Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-20/2025 18.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsillli, evli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 190 saylı Hərbi Hissəsində qazanxana operatoru (mülki işçi) işləyən, məhkum olunmamış, Ağdam rayonunun Çəmənli kəndində qeydiyyatda olan, Ağdam rayonunun Çəmənli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə saat 21 radələrində Əhmədağalı- Evoğlu kənd avtomobil yolunun Ağdam rayonunun Çəmənli kəndi ərazisindən keçən hissəsində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi qohumu Şahid2 məxsus «VAZ 21154» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zəngişalı kəndi istiqamətində 90 km/saatda sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsüsiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə, yaşayış məntəqələri daxilində saatda 60 km-dən çox olmayan surətlə sürməli olduğu halda bunlara əməl etməyib qarşısına çıxmış ikinci dərəcəli yoldan əsas yola çıxmaqda olan Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi dayısı Şahid3 məxsus «VAZ 2106» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş arvadı X1 dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya, «VAZ 2106» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışlar. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, surət həddini aşdığına və sənədsiz avtomobil idarə etdiyinə görə özünü təqsirli bilir. 06 mart 2024-cü ildə sürücülük vəsiqəsi olmadan qohumu Şahid2 məxsus «VAZ 21154» markalı avtomobili idarə edərək arvadı ilə birlikdə iki uşağını həkimə apardığı vaxt Çəmənli kəndində yolun sol tərəfindən qəflətən onun yoluna Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil çıxmış və onlar toqquşmuşlar. Hadisə zamanı arvadı Xəyalə və sürücü Abdın xəsarət almışlar. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili xəsarət alanları xəstəxanaya aparmışdır. Hadisədən sonra özünə sürücülük vəsiqəsi almışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və himayəsində iki azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs ifadəsini təsdiqləmiş və təqsirləndirilən şəxsin onun əri olduğundan və ona dəymiş maddi ziyanı ödədiyindən sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, dayısına məxsus avtomobili idarə edərkən Çəmənli kəndində hadisə törətmişdir. Təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanı ödədiyindən sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, hadisə olan vaxt o, nəvəsi Abdının idarə etdiyi avtomobildə olmuşdur. Fəxri idarə etdiyi avtomobillə sol tərəfdən gələrək onun olduğu avtomobillə toqquşmuşdur. Şahid2 şahid qismində məhkəmədə dindirilərkən ifadəsində göstərmişdir ki, Fəxrinin sürücülük vəsiqəsinin olmadığını bilmiş, lakin qohum olduqları üçün özünə məxsus avtomobili idarə etmək üçün Fəxriyə vermiş və sonuncu həmin avtomobillə qəza törətmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman orada olmamışdır. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 83 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol tərəfli 5-6-cı qabırğaların qövsünün ön ucuna yaxın qəlpəli yerdəyişən sınıqları, sol diz oynağının ön səthinin səthi əzilmiş yarası, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin qançırları, alının sağ yarısının çoxsaylı sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində sərnişin kimi olmaqla törənə bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 87 saylı rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol xarici qulaq nahiyəsinin əzilmiş yarası, sol körpücük sümüyünün orta 1/3-nin yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində sürücü kimi olmaqla törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-avtotexniki ekspertizasının xx.xx.2024-cü il tarixli 8/943 saylı rəyindən görünür ki, «VAZ-2106» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «VAZ-21154» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1- ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. X2, İmtahan və Texniki-Baxış Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-1/2-566/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2024-cü ildən xx.xx.2034cü ilə qədər B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmış, eyni zamanda mülkiyyətində hal-hazıra qədər nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X2, İmtahan və Texniki-Baxış Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-1/2-566/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına olan B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2024-cü ildə alınmışdır. Yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamışdır. X2, İmtahan və Texniki-Baxış Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-1/2-567/2024 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 adına sürücülük vəsiqəsi qeydə alınmamış, eyni zamanda mülkiyyətində hal-hazıra qədər nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Sərxoşluq üçün tibbi müayinənin xx.xx.2024-cü il tarixli 166 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini qismən etiraf edərək tutduğu əməldən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri könüllü olaraq ödəyərək onlarla barışması və sonuncuların şikayətçi olmamaları, himayəsində xx.xx.2017-ci ildə anadan olmuş Orxan və xx.xx.2020-ci ildə anadan olmuş İnci adlı iki azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, hadisə zamanı dəcərəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa azağır zərər vurmaya aid xəsarətlər alan Zərərçəkmiş şəxs2 onun arvadı olması, həmçinin hadisənin baş verməsində Zərərçəkmiş şəxs1 qarşılıqlı təqsirinin mövcudluğu cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə aid yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, o cümlədən onun hadisədən sonrakı müsbət davranışını nəzərə alaraq, təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən islah olunmasını mümkün hesab etdiyindən həmin cəzanın şərti olaraq tətbiq olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası üzrə cəzaçəkmə müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb- sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi BD397690 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında Şahid2 məxsus «VAZ-21154» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 idarə etdiyi BD329575 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında Şahid3 məxsus olan «VAZ-2106» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti müəyyən edilərək, Təqsirləndirilən şəxs təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Təqsirləndirilən şəxs davranışına nəzarət icra və probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası üzrə cəzaçəkmə müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi BD397690 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında Şahid2 məxsus «VAZ-21154» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 idarə etdiyi BD329575 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında Şahid3 məxsus olan «VAZ-2106» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-20/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-20/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver