvət olunmuş, həmin şəxs izahatında Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərə getmək üçün icazəsi olduğunu, öz xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq rayonun işğaldan azad olunmuş ərazilərə getdiyini, bu zaman orda qanunsuz olaraq özgəyə məxsus məişət avadanlıqlarını talama məqsədilə yaşadığı ünvana gətirərək saxladığını bildirmişdir. Bundan sonra raportla rəhbərliyə məruzə edərək həmin məlumat üzrə araşdırma davam etdirilməsini bildirmiş, həmin məlumat Ağdam RPŞ-nin rəisi tərəfindən araşdırmanın davam etdirilməsi üçün Ağdam RPŞ-nin Təhqiqat Bölməsinə tapşırılmışdır. Bundan sonra təhqiqatçı Elşən Abdullayev, Ağdam RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Ağdam RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Həmin ünvana Şahid5 və Şahid6 hal şahidləri qismində dəvət edilmişdirlər. Fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs yaşadığı evə həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığı bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Baxış videokamera vasitəsilə çəkiliş aparılaraq həyəta keçirilmiş, ardınca Təqsirləndirilən şəxs həyətinə daxil olmuşlar və həyətyani sahəsinə daxil olduqda həyətdə işğaldan azad olunmuş ərazilərdən gətirdiyi müxtəlif məişət avadanlıqları olmuş, bundan sonra həyətdə olan yardımçı tikiliyə baxış keçirən zaman orda olan qazanların birinin içərisində 4 ədəd F1 əl qumbarası, 4 ədəd M-75 əl qumbarası və 2 ədəd qumbara alışdırıcısı aşkar edilmiş, bundan sonra həmin döyüş sursatları və hissələri təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs tərəfindən işğaldan azad olunmuş bölgədən müxtəlif vaxtda gətirilmiş məişət avadanlıqları da təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin məişət əşyalarını və qumbaraları işi ilə əlaqədar Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində olan zaman müxtəlif vaxtlarda gətirdiyini bildirmişdir. Baxışın nəticələrinə dair protokol tərtib edilmiş və imzalamışlar. Baxış istintaq hərəkəti başa çatdıqdan sonra Təqsirləndirilən şəxs tərəflərindən Ağdam RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis şöbəsinin inzibati binasının həyətində olan VAZ 21011 markalı Şahid4 məxsus olan avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmış, baxış zamanı avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 istintq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. xx.xx.2024cü il tarixdə ona rayonun Quzanlı Qəsəbəsi ev 417 ünvanında yaşayan, Azərişıq ASC-də elektrik montyoru işləyən Təqsirləndirilən şəxs Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərindən qanunsuz olaraq özgəyə məxsus məişət avadanlıqları talama məqsədilə yaşadığı ünvana gətirərək həmin ünvandan satması barədə barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs Ağdam RPŞ-yə dəvət olunmuş, izahatında rayonun işğaldan azad edilmiş ərazilərə getmək üçün icazəsi olduğunu, öz xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq azad olunmuş ərazilərə getdiyini, məişət avadanlıqlarını yaşadığı ünvana gətirərək saxladığını bildirmişdir. Raportla rəhbərliyə məruzə etmişlər, məlumat üzrə araşdırma davam etdirilmiş, araşdırmanın aparılması Ağdam RPŞnin Təhqiqat bölməsinə tapşırılmışdır. Polis əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar, hal şahidləri dəvət edilmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış onun tərəfindən videokamera vasitəsilə çəkilmişdir. Həyətdə işğaldan azad olunmuş ərazilərdən gətirilmiş, müxtəlif məişət avadanlıqları olmuş, yardımçı tikiliyə baxış keçirən zaman orda olan qazanların birinin içərisində 4 ədəd F1 əl qumbarası, 4 ədəd M-75 əl qumbarası və 2 ədəd qumbara alışdırıcısı aşkar edilmişdir. Döyüş sursatları təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin məişət əşyalarını və qumbaraları işi ilə əlaqədar rayonun işğaldan azad edilmiş ərazilərində olan zaman müxtəlif vaxtlarda gətirdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra rayon polis şöbəsinin inzibati binasının həyətində olan VAZ 21011 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, etibarnamə əsasında Şahid4 məxsus olan avtomobilə baxış keçirilməiş, hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Azərişıq ASC-də elektrik mantyoru işləyir. Təqsirləndirilən şəxs 2006-cı ildən tanıyır, eyni idarədə işləyirlər. Etibarnamə ilə qızına məxsus VAZ 2101 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobil ilə işə-gedib gəlir. 09 yanvar 2024-cü il tarixdə səhər saatlarında işə getmiş, gün ərzində işdə olmuş, günorta saatlarında Habil ona demişdir ki, maşınlıq işi vardır və onun maşınını istəmişdir. O da maşınını vermiş, Habilin sürücülük hüququ olduğunu bilirmiş, Habil əvvəllər də ondan avtomobilini istəmişdir. İş vaxtı qurtarandan sonra o, işdən çıxıb yol maşını ilə evə getmişdir. Gecə saatlarında evdə olan zaman tanımadığı polis əməkdaşı ona zəng edib Ağdam RPŞ-nə dəvət etmişdir. O da evdən çıxıb polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman bilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən əl qumbaraları aşkar edilmişdir. PŞ-də Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilməklə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra təhqiqatçı Elşən Abdullayev tərəfindən onun, RPŞ-nin əməkdaşlarının, Təqsirləndirilən şəxs, müdafiəçisinin və hal şahidlərinin iştirakları ilə rayon polis şöbəsinin inzibati binasının həyətində olan ona məxsus VAZ 2101 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmış, baxış zamanı avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış sona çatdıqdan sonra protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokola imza çəkmişlər. Bir qədər sonra avtomobilini ona təhvil vermişlər. 10 yanvar 2024-cü il tarixdə X5 Protokoldan görünür ki, Ağdam Rayonu Quzanlı Qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində işğaldan azad olunmuş ərazilərdən gətirilmiş müxtəlif məişət avadanlıqları var, həyətdə olan yardımçı tikiliyə baxış keçirən zaman orada qazanların birinin içərisində 4 ədəd F1 əl qumbarası, 4 ədəd M-75 əl qumbarası və 02 ədəd “UZRQM” partladıcı aşkar edilmiş, həmin döyüş sursatları və hissələri qablaşdırılaraq götürülmüşdür. Baxışın aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə Ballistik Ekspertizası barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin KTİnin “MTE və PA Birliyi” X7 10 yanvar 2024-cü il tarixli, 24/61 saylı RƏYindən görünür ki, - Tədqiqata təqdim edilmiş 04 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı M75 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 04 ədəd əşya M75 tipli əl qumbarasının alışdırıcı partladıcısıdır. Həmin 04 ədəd M75 tipli əl qumbarasının gövdəsi ilə 04 ədəd həmin alışdırıcı partlayıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş M75 tipli qəlpəli əl qumbarasıdır, döyüş sursatıdır, hərbi qüvvələrdə istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş digər 04 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 02 ədəd əşya «UZRQM» tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qubralarının partladıcısıdır. Həmin 04 ədəd əl qumbarasının gövdəsinin istənilən biri ilə 02 ədəd «UZRQM» tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdırlar MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28 mart 2024-cü il tarixli, 3-16-16/2-3/485 nömrəli Təkrar Məhkəmə Ballistik Ekspertizasının RƏYindən görünür ki, təqdim edilən 04 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, döyüş sürsatı hesab edilən, müdafiə təyinatlı qəlpəli "F-1" əl qumbarasının hissəsidir - gövdəsidir, təyinatı üzrə istifadəyə yararlıdır, Tədqiqata təqdim edilmiş 04 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən "M-75" markalı, hücum təyinatlı, qəlpəli əl qumbarasının hissəsidir - gövdəsidir, təyinatı üzrə istifadəyə yararlıdır, Tədqiqata təqdim olunan 02 ədəd predmet qəlpəli "F-1, RQ-42, RQD-5" əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sürsatının hissəsi hesab edilən, "UZRQM" qumbara alışdırıcısıdır, təyinatı üzrə istifadəyə yararlıdır, Tədqiqata təqdim edilən "F-1" əl qumbara gövdələrinə, onun komplekt hissəsi olan bir ədəd "UZRQM" qumbara alışdırıcısı bağlandıqda, döyüş sursatı hesab edilən, müdafiə təyinatlı - "F-1" qəlpəli əl qumbarası təşkil edir, Tədqiqata təqdim edilmiş 04 ədəd predmet - "M-75" markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilət istehsal edilmiş, "UBR-M75P1" markalı qumbara partlacısıdır. təyinatları üzrə istifadəyə yararlıdır, Tədqiqata təqdim edilən "M-75" əl qumbara gövdələrinə, onun komplekt hissəsi olan bir ədəd "UBR-M75P1" qumbara alışdırıcısı bağlandıqda, döyüş sursatı hesab edilən, müdafiə təyinatlı - "M-75" qəlpəli əl qumbarası təşkil edir. Beləliklə məhkəmə araşdırması ilə də müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama cinayət əməlini törətmiş, 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı “M-75” markalı, təyinatı üzrə istifadəyə yararlı qəlpəli əl qumbarasının gövdəsi və 04 ədəd “M-75” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı “UBR-M75P1” markalı qumbara partladıcısı olmaqla komplektləşdirildikdə döyüş sursatı hesab olunan “M-75” qəlpəli əl qumbaralarını, 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, təyinatı üzrə istifadəyə yararlı “F-1” əl qumbarasının gövdələri və 02 ədəd “F-1, RQ-2, RQD-5” qumbara gövdələrinin partladılması üçün istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM” qumbara alışdırıcıları olmaqla, komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı hesab olunan “F-1” əl qumbaralarını qanunsuz əldə edib daşıyaraq yaşadığı Ağdam Rayonu Quzanlı Qəsəbəsində yerləşən 417 saylı evinə gətirib saxlamışdır. Məhkəmə tədqiq olunan subutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs özünü həmin əməli törətməkdə səmimi olaraq təqsirli bildi, əməlini etiraf etdi ki, onun həmin əməli törətməsi həmçinin iş üzrə şahidlərin ifadələri, toplanmış sair sübutların məcmusu ilə də təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 30 yanvar 2024-cü il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə X10 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin, 6-cı hissəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, hazırda məhkumluğu ödənilmiş və götürülmüşdür . İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Rayonlararası X8 Dispanserinin 13 mart 2024-cü il tarixli, 1299 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Mərkəzi Xəstəxanası Ağdam Şəhər Poliklinikasının 13 mart 2024-cü il tarixli, 282 saylı tibbi arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxanası PHŞ-in Narkoloji Kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Gülablı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 mart 2024-cü il tarixli, 32 saylı arayışından görünür ki, H.X1 kəndində qeydiyyatdadır, hazırda Quzanlı 689 saylı Qəsəbə ev 417-də məcburi köçkün kimi məskunlaşmışdır. Həmin Nümayəndəliyin XASİYYƏTNAMƏsi ilə Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlər : 082747 saylı, 04 avqust 2011-ci ildə verilmiş Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyinin 002304 saylı, 06 mart 2015-ci il tarixdə verilmiş Vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Vətən Müharibəsi X2 66 saylı, 18 yanvar 2023-cü il tarixdə verilmiş Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AVMVİB-25 il Medalı ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və X9 X6 10 saylı, 11 noyabr 2016-cı il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs “VƏTƏN NAMİNƏ” Medalı ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və X9 X6 04 saylı, 07 may 2018-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs “VƏTƏNPƏRVƏRLİK İŞİNDƏ XİDMƏTLƏRİNƏ GÖRƏ” Medalı ilə təltif edilmişdir. Azərbaycan Vətən Müharibəsi X2 85 saylı, 18 yanvar 2023-cü il tarixdə verilmiş Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs MÜHARİBƏ VETERANİ Medalı ilə təltif edilmişdir. Azərbaycan Vətən Müharibəsi X2 73 saylı, 18 yanvar 2023-cü il tarixdə verilmiş Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs MİLLİ ORDU-100 Medalı ilə təltif edilmişdir. Azərbaycan Vətən Müharibəsi X2 84 saylı, 18 yanvar 2023-cü il tarixdə verilmiş Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BÖYÜK ZƏFƏR” Xatirə Medalı ilə təltif edilmişdir. 190 saylı Hərbi Hissənin Komandiri tərəfindən Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə FƏXRİ FƏRMANla təltif olunmuşdur. 161 saylı Hərbi Hissənin Komandiri tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən Müharibəsi dövründə göstərdiyi dəstəyinə görə FƏXRİ FƏRMANla təltif olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Qarabağ müharibəsi veteranı olmasını, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyi tərəfindən, Azərbaycan Vətən Müharibəsi X4 tərəfindən, müxtəlif Hərbi Hissənin Komandirləri tərəfindən dəfələrlə vətən naminə xidmətlərinə görə təltif edilməsini, həmçinin 44 günlük Vətən Müharibəsi dövründə göstərdiyi dəstəyə görə təltif olunmasını, ictimai həyatda, həmçinin yaşayış yeri üzrə hazırda müsbət xarakterizə edilməsini, məcburi köçkün olmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşmançılıq bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmiş Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən çoxsaylı halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi mümkündür və məhkəmə inanır ki, bu yolla Təqsirləndirilən şəxs islah olunması mümkün olacaq. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs kimi saxlanılmış, 11 yanvar 2024-cü il barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, həmin müddət CM-nin 69-cu maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınacaq. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam Rayon Polis Şöbəsinin maddi sübutları saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yardımçı tikilidən aşkar edilmiş 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı M75 tipli əl qumbarasının gövdəsi, 04 ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı, 04 ədəd zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi və 02 ədəd “UZRQM” partladıcı müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 64 AZN Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 /iki/ il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 /dörd/ gününə bərabər hesablanılmaqla üzərində qəti olaraq 1 /bir/ il 11 /on bir/ ay 26 /iyirmi altı/ gün müddətinə azadlığın məzdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan saat 06-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi subut olan və Ağdam Rayon Polis Şöbəsinin maddi sübutları saxlanma otağında saxlanılan 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı M75 tipli əl qumbarasının gövdəsi, 04 ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı, 04 ədəd zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi və 02 ədəd “UZRQM” partladıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah Anbarına təhvil verilsin. İş üzrə 64 /altmış dörd/ manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar